© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
O’Helloran və Frensis Birləşmiş Krallığa qarşı [Böyük Palata] (O’Halloran and Francis v. the United Kingdom [GC]), ərizə № 15809/02
29.06.2007-ci il tarixli qərar [Böyük Palata]
6-cı maddə
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Cinayət ittihamı
Ədalətli məhkəmə araşdırması hüququ
Yol hərəkəti qaydalarının pozulması şübhəsi yarandıqda qeydiyyata alınmış nəqliyyat sahibinin üzərinə sürücünün şəxsiyyəti barədə məlumatları təqdim etmək vəzifəsinin qoyulması: pozuntu baş verməyib
Faktlar – "Yol hərəkəti haqqında" 1988-ci il tarixli Qanunun 172-ci maddəsinə əsasən, yol hərəkəti qaydalarının pozulması şübhəsi yarandıqda qeydiyyata alınmış nəqliyyat sahibinin üzərinə sürücünün şəxsiyyəti barədə məlumatları təqdim etmək vəzifəsi qoyula bilər. Belə məlumatın verilməməsi hüquq pozuntusu sayılır və buna görə məsuliyyətə cəlb edilməmək üçün nəqliyyat vasitəsinin sahibi sübut etməlidir ki, sürücünün şəxsiyyəti ona məlum deyil və ya sürücünün şəxsiyyətini tam əminliklə müəyyənləşdirmək imkanına malik deyil. Ayrı-ayrı insidentlər zamanı ərizəçilərin nəqliyyat vasitələri sürət həddini aşma ilə əlaqədar olaraq izləmə kameraları tərəfindən qeydə alınmışdı. Sonradan ərizəçilərdən xahiş edildi ki, sürücünün kimliyini bildirsinlər, əks halda cinayət məsuliyyətinə cəlb olunacaqlar. Birinci ərizəçi etiraf etdi ki, nəqliyyat vasitəsini özü idarə edirdi, bundan sonra o, sürət həddini aşdığına görə cinayət məsuliyyətinə cəlb olundu və etirafının sübutlar sırasından xaric edilməsinə çalışsa da buna nail olmadı və məhkum olundu. Ona cərimə cəzası kəsildi və pozuntu faktı sürücülük vəsiqəsində qeyd edildi. İkinci ərizəçi öz əleyhinə ifadə verməmək hüququndan istifadə etdi. O, 172-ci maddəyə əsasən cinayət məsuliyyətinə cəlb edildi, cərimə olundu və pozuntu faktı sürücülük vəsiqəsində qeyd edildi.
Hüquqi məsələlər – Məhkəmə ərizəçilərin bu arqumenti ilə razılaşmadı ki, susmaq hüququ və öz əleyhinə ifadə verməmək hüququ mütləq (məhdudiyyətsiz) hüquqlardır. Bu hüquqların mahiyyətinə xələl gətirilib-gətirilmədiyini müəyyənləşdirməkdən ötrü sübutların əldə edilməsi üçün istifadə edilmiş məcburiyyətin xarakterini və dərəcəsini, müvafiq prosessual təminatların mövcud olub-olmadığını və bu yolla əldə edilmiş sübutların istifadə edilib-edilmədiyini araşdırmaq lazımdır.
a) Məcburiyyətin xarakterini və dərəcəsi: Məcburiyyət birbaşa xarakter daşısa da, avtomobilin sahibi olan və ya onu idarə edən istənilən şəxs dərk etməli idi ki, avtomobilə sahibliyin və ondan istifadənin yüksək təhlükə mənbəyi olması səbəbindən müəyyən edilmiş tənzimləmə rejiminə tabe olmalıdır. Avtomobillərin sahibləri və istifadəçiləri üzərlərinə müəyyən öhdəliklər götürürdülər, o cümlədən yol hərəkəti qaydalarının pozulması şübhəsi yarandıqda həmin anda nəqliyyat vasitəsini idarə etmiş sürücünün kimliyi barədə dövlət orqanlarına məlumat verməyə borclu idilər. Nəhayət, polisin bu məsələ ilə bağlı araşdırma aparmaq səlahiyyətləri məhdud xarakter daşıyırdı. 172-ci maddə yalnız o halda tətbiq edilirdi ki, sürücünün müvafiq hüquq pozuntusunu törətdiyinə dair ehtimal mövcud olsun və bu halda polis sürücünün şəxsiyyəti barədə məlumat istəmək səlahiyyətinə malik idi.
b) Prosessual təminatların mövcud olub-olmaması: Nəqliyyat vasitəsinin sahibi sürücünün şəxsiyyətinin ona məlum olmadığını və ya sürücünün şəxsiyyətini tam əminliklə müəyyənləşdirmək imkanına malik olmadığını sübut etdiyi təqdirdə hüquq pozuntusuna görə məsuliyyətə cəlb olunmurdu. Beləliklə, bu hüquq pozuntusu təqsirliliyə əsaslanan məsuliyyəti nəzərdə tuturdu və məsuliyyətə cəlb olunma üçün həqiqətə uyğun olmayan etirafların əsas kimi götürülməsi riski çox az idi.
c) Əldə edilmiş sübutların istifadə edilib-edilməməsi: Birinci ərizəçinin avtomobili özünün idarə etdiyi barədə etirafı həmin etirafın sübutlar sırasından xaric edilməsi istiqamətində onun cəhdləri uğursuz olduqdan sonra sübut kimi qəbul edilə bilən ifadə hesab edilsə də, hər halda ittiham tərəfi pozuntunun baş verdiyini əsaslı şübhə yeri qalmadan sübut etməli idi və birinci ərizəçi ifadə vermək və istədiyi şahidlərin dindirilməsini tələb etmək hüququna malik idi. Sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi hüquq pozuntusunun, yəni sürət həddini aşma əməlinin bir elementi idi və müvafiq araşdırmada təqsirlilik məsələsi təkcə 172-ci maddə əsasında əldə edilən məlumatın nəticəsində müəyyənləşdirilmirdi. İkinci ərizəçinin işində müvafiq araşdırma aparılmamışdı, çünki o, ifadə verməkdən imtina etmişdi. Müvafiq olaraq, cinayət işində onun ifadəsindən istifadə edilməsi məsələsi meydana çıxmayıb, çünki onun ifadə verməkdən imtina etməsi ona qarşı sübut kimi istifadə edilməyib: belə ki, ifadə verməkdən imtinanın özü hüquq pozuntusu təşkil edirdi.
İşin bütün hallarını, o cümlədən xüsusi tənzimləmə rejimini və 172-ci maddə ilə tələb olunan məlumatların məhdud xarakterini nəzərə alsaq, bu işdə ərizəçilərin susmaq hüququnun və öz əleyhinə ifadə verməmək hüququnun mahiyyətinə xələl gətirilməyib.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy