İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
PALOMO SANÇEZ VƏ DİGƏRLƏRİ İSPANİYAYA QARŞI
(PALOMO SÁNCHEZ AND OTHERS v. SPAIN)
(28955/06, 28957/06, 28959/06 and 28964/06 nömrəli ərizələr)
QƏRAR
STRASBURQ
12 sentyabr 2011-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Palomo Sançez və digərləri İspaniyaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Nikolas Bratza (Nicolas Bratza),
Hakimlər:
Peer Lorenzen (Peer Lorenzen),
Fransuaz Tulkens (Françoise Tulkens),
Elizabet Steyner (Elisabeth Steiner),
David Tor Byorqvinson (David Thór Björgvinsson),
Danute Yoçiyene (Danutė Jočienė),
Yan Şıkuta (Ján Šikuta),
Draqolyub Popoviç (Dragoljub Popović),
İneta Zimele (Ineta Ziemele),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Luiz Lopez Guerra (Luis López Guerra),
Miryanna Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Ledi Byanku (Ledi Bianku),
İşıl Karakaş (Işıl Karakaş),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Kristina Pardalos (Kristina Pardalos),
və yuriskonsult Vinsent Bergerdən (Vincent Berger) ibarət tərkibdə
2010-cu il dekabrın 8-də və 2011-ci il iyunun 29-da qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
Hazırkı iş İspaniyanın altı vətəndaşı cənab Xuan Manuyel Palomo Sançez (Juan Manuel Palomo Sánchez), cənab Fransisko Antonio Fernandez Olmo (Francisco Antonio Fernández Olmo), cənab Aqustin Alvarez Lesequi (Agustín Alvarez Lecegui), cənab Fransisko Joze Maria Blanko Balbas (Francisco José María Blanco Balbas), cənab Joze Antonio Aqulere Ximenes (José Antonio Aguilera Jiménez) və cənab Fransisko Beltran Lafulla (Francisco Beltrán Lafulla) (bundan sonra - “ərizəçilər”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq İspaniyaya qarşı 2006-cı il iyulun 13-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş altı ərizə (28955/06, 28957/06, 28959/06, 28964/06, 28389/06 və 28961/06 nömrəli ərizələr) əsasında başlanmışdır. Avropa Məhkəməsində ərizəçilərin maraqlarını Barselonada fəaliyyət göstərən hüquqşünas cənab L. Qarsia Quintero (L. García Quinteiro) təmsil etmişdir. Məhkəmə qarşısında İspaniya Hökumətinin maraqlarını İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında İspaniya Hökumətinin səlahiyyətli nümayəndəsi, dövlət müşaviri cənab F. İrurzun Montoro (F. Irurzun Montoro) təmsil etmişdir. Ərizəçilər təqdim etdikləri ərizələrində digər məsələlərlə yanaşı şikayət etmişdirlər ki, həmkarlar ittifaqının bülletenində iddia olunduğu kimi təhqiramiz məqalənin dərc edilməsinə cavab olaraq onlar ittifaqın üzvləri olduqlarına görə və ittifaqın tələbinə əsasən işdən azad edilmişdirlər. Onlar Konvensiyanın 10-cu və 11-ci maddələrinə istinad etmişdirlər. Ərizələr Məhkəmənin Üçüncü Bölməsinin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). 2008-ci il 11 dekabr tarixində həmin Bölmənin Sədri ərizə barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə (hazırda 29-cu maddənin 1-ci bəndi)və Məhkəmənin Prosedur Qaydalarının 54A Qaydasına uyğun olaraq o, ərizələrin mahiyyətinə qəbuledilənlik məsələləri ilə eyni vaxtda baxmağı qərara gəlmişdir. Məhkəmənin Palatası sədr, Jozep Kasadeval, hakimlər, Elizabet Fura, Korneliu Birsan, Alvina Qyulumyan, Eqber Miyer, Luiz Lopez Guerra, Ann Pover və bölmənin katibi Santyaqo Quesadadan ibarət tərkibdə 28955/06, 28957/06, 28959/06, 28964/06, 28389/06 və 28961/06 nömrəli ərizələri bir icraatda birləşdirmək barədə qərar qəbul etmişdir. Məhkəmə Palatası Xuan Manuyel Palomo, cənab Fransisko Antonio Fernandez Olmo, cənab Aqustin Alvarez Lesequi və cənab Fransisko Joze Maria Blanko Balbas tərəfindən təqdim edilmiş ərizələri (28955/06, 28957/06, 28959/06, 28964/06 nömrəli ərizələr) qəbuledilən, cənab Xose Antonio Aqulere Ximenes və cənab Fransisko Beltran Lafulla tərəfindən təqdim edilmiş ərizələri (28389/06, 28961/06 nömrəli ərizələr) isə qəbuledilməz hesab etmişdir. 2009-cu il dekabrın 8-də Məhkəmə Palatası Aqulere Ximenes və digərləri İspaniyaya qarşı işi üzrə müvafiq qərar qəbul etmişdir. Həmin qərara əsasən Məhkəmə Palatası altı səs lehinə və bir səs əleyhinə Konvensiyanın 10-cu maddəsinin pozulmadığını və Konvensiyanın 11-ci maddəsi üzrə ayrıca məsələnin qalxmadığını qət etmişdir. 2010-cu il martın 7-də ərizəçilər Konvensiyanın 10-cu və 11-ci maddələrinin pozulduğunu iddia edərək Konvensiyanın 43-cü maddəsinə və Məhkəmənin Prosedur Qaydalarının 73-cü Qaydasına əsasən işin baxılması üçün Böyük Palataya təqdim edilməsinə dair vəsatət təqdim etmişdirlər. 2010-cu il mayın 10-da Böyük Palata həmin vəsatəti təmin etmişdir. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndləri və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən formalaşdırılmışdır. Həm ərizəçilər, həm də Hökumət Böyük Palataya öz qeydlərini təqdim etmişdirlər. Həmin şikayətlərə 2010-cu il dekabrın 8-də Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Hökumətin nümayəndəsi
cənab F. İrurzun Montoro – dövlət müşaviri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında İspaniya Hökumətinin səlahiyyətli nümayəndəsi,
(b) Ərizəçilərin nümayəndəsi
cənab L. Qarsia Quintero – vəkil
Məhkəmə onların çıxışlarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçilər Barselonada yaşayırlar.Onlar P. Şirkətində kuryer işləmişdirlər. Ərizəçilər həmin şirkətə qarşı əmək işlərə dair məhkəmələrdə bir neçə iddia qaldırmışdırlar. Onlar müvafiq sosial müdafiə rejiminin əhatə dairəsi altına düşmək məqsədilə Kataloniyanın Ali Ədalət Məhkəməsinin 1995-ci il 2 may və 30 dekabr tarixli qərarları ilə təsdiq edilmiş əmək haqqını alan xüsusi işçi statusunun işəgötürən tərəfindən tanınmasını tələb etmişdirlər. P. şirkətindən əmək haqqı almayan kuryerlər komitəsinin nümayəndələri həmin icraatlar zamanı ərizəçilərə qarşı ifadə vermişdirlər.Öz maraqlarının, habelə əmək haqqı alan işçi statusunu almaqdan imtina edilməsi üçün P. şirkətinin təzyiqləri ilə rastlaşan digər kuryerlərin maraqlarının müdafiəsi məqsədilə onlar 2001-ci il mayın 21-də N.A.A. (Nueva alternativa asamblearia) adlı həmkarlar ittifaqı təsis etmişdirlər. Ərizəçilər həmkarlar ittifaqının icraiyyə komitəsinə daxil olmuşdurlar. 2001-ci il avqustun 3-də ərizəçilər şirkət tərkibində həmkarlar ittifaqının şöbəsini yaradılması, onun tərkibi və onların həmin şöbənin icraiyyə komitəsinə təyin edilməsi barədə P. şirkətini məlumatlandırmışdırlar. Cənab Xuan Manuel Palomo Sançez ittifaqın nümayəndəsi, cənab Fransisko Antonio Fernandez Olmo xəzinədar, cənab Avqustin Alvarez Lekequin mətbuat katibi və cənab Fransisko Xose Mariya Blanko Balbas təşkilati işlər üzrə əməkdaş olmuşdur. Həmkarlar ittifaqı yaradıldığından sonra ittifaqın üzvlərinin təyin edilməsi və ya onların vəzifələri ilə əlaqədar hər-hansı dəyişiklik baş verməmişdir.N.A.A. həmkarlar ittifaqı aylıq bülleten dərc etmişdir. Həmin bülletenin 2002-ci il mart ayındakı buraxılışında Barselonanın Əmək İçlərə dair 13 nömrəli Məhkəməsinin 2002-ci il 2 aprel tarixli qətnaməsi barədə məlumat dərc edilmişdir. Qeyd olunan qətnaməyə əsasən məhkəmə P. şirkəti tərəfindən ərizəçilərə hesablanmış əmək haqqının verilməsi ilə əlaqədar müvafiq məbləğlərin ödənilməsi barədə sonuncuların iddialarını qismən təmin etmişdir.
Bülletenin ön səhifəsində karikatura yerləşdirilmişdir. Həmin karikaturada kadrlar şöbəsinin müdiri G. şəffaf masa arxasında oturmuşdur, onun yanında bir tərəfdən P. şirkətinin əməkdaşları A. və B. əyləşmişdirlər, digər tərəfdən isə əmək haqqı almayan kuryerlərin nümayəndələri əyləşərək müdiri razı salmaq üçün öz növbələrini gözləmişdirlər. Bülletendə dərc edilmiş iki məqalədə həmin iki əməkdaş ərizəçilərin işəgötürənə qarşı qaldırdıqları iddialar üzrə aparılan icraatlar zamanı P. şirkətinin xeyrinə verdikləri ifadələrə görə ciddi pislənmişdir. Bülleten işçilər arasında paylanılmışdır və şirkətin qərargahında yerləşən N.A.A. həmkarlar ittifaqının elanlar üçün lövhəsində asılmışdır.2002-ci il iyunun 3-də şirkət ərizəçilərə bildirmişdir ki, onlar yol verdikləri pozuntulara, xüsusilə də G., A. və B.-nin şərəfini şübhə altına qoyduqlarına görə Əmək Qaydalarının 54-cü maddəsinin 1-ci və 2 (c) bəndlərinə əsasən işdən azad olunurlar. Həmin müddəalara əsasən işçi əmək müqavilədə təsbit edilmiş vəzifələrinə laqeyd yanaşdığına görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilir.Ərizəçilər həmin qərarı Barselonanın Əmək İşlərə dair 17 nömrəli Məhkəmədə mübahisələndirmişdilər. Həmin məhkəmə 2002-ci il 8 noyabr tarixli qərarı ilə ərizəçilərin iddialarını rədd edərək müəyyən etmişdir ki, əmək müqavilələrə xitam verilməsi Əmək Qaydalarının 54-cü maddəsinin 1-ci və 2 (c) bəndləri üzrə əsaslı olmuşdur. Məhkəmə nəzərə almışdır ki, ərizəçiləri işdən azad edilməsi barədə şirkətin qərarı həqiqi və ciddi məsələyə əsaslanmışdır, xüsusilə şirkətin qərargahında elanlar üçün lövhəsində karikaturanın yerləşdirilməsi və qeyd olunan şəxslərin şərəfini şübhə altına qoyan iki təhqiredici məqalənin dərc edilməsi ilə əlaqədar verilmişdir. Birinci məqalə “Kimin şahidləridir? Sözsüz, onların” adlanırdı. Həmin məqalədə əks olunan karikaturada A.-nın və B.-nin ağızları arxadan dəsmalla bağlanmışdır və karikaturanın altında aşağıda göstərilən mətn yerləşdirilmişdir:
“Biz bilirdik ki, onlar kimdirlər və necə hərəkət edirdilər, lakin biz bilmirik ki, onlar öz yerlərində qalmaq və heç bir səy göstərməyərək öz işlərini davam etdirmək üçün nə qədər uzağa getməyə hazırdırlar.
P. şirkətinin işçiləri olaraq biz yaşayış üçün pul qazanmaq məqsədilə küçələrdə alverlə məşğul olmağa məcburuq. A. və B. işçiləri məhkəmələrdə özlərini sataraq pullar qazanırlar. Razı salmayaraq yalnız kollektivin maraqlarına zidd olan müqavilələri imzalayırlar, və indi onlar bir addım irəli gedərək heç bir cəza almayacaqlarına tam amin olaraq oğurluqla məşğuldurlar. Onlar özlərini tanrılara bənzədirlər.
...lakin onlar, əməkdaşların nümayəndələrinin rəhbəri və katibi, öz yeyəsini razı salmaq üçün mühafizə itləri kimi hoppanırlar və arxaları üstə çevrilirlər.”
Məhkəmə qeyd etmişdir ki, həmin məqalə Barselonanın Əmək İşlərə dair 13 nömrəli Məhkəmədə baş vermiş proseslərə cavab olmuşdur, həmin məhkəmə baxışı zamanı A. və B. ərizəçilərin maraqlarına zidd olaraq və işəgötürənin xeyrinə şahid ifadələri vermişdirlər.
“Öz dallarınızı icarəyə vermisiniz və istədiyiniz zaman batıra bilməyəcəksiniz” adlı məqalədə aşağıdakılar göstərilmişdir:
“Əgər siz işçisiniz və yalnız sizi sakit saxlamaq və onların dostlarının mənafelərinə qulluq edən dəyişikliklərə, ixtisarlara və müxtəlif iş qrafiklərə razı olaraq işəgötürənlə müddəalarına hörmətlə yanaşılmayacaq müqavilə bağlayırsınızsa, onda siz öz ləyaqətini kresloya dəyişərək polislər və siyasi xadimlər kimi alçaqlıq səviyyəyə çatmısınız. Gördüyünüz kimi siz susursunuz və istənilən yalana razısınız. Öz dallarınızı icarəyə vermisiniz və istədiyiniz zaman batıra bilməyəcəksiniz. Əgər siz nifrətə layıq olan həmkarlar ittifaqının üzvüsünüz və siz özünüzü ittifaqa satmısınız siz heç vaxt səmimi ola bilməyəcəksiniz, çünki sizin statusunuz təhlükə altına düşə bilər. İttifaq sizə nəyi tapşırır siz də onu deyirsiniz. İttifaqlar azadlığın “prezervativləridir” və sizin dodağınız sfinkteriniz kimi möhürlənib çünki siz öz dallarınızı icarəyə vermisiniz və istədiyiniz zaman batıra bilməyəcəksiniz.
Siz həmkarlarınıza qarşı edilən ədalətsizliyi, onlar münasibətdə edilən rəftarı və onların problemlərin həlli üçün tətbiq edilən irrasional səyləri görürsünüz, lakin, siz heç bir söz deyə bilmirsiniz, çünki qorxursunuz ki, siz diqqət mərkəzinə düşəcəksiniz. Keçmişdə siz sistemi tənqid etmisiniz – siz bürokratiyanı lənətləmisiniz, habelə qaydalara qarşı çıxış etmisiniz. Siz kəskin, dinamik, acı, impulsiv və şux idiniz. Lakin iltifat aldıqdan sonra sizin qaynayan temperamentiniz soyuyub, özünə qiymət vermə qabiliyyətiniz aşağı düşüb və sizin hissiyyatınıza soyuyub. Vaxtaşırı nostalgiya keçirərək siz yel buraxmaq istəyirsiniz, lakin sizin sfinkteriniz möhürlənib lakin siz öz dallarınızı icarəyə vermisiniz və istədiyiniz zaman batıra bilməyəcəksiniz.
Uzun sürən iş günündən və vəzifələrinizdən, məhsullardan, vəzifə irəliləyişdən və təzyiqdən siz öz işinizdə bezmisiniz, siz hirslisiniz, həyacanlısınız və stressin altındasınız və özünüzü itirmisiniz. Digərləri pastelə yatmaq üçün gedəndə siz işləyirsiniz və bunu etməmək üçün siz istənilən yerdə işləyə bilərdiniz. Siz hamısını ata, dağıda və xırda hissələrə doğraya bilərdiniz, lakin sizin əlləriniz kreditlərlə və borclarla bağlıdır. Siz yeni maşınınıza, uşaqlarınızın məktəbdən sonrakı məşğuliyyətindən və iki otaqlı mənzilinizin iyirmi beş illik ipotekada olduğuna görə siz məyus olmusunuz. Və icazə verirsiniz ki, sizi təhqir etsinlər, sizin ləyaqətinizi alçaltsınlar, siz susursunuz və hər şeyi qəbul edirsiniz çünki siz öz dallarınızı icarəyə vermisiniz və istədiyiniz zaman batıra bilməyəcəksiniz.”
Bülleten işçilər arasında paylanılmışdır və şirkətin qərargahında yerləşən ittifaqının elanlar üçün lövhəsində asılmışdır.
Əmək İşlərə dair Məhkəmə işə baxaraq müəyyən etmişdir ki, işdən azad olmanın səbəbi ərizəçilərin həmkarlar ittifaqındakı üzvlüyü deyil məhz həmin bülletendə qeyd olunan yazılardır. Məhkəmə qətnaməsində əmək münasibətilə əlaqədar öz fikrini ifadə etmək azadlığına istinad edərək qeyd etmişdir ki, həmin azadlıq hədsiz deyil. Məhkəmə müəyyən etmişdir ki, həmin azadlığın hədləri əmək münasibətlərdə işçilərin maraqlarına və professional mühitdə mövcud olan minimal qaydalara hörmətlə yanaşmağı tələb edən vicdan prinsipinə uyğun olaraq müəyyən edilməlidirlər. Qətnamədə Konstitusiya Məhkəməsinin presedent hüququ təkrarlanaraq qeyd olunmuşdur ki, əmək müqaviləsindən irəli gələn və öz fikrini ifadə etmək azadlığını məhdudlaşdıran hüquq və vəzifələr həmin azadlığı əmək münasibətlərdən irəli gələn hədlərin təsiri altına salır. Bununla həmin azadlığın istifadəsi digər kontekstdə legitim olsa da əmək münasibətlərdə legitim hesab edilmir, baxmayaraq ki, vicdanla davranmaq tələbi heç də həmişə işçinin işəgötürənin maraqlarına loyal olmağını nəzərdə tutmur.
Bülletenin məzmununa gəldikdə isə məhkəmə hesab etmişdir ki, ön səhifədə yerləşdirilmiş karikatura və bülletendə dərc edilmiş məqalə kadrlar şöbəsinin müdirinin və kuryer A. və B.-nin şərəf və ləyaqətini şübhə altına qoyaraq, həmçinin P. şirkətinin reputasiyasını ləkələyərək təhqiredici olmuş və nəticədə öz fikrini ifadə etmək azadlığının hədləri aşılmışdır. Yekunda, məhkəmə hesab etmişdir ki, işdən çıxarılma barədə qərar ciddi pozuntu ilə əlaqədar qəbul edildiyinə və qanunla təsbit olunduğuna görə ləğv oluna bilməz. Bununla məhkəmə müəyyən etmişdir ki, ərizəçilərin fundamental hüquqları pozulmamışdır.Ərizəçilər apellyasiya şikayəti vermişdirlər. Kataloniyanın Ali Ədalət Məhkəməsi 2003-cü il 7 may tarixli qərarı ilə ərizəçilərə aid olduğuna görə həmin qətnaməni qüvvədə saxlamışdır.
Digər məsələlərlə yanaşı məhkəmə əmək müqaviləsinin tərəfləri arasında vicdan prinsipi əsasında tətbiq edilən hədlərə və əmək müqaviləsi üzrə yaranan işçilərin vəzifələri ilə öz fikrini ifadə etmək azadlığı arasında məhkəmə qərarında zəruri tarazlığa istinad etmişdir. Həmin tarazlığa əsasən şirkətin işçiləri işdən çıxarılması kimi reaksiyasının qanuni olub olmadığı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, təhqiredici karikaturanın və məqalənin dərc edilməsi müəyyən şəxslərin ləyaqətinə xələl gətirmişdir və həmin məqalələr tənqidin hədlərini aşmışdır, belə ki, öz fikrini ifadə etmə azadlığından istifadəsi təhqiredici, acı və ya xoşagəlməz ifadələrə bəraət qazandırmır və qanuni şəkildə tənqid etmək hüququnun istifadəsindən fərqlənərək müəyyən şəxslərin şərəfinə kölgə salır. Eyni zamanda P. şirkəti müvafiq qaydada sübuta yetirmişdir ki, ərizəçilərin işdən azad olunması barədə qərar cavab tədbir və ya cəza deyil, lakin, ərizəçilərlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün həqiqi və kifayət qədər ciddi əsaslar mövcud olmuşdur.Ərizəçilər qanunun tətbiqi ilə əlaqədar şikayət edərək müvafiq presedent hüququnun uyğunluğunun yoxlanılmasını xahiş etmişdirlər. Ali Məhkəmə 2004-cü il 11 mart tarixli qərarı ilə ərizəçilərin şikayətini müqayisə edilməsi üçün təqdim edilmiş Madridin Ali Ədalət Məhkəməsinin 1992-ci il 31 iyul tarixli qərarının münasib olmadığı üçün rədd etmişdir.Konstitusiyanın 24-cü maddəsinə (ədalətli məhkəmə hüququ) və birlikdə götürülmüş 20-ci və 28-ci maddələrinə (öz fikrini ifadə etmək və birləşmək azadlıqları) istinad edərək Konstitusiya Məhkəməsinə şikayət təqdim etmişlər. 2006-cı il yanvarın 11-də qəbul edilmiş və 2006-cı il yanvarın 13-də tərəflərə təqdim edilmiş qərarında Məhkəmə ərizəçilərin şikayətini konstitusiyaya uyğun olmadığına görə onu qəbuledilməz hesab etmişdir. Həmin qərarda aşağıdakılar göstərilmişdir:
“İlk növbədə ... ərizəçilərin öz hüquqlarının müdafiəsi məqsədilə şirkətə qarşı qaldırdıqları məhkəmə icraatlarını nəzərə alaraq onların işdən azad olunmasını cavabdeh şirkətin cavab tədbiri kimi qiymətləndirilməsi üçün kifayət qədər sübutlar mövcud deyil ... İkincisi, Konstitusiyanın 28-ci maddəsi ilə təsbit olunan həmkarlar ittifaqına üzv olmaq azadlığına iddia olunan müdaxilə ilə əlaqədar (həmin şikayət ərizəçilərin Konvensiyanın 14-cü maddəsi ilə verilən şikayətdə qeyd edilmişdir, belə ki, onlar həmkarlar ittifaqının üzvləri olduqlarına görə ayrı-seçkiliyə məruz qaldıqlarını iddia etmişdirlər) qeyd olunmalıdır ki, həmin şikayət qəbuledilən hesab edilmir, bununla ərizəçilər onların həmkarla ittifaqının üzvləri olduqlarına və ya ittifaqda həyata keçirtdikləri fəaliyyətlərinə görə şirkət tərəfindən onların birləşmək azadlığından istifadələrinə hər hansı qadağanın qoyulmasını, mane olmasını və ya qarşısının alınmasını sübuta yetirmək üçün kifayət qədər tutarlı sübutlar təqdim etməmişdirlər. Məhkəmənin dəfələrə təkrar etdiyini qeyd edərək həmin sübut sadəcə konstitusiyanın pozulması iddiasından ibarət olmamalıdır və məhkəmənin pozuntunun baş verdiyinin mümkünlüyü barədə nəticəyə gəlməsi üçün kifayət olmalıdır ... lakin iddia olunanlar əsasında potensial pozuntunun baş verdiyinə şübhənin yaranmadığını nəzər alaraq həmin məsələ isə bu işə aid deyil. Öz iddialarında ərizəçilər sadəcə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarla razı olmadıqlarını bildirmişdirlər. Şirkət tərəfindən ərizəçilərin işdən azad edilməsi barədə məktublarda sonuncuların təqsirləndirilməsi məhz onların davranışı əsasında baş verdiyini müəyyən edən həmin məhkəmələrin qərarları əsaslı olmuş və açıq aşkar əsassız deyil.
Üçüncüsü, fundamental hüquqlarının digərlərini təhqir edilməsini əhatə etmədiyini nəzərə alaraq Konstitusiyanın 28-ci maddəsinin 1-ci bəndinin və 20-ci maddəsinin 1-ci bəndinin (a) yarımbəndi ilə birlikdə götürülən ərizəçilərin həmkarlar ittifaqına üzv olmaq azadlığı kontekstində onların öz fikrilərini ifadə etmək azadlığı pozulmamışdır. Məhkəmənin təzəlikcə qəbul etdiyi 28 fevral tarixli 39/2005 nömrəli qərarında (4-cü hüquqi əsas) öz presedent hüququnu təkrarlayaraq qeyd olunduğu kimi baxmayaraq ki, Konstitusiya hər bir vəziyyətdə zərərli, utandırıcı və ya söyüşlü ifadələrin istifadəsini qadağan etmir, lakin Konstitusiyanın 20-ci maddəsinin 1-ci bəndinin (a) yarımbəndində təsbit edilən konstitusion müdafiə mexanizmi işin hallarını nəzərə alaraq məlumatın və ya mövqeyin bildirilməsi məqsədinə uyğun olmayan tam təhqiredici və ya böhtanlı ifadələri onların doğru olub olmadığından asılı olmayaraq əhatə etmir. Həmin hüquqi təcrübəni hazırkı işdə tətbiqi nəticəsində Məhkəmə hesab edir ki, ərizəçilərin öz hüquqlarından digər şəxslərin şərəfini və reputasiyasının şübhə altına qoyan və onları təhqir edən karikaturaların və məqalələrin vasitəsilə hədsiz istifadə etdiklərinə görə onların öz fikirlərini ifadə etmək azadlığı pozulmamışdır. Həmin karikaturalar və məqalələr digər şəxslərdə ərizəçilərin şikayət etdikləri faktlar barədə təsəvvürün yaranması üçün zəruri olmamışdır və bununla həmkarlar ittifaqının üzvü olmaq azadlığı kontekstində öz fikrini ifadə etmək azadlığından istifadəsi üçün vacib deyil.”
II. MÜVAFİQ MİLLİ HÜQUQ
İşə aid olan İspaniya Konstitusiyasının müvafiq müddəaları:
29-cu maddə
“1. Aşağıda göstərilən hüquqlar tanınır və müdafiə olunur:
(a) fikirləri, ideyaları və münasibətləri şifahi, yazılı şəkildə və ya hər hansı digər vasitələrlə sərbəst ifadə etmək və ya yaymaq hüququ;
...
(d) istənilən vasitələrlə məlumatın əldə edilməsi və çatdırılması hüququ. ...
2. Həmin hüquqlardan istifadə hər hansı senzura ilə qadağan edilməməlidir.
...
4. Həmin hüquqlar hazırkı Hissədə təsbit edilmiş hüquqlar hörmət etmək, müvafiq Qanunlarının müddəalarını tətbiq etmək, və xüsusilə də şərəf və şəxsi həyat hüququnu və hər hansı şəxsin təsvirindən istifadəsini nəzarətdə saxlamaq, həmçinin uşaqların və gənclərin müdafiəsi məqsədilə məhdudlaşdırılırlar. ”
28-ci maddə
“Hər kəs sərbəst birləşmək hüququna malikdir ... Birləşmək azadlığına həmkarlar ittifaqı yaratmaq və öz seçiminə əsasən ona daxil olmaq hüququ, həmçinin həmkarlar ittifaqlarının konfederasiyaları təsis etmək və beynəlxalq həmkarlar ittifaqı təşkilatlara daxil olmaq hüququ daxildir. Heç kəs həmkarlar ittifaqına daxil olmağa məcbur edilə bilməz.
...”
Əmək Qaydalarının müvafiq müddəalarında (Kralın 1/1995 nömrəli 1995-ci il 24 mart tarixli Qanunverici Qərarı ilə təsdiq edilmişdir) aşağıdakılar göstərilmişdir:
54-cü maddə - Nizam intizam əsasında işdən azad etmə
“İşəgötürən işçinin vəzifələrinə laqeyd yanaşdığına görə onu işdən çıxartmaqla onunla bağlanılmış əmək müqaviləsinə xitam verə bilər.
2. müqavilədə təsbit edilmiş vəzifələri yerinə yetirilməməsinə aşağıdakılar daxildir:
...
(c) İşəgötürənin və ya şirkətdə işləyən hər hansı digər şəxsə və ya onlarla yaşayan ailə üzvlərinə şifahi və ya fiziki hücum.”
55-ci maddəsinin 7-ci bəndi”
“Əsaslandırılmış işdən azad etmə nəticəsində heç bir təzminatın ödənilməməsi ilə əmək müqaviləsinə xitam verilir ...”
III. MÜVAFİQ BEYNƏLXALQ MEXANİZMLƏR VƏ TƏCRÜBƏ
A. Beynəlxalq Əmək Təşkilatı
1971-ci il iyunun 23-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş Konfransı işçilərin nümayəndələri ilə əlaqədar 143 nömrəli Tövsiyə qəbul etmişdir. Tövsiyənin 15-ci bəndində aşağıdakılar qeyd edilir:
“(1) Həmkarlar ittifaqının adından fəaliyyət göstərən işçilərin nümayəndələri şirkətin qərargahında sonuncunun rəhbərliyinin razılığı ilə işçilər üçün asanlıqla əlçatan yerlərdə ittifaqın məlumatlarının yerləşdirmək səlahiyyətinə malik olmalıdırlar.
(2) Rəhbərlik həmkarlar ittifaqının adından fəaliyyət göstərən işçilərin nümayəndələrinə məlumatları, kitabçaları, nəşrləri və digər sənədləri şirkətin işçiləri arasında yaymağa icazə verməlidir.
(3) Hazırkı bənddə qeyd edilən ittifaqın məlumatları və sənədləri həmkarlar ittifaqının normal fəaliyyəti ilə bağlı olmalı və onların yerləşdirilməsi və yayılması şirkətin fəaliyyətinə xələl gətirməməlidir.”
Beynəlxalq Əmək Konfransı 1970-ci il iyun ayında keçirilən 54-cü Sessiyasında həmkarlar ittifaqının hüquq və mülki azadlıqları ilə əlaqədar Qətnaməni qəbul etmişdir. Konfrans, xüsusilə, birləşmək azadlığının istifadəsi üçün vacib olan fundamental hüquqları sadalamışdır: (a) şəxsin azadlığı və təhlükəsizliyi hüququ və əsassız tutulmamaq və həbsə olunmamaq hüququ; (b) mövqe bildirmək və öz fikrini ifadə etmək azadlığı, xüsusilə, müdaxiləsiz mövqe tutmaq, həmçinin sərhədsiz media vasitəsilə məlumatları və ideyaları axtarmaq, almaq və göndərmək azadlığı; (c) birləşmək azadlığı; (d) müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququ; və (e) həmkarlar ittifaqının mülkiyyətinin qorunması hüququ. 1994-cü ildə BƏT “Təşkilatlanma və kollektiv danışıqlar aparmaq azadlığı: Həmkarlar ittifaqının hüquqları və mülki azadlıqları” adlı hesabat dərc etmişdir. Həmin hesabatın müvafiq hissəsində aşağıdakılar göstərilmişdir:
“1-ci hissə: Birləşmək hüququ və təşkilatlanmaq hüququnun müdafiəsi”
2-ci bənd: Həmkarlar ittifaqının hüquqları və azadlıqları
Giriş
...
24. Filadelfiya Bəyannaməsi ... mülki azadlıqlarla aşağıda göstərilən maddələrdə təsbit edilmiş həmkarlar ittifaqının hüquqları arasında əlaqənin mövcud olmasını rəsm tanıyır: I(b) davamlı inkişaf üçün öz fikrinin ifadə etmək və birləşmək azadlıqları vacibdir; II(a) insan ləyaqətinin ayrılmaz hissəsi olan fundamental hüquqlar üçün vacibdir. Bununla həmin əlaqə həm BƏT-in nəzarət qurumları həm də Beynəlxalq Əmək Konfransı tərəfindən qəbul edilmiş Konvensiyalarda, Tövsiyələrdə və qətnamələrdə dəfələrlə təsdiq edilmiş və vurğulanmışdır.
...
27. Birləşmək Azadlığı üzrə Komitəyə daxil olmuş şikayətlərin mahiyyətindən əldə olunmuş məlumatlar göstərir ki, həmkarlar ittifaqı təşkilatlarının və onların rəhbərlərin və üzvlərin qarşılaşdığı əsas çətinliklər əsas hüquqlarla əlaqədardır, xüsusilə şəxsin təhlükəsizliyi hüququ, toplaşmaq azadlığı, öz fikrini və mövqeyini ifadə etmək azadlığı, həmçinin həmkarlar ittifaqının mülkiyyətini və qərargahının müdafiəsi hüququ.
...
Öz fikrini və mövqeyini ifadə etmək azadlığı
38. Həmkarlar ittifaqı ilə əlaqədar olan hüquqlarının digər vacib aspekti mətbuat və ya digər vasitələrlə mövqeyinin ifadə etməsi azadlığı. Həmkarlar ittifaqı ilə əlaqədar olan hüquqlardan tam istifadəsi məlumatların, mövqelərin və ideyaların sərbəst çatdırılmasını tələb edir. İşçilər, işəgötürənlər və onların təşkilatları tədbirlərdə, dərc etdikləri nəşrlərdə və digər fəaliyyətlərində öz fikrini ifadə etmək azadlığından bəhrələnməlidirlər. Həmkarlar ittifaqının nəşrlərinin buraxılması üçün müvafiq icazənin verilməsi tələb edildikdə həmin mütləq olan icazə onu verən qurumunun əsassız diskresion səlahiyyətlərinin tətbiqinə məruz qalmamalı və bununla nəşrlərin buraxılmasını məhdudlaşdıran vasitə kimi istifadə edilməməlidir. Əlavə olaraq həmin icazənin alınması üçün edilən müraciətlərə qısa müddət ərzində baxılmalıdır. ... Həmkarlar ittifaqının mətbu nəşrinə verilən icazənin ləğvi, çap makinalar və digər avadanlıqlar və ya kağızla təchizat üzrə nəzarət kimi inzibati tədbirləri müstəqil məhkəmələrdə qısa müddət ərzində mübahisələndirmək üçün imkanlar yaradılmalıdır.
39. Öz fikrini sərbəst ifadə etmək azadlığının vacib aspektində biri nümayəndələrin işçilərin və işəgötürənlərin təşkilatlarının yığıncaqlarında, konfranslarda və tədbirlərdə və xüsusilə də Beynəlxalq Əmək Konfransında çıxış etmək azadlığıdır.
...
43. Komitə hesab edir ki, xüsusilə birləşmək azadlığına aid olan beynəlxalq əmək konvensiyalarda təsbit edilmiş təminatlar İnsan Hüquqları üzrə Universal Bəyannamə və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt kimi beynəlxalq sənədlərdə göstərilən mülki və siyasi hüquqlar həqiqətən qəbul edildikdə və müdafiə olunduqda səmərəli ola bilərlər. Komitə tərəfindən BƏT-in yaradılmasının 75-ci il dönümündə və Filadelfiya Bəyannaməsinin 50-ci il dönümündə vacibliyi qeyd olunan həmin toxunulmaz və universal prinsiplər bütün millətlərin nail olmağa çalışdığı ümumən qəbul edilən etalonlar hesab edilirlər.”
2006-cı ildə dərc edilmiş Beynəlxalq Əmək Ofisinin Rəhbər Orqanlarının Birləşmək Azadlığı üzrə Komitəsinin qərar və prinsiplərə dair Toplunun beşinci nəşrində (dəyişdirilmiş) həmkarlar ittifaqı ilə əlaqədar olan hüquqlarının pozulması iddiası üzrə kollektiv və fərdi şikayətlərə dair Komitənin qəbul etdiyi prinsiplərin xülasəsi təsbit edilmişdir. Mövqeyini bildirmək və öz fikrini ifadə etmək azadlığı ilə əlaqədar ümumi prinsiplərə aşağıdakılar daxildir:
“154. Həmkarlar ittifaqı ilə əlaqədar olan hüquqlardan tam istifadəsi məlumatların, mövqelərin və ideyaların sərbəst çatdırılmasını tələb edir. İşçilər, işəgötürənlər və onların təşkilatları tədbirlərdə, dərc etdikləri nəşrlərdə və digər fəaliyyətlərində öz fikrini ifadə etmək azadlığından bəhrələnməlidirlər. Lakin mövqelərini bildirərək həmkarlar ittifaqı təşkilatları əxlaq qaydalarına riayət etməli və təhqiredici ifadələrin istifadəsindən çəkinməlidirlər. (Bax: the 1996 Digest, para. 152; 304th Report, Case No. 1850, para. 210; 306th Report, Case No. 1885, para. 140; 309th Report, Case No. 1945, para. 67; 324th Report, Case No. 2014, para. 925; and 336th Report, Case No. 2340, para. 652.)
155. Mətbuatda və ya digər vasitələrlə mövqeyin bildirilməsi hüququ həmkarlar ittifaqı ilə əlaqədar olan hüquqlarının vacib elementidir. (Bax: the 1996 Digest, para. 153; 299th Report, Case No. 1640/1646, para. 150; 302nd Report, Case No. 1817, para. 324; 324th Report, Case No. 2065, para. 131; 327th Report, Case No. 2147, para. 865; 328th Report, Case No. 1961, para. 42; 332nd Report, Case No. 2090, para. 354; and 333rd Report, Case No. 2272, para. 539.)
156. Əvvəlcədən icazə almadan mətbuatda mövqeyin bildirilməsi hüququ peşəkar təşkilatların hüquqlarının vacib elementlərdən biridir. (Bax: the 1996 Digest, para. 154.)
157. Həmkarlar ittifaqları və onların rəhbərləri tərəfindən istifadə edilməli öz fikrini sərbəst ifadə etmək azadlığının hökumətin iqtisadi və sosial siyasətin tənqid edilməsi üçün istifadəsi təmin etməlidir. (Bax: the 1996 Digest, para. 155.)
...
163. Həmkarlar ittifaqı təşkilatının mövqeyini bildirən yazıların yerləşdirilməsinin qadağan edilməsi həmkarlar ittifaqı fəaliyyətinin qəbuledilməz məhdudlaşdırılması hesab edilir. (Bax: the 1996 Digest, para. 467.)
...
166. Həmkarlar ittifaqları və onların üzvləri üçün ümumi və ya xüsusi maraq kəsb edən məlumatların dərc edilməsi və yayılması onların qanuni fəaliyyəti hesab edilir. Nəşrlərin və informasiyanın yayılması vasitələrin nəzarətdə saxlanılması üzrə tədbirlərin tətbiqi inzibati orqanlarının ciddi müdaxiləsini təşkil edə bilər. Bu halda inzibati orqanlarının hərəkətlər qısa müddət ərzində məhkəmə tərəfindən yoxlanılmalıdır. (Bax: the 1996 Digest, para. 161; 320th Report, Case No. 2031, para. 172; and 327th Report, Case No. 1787, para. 341.)
...
168. Baxmayaraq ki, ümumi senzuranın tətbiqi həmkarlar ittifaqı ilə əlaqədar hüquqlardan daha çox mülki azadlıqlara aid olan məsələdir əmək məsələlərlə bağlı olan mübahisələrdə tətbiq edilən mətbuatın senzurası mübahisənin həllinə birbaşa təsir göstərə bilər və mübahisə zamanı həqiqətin üzə çıxmasına maneə törədə bilər. (Bax: the 1996 Digest, para. 163.)
169. Nəşrləri dərc etdikdə həmkarlar ittifaqı təşkilatları həmkarlar ittifaqının inkişafı naminə işçilərin sosial və iqtisadi rifahının təmin edilməsi məqsədilə həmkarlar ittifaqının fəaliyyətinin azadlığını və müstəqilliyini, həmçinin öz fundamental vəzifəni müdafiə edilməsi üçün Beynəlxalq Əmək Konfransının 35-ci Sessiyasında bəyan edilən prinsipləri nəzərə almalıdırlar. (Bax: the 1996 Digest, para. 165.)
170. Həmkarlar ittifaqının mətbu nəşri hökumətin xatırlamasında və ya ittihamında mübahisənin həddini aşmış hesab olunsa Komitə vurğulamışdır ki, həmkarlar ittifaqının mətbu nəşri qeyri-adi leksikanın istifadəsindən yayınmalıdır. Bunun kimi nəşrlərin əsas rolu bütövlükdə əmək məsələləri, xüsusilə də ittifaqın üzvlərinin maraqlarının qorunması və dəstəklənməsi ilə əlaqədar olmalıdır. Lakin Komitə təsdiq edir ki, mahiyyətcə siyasi və ya yalnız həmkarlar ittifaqı ilə bağlı olan məsələlər arasında fərqin qoyulması çox çətindir. Komitə vurğulayıb ki, bu iki məsələ üst-üstə düşür və həmkarlar ittifaqı üçün nəşrlərin iqtisadi və sosial məsələlərin qaldırılması ilə yanaşı siyasi məsələlərin qaldırılması normal və zəruri hal hesab edilir. (Bax: the 1996 Digest, para. 166.)”
B. İnsan Hüquqları üzrə Amerika Dövlətlərinin Məhkəməsi
Amerika Konvensiyasında iqtisadi, sosial və mədəni hüquqlara həs edilmiş ayrıca protokol mövcuddur – “San Salvador Protokolu”. 2988-ci il noyabrın 17-də qəbul edilmiş və imzalamaq üçün açıq elan olunan həmin Protokol 1999-cu il noyabrın 16-da qüvvəyə minmişdir. “Həmkarlar İttifaqı Hüquqları” kimi adlandırılan Protokolun 8-ci maddəsində aşağıdakılar qeyd edilmişdir:
“1. Üzv Dövlətlər aşağıdakıları təmin etməlidirlər:
a. Öz maraqlarının müdafiəsi və təşviq edilməsi məqsədilə işçilərin həmkarlar ittifaqları yaratmaq və öz seçimləri ilə ittifaqlara üv kimi daxil olmaq hüququ təmin edilməlidir. Həmin hüququn davamı kimi Üzv Dövlətlər həmkarlar ittifaqlara milli federasiyaları və konfederasiyaları yaratmağa və ya mövcud olanlarla birləşməyə, həmçinin beynəlxalq həmkarlar ittifaqı təşkilatlarını təsis etməyə ya da seçimləri əsasında onlarla birləşməyə icazə verməlidirlər. Eyni zamanda Üzv Dövlətlər həmkarlar ittifaqlarına, federasiyalara və konfederasiyalara sərbəst fəaliyyət göstərməyə icazə verməlidirlər;
b. Tətil keçirtmək hüququ.
2. Yuxarıda göstərilən hüquqlar yalnız qanunla müəyyən olunmuş hallarda məhdudlaşdırıla bilərlər. Həmin məhdudiyyətlər demokratik cəmiyyətdə zəruri olmalı və ictimai asayiş maraqları naminə və ya sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qoyula bilərlər. Silahlı qüvvələrin hərbi qulluqçular və polisə, həmçinin digər dövlət qulluqçuları münasibətdə qanunla müəyyən edilmiş hallarla məhdudiyyətlər tətbiq edilir.
3. Heç kəs həmkarlar ittifaqına üzv olmağa məcbur edilə bilməz.”
Amerika Dövlətləri Məhkəməsi OC-5/85 nömrəli Məşvərətçi Rəyində demokratik cəmiyyətin mövcudluğu üçün öz fikrini ifadə etmək azadlığının fundamental mahiyyətini qeyd edərək digər məsələlərlə yanaşı vurğulamışdır ki, öz fikrini sərbəst ifadə etmək azadlığı həmkarlar ittifaqlarının inkişafı üçün vacib amildir (sine qua non). Burada aşağıda göstərilənlər müəyyən edilmişdir (Rəyin 70-ci bəndi):
“Öz fikrini sərbəst ifadə etmək azadlığı demokratik cəmiyyətinin təməl daşı hesab edilir. Həmin azadlıq ictimai rəyin formalaşdırılması üçün çox vacibdir. Eyni zamanda bu azadlıq siyasi partiyaların, həmkarlar ittifaqlarının, elmi və mədəni cəmiyyətlərin, həmçinin bütövlükdə ictimaiyyətə təsir göstərmək istəyənlərin inkişafı üçün zəruri amil (sine qua non) hesab edilir. Bununla hər hansı mövqe bildirildikdə cəmiyyət kifayət qədər məlumatlandırılmalıdır. Nəticədə kifayət qədər məlumatlandırılmamış cəmiyyət tam azad hesab edilə bilməz.”
IV. MÜQAYİSƏLİ HÜQUQUN ELEMENTLƏRİ
Müqayisəli hüququn təhqiqatı göstərir ki, Avropa Şurası Üzv Dövlətlərində işəgötürənin inzibati səlahiyyəti çox fərqlidir. Təhlil edilmiş otuz beş ölkələrində oxşarlıq mövcuddur: bütü ölkələr işçilərin öz fikirlərini sərbəst ifadə etmək və həmkarlar ittifaqlarda birləşmək azadlıqları adətən konstitusiyada təsbit edilmiş normalar və ya digər qanunvericilik müddəaları vasitəsilə təmin edirlər. İşçilər öz vəzifələrini yerinə yetirilməsi üçün təmsil olunmaq hüququndan bəhrələnirlər. Həmin hüququn digərlərinin hüquq və azadlıqları ilə uyğunlaşdırmaq məqsədilə bütün ölkələrin müvafiq qanunvericiliyi öz fikrini sərbəst ifadə etmək azadlığından sui-istifadənin qarşısının alınması məqsədilə müvafiq tənbeh tədbirləri müəyyən edilir. İşəgötürənə verilən səlahiyyət işçinin və ya hər hansı əməkdaşın fikrini ifadə etmək azadlıqdan düzgün istifadə etmədiyinə görə ona qarşı intizam tənbeh tədbirini tətbiq etməyə imkan yaradır. Bununla əlaqədar mövcud presedent hüququ aydındır və müəyyən edir ki, işdən çıxarılma ilə onu əsaslandıran hərəkət arasında proporsionallığın mövcudluğunun sistematik araşdırılmasını tələb edir.Milli qanunvericilik işçi tərəfindən digər şəxslərin hüquq və azadlıqlarını pozan hər hansı hərəkətə görə tənbeh tədbirini müəyyən edir.
Müvafiq müddəalar, ilk növbədə Cinayət Məcəlləsində və ya məsuliyyətə cəlb edilməsi üçün müvafiq şikayətin verilməsini mümkün edən hər hansı müddəalarda təsbit edilir. Bir çox işlərdə deffamasiya, şərəf və reputasiyanın alçaldılması və ya təhqir kimi cinayətlər zərərçəkmiş şəxsə çıxış edən şəxsin məsuliyyətə cəlb edilməsi üçün ona qarşı müəyyən icraata başlamaq üçün imkan yaradır.
Dövlət qulluqçuları ilə əlaqədar tətbiq edilən Əmək Məcəlləsinin müddəaları əməkdaşların öz fikirlərini sərbəst ifadə etmək azadlığından istifadəsini müəyyən edir, və zəruri olduğu təqdirdə sui-istifadəyə görə tənbeh tədbirlərinin tətbiqini nəzərdə tutur. Oxşar məhdudiyyətlər “mülki əməkdaş” statusu olub olmadığından asılı olmayaraq hakimiyyətin rəsmilərinə qarşı da tətbiq edilir.Təşkilatın dövlət və ya kommersiya statusundan asılı olmayaraq intizam məsuliyyətinə cəlb edilməsi işəgötürənin mühüm səlahiyyətindən biridir. Bununla işəgötürən işçiyə qarşı uyğun hesab etdiyi sanksiyanın tətbiqi üzrə geniş diskresion səlahiyyətinə malikdir. Mümkün sanksiyaya, həmçinin şirkətin və ya dövlət təşkilatının maraqlarına zidd olan hərəkətlərinə görə işçinin işdən çıxarılması da daxildir. Eyni zamanda işçinin həmkarlar ittifaqının fəaliyyətində iştirakına görə işdən azad edilməsi qadağandır. İşdən çıxarılma növündə sanksiya hüquqi əsaslara və ya nalayıq hərəkətə görə tətbiq edilə bilər. Birinci halda bu müəyyən hərəkətlə əlaqələndirilir. İkinci halda isə hərəkət bütövlükdə nəzərdə tutulur.İşçinin hərəkətləri ilə əlaqədar onun işdən çıxarılmasının mütənasibliyi təhlil edilmiş bütün milli qanunvericiliklərdə təsbit edilmişdir.Qanunvericilikləri təhlil edilmiş bütün Dövlətlərdə tətbiq olunan qaydalar göstərir ki, işçilərə və ya dövlət qulluqçularına təqdim edilmiş öz fikrini sərbəst ifadə etmək azadlığından sui-istifadə həmişə qınaq faktı kimi nəzərdə tutulur və istənilən sanksiyanın, o cümlədən işdən çıxarılmanı əsaslandırır. Bu məqsədlə aşağıda göstərilən obyektiv təbiəti olan elementlər nəzərə alınmalıdır: (i) nalayıq hərəkətin ciddiliyi; (ii) çıxışın xarakteristikası, onun dərc edilməsinin hədləri və müəyyən subyektiv elementlər. Sonuncuya işçinin şəxsi vəziyyəti, fikrini sərbəst ifadə etmək azadlığının hər hansı sui-istifadəsi və hərəkətin həmkarlar ittifaqının “normal” fəaliyyətinə uyğun olub olmadığı kimi suallar daxildir.Qanunvericilikləri təhlil edilmiş bütün Dövlətlərdə tətbiq edilən qaydalar aydındır və işçinin öz fikrini sərbəst ifadə etmək azadlığı ilə işəgötürənin hüquq və səlahiyyətlər arasında tarazlığın saxlanılmasına imkan verir. Onların tətbiqi isə daha problemlidir, belə ki, fundamental hüququnun istifadəsinə edilən müdaxilə, qərara alınmış tədbiri nəzərə alaraq, nail olunmalı məqsədə mütənasib olduğu təqdirdə qəbul edilə bilər. Hər bir situasiya üzrə tətbiq edilmiş həll yolunun hüquqi mahiyyətini anlamaq üçün yalnız bütün işləri təhlil etmək lazımdır. maq olar.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 11-Cİ MADDƏSİ İLƏ ƏLAQƏDAR 10-CU MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
N.A.A. adlı həmkarlar ittifaqının icraiyyə komitəsinin üzvləri olan ərizəçilər 2002-ci il mart ayında dərc edilmiş ittifaqın bülleteninin məzmunu ilə əlaqədar işdən azad olunduqlarından şikayət etmişdirlər. Onlar şikayət etmişdirlər ki, P. şirkəti onların fərdi iştirak dərəcəsini və məsuliyyətini yoxlamamışdır. Ərizəçilər iddia etmişdirlər ki, onların işdən çıxarılması ittifaqın tələblərinə görə şirkətin cavab tədbiri kimi hesab olunmalı və bülletenin iddia olun təhqiredici məzmunu bəhanə kimi istifadə edilmişdir. Onlar bildirmişdirlər ki, həm karikatura həm də iki məqalələr Konvensiyanın 10-cu maddəsi ilə mümkün olan tənqidin hədlərini pozmamışdır, belə ki, mübahisələndirilən ifadələr zarafatca istifadə edilmiş və təhqir etmək məqsədini güdməmişdirlər.
Ərizəçilər Konvensiyanın 10-cu və 11-ci maddələrinə istinad etmişdirlər. Həmin maddələrdə aşağıdakılar qeyd edilir:
10-cu maddə
”1. Hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
11-ci maddə
”1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. ...”
A. Məhkəmə Palatasının qərarı
Öz fikrini ifadə etmək azadlığının demokratik cəmiyyətinin vacib elementlərindən birinin olduğunu təkrarlayaraq Məhkəmə Palatası 2009-cu il 8 dekabr tarixli qərarında qeyd etmişdir ki, bu azadlıq ciddi tətbiq olunmalı məhdudiyyətlərə məruz qala bilər və həmin məhdudiyyətlərin zəruriliyi təkidli ictimai ehtiyacla əsaslandırılmalıdır. Hazırkı işdə müdaxilə qanunla müəyyən edilmiş və digərlərin reputasiyasının və hüquqlarının qorunması kimi qanuni məqsədi güdürdü. Müdaxilənin demokratik cəmiyyətdə zəruri olub olmadığının müəyyən edilməsi məqsədilə Məhkəmə ərizəçilərin işəgötürənə qaşı əmək işlərə dair məhkəmələrdə qaldırdıqları mübahisələrin xüsusi kontekstinə nəzər yetirməlidir. Həmkarlar ittifaqının ideyalarını sərbəst ifadə edə bilmədikdə onun mənasız və lazımsız olacağını nəzərə alaraq Məhkəmə Palatası qeyd etmişdir ki, İspaniyanın məhkəmələri toqquşan maraqlar arasında tarazlıq saxlamış və qərara almışdırlar ki, ərizəçilər tənqid etmək hüququnun hədlərini aşmışdırlar. Bununla yerli məhkəmələrin qəbul etdikləri qərarlar əsassız hesab edilə bilməz. Bununla Məhkəmə Palatası müəyyən etmişdir ki, işdə Konvensiyanın 10-cu maddəsi pozulmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Konvensiyanın 11-ci maddəsi üzrə yaranan məsələlərin araşdırılması ehtiyac yaranmır.
B. Tərəflərin izahatları
1. Ərizəçilərin izahatları
Ərizəçilər qeyd etmişdirlər ki, işəgötürən, P. şirkəti, onların statusunun məhkəmələr tərəfindən müəyyən olunduğuna baxmayaraq onları əmək haqqı alan işçilər kimi təsdiq etməkdən və sosial təzminatlarının hesablamasından imtina etmişdir. Onlar bildirmişdirlər ki, Məhkəmə Palatası onların həmkarlar ittifaqının işəgötürənlə və şirkətin dəstəyi ilə yaradılan və bülletendə qeyd olunan şahidlərin aid olduğu əmək haqqı almayan kuryerlərin assosiasiyası ilə apardığı uzun sürən və çətin mübahisəni nəzərə almamışdır.Ərizəçilər bildirmişdirlər ki, 2001-ci il aprel ayında N.A.A. həmkarlar ittifaqının üzvlüyünə daxil olduqda işçilərin məhkəmələr tərəfindən tanınmış hüquqları rədd etməyə imtinalarından sonra P. şirkəti onları əmək haqlarını kəsməklə cəzalandırmağa qərara gəlmişdir. Bununla onlar hesab edirlər ki, həmin məsələni qaldıran həmkarlar ittifaqının bülleteni bu kontekstdə nəzərə alınmalı, xüsusilə də işçilərin onların tələblərinin yayılmasının qarşısının alınması və onların məhkəmələr tərəfindən tanıdıqları hüquqlarından imtina etməsi məqsədilə şirkət və onun yaratdığı əmək haqqı almayan işçilər assosiasiyasının sistematik təzyiqlər göstərmişdirlər. Ərizəçilər iddia etmişdirlər ki, P. şirkətinin kadrlar şöbəsinin müdiri digər kuryerlərin hüquqlarını müdafiə etməkdən çəkinməsi üçün həmkarlar ittifaqının bir neçə üzvünün dəstəyini almağa çalışmışdır. İddia olunduğu kimi həmin dəstəyə görə kadrlar şöbəsinin müdiri onlara nağd pul təklif etmişdir. Bununla A. və B. şahidlərinin üzv olduqları əmək haqqı almayan kuryerlərin assosiasiyası işəgötürənlə əlbir olmuşdur. Nəticədə öz hüquqlarını rədd etməkdən imtina edən əmək haqqı alan kuryerlər olan ərizəçilər təzminat almadan işdən azad olunublar və həmkarlar ittifaqı ləğv edilmişdir. Bununla ərizəçilər Konvensiyanın 10-cu və 11-ci maddələrində təsbit edilmiş azadlıqların pozulduğunu iddia edirlər.Ərizəçilər vurğulayırlar ki, həmkarlar ittifaqının bülletenin ön səhifəsində yerləşdirilən karikatura və iki məqalə tənqid etmək, həmçinin məhkəmələrdə qaldırılar əmək haqqı tələbi və əmək haqqı almayan kuryerlər assosiasiyasının üzvlərinin hərəkətləri barədə məlumatı çatdırmaq məqsədi ilə dərc edilmişdirlər. Kobudluq və şok kimi nəzərə alınmalı satirik ifadələrin və rəsmin istifadəsi şəxslərin şəxsi həyatına deyil onların mübahisədə oynadığı rola müdaxilə kimi hesab edilməlidir. Bununla işlənmiş zarafatçı tonun istifadəsi ilə şəxslərə hücum baş verməmişdir və zərər vurmaq niyyəti deyil zarafat etmək niyyəti daşıyırdı.Ərizəçilər bildirmişdirlər ki, məqalələr və karikaturalar imzalanmamışdır və yalnız əmək və həmkarlar ittifaqı məsələləri üzrə aparılan mübahisə ilə əlaqədar ittifaqın mətbu nəşrində dərc edilmişdir. Bununla həmkarlar ittifaqın bütün üzvlərinin həmin nəşrə görə mahiyyətcə kollektiv olan intizam tənbeh tədbirinin tətbiqi və ya Konvensiyanın 11-ci maddəsinə zidd olaraq ittifaqın təsisçilərinin işdən çıxarılması ilə onun ləğv edilməsi ilə nəticələnən məsuliyyətin daşıdığını hesab etmək əsassızdır.Yekunda ərizəçilərin qeyd etdiyinə əsasən baxmayaraq ki, ittifaqın bülletenində yer alan tənqid digərlərin şərəf və reputasiyası kimi fundamental hüquqları şübhə altına qoymuşdur işdən çıxartma kimi tənbeh tədbirinin tətbiqi həmin hüququn legitim müdafiəsi tələbinə cavab vermir və müəyyən məqsədlərə mütənasib deyil.
2. Cavabdeh Hökumətin izahatları
(a) Faktlar
Hökumət ərizəçilərin işi Böyük Palatasının baxışına verilməsinə dair vəsatətində göstərilmiş iddialarla əlaqədar qeyd etmişdir ki, bülletendə tənqid edilmiş “ittifaqın sadiq adamları” “şirkətin xeyrinə edilmiş hərəkətin” müqabilində işəgötürən tərəfindən “işləmək vəzifələrində azad edilmiş” işçilər olmamışdır və vurğulamışdır ki, onlar işəgötürən tərəfindən maliyyələşdirilməmişdirlər və nümayəndələrin həmkarlar ittifaqlarında öz vəzifələrinin yerinə yetirilməsi üçün onları əmək haqlarını ödəməklə əmək vəzifələrindən azad edilməsi Əmək Qaydalarının 68-ci maddəsi əsasında mütləq tələbdir.
(b) Konvensiyanın 10-cu maddəsi əsasında verilmiş şikayət
Hökumət qəbul edir ki, öz fikrini sərbəst ifadə etmə azadlığına müdaxilənin mülki hüquqla tənzimlənən münasibətlərdə baş verməsi mümkündür. Lakin hazırkı işdə ərizəçilərin fikirlərini ifadə etmək azadlığına Dövlət tərəfindən birbaşa müdaxilə olmamış, yalnız həmin azadlığın müdafiəsini təmin etmək üzrə öhdəliyi yerinə yetirilməmişdir.Hökumət qeyd etmişdir ki, işəgötürənə və ya işçilərə hücum edilməsinə görə əmək müqaviləyə xitam verilməsi qanunla müəyyən edilmiş və digərlərin reputasiyasının qorunması kimi qanuni məqsəd güdmüşdür. İspaniya məhkəmələri müəyyən etmişdirlər ki, ərizəçilər işəgötürənin və digər işçilərin reputasiyalarına xələl gətirərək öz fikirlərini ifadə etmək azadlığının hədlərini aşmışdırlar. Həmin qeydlər mediada deyil şirkətin məhdud mühitində yayılmışdır və orada çalışan şəxslər, xüsusilə ictimai vəzifələri olmayan kadrlar şöbəsinin müdiri və iş yoldaşları barədə olmuşdur. Şəxslərə qarşı edilən tənqid dərəcəsinin həddi dövlət qurumları və ictimai təşkilatlarla müqayisədə daha dardır (müqayisə et: “Dink Türkiyəyə qarşı” (Dink v. Turkey, nos. 2668/07, 6102/08, 30079/08, 7072/09 and 7124/09, § 133, ECHR 2010‑...)). Bülleten oxuyucuların tənqid edilən şəxsləri tanıdığına görə həmin şəxslərin reputasiyasına dəymiş ziyanın dərəcəsi daha da ağırlaşır.Ərizəçilər öz fikirlərini şirkətdə yayılan yazı (birdən birə şifahi bildirilmiş mövqe ilə deyil) ilə ittifaqın bülletenini və elanlar üçün lövhəni istifadə edərək ifadə etmişdirlər. Bununla bu ərizəçilər tərəfindən hərtərəfli düşünülmüş addım kimi qiymətləndirilməlidir, belə ki, onlar öz hərəkətlərinin və digərlərin reputasiyasına xələl gətirilməsinin üsulunun nəticələrini bilirdilər.Ərizəçilərin dərc etdiyi qeydlərinin məzmununa gəldikdə Hökumət bildirmişdir ki, orada ümumi maraq kəsb edən rəy və ya təhlil mövcud deyil (müqayisə et: “Fuentes Bobo İspaniyaya qarşı” (Fuentes Bobo v. Spain, no. 39293/98, 29 February 2000)), lakin “De Diego Nafria İspaniyaya qarşı” (De Diego Nafría v. Spain, no. 46833/99, 14 March 2002) işindəki kimi qeydlər ərizəçilərin işlədikləri şirkətlə aparılan yalnız əmək mübahisəsi ilə əlaqədar yayılmışdırlar. Eyni zamanda onların qeydləri ittifaqın siyasəti və ya şirkətin bütün işçilərinə aid olan məsələlərlə əlaqədar olmamışdır. Onlar yalnız qanuni şəkildə müdafiə etdikləri hüquqlar üzrə məhkəmələrdə aparılan icraatlar zamanı onlara qarşı verdikləri ifadələrə reaksiya bildiriblər.İspaniyanın məhkəmələri müəyyən ediblər ki, sənəddə əks olunan hər hansı qanuni tənqid kobud təhqirlə ifadə olunmuşdur və ədəbsiz bildirilmişdir ki, həmin şəxslərə digər xeyir müqabilində “seksual xeyir” verilmişdir və onlar “oğru” kimi təsvir edilmişdirlər. “Lindon, Otchakovski-Laurens və Culi Fransaya qarşı” (Lindon, Otchakovsky-Laurens and July v. France [GC], nos. 21279/02 and 36448/02, ECHR 2007‑XI) işində Məhkəmə müəyyən etmişdir ki, öz fikrini ifadə etmək azadlığı siyasətdə ictimai xadim barədə bildirilən oxşar qeydləri müdafiə etmir. Qeydlər fərdi şəxslər barədə bildiriləndə daha həqiqətə uyğun olurlar.Karikaturaya gəldikdə isə hazırkı iş “Vereniqanq Bildender Künstler Avstriyaya qarşı” (Vereinigung Bildender Künstler v. Austria, no. 68354/01, ECHR 2007‑II) işindən mahiyyətcə fərqlənir. Burada rəsm əsəri ilə ifadə olunan demokratik ictimai rəy deyil işəgötürənlə işçi arasında mövcud olan münasibətlə əlaqədar münasibət yer alır.“Konstantinesku Rumıniyaya qarşı” (Constantinescu v. Romania, no. 28871/95, §§ 72-75, ECHR 2000‑VIII) işinə istinad edərək Hökumət hesab edir ki, öz fikrini ifadə etmək azadlığından istifadə nəticəsində digərlərinin reputasiyasına ziyanın vurulması onların həmkarlar ittifaqı ilə əlaqədar olan fəaliyyətlə əsaslandırıla bilməz. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində təsbit edilmiş məhdudiyyətlər ittifaqın nümayəndələri münasibətdə də tətbiq edilir.Hökumət bildirir ki, Konvensiyanın 10-cu maddəsi əsasında tətbiq edilən müdaxilənin mütənasibliyinin qiymətləndirilməsi zamanı tənbeh tədbirinin mahiyyəti və qəddarlıq dərəcəsi də nəzər alınmalıdır. “De Diego Nafria İspaniyaya qarşı” işində Məhkəmənin gəldiyi nəticəsinə əsasən baxmayaraq ki, tənqidin mümkün dərəcəsini aşan işçinin işdən azad edilməsi onun əmək münasibətləri üçün ciddi nəticələnmişdir tənqidin mütənasibliyinin qiymətləndirilməsi zamanı həmin işin halları hərtərəfli nəzərə alınmalıdır. Hazırkı işdə İspaniyanın məhkəmələri kobud və təhqiredici qeydlər və təsvirlər vasitəsi ilə ittifaqın bülletenində qeyd olunan şəxslərin reputasiyasına birbaşa dəyən ziyanı qiymətləndirmişdirlər. Ərizəçilərin rəyi qanuni olsa idi belə onlar bu rəyi qəsdən yazılı şəkildə təhqiredici tərzdə ifadə etmişdirlər.Bununla Hökumət nəticəyə gəlir ki, müdaxilə qanuni məqsəd daşıdığına görə əsaslı olmuş və həmin məqsədə mütənasib idi.
(c) Konvensiyanın 11-ci maddəsi əsasında verilmiş şikayət
Hökumətin izahatlarına əsasən həmin maddə üzrə şikayət ayrı mahiyyətə malik deyil və Konvensiyanın 10-cu maddəsi əsasında verilmiş şikayətlə birlikdə araşdırılmalıdır. Reallıqda isə ərizəçilər iddia edirlər ki, onların əmək müqavilələrinə xitam verilməsi ilə nəticələnən ifadələri həmkarlar ittifaqında həyata keçirdikləri fəaliyyətlə əlaqədar qiymətləndirilməlidir. Lakin həmkarlar ittifaqı yaratmaq və ittifaqa daxil olmaq hüququ məhkəmələr tərəfindən təsdiq edilmiş işəgötürənin qərarı əsasında pozulmamışdır. Hazırkı işdə ittifaqın nümayəndələrinin öz fikirlərini ifadə etmək azadlığının hədləri araşdırılmalıdır.Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş azadlıq fərdi rəyin ifadə edilməsinin mümkünlüyü daxil olmaqla Dövlətin üzərinə müdafiə üzrə pozitiv öhdəliklər qoyur. Lakin həmin pozitiv öhdəliklərin pozuntusu birləşmək azadlığına təsir göstərildikdə baş verir (bax: “Qustafson İsveçə qarşı” (Gustafsson v. Sweden, 25 April 1996, § 52, Reports of Judgments and Decisions 1996‑II)). Ərizəçilər sübut edə bilməmişdirlər ki, onların işdən çıxarılması barədə qərar digərlərlə müqayisədə həmin ittifaqa qarşı əks tədbirin həyata keçirilməsi məqsədini güdmüşdür. Təhqiredici bülletendə mübahisə zamanı ərizəçilərin mənafelərinə toxunan ittifaqın bəzi üzvlərinin ifadələri sadəcə tənqid edilmiş və həmin ifadələr seksual xeyirlə və ya oğurluqla müqayisə edilmişdir. Bununla birləşmək azadlığının pozuntusu baş verməmişdir, lakin yalnız Konvensiyanın 10-cu maddəsi əsasında araşdırılmalı olan ittifaq nümayəndələrinin öz fikirlərini ifadə etmək azadlığının hədləri məsələsi təhlil edilməlidir.
C. Məhkəmənin qiymətləndirilməsi
1. Hazırkı işdə tətbiq olunmalı müddəalar
Əvvəlcə Məhkəmə qeyd edir ki, hazırkı işin faktlarına əsasən öz fikrini sərbəst ifadə etmək azadlığının məsələsi həmkarlar ittifaqı kontekstində birləşmək azadlığı məsələsinə yaxından aiddir. Bununla Məhkəmə təkrarlayır ki, Konvensiyanın 10-cu maddəsində təsbit edilən fərdi rəyin qorunması Konvensiyanın 11-ci maddəsində göstərilən toplaşmaq və birləşmək azadlığının obyektindən biridir (bax: “Ezelin Fransaya qarşı” (Ezelin v. France, 26 April 1991, § 37, Series A no. 202) və “Barrako Fransaya qarşı” (Barraco v. France, no. 31684/05, § 27, ECHR 2009‑...)). Eyni zamanda tərəflər həmin müddəalarla əlaqədar öz izahatlarını təqdim etmişdirlər.
Lakin qeyd olunmalıdır ki, ərizəçilərin şikayətləri əsasən həmkarlar ittifaqının icraiyyə komitəsinin üzvləri kimi məqalələrin dərc edilməsi və karikaturaların nümayiş etdirilməsinə görə onların işdən çıxarılması ilə əlaqədardır. Əlavə olaraq yerli məhkəmələr ərizəçilərin məhz həmkarlar ittifaqının üzvləri olduqlarına görə işdən çıxarıldıqlarını müəyyən etməmişdir. Məhkəmə əmək münasibətləri kontekstində öz fikrini ifadə etmək azadlığından istifadəyə istinad edərək qeyd etmişdir ki, əmək münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq həmin azadlıq hədsiz deyil. Bundan sonra Kataloniyanın Ali Ədalət Məhkəməsi müəyyən etmişdir ki, digər iki əmək haqqı alan kuryer bülletenin dərc edilməsi və yayılması zamanı xəstəliyə görə bülletendə olduqlarına görə onların işdən çıxarılması Əmək Qaydalarının 54-cü maddəsinin 1-ci bəndinə və 2-ci bəndinin (c) yarımbəndinə zidd olmuşdur. Bununla onlar bülletenin dərc edilməsində və yayılmasında iştirak edə bilməmişdirlər və bununla müəyyən şəxslərin ləyaqətinin alçaldılmasına görə məsuliyyət daşımırlar. Əmək İşlərə dair Məhkəmə qeyd etmişdir ki, onlar hal-hazırda həmkarlar ittifaqının üzvüdürlər (bax: yuxarıda göstərilən 15-ci bənd). Bununla təsdiq edilir ki, ərizəçilərin həmkarlar ittifaqında üzvlüyü onların işdən çıxarılmasında həlledici rol oynamamışdır.
Bununla Məhkəmə faktların Konvensiyanın 10-cu maddəsi mənasında araşdırılmasının daha məqsədəuyğun olduğunu müəyyən etmiş, lakin həmin araşdırma zamanı Konvensiyanın 11-ci maddəsi də nəzərə alınmalıdır (bax: “Dalğalarda Qadınlar və digərləri Portuqaliyaya qarşı” (Women On Waves and Others v. Portugal, no. 31276/05, § 28, ECHR 2009‑... (çıxarışlar)).
2. Konvensiyanın 11-ci maddəsi ilə əlaqədar Konvensiyanın 10-cu maddəsi ilə uyğunluq
(a) Öz fikrini sərbəst ifadə etmək azadlığı ilə bağlı məsələlərində ümumi prinsiplər
Öz fikrini sərbəst ifadə etmək azadlığı demokratik cəmiyyətinin mühüm elementlərindən birini təşkil edir, həmçinin cəmiyyətin təkamülü və hər bir fərdin özünü reallaşdırmaq (təsdiq etmək) üçün əsas əsaslardan biridir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi xoş məramla çatdırılan və ya təhqiredici olmayan ya da laqeydliklə yayılan “məlumatlar” və “ideyalar”la yanaşı təhqiredici, şok yaradan və narahatlıq yaradan “məlumatlar” və “ideyalar”la əlaqədar tətbiq edilir. Bu da plüralizm, tolerantlıq və fikirlərin müxtəlifliyinin tələbidir, bunsuz “demokratik cəmiyyət” mövcud ola bilməz. Konvensiyanın 10-cu maddəsində təsbit edildiyi kimi bu azadlıqla əlaqədar müxtəlif istisnalar tətbiq edilir, lakin onlar dəqiq tətbiq edilməli və həmin istisnaların tətbiqinə ehtiyac əsaslandırılmalıdır (bax: digər işlərlə yanaşı yuxarıda qeyd edilən “Lindon, Otchakovski-Laurens və Culi Fransaya qarşı”). Eyni zamanda Konvensiyanın 10-cu maddəsi təkcə ideya və məlumatları deyil, həmçinin onların yayılması üçün istifadə olunan vasitələri də müdafiə edir (bax: “De Hayes və Qijsels Belçikaya qarşı” (De Haes and Gijsels v. Belgium, 24 February 1997, § 48, Reports1997‑I)).Lakin müxtəlif maraqlar arasında düzgün tarazlığın seçilməsi ehtiyacı nəzərə alınmalıdır. Belə ki, ölkənin reallığı ilə daimi tanış olan Dövlətin məhkəmələri müvafiq anda həmin tarazlığın düzgün seçildiyini müəyyən edilməsində beynəlxalq məhkəmələrlə müqayisədə daha əlverişli vəziyyətdədirlər. Bununla Üzv Dövlətlər Konvensiyanın 10-cu maddəsi ilə qorunan öz fikrini sərbəst ifadə etmək azadlığına qarşı tətbiq edilən müdaxilənin zəruriliyinin və dərəcəsinin qiymətləndirilməsi zamanı, xüsusilə həmin tarazlıq toqquşan şəxsi maraqlarla əlaqədar olduqda, müəyyən təqdir səlahiyyətinə malikdirlər (bax: “Tammer Estoniyaya qarşı” (Tammer v. Estonia, no. 41205/98, § 60, ECHR 2001‑I) və “Pedersen və Baadsqaard Danimarkaya qarşı” (Pedersen and Baadsgaard v. Denmark [GC], no. 49017/99, § 68, ECHR 2004‑XI)).Lakin həmin təqdir səlahiyyəti Avropanın monitorinq mexanizmləri ilə yoxlanılır və buraya müstəqil məhkəmələrin qərarları ilə yanaşı milli qanunvericilik və icra orqanlarının qəbul etdikləri qərarlar daxildir (bax: mutatis mutandis, “Pek Birləşmiş Krallığa qarşı” (Peck v. the United Kingdom, no. 44647/98, § 77, ECHR 2003‑I) və “Karhuvaara və İltalehti Finlandiyaya qarşı” (Karhuvaara and Iltalehti v. Finland, no. 53678/00, § 38, ECHR 2004‑X)). Həmin monitorinqi həyata keçirərkən Məhkəmənin vəzifələri yerli səlahiyyətli qurumlarının funksiyalarını əvəzləmək deyil, lakin işlə əlaqədar qəbul edilən qərarın orada istinad edilən Konvensiyanın müddəaları ilə uyğun olub olmadığını yoxlamaqdan ibarətdir (bax: “Bladet Tromsö Norveçə qarşı” (Bladet Tromsø and Stensaas v. Norway [GC], no. 21980/93, §60, ECHR 1999‑III); “Petrenko Moldovaya qarşı” (Petrenco v. Moldova, no. 20928/05, § 54, 30 March 2010); “Polanko Torres və Movilla Polanko İspaniyaya qarşı” (Polanco Torres and Movilla Polanco v. Spain, no. 34147/06, §41, 21 September 2010); və “Petrov Bolqarıstana qarşı” (Petrov v. Bulgaria (dec.), no. 27103/04, 2 November 2010)).Məhkəmə hesab edir ki, həmkarlar ittifaqının üzvləri şirkətdə işçilərin vəziyyətinin yaxşılaşdırılması üçün işəgötürənə öz tələblərini çatdıra bilməlidirlər. Bununla Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Amerika Dövlətləri Məhkəməsinin OC-5/85 nömrəli Məşvərətçi Rəyində bildirilmişdir ki, öz fikrini sərbəst ifadə etmək azadlığı ... həmkarlar ittifaqlarının, ... inkişafı üçün zəruri amil (sine qua non) hesab edilir (bax: bax yuxarıda göstərilən 26-cı bəndə, eyni zamanda 24-cü bəndə və xüsusilə orada qeyd olunan 155-ci hissəyə). Öz ideyalarını sərbəst ifadə edə bilməyən həmkarlar ittifaqı fəaliyyət göstərmək üçün zəruri olan əsas vasitələrin birindən məhrum edilmiş hesab edilir. Bununla həmkarlar ittifaqları ilə əlaqədar olan hüquqlarının mənalı və səmərəli mahiyyətinin qorunması məqsədilə milli səlahiyyətli qurumlar təmin etməlidirlər ki, mütənasib olmayan tənbeh tədbirləri həmkarlar ittifaqının üzvlərinin maraqlarını ifadə və müdafiə edən ittifaqın nümayəndələrini fəaliyyətlərindən yayındırmasınlar. Beynəlxalq Əmək Təşkilatının Baş Konfransının 1971-ci il 23 iyun tarixli 143 nömrəli Tövsiyəsində qeyd edildiyi kimi həmkarlar ittifaqı öz fikrini məlumatlar, kitabçalar, nəşrlər və digər sənədlər vasitəsi ilə ifadə edə bilər və həmkarlar ittifaqının adından fəaliyyət göstərən işçilərin nümayəndələri onları yalnız rəhbərliyin icazəsi ilə yaya bilərlər (bax: yuxarıda qeyd edilən 21-ci bənd).Hazırkı işdə İspaniyanın məhkəmələri əmək münasibətləri kontekstində Konvensiyanın 10-cu maddəsində təsbit edilmiş azadlıqla cənab G., cənab A. və cənab B.-nin şərəf və ləyaqətinə hörmət hüququ arasında tarazlığı qorumalı idilər. Konvensiyanın 10-cu maddəsi öz fikrini ifadə etmək azadlığını hədsiz təmin etmir. Digərlərin hüquq və reputasiyasının müdafiəsi (hazırkı işdə məqalələrdə və karikaturalarda qeyd olunan şəxslər) öz fikrini ifadə etmək azadlığının məhdudlaşdırılması üçün qanuni məqsəd hesab edilir. Şəxsin reputasiyası ilə əlaqədar işlərdə öz fikrini ifadə etmək azadlığının məhdudlaşdırılmasına dair yerli məhkəmələrin qərarlarının əsaslandırılması Avropa Məhkəməsinin presedent hüququna kifayət qədər uyğun gəlirsə yerli məhkəmələrin qərarlarının dəyişdirilməsi üçün Məhkəmənin ciddi əsasları olmalıdır (bax: “MGN MMC Birləşmiş Krallığa qarşı” (MGN Limited v. the United Kingdom, no. 39401/04, §§ 150 and 155, 18 January 2011)).
(b) Konvensiyanın 11-ci maddəsi ilə əlaqədar cavabdeh Dövlətin 10-cu maddəsi əsasında pozitiv öhdəliyi
Məhkəmə qeyd edir ki, Konvensiyanın 1-ci maddəsi əsasında “Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər”. Məhkəmənin “Marks Belçikaya qarşı” (Marckx v. Belgium, 13 June 1979, § 31, Series A no. 31; see also Young, James and Webster v. the United Kingdom, 13 August 1981, § 49, Series A no. 44) işində gəldiyi nəticəsinə əsasən Konvensiyada təsbit edilmiş hüquqlara müdaxilə etməmək kimi neqativ öhdəliyi ilə yanaşı Dövlətin həmin hüquqlarla əlaqədar “pozitiv öhdəliyi ola bilər”.Bu məsələ öz fikrini sərbəst ifadə etmək azadlığına da şamil edilir. Həmin azadlıqdan həqiqi və səmərəli istifadə Dövlətin buraya sadəcə müdaxilə etməməkdən asılı deyil, lakin, eyni zamanda fərdi şəxslərin münasibətləri də daxil olmaqla müdafiə üçün pozitiv tədbirləri də nəzərdə tutur. Bəzi işlərdə Dövlət öz fikrini sərbəst ifadə etmək azadlığını şəxslərin müdaxiləsindən qorumaq kimi pozitiv öhdəliyi daşıyır (bax: yuxarıda qeyd edilən “Fuentes Bobo İspaniyaya qarşı”, 38-ci bənd; “Özgür Gündəm Türkiyəyə qarşı” (Özgür Gündem v. Turkey, no. 23144/93, §§ 42-46, ECHR 2000‑III) və yuxarıda qeyd edilən “Dink Türkiyəyə qarşı”, 106-cı bənd).Hazırkı işdə ərizəçilərin iddia etdikləri tədbirlər (onların işdən çıxarılması) Dövlətin səlahiyyətli orqanı tərəfindən deyil kommersiya təşkilatı tərəfindən həyata keçirilmişdir. 2002-ci il mart ayında həmkarlar ittifaqının bülleteninin dərc edilməsindən və orada yerləşdirilən ifadələrin yayılmasından sonra işəgötürən nalayıq hərəkətlərinə görə onların işdən çıxarılması kimi intizam tədbiri seçmişdir (bax: yuxarıda qeyd edilən 14-cü bənd) və həmin tədbir yerli məhkəmələr tərəfindən təsdiq edilmişdir. Ərizəçilərin işdən çıxarılması milli səlahiyyətli qurumlarının birbaşa müdaxiləsi olmamışdır. Səlahiyyətli qurumlarının məsuliyyət məsələsi ərizəçilərin Konvensiyanın 10-cu maddəsi ilə qorunan azadlıqdan istifadəsi təmin edilmədikdə ortaya çıxardı (bax: mutatis mutandis, “Qustafson İsveçə qarşı”, 45-ci bənd).Bununla Məhkəmə hazırkı işi cavabdeh Dövlətin Konvensiyanın 11-ci maddəsi ilə əlaqədar 10-cu maddəsi əsasında pozitiv öhdəliyini araşdırmağa məqsədəuyğun hesab edir. Bununla Məhkəmə İspaniya məhkəmələrinin ərizəçilərin iddialarını rədd edərkən əmək münasibətləri kontekstində Konvensiyanın 10-cu maddəsində təsbit edilmiş öz fikrini sərbəst ifadə etmək azadlığının adekvat təmin edilib edilmədiyindən əmin olunmalıdır.Baxmayaraq ki, Konvensiya Dövlətin pozitiv və neqativ öhdəlikləri arasında olan sərhədin dəqiq anlayışını təqdim etmir tətbiq olunan prinsiplər oxşardır. Hər iki kontekstdə fərdin və cəmiyyətin maraqlarının toqquşduğu təqdirdə onların arasında ədalətli tarazlığın təmin edilməsi xüsusilə nəzərə alınmalıdır. Hər halda bu məsələ Dövlətin təqdir səlahiyyətinə aiddir (bax: yuxarıda qeyd edilən “Karhuvaara və İltalehti Finlandiyaya qarşı”, 42-ci bənd).
(c) Həmin prinsiplərin hazırkı işdə tətbiqi
Məhkəmə yuxarıda qeyd etdiyi kimi (bax: yuxarıda göstərilən 61-ci bənd) hazırkı işdə cavabdeh Dövlətin ərizəçilərin işdən azad olunması barədə qərarların ləğv edilməsi ilə onların öz fikirlərini sərbəst ifadə etmək azadlığının təmin etməyə öhdəlik daşıyıb daşımadığı kimi əsas sual yaranır. Bununla hazırkı işdə Məhkəmənin vəzifəsi tətbiq edilmiş tənbeh tədbirin qoyulan legitim məqsədlərə mütənasib olub olmadığını və milli səlahiyyətli qurumların bu məsələnin əsaslandırılması üçün göstərdiyi səbəbləri “məqsədəuyğun və qənaətbəxş” olub olmadığını müəyyən etməkdən ibarətdir (bax: yuxarıda qeyd edilən “Fuentes Bobo İspaniyaya qarşı”, 44-cü bənd).
(i) Ərizəçilərin qeydləri digərlərinin reputasiyasına xələl gətiriblərmi
Məhkəmə müəyyən edir ki, ərizəçilərin istinad etdikləri fundamental hüquqların pozulub pozulmadığını yerli məhkəmələr araşdırılmışdırlar. Pozuntu baş versə idi onların işdən azad edilməsi barədə qərarlar ləğv olunmalı idi. Məhkəmələr müəyyən etmişdirlər ki, ərizəçilərin işdən azad olunması onların N.A.A. həmkarlar ittifaqında üzvlüyü ilə deyil məhz təhqiramiz bülletenin faktiki məzmunu bağlı olduğundan həmkarlar ittifaqları ilə əlaqədar olan hüquqlara müdaxilə olmamışdır.Eyni zamanda yerli məhkəmələr əmək münasibətləri kontekstində öz fikrini sərbəst ifadə etmək azadlığından istifadəsinə istinad edərək qeyd etmişdirlər ki həmin azadlıq hədsiz deyil və əmək münasibətlərinin xüsusiyyətləri nəzərə alınmalıdır. Barselonanın Əmək İşlərə dair 17 nömrəli Məhkəməsi müəyyən etmişdir ki, ön səhifədə yerləşdirilmiş karikatura və bülletendə dərc edilmiş məqalə kadrlar şöbəsinin müdirinin və iki əməkdaşın şərəf və ləyaqətini şübhə altına qoyaraq, həmçinin P. şirkətinin reputasiyasını ləkələyərək təhqiredici olmuş və nəticədə öz fikrini ifadə etmək azadlığının hədləri aşılmışdır (bax: yuxarıda qeyd olunan 15-ci bənd).Nəticəyə gəlmək üçün Barselonanın Əmək İşlərə dair 17 nömrəli Məhkəməsi mübahisənin bütün faktlarını və xüsusilə ərizəçilərin bülleteni dərc edilməsinin kontekstini təhlil etmişdir. Məqalələrin və karikaturaların təhqiramiz olduğunu və digərlərinin reputasiyasına xələl gətirdiyini nəzərə alaraq Məhkəmə yerli məhkəmələrinin gəldiyi nəticələrini yenidən araşdırılması üçün əsas görmür.Bununla əlaqədar qeyd olunmalıdır ki, ərizəçilərin dərc etdiyi karikaturada kadrlar şöbəsinin müdiri G. şəffaf masa arxasında oturmuşdur, onun yanında bir tərəfdən P. şirkətinin əməkdaşları A. və B. əyləşmişdirlər, digər tərəfdən isə əmək haqqı almayan kuryerlərin nümayəndələri əyləşərək müdiri razı salmaq üçün öz növbələrini gözləmişdirlər. Müşayiət olunan qeydlər kifayət qədər aydın olmuşdurlar. İki məqaləyə gəldikdə (bax: yuxarıda qeyd olunan 15-ci bənd) isə burada A. və B. əməkdaşlar digər işçiləri “satmaqda” və “alçaqlıqda”, həmçinin iş yerlərini saxlamaq üçün öz ləyaqətindən imtina etdiklərində günahlandırılmışdırlar. Həmin ittiham qeyd olunan şəxslər üçün acı və təhqiredici tərzdə ifadə edilmişdir. Məhkəmə təkrarlayır ki, tənqidlə təhqir arasında aydın fərq qoyulmalı və sonuncu sanksiyaların tətbiqi üçün əsas ola bilər (bax: mutatis mutandis, “Skalka Polşaya qarşı” (Skałka v. Poland, no. 43425/98, § 34, 27 May 2003). Bundan sonra Məhkəmə Beynəlxalq Əmək Ofisinin Rəhbər Orqanlarının Birləşmək Azadlığı üzrə Komitəsinin qərar və prinsiplərə dair Toplunun beşinci nəşrində (dəyişdirilmiş) mövqeyi bildirmək və öz fikrini ifadə etmək azadlığına dair təsbit edilmiş ümumi prinsiplərə istinad etmişdir. Xüsusilə Toplunun 154-cü bəndində qeyd olunur ki, “mövqelərini bildirərək həmkarlar ittifaqı təşkilatları əxlaq qaydalarına riayət etməli və təhqiredici ifadələrin istifadəsindən çəkinməlidirlər” (bax: yuxarıda qeyd olunan 24-cü bənd).Yuxarıda qeyd olunanlarla əlaqədar Məhkəmə hesab edir ki, yerli məhkəmələrinin əsaslandırılması karikaturada və məqalələrdə göstərilən şəxslərin reputasiyasını müdafiə edilməsi kimi legitim məqsədə uyğun olmuşdur və yerli məhkəmələrin əmək münasibətlərdə ərizəçilər tərəfindən tənqidin qəbuledilən həddinin aşılması barədə nəticələri əsassız və ya faktlara əsaslanmayan kimi hesab edilməməlidir.
(ii) ərizəçilərin işdən azad edilməsi mübahisələndirilən qeydlərin ciddiliyinin dərəcəsinə mütənasib olmuşdurmu
Ərizəçilərin işəgötürən tərəfindən işdən azad olunması növündə tətbiq edilmiş tənbeh tədbirinin hazırkı işin faktlarının xüsusiyyətlərinə mütənasib olub olmadığı yoxlanılmalıdır.Həmin suala cavab verərkən Məhkəmə karikaturada və məqalələrdə istifadə edilmiş ifadələri və onların dərc edildiyi konteksti nəzərə alacaq.İlk növbədə Məhkəmə qeyd edir ki, mübahisələndirilən qeydlər xüsusi kontekstdə yerləşdirilmişdir. Həmkarlar ittifaqının üzvü olan ərizəçilər işəgötürənə qarşı əmək işlərə dair məhkəmələrdə mübahisə qaldırmışdırlar. Həmin icraatlar zamanı əmək haqqı almayan kuryerlər A. və B. ərizəçilərin əleyhinə və P. şirkətinin xeyrinə ifadə vermişdirlər (bax: yuxarıda qeyd edilən 11-ci bənd). Bununla ərizəçilərlə P. şirkəti arasında aparılan mübahisə kontekstində karikatura və məqalələr ərizəçilərin üzvü olduqları həmkarlar ittifaqının bülletenində dərc edilmişdirlər. Lakin bülletendə birbaşa şirkət deyil kadrlar şöbəsinin müdiri və əmək haqqı almayan iki kuryer tənqid edilmişdir. Məhkəmə təkrarlayır ki, şəxslərə qarşı edilən tənqid dərəcəsinin həddi siyasətçilər və öz vəzifələrini icra edən dövlət qulluqçuları ilə müqayisədə daha dardır (müqayisə et: “Linqens Avstriyaya qarşı” (Lingens v. Austria, 8 July 1986, § 42, Series A no. 103) və “Nikula Finlandiyaya qarşı” (Nikula v. Finland, no. 31611/96, § 48, ECHR 2002‑II)).Məhkəmə məqalələrin mövzusunun ümumi maraqlarının əks etdirmədiyi barədə Hökumətin mövqeyini bölüşdürmür (bax: yuxarıda qeyd olunan 44-cü bənd). Həmin bülleten ərizəçilərin tələblərini irəli sürdüyü şirkətin daxilində gedən əmək mübahisəsi kontekstində dərc edilmişdir. Bunun kimi nəşrlərin əsas rolu “bütövlükdə əmək məsələləri, xüsusilə də ittifaqın üzvlərinin maraqlarının qorunması və dəstəklənməsi ilə əlaqədar olmalıdır” (bax: yuxarıda göstərilən 24-cü bəndə, Beynəlxalq Əmək Ofisi tərəfindən dərc edilmiş Toplunun 170-ci bəndi). Nəticədə mübahisə tam şəxsi münasibətlə bağlı olmamışdır və ən azı P. şirkətində çalışan işçiləri ümumi maraqları ilə əlaqədar olmuşdur (bax: mutatis mutandis, “Fressoz və Rua Fransaya qarşı” (Fressoz and Roire v. France [GC], no. 29183/95, § 50, ECHR 1999‑I) və “Boldea Rumıniyaya qarşı” (Boldea v. Romania, no. 19997/02, § 57, ECHR 2007‑II)).Qeyd olunmalıdır ki, həmin məsələ əmək münasibətləri ilə əlaqədar olsa belə təhqiredici karikaturanı və ifadələri əsaslandıra bilməz (bax: yuxarıda göstərilən 24-cü bəndə, Beynəlxalq Əmək Ofisi tərəfindən dərc edilmiş Toplunun 154-cü bəndi). Eyni zamanda həmin ifadələr qəfildən yaranan sözləşmə nəticəsində göstərilmiş düşünülməmiş reaksiya hesab edilmir. Bunun əksinə həmin ifadələr yazılı şəkildə aydın tərzdə dərc edilmiş və ictimaiyyətə təqdim etmək üçün P. şirkətinin qərargahında yerləşdirilmişdir (müqayisə et: “De Diego Nafria İspaniyaya qarşı”, 41-ci bənd).Yerli məhkəmələr ərizəçilərin iddialarını araşdırarkən bütün bunun kimi faktorları nəzərə almışdırlar. Onlar öz fikrini ifadə etmək azadlığının hədlərini və əmək müqavilələrinə xas olan qarşılıqlı hüquq və vəzifələrini, həmçinin şirkətdə olan mühiti nəzərə alaraq işin hallarını incəliklə təhlil etmiş və toqquşan maraqların tarazlığının qorunmasını detallıqla yoxlamışdırlar. Yerli məhkəmələr işəgötürən tərəfindən tətbiq edilmiş tənbeh tədbirləri təsdiqləyərək müəyyən etmişdirlər ki, onlar həmin kontekstdə cənab G., cənab A. və cənab B.-nin reputasiyasının qorunması kimi legitim məqsədə mütənasib olmuşdurlar. Bundan sonra yerli məhkəmələr müəyyən etmişdirlər ki, həmin hərəkət birbaşa ərizəçilərin həmkarlar ittifaqındakı fəaliyyətləri ilə əlaqədar olmamış, əksinə əmək münasibətlərdə vicdan prinsipinə zidd olmuş və dinc işləməyə minimal tələblərə cavab verməmişdirlər (bax: yuxarıda qeyd olunan 15-ci bənd). Yekunda yerli məhkəmələr hazırkı işdə əmək münasibətlərlə əlaqədar öz fikrini ifadə etmək azadlığı barədə və onu hədsiz olmadığını müəyyən edən Konstitusiya Məhkəməsinin presedent hüququna geniş istinad etmişlər. Məhkəmə hesab edir ki, yerli məhkəmələrinin gəldiyi nəticə əsassız hesab edilməməlidir. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, təhqiredici olduqları ilə yanaşı karikatura və məqalələr həmkarlar ittifaqının işəgötürənə qarşı fəaliyyətinin vasitəsi kimi deyil məhkəmələrdə ifadə verən əməkdaşlara hücum kimi qiymətləndirilməlidirlər.Eyni zamanda işdə mövcud olan müqayisəli hüququ araşdıraraq Məhkəmə müəyyən edir ki, ərizəçilərin cəzalandırılması üçün mütənasib hesab edilən tənbeh tədbirlərinin müəyyən edilməsi zamanı işəgötürən geniş diskresion səlahiyyətə malikdir. Mümkün sanksiyaya, həmçinin şirkətin maraqlarına zidd olan hərəkətlərinə görə işçinin işdən azad edilməsi də daxildir. Təhlil edilmiş ölkələrin milli qanunvericiliyi işçinin öz fikrini ifadə etmək azad ərizəçilərin lığını işəgötürənin hüquq və imtiyazları ilə uyğunlaşdırmağa çalışır, xüsusilə işdən azad etmə kimi tənbeh tədbirinin işçinin hərəkətlərinə mütənasib olduğunu tələb edir (bax: yuxarıda qeyd edilən 27-ci və 30-31-ci bəndlər). Avropanın hüquqi sisteminin bu sahədə ümumiliyi hazırkı işdə müxtəlif hüquq və maraqları arasında tarazlığın qorunmasında mühüm faktor hesab edilir.Məhkəmə müəyyən edir ki, əmək münasibətlərin səmərəli olduğu üçün onlar qarşılıqlı inam əsasında qurulmalıdırlar. Əmək İşlərə dair Məhkəmə müəyyən etdiyi kimi, vicdanla davranmaq tələbi heç də həmişə işçinin işəgötürənin maraqlarına loyal olmağını tələb edilmir, eyni zamanda öz fikrini ifadə etmək azadlığının istifadəsi digər kontekstdə legitim olsa belə əmək münasibətlərdə legitim hesab edilmir (bax: mutatis mutandis, “Voqt Almaniyaya qarşı” (Vogt v. Germany, 26 September 1995, §§ 51 and 59, Series A no. 323)). Eyni zamanda şirkətin iş mühitində təhqiredici ifadələri istifadə edərək əməkdaşlara hücum etmə, onun dağıdıcı təsirini nəzərə alaraq, ağır tənbeh tədbirlərinin tətbiqini əsaslandıran nalayıq davranış hesab edilir.Bununla Məhkəmə nəticəyə gəlir ki, işin hallarını nəzərə alaraq ərizəçilərin işdən azad edilməsi növündə tətbiq edilən tənbeh tədbiri mütənasib olmayan və ya həddindən artıq ağır hesab edilmir və Dövlətdən həmin qərarı ləğv etmək və ya digər daha yüngül tənbeh tədbiri ilə əvəz etməklə bərpanın həyata keçirilməsini tələb etmir.
(iii) Nəticə
Bununla Məhkəmə hesab edir ki, cavabdeh Dövlət Konvensiyanın 11-ci maddəsi ilə əlaqədar Konvensiyanın 10-cu maddəsi əsasında öz öhdəliklərinin yerinə yetirilməsindən yayınmamışdır.Bununla Konvensiyanın 11-ci maddəsi ilə əlaqədar Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verməmişdir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
On iki səs lehinə və beş səs əleyhinə Konvensiyanın 11-ci maddəsi ilə əlaqədar Konvensiyanın 10-cu maddəsinin pozulmadığını qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2011-ci il sentyabrın 12-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Vinsent BergerNikolas Bratza
YuriskonsultSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakimlər Fransuaz Tulkens, David Tor Byorqvinson, Danute Yoçiyene, Draqolyub Popoviç və Neboyşa Vuçiniçin xüsusi rəyləri bu qərara əlavə edilmişdir[1].
N.B.
V.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy