© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Paksas Litvaya qarşı (Paksas v. Lithuania [GC]), ərizə № 34932/04
21.01.2011-ci il tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 3-cü maddəsi
Seçkidə namizəd qismində iştirak hüququ
İmpiçment proseduru nəticəsində vəzifəsindən kənarlaşdırılmış prezidentin parlament seçkilərində namizəd qismində iştirak hüququndan daimi olaraq məhrum edilməsi: pozuntu baş verib
Faktlar – Litva Respublikasının keçmiş prezidenti olan ərizəçi Konstitusiyanı kobud şəkildə pozduğuna görə impiçment proseduru nəticəsində vəzifəsindən kənarlaşdırılmışdı. Konstitusiya Məhkəməsi bu qənaətə gəlmişdi ki, prezident vəzifəsində olduğu müddətdə ərizəçi öz şəxsi maraqları naminə qanunsuz yolla rusiyalı iş adamına Litva vətəndaşlığı vermiş, dövlət sirrini ona açmış və öz statusundan istifadə edərək özünün yaxın tanışlarının maraqları naminə özəl şirkətə hüquqa zidd təzyiq göstərmişdi. 2004-cü ilin aprelində Mərkəzi Seçki Komitəsi qərara aldı ki, ərizəçinin vəzifəsindən kənarlaşdırılması nəticəsində təyin olunmuş prezident seçkilərində ərizəçinin öz namizədliyini irəli sürməsinə mane olan heç bir müddəa yoxdur. Lakin 4 may 2004-cü ildə parlament "Prezident seçkiləri" haqqında Qanuna dəyişiklik edərək oraya belə bir müddəa daxil etdi ki, impiçment proseduru nəticəsində vəzifəsindən kənarlaşdırılmış şəxs beş illik müddət başa çatmayanadək prezident seçilə bilməz. Nəticədə Mərkəzi Seçki Komitəsi ərizəçini namizəd qismində qeydə almaqdan imtina etdi. Bundan sonra Konstitusiya Məhkəməsi 25 may 2004-cü ildə qərara aldı ki, qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ərizəçinin namizəd qismində seçkiyə buraxılmaması Konstitusiyaya uyğun idi, dəyişiklikdə nəzərdə tutulmuş müddət məhdudiyyəti isə Konstitusiyaya zidd idi. Parlament 15 iyul 2004-cü ildə "Parlament seçkiləri" haqqında Qanuna belə bir dəyişiklik etdi ki, impiçment proseduru nəticəsində vəzifəsindən kənarlaşdırılmış şəxs parlament üzvü olmaq hüququnu itirir.
Hüquqi məsələlər – 1 saylı Protokolun 3-cü maddəsi
a) Şikayətin qəbuledilənliyi – Azad seçki hüququnu təmin edən 1 saylı Protokolun 3-cü maddəsi yalnız "qanunverici hakimiyyət orqanına" seçkilərə şamil olunur. Müvafiq olaraq, ərizəçinin şikayəti prezident vəzifəsindən kənarlaşdırılmasına və ya prezident seçkisində namizəd olmaq hüququna aid olduğu üçün şikayət mahiyyətinə görə (ratione materiae) Konvensiyaya uyğun deyil və deməli, qəbuledilən deyil. Lakin şikayətin parlamentə seçkilərdə onun iştirak edə bilməməsinə aid hissəsi mahiyyətinə görə (ratione materiae) qəbulediləndir.
b) Şikayətin mahiyyəti – Ərizəçinin seçilmək hüququna müdaxilə baş vermiş və o, parlament seçkilərində namizəd qismində iştirak etmək imkanından məhrum edilmişdi. Bu müdaxilə qanuna uyğun idi və demokratik quruluşun müdafiəsi məqsədini daşıyırdı. Məhkəmə ərizəçinin öz konstitusiya vəzifələrinə münasibətdə pozuntu təşkil edən davranışının ciddiliyini azaltmadan və ya onun prezident vəzifəsindən kənarlaşdırılmasına səbəb olmuş prinsipi şübhə altına almadan qeyd etdi ki, müdaxilə mühüm nəticələr doğurmuşdu, belə ki, ərizəçinin təkcə parlament üzvü olmasına deyil, həm Konstitusiyaya uyğun olaraq andiçmə tələb edən hər hansı digər vəzifə tutmasına maneə yaratmışdı. Litvanın bu məsələdə mövqeyi Avropada istisna təşkil edirdi, belə ki, Avropa Şurasının üzvü olan dövlətlərin çoxunda impiçment nə müvafiq şəxsin seçki hüquqlarına, nə də parlament seçkilərində namizəd olmaq hüququnu həyata keçirməsinə birbaşa təsir göstərmirdi, yaxud mümkün məhdudiyyətlər xüsusi məhkəmə qərarının olmasını tələb edirdi və müəyyən müddətlə məhdudlaşırdı. Bu tədbirin mütənasibliyini qiymətləndirərkən müddət məhdudiyyətinin mövcudluğuna və sözügedən tədbirə yenidən baxılmasının mümkünlüyünə xüsusi əhəmiyyət verilməlidir. Bundan başqa, qərara yenidən baxılmasının zəruriliyi bu faktla əlaqəlidir ki, qiymətləndirmə zamanı müvafiq dövlətdəki tarixi və siyasi şərait nəzərə alınmalıdır. Bu şərait, şübhəsiz ki, dəyişə bilər, xüsusən ona görə ki, bu cür ümumi qadağaya səbəb olmuş hallara seçicilərin münasibətində dəyişiklik baş verə bilər və məhdudiyyətə haqq qazandıran ilkin səbəb zaman keçdikcə əhəmiyyətini itirə bilər. Lakin hazırkı işdə məhdudiyyət nəinki müddətsiz idi, həm də onun əsasını təşkil edən norma konstitusion xarakter daşıyırdı. Müvafiq olaraq, ərizəçinin seçkidə namizəd qismində qeydə alına bilməməsi daimi xarakter daşıyırdı, bu isə, çətin ki, 1 saylı Protokolun 3-cü maddəsinə uyğun sayıla bilərdi. Bundan başqa, bu tədbirin qəbul edilməsinə səbəb olmuş qanunvericilik prosesinə xüsusi halların təsir göstərməsi faktı məhdudiyyətin qeyri-mütənasib xarakter daşıdığını göstərən əlavə amil idi. Bütün bu amillər, xüsusən ərizəçinin parlament üzvü olmaq imkanından məhrum edilməsinin daimi və dönməz xarakteri Məhkəmənin bu nəticəyə gəlməsinə səbəb oldu ki, məhdudiyyət qeyri-mütənasib idi.
Nəticə: pozuntu baş verib (üç səsə qarşı on dörd səslə).
Maddə 41: Qərara alındı ki, pozuntunun müəyyən edilməsi faktı mənəvi ziyana görə ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy