© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Palomo Sançes və başqaları İspaniyaya qarşı (Palomo Sánchez and Others v. Spain [GC]), ərizə № 28955/06
12.09.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Həmkarlarını təhqir edən məqalələr dərc etmiş şəxslərin buna görə işdən azad edilməsi: pozuntu baş verməyib
Ərizəçilər şirkətdə kuryer vəzifəsində işləyirdilər. Əmək mübahisələri üzrə məhkəmələrdə işəgötürənlərinə qarşı bir neçə məhkəmə iddiası qaldırdıqdan sonra onlar 2001-ci ildə həmkarlar ittifaqı yaratdılar və onun icra komitəsinin üzvü oldular. Həmkarlar ittifaqının aylıq bülleteninin 2002-ci ilin mart nömrəsində əmək mübahisələri üzrə məhkəmənin qərarı barədə məlumat verildi, məhkəmə onların tələblərini qismən təmin etmişdi. İnformasiya bülleteninin üz qabığında şirkətin iki işçisini əks etdirən karikatura vardı, bu təsvirdə onlar kadrlar şöbəsi direktorunun seksual tələbatlarını ödəyirdilər. Ərizəçilərin başladıqları məhkəmə araşdırması zamanı şirkətin lehinə ifadə vermiş işçilər iki məqalədə kobud ifadələrlə tənqid edilmişdilər. İnformasiya bülleteni işçilər arasında yayıldı və şirkətin binasında həmkarlar ittifaqının məlumat lövhəsində yerləşdirildi. Ərizəçilər ciddi pozuntulara görə, yəni informasiya bülletenində hədəfə aldıqları iki işçinin və kadrlar şöbəsi direktorunun nüfuzuna ziyan vurduqlarına görə işdən azad edildilər. Ərizəçilər bu qərardan məhkəməyə şikayət etdilər. Əmək mübahisələri üzrə məhkəmə onların şikayətlərini rədd edərək qərara aldı ki, onların işdən azad edilməsinə əmək qanunvericiliyi normaları ilə haqq qazandırmaq olardı. O, bildirdi ki, karikatura və iki məqalə təhqiramiz xarakter daşıyırdı, müvafiq şəxslərin ləyaqətini ziyan vurmuşdu və beləliklə ifadə azadlığının hüdudlarını aşmışdı. Ərizəçilərin sonrakı şikayətləri uğursuzluqla nəticələndi.
8 dekabr 2009-cu il tarixli qərarında (bax: 130 saylı Məlumat bülleteninə bax. Həmin vaxt bu iş belə adlanırdı: Agilera Sançes və başqaları İspaniyaya qarşı, ərizə № 28389/06 (Aguilera Sánchez v. Spain, no. 28389/06 et al.)) Məhkəmənin Palatası bir səsə qarşı altı səslə bu qənaətə gəldi ki, Konvensiyanın 10-cu maddəsi pozulmayıb.
Hüquqi məsələlər – 11-ci maddə ilə əlaqəli şəkildə götürülməklə 10-cu maddənin pozulub-pozulmaması məsələsi: Ərizəçilərin işində ifadə azadlığı məsələsi həmkarlar ittifaqı kontekstində birləşmək azadlığı məsələsi ilə sıx əlaqəli idi. Bununla bağlı qeyd etmək lazımdır ki, 10-cu maddədə nəzərdə tutulmuş şəxsi rəylərin müdafiəsi 11-ci maddədə təsbit olunmuş toplaşmaq və birləşmək azadlığının məqsədlərindən biridir. Lakin şikayət əsas etibarı ilə ərizəçilərin sözügedən materialın dərcinə və nümayişinə görə həmkarlar ittifaqının icra komitəsinin üzvü olaraq işdən azad edilmələri barəsində olduğuna görə Məhkəmə hesab etdi ki, işin faktları 10-cu maddə üzrə araşdırılmalı olsa da, 10-cu maddənin pozulub-pozulmaması məsələsi 11-ci maddə ilə əlaqəli şəkildə nəzərdən keçirilsin, çünki ərizəçilərin həmkarlar ittifaqının üzvü olmalarının işdən azad edilmələrində həlledici rol oynaması sübuta yetirilməyib.
Bu işdə prinsipial məsələ ondan ibarət idi ki, cavabdeh dövlət ərizəçilərin işdən azad edilmələri barədə qərarları ləğv etməklə onların ifadə azadlığına hörmət edilməsini təmin etməyə borclu idimi? Daxili məhkəmələr qeyd etdilər ki, əmək münasibətlərinin spesifik xüsusiyyətlərini nəzərə alsaq, əmək münasibətləri kontekstində ifadə azadlığının hüdudları qeyri-məhdud deyil. Karikaturanın və məqalələrin müvafiq şəxsləri təhqir edib-etmədiyi barədə nəticə çıxarmaq üçün əmək mübahisələri üzrə məhkəmə işin faktlarını və ərizəçilərin bülleteni hansı şəraitdə dərc etdiklərini ətraflı təhlil etdi. Avropa Məhkəməsi bülletenin məzmununun təhqiramiz olduğu və digər şəxslərin nüfuzuna ziyan vurduğu barədə daxili məhkəmələrin gəldiyi nəticələri şübhə altına almaq üçün əsas görmür. Tənqidlə təhqir arasında dəqiq sərhəd qoyulmalıdır və təhqir prinsip etibarı ilə sanksiyalara haqq qazandıra bilər. Müvafiq olaraq, daxili məhkəmələrin qərarlarında gətirdikləri əsaslar sözügedən karikaturanın və məqalələrin hədəfinə çevrilmiş şəxslərin nüfuzunu müdafiə etməkdən ibarət qanuni məqsədə uyğun idi və ərizəçilərin əmək münasibətləri sahəsində tənqidin yol verilən hüdudlarını aşdıqları barədə nəticə əsassız deyildi və tutarlı faktlara əsaslanırdı.
Ərizəçilərə tətbiq edilmiş sanksiyanın, yəni onların işdən azad edilmələrinin bülletendəki təsvir və yazıların təhqiramizliyinin ağırlıq dərəcəsinə mütənasibliyi məsələsinə gəlincə, karikatura və məqalələr həmkarlar ittifaqının ərizəçilərin iş yerindəki bölməsinin bülletenində ərizəçilərlə şirkət arasında mübahisə kontekstində dərc olunmuşdu. Lakin oradakı tənqidlər və ittihamlar birbaşa şirkətə qarşı deyil, iki nəfər digər işçiyə və kadrlar şöbəsinin direktoruna qarşı yönəlmişdi. Fiziki şəxslərə qarşı yol verilə bilən tənqidlərin hüdudları siyasətçilər və ya xidməti vəzifələrini yerinə yetirən dövlət qulluqçuları barəsində yol verilə bilən tənqidlərin hüdudlarından dardır.
Məhkəmə Hökumətin bu mövqeyini paylaşmır ki, sözügedən məqalələrin məzmunu ictimai maraq doğuran hər hansı məsələyə aid deyildi. Məqalələr şirkət daxilindəki əmək mübahisəsi kontekstində dərc olunmuşdu və ərizəçilərin həmin şirkətə qarşı müəyyən tələblər irəli sürmüşdülər. Beləliklə, mübahisə sırf fərdi xarakterli deyildi və ən azı şirkətin işçilərində ümumi maraq doğuran məsələyə aid idi. Lakin bu hal əmək münasibətləri kontekstində təhqiramiz karikaturalardan və ya ifadələrdən istifadə edilməsinə haqq qazandıra bilməzdi. İradlar ani olaraq baş verən şifahi mübahisəyə reaksiyanın nəticəsi deyildi, şirkətin binasında açıq şəkildə nümayiş etdirilən yazılı fikirlər idi. Konstitusiya Məhkəməsinin əmək münasibətləri sahəsində ifadə azadlığına aid presedent hüququna geniş şəkildə istinad edərək ziddiyyətə girən maraqları hərtərəfli araşdırdıqdan sonra daxili məhkəmələr işəgötürənin tətbiq etdiyi sanksiyanı qüvvədə saxladılar və bu qənaətə gəldilər ki, ərizəçilərin araşdırılan hərəkətləri onların həmkarlar ittifaqındakı fəaliyyəti ilə birbaşa əlaqəli deyildi və əmək münasibətləri sahəsində vicdanlı davranış prinsipini pozurdu.
Avropa Məhkəməsi daxili məhkəmələrlə razılaşdı ki, əmək münasibətlərinin məhsuldar olması üçün onlar qarşılıqlı etimada əsaslanmalıdır. Bu tələb işəgötürənə qarşı tam loyallıq vəzifəsini, yaxud işçinin maraqlarının işəgötürənin mülahizəsindən asılı hala salınmasını nəzərdə tutmasa da, ifadə azadlığının başqa sahələrdə hüquqa uyğun olan müəyyən təzahürləri əmək münasibətləri sahəsində hüquqa uyğun olmaya bilər. Peşə fəaliyyəti sahəsində son dərəcə təhqiramiz və ya nalayiq ifadələrdən istifadə etməklə fərdlərin nüfuzuna zərbə vurmaq mənfi nəticəsinə görə olduqca ciddi hüquq pozuntusudur və belə halda sərt sanksiyalara haqq qazandırmaq olar.
Belə olan halda, ərizəçilərin işdən azad edilməsi dövlətin bu sanksiyanı ləğv etməsini və ya daha yumşaq sanksiya ilə əvəz etməsini tələb edən açıq-aydın qeyri-mütənasib və ya həddən artıq sərt sanksiya deyildi.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy