© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Otegi Mondraqon İspaniyaya qarşı (Otegi Mondragon v. Spain), ərizə № 2034/07
21.01.2011-ci il tarixli qərar [III Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Kralı təhqir etməyə görə cinayət məsuliyyətinə cəlb olunma: pozuntu baş verib
Faktlar – Mətbuat konfransında bask əyalətindən olan parlament qrupunun adından danışan ərizəçi son dövrdə bask qəzetinin bağlanmasını, onun baş redaktorlarının həbsini və onların həbsdə olarkən pis rəftara məruz qaldıqları barədə şikayətlərini şərh etdi. O, İspaniya kralının bask əyalətinə səfərini qeyd edərək bildirdi ki: "İspaniya kralı İspaniya ordusunun baş komandanı olduğu bir vaxtda, yəni işgəncələrin törədilməsinə əmr verdiyi, işgəncələri müdafiə etdiyi və öz monarxist rejimini bizim xalqımıza tətbiq etdiyi bir vaxtda bu gün Bilbaoda onunla birlikdə necə şəkil çəkdirmək olar?" Sonradan ərizəçi kralı ciddi şəkildə təhqir etdiyinə görə bir il müddətinə azadlıqdan məhrum edildi. Onun apellyasiya şikayətləri uğursuz oldu.
Hüquqi məsələlər – Maddə 10: Ərizəçi öz fikirlərini ümumi maraq doğuran ictimai müzakirə kontekstində bildirmişdi. Buna görə də ona sanksiya tətbiq etmək məsələsi barədə qərar çıxararkən dövlət orqanlarının qiymətləndirmə sərbəstliyi hüdudları məhdud idi. Milli məhkəmələr hesab etdilər ki, ərizəçinin şərhləri faktlar barədə açıqlama deyil, qiymətləndirici mülahizələrdir. Bununla belə, onlar qərara aldılar ki, bu şərhlərin hansı şəraitdə bildirilməsi onlara haqq qazandıra bilməz, çünki iddia edilən işgəncə barədə şikayətlər kifayət qədər sübut olmadığına görə rədd edilmişdi. Bununla bağlı Məhkəmə qeyd etdi ki, işlədilmiş ifadələr dövlətin təhlükəsizlik qüvvələrinin pis rəftar halları ilə bağlı potensial məsuliyyəti barədə geniş ictimai müzakirənin tərkib hissəsi sayılmalıdır. Doğrudur, ərizəçinin istifadə etdiyi sözlər təxribat xarakterli sayıla bilərdi, amma nəzərə almaq vacibdir ki, hətta ərizəçinin şərhlərində istifadə etdiyi bəzi sözlər düşmənçilik xarakterli səslənsədə, həmin sözlərdə zorakılığa təhrik yox idi və onlar ədavətin təbliğinə bərabər sayıla bilməzdi. Bundan başqa, bunlar mətbuat konfransının gedişində bildirilmiş şifahi fikirlər idi, bu isə o demək idi ki, ərizəçi həmin fikirləri ictimaiyyətə açıqlayana qədər onları başqa cür ifadə edə, dəyişdirə və ya geri götürə bilməzdi. Respublika quruluşlu rejimlərdə dövlət başçılarının müdafiəsi məsələsinə dair öz presedent hüququndakı prinsipləri xatırladaraq Məhkəmə hesab etdi ki, həmin prinsiplər monarxiya sistemi üçün də keçərlidir. Kralın siyasi müzakirələrdə neytral qalması, arbitr rolunu oynaması və dövlətin rəmzi sayılması faktı rəsmi vəzifələrini yerinə yetirərkən və rəmzi sayıldığı dövləti təmsil edərkən onu tənqidlərdən, xüsusən də dövlətin konstitusiya quruluşuna, o cümlədən monarxiya rejiminə qanuni şəkildə etiraz edən şəxslərin tənqidindən qoruyan sipər sayıla bilməzdi. Bundan başqa, İspaniya Konstitusiyasına əsasən kralın "məsuliyyətə", xüsusən də cinayət məsuliyyətinə cəlb edilməsinin yolverilməzliyi faktı onun mümkün institusional məsuliyyəti barədə açıq, amma rəmzi xarakter daşıyan və fərd olaraq onun nüfuzuna hörmət çərçivəsini aşmayan müzakirələr aparılmasına mane olmurdu. Qeyd etmək lazımdır ki, etiraz edilən ifadələr kralın şəxsi həyatına və ya fərd olaraq şərəfinə aid deyildi, belə ki, onlar dövlətin və silahlı qüvvələrin başçısı və dövlətin rəmzi olaraq kralın konstitusion məsuliyyətinə aid idi. Nəhayət, hazırkı işdə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsinə haqq qazandıran heç bir hal yox idi. Ərizəçinin cinayət cəzasına məhkum edilməsi onun məhkumluq müddətində səsvermə hüququnun dayandırılması ilə müşayiət olunmuşdu, baxmayaraq ki, o, siyasətçi idi. Müvafiq olaraq, ərizəçinin məhkum edilməsi və təyin olunmuş cəza qarşıya qoyulan qanuni məqsədə, yəni İspaniya kralının nüfuzunun İspaniya Konstitusiyası ilə təmin edilən müdafiəsi məqsədinə mütənasib deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə ərizəçiyə 20.000 avro rəyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy