MƏHKƏMƏ (PALATA)
PAPAMICHALOPOULOS VƏ BAŞQALARI YUNANISTANA qarşı
(Ərizə no.14556/89)
QƏRAR
STRASBURQ
24 iyun 1993-cü il
Papamichalopoulos və Başqaları Yunanıstana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin Palatası, Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının[*] (“Konvensiya”) 43-cü maddəsi və Məhkəmə Reqlamentinin müvafiq maddələri əsasında yaradılan, aşağıdakı hakimlərdən:
Cənab R. Bernhardt, Sədr,
Cənab F. Gölcüklü,
Cənab A. Spielmann,
Cənab N. Valticos,
Cənab R. Pekkanen,
Cənab J.M. Morenilla,
Cənab F. Bigi,
Cənab L. Wildhaber,
Cənab J. Makarczyk,
Və cənab Məhkəmə katibi M.-A. Eissenvə Katib müavini cənab H. Petzold-dan ibarət tərkibdə,
1 fevral və 28 may 1993-cü ildə gizli məşvərət keçirərək,
Yuxarıdakı son tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1.İş Məhkəməyə Avropa İnsan Hüquqları Komissiyası ("Komissiya") tərəfindən 25 may 1992-ci ildə Konvensiyanın 32-ci maddəsinin 2-ci bəndi və 47-ci maddəsində (mad. 32-1, mad. 47) nəzərdə tutulan üç aylıq müddət ərzində göndərilmişdir. İş Komissiyaya Yunanıstan Respublikasının on dörd vətəndaşı Cənab Ioannis Papamichalopoulos, Cənab Pantelis Papamichalopoulos, Cənab Petros Karayannis, Xanım Angeliki Karayanni, Cənab Panayotis Zontanos, Cənab Nikolaos Kyriakopoulos, Cənab Konstantinos Tsapalas, Xanım Ioanna Pantelidi, Xanım Marika Hadjinikoli, Xanım Irini Kremmyda, Xanım Christina Kremmyda, Cənab Athanas Kremmydas, Cənab Evangelos Zybeloudis və Xanım Konstantina Tsouri tərəfindən 7 noyabr 1988-ci ildə həmin Dövlətə qarşı maddə 25 (mad. 25) əsasında göndərilmiş ərizə (no. 14556/89) əsasında başlamışdır.
Komissiyanın müraciəti 44 və 48-ci maddələrə (mad. 44, mad. 48) və Yunanıstanın Məhkəmənin məcburi yurisdiksiyasının tanınması barədəki bəyanatına (Maddə 46) (mad. 46) istinad edir.Müraciətin predmeti, hazırki işin hallarında Dövlətin 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) altındakı öhdəliklərini pozub-pozmaması ilə bağlı qərar əldə etməkdir.
2.Məhkəmə Reqlamentinin 33-cü maddəsinin 3 (d) bəndinə uyğun olaraq edilən müraciətinə cavab olaraq, ərizəçilərbildirmişdir ki,prosesdə iştirak etmək istəyirlər və onları təmsil edəcək hüquqşünasları təyin etmişlər (Məhkəmə Reqlamenti, maddə 30).
3.Yaradılacaq Palatayaex officioYunanıstandan seçilmiş hakim Cənab N. Valticos, (Konvensiya, maddə 43) (mad. 43) vəMəhkəmə sədri Cənab R. Ryssdal (Məhkəmə Reqlamenti, maddə 21 para. 3 (b)) daxil olmuşdur.29 may 1992-ci ildəSədr Katibin iştirakıyla püşkatma yolu ilə digər yeddi üzvün adını çəkmişdir:Cənab R. Bernhardt, Cənab F. Gölcüklü, Cənab A. Spielmann, Cənab R. Pekkanen, Cənab J.M. Morenilla, Cənab F. Bigi vəCənab J. Makarczyk (Konvensiya, maddə 43 in fine vəMəhkəmə Reqlamenti, maddə 21 para. 4) (mad. 43).
4.Cənab Ryssdal Palata sədri vəzifəsini icra etmişdir (Məhkəmə Reqlamenti, maddə 21 para. 5) və Katib vasitəsilə Yunan Hökumətinin ("Hökumət") Nümayəndəsi, KomissiyaNümayəndəsi vəərizəçilərin hüquqşünasları ilə prosesin təşkili ilə bağlı məsləhətləşmişdir (Məhkəmə Reqlamenti, maddə 37 para. 1 və 38).Nəticədə, yaradılan növbəyə uyğun olaraq, Katibərizəçilərin təqdimatını 17 noyabr 1992-ci ildə Hökumətin təqdimatını isə 20 noyabrda almışdır.14 dekabrda Komissiyanın katibiona məlumat vermişdir ki, Nümayəndə öz müşahidələrini iclas zamanı təqdim edəcəkdir.
Cənab Ryssdal işin sonrakı baxışında iştirak edə bilmədiyindən, onun Palata Sədri yerinə Məhkəmənin Sədr Müavini Cənab Bernhardt keçmişdir (Məhkəmə Reqlamenti, maddə 21 para. 5, sub-paraqraf 2); əvəzləyici hakim Cənab L. Wildhaber, Cənab Ryssdalı Palata üzvü kimi əvəz etmişdir (Məhkəmə Reqlamenti, maddə 22 para. 1 və 24 para. 1).
5.Sədrin ərizəçilərin hüquqşünaslarının Məhkəməyə yunanca müraciət etməsinə icazə vermək qərarına (Məhkəmə Reqlamenti, maddə 27 para. 3) uyğun olaraq, iclas 26 yanvar 1993-cü ildə Strazburqda İnsan Hüquqları Sarayında keçirilmişdir.Palatadaha öncə hazırliq görüşü keçirmişdir.
Məhkəmə qarşısına çıxmışlar:
- Hökumət adından
Cənab P. Georgakopoulos, Baş Məsləhətçi,
Dövlət Hüquq Şurası, Nümayəndənin təmsilçisi,
Cənab V. Kondolaimos, Məsləhətçi,
Dövlət Hüquq Şurası,Müşavir;
-Komissiya adından
Cənab L. Loucaides, Nümayəndə;
-ərizəçilər adından
Cənab G.Vitalis, dikigoros (hüquqşünas),
Cənab J. Stamoulis, dikigoros (hüquqşünas),
Avropa Parlamentinin üzvü, Müşavir.
MəhkəməHökumət adındanCənab Kondolaimosun, Komissiya adından Cənab Loucaidesin və ərizəçilər adından isə Cənab Vitalis vəCənab Stamoulisin çıxışlarını, eləcə də suallara cavablarını dinləmişdir.
FAKTLAR
I.İŞİN XÜSUSİ HALLARI
6.Yunanıstan vətəndaşı olan ərizəçilər, Attikada, Marathon yaxınlığında Agia Marina Loimikou ərazisində torpaqların mülkiyyətçiləri və birgə mülkiyyətçiləridir.16 mart 1963-cü ildə Yunanıstan Turizm Bürosuərazidə mehmanxana kompleksi tikintisi üçün icazə vermişdir. Ərizəçilərin müraciəti əsasında bir amerikan arxitektura şirkəti tikinti planı hazırlamışdır.
A. Torpaqların geri alınması üçün məhkəmə prosesləri
7.Diktatura yaradılmasından bir neçə ay sonra qəbul edilən 20 avqust 1967-ci il qanunu (anagastikos nomos no. 109 - "Qanun no. 109/1967") ilə, Yunanıstan DövlətiAgia Marina çimərliyi yaxınlığındakı 1,165,000 m²əraziniDənizçilik Fonduna (Tamio Ethnikou Stolou) vermişdir.
Bu torpağin (təxminən 165,000 m²) mülkiyyətçisi olan ərizəçilərdən onu, Afina Birinci İnstansiya Məhkəməsinin Hüquq Şurasına (Isageleas Protodikon) müraciət edərək, müvəqqəti tədbir əmri verməsini və onları “əvvəlki vəziyyətlərinə bərpa etməsini” xahiş etmişlər.
30 iyul 1968-ci ildəDövlət Şurası, bu vəsatətləri qəbul edən üç əmr vermişdir, çünki bu torpaqlar dövlətin meşə ərazisi deyil, mülkiyyətçilərin becərdiyi kənd təsərrüfatı torpaqları idi. Lakin əmrlərdən biri, Dənizçilik Fondunun verdiyi şikayətin ardından “Afina Appelyasiya Məhkəməsi Dövlət Şurasıtərəfindən, “təcili olmaması” əsasıyla ləğv edilmişdir.
12 aprel 1969-cu ildəKənd Təsərrüfatı NaziriHərbi Dəniz qüvvələri baş qərargahını məlumatlandırmışdır ki, onlara ötürülən torpaq sahəsi sərəncam verilməsi üçün uyğun deyil və “düzgün mövqeni bərpa etmək üçün” addımlar atmaq lazımdır.
8.Torpaq sahəsini öz mülkiyyətçilərinə qaytarmaq əvəzinə Hərbi Dəniz Qüvvələri hərbi dəniz bazası və zabitlər üçün istirahət yeri tikintisinə başlamışdır.12 noyabr 1969-cü il Kral Fərmanı (Rəsmi Qəzetdə 15 dekabr 1969-cü ildə dərc olunmuşdur) bütün Agia Marina Loimikou regionunu “hərbi dəniz qalası” elan etmişdir.
9.1974- cü ildə diktatorluq sonlandıqdan sonra, ərizəçilərdən Ioannis və Pantelis Papamichalopoulosların atası Cənab Petros Papamichalopoulos, Afina Birinci İnstansiya Məhkəməsinə üç torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müəyyən edilməsi ilə bağlı iddia qaldırmışdır. 28 fevral 1976-cı ildə verdiyi qərarla (no. 3031/1976) həmin məhkəmə müəyyən etmişdir ki, 1964-cü ildə iddiaçı həqiqətən 2,500 m²sahəsi olan torpaq sahəsini notariusun iştirakı ilə bir müqavilə vasitəsilə əldə etmiş, bu torpaq sahəsi Dövlətin meşə ərazisi deyil, 1890-cı ildən ardıcıl olaraq müxtəlif fərdlər tərəfindən bona fide becərilən və istifadə olunan torpaq sahələridir və Dənizçilik Fondu torpaqları qaytarmalıdır.
10.Afina Appelyasiya Məhkəməsi 31 dekabr 1976-ci ildə bu qərarı qüvvədə saxlamışdır (qərar no. 8011/1976).O hesab etmişdir ki, Dövlət1967-ci ildə bu torpaq üzərində mülkiyyət hüququnu ötürməmişdi, çünki özündə bu hüquq yox idi və mülkiyyətçi prezumpsiyası kənd təsərrüfatı torpaqlarına deyil, yalnız meşə ərazilərinə tətbiq olunurdu.
11.Dənizçilik Fondunun kassasiya şikayəti Kassasiya Məhkəməsi (Arios Pagos) tərəfindən 14 iyun 1978-ci ildə (qərar no. 775/1978), Cənab Petros Papamichalopoulosun əcdadlarının bu torpaqlara mülkiyyət hüququnu müddətin keçməsi və həmin zaman (1860-cı ildə) tətbiq olunan Roman- Bizans hüququna uyğun şəkildə əldə etdikləri əsası ilə rədd edilmişdir.
12.17 iyul 1978-ci ildəCənab Petros Papamichalopoulos yuxarıdakı qərarlarını icra edilməsi üçün Dənizçilik Fonduna təqdim edilməsi üçün məhkəmə icraçıları vasitəsilə fonda göndərmişdir. 28 sentyabrda, məhkəmə icraçısı ilə birlikdə o, dənizçilik bazasının girişinə getmiş və məhkəmə qərarlarının icrasına çalışmış, lakin baza komandiri onları qəbul etməmək barədə əmr aldığı, Hərbi Dəniz Qərargahından icazə istədiyi, lakin imtina aldığı əsasıyla, onları qəbul etməkdən imtina etmişdir. Kassasiya Məhkəməsi Dövlət Şurasına şikayət heç bir nəticə verməmişdir.
13.1977-ci ilin avqustundaCənab Karayannis və digər ərizəçilər Afina Birinci İnstansiya Məhkəməsində iki iddia qaldıraraqtorpaqlara hüquqlarının müəyyən olunmasını xahiş etmişlər.Dövlət prosesə Dənizçilik Fondunu dəstəkləyərək qatılmışdır.
1979-cu ildə verdiyi iki aralıq qərarla (no. 11903 və 11904/1979) məhkəmə faktların araşdırılmasını əmr etmişdir. O həmçinin qət etmişdir ki, ərizəçilərin və Dənizçilik Fondunun mülkiyyət sənədlərinin yoxlanılması və torpaqların iddiaçılara məxsus olması, yoxsa Qanun no. 109/1967 əsasında ötürülmüş meşə ərazisinin hissəsi olması barədə rəyin beş ay ərzində verilməsi üçün bir neçə ekspertə müraciət etmək lazımdır.Lakin proses hələ də həllini gözləməkdədir.
B. Eyni dəyərli torpaq əldə etmək cəhdi
14.22 iyul 1980-ci ildəMüdafiə Naziriərizəçilərə məlumat vermişdir ki, hərbi dəniz bazasının tikintisi, torpaq ərazisinin qaytarılmasına mane olur, lakin Dənizçilik Fondunun tutduğu bu torpaqlar əvəzinə başqa torpaq ərazilərinin verilməsi üçün proses gedir.
15.16 oktyabr 1980-ci ildəKənd Təsərrüfatı NaziriŞərqi Attika Prefekturasından öz ərazisindəki torpaqlardan ərizəçilərəmüvafiq dəyərdə torpaq ərazisi verilməsini xahiş etmişdir.O bildirmişdir ki,bu vaxta qədər verilən məhkəmə qərarları yalnız 1967-ci ildə əmlaklarından məhrum olunmuş fərdlərin bəziləri ilə bağlı olsa da, digər mülkiyyətçilərin gələcək və ya indi baxılmaqda olan iddiaları da, çox güman ki, eyni nəticələrə səbəb olacaqdır.
Loimiko təpəsində "Ramnoudos" arxeoloji ərazisində (mübahisəli torqaq bu ərazidə yerləşirdi) tikinti işlərini tənzimləyən 19 iyun 1981-ci iləfərmanına baxmayaraq, Dənizçilik Fonduhərbi dəniz bazası ətrafında mehmanxana kompleksinin tikintisini davam etdirmişdir.
16.İqtisadi İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Müdafiə Nazirliyinin birgə 9 sentyabr 1981-ci ilə qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin əvəz olaraq təklif etdiyi torpaqlardan bəzilərini seçmək və onları qiymətləndirmək üçün ekspertlər komitəsi yaratmışdır; bu torpaqların arasında Attikadakı Dionysos ərazisi də vardı (bax: paraqraf 27, aşağıda).Komitə öz nəticələrini 14 yanvar 1982-ci ildə bir hesabatda ifadə etmişdir.
17.Rəsmi Qəzetdə 30 mart 1983-cü ildə dərc edilən 1341/1983 saylı Qanunun 10-cu Bölməsində(bax: paraqraf 29, aşağıda) açıq şəkildə ifadə edilmişdir ki, Dənizçilik Fondunun tutduğu torpaqlara mülkiyyət hüququ iddia edən fərdlər, Kənd Təsərrüfatı Məcəlləsinin 263-cü maddəsində göstərilən prosedurdan (bax: paraqraf 30, aşağıda)istifadə etməklə, bu torpaqların əvəzində başqa torpaq əraziləri tələb edə bilərlər; bu məqsədlə, qanunda həmin məcəllənin 246-cı maddəsinə uyğun olaraq, torpağa mülkiyyət hüququnun yoxlanılması nəzərdə tutulurdu.
Qanunun izahedici qeydində aşağıdakılar göstərilirdi:
"[B]ölmə [10] Qanun no. 109/1967 əsasında Dənizçilik Fonduna verilmiş əraziyə daxil olan... torpaqlarla bağlı işlərin həll edilməsi imkanını nəzərdə tutur.
Bu ərazi təxminən 165,000 m² sahəsi olan bir ərazidir.Çox sayda fərdin bu ərazi ilə bağlı iddiası vardır. Onlardan bəziləri mülki məhkəmələrdə iddialar qaldırmış və Kassasiya Məhkəməsindən, onların mülkiyyətçi olduqlarını tanıyan yekun qərarlar əldə etmişlər. Başqa həllini gözləyən işlərin də eyni nəticəylə sonlanacağı ehtimalını və kompensasiya ödənilməsinin dövlət orqanlarına sərfəli olmayacağını nəzərə alaraq, əvvəlcədən mülkiyyət sənədlərinin yoxlanılması şərtilə, bu əmlakların əvəzində [qalan fərdlərə] Dövlətə məxsus və verilməsi mümkün digər əmlakın verilməsinə imkan verən akt qəbul edilməlidir.
..."
18.Bu qanun əsasında ərizəçilərAfina Birinci İnstansiya Məhkəməsinin Sədri və mülki xidmət ekspertlərindən ibarət Afina İkinci Ekpropriasiya Heyətinə (Epitropi apallotrioseon) müraciət etmişlər.19 sentyabr 1983-cü il 17/1983 saylı qərarı ilə Heyət onların 104,018 m² ərazi üzərindəki hüquqlarını tanımışdır.O müəyyən etmişdir:
"... İclasdan, iş materiallarındakı yazılı təqdimatlardan, şifahi ifadələrdən aydın olur ki, ərizəçilər ...Agia Marina Loimikou ərazisində yerləşəntəxminən [160,000 m²] sahəli torpağı qədimdən 1967-ci ilə qədər davamlı və bona fide şəkildə istifadə etmişlər...; bu ərazi, çox sayda sübutdan göründüyü kimi, uzun illər ərzində kənd təsərrüfatı üçün istifadə olunmuşdur..."
19.8 dekabr 1983-cü ildəDənizçilik Fondu bu qərardan Afina Birinci İnstansiya Məhkəməsinə şikayət etmişdir.Yunan Dövləti 25 yanvar 1984-cü ildə müdaxilə edərək prosesə qatılmışdır.
31 may 1984-cü il qərarı ilə (no. 1890) Birinci İnstansiya Məhkəməsişikayəti qəbuledilməz elan etmişdir; məhkəmənin fikrincə, Dənizçilik Fondu kimi üçüncü şəxslər deyil, yalnız Dövlət və maraqlı şəxslər həmin qərardan şikayət verə bilərdilər.
20.29 dekabr 1986-cı ildəAfina Appelyasiya Məhkəməsibu qərarı qüvvədə saxlamışdır.
21.İqtisadi İşlər Nazirinin kassasiya şikayəti Kassasiya Məhkəməsitərəfindən 8 yanvar 1988-ci ildə (qərar no. 5/1988) aşağıdakı əsaslarla qəbuledilməz elan edilmişdir:
"... 1341/1983 saylı Qanun ...Dənizçilik Fonduna ötürülmüş geniş əraziyə daxil olan torpaq sahələri üzərində mülkiyyət hüququ iddia edən üçüncü şəxslərə, iddia edilən torpaqların əvəzində ona bərabər dəyərdə torpaqverilməsi üçün müraciət imkanı verir... Bu mübadilə, Kənd Təsərrüfatı Məcəlləsinin 263-cü maddəsinin 3, 4 və 5-ci bəndlərində göstərilən prosedura əsasən, yəni üçtərəfli heyət qarşısında inzibati prosesdən sonra Kənd Təsərrüfatı Nazirinin qərarı ilə və Kənd Təsərrüfatı Məcəlləsinin 263-cü maddəsinə uyğun şəkildə həyata keçirilir.Bu mübadilənin sürətli və sadə şəkildə həyata keçirilməsini təmin etmək üçün qanunverici maraqlı tərəflərə mülkiyyət hüquqlarının tanınması üçün Kənd Təsərrüfatı Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulan sadə, sürətli proseduru istifadə etmək imkanı verir.1341/1983 saylı Qanunun 10-cu bölməsinin bu müddəalarını qəbul edərkən, o, Kənd Təsərrüfatı Məcəlləsinin 246-cı maddəsinə uyğun olaraq, Qanun no. 109/1967 vasitəsilə ona ötürülən torpaqlarla bağlı Dənizçilik Fondunun üçüncü şəxslərə qarşı hər hansı iddiası ilə bağlı yarana biləcək mübahisələrə həll yolu təklif etmək məqsədi daşımır. Bu məqsədlə, Dənizçilik Fonduadi hüquqla nəzərdə tutulan prosedurdan istifadə edə bilər. Bu yalnız həmin müddəaların qrammatik şərhindən deyil,... həm də qanunvericinin çatmaq istədiyi məqsəddən aydın görünür...
...Yalnız bu torpaq sahəsinin mükiyyətçisi olan fərdlərə (təbii və hüquqi şəxslərə) hüquqlarının tanınması imkanını verərkən..., qanunverici Dənizçilik Fonduna qarşı hər hansı əsassız ayrı-seçkilik gətirmək niyyətində deyildir və onu hüquqi müdafiədən məhrum etmir, çünki onun adi hüquq proseduru ilə mülkiyyət hüquqlarının tanınmasını təmin etmək imkanı vardır, lakin bu, ona başqa torpaq sahələri almaq imkanı vermir, çünki bu, qanunvericinin niyyəti deyildir..."
24 iyun 1988-ci ildə (qərar no. 1149/1988) Kassasiya Məhkəməsi eyni əsaslarla,Dənizçilik Fondunun verdiyi kassasiya şikayətini rədd etmişdir.
22.25 iyul 1984-cü ildə verilən yeni fərman “hərbi dəniz qalası”nın coğrafi ərazisini genişləndirmişdir.
1341/1983 saylı Qanunun 10-cu bəndinə uyğun olaraq Şərqi Attika Prefekti Kənd Təsərrüfatı Nazirivəərizəçilərə11 sentyabr 1985-ci ildəməlumat vermişdir ki, mübadilə üçün təklif olunan torpaq ərazilərindən bəziləri xüsusi mülkiyyət normaları ilə tənzimlənir, bəzilərində tikintilər gedir və bəziləri meşə qanunvericilliyi ilə qorunur.
1987-ci ilin noyabrında Kənd Təsərrüfatı Naziriərizəçilərə təklif etmişdir ki,Agia Marinadan 450 km məsafədə, Pieria prefekturasındakı torpağı qəbul etməlidir; Pieria prefekturasından xahiş etmişdir ki, bu məqsədlə torpaq tapsın. Dövlət orqanlarının səssizliyində 1988-ci ilinnoyabrında üç Parlament üzvü Parlamentdə Müdafiə Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinəməsələ ilə bağlı hansı tədbirlərin görüldüyü barədə sorğuvermişdir. 25 oktyabr 1990-cı il tarixli məktubu ilə Pieria Kənd Təsərrüfatı Departmentiuyğun torpaq ərazisini tapmadığını qəbul etmişdir.
C. Kompensasiya prosesi
23.2 dekabr 1979-cu ildəərizəçilərAfina Birinci İnstansiya MəhkəməsindəDənizçilik FonduvəMaliyyə Nazirliyi ilə təmsil olunan Yunan Dövlətinə qarşı əmlaklarının istifadəsini itirdiklərinə görə kompensasiya tələbi ilə iki proses açmışlar. 21 iyun 1985-ci ildə verilən iki qərarla məhkəmə, Cənab Petros Papamichalopoulos istisna olmaqla, ərizəçilərin torpaq üzərindəki mülkiyyət hüququnun yoxlanılmasının başa çatmadığı əsasıyla işlərə baxılmasını təxirə salmışdır.
24.Bundan əvvəl, Dənizçilik FonduMəhkəmə Ekspertləri Assosiasiyasından mübahisəli torpaqların dəyərləndirilməsini həyata keçirməyi xahiş etmişdir.Təyin edilən ekspert üçüncü ərizəçidən, Cənab Karayannisdən, Dənizçilik Fondunun ona təqdim etdiyi sənədlərlə bağlı bütün mülkiyyətçilərin rəyini almışdır. 20 iyun 1986-cı ildəCənab KarayannisDənizçilik Fondundanekspertə təqdim edilən sənədlərin xarakteri barədə məlumat istəmişdir. 10 mart 1987-ci ildəFond, məsələnin daxili prosedurla bağlı olması və bu səbəbdən üçüncü tərəflərin müdaxiləsini istisna etməsi əsasıyla hər hansı məlumat verməkdən imtina etmişdir.
25.1991-ci ilədək başladılmış çox sayda kompensasiya prosesiAfina Birinci İnstansiya Məhkəməsitərəfindən təxirə salınmış və ya hələ baxılmamışdır.
D. Komissiyanın ərizənin qəbuledilənliyi barədə qərarından sonrakı faktlar
26.29 oktyabr 1991-ci ildəİqtisadi İşlər NazirliyiDövlət Torpaq İdarəsinə (Ktimatiki Etairia tou Demosiou) yazaraq təklif olunan mübadilə üçün istifadə oluna biləcək torpaq əraziləri tapmasını xahiş etmişdir; o həmçinin idarənin diqqətini Dövlətin, mübadilənin keçirilməməsi halında ərizəçilərə həddindən artıq böyük məbləğ ödəməlı olması faktına da çəkmişdir.Cavabında Dövlət Torpaq İdarəsiyenidən bildirmişdir ki,mübadilə üçün sərəncamında torpaq yoxdur.
27.17 oktyabr 1991-ci ildə Rəsmi Qəzetdə çap olunan 131saylı Kabinet qərarına əsasən, Müdafiə Fondunun inzibati idarə heyəti Dionysos, Attikada, mübahisəli torpaqlara qonşuluqda yerləşən, istifadə edilməyən Dounis hərbi düşərgəsinə aid 470,000 m² torpaq sahəsinin mülkiyyət hüququnu İqtisadi İşlər Nazirliyinə keçirmişdir (bax: paraqraf 16, yuxarıda).Satılmaq məqsədli bu torpaq sahəsi torpaq reyestrində qeydiyyata alınmış və ona "Semeli mülkü" adı verilmişdir.31 may 1992-ci ildə Dövlət Torpaq İdarəsimətbuatda bununla bağlı reklam yerləşdirmişdir.
21 iyul 1992-ci ildəərizəçilərin hüquqşünası Dövlət Torpaq İdarəsinə yazaraq, yeni mülkün müştərilərinə verilməsinin mümkün olub-olmadığını soruşmuşdur; sonrakı gün o, eyni məktubu bütün müvafiq nazirliklərə Dövlət Hüquq ŞurasıSədrinə vəDənizçilik Fondunun Direktoruna göndərmişdir.Ərizəçilər hələlik, İqtisadi İşlər Nazirliyinin dövlət əmlakı üçün cavabdeh olan departamentinin Dövlət Torpaq İdarəsinə, öz səlahiyyəti çərçivəsində tədbirlər görmək və məktub müəllifini və işlə məşğul olan digər dövlət orqanlarını məlumatlandırmaq barədəki məktubunun surətindən başqa heç bir cavab almamışlar.
II.MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Konstitusiya
28.Haqqında söhbət gedən qanunun qəbul edildiyi zaman qüvvədə olan 1952-ci il Yunanıstan Konstitusiyasının 17-ci maddəsinə görə,
"1. Qanunla nəzərdə tutulduğu zaman və qaydada və tam kompensasiya ödənilməklə, lazımi şəkildə sübut olunmalı olan dövlət marağının olduğu hallar istisna olmaqla heç kim öz əmlakından məhrum edilə bilməz. Bütün hallarda kompensasiya mülki məhkəmələr tərəfindən müəyyən edilməlidir. Təcili hallarda, o, kompensasiya alacaq şəxsi dinlədikdən və ya ifadəsini aldıqdan sonra məhkəmə tərəfindən müvəqqəti əsasda müəyyən oluna bilər və məhkəmə, öz diskresiyasına görə,sonuncudan qanunla nəzərdə tutulduğu qaydada müvafiq təminatlar verilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən olunan yekun və ya müvəqqəti kompensasiyanın ödənilməsinə qədər mülkiyətçinin bütün hüquqları dəyişilmədən saxlanılr və mülkiyyətin tutulmasına yol verilməməlidir.
...
4. Müharibə və ya səfərbərlik halında silahlı qüvvələrin ehtiyaclarını ödəmək və ictimai qayda və ya əhalinin sağlamlığına ziyan vura biləcək təcili social ehtiyacları ödəmək üçün əmlakın müsadirəsi xüsusi olaraq tənzimlənir."
Hazırda qüvvədə olan 1975-ci il Konstitusiyasının 17-ci maddəsində deylir:
"1. Əmlak Dövlət tərəfindən qorunur; lakin ondan irəli gələn hüquqlar, ictimai marağa zidd şəkildə həyata keçirilə bilməz.
2. Qanunla nəzərdə tutulduğu zaman və qaydada vəməhrum edilən əmlakın kompensasiyanın müvəqqəti müyyən olunması ilə bağlı məhkəmə prosesi zamanındakı dəyərinə uyğun tam kompensasiya ödənilməklə, lazımi şəkildə sübut olunmalı olan dövlət marağının olduğu hallar istisna olmaqla heç kim öz əmlakından məhrum edilə bilməz. Dərhal yekun kompensasiya məbləğinin müəyyən olunması ilə bağlı müraciət edildiyi hallarda, müraciətə məhkəmə tərəfindən baxıldığı zamankı dəyər nəzərə alınmalıdır.
3. Əmlakdan məhrumetmə qərarının dərcindən sonra baş verən və ondan qaynaqlanan əmlakın dəyərindəki hər hansı dəyişiklik nəzərə alınmır.
4. Bütün hallarda kompensasiya mülki məhkəmələr tərəfindən müəyyən edilməlidir. Təcili hallarda, o, kompensasiya alacaq şəxsi dinlədikdən və ya ifadəsini aldıqdan sonra məhkəmə tərəfindən müvəqqəti əsasda müəyyən oluna bilər və məhkəmə, öz diskresiyasına görə, sonuncudan qanunla nəzərdə tutulduğu qaydada müvafiq təminatlar verilməsini tələb edə bilər.
Məhkəmə tərəfindən müəyyən olunan yekun və ya müvəqqəti kompensasiyanın ödənilməsinə qədər mülkiyətçinin bütün hüquqları dəyişilmədən saxlanılır və mülkiyyətin tutulmasına yol verilməməlidir.
Təyin olunan kompensasiya, ödəniləsi kompensasiya məbləğini müvəqqəti olaraq müəyyən edən məhkəmə qərarının verildiyi tarixdən ən geci bir il yarım ərzində ödənməlidir; yekun kompensasiyanın dərhal müəyyən edilməsi ilə bağlı müraciətin olduğu hallarda, kompensasiya, məhkəmə qərarının elan edilməsindən ən geci bir il yarım ərzində ödənməlidir, əks halda əmlakdan məhrumetmə qərarı avtomatik olaraq qüvvədən düşür.
Belə kompensasiya bütün vergi, çıxılma və dərəcələrdən azaddır.
5. İtirilən əmlakla bağlı, kompensasiyanın ödənilməsinə qədər itirilmiş faydaya görə şəxslərə məcburi təzminat ödənilməli olduğu hallar qanunla müəyyən olunur.
6. İctimai fayda və ya ölkənin iqtisadiyyatı üçün əhəmiyyətli işlərin görüldüyü hallarda, bu işlərin görülməsinə lazım olan torpaqdan daha geniş torpaq ərazilərinin Dövlət tərəfindən alınması qanunla nəzərdə tutula bilər. Həmin qanunda belə əmlakdan məhrumetmələrin şərtləri, eləcə də həmin işlərin görülməsi üçün lazım olmayan alınmış əmlakların ümumi olaraq dövlət üçün və ya icitmai fayda üçün alınma və ya istifadəsinin qaydaları müəyyənləşdirilir.
..."
B. 30 mart 1983-cü il 1341/1983 saylı Qanun
29.1341/1983 saylı Qanunun 10-cu bəndində deyilir,
"Üçüncü tərəflərin mülkiyyət hüququnu iddia etdiyi və 109/1967 saylı Qanunla Dənizçilik Fonduna verilmiş, Attikadakı Agia Marina Loimikou ərazisinin bir hissəsi olan torpaq...maraqlı şəxslərin müraciəti əsasinda, eyni dəyərdə ictimai istifadə (koinokhristes) üçün nəzərdə tutulmuşvə ya torpaq qanunvericiliyinə əsasən verilməsi mümkün torpaqla, Kənd Təsərrüfatı Məcəlləsinin 263-cü maddəsinin 3, 4 və 5-ci bəndlərindəki prosedura uyğun olaraq dəyişdirilə bilər.
Həmin torpaq üzərindəki mülkiyyət hüququnun tanınması üçün maraqlı şəxslərKənd Təsərrüfatı Məcəlləsinin 246-cı maddəsindəki proseduru izləyə bilərlər..."
C. Kənd Təsərrüfatı Məcəlləsi
30.Kənd Təsərrüfatı Məcəlləsinin 246 və 263-cü maddələrinin müvafiq bəndlərində nəzərdə tutulur:
Maddə 246 (3194/1955 saylı qanunun 27-ci bölməsi ilə dəyişdirilmiş şəkildə)
"Hüququn tanınması
1. Maraqlı şəxslər bu barədə müraciət etdikdə, müvafiq Ekspropriasiya Heyəti4857 saylı qanun və bu məcəllənin 242-ci maddəsinə uyğun olaraq alınan torpaq üzərində hüquqları müəyyən edir.
Qərarın bildirilməsindən üç aydan gec olmadan, Dövlətvə maraqlı tərəflər qərardan səlahiyyətli Birinci İnstansiya Məhkəməsinə müraciət edə bilərlər və məhkəmə bundan sonrakı maddələrdə göstərilən prosedura uyğun olaraq yekun qərar qəbul edir.
2. Kənd Təsərrüfatı Məcəlləsinin 246-cı maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən bu Qanunun qüvvəyə minməsindən əvvəl verilən qərarlara qarşı appelyasiya şikayəti, bu Qanunun qüvvəyə mindiyi tarixdən bir ildən gec olmayaraq, səlahiyyətli Appelyasiya Məhkəməsinə verilir...
..."
Maddə 263
"...
4. Kənd Təsərrüfatı Naziri alınan torpaqların mülkiyyətçisi olaraq tanınan şəxsləri ... bundan əvvəlki bəndə əsasəntorpaq mübadiləsini qəbul etdikləri və hər hansı kompensasiya tələbindən imtina etdiklərini bəyan etdikləri notarius qeydiyyatlı sertifikatı təqdim etməyə dəvət edir.
5. Dövlətə, bələdiyyəyə və ya kooperativə məxsus torpağın yuxarıda göstərilən şəkildə verilməsi, mülkiyyət sənədi hesab edilən Kənd Təsərrüfatı Nazirinin qərarı ilə qüvvəyə minir və torpaq reyestrinə qeyd edilir.
..."
KOMISSIYA QARŞISINDAKI PROSES
31.ƏrizəçilərKomissiyaya 7 noyabr 1988-ci ildə müraciət etmişlər. Onlar 1 saylı Protokolun 1-ci maddəsinə istinad edərək iddia edirlər ki, torpaqları Dənizçilik Fondutərəfindən 1967-ci ildən bəri qanunsuz olaraq tutulmuşdur vəbu zamana qədər nə əmlakdan istifadə edə bilirlər, nə də kompensasiya əldə edə bilməmişlər.
32.Komissiyaərizəni (no. 14556/89) 5 mart 1991-ci ildə qəbuledilən elan etmişdir.9 Aprel 1992-ci il tarixli (31-ci maddəsi altında hazırlanmış) hesabatında Komissiya yekdilliklə bildirmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir.Komissiyanın rəyinin tam mətni və hesabatdakı iki razılaşma rəyi qərara qoşmada verilmişdir[*].
MƏHKƏMƏYƏ YEKUN TƏQDİMATLAR
33.ƏrizəçilərMəhkəmədən xahiş etmişlər ki, o müəyyən etsin ki,
"Yunan Dövlətinə[onları] göstərilən ərazinin mülkiyyətçisi və ya həm-mülkiyyətçisi kimi və [onların] hər birinin paylarının metr kvadratla tanıması və Afina Ekspropriasiya Heyətinin 17/1983 saylı qərarında göstərilən torpaqları [onların] hər birinə qaytarmasıəmr edilsin;
Alternativ olaraq, Yunan Dövlətinə[onlara] mülkiyyətçi və ya həm-mülkiyyətçi qismində hər birinin payına uyğun olaraq kompensasiya kimi 11,639,547,000 drahma məbləğını ödəməsi əmr edilsin.
Məbləğ [Məhkəmənin] qərarının dərci tarixindən ödəmənin edilməsi tarixinədək yunan qanunvericiliyində göstərilən faiz dərəcələri ilə birlikdə ödənməlidir".
34.HökumətMəhkəmədən xahiş etmişdir ki, "Ioannis Papamichalopoulos və on üç digər şəxsin Yunanıstan Respublikasına qarşı şikayətini bütövlükdə rədd etsin".
HÜQUQİ MƏSƏLƏLƏR
I.HÖKUMƏTİN İLKİN ETİRAZLARI
35.Hökumətiddia etmişdir ki,Cənab Petros Papamichalopoulosun varisləri istisna olmaqlaərizəçilər, 25-ci maddə mənasında qurban olduqlarını iddia edə bilməzdilər; maddə 26-da nəzərdə tutulan kimi daxili hüquq müdafiə vasitələrini tükəndirməmişlər.Hər iki məsələ ilə bağlı, Hökumət ərizəçilərin mülkiyyət hüququnun tanınması ilə bağlı iddiasının Afina Birinci İnstansiya Məhkəməsində həllini gözləməkdə olduğu faktına (bax: paraqraf 13, yuxarıda) istinad etmişdir.
36.Bu iki etirazla bağlı prosessual maneə vardır.Hökumətbirinci etirazı Komissiya qarşısındakı prosesdə qaldırmamış və ikinci etirazı isə yalnız kompensasiya prosesi ilə bağlı səsləndirmişdir (bax: paraqraflar 23-25,yuxarıda); Komissiya Nümayəndəsibunu düzgün olaraq qeyd edir.
II.1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU (P1-1)
37.Ərizəçilər bildirir ki, torpaqlarının Dənizçilik Fondu tərəfindən 1967-ci ildən qanunsuz tutulması 1 saylı Protokolun 1-ci maddəsinə (P1-1) ziddir. Maddədə nəzərdə tutulur:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz ülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
Hökumətbu iddianı rədd etmiş, Komissiyaisə qəbul etmişdir.
38.HökumətCənab Petros Papamichalopoulosun varisləri istisna olmaqla, ərizəçilərin mülkiyyətçi statusu almasını mübahisələndirmişdir, çünkibu hüquq hər hansı məhkəmə qərarı ilə tanınmamışdır və ərizəçilərin 1977-ci ilə açdığı proses hələ bitməmişdir (bax: paraqraf 13,yuxarıda).Hökumətbildirmişdir ki, bu gecikmə, 1979-cu ildə təyin edilən ekspert rəyinin hazırlanmasını asanlaşdırmaqdan imtina etdiyinə görəərizəçilər üzündən baş vermişdir (bax: paraqraf 13, yuxarıda).
39.Məhkəmə bu fikirlə razılaşmır.
Artıq 1968-ci ildəAfina Birinci İnstansiya Məhkəməsinin Hüquq Şurasıərizəçilərin bəzilərinin müvəqqəti tədbir barədə müraciətlərini qəbul etmişdir (bax: paraqraf 7,yuxarıda). Bundan əlavə, Kənd Təsərrüfatı Naziri, 12 aprel 1969-cu il tarixli məktubla, Hərbi Dəniz qərargahını “düzgün mövqeyi bərpa etmək” üçün addımlar atmağa çağırmışdır.Nəhayət, dövlət orqanlarının 1980-ci ildəki davranışları (bax: paraqraf 14-15,yuxarıda) və xüsusilə, 1341/1983 saylı Qanunun qəbul edilməsi (bax: paraqraf 17 yuxarıda), Afina İkinci Ekspropriasiya Heyətinin qərarı (bax: paraqraf 18, yuxarıda) ilə birlikdə, ərizəçilərin təqdimatlarını dəstəkləyir.
Hazırki mübahisənin məqsədləri üçün, ərizəçilərhəmin torpaqların mülkiyyətçisi hesab edilməlidir.
40.Ərizəçilərin iddia etdiyi pozuntu 1967-ci ildə, Qanun no. 109/1967-in (bax: paraqraf 7,yuxarıda) qəbulu ilə başlamışdır.Həmin zamanYunanıstan artıq Konvensiyanı və 1 saylı Protokolu 28 mart 1953-cü ildə ratifikasiya etmişdi və onlar müvafiq olaraq 3 sentyabr 1953 və 18 may 1954-cü il tarixlərində Yunanıstan üçün qüvvəyə minmişdi.Yunanıstan 12 dekabr 1969-cu ildə, 13 iyun 1970-ci ildən başlayaraq onlardan imtina etmişdir (Konvensiya, maddə 65.1),lakin daha əvvəllər “tərəfindən hər hansı öhdəliklərin pozuntusu hesab edilə biləcək hər hansı aktla əlaqədar” öhdəliklərindən azad deyildi (bax, Maddə 65 para. 2); Yunanıstan onları yenidən 28 noyabr 1974-cü ildə, 1967-ci ildə dövlət çevrilişi ilə yaradılan hərbi diktaturanın bitməsindən sonra ratifikasiya etmişdir.
Şübhəsiz, YunanıstanKomissiyanın “fərdi” şikayətləri (maddə 25 altında) qəbul etmək səlahiyyətini 20 noyabr 1985-ci ilə qədər tanımamışdırvə yalnız bu tarixdən sonrakı hərəkət, qərar, fakt və hadisələrə bağlı tanımışdır (Avropa Konvensiyası İllik dərci, cild 28, səh. 10), lakin Hökumət bu işdə bununla bağlı hər hansı ilkin etiraz qaldırmamışdır və Məhkəmə öz təşəbbüsü ilə məsələyə baxmamalıdır. Məhkəmə sadəcə olaraq qeyd edirki, ərizəçilərin şikayətləri hələ də sürməkdə olan davamedici vəziyyətdir.
41.Mübahisəli torpaq ərazisinin Dənizçilik Fondu tərəfindən tutulması ərizəçilərin əmlaklarından maneəsiz istifadə hüquqlarına açıq müdaxilədir. Müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndi mənasında əmlakdan nəzarət məqsədilə edilməmişdi.Bundan əlavə, ərizəçilərin əmlakı rəsmən milliləşməmişdir: 109/1967 saylı qanun mübahisəli torpağın mülkiyyət hüququnu Dənizçilik Fonduna ötürməmişdir.
42.Konvensiya “praktiki və səmərəli” olan hüquqları təmin etdiyinə görə, şikayət olunanvəziyyətin ərizəçilərin iddia etdiyi kimi de facto milliləşmə olub-olmadığınımüəyyən etmək vacibdir(bax: digər işlərlə yanaşı, Sporrong və Lönnroth İsveçə qarşı, 23 sentyabr 1982-ci il qərarı, Series A no. 52, səh. 24, para. 63).
43.Xatırlamaq lazımdır ki, 1967-ci ildə, həmin zamanın hərbi hökumətinin qəbul etdiyi qanuna görə, Dənizçilik Fondu ərizəçilərin torpaqları da daxil olmaqla geniş torpaq ərazisinin sahibi olmuş və orda dənizçilik bazası və zabit və ailələri üçün istirahət mərkəzi yaratmışdır.
Həmin tarixdən başlayaraq, ərizəçilərəmlakları barədə sərəncam verə, onu sata, vəsiyyət edə, girov qoya və ya bağışlaya bilməmişlər; Hərbi Dənizçiliyə əmlakını ona geri qaytarmağı əmr edən yekun məhkəmə qərarı əldə edən yeganə şəxs, Cənab Petros Papamichalopoulosa öz əmlakına girişdən belə imtina edilmişdir (bax: paraqraf 11-12,yuxarıda).
44.Lakin Məhkəmə qeyd edir ki, 1969-cu ildəndövlət orqanlarıHərbi Dəniz qüvvələrinin diqqətini, torpaqların həmin hissəsinin onların sərəncamında olmaması faktına çəkmişdir (bax: paraqraf 7,yuxarıda).Demokratiya bərpa olunduqdan sonra, onlar ərizəçilərə dəyən ziyanı ödəmək üçün vasitələr axtarmışlar. Belə ki, 1980-ci ildə onlar torpaqları qaytarmayacaqları təqdirdə, onlara bərabər dəyərdə torpaq sahələri ilə mübadilə etməyi tövsiyyə etmişlər (bax: paraqraf 15-16,yuxarıda). Bu təşəbbüs, Kassasiya Məhkəməsinin 8 yanvar 1988-ci il qərarında deyildiyi kimi, 1967-ci ildə yaradılan problemləri mümkün qədər tez həll etmək üçün nəzərdə tutulan 1341/1983 saylı Qanunun qəbul edilməsinə səbəb olmuşdur (bax: paraqraf 21, yuxarıda).Afina İkinci Ekspropriasiya Heyəti1983-cü ildə onların hamısını mülkiyyətçi olaraq tanımış (bax: paraqrafs 18-21, yuxarıda) və ərizəçilərbundan sonra onlara vəd edilən torpaqların verilməsini gözləmişlər.Bununla belə, nə Attikadakı, nə də Pieriadakı torpaqlar təklif olunan sxem üçün istifadə edilə bilməmişlər (bax: paraqraf 22, yuxarıda); 1992-ci ildəərizəçilər "Semeli mülkü"nün bir hissəsini tələb etmişlər, lakin yenə də uğur qazanmamışlar (bax: paraqraf 27, yuxarıda).
45.Məhkəmə hesab edir ki,həmin torpağa sərəncam vermək imkanlarını tamamilə itirmələri, bu zamanadək vəziyyəti düzəltmək üçün cəhdlərin iflası ilə birgə götürülməklə, ərizəçilərə əmlaklarından maneəsiz istifadə hüquqlarına zidd şəkildə əmlaklarından məhrum edilmiş hesab olunması üçünde facto kifayət qədər ciddi nəticələr yaratmışdır.
46.Nəticədə, 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) pozuntusu baş vermişdir və pozuntu davam etməkdədir.
III.KONVENSİYANIN 50-Cİ MADDƏSİNİN TƏTBİQİ
47.50-ci maddəyə görə,
"Məhkəmə Yüksək Razılığa gələn Tərəfin hüquqi orqanı və ya hər hansı digər dövlət orqanı tərəfindən qəbul edilən qərar və ya tədbirin tamamilə və ya qismən... Konvensiyadan irəli gələn öhdəliklərinə ziddolduğunu və həmin Tərəfin daxili qanunlarıbu qərar və ya tədbirin nəticələrinin yalnız qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, Məhkəmə qərarı ilə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini müəyyən edir."
48.Əsas tələb olaraq, ərizəçilərmübahisəli torpaq sahəsinin qaytarılmasını və əmlakdan istifadə hüquqlarının itirilməsinə görə 17,459,080,000 drahma (GRD) kompensasiya, torpaqları qaytarılmazsa əmlaklarının hazırki dəyərinə uyğun hesab etdikləri GRD 11,639,547,000 məbləğini istəmişlər.Belə görünür ki, onlar daha sonra, Dövlətin özbaşına davranışı nəticəsində iyirmi beş illik müddətdə onlara dəymiş mənəvi ziyana görə GRD 6,000,000,000 tələb etmişlər. Nəhayət, onlar milli məhkəmələr və Konvensiya institutları qarşısındakı xərc və məsrəflərinə görə cəmi GRD 2,000,000,000-dən çox məbləğ tələb etmişlər.
Hökumətərizəçilərin hesablama metodlarını mübahisələndirmiş və onu özbaşına və məntiqsiz hesab etmişdir.O vurğulamışdır ki, əgərərizəçilər işi Avropa Məhəkəməsində udarlarsa, yunan hüququ onlara əmlaklarını itirdiklərinə və ya istifadə edə bilmədiklərinə görə kompensasiyanı təmin edəcək imkanlar təqdim etmək iqtidarındadır.Mənəvi ziyana görə tələblərə gəlincə,Hökumətonları əsassız hesab etmişdir, çünki ərizəçilərözləri Yunanıstan məhkəmələri qarşısındakı prosesləri bitirmişlər.Nəhayət, Hökumətərizəçilərin tələb etdiyi məsrəf və xərcləri hipotetik hesab etmişdir.
Komissiya Nümayəndəsi hesab etmişdir ki, Hökumətvəərizəçilərin verdiyi məlumatərizəçilərin məruz qaldığı ziyanın məbləğinin dəqiq qiymətləndirilməsi üçün etibarlı əsas deyildir; onun fikrincə, onların bu məqsədlə istifadə etdiyi heç bir hesablama üsulu kifayət deyildir. O, bu səbəbdən Məhkəmədən xahiş etmişdir ki, məsələni sonraya saxlasın və ekspert rəyi istəsin; lakin Məhkəmə pozuntu və əvəzin ədalətli ödənilməsi məsələsi ilə bağlı bir qərar verməyi seçərsə, o, xərc və məsrəflər əlavə edilməklə, GRD 620,775,840 məbləği təyin etməyi məsləhət görür.
49.Işin hallarında, Məhkəmə hesab edir ki,50-ci maddənin tətbiqi ilə bağlı məsələ qərar verilməsi üçün hazır deyildir və cavabdeh Dövlət və ərizəçilər arasında razılıq imkanını (Məhkəmə Reqlamenti, maddə 54 para.1 və 4) nəzərə alaraq, sonraya saxlayır.
BU ƏSASLARLA, MƏHKƏMƏ, YEKDİLLİKLƏ
1.Elan edir ki, Hökumətərizəçilərin qurban statusunun olmaması və daxili hüquq müdafiə vasitələrini tükəndirmədiyini iddia edə bilməz;
2.Qət edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir və davam etməkdədir;
3. Qət edir ki,Konvensiyanın 50-ci maddəsinin tətbiqi məsələsi qərara vermək üçün hazır deyil;
Nəticədə,
(a) həmin sualı bütövlüklə sonraya saxlayır;
(b) Hökumət və ərizəçiləri, qarşıdan gələn iki ay ərzində mübahisəli torpaqların dəyərini müəyyən etmək üçün razılıqla seçilmiş ekspertlərin ad və mövqelərini göndərməyə və bu tarixdən sonra səkkiz ay ərzində, dəyərləndirmədən əvvəl gələ biləcəkləri hər hansı razılaşma barədə Məhkəməyə məlumat verməyə dəvət edir;
(c) prosedurun növbəti hissəsini sonraya saxlayır və Palata Sədrinə,ehtiyac olarsa, onu təyin etməyi tapşırır.
İngilis və Fransız dillərində hazırlanmış və 24 iyun 1993-cü ildə Strazburqda, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında qəbul edilmişdir.
Rudolf BERNHARDT
Sədr
Marc-André EISSEN
Katib
[*]1 yanvar 1990-cı ildə qüvvəyə minən 8 saylı protokolun 11-ci maddəsi (P8-11) ilə dəyişdirilmiş şəkildə
[*] Katibliyin qeydi: praktiki səbəblərdən bu qoşma yalnız qərarın çap olunmuş versiyasında olacaqdır (Məhkəmə Şərhlərinin A Seriyasının 260-B cildində), lakin Komissiyanın Hesabatının bir surəti Katiblikdə olacaqdır.
Full & Egal Universal Law Academy