© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 148 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2012-ci il, yanvar
Otman (Əbu Qatada) Birləşmiş Krallığa qarşı – 8139/09
2012-ci il 17 yanvar tarixli qərar [4-cü Bölmə]
Maddə 6
Cinayət işi
Ölkə hüdudlarından kənara çıxarma
Maddə 6-1
Ədalətli məhkəmə baxışı
Ərizəçinin işinə yenidən baxılması zamanı üçüncü şəxslərə işgəncə verilməsi yolu ilə alınmış sübutun qəbul ediləcəyi ilə bağlı real riskin olması: deportasiyanın həyata keçiriləcəyi təqdirdə pozuntu baş verəcəkdir
Maddə 3
Ölkə hüdudlarından kənara çıxarma
Faktlar – İordaniya vətəndaşı olan ərizəçi 1993-cü ildə Birləşmiş Krallığa gəlmiş və burada sığınacaq almışdır. O, 2002-ci ildən 2005-ci ilə qədər 2001-ci il tarixli Terrorçuluğa qarşı mübarizə, Cinayətkarlıq və Təhlükəsizlik haqqında Qanun əsasında saxlanmışdır. Azad olunduqdan sonra daxili işlər naziri ərizəçiyə onu deportasiya etmək niyyətinin olması barədə xəbərdarlıq təqdim etmişdir. Bu arada, ərizəçi 1999-cu və 2000-ci illərdə bombardman etmə və partlayışlar törətməkdə iştirakçılığa görə İordaniyada qiyabi olaraq məhkum olunmuşdur. Bu məhkəmə işlərinin hər birində ərizəçinin əleyhinə olan və onun barəsində ittiham hökmlərinin çıxarılmasına səbəb olmuş əsas sübutlar qismində sonradan işgəncəyə məruz qaldıqlarından şikayət etmiş iki müttəhimin verdiyi ifadələr çıxış etmişdir. 2005-ci ildə Birləşmiş Krallıq ilə İordaniya arasında şəxsin bir dövlətdən digərinə qaytarılması zamanı əsas kimi götürülməli olan insan hüquqları sahəsindəki beynəlxalq standartlara əməl olunması ilə bağlı bir sıra təminatların təsbit edildiyi anlaşma memorandumu imzalanmışdır. Burada həmçinin qaytarılmış hər bir şəxsə hər iki hökumət tərəfindən birgə təyin olunmuş müstəqil qurumun nümayəndəsi tərəfindən dərhal və müntəzəm olaraq baş çəkilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları Sahəsində Araşdırılmalar üzrə Ədaleh Mərkəzi bununla bağlı sonradan Birləşmiş Krallıq hökuməti ilə monitorinqə dair saziş imzalamışdır. Ərizəçinin işi ilə bağlı yenidən məhkəmə baxışının keçirilməsi mümkünlüyünə dair əlavə suallar verilmiş və İordaniya hökuməti bu suallara cavab vermişdir. Ərizəçi deportasiya olunması barədə qərardan şikayət versə də, onun tələbləri ölkə məhkəmələri tərəfindən diqqətlə araşdırıldıqdan sonra yekunda rədd edilmişdir.
Hüquqi məsələlər – Maddə 3: BMT və müxtəlif QHT-lərin hesabatlarında İordaniyada işgəncələrin “geniş yayıldığı və adi hal aldığı” göstərilmişdir və tərəflər razılaşmışdırlar ki, İordaniya hökuməti tərəfindən təminatlar verilmədiyi halda tanınmış islamçı kimi ərizəçinin pis rəftara məruz qalacağı ilə bağlı real risk mövcud olacaqdır. Bununla bağlı Məhkəmə bildirmişdir ki, yalnız nadir hallarda ölkədəki ümumi vəziyyət onun tərəfindən verilən təminatlara hər hansı önəm verilməsinin mümkün olmadığı anlamına gələ bilər. Adətən Məhkəmə ilk növbədə verilmiş təminatların xüsusiyyətlərini (təminatların Məhkəməyə açılıb-açılmadığını, konkret xarakter daşıyıb-daşımadığını, istər mərkəzi, istərsə də yerli səviyyələrdə qəbul edən dövlət üçün məcburi qüvvəyə malik olub-olmadığını və təminatlara etibar edilməsinin mümkünlüyünün göndərən / Razılığa Gələn Dövlətin məhkəmələri tərəfindən araşdırılıb-araşdırılmadığını) və ikinci, qəbul edən dövlətdəki təcrübə nəzərə alınmaqla, onlara etibar edilməsinin mümkünlüyünü (qəbul edən dövlətin Razılığa Gələn Dövlət olub-olmadığını, onun işgəncələrə qarşı səmərəli müdafiə tədbiri nəzərdə tutub-tutmadığını və təminatların aid olduğu əməli qanunsuz elan edib-etmədiyini, göndərən dövlət ilə sıx ikitərəfli münasibətlərə malik olub-olmadığını və keçmişdə belə təminatlara riayət edib-etmədiyini, ərizəçinin əvvəllər burada pis rəftara məruz qalıb-qalmadığını və qəbul edən dövlətdə səmərəli monitorinqin aparılmasına və ərizəçinin vəkilləri ilə maneəsiz görüşməsinə imkan verən təşkilatı xarakterli tədbirlərin görülüb-görülmədiyini) qiymətləndirir.
Ərizəçinin işində Birləşmiş Krallıq ilə İordaniya hökumətləri ərizəçinin İordaniyaya qaytarılacağı təqdirdə pis rəftara məruz qalmayacağını təmin etmək məqsədilə şəffaf və müfəssəl təminatların əldə olunması və təmin edilməsi üçün əsl səy göstərilmişdir. Bu səylərin nəticəsində ortaya çıxmış anlaşma memorandumu istər detallarına, istərsə də formallıqlarına görə Məhkəmənin əvvəllər araşdırdığı təminatlardan daha üstün cəhətlərə malik idi. Bundan əlavə, təminatlar vicdanla verilmiş və Birləşmiş Krallıqla tarixən çox sıx ikitərəfli münasibətlərə malik olan İordaniyada ən yüksək səviyyədə təsdiq olunmuşdur. Anlaşma memorandumunda açıq şəkildə təsbit edilirdi ki, ərizəçi qiyabi yolla məhkum olunduğu cinayətlərə görə saxlanması və işinə yenidən baxılması üçün İordaniyaya deportasiya ediləcəkdir. Ərizəçinin tanınmış şəxs olması çox ehtimal ki, İordaniyanın hakimiyyət orqanlarını onunla lazımı qaydada rəftar olunmasını təmin etməkdə ehtiyatlı olmağa məcbur edəcəkdir. Belə ki, istənilən pis rəftar faktı həmin ölkənin Birləşmiş Krallıq ilə ikitərəfli münasibətləri üçün ciddi nəticələr doğurmaqla yanaşı, beynəlxalq qınağa da səbəb olacaqdır. Nəhayət, anlaşma memorandumuna uyğun olaraq Ədaleh Mərkəzi ərizəçiyə müntəzəm olaraq baş çəkməklə təminatlara əməl olunub-olunmadığını yoxlayacaqdır. Buna görə də ərizəçi İordaniyaya qayıtması nəticəsində real olaraq pis rəftara məruz qalacağı riski ilə üzləşməyəcəkdir.
Nəticə: deportasiya nəticəsində pozuntu baş verməyəcəkdir (yekdilliklə)
Maddə 5: Məhkəmə təsdiq etmişdir ki, 5-ci maddə ölkə hüdudlarından kənara çıxarma hallarına tətbiq edilir və Razılığa Gələn Dövlət ərizəçini bu maddə ilə nəzərdə tutulmuş hüquqların açıq şəkildə pozulacağı ilə bağlı real riskin olduğu dövlətə deportasiya edəcəyi təqdirdə həmin maddənin tələblərini pozmuş olacaqdır. Lakin belə işlərdə çox yüksək sədd tətbiq edilir. İordaniya qanunvericiliyinə görə ərizəçi saxlandığı andan əlli gün müddətində məhkəmə qarşısına çıxarılmalıdır. Məhkəmənin fikrincə bu müddət 5-ci maddənin açıq pozuntusunun baş verdiyini təsbit etmək üçün tələb olunan saxlama müddətindən kifayət qədər azdır.
Nəticə: deportasiya nəticəsində pozuntu baş verməyəcəkdir (yekdilliklə)
Maddə 6: Ərizəçi şikayət edərək bildirmişdir ki, İordaniyaya qaytarılacağı təqdirdə onun işinə yenidən baxılması, inter alia, işgəncə yolu ilə alınmış sübut məhkəmə prosesində qəbul ediləcəyi üçün, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi demək olacaqdır. Məhkəmə qeyd etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi Razılığa Gələn Dövlətdə baş verdiyi təqdirdə 6-cı maddənin pozulması ilə nəticələnə bilən adi hüquq pozuntularından və ya məhkəmə prosesinin təminatlarının olmamasından daha ağır xarakter daşıyır. Burada ədalətli məhkəmə baxışının elə fundamental prinsiplərinin pozulması tələb olunur ki, bu pozuntu nəticəsində həmin maddə ilə təmin olunan hüququn mahiyyəti heçə ensin və ya məhv olsun. Bununla bağlı Məhkəmə qeyd etmişdir ki, işgəncə yolu ilə alınmış sübutun qəbul edilməsi Konvensiyanın 6-cı maddəsi ilə yanaşı, ədalətli məhkəmə baxışı ilə bağlı əsas beynəlxalq hüquqi standartlara da açıq-aşkar zidd gedəcəkdir. Bu, məhkəmə baxışının nəticələrinin əxlaq prinsiplərinə zidd, qanunsuz və tamamilə qeyri-mötəbər olmasına səbəb olacaqdır. Buna görə də cinayət işinə məhkəmədə baxılan zaman işgəncə yolu ilə alınmış sübutun qəbul edilməsi ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtinaya bərabər tutulacaqdır. Ərizəçinin işində ittihamedici ifadələr iki müxtəlif şahid tərəfindən verilmişdir və onların hər ikisinin ayaqlarının alt hissəsinə zərbələr vurulmuşdur. Falaka kimi tanınan bu döymənin məqsədi yalnız məlumat əldə edilməsi ola bilərdi. Məhkəmə əvvəllər bu pis rəftar formasını araşdırmış və onu işgəncə kimi xarakterizə etməkdə tərəddüd etməmişdir. Bundan əlavə, İordaniyada işgəncə yolu ilə alınmış sübutdan istifadə geniş yayılmışdır və belə görünür ki, İordaniya qanunvericiliyində təsbit olunmuş hüquqi təminatlar bu baxımdan az praktiki əhəmiyyətə malikdir. Ərizəçinin işgəncə yolu ilə onun əleyhinə alınmış ifadələrin qəbuledilənliyi lə bağlı etiraz etməsi mümkün olsa da, hadisələrdən bir çox illər keçdikdən sonra və bir qayda olaraq belə iddiaları rədd edən məhkəmə qarşısında bunu edən zaman o, kifayət qədər çətinlik ilə üzləşəcəkdir. Müttəhimlərin ona qarşı ifadə vermək üçün işgəncəyə məruz qaldıqları və bu sübutlardan çox böyük ehtimalla onun işinə yenidən baxılması zamanı istifadə ediləcəyinə dair konkret və inandırıcı sübutlar təqdim etməklə ərizəçi İordaniyaya deportasiya olunacağı təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi ilə üzləşəcəyi ilə bağlı real riskin olduğunu sübut etmək üçün tələb olunan yüksək sübutetmə vəzifəsini yerinə yetirmişdir.
Nəticə: deportasiya nəticəsində pozuntu baş verəcəkdir (yekdilliklə)
Maddə 41: Ziyanla bağlı heç bir tələb irəli sürülməmişdir.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Katiblik tərəfindən edilmiş bu xülasə Məhkəmə üçün məcburi xarakter daşımır
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy