© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Milliyyətçi Bask Partiyasının İparralde Regional Təşkilatı Fransaya qarşı (Basque Nationalist Party – Iparralde Regional Organisation v. France), ərizə № 71251/01
07.06.2007-ci il tarixli qərar [I Bölmə]
11-ci maddə
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Fransa siyasi partiyasının xarici siyasi partiya tərəfindən maliyyələşdirilməsinin qanunla qadağan edilməsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi partiya İspaniyanın Milliyyətçi Bask Partiyasının Fransa "bölməsidir". İspaniya partiyasından vəsaitlər, konkret olaraq maliyyə yardımları almaq üçün ərizəçi partiya "Siyasi fəaliyyət (maliyyə şəffaflığı) haqqında" 1988-ci il tarixli Qanuna əsasən maliyyələşdirici assosiasiya yaratdı. Lakin onun fəaliyyətə başlaması üçün zəruri şərt olan icazənin verilməsindən imtina edildi və belə əsas gətirildi ki, partiyanın vəsaitlərinin böyük bir hissəsi İspaniya partiyasının yardım vəsaitləri hesabına əldə edilir. 1988-ci il tarixli Qanun siyasi partiyanın istənilən xarici hüquqi şəxs tərəfindən maliyyələşdirilməsini qadağan edirdi; müvafiq olaraq, siyasi partiyaların maliyyələşdirici assosiasiyaları xarici siyasi partiyalardan maliyyə dəstəyi ala bilməzdilər. İmtina qərarından ərizəçi partiyanın şikayətləri rədd edildi. O, Konvensiyanın birgə (əlaqəli şəkildə) götürülən 11-ci və 10-cu maddələri əsasında, habelə 1 saylı Protokolun 3-cü maddəsi əsasında Avropa Məhkəməsinə şikayət etdi ki, maliyyələşdirməyə icazə verilməməsi onun üçün mənfi nəticələrə səbəb olub və o, siyasi fəaliyyətini, xüsusən seçkilər sahəsindəki fəaliyyətini həyata keçirə bilməyib.
Hüquqi məsələlər – Şikayət ərizəsinə 11-ci maddə əsasında baxıldı. İşin hallarının ərizəçi partiyanın maliyyə imkanlarına təsir göstərdiyini nəzərə alsaq, onun hüquqlarına dövlət orqanları tərəfindən müdaxilə baş vermişdi və bu müdaxilə "qanunla nəzərdə tutulmuşdu". Hökumət iddia etdi ki, siyasi partiyaların xarici siyasi partiyalar və ya hökumətlər tərəfindən maliyyələşdirilməsinin qadağan olunması milli suverenliyə ziyan yetirə biləcək asılılıq münasibətlərinin yaranmasının qarşısını almaq məqsədini daşıyırdı. Beləliklə, qarşıya qoyulan məqsəd, Hökumətin rəyinə görə, "institusional qaydanı" qorumaqdan ibarət idi. Məhkəmə razılaşdı ki, Konvensiyanın 10-cu və 11-ci maddələrinin fransız mətnində yer alan "qayda" (ingiliscə “order”, fransızca “ordre”) anlayışı "institusional qaydanı" da özündə ehtiva edir.
Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi məsələsinə gəlincə, siyasi partiyaların xaricdən maliyyələşdirilməsinə icazə verilməməsi özlüyündə 11-ci maddəyə zidd deyil. Bundan başqa, Fransanın qanunverici orqanının Avropa İttifaqının üzvü olan digər dövlətlərdə təsis edilmiş partiyalar üçün belə hallarda istisna nəzərdə tutulması barədə qərarı siyasi qərar idi və müvafiq olaraq, dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində idi.
İndi təkcə onu müəyyənləşdirmək qalır ki, bu qadağa ərizəçi partiyanın siyasi fəaliyyətdə iştirak etmək imkanına nə kimi təsir göstərirdi. Barəsində şikayət edilən tədbir ərizəçi partiyanın qanuniliyini şübhə altına almır və onun siyasi həyatda iştirakına mane olmurdu, habelə siyasi meydanda müdafiə etməyə çalışdığı baxışlarını senzuraya məruz qoymurdu. Ərizəçi partiya İspaniyanın Milliyyətçi Bask Partiyası tərəfindən maliyyələşdirilməkdən imtina etməli olsa da, siyasi fəaliyyətini üzvlük haqları və fiziki şəxslərin, o cümlədən Fransa vətəndaşı olmayan şəxslərin ianələri hesabına maliyyələşdirə bilərdi.
Qanun ərizəçi partiyanın Fransanın digər siyasi partiyalarından maliyyə yardımı almasını və ya Fransada tətbiq edilən seçki kampaniyalarının dövlət tərəfindən maliyyələşdirilməsi sistemindən istifadə etməsini qadağan etmirdi. Bu konkret işdə bu maliyyələşdirmə mənbələri hipotetik (fərziyyə xarakterli) görünür: ərizəçi partiyanın siyasi məqsədlərini nəzərə alsaq, onun digər Fransa partiyalarından maliyyə yardımı alması ehtimalı az idi və onun fəaliyyətinin coğrafi sərhədlərini nəzərə alsaq (o, parlament seçkilərindən daha çox, yerli seçkilərdə iştirak edirdi), o, çətin ki, dövlət tərəfindən maliyyələşdirilmə sistemindən istifadə edə bilərdi (bu sistem parlament seçkilərinin nəticələrinə əsaslanır). Bununla belə, onun seçkilərdə iştirak edən namizədləri digər partiyaların namizədlərinin seçki kampaniyasında malik olduqları güzəştlərə eyni şərtlərlə malik idilər. Beləliklə, İspaniyanın Milliyyətçi Bask Partiyasından maliyyə yardımlarının alınmasına qoyulan qadağa ərizəçi partiyanın maliyyə vəziyyətinə təsir göstərsə də, onun olduğu vəziyyət vəsait çatışmazlığı ilə üzləşən istənilən kiçik partiyanın vəziyyətindən fərqlənmirdi.
Nəticə: istər ayrılıqda, istərsə də 10-cu maddə ilə birgə götürülməklə 11-ci maddənin pozuntusu baş verməyib (bir səsə qarşı altı səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy