© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə Təcrübəsi üzrə Məlumat Qeydi No 152
May 2012
Özgürlük ve Dayanışma Partisi (ÖDP) Türkiyəyə q. - 7819/03
Qətnamə 10.5.2012
Maddə 14
Ayrı-seçkilik
Dövlətin qanunda göstərilən 7%-lik təmsil olunma həddini əldə etməmiş bir partiyaya maliyyə köməyi ayırmaqdn imtina etməsi : pozuntu yoxdur
Faktlar - Ərizəçi partiyaya 1999-cu il bələdiyyə və qanunvericilik orqanına seçkilərdə iştirak etməyə icazə verilmişdi. O, bu əsasla Konstitusiyaya əsasən siyası partiyalara verilən maliyyə yardımını almaq üçün müraciət etmişdi. Bu müraciət qanunla nəzərdə tutulan şərtlərin-artıq parlamentdə təmsil olunmuş olmaq və ya bundan əvvəlki seçkilərdə səslərinən azı 7%-ni əldə etmək – yerinə yetirilmədiyi səbəbilə rədd edilmişdi. Ərizəçi partiya bu qərarın ləğv edilməsi xahişi ilə inzibati məhkəməyə müraciət etmişdi. O belə əsaslandırmışdı ki, lazımi iqtisadi vasitələr olmadan siyasi fəaliyyət və kampamiya aparmaq mümkün deyildir və maliyyə yardımından imtina edilməsi ayrı-seçkiliyin qadağan edilməsi prinsipinə ziddir. Bu vəsatət 1999-cü ildə qanunun maliyyə yardımı verilməsi üçün nəzərdə tutduğu şərtlərin yerinə yetirilmədiyi əsasıyla rədd edildi. Bu qərar 2202-ci ildə Dövlət Şurası tərəfindən qüvvədə saxlanıldı. Avropa Məhkəməsi qarşısında ərizəçı iddia edir ki, maliyyə yardımı verilməsindən imtina onu müvafiq olaraq 0,8, 0,34 və 0,15% etibarlı səs topladığı 1999, 2002 və 2007-ci il seçkilərində əlverişsiz vəziyyətə salmışdır.
Hüquqi məsələlər – 1-ci Protokolun 3-cü maddəsi ilə birgə götürülmüş 14-cü maddə : Maliyyə yardımı ayrılmasından imtina ərizəçı partiyanın siyasi fikirlərinin yayılmasında bu yardımi almış partiyalarla müqayisədə əlverişsiz vəziyyətə salmışdır. Deməli, ərizəçi öz seçki hüquqlarının həyata keçirilməsi zamanı fərqli rəftara məruz qalmışdır. Siyasi partiyaların büdcədən maliyyələşməsi korrupsiyanın və partiyaların özəl donorlardan asılılığının qarşısını almaq məqsədi daşıyır. Avropa ölkələrində tətbiq olunan sistemin araşdırılmasından belə görünür ki, bu dotasiyalar iki formada verilir: ya tam bərabər şəkildə, ya da ədalətli ayırmalar sistemi ilə. Sonuncu halda demək olar ki, həmişə elekrtoratın müəyyən dəstəyi tələb olunur və bunun məqsədi namizədlərin inflyasiyasının qarşısını almaqdır. Avropa Şurası orqanlarının qəbul etdiyi plüralist demokratik rejimdə siyasi partiyalar barədəki heç bir sənəddə nə milli qanunların ictimai fondlardan istifadə etməsi üçün partiyalara elektoratın minimum dəstəyinin olması tələbi əsassız hesab olunur, nə də bu sahədə minimum dərəcə müəyyən olunmur. Bu sahədə ixtisaslaşmış bəzi institutların müşahidələrindən belə çıxır ki, bir tərəfdən siyasi plüralizmə mane olacaq yüksək həddin müəyyən olunmamasına, digər tərəfdən isə yardımın verilməsi formulunun ictimai fondların böyük partiyaların inhisarına keçməsinə şərait yaratmamasına diqqət etmək lazımdır.
Siyasi partiyaların ədalətli ayrılma sitemi üzrə dövlət büdcəsindən maliyyələşməsi zamanı minimum elektorat dəstəyi tələbi legitim məqsəd daşıyır : demokratik plüralizmin namizədlərin həddindən artıq və qeyri-funksional olacaq fraqmentasiyasının qarşısını almaq. Türkiyədə dövlət yardımı almaq istəyən siyasi partiyalar üçün minimum təmsilolunma faizi (7 faiz) və Avropada ən yüksək həddir. Bununla belə, haqqında söhbət gedən dövrlərdə bu həddin tətbiqi Parlamentdə təmsil olunan siyasi partiyaların yardımla əlaqədar inhisarıyla nəticələnməmişdir. Bundan əlavə, ərizəçi siyasi partiya 1999, 2002 və 2007-ci illərdəki seçki nəticələri 7 faizdən çox aşağı olmuşdur və ona Avropanın bir çox ölkəsində yardım almağa imkan verməzdi. Ərizəçi partiya ona danılmayacaq təmsilolunma imkanı verən elektorat dəstəyinin mövcud olduğunu sübut edə bilmədi. Nəhayət, Dövlət siyasi partiyalara digər dövlət yardımı da ayırır. Bunların arasında bəzi gəlirlərdən vergi verməkdən azad edilmə və seçki kampaniyaları dövründə efir vaxtının ayrılması da var. Ərizəçi siyasi partiya bu yardımlardan istifadə etmişdir. Dövlət yardımımn ayrılması sistemi onun əhəmiyyəti və digər yardımlarla müşayət olunması səbəbilə proporsionaldır. Nəticədə, qanunvericilikdə nəzərdə tutulan şəkildə 7 faiz səs toplamaması səbəbilə ərizəçiyə birbaşa dövlət yardımının ayrılmasında imtina edilməsi obyektiv və ağlabatan əsaslarla həyata keçirilmışdır. Bu, xalqın iradəsini azad ifadə etmək hüququnun mahiyyətinə zərər vurmamışdır.
Nəticə : pozuntu yoxdur (beş səsə qarşı iki səs)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katiblik tərəfindən hazırlanmışdır. Məhkəmə məsuliyyət daşımır.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydinə giriş üçün bura tıklayın
Notes d’information sur la jurisprudence
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy