© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 188
Avqust-Sentyabr 2015
Parrillo Italiyaya qarşı [BP] - 46470/11
Qərara 27.8.2015 [GC]
Maddə 8
Maddə 8-1
Şəxsi həyata hörmət
İn vitro mayalanma nəticəsində əldə olunmuş embrionların elmi tətqiqat üçün verilməsinin qadağan edilməsi: pozuntu yoxdur
Faktlar – 2002-ci ildə, ərizəçi süni mayalanma metodundan istifadə edərək, reproduktiv tibbi mərkəzində (« mərkəz »)partnyoru ilə in vitro mayalanma həyata keçrimişdir. Bu mayalanma nəticəsində əldə olunan embrionlar dondurulmuşdur. Lakin ərizəçinin partyoru implantasiyadan əvvəl vəfat etmişdir. Hamiləliyi başlatmaqdan imtina edən ərizəçi, çətin müalicə olunan xəstəliklərin müalicəsinə yardım məqsədilə öz embrionlarını elmi tətqiqat məqsdəilə bağışlamaq qərarına gəlmişdir.
Bununla bağlı, o, embrionların saxlandığı mərkəzə onların verilməsi ilə bağlı bir neçə dəfə şifahi müraciət etmiş, lakin uğursuzluğz düçar olmuşdur. 14 dekabr 2011-ci il tarixli məktubu ilə, ərizəçi mərkəzin direktorundan kök hüceyrələr üzrə aparılan tədqiqatlarda istifadə edilməsi məqsədilə dondurulmuş beş embrionunun onun sərəncamına verilməsini xahiş etmişdir. Direktor bu cür tədqiqatların İtaliyada qadağan olunduğunu və 19 fevral 2004-cü il tarixli 40 saylı qanunun (« qanun ») 13-cü maddəsinə əsasən cinayət qaydasında cəzalandırıldığını vurğulayaraq bu xahişi rədd etmişdir.
Həmin embrionlar hal-hazırda mərkəzin dondurulma bankında saxlanılır.
Hüquqi məsələlər – Konvensiyanın 8-ci maddəsi
a) Tətbiqedilənlik – Hazırki işdə Məhkəmə ilk dəfə olaraq Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən « şəxsi həyata hörmət hüququ »nun orqanizmdən kənar mayalanma nəticəsində əldə edilən embrionların elmi tədqiqata verilməsi məqsədilə ərzizəçinin tələb etdiyi hüququ əhatə edib etmədiyi məsələsinə baxacaqdır.
Məhkəmənin nəzərdən keçirdiyi mübahisəli məsələnin predmet ərizəçinin öz embrionlarının taleyi haqqında qərar verməklə bağlı « şəxsi həyat » anlayışından irəli gələn hüququnun məhdudlaşdırılmasıdır. Süni mayalanma nəticəsində əldə edilən embrionların taleyi ilə bağlı işlərdə qərar qəbul etməli olan Məhkəmə tərərflərin azad seçiminə istinad etmişdir. İtaliya hüquq sistemi implantasiya üçün nəzərdə tutulmayan embrionların taleyinə toxunaraq tərəflərin süni mayalanma vasitəsilə müalicə seçiminin sərbəstliyinə də böyük diqqət verir.
Hazırki işdə Məhkəmə süni mayalanmaya müraciət edən şəxslə əldə edilən embrionlar arasında mövcud olan və embrionların sözügedən şəxsin genetik mirasını təşkil etməsi və bu anlamda həmin şəxsin ayrılmaz bir parçasını və bioloji identikliyini təmsil etməsi faktını əks etdirən əlaqəni də nəzərə almalıdır.
Beləliklə, ərizəçinin öz embrionlarının taleyi ilə bağlı şüurlu və düşünülmüş seçimini həyata keçirmək imkanı onun şəxsi həyatının konfidensiallığı ilə əlaqədardır və bununla bağlı öz müqəddəratını təyinetmə hüququndan irəli gəlir. Beləliklə, şəxsi həyata hörmət hüququ nöqteyi-nəzərdən Konvensiyanın 8-ci maddəsi hazırki işdə tətbiq edilir.
b) Mahiyyət – İmplantasiya üçün nəzərdə tutulmayan, in vitro mayalanma nətincəsində əldə olunmuş embrionların elmi tədqiqat məqsədləri üçün bağışlanmasının qanunla qadağan edilməsi ərizəçinin şəxsi həyata hörmət hüququna müdaxilə idi. Ərizəçi in vitro metoduna baş vurduğu zaman, embrionların elmi tədqiqat məqsədləri üçün bağışlanması məsələsi qanunla tənzimlənməmişdi. Nəticədə mübahisəli qanunun qüvvəyə minməsinə qədər bu embrionların elmi tədqiqat məqsədləri üçün bağışlanması qadağan edilməmişdi.
Məhkəmə qəbul edir ki, « embrionun həyat potensialının qorunması » başqalarının mənəviyyatının, hüquq və azadlıqlarının qorunması məqsədi ilə əlaqəlidir. Lakin bu, Hökumətin işlətdiyi anlamda « başqaları » sözünün insan embrionunu əhatə edib etmədiyi ilə bağlı Məhkəmənin hər hansı fikir bildirdiyi demək deyildir. Belə ki, italyan hüquq sistemində insan embrionu hüququn subyekti sayılır və insan ləyaqətinə hörmət prinsipindən yararlanmalıdır.
Ərizəçinin embrionların elmi tədqiqata verilməsi ilə bağlı tələb etdiyi hüquq öz əhəmiyyətini saxlasa da, Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən əsas hüquqların tərkib hissəsi deyil, belə ki, bu hüquq ərizəçinin mövcudluğunun və şəxsiyyətinin olduqca əhəmiyyətli aspektinə aid deyil. Nəticədə və Məhkəmənin əcrübəsindən irəli gələn prinsiplər nəzərə alinaraq, hazırki işlə bağlı cavabdeh Dövlət geniş mülahizə səlahiyyətinə malikdir.
Üstəlik, implantasiya üçün nəzərdə tutulmamış embrionların verilməsi məsələsi açıq-aydın əxlaqi və etik cəhətdən həssas məsələlərdən irəli gəlir. Bu sahədə Avropa məkanında heç bir konsensus yoxdur : bəzi Dövlətlər insan embrional kök hüceyrə törəmələri üzərində tədqiqat aparılmasına icazə verir, digərləri yalnız ciddi şərtlər altında məsələn, embrionun sağlamlığını qorumaq məqsədi daşıyan və ya xaricdən idxal edilmiş kök hüceyrə törəmələrini istifadə edən tədqiqatların aparılmasına icazə verir.
Beynəlxalq sənədlər təsdiq edir ki, dövlət orqanları, insan embrionlarının məhvindən söbət getdiyi zaman geniş mülahizə səlahiyyətinə malikdir. Avropa səviyyəsində qoyulan məhdudiyyətlər bu sahədəki sui-istifadələrin qarşısını almaq məqsədi daşıyır.
Mübahisəli qanunun hazırlanması zamanı bu sahədə mövcud olan müxtəlif fikir və elıi və əxlaqi suallarla bağlı əhəmiyyətli debatlar olmuşdur. Qanun dəfələrlə referenduma çıxarılmış, lakin kvorum olmadığından dəyişdirilməmişdir. Mübahisəli qanunun hazırlanması prosesi zamanı qanunvericilik orqanı burada müxtəlif maraqları, xüsusilə, Dövlətin embrionu qorumaq marağını və əlaqədar şəxslərin öz embrionlarını tədqiqata verməklə fərdi öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək marağıını nəzərə almışdır.
Ərizəçi onun hüququna müdaxilənin qeyri-mütənasib xarakterini sübut etmək üçün iddia edir ki, süni mayalanma ilə bağlı İtaliya qanunvericiliyi təzadlıdır. Məhkəmə bu sahədə İtaliya qanunvericiliyinin uyğunluğunu in abstracto təhlil etmək vəzifəsi daşımır. Məhkəmənin təhlili üçün uyğun gəlməsi üçün ərizəçinin qeyd etdiyi ziddiyyətlər onun embrionlarının taleyi ilə bağlı öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar Məhkəmə qarşısında qaldırdığı şikayətinin predemeti ilə əlaqədar olmalıdır.
Xaricdə məhv edilmiş embrionlardan əldə edilən idxal olunmuş embrional kök hüceyrə törəmələri üzərində İtaliyada həyata keçirilən tədqiqatlara gəlincə isə, əgər ərizəçinin embrionlarının taleyi haqqında qərar vermək hüququ onun elmi tədqiqata yardım etmək istəyi ilə bağlıdırsa, burada ərizəçiyə birbaşa təsir edən şərait yoxdur. Tədqiqat məqsədilə İtaliya laboratoriyalarında istifadə edilən embrional kök hüceyrə törəmələri heç vaxt İtaliya hakimiyyət orqanlarının sifarişi ilə istehsal edilməmişdir. Həm də, insan embrionunun könüllü və fəal olaraq məhv edilməsinin əvvəlki mərhələdə məhv edilmiş embrionlardan əldə edilən kök hüceyrə törəmələrinin istifadəsi ilə müqayisə edilməsi qeyri-mümkündür.
Bu ziddiyyətlərin sübut olunduğu güman edilmiş olsa belə, onlar hazırki işdə onun istinad etdiyi hüquqa birbaşa təsir etmək iqtidarında deyil.
Nəhayət, mübahisəli embrionların elmi tədqiqata verilməsi seçimi partnyoru öldüyündən yalnız ərizəçinin iradəsini əks etdirir. Lakin mayalanma zamanı ərizəçi ilə eyni dərəcədə sözügedən embrionlarla əlaqədar olan partnyorun eyni seçimi edəcəyini təsdiq edən faktlar yoxdur. Digər tərəfdən, bu vəziyyət daxili planda da nizamlanmamışdır.
Beləliklə, Hökümət bu sahədə malik olduğu geniş mülahizə səlahiyyətindən kənara çıxmamışdır və mübahisəli məhdudiyyət « demokratik cəmiyyətdə zəruri »dir.
Nəticə : pozuntu yoxdur (on alti səs lehinə, bir səs əleyhinə).
1 saylı Protokolun 1-ci maddəsi: İşin hallarına 1 saylı protokolun 1-ci maddəsinin tətbiqi ilə bağlı, tərəflər orqanizmdən kənar mayalanmış insan embrionunun statusu ilə bağlı tərəflərin tamamilə əks mövqedədirlər. Hazırki işdə Konvensiyanın 2-ci maddəsindən söhbət getmədiyindən burada həssas və mübahisəli olan insan həyatının başlanğıcı məsələsinə toxunmaq vacib deyil.
1 saylı protokolun 1-ci maddəsinə gəlincə, o hazırki işə tətbiq edilmir. Əslində, bu maddəyə verilən iqtisadi və maddi dəyəri nəzərə alaraq insan embrionları bü müddəaya əsasən « mülkiyyət » statusu ilə məhdudlaşdırıla bilməz. ərizənin bununla bağlı hissəsi ratione materiae uyğun olmayan kimi rədd edilməlidir.
Nəticə : qəbuledilməz (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy