© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Orşuş və başqaları Xorvatiyaya qarşı (Oršuš and Others v. Croatia [GC]), ərizə № 15766/03
16.03.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Xorvat dilini pis bilmələri əsas gətirilərək qaraçı uşaqlarının yalnız qaraçılardan ibarət olan siniflərdə yerləşdirilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçilər 1996-2000-ci illərdə iki ibtidai məktəbə getmiş qaraçı mənşəli 15 Xorvatiya vətəndaşıdır. Ayrı-ayrı vaxtlarda onlar yalnız qaraçılardan ibarət olan siniflərdə yerləşdirilmişdilər. 2002-ci ilin aprelində onlar məktəblərə qarşı iddia qaldırdılar və konkret olaraq şikayət etdilər ki, milliyyətlərinə görə ayrı-seçkiliyə məruz qalıblar və təhsil hüquqları pozulub, çünki qaraçılar üçün tədris proqramı həcminə və məzmununa görə rəsmi milli tədris proqramı ilə müqayisədə xeyli ixtisarlara məruz qalmışdı. Onlar həmçinin psixoloji araşdırmaların nəticələrini təqdim etdilər, həmin araşdırmalara əsasən, ayrılıqda təhsil alma qaraçı uşaqlarına istər özünüqiymətləndirmə, istərsə də şəxsiyyətin inkişafı baxımından psixoloji və emosional ziyan yetirib. 2002-ci ilin sentyabrında bələdiyyə məhkəməsi şikayəti rədd edərək hesab etdi ki, qaraçı uşaqlarının çoxunun ayrıca siniflərə götürülməsinin səbəbi onların xorvat dilini əlavə öyrənmələrinə ehtiyac olması ilə bağlıdır və ərizəçilər milli əlamətə görə ayrı-seçkiliyə məruz qaldıqlarını və tədris proqramının məhdudlaşdırıldığını sübuta yetirə bilməyiblər. Apellyasiya instansiyası məhkəməsi bu qərarı qüvvədə saxladı.
Hüquqi məsələlər – 1 saylı Protokolun 2-ci maddəsi ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi: Hökumət iddia etdi ki, ərizəçilər ayrıca siniflərə yalnız xorvat dilini yetərincə bilmədiklərinə görə yerləşdiriliblər. Beləliklə, Məhkəmə bu məsələni araşdırmalı idi ki, məktəb müdiriyyəti ərizəçilərin dili kifayət qədər tez öyrənmələrini və sonra qarışıq siniflərə yerləşdirilmələrini təmin etmək üçün bütün zəruri tədbirləri görmüşdümü? Bununla bağlı Məhkəmə qeyd etdi ki, uşaqların tədrisin aparıldığı dili yetərincə bilmədiklərinə görə ayrıca sinfə yerləşdirilmələri avtomatik olaraq 14-cü maddənin pozulması demək deyil. Lakin belə tədbirlər konkret etnik qrupun üzvlərinə qeyri-mütənasib təsir göstərə bilərsə, bu halda səmərəli təminatların mövcud olmasını təmin etmək lazımdır. Məhkəmə öncə qeyd edir ki, xorvat dilini yetərincə bilməyən uşaqların ayrıca siniflərə yerləşdirilməsi üçün hər hansı aydın hüquqi əsas yox idi. Bundan başqa, Hökumət sübuta yetirə bilmədi ki, bu cür praktika ölkənin digər hissələrində xorvat dilini yetərincə bilməyən hər hansı digər şagirdlərə də aid edilirdimi. Beləliklə, bu cür praktikaya tədrisin aparıldığı dili yetərincə bilməyən uşaqların problemlərini həll etmək məqsədi daşıyan adi və ya ümumən qəbul edilmiş praktika kimi baxmaq, çətin ki, mümkün idi. Yalnız qaraçıların siniflərində tətbiq edilən tədris proqramına gəlincə, Hökumət iddia etdi ki, bu proqram eyni səviyyəli digər siniflərdə tətbiq edilən proqrama uyğun idi və istənilən halda, tədris proqramını istənilən sinifdə 30% ixtisar etmək olardı. Lakin Məhkəmənin fikrincə, qaraçıların siniflərində sadəcə tədris proqramını ixtisar etmək əvəzinə dövlət ərizəçilərin qısa müddətdə zəruri dil bacarıqları əldə etmələrinə xüsusən ayrıca dil dərslərinin vasitəsilə yardım etmək üçün müvafiq pozitiv tədbirlər görməyə borclu idi. Belə dərslər ibtidai siniflərdə tədrisin müəyyən mərhələsində ərizəçilərin bəziləri üçün həqiqətən təmin edilmişdi, lakin misal üçün ərizəçilərdən üçünə heç vaxt belə dərslər keçilməmiş, altı ərizəçiyə isə belə dərslər yalnız üçüncü sinifdə keçilmişdi, hərçənd ki, onlar artıq birinci sinifdən qaraçı siniflərində təhsil alırdılar. Məhkəmə daha sonra qeyd etdi ki, xorvat dilini yetərincə bilməyən qaraçı uşaqlarının xüsusi tələbatlarını ödəmək üçün müəyyən olunmuş proqram yox idi, elə bir proqram ki, müxtəlif mərhələlərdə onların dil bacarıqları əldə etmələri üçün müddətləri nəzərdə tutmuş olsun. Bundan əlavə, Məhkəmə hesab etdi ki, ərizəçilərin oxuduqları ərazidə təhsili atan qaraçı şagirdlərinin sayının çoxluğu təhsilin vacibliyi barədə qaraçı əhali arasında məlumatlatlandırmanın artırılması üçün əlavə pozitiv tədbirlərin həyata keçirilməsini və bu işə sosial xidmətlərin aktiv şəkildə cəlb edilməsini tələb edirdi. Bu iş qaraçı uşaqlarının avtomatik olaraq ayrıca siniflərdə yerləşdirilməsindən ibarət ümumi praktikanın mövcud olmadığı digər işdən – D.H. və başqaları Çexiya Respublikasına qarşı işdən ([Böyük Palatanın qərarı], ərizə № 57325/00, 13 noyabr 2007-ci il, 102 saylı Məlumat bülleteni) fərqlənsə də, belə bir rəy hamılıqla qəbul olunur ki, bir sıra Avropa ölkələri qaraçı uşaqları üçün məktəblərdə adekvat təhsilin təmin edilməsində ciddi çətinliklərlə qarşılaşırlar. Bu işdə nəzərdən keçirilən dövrdən sonra cavabdeh dövlət tərəfindən olduqca pozitiv tədbirlərin görülməsinə baxmayaraq, ərizəçilərin işindəki faktlar göstərir ki, onların məktəbdə təhsilinin təşkili yetərli təminatlarla müşayiət olunmayıb, belə ki, dövlət təhsil sahəsində özünün qiymətləndirmə sərbəstliyini həyata keçirərkən əlverişsiz vəziyyətdə olan qrupun üzvləri olan qaraçıların xüsusi tələbatlarını nəzərə almayıb. Nəticədə ərizəçilər qarışıq siniflərə köçürülmələri üçün aydın və şəffaf meyarlar olmadan adaptiv təhsil proqramının tətbiq edildiyi siniflərə yerləşdiriliblər.
Nəticə: pozuntu baş verib (səkkiz səsə qarşı doqquz səslə).
Nəhayət, Məhkəmə bu qənaətə gəldi ki, Konstitusiya Məhkəməsindəki icraatın uzun (dörd ildən artıq) sürməsi səbəbindən 6-cı maddənin 1-ci bəndi pozulub.
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 4.500 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy