© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 170
Yanvar 2014
O’Kif (O’Keeffe) İrlandiyaya qarşı [BP] – ərizə № 35810/09
28.1.2014 tarixli qərar [BP]
Maddə 3
Pozitiv öhdəliklər
Milli məktəbin şagirdini müəllim tərəfindən seksual sui-istifadəyə məruz qalmaqdan müdafiə etmək üçün dövlət tərəfindən lazımi mexanizmlərin yaradılmaması: pozuntu baş verib
Faktlar – Ərizəçi iddia etdi ki, 1973-cü ildə dövlət tərəfindən maliyyələşdirilən, katolik kilsəsi tərəfindən sahiblik edilən və idarə olunan milli məktəbin şagirdi olarkən müəllimi (LH.) tərəfindən seksual sui-istifadəyə məruz qalıb. İrlandiyada milli məktəblər on doqquzuncu əsrin əvvəllərində dövlət tərəfindən maliyyələşdirilən ibtdai məktəbin bir forması kimi yaradılmışdı, amma dövlət, himayədar və yerli nümayəndələr tərəfindən birgə idarə olunurdu. Bu sistemə əsasən, dövlət məktəblərin tədris proqramları və müəllimlərin təhsili və peşə bacarıqları kimi məsələləri maliyyələşdirir və onların tənzimlənməsi üçün qaydalar müəyyən edirdi, amma məktəblərin çoxuna din xadimləri (himayədar) sahiblik edir və məktəb idarəçisini (o, bütün hallarda din xadimi olurdu) təyin edirdilər. Himayədar və idarəçi müəllimləri seçir, işə qəbul edir və işdən çıxarırdılar.
Sui-istifadə halları barədə digər şagirdlərin şikayətlərindən sonra LH. 1973-cü ilin sentyabrında vəzifəsindən azad edildi. Lakin həmin vaxt Təhsil və Elm Departamentinə şikayətlər barədə məlumat verilmədi və polisə heç bir şikayət təqdim edilmədi. LH. başqa milli məktəbə köçürüldü və 1995-ci ildə işdən çıxanadək orada dərs deməkdə davam etdi. Ərizəçi sui-istifadəyə məruz qaldığını gizlətdi və bu hal 1990-cı illərin sonunadək, digər keçmiş şagirdin şikayəti üzrə polis istintaqından sonra onun mütəxəssis məsələhəti almasınadək davam etdi, məhz həmin vaxt o, yaşadığı psixoloji problemlərlə məruz qaldığı seksual sui-istifadə arasında əlaqə olduğunu anladı. O, 1997-ci ildə polisə ifadə verdi. Yekunda LH. ərizəçinin təhsil aldığı milli məktəbin təxminən 21 nəfər keçmiş məktəb şagirdinə qarşı seksual sui-istifadə ilə əlaqədar 386 cinayət əməlində ittiham olundu. 1998-ci ildə o, 21 ittiham üzrə təqsirini boynuna aldı və azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.
Sonradan LH.-yə qarşı qaldırılmış mülki işdə Cinayətin yetirdiyi ziyana görə kompensasiya işləri üzrə məhkəmə ərizəçiyə kompensasiya təyin etdi. Ərizəçi həmçinin müxtəlif dövlət orqanlarının səhlənkarlığa yol verdiklərini, təqsirkarların hərəkətlərinə görə onların məsuliyyət daşıdıqlarını, habelə konstitusiya əsasında məsuliyyət daşıdıqlarını əsas gətirərək mülki iddia qaldırdı (formal hüquqi səbəblərə görə o, kilsəni məhkəməyə vermədi). Lakin Yüksək Məhkəmə öz qərarında onun iddia tələblərini rədd etdi və həmin qərar 19 dekabr 2008-ci ildə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldı, bu zaman mahiyyət etibarı ilə belə əsas gətirildi ki, milli məktəblərin faktiki idarəçiliyinin himayədarla idarəçinin təmsil etdiyi qurumun maraqlarına güzəştə gedilməsi İrlandiya Konstitusiyasında konkret olaraq nəzərdə tutulub, səhlənkarlıqla bağlı iddia tələbində həqiqi cavabdeh idarəçidir və idarəçi dövlətin nümayəndəsi qismində deyil, kilsənin nümayəndəsi qismində hərəkət edir.
Avropa Məhkəməsinə şikayətində ərizəçi digər məsələlərlə yanaşı şikayət etdi ki, dövlət öz ibtidai təhsil sisteminin strukturunu ərizəçini sui-istifadə hallarından müdafiə edə biləcək təzrdə qurmayıb (Konvensiyanın 3-cü maddəsi) və o, dövlətin onu müdafiə etməməsinin rəsmən təsdiqlənməsinə və bununla əlaqədar kompensasiyaya nail ola bilməyib (13-cü maddə).
Hüquqi məsələlər – 3-cü maddə
a) Substantiv (maddi hüquqi) aspekt – Dövlətin üzərinə belə bir öhdəlik düşür ki, zərurət olduqda xüsusi tədbirlərin və təminatların tətbiqi vasitəsilə uşaqların xüsusən ibtidai təhsil kontekstində pis rəftardan müdafiəsini təmin etsin. Bu baxımdan uşaqlara qarşı seksual sui-istifadə əməli, xüsusən onu törədən şəxs uşaq üzərində nəzarət səlahiyyətinə malikdirsə, elə xarakterə malikdirdir ki, belə halların aşkar edilməsinə və onlar barəsində məlumat verilməsinə yönələn yararlı mexanizmlərin mövcudluğu müvafiq cinayət qanunlarının səmərəli tətbiqi üçün mühüm əhəmiyyət daşıyır. Dövlət ibtidai məktəblərdə yetkinlik yaşına çatmayanlar barəsindəki öhdəliklərini özəl qurumların və ya fərdlərin üzərinə ötürməklə həmin öhdəliklərindən boyun qaçıra bilməz. Uşaq dövlət tərəfindən təsdiqlənmiş təhsil variantlarından birini (istər milli məktəb olsun, istərsə də ödənişli məktəb və ya evdə təhsil) seçibsə, sadəcə onun bu seçimini əsas gətirərək dövləti uşağın müdafiəsini nəzərdə tutan pozitiv öhdəliyindən azad etmək olmaz.
Buna görə də Məhkəmə bu məsələ ilə bağlı qərar çıxarmalıdır ki, dövlətin qanunvericilik bazası və xüsusən pis rəftardan müdafiə edilmə və onlar barədə məlumat vermə mexanizmləri milli məktəbə gedən uşaqların hər hansı seksual sui-istifadə riskinə qarşı (həmin dövrdə dövlət orqanları bu riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər) səmərəli müdafiəsini təmin edirdimi? Müvafiq faktlar 1973-cü ildə baş verdiyinə görə ərizəçinin işində dövlətin məsuliyyəti məsələsi həmin vaxt mövcud olmuş faktlar və standartlar nöqteyi-nəzərindən qiymətləndirilməli, təhsil kontekstində yetkinlik yaşına çatmayanlara qarşı seksual sui-istifadə riski barədə bu gün cəmiyyətin məlumatlı olduğu nəzərə alınmamalıdır.
Bu məsələdə fikir ayrılığı yoxdur ki, ərizəçi LH. tərəfindən seksual sui-istifadəyə məruz qalıb və ona qarşı bu pis rəftar 3-cü maddənin tətbiq dairəsinə düşür. Həmçinin tərəflər arasında İrlandiyanın ibtidai təhsil sistemi ilə bağlı fikir ayrılıqları da azdır, İrlandiyanın tarixi təcrübəsinin nəticəsi olan bu sistem Avropada unikarl sistemidir, belə ki, burada dövlət təhsili təmin edir (tədris proqramlarını müəyyən edir, müəlllimlərə lisenziya verir və məktəbləri maliyyələşdirir), milli məktəblərin özləri isə gündəlik idarəçiliyi həyata keçirirlər. Nəticə etibarı ilə daxili qanunvericiliyə və Konvensiyaya əsasən dövlətin məsuliyyət daşıması məsələsində tərəflərin rəyləri fərqlidir.
Dövlətin məsuliyyətini müəyyən edərkən Məhkəmə bu məsələni araşdırmalı idi ki, dövlət həmin dövrdə milli məktəblərdə ərizəçi kimi yetkinlik yaşına çatmayanlara qarşı sui-istifadə riskindən xəbərdar olmağa borclu idimi və öz hüquq sistemi vasitəsilə uşaqları bu cür pis rəftardan yetərincə müdafiə edirdimi?
Məhkəmə müəyyən etdi ki, dövlət yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərin səviyyəsindın xəbərdar idi, belə ki, 1970-ci illərədək bu cinayətlərlə bağlı cinayət təqibinin faizi xeyli yüksək idi. 1930-cu illərdən 1970-ci illərədək açıqlanmış bir sıra hesabatlarda İrlandiyada uşaqlara qarşı cinsi cinayətlərlə əlaqədar cinayət təqiblərinin faizi barəsində detallı statistik məlumatlar təqdim edilirdi. 2009-cu ilin mayında təqdim edilmiş Rayan hesabatı da 1970-ci illərə qədər və həmin illərdə böyüklər tərəfindən uşaqlara qarşı seksual sui-istifadə hallarına yol verildiyi barədə dövlət orqanlarına şikayətlər edildiyini sübut edirdi. Baxmayaraq ki, həmin hesabat əsasən islah və istehsalat məktəblərinə aid idi, milli məktəblərdə yol verilən sui-istifadə hallarından edilən şikayətlər də qeydə alınmışdı.
Müvafiq olaraq, azyaşlı uşaqların böyük əksəriyyətinin təhsili üzərində nəzarəti qeyri-dövlət subyektlərinin öhdəsinə verərkən dövlət uşaqları onların təhlükəsizliyinə qarşı potensial risklərdən müdafiə etmək üçün mütənasib tədbirləri və təminatları qəbul etməli, ən azı dövlət nəzarətində olan orqan tərəfindən pis rəftar hallarının aşkar edilməsinə və onlar barəsində həmin orqana məlumat verilməsinə yönələn səmərəli mexanizmlər yaratmalı idi.
Lakin Hökumətin qeyd etdiyi yaradılmış mexanizmlər səmərəli deyildi. Milli məktəblər üçün 1965-ci il Qaydalarında və müəllimlərə qarşı şikayətlərə baxılması ilə bağlı praktikanın əks olunduğu 6 may 1970-ci il tarixli "Rəhbər göstərişlər"də dövlət orqanı tərəfindən müəllimlərin uşaqlarla rəftarının monitorinqinin aparılması barəsində heç nə deyilmirdi, yaxud uşaqların və valideynlərin pis rəftar barədə şikayətlərini birbaşa dövlət orqanına təqdim etmələrinə şərait yaradan prosedur nəzərdə tutulmamışdı. Əslində "Rəhbər göstərişlər"in mətnində açıq-aydın göstərilirdi ki, müəllimlər barəsində şikayəti olanlar, ərizəçinin işində olduğu kimi, qeyri-dövlət subyekti olan idarəçilərə müraciət etməlidirlər, bunlar isə bir qayda olaraq yerli keşişlər olurdu. LH. barəsində şikayətlər ərizəçinin məktəbinin idarəçisinə faktiki olaraq 1971-ci və 1973-cü illərdə təqdim edilsə də, idarəçi onları hər hansı dövlət orqanının diqqətinə çatdırmamışdı. Eynilə, Hökumətin istinad etdiyi məktəb təftişçiləri sistemi də konkret olaraq müəllimlərin uşaqlarla rəftarı ilə bağlı təftişçilərin təhqiqat aparmaq və ya bu rəftarı monitorinaq etmək öhdəliyini nəzərdə tutmurdu, onların vəzifəsi əsasən təhsilin keyfiyyətinə və akademik göstəricilərə nəzarət etmək və bu barədə məlumat vermək idi. Ərizəçinin məktəbinə təyin olunmuş təftişçi 1969-cu ildən 1973-cü ilədək məktəbə 6 dəfə baş çəksə də LH. barəsində ona heç vaxt şikayət edilməmişdi. Əslində LH. işdən çıxdıqdan sonra 1995-ci ilədək LH.-nin fəaliyyətləri barəsində hər hansı dövlət orqanına şikayət edilməmişdi. Məhkəmə hesab etdi ki, pis rəftar hallarının aşkara çıxarılması və onlar barəsində məlumat verilməsi üçün nəzərdə tutulan hər hansı sistem bu qədər uzun müddət ərzində müəllimin yol verdiyi 400-dən artıq sui-istifadə halının baş verməsinə imkan yaradıbsa, səmərəsiz hesab edilməlidir.
Məntiqə görə gözləmək olardı ki, 1971-ci ildə edilmiş şikayətlə bağlı görülmüş adekvat tədbir ərizəçinin iki il sonra eyni məktəbdə eyni müəllim tərəfindən sui-istifadəyə məruz qalmasının qarşısını ala bilərdi. Məlum sui-istifadə hallarının baş verməsi riskinə qarşı hər hansı səmərəli dövlət nəzarəti mexanizminin olmamasının nəticəsi ondan ibarət idi ki, dövlət nümayəndəsi olmayan idarəçi LH.-nin yol verdiyi sui-istifadə halları barəsindəki ilkin şikayətlərlə və daha sonra ərizəçiyə qarşı yol verdiyi sui-istifadə halları ilə, habelə daha geniş götürsək, elə həmin milli məktəbdə LH. tərəfindən çoxsaylı digər şagirdlərə qarşı törədilmiş ciddi və davamlı cinsi hüquq pozuntuları ilə əlaqədar tədbir görməmişdi. Beləliklə, dövlət ərizəçini seksual sui-istifadə hallarından müdafiə etməkdən ibarət pozitiv öhdəliyini yerinə yetirməyib.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
b) Prosessual aspekt – Milli məktəbin şagirdi olan uşağa qarşı LH. tərəfindən yol verilmiş seksual sui-istifadə barəsində 1995-ci ildə polisə şikayət edilən kimi istintaq başlandı və istintaqın gedişində ərizəçinin ifadə verməsinə imkan yaradıldı. İstintaq LH.-nin seksual sui-istifadə ilə bağlı bir sıra cinayətlərdə ittiham olunması, barəsində ittiham hökmünün çıxarılması və azadlqıdan məhrum edilməsi ilə nəticələndi. Ərizəçi LH.-nin müvafiq ittihamlar üzrə təqsirini boynuna alması və ya məhkum edilməsi faktı ilə əlaqədar hər hansı etirazını bildirmədi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
3-cü maddə ilə birgə götürülməklə 13-cü maddə: Ərizəçi dövlətin hər hansı məsuliyyətini müəyyən edən hüquqi müdafiə vasitəsi ilə təmin edilmək hüququna malik idi. Müvafiq olaraq, digər şəxslərə və qeyri-dövlət subyektlərinə qarşı Hökumətin təklif etdiyi mülki hüquqi müdafiə vasitələri, uğur şansının olub-olmamasından asılı olmayaraq, hazırkı işdə səmərəsiz sayılmalıdır. Eynilə, LH. barəsindəki ittiham hökmünün çıxarılması 3-cü maddədən irəli gələn prosessual təminatlar baxımından önəmli olsa da, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan mənada ərizəçi üçün səmərəli hüquqi müdafiə vasitəsi deyildi.
Mövcud olduğu iddia edilən dövlətə qarşı hüquqi müdafiə vasitələrinə gəlincə, dövlətin onu sui-istifadədən müdafiə etməməsi ilə bağlı ərizəçinin şikayəti ilə əlaqədar hər hansı milli hüquqi müdafiə vasitəsinin (digər şəxslərin hərəkətlərinə görə dövlətin məsuliyyəti, birbaşa səhlənkarlıqla bağlı dövlətə qarşı iddia və ya deliktlə əlaqədar konstitusiya şikayəti) səmərəli olduğu sübuta yetirilmədi.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
Maddə 41: Ərizəçinin almış olduğu maliyyə kompensasiyası və LH.-nin edəcəyi gələcək ödənişlərlə bağlı qeyri-müəyyənliklər nəzərə alınaraq, maddi və mənəvi ziyana görə ərizəçiyə ümumilikdə 30.000 avro məbləği təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy