© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
PERİNÇEK İSVEÇRƏYƏ QARŞI
(27510/08 saylı ərizə)
QƏRAR
[Çıxarışlar]
STRAZBURQ
15 oktyabr 2015
Bu qərar qətidir, lakin onun mətninə redaktə xarakterli dəyişikliklər edilə bilər.
PROSEDUR
FAKTLAR
I. İŞİN HALLARI
A. Ərizəçi
B. Mübahisəyə səbəb olan bəyanatlar
C. Yuxarıdakı bəyanatlarla bağlı ərizəçiyə qarşı qaldırılan cinayət işi
D. Türkiyəli ərizəçiyə qarşı 2008-ci il tarixli cinayət işi
E. Prosesin digər iştirakçıları tərəfindən təqdim olunan materiallar
HÜQUQİ MƏSƏLƏLƏR
I. İŞİN PREDMETİ
II. KONVENSİYANIN 17-Cİ MADDƏSİNİN TƏTBİQİ
A. Palatanın qərarı
B. Böyük Palataya təqdim edilən müraciətlər
1. Tərəflər
2. Üçüncü tərəflər
C. Məhkəmənin qiymətləndirməsi
III. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
A. Konvensiyanın 16-cı maddəsi
B. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin əsaslandırılması
1. Müdaxilənin qanunsuzluğu
(a) Palatanın qərarı
(b) Böyük Palataya təqdim olunan müraciətlər
(i) Tərəflər
(ii) Üçüncü tərəflər
(c) Məhkəmənin qiymətləndirməsi
(i) Ümumi prinsilər
(ii) Bu prinsiplərin hazırkı işə tətbiqi
2. Legitim məqsəd
(a) Palatanın qərarı
(b) Yuxarı Palataya təqdim olunan müraciətlər
(i) Tərəflər
(ii) Üçüncü tərəflər
(c) Məhkəmənin qiymətləndirməsi
(i) “Kütləvi iğtişaşın qarşısının alınması”
(ii) “Digər şəxslərin hüquqlarının ... müdafiəsi”
3. Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi
(a) Palatanın qərarı
(b) Böyük Palataya təqdim olunan müraciətlər
(i) Tərəflər
(α) Ərizəçi
(β) Isveçrə Hökuməti
(ii) Üçüncü tərəflər
(α) Türkiyə Hökuməti
(β) Ermənistan Hökuməti
(γ) Fransa Hökuməti
(δ) İsveçrə-Ermənistan Assosiasiyası
(ε) İsveçrənin Fransız dilli İcmasının Türk Assosiasiyaları Federasiyası
(ζ) CCAF
(η) Türkiyə İnsan Hüquqları Assosiasiyası, Həqiqət Ədalət Xatirə Mərkəzi və Soyqırım və İnsan Hüquqları Təhqiqatı üzrə Beynəlxalq İnstitut
(θ) FIDH
(ι) LICRA
(κ) Beynəlxalq Müdafiə Mərkəzi
(λ) Fransız və belçikalı akademiklərdən ibarət qrup
(c) Məhkəmənin qiymətləndirməsi
(i) Ümumi prinsiplər
(α) Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan “demokratik cəmiyyətdə zərurilik” tələbinin tətbiqi məsələsi
(β) Konvensiyanın 10-cu və 8-ci maddələrinin balanslaşdırılması
(ii) Məhkəmənin oxşar presidentləri
(α) Qrupun identifikasiyası və əcdadların nüfuzu
(β) Zorakılığa çağırış və “nifrət çıxışı”
(γ) Holokostun inkarı və Nazi Cinayətlərinə dair bəynatlar
(δ) Tarixi müzakirələr
(ε) 1915-ci il və ondan sonrakı illərin hadisələrinə dair bəyanatlarla bağlı Türkiyəyə qarşı qaldırılmış işlər
(iii) Yuxarıdakı prinsiplərin tətbiqi və hazırkı işlə bağlı presedentlər
(α) Ərizəçinin bəyanatlarının xarakteri
(β) Müdaxilənin konteksti
Coğrafi və tarixi faktorlar
Zaman meyarı
(γ) Ərizəçinin bəyanatlarının erməni icmasının üzvlərinin hüquqlarına təsirinin dərəcəsi
(δ) Razılığa Gələn Yüksək Tərəflər araslnda konsensusun mövcudluğu və ya yoxluğu
(ε) Müdaxiləyə İsveçrənin beynəlxalq hüquqdan irəli gələn öhdəliyinin tələbi kimi istinad oluna bilərdimi?
(ζ) İsveçrə məhkəmələri tərəfindən ərizəçinin məhkumiyyətinin əsaslandırılması
(η) Müdaxilənin sərtliyi
(θ) Ermənilərin şəxsi həyata hörmət hüququna qarşı Ərizəçinin ifadə azadlığı hüququnun balanslaşdırılması
Perinçek İsveçrəyə qarşı işində
Avropa İnsan Hüquqları Məhkəməsi Böyuk Palata qismində:
Dean Spielmannın sədrliyi ilə,
Hakimlər:
Josep Kasadevall,
Mark Villiger,
Isabelle Berro,
Işıl Karakaş,
Ján Šikuta,
Päivi Hirvelä,
Vincent A. De Gaetano,
Angelika Nußberger,
Linos-Alexandre Sicilianos,
Helen Keller,
André Potocki,
Helena Jäderblom,
Aleš Pejchal,
Johannes Silvis,
Faris Vehabović,
Egidijus Kūris
və Məhkəmə katibinin müavini Johan Callevaertdən ibarət tərkibdə,
28 yanvar və 9 iyul 2015-ci il tarixlərdə qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilən tarixdə aşağıdakı qərarı qəbul edib:
PROSEDUR
1. İş insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Türk vətəndaşı cənab Doğu Perinçek (“ərizəçi”) tərəfindən 10 iyun 2008-ci il tarixdə Məhkəməyə təqdim edilmiş İsveçrə Konfederasiyasına qarşı ərizə (№27510/08) əsasında başlanıb.
2. Ərizəçi xüsusi olaraq iddia edib ki, onun 2005-ci ildə İsveçrədə olarkən etdiyi ictimai çıxışlara görə adı çəkilən ölkədə ittiham olunaraq həbs edilməsi ifadə azadlığı hüququnun, eləcə də qanun olmadan cəzalandırılmamaq hüququnun pozuntusudur.
3. Ərizə Məhkəmənin İkinci Seksiyasına təqdim edilib (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 12 noyabr 2013-cü il tarixdə həmin Seksiyanın Palatası aşağıdakı hakimlərdən ibarət tərkibdə fəaliyyət göstərib: Guido Raimondi, Sədr, Peer Lorenzen, Dragoljub Popoviç, Andras Sajo, Nebojşa Vuçiniç, Paulo Pinto de Albuquerque, və Helen Keller, və həmçinin Seksiya Katibi Stanley Naismiz. Bu tərkibdən ibarət Palata ərizəni qismən qəbuledilən və qismən qəbuledilməyən hesab edərək qərara gəlib ki, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib və ərizəçinin Konvensiyanın 7-ci maddəsinin pozuntusuna dair şikayətinə həm qəbuledilənlik, həm də mahiyyət üzrə ayrıca baxılmasına ehtiyac olmadığını hesab edib. Hakimlər Raimondi və Sajo tərəfindən qəbul olunmuş qərarla razılaşan rəy və hakimlər Vuçiniç və Pinto de Albuquerque tərəfindən qəbul edilmiş xüsusi rəy Palatanın 17 dekabr 2013-cü il tarixli qərarına əlavə edilib.
4. 17 mart 2014-cü il trixdə İsveçrə Hökuməti Konvensiyanın 43-cü maddəsi əsasında işin Böyük Palataya göndərilməsini xahiş edib. Bu müraciət 2 iyun 2014-cü il tarixdə Böyük Palatanın paneli tərəfindən qəbul edilib.
5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci paraqrafları və Məhkəmə Reqlamentinin 24-cü Qaydası əsasında müəyyən edilib. 15 oktyabr 2014-cü il tarixdə prosesə müdaxilə etmək hüququ verilmiş Ermənistan hökuməti (aşağıda 7-ci paraqrafa bax) hakim Kellerin Palatada işə baxılmasında iştirak etdiyini əsas gətirərək onun işdən kənarlaşmasını xahiş edib. 16 oktyabr 2014-cü il tarixdə hakim Keller bu xahişin yerinə yetirilməsindən imtina edib. 22 dekabr 2014-cü il tarixdə Ermənistan Hökuməti Böyük Palatanın Sədrinə müraciət edib və yenidən hakim Kellerin Palatada işə baxılmasında iştirakını əsas gətirərək onun işdən kənarlaşdırılmasını xahiş edib. 7 yanvar 2015-ci il tarixdə Böyük Palatanın Sədri Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci paraqraflarına və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının 2-ci bəndinin “d” yarımbəndinə istinad edərək bu müraciətin yerinə yetirilməsindən imtina edib. 28 may 2015-ci il tarixdə hakim Lazarova Trajkovska işə baxılmasında iştirak edə bilmədiyi üçün hakim Silvis ilə əvəz edilib (Məhkəmə Reqlamentinin 24-cü Qaydasının 3-cü bəndi əsasında).
6. 3 iyun 2014-cü il tarixdə İsveçrə Hökuməti Böyük Palata tərəfindən işə ya iclas keçirilmədən, ya da qapalı iclasda baxılması barədə müraciət edib (Konvensiyanın 40-cı maddəsinin 1-ci bəndi və Məhkəmə Reqlamentinin 63-cü Qaydasının 1 və 2-ci bəndləri əsasında). 10 iyun 2014-cü il tarixdə Məhkəmə, Məhkəmə Reqlamentinin 59-cu Qaydasının 3-cü bəndi ilə birlikdə götürülməklə, 71-ci Qaydanın 2-ci bəndinə əsaslanaraq İsveçrə Hökumətinin işə iclas keçirilmədən baxılması barədə müraciətini rədd edib. 15 yanvar 2015-ci il tarixdə Məhkəmə onların işə qapalı iclasda baxılması barədə müraciətlərini də rədd edib.
7. Həm ərizəçi, həm də İsveçrə Hökuməti arqumentlərini yazılı şəkildə təqdim ediblər (Məhkəmə Reqlamentinin 59-cu maddəsinin 1-ci bəndi və 71-ci maddəsinin 1-ci bəndi əsasında). Bundan başqa, prosesə müdaxilə etmək hüququ verilmiş Türkiyə Hökuməti (Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü maddəsinin 1-ci bəndinin “b” yarımbəndi əsasında) üçüncü tərəf kimi öz yazılı arqumentini təqdim edib. Həmçinin, yazılı prosedura müdaxilə etmək hüququ verilmiş Ermənistan və Fransa Hökumətləri (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü maddəsinin 3-cü bəndi əsasında) də üçüncü tərəf olaraq öz rəylərini təqdim ediblər. Eyni zamanda bu cür hüquq verilmiş aşağıdakı qeyri-hökumət təşkilatları və şəxslər də öz rəylərini təqdim ediblər: a) İsveçrə-Erməni Assosiasiyası; b) İsveçrənin Fransız Dilli İcmasının Türk Assosiasiyaları Federasiyası; c) Fransada Erməni Təşkilatlarının Əlaqələndirici Konsulu (“SSAF”); d) Türkiyə İnsan Hüquqları Assosiasiyası, Həqiqət Ədalət Xatirə Mərkəzi və Soyqırım və İnsan Hüquqlarının Tədqiqatı üzrə Beynəlxalq İnstitut; e) İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya (“FİDH”); f) İrqçilik və Semitizm Əleyhinə Beynəlxalq Liqa (“LİCRA”); g) Beynəlxalq Müdafiə Mərkəzi; və h) Fransız və Belçikalı akademiklərdən ibarət qrup. Tərəflər bu rəylərə məhkəmə iclası zamanı etdikləri şifahi çıxışlarında cavab veriblər (Məhkəmə Reqlamentinin 44-cü maddəsinin 6-cı bəndi əsasında).
8. Ermənistan Hökumətinə əlavə olaraq iclasda iştirak etmək hüququ verilib (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü maddəsinin 3-cü bəndi əsasında).
9. İşə 28 yanvar 2015-ci il tarixdə, Strasburqda İnsan Hüquqları Binasında açıq məhkəmə iclasında baxılıb (Məhkəmə Reqlamentinin 59-cu maddəsinin 3-cü bəndi və 71-ci maddəsinin 2-ci bəndi əsasında).
Məhkəmə qarşısında aşağıdakı şəxslər iştirak ediblər:
(a) İsveçrə Hökuməti adından, cavabdeh
Cənab F.Şürmann, Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Bölməsinin Sədri, Federal Ədliyyə Ofisi, Federal Polis və Ədliyyə Şəbəsi, Agent,
ProfD. Thürer, təqaüddə olan professor,
Zürix Universiteti,Hüquqşünas,
Cənab J.Lindenmann, Direktor Müavini, Beynəlxalq Ümumi Hüquq Direktoratı, Xarici İşlər üzrə Federal Şöbə,
Cənab A. Şeidegger, Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Şöbəsinin Müdir Müavini, Federal Ədliyyə Ofisi, Federal Polis və Ədliyyə Departamenti,
Xanım C.Ehriç, hüquq müşaviri, Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Şöbəsinin Müdir Müavini, Federal Ədliyyə Ofisi, Federal Polis və Ədliyyə Departamenti, Məsləhətçilər;
(b) Ərizəçinin adından
Cənab M.Cengiz, vəkil,
ProfL.Peç, Avropa Hüququ Professoru,
Middleseks Universiteti,Hüquqşünas;
(c) Türkiyə Hökuməti adından, üçüncü tərəf
Cənab E.İşcan, Səfir, Türkiyənin Avropa Şurasında Daimi Nümayəndəsi, Agent,
ProfS.Talmon, hüquq professoru,
Bonn Universiteti,Hüquqşünas,
Cənab A.M.Özmen, Hüquq Məsləhətçisi,
Xarici İşlər Nazirliyi,
Cənab H.E.Demircan, Şöbə Müdiri,
Xarici İşlər Nazirliyi,
Xanım M.Yilmaz, Məşvərətçi, Türkiyənin Avropa Şurasında Daimi Nümayəndəsi, Məsləhətçilər;
(d) Ermənistan Hökuməti adından, üçüncü tərəf
Cənab G.Kostanyan, Baş Prokuror,Nümayəndə,
Cənab A.Tatoyan, Ədliyyə Nazirinin Müavini, Nümayəndənin müavini,
Cənab G.Robertson QC,
Cənab A.Cluney, vəkil, Hüquqşünas,
Cənab E.Babayan, Baş Prokurorun Müavini,
Cənab T.Kollis,Məsləhətçilər.
Ərizəçi də iclasda iştirak edib. Məhkəmə, iclasda çıxış edən cənab Cengizi, professor Peçi, cənab Şürmannı, professor Thüreri, professor Talmonu, cənab Kostanyanı, cənab Robertson QC və xanım Klunini dinləyib.
FAKTLAR
I. İŞİN HALLARI
A. Ərizəçi
10. Ərizəçi 1942-ci ildə doğulub və Ankarada yaşayır.
11. O, hüquq elmləri doktorudur və Türkiyə İşçi Partiyasının sədridir.
B. Mübahisəyə səbəb olan bəyanatlar
12. 2005-ci ildə ərizəçi İsveçrədə üç ictimai xarakterli tədbirdə iştirak edib.
13. Birinci tədbir 7 may 2005-ci il tarixdə Lozanna şəhərində Château d’Ouchy (Vaud Kantonu) qarşısında keçirilən mətbuat konfransından ibarət olub. Həmin mətbuat konfransında o, türk dilində aşağıdakı bəyanatla çıxış edib:
“İcazənizlə Bern və Lazannadan olan Avropa ictimaiyyətinin diqqətinə bunu çatdırmaq istəyirəm: “Erməni soyqırımı” haqqında iddialar beynəlxalq yalandır. Beynəlxalq yalan mövcud ola bilərmi? Bəli, bir zamanlar Hitler bu cür yalanların ustası idi; indi isə bunu ABŞ və Aİ (Avropa İttifaqı) imperialistləri edir! Sadəcə Türkiyənin deyil, həm də Rusiyanın arxivləri bu beynəlxalq yalançıların söylədiklərini inkar edir. Bu sənədlər göstərir ki, müsəlmanlarla ermənilər arasında yaranan vəziyyət üçün Qərbdən və Çar Rusiyasından olan imperialistlər cavabdehdirlər. Osmanlı İmperiyasını parçalamaq istəyən Böyük Qüvvələr, bizim əsrlər boyu sülh şəraitində yaşadığımız erməni ictimaiyyətini təxribata cəlb edərək onları zorakılığa təhrik eidblər. Türklər və kürdlər öz vətənlərini bu hücumlardan müdafiə ediblər. Unutmayaq ki, Hitler də eynən bu üsuldan istifadə edirdi, yəni etnik qrupları və icmları istismar edirdi və öz imperialist məqsədləri naminə ölkələri parçalamaq üçün insanları bir-birlərinə qətl etdirirdi. “Erməni soyqırımı” yalanı ilk dəfə Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasını parçalamaq istəyən İngiltərə, Fransa və Çar Rusiyası imperialistləri tərəfindən uydurulub. Chamberlainin də sonradan qəbul etdiyi kimi, bu, müharibə təbliğatı idi. ...ABŞ 1991 və 2003-cü illərdə Körfəz Müharibələri ilə İraqı işğal edib parçaladı və şimalda oyuncaq bir Dövlət yaratdı. Onlar daha sonra Kərkükün neft ərazilərini bu Dövlətin tərkibinə daxil etdi. Bu gün Türkiyədən bu oyuncaq Dövlətin hamisi kimi hərəkət etmək tələb olunur. Biz bu gün imperialistlər tərəfindən mühasirə olunmuşuq. “Erməni soyqırımı” yalanı və Ege və Kiprlə bağlı təzyiqlər bir-birilə əlaqəlidir və bizi parçalayıb əsir almaq məqsədi daşıyır. ... Hətta bizim azadlıq uğrunda etdiyimiz müharibəyə “insanlıq əleyhinə cinayət” kimi istinad edən ardıcıl qərarların verilməsi faktı, ABŞ və Aİ-nin erməni məsələsini Asiya və Orta Şərqdəki strategiyalarına daxil etmələrindən xəbər verir. ... “Erməni soyqırımı” haqqında olan yalan təbliğatları üçün ABŞ və Aİ türk kimliyi kardları ilə insanları manipulyasiya edir. Xüsusilə Amerika və Almaniyanın gizli xidmətləri tərəfindən satın alınmış müəyyən tarixçilər və jurnalistlər bir konfransdan başqa konfransa gedərək bu yalanları yaymağa cəhd edirlər. ... “Erməni soyqırımı” kimi Hitlersayağı yalanlara inanmayın. Galiley kimi siz də həqiqət axtarın və bu həqiqətin arxasında dayanın.”
14. İkinci tədbir 22 iyul 2005-ci il tarixdə 1923-cü il tarixli Lazanna Müqaviləsinin (24 iyul 1923-cü il tarixdə Lazannada Britaniya İmperiyası, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya və Serb-Xorvat-Slovak Dövlətləri ilə Türkiyə arasında Sülh Müqaviləsi bağlanıb, 28 Millətlər Liqası 11-ci Müqavilə Seriyası) il dönümünü qeyd etmək üçün Opfikonda (Zürix Kantonu) Hilton otelində keçirilən konfrans olub. Konfransda ərizəçi əvvəlcə türkcə və daha sonra almanca çıxış edərək aşağıdakı fikirləri ifadə edib:
“Odur ki, kürd problemi və erməni məsələsi hər şeydən əvvəl problem sayılmır və ümumiyyətlə mövcud olmayıb...”
15. Bundan sonra ərizəçi özü tərəfindən yazılmış “Böyük Güclər və Erməni məsələsi” adlı kitabçaları ətrafdakılara paylayıb. Kitabçada o, 1915-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım olduğunu inkar edib.
16. Üçüncü tədbir 18 sentyabr 2005-ci il tarixdə Türkiyə İşçi Partiyası tərəfindən Könizdə (Bern Kantonu) keçirilən nümayiş olub. Nümayişdə iştirak edən ərizəçi Alman dilində aşağıdakı bəyanatla çıxış edib:
“ ... hətta Lenin, Stalin və Sovet inqilabının digər liderləri erməni məsələsi haqqında yazılar yazıblar. Onlar öz hesabatlarında bildiriblər ki, türk hakimiyyəti tərəfindən ermənilərə qarşı hər hansı soyqırım əməli törədilməyib. Bu bəyanatlar o zamanlar təxribat xarakteri daşımayıb. Bunu qeyd etmək çox vacibdir ki, öz gizli hesabatlarında Sovet liderləri bildiriblər ki, o zamanlar ermənilərlə müsəlmanlar arasında etnik qarşıdurmalar, qətllər, kütəvi qırğınlar baş verib və bu hesabatlar Sovet arxivləri tərəfindən də təsdiq olunur. Amma türklər öz vətənlərini müdafiə edən tərəf idilər, ermənilər isə imperialistlərin tərəfində olub onların aləti rolunda çıxış edən tərəf idilər ... və biz Bernə, İsveçrə Milli Şurasına və İsveçrənin bütün partiyalarına müraciət edirik: Xahiş edirik həqiqətin yanında yer alın və bu qərəzli stereotipləri arxanızda buraxın. Bu, mənim müşahidələrimdir və mən erməni məsələsinə dair hər bir yazını, məqaləni oxumuşam və deyə bilərəm ki, bu, sadəcə qərəzli bir stereotipdir. Xahiş edirəm bu fikirlərdən uzaqlaşın və (??) qoşulun, onun bu qərəzli yanaşmayla bağlı dediklərinə diqqət yetirin və həqiqət budur ki, 1915-ci ildə hər hansı bir erməni soyqırımı baş vermyib. Bu sadəcə insanlar arasında baş verən bir savaş idi və biz də bu savaşda çox əzablar yaşamışıq. ... O zamanlar rus zabitləri erməni qoşunlarının türklərə və müsəlmanlara qarşı törətdikləri qırğınlardan çox məyus olmuşdular. Bu həqiqətlər rus komandir tərəfindən dilə gətirilib ...”
C. Yuxarıdakı bəyanatlarla bağlı ərizəçiyə qarşı qaldırılan cinayət işi
17. 15 iyul 2005-ci il tarixdə İsveçrə-Ermənistan Assosiasiyası ərizəçinin yuxarıda qeyd olunan birinci bəyanatı ilə bağlı ona qarşı cinayət qaydasında şikayət edib. Daha sonra istintaq digər iki şifahi çıxışı da əhatə edib. 23 iyul 2005-ci il tarixdə ərizəçi Vintertur prokurorluğu tərəfindən Opfikonda, Hilton otelində etdiyi çıxışla bağlı dindirilib. 20 sentyabr 2005-ci il tarixdə ərizəçi Vaud Kantonunda kanton istintaqını icra edən hakim tərəfindən dindirilib.
18. Vaud Kantonununda kanton istintaqını icra edən səlahiyyətli hakim ərizəçi tərəfindən edilən üç çıxışın Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin təsiri altına düşdüyünü hesab etdiyi üçün (aşağıda 31-ci paraqrafa bax) 27 aprel 2006-cı il tarixdə onun məhkəmə prosesinə cəlb olunması barədə qərar qəbul edib.
19. Məhkəmə prosesi 6 və 8 mart 2007-ci il tarixlərdə Lazanna Rayon Polis Məhkəməsində baş tutub.
20. 6 mart 2007-ci il tarixdə məhəkəmə ərizəçini, prokuroru və prosesdə mülki tərəf kimi çıxıs edən İsveçrə-Ermənistan Assosiasiyasını dinləyib. Daha sonra məhkəmə, biri amerikalı, üçü fransız, biri alman və biri britaniyalı olmaqla, altı peşəkar tarixçini və tərəflərin ifadə vermək üçün dəvət etdiyi bir sosioloqu dindirib.
21. 8 mart 2007-ci il tarixdə ərizəçinin müdafiəçisi məhkəmədən 1915-ci il və ondan sonrakı illərlə bağlı daha çox sübut əldə etməyi xahiş edib. Məhkəmə bunun çox ləng proses olduğunu və prosesin uzanmasına səbəb olacağını əsas gətirərək bu xahişi rədd edib. Xüsusi olaraq, məhkəmə bildirib ki, bu məsələ ilə bağlı daha artıq sübut əldə etməyə ehtiyac yoxdur, çünki bu hadisələr “onilliklər boyu yüzlərlə tarixçilər” tərəfindən araşdırılıb və bu haqda “saysız-hesabsız materiallar dərc olunub”. Məhkəmə bu cür sübutları artıq ərizəçinin və mülki tərəfin çağırdığı bir neçə tarixçiləri dindirməklə əldə edib və ərizəçi və mülki tərəf bu tarixçiləri sözügedən mövzu ilə bağlı ən məlumatlı şəxslər kimi təqdim edib. Odur ki, bu məsələylə bağlı daha artıq sübuta ehtiyac yoxdur.
22. 9 mart 2007-ci ildə Lazanna Rayon Polis Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi ilə təqsirli bilərək (aşağıda 32-ci paraqrafa bax), onun iki il təxirə salınmaqla 100 İsveçrə frankı (qərar tarixində bu məbləğ 62 avro dəyərində olub) məbləğində cərimə cəzasına çevrilən 90 günlük həbs cəzasına və 3.000 İsveçrə frankı (təxminən 1.859 avro) məbləğinə çevrilməklə 30 günlük həbs cəzasına məhkum edilməsi və İsveçrə-Erməni Assosiasiyasına 1.000 İsveçrə frankı (o zaman üçün təxminən 620 avro) məbləğində pul ödəməsi barədə qərar çıxarıb. Məhkəmə qeyd edib:
“I. Təqsirləndirilən şəxs
Dogu Perinçek 17 iyun 1942-ci il trixdə Türkiyədə, Qaziəntəpdə doğulub. O, türk siyasətçidir və Türkiyədə yaşayır. O, 1962 və 1963-cü illər arasında Almaniyada on aylıq müddətə işlədikdən sonra Ankara Universitetində hüquq təhsili alıb və 1968-ci ildə doktorluq dərəcəsilə təltif olunub. O, qatı solçu jurnalın banisidir. 1969-cu ildə Türkiyədə İnqilabi İşçi-Kəndli Partiyasını yaradıb. Dogu Perinçek qatı solçu və Lenin və Maonun tərəfdarı hesab edilə bilər. 1980-ci illərdə o, siyasi baxışlarına görə bir neçə il həbsxanada yatıb. Hazırda o, Türkiyə İşçi Partiyasının Sədridir. Adı çəkilən partiya Türkiyədə seçicilərin 0.5%-ni təşkil edir. Dogu Perinçek özünü çox yaxşı tarixi biliklərə sahib olan savadlı insan hesab edir. O, alman dilində sərbəst danışır.
Şəxsi həyatında təqsirləndirilən şəxs evlidir, üç uşaq atasıdır və uşaqlarının üçü yetkinlik yaşına çatmış şəxslərdir. O bildirib ki, ayda 3.000 İsveçrə frankı məbləğində qazancı var. Qazancının bir hissəsi imtiyazlardan və yaşlılıq təqaüdündən gəlir. O həmçinin həyat yoldaşının gəlirindən də istifadə edir. O bildirir ki, maddi vəziyyəti yaxşıdır. O, əvvəllər heç vaxt İsveçrədə məhkum edilməyib. Onun Türkiyədəki məhkumiyyətləri nəzərə alınmayacaq, çünki Məhkəmənin məlumatına əsasən, bu məhkumiyyətlər onun siyasi fəaliyyətilə bağlı olub. Bu da qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi təqsirləndirilən şəxslə bağlı Türkiyəyə qarşı iki qərar çıxarıb. Odur ki, bu işdə onunla ilk dəfə məhkum edilirmiş kimi davranılacaq.
II. Faktlar və qanunvericilik
Bu iş özlüyündə hər hansı faktiki problemi əks etdirmir. Məsələləri sadələşdirmək üçün kanton üzrə istintaqı həyata keçirən hakimin 27 aprel 2006-cı il tarixli, Dogu Perinçekin işinə çəkişmə ilə müşahidə olunan iclas başa çatdıqdan sonra ittiham aktında göstərildiyi kimi qiyabi deyil, bu məhkəmədə baxılmasına dair qərarının surəti bu qərara əlavə olunur.
7 may 2005-ci il tarixdə Lazannada, daha sonra 18 sentyabr 2005-ci il tarixdə Könizdə, BEdə Dogu Perinçek ictimaiyyət qarşısında çıxış edərək erməni soyqırımının beynəlxalq yalan olduğunu söyləyib. Təqsirləndirilən şəxs də etiraf edir ki, 22 iyul 2005-ci il tarixdə o, erməni soyqırımı məsələsinə toxunaraq erməni məsələsinin də, kürd məsələsinin də heç vaxt problem olmadığını və soyqırımın heç vaxt baş vermədiyini bildirib (qərarın 2-ci paraqrafı).
Faktlarla bağlı heç bir mübahisə yöxdur, çünki Dogu Perinçek özü erməni soyqırımını inkar etdiyini qəbul edir. Buna görə də onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 261-ci maddəsinin təsiri altına düşür. Dogu Perinçek etiraf edir ki, kütləvi qətllər baş verib, amma o, bunu müharibə qanunları ilə əsaslandırır və bildirir ki, bu kütləvi qətllər həm ermənilər tərəfindən, həm də türklər tərəfindən törədilib. O həmçinin qəbul edir ki, Türk Osmanlı İmperiyası minlərlə ermənini Rusiya ilə sərhəddə yerləşən ərazilərdən indiki Suriya və İraq ərazisinə köçürüb, lakin bu köçürmələrin soyqırım xarakterini tamamilə inkar edir. O bildirir ki, bu köçürmələrin çoxu təhlükəsizlik xarakteri daşıyıb. O hətta iddia edib ki, Osmanlı qoşunları Osmanlı İmperiyası ilə Rusiya arasında baş verən münaqişədə erməniləri müdafiə edib. Bundan başqa, o, ictimai çıxışarında tez-tez ermənilərin, ən az onların bəzilərinin, xəyanətkar olduğunu və Osmanlı İmperiyasının qoşunlarına qarşı ruslarla müttəfiqlik etdiklərini bildirib. Təqsirləndirilən şəxsin sübut mənbəyi kimi məhkəməyə dəvət etdiyi tarixçilər müxtəlif dərəcədə onun fikirlərini müdafiə ediblər. Mülki tərəfin dəvət etdiyi tarixçilər isə onlarla qətiyyən razılaşmayıblar. Bu kontekstdə qeyd olunmalıdır ki, Dogu Perinçekin şərhlərinə cavab olaraq İsveçrə-Ermənistan Assosiasiyası 15 iyul 2005-ci il tarixdə ona qarşı şikayət edib. Assosiasiyanın mülki tərəf kimi iddialarına daha sonra baxılacaq.
Tərəflər kimi Məhkəmə də qəbul edir ki, nə qədər geniş həcmdə olmasından asılı olmayaraq, hər hansı kütləvi qətlin inkar edilməsi özü-özlüyündə Cinayət Məcəlləsinin 261-ci maddəsinin təsiri dairəsinə düşmür. Qanunun da qeyd etdiyi kimi, bu, məsələn, 9 dekabr 1948-ci il tarixli Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Beynəlxalq Konvensiya və Roma Müqaviləsinin 6-cı maddəsi ilə müəyyən edilən soyqırım cinayətinə tətbiq olunur. Müdafiə tərəfi öz arqumentlərində qeyd edib ki, Cinayət Məcəslləsinin 261-ci maddəsini qəbul edərkən Parlament sadəcə İkinci Dünya Müharibəsində yəhudilərə qarşı tətbiq olunan soyqırım cinayətini nəzərdə tutub. Müdafiə tərəfi onu da bildirib ki, 261-ci maddə ilə müdafiə oluna bilmək üçün iddia olunan soyqırım cinayəti mütləq beynəlxalq ədalət məhkəməsi tərəfindən tanınmış olmalıdır. Müdafiə tərəfi bildirib ki, erməni soyqırımı universal qaydada tanınmayıb, xüsusilə Türkiyə belə bir soyqırımı tanımayıb və müəyyən tarixçilər Dogu Perinçekin fikirlərini bölüşüblər. Son olaraq müdafiə tərəfi qeyd edib ki, birinci, vəziyyət qeyri-aydın olduğu üçün və ikinci, erməni soyqırımı beynəlxalq ədalət məhkəməsi tərəfindən tanınmadığı üçün Dogu Perinçekin erməni soyqırımını inkar etməsi Cinayət Məcəlləsinin 261-ci maddəsinin təsiri altına düşə bilməz. O, Məhkəmənin diqqətinə çatdırıb ki, Məhkəmə tarixçi kimi qəbul edilə bilməz və xüsusilə vurğulayıb ki, məhkəmə prosesi zəminində Məhkəmədən xahiş edib ki, neytral tarixçilərdən ibarət komitə təşkil edərək 1915-17-ci ildə baş vermiş kütləvi qırğınların soyqırım olub olmadığının araşdırılmasını təmin etsin.
Mülki tərəf və prokuror bu məsələni mübahisləndirərək bildirib ki, soyqırımın geniş şəkildə tanınması ilə bağlı yetərli və vacib şərait var və Məhkəmə bu beynəlxalq səviyyədə tanınmış faktı formal olaraq qeyd etməlidir. Məhkəmə özünü tarixçi kimi göstrəməli deyil. Məhkəmələr faktlar və qanunlar əsasında fəaliyyət göstərir. Mülki tərəf və prokuror hesab edir ki, erməni soyqırımı beynəlxalq ədalət məhkəməsi tərəfindən tanınıb-tanınmamasından asılı olmayaraq, geniş miqyasda tanınan faktdır. Tərəflər ən az bir məsələ ilə razılaşırlar ki, Məhkəmənin vəzifəsi tarix yazmaq deyil. Tərəflər kimi Məhkəmə də eynilə bu fikirdədir. Odur ki, sonda Məhkəməyə sübutlar təqdim edən tarixçilərin fikirlərinə və ya mülki tərəfin və prokurorun təqdim etdiyi maddi sübutlara istinad edilməzsə belə, qəbul edilən qərarda hər hansı boşluq olmayacaq.
Buna görə də ilk sual ondan ibarət olmalıdır ki, İsveçrənin cinayət qanunvericiliyində nəzərdə tutulan soyqırım yalnız beynəlxalq cinayət məhkəməsi tərəfindən tanınan soyqırım cinayətləri ilə məhdudlaşırmı. Bu suala cavab vermək üçün Məhkəmənin istifadə edə biləcəyi bir sıra üsullar var. Hərfi mənada şərh olunarsa, Cinayət Məcəlləsinin 261-ci maddəsi sadəcə soyqırım cinayətini nəzərdə tutur. Bu norma səciyyəvi olaraq məsələn, “beynəlxalq ədalət məhkəməsi tərəfindən tanınan soyqırımı” nəzərdə tutmur. Və ya sadəcə olaraq “erməni soyqırımı istisna olmaqla, yəhudi soyqırımına” şamil olunmanı nəzərdə tutmur. Bu, Parlamentin yol verdiyi səhvdirmi?
Məhkəmə üçün də çatımlı olan tarixi şərh bu sualın cavabını verir. Milli Şuranın Rəsmi Bülleteninə əsasən, qanunverici orqan açıq-aşkar şəkildə 9 dekabr 1947-ci il tarixli Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Beynəlxaq Konvensiyaya istinad edib və misal olaraq da kürdlərə və ermənilərə qarşı soyqırımı göstərib (BO/CN [Rəsmi Bülleten/Milli Şura] 1993, 1076-cı səhifə). Buna görə də tarixi nöqteyi nəzərdən, Parlament Cinayət Məcəlləsinin 261-ci maddəsini tərtib edərkən erməni soyqırımına misal kimi istinad edib (Kombi hesabat). Odur ki, qəbul edilməlidir ki, qanunverici orqan 261-ci maddəni tərtib edərkən sadəcə yəhudi soyqırımını nəzərdə tutmayıb.
Parlament açıq-aşkar erməni və kürd soyqırımlarına istinad edərək həm də gösətərmək istəyib ki, soyqırımın beynəlxalq ədalət məhkəməsi tərəfindən tanınması vacib şərt deyil. Qeyd edildiyi kimi, 1948-ci il tarixli Soyqırım Əleyhinə Konvensiyaya açıq-aşkar istinad edilib. Hüquq nəzəriyyəçiləri bu fikri müdafiə edirlər. Məsələn, Korboza görə (Bernard Korboz, Les infractions en droit Suisse, II cild, 304-cü səhifə), soyqırım baş vermiş olmalıdır. Bu fikirdən o qənaətə gəlmək olur ki, soyqırımın tanınması zəruri və yetərlidir və onun məhkəmə tərəfindən qəbul edilməsi üçün beynəlxalq məhkəmə və ya hər hansı digər ali qurum tərəfindən tanınması şərti zəruri deyil (buna misal olaraq beynəlxalq təcrübəyə sahib olan tarixçilərin kommissiyası göstrilə bilər). Treçselin soyqırımın inkar edilməsilə bağlı fikirlərinə görə (Stefan Treçsel, Kurzkommentar, maddə 261, №35), alman hüquq nəzəriyyəsi açıq şəkildə “Auşvitz yalanı”nı etiraf edir, lakin digər soyqırımın inkarı da Cinayət Məcəlləsinin 261-ci maddəsi ilə əhatə olunur.
Bu tezisdə Aleksandr Guyaz da eyni nəticəyə gəlir (Aleksandr Guyaz, L’incrimination de la discrimination raciale, tezis, Lazanna, 1996, 300-cü səhifə). Aşağıdakı çıxarışa istinad edilə bilər:
‘261-ci maddənin 4-cü bəndi insanlıq əleyhinə cinayətlərin inkarını Milli Sosialist rejim tərəfindən törədilən əməllərlə məhdudlaşdırmadığı üçün, burda cinayət qanunvericiliyi revizionizmə geniş şəkildə baxışı əks etdirir. Bu geniş yanaşma Milli Şura tərəfindən qəti şəkildə təsdiq olunub. Belə ki, Milli Şura ikinci oxunuşda fransız dilində olan mətnə dəyişiklik edərək spesifik “soyqırım” ifadəsini ümumi və ya geniş “soyqırım” ifadəsilə əvəz edib və bununla da bu normanı baş verə biləcək bütün soyqırımlara şamil edib’.
Odur ki, soyqırım hadisəsinin baş verməsi faktı həm vacib, həm də yetərlidir. Lakin bu soyqırım hadisəsi bilinməli və tanınmalıdır: Korboz baş vermiş soyqırıma istinad edir (Korboz, op. sit.).
O zaman bizim ölkədə mövcud olan durum nədir?
Isveçrəyə gəlincə, Məhkəmə qeyd edir ki, Milli Şura parlamentin soyqırımın tanınmasına dair (Buman tövsiyəsi) öhdəlik yaratmayan tövsiyəsini (postulat) təsdiq edib. Bu sənəd 16 dekabr 2003-cü ildə təsdiq olunub. Daha əvvəl də qeyd edildiyi kimi, erməni soyqırımı Cinayət Məcəlləsinin 261-ci maddəsi tərtib olunarkən əsas kimi nəzərə alınıb (Kombi hesabatı). Parlamentin tövsiyə sənədi Federal Şuranın məsləhətlərinin əleyhinə qəbul edilib. Federal Şura bu işin tarixçilərin öhdəsinə buraxılmasını məsləhət görüb. Lakin bu Federal Şura həmin qurumdur ki, 31 mart 1999-cu ildə Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya qəbul edilərkən aşkar şəkildə erməni soyqırımına istinad etmişdi ki, bu da soyqırımı cinayət əməli kimi tövsif edən Cinayət Məcəlləsinin 264-cü maddəsinin formalaşmasına əsas olmuşdu (Feuille fédérale[“FF” – Federal Bülleten], 1999, 4911-ci səhifədən başlayır). Lazanna Universiteti humanitar hüquqla bağlı dərc etdiyi materiallarında erməni soyqırımından misal kimi istifadə edib. Universitetin tarix kitabları erməni soyqırımı məsələsini müzakirə edir. Bu da qeyd olunmalıdır ki, Vaud və Cenevrə hökumətləri erməni soyqırımıni tanıyıb: Vaud Kantonu 5 iyul 2005-ci ildə tanıyıb və Cenevrə Respublikası və Kantonu 25 iyun 1998-ci ildə tanıyıb. Cenevrə Respublikası və Kantonunun o zamankı Prezidenti Miçelin Kalmi-Rey hazırda ölkənin Xarici İşlər Naziridir. Bu qısa baxış nəticəsində Məhkəmə belə qənaətə gəlir ki, İsveçrə ictimaiyyətinin rəyinə görə erməni soyqırımı baş vermiş tarixi faktdır. Federal Şuranın qeyri-sabit və ifrat ehtiyatlıliqla xarakterizə olunan hazırkı mövqeyi heç nəyi dəyişdirmir. Hökumətin xüsusi həssas məsələlərə cəlb olunmamağa üstünlük verməsini başa düşmək asandır. Bu işə beynəlxalq diqqətin ayrılması vacibdir.
Fransa da daxil olmaqla bizimlə eyni sərhəddi paylaşan ölkələrə baxsaq görərik ki, onlar erməni soyqırımını tanıyıblar. Sadəcə Fransanı nümunə götürək, Yves Ternon hesab edir ki, 29 yanvar 2001-ci il aktı yüzlərlə tarixçidən ibarət qrupun rəyinə əsaslanıb. Müdafiə tərəfin birinci siyahısının 15-ci bəndində Jan-Baptist Rakine özünün erməni soyqırımı haqqındakı kitabında qeyd edir ki, Dövlətlərin soyqırımı tanıması çox vaxt akademiklərin təşəbbüsünə cavab olaraq atılan addımdır. Ona görə də bu qərarlar ciddi qarşılanmalıdır, xüsusilə nəzərə almalıyıq ki, erməni soyqırımının tanınması nəticədə bir ölkənin Türkiyə ilə münasibətlərinə ciddi şəkildə təsir edə bilər.
Erməni soyqırımı həm də beynəlxalq qurumlar tərəfindən tanınıb. Qəbul edirik ki, bu, Birləşmiş Millətlərin diqqətini çox az cəlb edib. Bu hadisəyə ən ciddi şəkildə istinad edən sənəd Vitaker (Whitaker) hesabatıdır (Jan-Baptist Rackine, op sit., 73-cü səhifə, 96-cı bənd). Digər tərəfdən Avropa Parlamenti ilk dəfə 1981-ci ildə erməni məsələsini nəzərdən keçirməyə başladı. Jan-Baptist Rakinin fikirlərinə görə detallı şəkildə incələnən və sənədləşdirilən komitə məruzəçisinin hesabatında deyilir:
‘1915-17-ci illərdə Türkiyə ermənilərinin qurbanı olduğu hadisələr Birləşmiş Millətlər Təşkilatının Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasına əsasən soyqırım hesab edilməlidir.’
18 iyun 1987-ci ildə Avropa Parlamenti nəhayət erməni soyqırımını tanıyan nizamnamə qəbul etdi.
Bu soyqırım həmçinin Avropa Şurası tərəfindən tanınıb. Məlimat üçün qeyd edək ki, Avropa Şurasının 50-yə yaxın üzvü var. Bu təşkilat demokratik dəyərlərə və insan hüquqlarına xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi də Şuranın baş qərargahında, Strasburqda yerləşir və 1950-ci ildə qəbul edilmiş eyni adlı Konvensiyanın icrasına məsuldur (bütün bu məsələlərlə bağlı bax, Jan-Baptiste Rakine, op. sit. 66-cı səhifədən başlayaraq).
Odur ki, erməni soyqırımının tarixi bir fakt olduğunu etiraf etmək lazımdır.
İndi Dogu Perinçekin əməlində qəsd elementinin olub olmadığını müəyyən etmək lazımdır. Bunun üçün bu sualların cavbını axtarmaq lazımdır: O, yaxşı niyyətlə səhv etdiyinə inanırdımı, başqa sözlə o, üç tədbirdə çıxışı zamanı erməni soyqırımının mövcud olmadığını və bunun bir “beynəlxalq yalan” olduğunu söyləyərkən mövcud olduğundan əmin olduğu hadisəni danırdımı.
Dogu Perinçek istintaq zamanı etiraf edib ki, o, İsveçrənin də bir sıra digər ölkələr kimi erməni soyqırımını tanıdığı barədə məlumatlı olub. Bundan əlavə, o, beynəlxalq ictimaiyyətin bu hadisələri soyqırım hesab etdiyini bilməsəydi heç vaxt bunu “beynəlxalq yalan” adlandırmazdı. O hətta bildirib ki, İsveçrə qanunvericiliyinin konstitusiyaya zidd olduğunu hesab edir.
Təqsirləndirilən şəxs hüquq elmləri doktorudur. O, özünü yazıçı və tarixçi kimi təqdim edir. Onunla razılaşmayanların arqumentləri barədə məlumatlıdır. O sadəcə onların dediklərini qulaq ardına vurmaq və erməni soyqırımının heç vaxt baş vermədiyini elan etmək yolunu seçib. Ona görə də Dogu Perinçek soyqırımın heç vaxt baş vermədiyini iddia edə və ya buna inana bilməz. Bundan əlavə, Prokurorun da öz çıxışında qeyd etdiyi kimi, Dogu Perinçek rəsmi olaraq bildirib ki, hətta neytral panel bir gün erməni soyqırımının baş verdiyini bildirsə belə o, öz mövqeyini heç vaxt dəyişməyəcək. Heç bir şübhəsiz belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxs üçün soyqırımın inkar edilməsi inam məsələsi deyil, nəticə etibarı ilə fərqli milliyyətçi şüardır.
Bu məsələdə irqçi motivin olması ilə bağlı hüquq nəzəriyyəsi yekdildir. Aydındır ki, Dogu Perinçekin motivi irqçi və milliyyətçi xarakterlidir. Bu, tarixi müzakirələrdən çox uzaq bir yanaşmadır. İttiham tərəfin də qeyd etdiyi kimi, Dogu Perinçek imperialist qüvvələrdən söz edərək Türkiyənin gücünü azaltmağa çalışır. Baş vermiş kütləvi qırğını əsaslandırmaq üçün o, müharibə qanunlarına istinad edir. Dogu Perinçek erməniləri türklərin təcavüzkarı kimi təsvir edir. O, tarixdə iki qardaşı ilə birlikdə erməni soyqırımının təşəbbüskarı, təhrikçisi və əsas hücum edən qüvvəsi hesab edilən Talaat Paşanın pərəstişkarıdır və təqsirləndirlən şəxs həm də hansısa anonim komitənin üzvüdür.
Dogu Perinçekin əməli Cinayət Məcəlləsinin 261-ci maddəsi ilə tələb olunan subyektiv və obyektiv şərtlərə cavab verir.
O, irqi ayrı-seçklikdə təqsirli bilinməlidir.
III. Cəza
Dogu Perinçek ziyalı və təhsilli bir insandır və xüsusilə də buna görə onun inadkarlığını başa düşmək çətindir. O təxribatçıdır. O, xüsusilə məhkəməyə və İsveçrə qanunlarına qarşı çox təkəbbürlü davranıb. Onun hərəkətləri hər hansı yüngüllşədirici hala şərait yaratmır. Bu işdə bir neçə cinayət əməli var, çünki təqsirləndirilən şəxs üç fərqli yerdə keçirilən üç tədbirdə ermənilərə qarşı ayrı-seçkilik edərək onların faciəsini inkar edib. Onun əməlləri təşviqat xarakterlidir. “Beynəlxalq yalan” kimi ifadələri xüsusilə təhlükəlidir. Bu şərtlər altında Məhkəmə ittiham tərəflə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsin 90 günlük həbs cəzasına məhkum edilməsi onun əməlinə uyğun cəzadır.
Bununla bağlı Prokuror təklif edir ki, bir günlük cərimə 100.00 İsveçrə frankı məbləğində hesablansın. Şəxsi həyatı ilə bağlı məlumatlarda qeyd edilib ki, Dogu Perinçekin maddi vəziyyəti yaxşıdır. 3.000.00 İsveçrə frankı Türkiyə üçün şübhəsiz ki, kifayət qədər yaxşı gəlirdir. Təqsirləndirilən şəxs müdafiəsini özü seçdiyi müdafiəçiyə etibar edib. O, Türkiyədən İsveçrəyə gəlib və məhkəmə prosesinin keçirildiyi bir neçə gün ərzində Beau-Rovage Palace otelində qalıb (61-ci səhifə). Bütün bunlar müəyyən dərəcədə zənginlikdən xəbər verir və təklif olunan 100.00 İsveçrə frankı qətiyyən böyük məbləğ hesab edilmir.
Əvvəl də qeyd edildiyi kimi, qanuna əsasən, Məhkəmə Dogu Perençekin gələcəkdəki əməlini yüngülləşdirici formada qiymətləndirə bilməzdi. Bu günlərdə hər hansı xüsusi ağırlaşdırıcı hallar olmadıqda həbsin təxirə salınması halı rast gəlinən normadır ki, bu işdə belə bir hal mövcud deyil. Dogu Perinçek bizim ölkəmizdə əcnəbidir. O, öz ölkəsinə qayıdacaq. Ona Məhkəmə tərəfindən xəbərdarlıq edilib ki, əgər erməni soyqırımını inkar etməyə davam edərsə, başqa cinayət istintaqına məruz qala bilər və növbəti ittihamdan sonra böyük ehtimalla onun təxirə salınmış həbs cəzasının qüvvəyə minməsi riskini yarada bilər. Məhkəmə hesab edir ki, bu hədə təqsirləndirilən şəxsi təkrar həmin əməli törətməkdən çəkindirmək üçün yetərlidir və odur ki, ödənilməsi tələb olunan cərimə təxirə salınan həbs cəzası ilə müşahidə ediləcək. Ciddi təxirəsalınmaz cəza olaraq onun 30 günlük həbs cəzasına ekvivalent olaraq 3.000 İsveçrə frankı məbləğində cərimə ödəməsi tələb olunur.
IV. Mülki hüquqa dair iddialar və xərclər
İsveçrə-Erməni Assosiasiyası öz vəkili vasitəsilə mənəvi ziyana görə 10.000 İsveçrə frankı və cinayət prosesilə bağlı çəkilən maddi xərclər üçün də eyni məbləğdə kompensasiya ödənilməsini tələb edir. Öz daxili nizamnaməsinə görə və qanunvericiliyə əsasən (Öhdəlik Məcəlləsinin 49-cu maddəsi), İsveçrə-Erməni Assosiasiyası mənəvi ziyana görə kompensasiya tələb edə bilər. Lakin belə bir məsələ ilə bağlı assosiasiya üçün kompensasiya müəyyən etmək çətindir, çünki hüquqi şəxslər təyinatına görə hisslərdən məhrumdurlar. Buna görə də Məhkəmə 1.000 İsveçrə frankı məbləğində kompensasiya müəyyən edir.
İş kifayət qədər mürəkkəb olduğu üçün vəkilin cəlb olunmasına əsas var idi. Bu peşəkar vəkilin gördüyü işin həcmini nəzərə alaraq, Məhkəmə mülki tərəfi 10.000 İsveçrə frankı məbləğində kompensasiya ilə mükafatlandıraraq vəkilin xərclərinin ödənilməsinə şərait yaradır. Assosiasiyanın nümayəndəsi olan Sarkis Shahinyana bu məbləğin şəxsən birbaşa ödənilməsi münasib hesab olunmur.
Dogu Perinçek işin bütün xərclərini qarşılayacaq.”
23. Ərizəçi qərardan apellyasiya şikayəti verərək ona yenidən baxılması və 1915-ci il və ondan sonrakı illərdə baş vermiş hadisələrlə bağlı tarixçilərin mövqeyinin müəyyən edilməsi üçün əlavə istintaq tədbirlərinin aparılmasını xahiş edib. İsveçrə-Erməni Assosiasiyası da apellyasiya şikayəti verib, lakin sonradan şikayətini geri götürüb.
24. 13 iyun 2007-ci il tarixdə Vaud Kantonu Məhkəməsinin Cinayət Kassasiyası Şöbəsi şikayəti aşağıdakı əsaslarla rədd edib:
“... C. Dogu Perinçek ilkin qərardan lazımi qaydada şikayət verib. O, əsas müraciətində qərarın etibarsızlığını əsas gətirərək, tarixçilərin erməni məsələsinə dair tədqiqatlarının və mövqelərinin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi üçün əlavə istintaq tədbirlərinin həyata keçirilməsini xahiş edib. Alternativ olaraq, o, adi qaydada apellyasiya qaydasında şikayət edərək qərarın dəyişdirilməsini və Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi altında ona tətbiq olunmuş irqi ayrı-seçkilik ittihamının ləğv edilməsini, onun xərclərdən azad edilməsini və onu şikayətçiyə və mülki tərəfə kompensasiya ödəmək və digər xərcləri qarşılamaq öhdəliyindən azad etməyi xahiş edib.
İsveçrə-Erməni Assosiasiyası da apellyasiya şikayəti verib, daha sonra bu şikayəti geri götürüb və indi memorial təqdim edib.
Hüquqi məsələlər
1. Ərizəçi həm etibarsılıq əsaslarıyla, həm də adi qaydada apellyasiya şikayəti verdiyi üçün Kassasiya Məhkəməsi şikayətlərə, onların xarakteri və əhatə etdikləri problemlərdən asılı olaraq, hansı ardıcıllıqla baxılmasını müəyyən etməlidir (Bersier, Le recours à la Cour de cassation pénale du Tribunal cantonal en procédure vaudoise, JT 1996 III 66-cı səhifədən başlayaraq, xüsusilə 106-cə səhifədən sonra və istinadlar göstərilib; Besse-Matile və Abravanel, Aperçu de jurisprudence sur les voies de recours à la Cour de cassation pénale du Tribunal cantonal vaudois, JT 1989 III 98-ci səhifədən başlayaraq, xüsusilə 99-cu səhifə və istinadlar göstərilib).
Etibarsızlıqla bağlı şikayətini müdafiə etmək üçün ərizəçi Cinayət Prosessual Məcəlləsinin 411-ci maddəsinin (f), (g), (h) və (i) bəndlərinin pozulduğunu iddia edir. Bu norma etibarsızlıq əsasları ilə bağlıdır və qeyd edir ki, qərara təsir etmiş və ya təsir edə biləcək qanunsuzluq aşkar edilərsə, o zaman qərar etibarsız sayılır (Bersier, op. sit., 78-ci səhifə). Təcrübədə etibarsızlıq əsasları araşdırılmadan öncə apellyasiya şikayətinin adi halları araşdırılmalıdır (Bovay, Dupuis, Moreillon, Piguet, Procédure pénale vaudoise, Code annoté, Lazanna 2004, № 1.4. ad 411-ci maddə).
Etibarsızlıqla bağlı şikayətçinin şikayəti əsasən faktiki məsələlərlə bağlıdır və ona yalnız hüquqi nəticəyə təsir etdiyi təqdirdə baxılmalıdır. Bu işdə Məhkəmə ilk olaraq adi əsaslarla qaldırılmış şikayətə, yəni Cinayət Məcəlləsinin 261-ci maddəsinin məna və məzmununa dair şikyətə baxmalı və bu kontekstdə aşağı instansiya məhkəməsinin istisna qaydada tarixi qərar qəbul edib edə bilməməsini müəyyən etməlidir (bax, Chaiks və Bertossa, La répression de la discrimination raciale: Loi d’exception? SJ 2002 177-ci səhifədən başlayaraq, xüsusilə 184-cü səhifə).
I Adi qaydada apellyasiya şikayəti
2. (a) Şikayətçi birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 261-ci maddəsinin tətbiqindən şikayət edir. O qeyd edir ki, 261-ci maddəni tətbiq etməzdən öncə məhkəmələr tarixçi qismində çıxış edərək erməni soyqırımının baş verib verməməsini müəyyən etməlidir. O hesab edir ki, belə bir soyqırım baş verməyib. Buna görə də o, belə qənaətdədir ki, bu məsələdə Məhkəmə soyqırım anlayışını və 261-ci maddənin məzmununu yanlış tövsif edib.
(b) Cinayət Məcəlləsinin 261-ci maddəsi, ictimai şəkildə bir və ya bir qrup şəxsi irqinə, etnik mənsubiyyətinə və ya dininə görə ayrı-seçkiliyə məruz qoyan və ya ona/onlara qara yaxaraq ləyaqətini sözlər, yazılı materiallar, şəkillər, jestlər, aqressiv hərəkətlər və ya digər vasitələrlə alçaldan və ya hər hansı şəxs tərəfindən eyni əsaslarla soyqırım və ya insanlıq əleyhinə cinayətləri inkar edən, bu cür cinayətlərin əhəmiyyətini ciddi şəkildə azaldan və ya əsaslandıran əməli nəzərdə tutur.
Cinayət Məcəlləsinin 261-ci maddəsi, 21 dekabr 1965-ci il tarixli İrqi Ayrı-seçkiliyin Bütün Növlərinin Qadağan olunması haqqında Beynəlxalq Konvensiya (CERD) İsveçrə tərəfindən imzalandıqdan sonra meydana gələn öhdəlikləri yerli qanunvericilikdə əks etdirir. Adı çəkilən Konvensiya İsveçrədə 29 dekabr 1994-cü il tarixdə qüvvəyə minib (RS [Recueil systématique – Federal Qanunun İcmalı] 0.104; Favre, Pellet, Stoudmann, Code pénal annoté, 2-ci redaktə, Lausanne 2004, № 1.1. ad Cinayət Məcəlləsinin 261-ci maddəsi). Cinayət Məcəlləsinin 261-ci maddəsinin konvensiyaya əsaslanması beynəlxalq müqavilələrin yerli qanunvericiliyə daxil edilməsi barədə müasir tendensiyaya əsaslanır. Lakin irqçilik əleyhinə qanunvericiliyi fərqləndirən fakt ondan ibarətdir ki, milli parlament hesab edib ki, soyqırım və insanlıq əleyhinə olan digər cinayətlərlə bağlı işlərdə qanun CERD tərəfindən müəyyən edilən minimum standardların hüdudundan kənara çıxmalıdır (Chaiks və Bertossa, op. sit., xüsusilə 179-cu səhifə).
(c) Souqırımın anlayışı Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən edilib. Cinayət Məcəlləsinin 261-ci maddəsini tətbiq edərkən Məhkəmələr 9 dekabr 1948-ci il tarixli Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya əsaslanan bu anlayışa istinad etməlidirlər. Lakin onların vəzifəsi sözügedən soyqırımı deyil, onu inkar edən şəxsi mühakimə etməkdir (Chaiks və Bertossa, op. sit., xüsusilə 183-cü səhifə).
Soyqırımın anlayışına gəlincə, bir sıra müəlliflər qeyd edirlər ki, Federal Hökumətin memorandumu sadəcə ikinci dünya müharibəsi zamanı yəhudilərə qarşı tətbiq edilən soyqırımı nəzərdə tutur (FF 1992 III 308; Chaiks və Bertossa, op. sit., xüsusilə 183-cü səhifə). Lakin Parlament revizionizm anlayışını Cinayət Məcəlləsinin 261-ci maddəsinə açıq-aşkar daha geniş mənada daxil edib ki, bu da sadəcə Milli-Sosialist rejim tərəfindən törədilən insanlıq əleyhinə cinayətlərlə məhdudlaşmır. Bu geniş məzmun qəti şəkildə Milli Şura tərəfindən təsdiqlənib və ikinci oxunuşda Fransız dilində mətnə düzəliş edilərək “xüsusi qaydada soyqırım” kəlməsi “ümumi qaydada soyqırım” sözü ilə əvəz edilib (Guyaz, L’incrimination de la discrimination raciale, tezis 1996, 300-cü səhifə). Parlament bu dəyişikliyi əsaslandıraraq bildirib ki, qanunvericilik baş vermiş bütün soyqırımlara tətbiq olunmalıdır və bu zaman erməni soyqırımını misal gətirib (BO/CN 1993, 1076-cı səhifə).
Odur ki, tarix nöqteyi nəzərindən Parlament Cinayət Məcəlləsinin 261-ci maddəsini sadəcə yəhudilərin soyqırımı ilə məhdudlaşdırmayıb. Sözlərə dəyişiklik etməklə Parlament göstərib ki, bu norma bütün soyqırımlara, xüsusilə erməni soyqırımına tətbiq olunmalıdır.
Buna görə də erməni soyqırımı məsələsində məhkəmələrdən tarixçilərin bu cinayətin baş verdiyini bildirən etiraflarına istinad etmək tələb olunmur, çünki bu hadisə qanunvericiliklə əhatə olunub və qanunvericiliyi qəbul edənlər ikinci dünya müharibəsində yəhudilərə qarşı törədilən soyqırımla yanaşı erməni soyqırımını da nəzərdə tutublar. Odur ki, erməni soyqırımı baş vermiş fakt kimi tanınmalıdır.
(d) Bu işdə aşağı instansiya məhkəməsi açıq şəkildə qeyd edib ki, baxmayaraq ki, İsveçrədə və xaricdə fəaliyyət göstrərən institutların bu mövzu ilə bağlı ümumi rəyini müəyyən etmək üçün məhkəmə tarixə müraciət edib o, tarixçi qismində çıxış etməyib. Məhkəmənin bunu etməsinə ehtiyac olmayıb çünki önəmli olan Parlamentin iradəsidir və o da hazırlıq müzakirələrində qeyd edib ki, Cinayət Məcəlləsinin 261-ci maddəsi erməni soyqırımına şamil edilir. Buna görə də şikayətçinin Federal Şuranın memorandumuna (FF 1992 III 308) istinad edərək Cinayət Məcəlləsinin 261-ci maddəsinin erməni soyqırımına şamil edilmədiyini iddia etməsi yanlışdır. Federal Məhkəmənin presedentləri də əsaslı hesab edilmir ona görə ki, bu günədək soyqırımla bağlı məsələlər İkinci Dünya Müharibəsində soyqırıma məruz qalan yəhudiləri əhatə edib və ona dair revizonizmlə bağlı olub.
Son araşdırmalarda erməni soyqırımının Parlament tərəfindən baş vermiş bir fakt kimi etiraf edilməsi nəzərə alınaraq, bu iş üçün əlavə istintaqın həyata keçirilməsi və soyqırımın baş verib vermədiyini müəyyən etmək üçün tarixi yanaşmanın araşdırılması üçün hər hansı müstəsna səbəb yoxdur.
Soyqırımın mənası və məzmununa əsaslanan apellyasiya şikayəti əsassız sayılaraq rədd edilməlidir.
3. (a) Cinayət Məcəlləsinin 261-ci maddəsi ilə tövsif edilə bilmək üçün əməl qəsdən törədilməli və nifrət və ya ayrı-seçkilik motivini əks etdirməlidir; Ehtiyatsızlıq nümayiş etdirmək yetərli hesab olunur (ATF 124 IV 125 2b bəndi, 123 IV 210 4c bəndi). Korboz hesab edir ki, ayrı-seçkilik tələbi ciddi şəkildə tövsif olunmalıdır: əməl digər irqin, etnik qrupun və ya dinin nümayəndələrinə nifrət edən cinayətkarın ruhi vəziyyətini əks etdirməlidir. 261-ci maddə qərəzli və ya irqi ayrı-seçkiliklə bağlı obyektiv akademik araşdırmalara və ya ciddi siyasi debatlara tətbiq olunmamalıdır (Korboz, Les infractions de droit suisse, II cild, Bern 2002, Cinayət Məcəlləsinin 261-ci mddəsinə dair 37-ci qeyd).
(b) Bu işdə ərizəçi öz mövqeyini əsaslandırarkən tarixçilərin müzakirələrinə nümunə kimi istinad edir ki, bu müzakirələr də ifadə azadlığını zəruri edir. O həm də bildirir ki, ermənilərin qırğına məruz qaldığını və deportasiya edildiyini mübahisələndirmir, bunu müharibə qanunları ilə əsaslandırır və sadəcə olaraq sözügedən hadisənin soyqırım olduğunu inkar edir.
Bu arqument əməlin subyektiv cəhətilə bağlıdır, amma şikayətçi soyqırımı “beynəlxalq yalan” adlandıraraq bu faktı təhrif edib və aşağı instansiya məhkəməsi də bunu xüsusilə təhlükəli hesab edib. Bununla bağlı qeyd olunmalıdır ki, sözügedən bəyanatlar ictimai görüşlərdə ciddi milliyyətçi xarakterli şüarlarla səsləndirilib və bunun irqçi xarakter daşımayan ciddi tarixi müzakirələrlə əlaqəsi yoxdur. Özünü yazıçı və tarixçi adlandıran təqsirləndirilən şəxs bu məsələ ilə bağlı əks tərəfin arqumentlərini rədd edib və erməni soyqırımının heç vaxt baş vermədiyini elan edib. Bu məsələnin geniş şəkildə qəbul edildiyindən xəbərdar olan şikayətçi sadəcə olaraq tarixi deyil, siyasi çıxışlar edib və özünün də qeyd etdiyi kimi bu bəyanatların 1923-cü il Lazanna Müqaviləsinə həsr olunmuş tədbirdə səsləndirilməsi də təsadüf deyil. Buna görə də bu Məhkəmə aşağı instansiya məhkəməsinin şikayətçinin motivinin irqçı və milliyyətçi xarakterli olması ilə bağlı qərarı ilə razılaşır.
Son araşdırmalara əsasən, sadəcə onun soyqırım ifadəsini rədd etməsinə qarşı deyil, həm də bunun necə ifadə olunmasına və əlaqəli mətnlərə necə istinad edilməsinə etiraz olunur ki, bunlar da Dogu Perinçekin açıq-aşkar şəkildə və qəsdən, baş vermiş tarixi faktı, yəni erməni soyqırımını danmasını və bunu bir neçə tədbirdə etməsini, üstəlik də öz fikirlərini heç bir şəkildə dəyişməyə meyl göstərməməsini əks etdirir.
Bu əsasla edilmiş apellyasiya şikayəti rədd edilir.
4. (a) Ərizəçi mənəvi ziyana görə kompensasiya ödəməyə dair hər hansı öhdəlikdən azad edilməyi xahiş edir.
(b) Öhdəlik Məcəlləsinin 49-cu maddəsinə görə, şəxsi həyatla bağlı hüquqları qanunsuz olaraq pozulan hər hansı şəxs mənəvi ziyana görə kompensasiya iddiası ilə müraciət edə bilər və əgər ciddi pozuntu aşkarlanarsa və pozuntuya yol verən şəxsin alternativ formada əvəzi təmin etmədiyi əsaslandırılarsa bu iddia təmin oluna bilər. Bu maddəyə əsasən, pozuntu səbəb olduğu əzabın müddəti və intensivliyi baxımından şəxsin normal vəziyyətdə dözə biləcəyi həddi aşmalıdır (Büçer, Personnes physiques et protection de la personnalité, 4-cü redaktə, Basel, Cenevrə, Münix 1999, № 603, p. 141; Tercier. op. sit., № 2047-dən başlayaraq, 270-ci səhifədən başlayaraq; Deşenauks və Tercier, op. sit., № 24-dən başlayaraq, 93-cü səhifə). Komepnsasiyanın məbləği əsasən pozuntunun ciddiliyindən asılıdır – və ya daha dəqiq desək, pozuntunun səbəb olduğu fiziki və ya psixoloji ağrının kəskinliyindən asılıdır – və bu, mənəvi ziyanı əhəmiyyətli dərəcədə azaldacaq məbləğdə olmalıdır (ATF 125 III 269, 2a bəndi: ATF118 II 410, 2a bəndi).
Kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin ixtiyarındadır. Xarakterinə görə mənəvi ziyana görə kompensasiyanı sadəcə pul məbləğiylə müəyyən etmək çox çətindir və müəyyən edilən məbləğin müəyyən həddi aşmadığını təmin etmək üçün riyazi kriteriyalara istinad edilməsi mümkün deyil; lakin müəyyən edilən kompensasiya ədalətli məbləğdə olmalıdır. Buna görə də müvafiq məhkəmə əmin olmalıdır ki, müəyyən edilən məbləğ vurulan ziyanın şərtliyinin dərəcəsi ilə uzlaşır və bu məbləğ qurban üçün az deyil (ATF 125 III 269, daha əvvəl qeyd edilib; ATF [118]II 410, daha əvvəl qeyd edilib).
Mənəvi ziyana görə kompensasiyanın həddi federal qanunla tənzimlənir və buna görə də bu Məhkəmə onu müəyyən etmək səlahiyyətinə malikdir (Cinayət Prosessual Məcəlləsinin 415-ci maddəsinin 1 və 3-cü bəndləri 447-ci maddənin 1-ci bəndi). Nəticə əhəmiyyətli şəkildə şəraitin araşdırılması ilə bağlı olduğu üçün apellyasiya məhkəməsi xüsusi ehtiyatlılıqla müdaxilə etməlidir, xüsusilə aşağı instansiya məhkəməsi qərar qəbul edərkən tətbiq edilən normayla əlaqəli olmayan hallara istinad edirsə və aidiyyatı olan məlumatı nəzərə almırsa və ya açıq-aşkar şəkildə aşağı və ya yuxarı məbləğdə kompensasiya təyin edirsə belə müdaxiləyə ehtiyac yaranır (ATF 126 III 269, yuxarıda istinad olunub; ATF 118 II [410], yuxarıda istinad olunub). Lakin bu, ədalət məsələsi olduğu üçün - sözün ciddi mənasında məhkəmənin səlahiyyəti məsələsi deyil, əks halda məhkəmənin səlahiyyətini aşması məsələsinə baxmasını məhdudlaşdırardı – apellyasiya məhkəməsi təyin edilən kompensasiya məbləğinin pozuntunun ciddiliyini nəzərə alıb almadığını və ya qurbanın məruz qaldığı mənəvi ziyanın intensivliyinə qeyri-proporsional olub olmadığını müəyyən etməkdə azaddır (ATF 125 III 269, yuxarıda istinad edilib; ATF 123 III 10, 4c/aa bəndi; ATF 118 II [410], yuxarıda istinad olunub).
(c) Bu işdə şikayətçi irqi ayrı-seçkilikdə təqsirli bilinib və bununla bağlı mülki öhdəlik daşıyır.
Aşağı instansiya məhkəməsi hesab edib ki, assosiasiyaya mənəvi ziyana görə 10.000 İsveçrə frankı məbləğində kompensasiya təyin etmək çətindir, çünki hüquqi şəxslər təyinatına görə hisslərdən məhrum sayılırlar. Buna görə də aşağı instansiya məhkəməsi şikayətçinin iddia etdiyi məbləği azaldıb və ona simvolik olaraq 1.000 İsveçrə frankı məbləğində kompensasiya təyin edib. Bu araşdırma qeyri-qanuni sayılmır və təyin olunan məbləğ ağlabatan hesab edilir.
Bu əsasla qaldırılan apellyasiya şikayəti və adi qaydada qaldırılan bütün apellyasiya şikayəti əsassız hesab edilərək rədd edilir.
5. (a) Şikayətçi cinayət işilə bağlı xərcləri ödəməkdən azad edilməyi xahiş edir.
(b) Şikayətçi qanuna əsasən mülki tərəfdir (Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsi). Mülki tərəflərin Cinayət Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən iddia etdiyi xərclər həmin Məcəllənin 163-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan prinsip əsasında təmin edilir. Adı çəkilən prinsip xərclərə aid qaydaların analogiya əsasında tətbiqini nəzərdə tutur.
Xərclərlə bağlı hüquq kanton prosessual qanunvericiliyində əks olunur. Presidentə əsasən, prinsip etibarı ilə yalnız təqsrləndirilən şəxsə cəza verildikdə və ya onun üzərinə dəyən ziyanın əvəzini ödəmək öhdəliyi qoyulduqda mülki tərəflərə xərclər ödənilir (JT 1961 III 9). Aşağı instansiya məhkəməsinin mülki tərəfə ödəniləcək xərclərin məbləğini müəyyən etmək səlahiyyəti var və Kassasiya Məhkəməsi bu qərara yalnız qanunvericilik yanlış tətbiq edildikdə və ya səlahiyyətdən düzgün istifadə edilmədikdə, xüsusilə də ödənilən xərcin məbləğilə bağlı səlahiyyətdən yanlış istifadə edildikdə müdaxilə edə bilər (JT 1965 III 81).
(c) Hazırkı işdə iş materiallarının araşdırılması cinayət işilə bağlı xərclərin ödənilməsində bütün zəruri şərtlərə cavab verildiyini göstərir. Aşağı instansiya məhkəməsi qeyd edib ki, iş kifayət qədər mürəkkəb olduğundan vəkilin iştirakı əsaslı olub və İsveçrə-Erməni Assosiasiyasına cinayət işinə çəkilən xərclərə görə 10.000 İsveçrə frankı məbləğində kompensasiya müəyyən edib. Vəkil tərəfindən görülən işin həcminə nəzər saldıqda görünür ki, məhkəmə səlahiyyət həddini aşmayıb.
Bu əsasla və qanunla bağlı edilən bütün apellyasiya şikayəti əsassız hesab edilərək rədd edilir.
II. Etibarsızlıqla bağlı qaldırılan apellyasiya şikayəti
1. Cinayət Prosessual Məcəlləsinin 411-ci maddəsinin (f), (g) və (i) bəndlərinin pozulduğunu iddia edən şikayətçi hesab edir ki, qərar qeyri-adekvat faktiki əsaslara əsaslanıb, çünki məhkəmə təqdim olunan sənədləri və müəyyən tarixçilərin ifadələrini nəzərə almayıb. O həmçinin qeyd edir ki, işin faktlarına dair şübhələr olub və ya erməni qırğınına dair müəyyən tarixi işlərə istinad edilməsilə bağlı sübutların araşdırılmasında qanunsuzluqlara yol verilib. Son olaraq şikayətçi etibarsızlıqla bağlı qaldırdığı apellyasiya şikayətini əsaslandıraraq bildirir ki, məhkəmə, soyqırım ifadəsinin isitifadə edilib edilə bilməməsini müəyyən etmək məqsədilə 1915-ci ildə ermənilərin vəziyyətini əks etdirən sənədləri və məlumatları əldə etmək üçün əlavə istintaq tədbirlərinin həyata keçirilməsinə dair müraciəti rədd edib.
Bu əsaslarla şikayət rədd edilməlidir, çünki onlar faktlarla bağlıdır və onun həlli qərara təsir etməyəcək (Bersier, op. sit., 78-ci səhifə). Erməni məsələsilə bağlı məhkəmələrin tarixçi qismində çıxış etməsinə ehtiyac yoxdur, çünki parlamentin müzakirələri göstərir ki, bu soyqırım hadisəsi baş verib (bax, yuxarıda 2-ci bəndin “c” yarımbəndi).
Etibarsızlıqla bağlı apellyasiya şikayəti əsassız hesab olunaraq rədd edilməlidir.
2. Son araşdırmaların nəticəsi olaraq, həm etibarsızliqla bağlı qaldırılan apellyasiya şikayəti və həm də adi qaydada qaldırılan apellyasiya şikayəti əsassız hesab olunur. Və buna görə də bütünlüklə rədd edilməlidir.
Apellyasiya şikayətinin nəticələrinə gəldikdə, şikayətçi ikinci instansiyanın xərclərini ödəməlidir.”
25. Ərizəçi bu qərardan İsveçrə Federal Məhkəməsinə şikayət edərək qərarın təxirə salınmasını və onun bütün ittihamlardan və mülki öhdəlikdən azad edilməsini xahiş edib. Mahiyyət etibarı ilə o, şikayətində bildirib ki, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin tətbiq olunması üçün və onun hüquqlarının iddia olunan pozuntularının araşdırılması üçün kanton məhkəməsi 1915-ci il və ondan sonrakı illərdə baş vermiş hadisələrin soyqırım kimi təsnif edilməsinə işin faktiki hallarının imkan verib vermədiyini müəyyən etmək üçün kifayət qədər araşdırma aparmayıb.
26. İsveçrə Federal Məhkəməsi 12 dekabr 2007-ci il tarixli qərarla (6B_398/2007) şikayəti aşağıdakı əsaslarla rədd edib:
“3.1. Cinayət Məcəslləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi irqi, etnik və ya dini əsaslarla bir və ya bir qrup şəxsi ictimai şəkildə ayrı-seçkiliyə məruz qoyan və ya onlara qara yaxan və bununla da sözlərlə, yazılı materiallarla, şəkillərlə, jestlərlə, aqressiv hərəkətlərlə həmin şəxs və şəxslərin ləyaqətini alçaldan və ya eyni əsaslarla soyqırım və insanlıq əleyhinə başqa cinayətlərin ciddiyyətini azaldan və ya bu cinayəti əsaslandıran şəxslər üçün cəza nəzərdə tutur. İlkin hərfi və qrammatik yanaşma göstərir ki, qanunun dili (ümumi mənada “soyqırım” ifadəsindən istifadə etməklə) hər hansı spesifik tarixi hadisəyə istinad etmir. Buna görə də qanun Nazi rejimindən başqa törədilən soyqırım cinayətlərini istisna etmir; qanun həmçinin cinayət qanunvericiliyi ilə erməni soyqırımının inkarını açıq-aşkar ayrı-seçkilik əməli kimi də təsnifləndirmir.
3.2. Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi, İsveçrə 21 dekabr 1965-ci il tarixli İrqi Ayrı-Seçkiliyin Bütün Növlərinin Qadağan Olunması haqqında Beynəlxalq Konvensiyaya qoşulduqdan sonra qəbul edilib [Recueil systématique – Federal Qanunvericiliyin İcmalı]. Federal Şuranın təklif etdiyi ilkin mətnin sözləri spesifik olaraq soyqırımın inkar edilməsinə istinad etmirdi (bax, FF1992 III 326). Revizionizm cinayəti və ya Holokostun inkarı Cinayət Məcəlləsinin 261-ci maddəsi tərtib edilərkən onun 2-ci bəndinin 4-cü yarımbəndində yer alan xəstə şəxsin xatirəsinin təhqirini nəzərdə tutan normanın tərkibinə daxil edilməsi nəzərdə tutulmuşdu (İsveçrənin İrqi Ayrı-Seçkiliyin Bütün Növlərinin Qadağan edilməsi haqqında 1965-ci il tarixli Beynəlxalq Konvensiyaya qoşulmasına dair Federal Şuranın 2 mart 1992-ci il tarixli Memorandumu və cinayət qanunvericiliyinin buna müvafiq tərtib edilən yeni versiyası; FF 1992 III 265-dən başlayaraq, xüsusilə 308-dən başlayaraq). Memorandum 1915-ci il hadisələrinə xüsusi olaraq istinad etmir.
Parlamentdə keçirilən müzakirələr zamanı Milli Şuranın Hüquq Məsələləri Komitəsi Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin mətninə aşağıdakıları əlavə etməyi təklif edib: “və ya eyni əsaslarla soyqırım və ya insanlıq əleyhinə digər cinayətlərin ciddiyyətini azaldan və ya onu əsaslandıran şəxs” ... Komitənin fransız dilli məruzəçisi, Milli Müşavir Kombi izah edib ki, alman və fransız dillərində olan versiyalar arasında uyğunsuzluq var və soyqırım ifadəsi sadəcə Holokostu deyil, hər hansı soyqırım cinayətini nəzərdə tutur (BO/CN 1992 II 2675-ci səhifədən başlayaraq). Buna baxmayaraq, Milli Şura Komitənin təklif etdiyi mətni olduğu kimi qəbul edib (BO/CN 1992 II 2676). Ştatların Şurasından öncə sonuncuların Hüquq Məsələləri Komitəsinin Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin Milli Şura tərəfindən təsdiq olunan mətninin olduğu kimi saxlanmasına dair təklifi cənab Küçlerin təkilifinin əksinə olub, lakin “və ya eyni əsaslarla soyqırım və ya insanlıq əleyhinə digər cinayətlərin ciddiyyətini azaldan və ya onu əsaslandıran şəxs” ifadəsini mübahisələndirməyib (BO/CE [Rəsmi Bülleten/Ştatların Şurası] 1993 96; bu təklifin məzmununa gəlincə, ATF-ə bax [İsveçrə Federal Məhkəməsinin Qərarları] 123 IV 202, 3-cü bəndin “c” yarımbəndi, 208-ci səhifə, və Poncet, yuxarıda qeyd olunub). Müzakirələr zamanı bu təklif erməni soyqırımı ilə bağlı hər hansı detallı istinad edilmədən qəbul edilib. Ziddiyyətin aradan qaldırılması ilə bağlı müzakirələrdə Milli Şuranın Hüquq Məsələlərinə dair Komitəsini təmsil edən cənab Kombi təklif edib ki, Ştatların Şurasının təklif etdiyi dəyişikliklər 4-cü yarımbəndə Komitənin təklif etdyi “ümumi olaraq soyqırım” ifadəsi istisna edilməklə qəbul edilsin və bu ifadə bundan sonra baş verə biləcək soyqırımlara aid edilsin. Fransız dilli məruzəçi bildirib ki, bəzi şəxslər kürdlərə qarşı və ya digər millətlərə, məsələn ermənilərə qarşı kütləvi qırğınları qeyd ediblər və bu soyqırımlar əhatə edilməlidir (BO/CN 1993 I 1075-dən başlayaraq). Daha sonra soyqırımın anlayışına dair, türklərin erməni faciəsinə necə istinad edə bilmələrinə dair qısa şərhlər edilib və həmçinin Komitənin sadəcə bir xüsusi soyqırım hadisəsini deyil, bütün soyqırımları, eləcə də Bosniya və Herseqovinada baş verən soyqırımları nəzərdə tutduğu müşahidə edilib (BO/CN 1993 I 1077; cənab Grendelmeierin bəyanatı). Sonda Milli Şura 4-cü paragrafı aşağıdakı mətnlə qəbul edib: “... və ya hər hansı başqa vasitələrlə irqi, etnik və ya dini əsaslarla bir və ya bir qrup şəxsin ləyaqətini alçaldan və ya eyni əsaslarla soyqırımın ciddiyyətini azaldan və ya onu əsaslandıran şəxs ...” (BO/CN 1993 I1 080). Parlamentin müzakirələrinin nəticəsində Ştatların Şurası öz mövqeyini qoruyub saxlayaraq ümumi mənada “soyqırım” ifadəsini sadə redaktə xarakterli dəyişiklik etməklə, fransız versiyasına daxil edib və Milli Şura nəticədə erməni soyqırımının inkarına dair daha ətraflı istinadlara yol vermədən Ştatların Şürasının qərarını qəbul edib. (BO/CN 1993 I 1300, 1451; BO/CE1993 452, 579).
Buna görə də parlamentin yuxarıda qeyd olunan müzakirələrindən aydın olur ki, Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi sadəcə müstəsna qaydada Nazi cinayətlərini deyil, digər soyqırımları da əhatə edir.
...
3.4. Lakin parlamentin bu müzakirələri, apellyasiya şikayəti verilən qərarda təklif olunduğu kimi, cinayət qanunvericiliyinin sözügedən normasının bu müzakirələr zamanı qanunvericilərin fikrində olan müəyyən spesifik soyqırımlara tətbiq edilməsi kimi şərh oluna bilməz
3.4.1. Qəbul ediləndir ki, Holokostla bağlı nihilist və revizionst rəylərlə mübarizə aparmaq Cinayət Məcəlləsinin 261-ci maddəsinin 4-cü bəndinin tərtib olunmasında əsas faktor olub. Lakin Federal Məhkəmə öz presidentlərində bildirib ki, Holokostun inkarı Cinayət Məcəlləsinin 4-cü bəndində nəzərdə tutulmuş cinayətin faktiki elementini əks etdirir, çünki bu, ümumilikdə törədildiyi qəbul olunmuş bir tarixi faktla bağlıdır (ATF 129 IV 95, 3.4.4-cü bənd, 104-cü səhifədən başlayaraq), baxmayaraq ki, sözügedən qərar qanunvericinin tarixi niyyətinə hər hansı şəkildə istinad etmir. Oxşar qaydada, bir çox müəlliflər Holokosta cinayət məhkəmələrinin ümumi biliyi kimi baxırlar (Vest, Delikte gegen den öffentlichen Frieden, 93-cü qeyd, 157-ci səhifə) və onu şübhə olunmayan (Niggli, Discrimination raciale, 972-ci qeyd, 259-cu səhifə, qeyd edir ki, bu soyqırım sözügedən normanın təqdim olunmasının səbəbidir; eyni nöqteyi nəzərlə bağlı bax, Guyaz, op. sit., 305-ci maddə) mübahisəsiz tarixi vakt kimi (Rom, op. sit., 140-cı səhifə) qəbul edirlər. Yalnız bir neçə şəxs bunun tarixi fakt kimi tanınması üçün qanunvericinin niyyətinə istinad edib (bax, məsələn, Ulrich Veder, Schweizerisches Strafgesetzbuch, Kommentar(Andreas Donatsch), Zürix 2006, 261-ci maddənin 2-ci bəndinin 4-cü yarımbəndi, 327-ci səhifə; Chaix/Bertossa, op. sit., 184-cü səhifə).
3.4.2. Bundan əlavə, hərfi təfsir normanı müəyyən edərkən qanunvericinin fikrində hansı soyqırımların olduğunu müəyyənləşdirmə prosesinə mane olur (yuxarıda 3-cü bəndin 1-ci yarımbəndinə bax) və bu da onu açıq-aşkar göstərir ki, qanunverici bu məsələ ilə bağlı qanunun təfsirə açıq şəkildə ifadə olunmasına üstünlük verib ki, bu da Fransada da qəbul olunan “xatirə” qanunlarının (13 iyul 1990-cı il tarixli 90-615 saylı ‘Gayssot Aktı’ kimi tanınan Qanun; 21 may 2001-ci il tarixli, insan alverinin və quldarlığın insanlıq əleyhinə cinayət hesab edilməsi ilə bağlı ‘Taubira Aktı’ kimi tanınan 2001-434 saylı Qanun; 1915-ci il erməni soyqırımının tanınması ilə bağlı 29 yanvar 2001-ci il tarixli 2001-70 saylı Qanun) üsullarına ziddir. Buna görə də Holokostun inkarının Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi altında cinayət əməli hesab olunması faktı, qanunverici orqanın cinayət qanunvericiliyini hazırlayarkən nehilizmi və revizionizmi qanunsuz hesab etməklə bağlı mövcud olan xüsusi niyyətindən daha çox bu məsələ ilə bağlı ümumi konsensusun olması məsələsindən qaynaqlanırdı ki, qanunverici də buna şübhəsiz ki istinad edib. Müvafiq olaraq, erməni soyqırımı ilə bağlı qanunvericinin bu cür niyyətinin olub olmamasını müəyyən etməyə heç bir səbəb yoxdur (əksi olan işlər Niggli, Rassendiskriminierung, 2-ci redaktə, Zürix 2007, qeyd 1445-dən başlayaraq, 447-ci səhifədən başlayaraq). Əslində bununla bağlı qeyd olunmalıdır ki, baxmayaraq ki, bəzi ifadələr Parlamentin üzvləri arasında çox ciddi müzakirələrə səbəb olub, 1915-ci il hadisələrinin təsbiti ilə bağlı kontekstdə hər hansı müzakirələr ortaya çıxmayıb və sadəcə iki deputat bunu qeyd edərək 261-ci maddənin 2-ci bəndinin 4-cü yarımbəndinin, mətnin geniş şəkildə təfsirinə imkan verməyən Fransız versiyasının qəbulunu əsaslandırıb. Alman versiya Fransız versiyanı təkrarlamayıb.
3.4.3. Bundan başqa, hüquq adamları və məhkəmələr Holokostun tanınmış, danılmaz və müqayisə olunmayan xarakterindən belə nəticə çıxarıblar ki, artıq hüquqi proseslərdə onun sübutu tələb olunmur (Vest, ibid.; Schleiminger, op. sit., Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi, 60-cı qeyd). Odur ki, məhkəmələrin bu məsələ ilə bağlı tarixçilərin işilə bağlı mənbələrə ehtiyacı yoxdur (Chaix/Bertossa, ibid.; elan olunmamış qərar 6S.698/2001, 2-ci bəndin 1-ci yarımbəndi). Digər nəticə ondan ibarətdir ki, Holokostun inkarının cinayət əməli hesab olunması məhkəmənin digər soyqırımların inkarının nəzərdən keçirilməsində hansı metodlardan istifadə olunmasını müəyyən edir. Ona görə də ilk yaranan sual odur ki, şikayətçi tərəfindən inkar olunan hadisələrlə bağlı müqayisəli konsensus mövcuddurmu.
4. Beləliklə qaldırılan sual faktların müəyyənləşdirilməsilə bağlıdır. Bu, Osmanlı İmperiyası tərəfindən törədildiyi söylənən kütləvi qətllərin və köçürmələrin soyqırım kimi qiymətləndirilməsinin müəyyənləşdirilməsindən daha çox, həm ictimaiyyət həm də tarixçilər arasında bu qiymətləndirmənin ümumi araşdırılması ilə bağlıdır. Biz Polis Məhkəməsinin mövqeyini bu cür başa düşməliyik. Həmin mövqedə bildirilirdi ki, onun vəzifəsi tarix yazmaq deyil, sözügedən soyqırımın “tanınmasını və qəbul olunmasını” və ya onun həqiqətən “sübut edildiyini”, bu cür faktiki məsələ ilə bağlı fikrini formalaşdırmadan öncə, müəyyən etməkdir (bax, qərarın II bənd, 17-ci səhifə. Bu, həm də Kanton Məhkəmələrinin qərarlarının əsas hissəsini təşkil edir (Kanton Məhkəməsinin qərarı, B maddəsi, 2-ci səhifə).
4.1. Faktla bağlı bu məsələ Federal Məhkəmə üçün öhdəlik yaradır.
4.2. Əhəmiyyətli faktiki məsələlərə gəlincə, Polis Məhkəməsi öz rəyini sadəcə soyqırımı tanıyan siyasi deklarasiyalara əsasən müəyyən etməyib, o, həm də bildirib ki, bu deklarasiyaları qəbul edən hakimiyyət orqanları öz rəylərini ekspertlərin rəylərinə (məsələn, Fransa Milli Assambleyasının 29 yanvar 2001-ci il tarixli Qanunu qəbul edilərkən paneldə yüzdən çox tarixçi iştirak edib) və ya əsaslı arqumentlərlə əsaslandırılan hesabatlara əsasən formalaşdırıblar (Evropa Parlamenti). Beləliklə, siyasi olaraq tanınma faktına da istinad edərək bu arqument təcrübədə geniş konsensusun olduğundan xəbər verir və bu da çoxsaylı siyasi deklarasiyalarda əks olunub və 1915-ci il hadisələrinin soyqırım kimi qiymətləndirilməsinə dair geniş akademik konsensusa əsaslanıb. Eyni zamanda qeyd olunmalıdır ki, Milli Şuranın erməni soyqırımını rəsmi şəkildə tanımasına dair müzakirələr zamanı Der Völkermord an den Armeniern und die Shoah (BO/CN 2003 2017; cənab Langın bəyanatı) adlı beynəlxalq araşdırmaya istinad edilib. Son olaraq, beynəlxalq cinyət hüququna dair ədəbiyyatlarda və ya soyqırıma dair araşdırmalarda erməni soyqırımı “klassik” misallardan biri kimi təsvir olunub (bax, Marcel Alexander Niggli, Rassendiskriminierung, 1418 və ondan sonrakı qeydlər, 440-cı səhifə, və burda çoxsaylı istinadlar əks olunub; həmçinin bax, 1441-ci qeyd, 446-cı səhifə, və istinadlar).
4.3. Ərizəçinin soyqırımın baş verdiyini və ya 1915-ci il hadisələrinin soyqırım kimi hüquqi təsbitini inkar etməsinə dair arqumentlərinə gəlincə - xüsusilə bunu mübhisələndirərkən beynəlxaq məhkəmə və ya mütəxəssislərdən ibarət kommissiya tərəfindən qərarın olmadığını və ya faktların Cinayət Məcəlləsinin 264-cü maddəsinin obyektiv və subyektiv tələblərinə və ya 1948-ci il tarixli BMT Konvensiyasının tələblərinə cavab verdiyini göstərən sübutların olmadığını və bu günədək beynəlxalq qaydada tanınmış cəmi üç soyqırımın olduğunu göstərməsi – bunlar işin müəyyənləşdirilməsində əhəmiyyətli deyil, çünki ilk növbədə, 1915-ci il hadisələrinin soyqırım kimi təsbit edilməsilə bağlı Cinayət Məcəslləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin tətbiqilə bağlı tarixi müzakirələri istisna etmək üçün xüsusilə tarixçilər arasında yetərli ümumi konsensusun olmasını müəyyənləşdirmək lazımdır. Eyni hal şikayətçinin Kanton Məhkəməsini eyni faktlarla və istintaq tətbirlərilə bağlı kanton apellyasiya məhkəməsi qarşısında etibarsızlıqla bağlı qaldırılan şikayətləri araşdırarkən qanunsuzluğa yol verməkdə təqsirləndirməsi məsələsinə də tətbiq olunur. Buna görə də bu cür konsensusun olması ilə bağlı hissə istisna olmaqla onun müraciətlərini araşdırmağa ehtiyac yoxdur.
4.4. Şikayətçi bildirir ki, o, erməni məsələsilə bağlı araşdırmaların indiki durumunu və bütün dünyada tarixçilərin hazırkı mövqeyini müəyyən etmək üçün əlavə istintaqın həyata keçirilməsini istəyir. O, həmçinin qeyd edir ki, 1915-ci il hadisələrinin soyqırım kimi təsbit edilməsinə dair digər Dövlətlər və ya tarixçilər arasında yekdil fikir və ya konsensus yoxdur. Lakin onun arqumentləri onun fikrini, kanton hakimiyyət orqanlarının fikrilə qarşılaşdırmaq üçün yetərli deyil. Xüsusilə, o, nəinki məhkəmənin qərarının qanunsuzluğunu, Polis Məhkəməsinin müəyyən etdiyi konsensusun mövcud olmadığını belə göstərən hər hansı sübut təqdim etməyib.
Şikyətçinin bir sıra Dövlətlərin erməni soyqırımını tanımaqdan imtina etdiyini qeyd etdiyi qəbul edilir. Lakin bununla bağlı qeyd etmək lazımdır ki, BMT-nin 2007-ci ilin yanvar ayında qəbul etdiyi Holokostun inkarını pisləyən 61/L.53 saylı Nizamnaməsi 192 Üzv Dövlətdən sadəcə 103-nün leyhinə səsilə qəbul edilib. Müəyyən Dövlətlərin beynəlxalq səviyyədə Holokostun inkarını pisləməkdən imtina etməsi sözügedən hadisələrin soyqırıma səbəb olmasına dair ümumü konsensusun varlığına kölgə sala bilməz. Konsensus yekdillik demək deyil. Müəyyən Dövlətlərin ictimai şəkildə soyqırımı pisləməməsi və ya soyqırımın inkarını pisləyən nizamnamə qəbul etməməsi həmin Dövlətlətin tarixi faktların necə təsbit edilməsi ilə bağlı birbaşa əlaqəli olmayan siyasi yanaşmalarının tələbindən irəli gələ bilər və bu, xüsusilə akademik icma arasında, konsensusun olmasına şübhə yaratmamalıdır.
4.5. Şikayətçi həmçinin bilirir ki, İsveçrə Türkiyə ilə əlaqələri kontekstində tarixçilərdən iabarət panelin yaradılmasını dəstəkləyir və bu baxımdan da İsveçrənin erməni soyqırımınının baş verdiyini etiraf etməsi ziddiyyət yaradır. O hesab edir ki, bu, soyqırımın baş verdiyinin təsdiq olunmadığını göstərir.
Lakin Federal Şuranın rəsmi bəyanatlar vasitəsilə və ya mövqe bildirərək dəfələrlə erməni soyqırımını qəbul etməkdən imtina etməsi – daha dəqiq desək, Türkiyə hakimiyyət orqanlarına beynəlxalq panel yaratmağı tövsiyə etməsi - sözügedən hadisələrin soyqırım kimi təsbit edilməsinə dair ümumi konsensusun olması qərarının qanunsuz hesab olunması demək deyil. Federal Şuranın açıq şəkildə ifadə olunan istəyinə əsasən, onun yanaşması əsasən Türkiyəni öz kollektiv keçmişini xatırlamağa dəvət etməkdir (BO/CN 2001 168: cənab Zisyadisin öhdəlik yaratmayan təklifinə Federal Şuranın üzvü Deissin cavabı; BO/CN 2003 2021 və digərləri: cənab Vaudrozun 1915-ci il erməni soyqırımının tanınmasına dair öhdəlik yaratmayan təklifinə Federal Şuranın üzvü Calmy-Rey tərəfindən verilən cavab). Dialoqa açıqlıqla bağlı yanaşma soyqırımın baş verməsinin inkarı hesab oluna bilməz və Federal Şuranın 2001-ci ildə beynəlxalq araşdırma kommissiyası yaradılması ilə bağlı təklifinin eyni yanaşmadan doğduğunu sübut eden heç bir fakt yoxdur. 1915-ci il hadisələrinin soyqırım kimi təsbit olunması ilə bağlı ictimaiyyət arasında, xüsusilə akademklər arasında yetərli şübhələr olmadığı üçün konsensusun olmasına dair qərar qanunsuz sayıla bilməz.
4.6. Belə olduğu təqdirdə, şikayətçi Polis Məhkəməsinin ümumi olaraq, xüsusilə akademiklər arasında, 1915-ci il hadisələrinin soyqırım kimi təsbitinə dair konsensusun olması haqqında qərarının qanunsuz olmasına dair heç bir tutarlı arqumet təqdim etməyib. Ona görə də kanton məhkəmələri şikayətçinin bu məsələyə dair tarixi və hüquqi müzakirələr açmaq cəhdlərini rədd etməkdə haqlı olublar.
5. Subyektiv elementə gəlincə, Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndində nəzərdə tutulan əməl qəsdin olmasını nəzərdə tutur. ATF qrəarının 123 IV 202, 210-cü səhifəsindəki 4c bəndində, və 124 IV 121, 125-ci səhifəsindəki 2b bəndində Federal Məhkəmə bildirib ki, qəsdlə törədilən bu cür əməl irqi ayrı-seçkilik motivləri ilə müşahidə olunmalıdır. Hüquqşünaslar arasında müzakirə yaradan bu sual sonda ATF qərarında açıq saxlanılıb (126 IV 20, 1d bəndi, xüsusilə 26-cı səhifə, və 127 IV 203, 3-cü bənd, 206-cı səhifə. Eyni şəkildə bu qərarda da bu məsələ açıq qala bilər və bu məsələ aşağıda göstəriləcək.
5.1. Qəsdə gəlincə, Cinayət Məhkəməsi bildirib ki, hüquq elmləri doktoru, siyasətçi və öz üslubu olan yazıçı və tarixçi kimi ərizəçi, nəticə barədə tam məlumatlı olub və bildirib ki, hətta neyrtal panel bir gün erməni soyqırımının həqiqətən baş verməsini bəyan etsə belə o, heç vaxt öz mövqeyindən dönməyəcək. Şikayətçinin soyqırımı inkar etmək istəyi faktdır (bax ATF 110 IV 22, 2-ci bənd, 77, 1c bənd, 109 IV 47, 1-ci bənd, 104 IV 36, 1-ci bənd və sitatlar) və bunun nəticəsi Federal Məhkəmə üçün hüquqi öhdəlik yaradır (Federal Məhkəmə Aktlnln 105(1)-ci bəndi). Bundan başqa, şikayətçi bu məsələ ilə bağlı heç bir şikayət təqdim etməyib. O, bu faktın müəyyən olunmasının qanunsuz olduğunu və ya onun Konstitusiya və ya Konvensiya ilə qorunan hüquqlarını pozmasını nümayiş etdirməyə cəhd etməyib, ona görə də bu məsələyə bxmağa ehtiyac yoxdur (Federal Məhkəmə Aktının 106(2)-ci Bölməsi). Hər bir halda ərizəçinin qəsdini xarici mülahizələrdən götürən kanton hakimiyyət orqanlarının (cf. ATF 130 IV 58, 8.4-cü bənd, 62-ci səhifə) bu məsələ ilə bağlı federal qanunda nəzərdə tutulmuş qəsd konseptinə nəyə görə istinad etməməsi aydın deyil.
5.2. Şikayətçinin motivlərinə gəlincə, Cinayət Məhkəməsi müəyyən edib ki, bu motivlər irqçi və milliyyətçi xarakterli olub və tarixi müzakirələrə tohfə verməyib. Bu məsələdə adı çəkilən məhkəmə xüsusilə qeyd edib ki, şikayətçi erməniləri türklərə qarşı təcavüzkarlıqda günahlandırıb və özünü Talaat Paşanın davamçısı adlandırıb. Talaat Paşa və onun iki qardaşı tarixdə erməni soyqırımının təşəbbüskarı olub və erməni soyqırımının əsas aparıcı qüvvələrindən olub (Cinayət Məhkəməsinin qərarı, II bənd, 17 və ondan sonrakı səhifələr).
Hazırkı işdə erməni icmasının özünün identifikasiyasını xüsusilə onun 1915-ci il soyqırım tarixilə müəyyən edən insanlardan və ya etnik qrupdan ibarət olduğu (bu konseptlə bağlı bax, Niggli, Rassendiskriminierung, 2-ci redaktə, 653-cü qeyd, 208-ci səhifə) mübahisə edilmir. Bunun nəticəsi olaraq, erməni soyqırımının inkarı – və ya ərizəçinin bildirdiyi kimi ermənilərin təcavüzkar kimi təqdim edilməsi – özü-özlüyündə icmanın üzvlərinin identifikasiyasına qarşı hədədir (Schleiminger, op. sit., Cinayət Məcəlləsinin 261-ci maddəsi, 65-ci qeyd və Niggliyə istinad). Bəyanatların irqçilik motivli olduğu qərarına gələn Cinayət Məhkəməsi də oxşar olaraq hesab edib ki, şikayətçinin yanaşması tarixi müzakirələrə aid olub. Ərizəçi bu faktla bağlı qərardan şikayət etməyib (Federal Məhkəmə Aktının 106(2) saylı Bölməsi) və həmin qərar Federal Məhkəmə üçün öhdəlik yaradır (Federal Məhkəmə Aktının 105(1) saylı Bölməsi). Bunlar milliyyətçilikdən çox irqçilik və ya etnik ayrı-seçkilik kimi motivin mövcudluğuna dair kifayət qədər sübut təqdim edir. Nəticə etibarı ilə, hazırkı işdə yuxarıda 6-cı bənddə qeyd olunan hüquqşünasların müzakirələrinin müəyyən olunmasına ehtiyac yoxdur. Hər bir halda şikyətçi bu məsələyə dair federal qanunun tətbiqilə bağlı hər hansı şikayət irəli sürməyib.
6. Şikayətçi bundan başqa, kanton hakimiyyət orqanlarının Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin tətbiqilə bağlı AİHK-in 10-cu maddəsinə istinad edir.
Lakin, şikayətçinin Vintertur/Unterland prokuroruna verdiyi ifadələrdən (23 iyul 2005) görünür ki, ictimai bəyanatlar verərkən, xüsusilə Glattbruggdakı çıxışları zamanı, o, “isveç xalqına və Milli Şurasına öz səhvlərini düzəltməkdə kömək etmək” niyyətində olub (yəni, erməni soyqırımının tanınması). Bundan başqa, o, soyqırımın inkarının cinayət əməli olduğu barədə məlumatlı olub və bildirib ki, hətta neytral panel bir gün erməni soyqrımının həqiqətən baş verdiyini söyləsə belə, o, heç vaxt öz fikrini dəyişməyəcək (Cinayət Məhkəməsinin qərar, II bənd, 17-ci səhifə). Bütün bunlardan belə nəticə çıxarıla bilər ki, şikayətçi erməni soyqırımını “beynəlxalq yalan” adlandırarkən və 1915-ci il hadisələrinin soyqırım olduğunu açıq şəkildə inkar edərkən, onun İsveçrədə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlı olub. Odur ki, şikayətçi istinad etdiyi hüququn qabaqcadan görülə bilməyən olduğunu iddia edə bilməz. Bundan başqa, bu hallar təsdiq edir ki, şikayətçi təxribatçı yolla öz fikirlərinin, bu məsələnin böyük əhəmiyyət kəsb etdiyi erməni icmasının üzvlərinin əleyhinə olaraq İsveçrə məhkəmə orqanları tərəfindən təsdiqlənməsinə çalışıb. Odur ki, şikayətçinin ittihamı öz identifikasiyasını 1915-ci il soyqırımı üzərində quran erməni icmasının üzvlərinin ləyaqətini qorumaq məqsədi daşıyıb. Son olaraq qeyd edilməlidir ki, soyqırımın inkarının cinayət əməli hesab olunması 9 dekabr 1948 ci il tarixdə imzalanmaq üçün təqdim olunan və 9 mart 2000-ci ildə Federal Şura tərəfindən təsdiq olunan Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 1-ci maddəsinin məqsədinə uyğun olaraq, soyqırımların qarşısının alınması məqsədi daşıyır (RS [Recueil systématique – Federal Qanunun İcmalı] 0.311.11).
7. Bundan əlavə, qeyd olunmalıdır ki, şikayətçi nə kütləvi qətllərin, nə də köçürmələrin baş verdiyini inkar etməyib (yuxarıda A bəndinə bax) ki, bu halların özü də ən az insanlıq əleyhin cinayətlərdir (Niggli, Discrimination raciale, 976-cı qeyd, 262-ci səhifə). Bu cinayətlərin hətta müharibə qanunlarına və ya iddia olunan təhlükəsizlik məsələlərinə istinadən əsaslandırılması, özü-özlüyündə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin təsiri altına düşür. Odur ki, bu perspektivdən də bu əməllərin soyqırım kimi təsbit olunub olunmamasından asılı olmayaraq, şikayətçinin Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi ilə ittiham olunması qanunsuz sayılmır.”
D. Türkiyəli ərizəçiyə qarşı 2008-ci il tarixli cinayət işi
27. 2008-ci ildə ərizəçi Ergenekon işi (bu qəbildən olan işlərlə bağlı aşağıdakı işlərdə daha geniş məlumat əldə edə bilərsiniz Nedim Şener Türkiyəyə qarşı, № 38270/11, § 6, 8 iyul 2014; Şık Türkiyəyə qarşı, № 53413/11, § 10, 8 iyul 2014; Tekin Türkiyəyə qarşı (dec.), № 3501/09, § 3-16, 18 noyabr 2014; və Karadağ Türkiyəyə qarşı (dec.), № 36588/09, § 3-16, 18 noyabr 2014) adlanan ittihamla həbs edilib. 5 avqust 2013-cü il tarixdə İstanbul Məhkəməsi digərlərilə birlikdə onu təqsirli bilərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu qərardan şikayət verilib və iş hazırda Türkiyə Kassasiya Məhkəməsi qarşısındadır (bax, Tekin, § 17, və Karadağ, § 17, hər ikisi yuxarıda qeyd olunub, həmçinin Yıldırım Türkiyəyə qarşı (dec.), № 50693/10, § 14, 17 mart 2015). O, 2014-cü ildə məhkəməyəqədər müvəqqəti saxlama yerindən azadlığa buraxılıb.
E. Prosesin digər iştirakçıları tərəfindən təqdim olunan materiallar
28. İşdə üçüncü tərəf kimi çıxış edən Türkiyə İnsan Hüquqları Assosiasiyası, Həqiqət Ədalət Xatirə Mərkəzi və Soyqırım və İnsan Hüquqlarının Tədqiqatı üzrə Beynəlxalq İnstitut Türkiyə qəzetlərində dərc olunan iki məqalənin internet versiyasına istinad ediblər. Birinci, 26 iyul 2007-ci il tarixdə gündəlik Vətən qəzetində dərc olunan məqalədə qeyd olunub ki, Hrant Dinkin qətlindən sonra ərizəçi İstanbulun erməni icmasının rəhbərinə açıq məktub ünvanlayıb. Bu məktubda o, qətlin Amerika Birləşmiş Statları tərəfindən Türkiyəyə qarşı təxribat xarakterli əməl olduğunu pisləyərək, icma rəhbərini açıq şəkildə bu hadisənin Amerika Birləşmiş Ştatları tərəfindən təhrik edildiyini bəyan etməyə çağırıb və bununla da Türkiyədəki ermənilərin lideri olaraq onu Türkiyənin birliyini müdafiə edənlərə nümunə olmağa dəvət edib. İkinci məqalə 19 may 2007-ci il tarixdə gündəlik Milliyet qəzetində dərc edilib və ərizəçi haqqında hər hansı qeydi əks etdirməyib. Məqalə 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrlə bağlı İstanbuldakı erməni məktəblərinə göndərilən anonim təhdid məktublarını təsvir edib. Məqalədə o da əlavə olunub ki, bu təhdidlərə cavab olaraq təhsil üzrə regional direktor erməniləri sakitləşdirməyə çalışıb və hakimiyyət orqanlarından baş verən hadisə ilə bağlı tədbirlər görməyi xahiş edib.
...
HÜQUQİ MƏSƏLƏLƏR
I. İŞİN PREDMETİ
100. Məhkəmə Konvensiyanın 34-cü maddəsi ilə (bax, yuxarıda 1-ci paraqraf) İsveçrəyə qarşı fərdi şikayət formasında qaldırılmış bu işlə bağlı yurizdiksiyasını müəyyən etməyi zəruri hesab edir.
101. Konvensiyanın 19-cu maddəsilə Məhkəmənin vəzifəsi “Razılığa gələn Yüksək Tərəflərin bu Konvensiya və ona dair Protokollar ilə öz üzərlərinə götürdükləri öhdəliklərə riayət etmələrini təmin etmək” ilə məhdudlaşır və 32-ci maddənin 1-ci bəndinə əsasən, onun yurizdiksiyası ancaq ona “təqdim olunmuş Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqinə dair məsələləri” əhatə edir. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal, Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsindən fərqli olaraq, bu Məhkəmə Soyqırım Konvensiyası və ya buna oxşar digər əlaqəli beynəlxalq sənədlər altında hər hansı cəza tətbiq etmir.
102. Hazırkı işdə Məhkəmədən, 111-ci paraqrafda Palatanın qeyd etdiyi kimi, 1915-ci ildən Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən köçürmə siyasəti nəticəsində sonuncuların məruz qaldığı qırğının beynəlxalq hüquqla müəyyən edilmiş soyqırım ifadəsinin mənası altına düşüb düşmədiyini müəyyən etmək tələb olunmur və Məhkəmənin bu məsələ ilə bağlı bu və ya digər qaydada hüquqi öhdəlik yaratmaq səlahiyyəti yoxdur.
II. KONVENSİYANIN 17-Cİ MADDƏSİNİN TƏTBİQİ
103. Qərarla bağlı ilkin məqsəd, müraciətin Konvensiyanın 17-ci maddəsinə istinadən rədd edilib edilməməsini müəyyən etməkdir. 17-ci maddədə qeyd edilir:
“Bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə və ya onların Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırılmasına yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək hüququna malik olması kimi şərh oluna bilməz.”
A. Palatanın qərarı
104. Palata öz təşəbbüsü ilə Konvensiyanın 17-ci maddəsi ilə ərizəni rədd edib etməmək məsələsinə baxıb. Ərizəçinin bəyanatlarının ermənilərə qarşı nifrət yaratmadığını, onun 1915-ci il və ondan sonrakı illərin hadisələrinin qurbanlarını təhqir etmədiyini və soyqırıma haqq qazandırmadığını hesab edən Palata belə qərara gəlib ki, ərizəçi öz ifadə azadlığından istifadə edərkən Konvensiyanın mətninə və mənasına zidd hərəkət etməyib. Buna görə də onun ərizəsini 17-ci maddə ilə rədd etmək üçün heç bir səbəb olmayıb.
B. Böyük Palataya təqdim edilən müraciətlər
1. Tərəflər
105. Nə ərizəçi, nə də İsveçrə Hökuməti öz müraciətlərində xüsusi olaraq bu məsələyə toxunmayıb.
2. Üçüncü tərəflər
106. Türkiyə hökuməti bildirib ki, Holokostun inkarından fərqli olaraq, ərizəçinin 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrdə soyqırım elementləri olmadığına dair bəyanatları həqiqətən baş vermiş tarixi faktın inkar edilməsi hesab oluna bilməz. Ərizəçi qırğınların və kütləvi köçürmələrin reallığını sual altına qoymayıb. O, bu hadisələrin hüquqi xarakterini sorğulayaraq bu məsələ ilə bağlı beynəlxalq razılığın olmadığını bildirib. Bunlar hələ də qızğın müzakirə mövzusudur. Bu, ərizəçinin bəyanatlarından təxminən altı ay öncə Britaniya Hökuməti tərəfindən hazırlanan deklarasiya ilə və 2012-ci ildə Britaniya Parlamentinə təqdim olunmuş hesabatla sübut olunur. Bu hadisələr beynəlxalq ümumi hüquq və beynəlxalq cinayət hüququna dair dərsliklərin heç bir bölməsində qeyd olunmayıb və Soyqırım Konvensiyasının şərhinə dair materialların heç birində bu hadisələrə “soyqırım” kimi istinad edilməyib və ya onlardan misal gətirilməyib. Bunun ziddinə olaraq, bu hadisələrlə Holokostun eyniləşdirilməsi cəhdləri qəbuledilməzdir. 1915-ci il və ondn sonrakı illərdə baş vermiş hadisələrin hüquqi qiymətləndirilməsi ilə bağlı bu dərəcədə mübahisəyə səbəb olan element nəhz kütləvi qətlin soyqırım sayılması üçün tələb olunan xüsusi qəsdin olub olmaması idi. Belə bir qəsd nə yerli, nə də beynəlxalq məhkəmələr tərəfindən müəyyən edilməyib. Halbuki Holokost hadisələrində bu hal mövcud idi və Beynəlxalq Hərbi Tribunal “soyqırım” ifadəsini işlətməsə belə, belə bir qəsdin olduğu qənaətinə gəlmişdi.
107. Türkiyə Hökuməti daha sonra qeyd edib ki, ərizəçi sadəcə bu məsələ ilə bağlı öz fikrini ifadə edib. Fikirlər sadəcə ictimai hakimiyyət orqanları onları əsassız, emosional, dəyərsiz və ya təhlükəli hesab etdiyi üçün müdaxiləyə məruz qala bilməz. Ərizəçi ermənilərin kütləvi şəkildə qırğına məruz qaldığını inkar etməyib, qurbanların əzab çəkdiyini şübhə altına almayıb və ya onları təhqir etməyib, cinayətkarların haqlı olduğunu iddia etməyib, onların hərəkətlərinə bəraət qazandırmayib və ya soyqırım siyasətini əsaslandırmayıb.
108. Fransa Hökuməti hesab edib ki, soyqırımın inkar edilməsi özü-özlüyündə nifrət və irqçiliyə təhrik edən hərəkətdir, çünki tarixi fatktları sual altında qoymaqla belə əmələ sövq etmiş olur. Konvensiyanın 10-cu maddəsilə müdafiə olunmaq üçün tarixi müzakirələr ideologiya institutları üçün alət olmamalı, həqiqəti müəyyən etməyə can atmalıdır. Sözügedən müzakirələrdə isə bunü müşahidə etmirik və burda fikirlər özünü tənqidi ehtiva etmədən hadisələrdə iştirak edən şəxslərin ifadələrini açıq-aşkar qulaqardına vurub və beləliklə də tarixi metodlardan kənarlaşıb; bu fikirlərin müəllifləri müzakirələrdə və tarixi həqiqətin aşkarlanmasında maraqlı olmayıblar. Soyqırımla bağlı bu bəyanatlar qurbanların qürurunu və xatirəsini təhqir edib və buna görə də Konvensiyanın 17-ci maddəsinin təsiri altına düşür.
109. İsveçrə-Ermənistan Assosiasiyası qeyd edib ki, Məhkəmənin presidentlərindən aydın idi ki, bu ərizə Konvensiyanın 17-ci maddəsinə əsasən rədd olunmalıdır.
110. İsveçrənin Fransız dilli Təbəqəsinin Türk Assosiasiyaları Federasiyası bildirib ki, 1915-ci il və ondan sonrakı illərdə baş vermiş hadisələrin soyqırım kimi xarakterizə olunmasını inkar edən bəyanatlarla bağlı Konvensiyanın 17-ci maddəsinin tətbiqini əsaslandırmaq çətindir, çünki Holokostun inkarından fərqli olaraq, bu bəyanatlar irqçi və anti-demokrat niyyətli bəyanatlar olmayıb.
111. FIDH qeyd edib ki, radikal təsirinə və subyektiv qiymətləndirmə riskinə görə Konvensiyanın 17-ci maddəsi ən son tədbir kimi tətbiq edilməlidir. Məhkəmənin bəyanatların adı çəkilən normanın təsiri altna düşməsinə dair presidentləri ziddiyyətlidir və gərgin müzakirə mövzusudur. Buna görə də belə məsələlərin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi əsasında və proporsionallıq testi qaydasında baxılması daha məqsədə uyğundur.
112. LICRA qeyd edib ki, soyqırımın ciddiyyətinin azaldılması və inkarı insan ləyaqətinin və Konvensiya dəyərlərinin alçaldılmasıdır. Bu, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 4-cü bəndinin mətnində də öz əksini tapıb. Bu ifadələr hər dəfə nifrətə sövq etmək və ya ən az insan ləyaqətini alçaltmaq niyyətində olub.
C. Məhkəmənin qiymətləndirməsi
113. Ždanoka Latviyaya qarşı işdə ([GC], № 58278/00, § 99, AİHM 2006-IV), Konvensiya ilə bağlı ilkin işləri nəzərdən keçirən Məhkəmə bildirib ki, 17-ci maddənin Konvensiyaya daxil edilməsinin səbəbi odur ki, şəxs və ya şəxslər qrupu Konvensiyada nəzərədə tutulan hüquqlara güvənərək, bu hüquqlardan bəhrələnib həmin hüquqları məhv edən əməllər törədə bilməsinlər.
114. Lakin 17-ci maddə, Məhkəmənin də bu yaxınlarda təsdiq etdiyi kimi, yalnız istisna hallarda və ən fövqəladə işlərə tətbiq edilir (bax, Paksas Litvaya qarşı [GC], № 34932/04, § 87 nəticə, SİHM 2011 (çıxarışlar)). Bu maddənin məqsədi ərizəçinin Konvensiyada nəzərdə tutulan hüquqdan istifadə edərək Məhkəmə qarşısındakı prosesdə özünü qorumasının qarşısını almaqdır. Konvensiyanın 10-cu maddəsilə bağlı işlərdə bu maddəyə yalnız o halda müraciət olunur ki, mübahisə olunan bəyanatlar açıq-aşkar bu maddənin istiqamətini dəyişib onu əsas məqsədindən yayındırmaq niyyəti daşyır və bu məqsədlə də Konvensiyanın dəyərlərinə açıq-aşkar zidd şəkildə ifadə azadlığı hüququndan istifadə edir (bax, yaxın keçmişə aid presedentlər, Hizb ut-Tahrir və Başqaları Almaniyaya qarşı (dec.), № 31098/08, § 73-74 və 78, 12 iyun 2012, və Kasymakhunov və Saybatalov Rusiyaya qarşı, № 26261/05 və 26377/06, §106-13, 14 mart 2013).
115. 17-ci maddənin əsaslandırılmasında aşağıdakı məqamlar qiymətləndirilməlidir: ərizəçinin bəyanatları nifrət və ya zorakılıq yaratmaq xarakteri daşıyıbmı; buna cəhd edərkən o, Konvensiyaya güvənərək hüquqların və azadlıqların məhv edilməsi məqsədilə bu hərəkət və əməllərə yol veribmi; bu əməllər və hərəkətər baş verdiyi anda bu məqsədlər aşkar olubmu; bu suallara cavab verildikdən sonra, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə “demokratik cəmiyyətdə zəruri” olubmu. Bunlara əsaslanaraq Məhkəmə hesab edir ki, 17-ci maddənin tətbiq edilib edilməməsinə dair suala ərizəçinin Konvensiyanın 10-cu maddəsilə bağlı şikayətinə mahiyyəti üzrə baxılarkən baxılmalıdır. (bax, mutatis mutandis, Türkiyə Birləşmiş Kommunist Partiyası və Başqaları Türkiyəyə qarşı, 30 yanvar 1998, § 32, Hökm və Qərarlara dair Hesabatlar 1998-I; Refah Partiyası və Başqaları Türkiyəyə qarşı [GC], № 41340/98, 41342/98, 41343/98 və 41344/98, § 96, AİHK 2003-II; Soulas və Başqaları Fransaya qarşı, №15948/03, § 23, 10 iyul 2008; Féret Belçikaya qarşı, № 15615/07, § 52, 16 iyul 2009; Varela Geis İspaniyaya qarşı, № 61005/09, § 31, 5 mart 2013; və Vona Macarıstana qarşı, №35943/10, §38, AİHK 2013).
III. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
116. Ərizəçi şikayət edib ki, onun, ictimai şəkildə erməni soyqırımının baş vermədiyini bəyan etdiyi üçün ittiham olunması və cəzalandırılması ifadə azadlığı hüququnun pozuntusudur. O, Konvensiyanın 10-cu maddəsinə istinad edib. Bu maddə, müvafiq olaraq, qeyd edir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
117. Ərizəçinin məhkum olunması və cəzalandırılması, və üstəlik onun üzərinə İsveçrə-Erməni Assosiasiyasına vurulan ziyana görə əvəz ödəmək tələbi qoyulması onun ifadə azadlığı hüququna müdaxiləyə səbəb olub. Belə müdaxilə Konvensiyanın 10-cu maddəsinin pozuntusu hesab olunur, bir şərtlə ki, o, həmin maddənin 2-ci bəndinin tələblərinə cavab verməsin. Lakin Məhkəmə ilk olaraq hazırkı işdə Konvensiyanın 16-cı maddəsinin tətbiqinə ehtiyac olunub olunmamasını araşdıracaq.
A. Konvensiyanın 16-cı maddəsi
118. Qərar üçün ilk olaraq, İsveçrə Hökumətinin də təklif etdiyi kimi, ərizəçinin xarici ölkə vətəndaşı olduğunu nəzərə alaraq, müdaxilənin Konvensiyanın 16-cı maddəsi ilə əsaslandırıla biləcəyi məsələsi müəyyənləşdirilməlidir.
119. Konvensiyanın 16-cı maddəsində deyilir:
“10, 11, və 14-cü maddələrdə heç nə Razılığa gələn Yüksək Tərəflər üçün əcnəbilərin siyasi fəaliyyətinə məhdudiyyətlər qoymağa maneə kimi hesab edilə bilməz.”
120. Məhkəmənin bu maddəni nəzərə aldığı bir tək iş Piermont Fransaya qarşı işdir (27 aprel 1995, § 64, A Bölməsi, № 314). Həmin işdə ərizəçi Avropa Parlamentinin Almaniyadan olan üzvü idi və o, Fransız Polineziyasında etdiyi çıxışa görə ordan qovulmuşdu. Məhkəmə hesab etdi ki, xanım Piermont Avropa Birliyinin digər üzv Dövlətinin vətəndaşı və Avropa Parlamentinin üzvü olduğu üçün o, “xarici vətəndaş” hesab olunmur və buna görə də ona münasibətdə 16-cı maddə tətbiq oluna bilməz.
121. Bu hal hazırkı işdə tətbiq oluna bilməz. Lakin Məhkəmə hesab edir ki, 16-cı maddə hazırkı işdə müdaxiləni əsaslandıra bilməz. Piermont işilə bağlı hesabatında Kommissiya qeyd edib ki, bu maddə beynəlxalq hüququn köhnə qaydalarını əks etdirir (bax, Piermont Fransaya qarşı, № 15773/89 və 15774/89, Kommissiyanın 20 yanvar 1994-cü il tarixli hesabatı, dərc olunmayıb, § 58). Avropa Şurası Parlament Assambleyası özünün 799 saylı Tövsiyəsinin 10-cu bəndinin “c” yarımbəndində (1977) bu maddənin ləğvini tələb edib. Bu, nə keçmiş Kommissiya tərəfindən, nə də Məhkəmə tərəfindən tətbiq olunub və məhdudiyyətsiz şəkildə buna istinad edilərək əcnəbilərin ifadə azadlığı hüququnun məhdudlaşdırılması, Məhkəmənin əcnəbilərin bu hüquqdan istifadə etməsinə imkan verən və bu zaman 16-cı maddəyə istinadən bu hüququn məhdudlaşdırıla bilməsinə dair hər hansı təklif nəzərdə tutmayan işlərlə bağlı qərarlarına zidd olardı (bax, Dalğalar Üzərində Qadınlar və Başqaları Portuqaliyaya qarşı, № 31276/05, § 28-44, 3 fevral 2009, və Cox Türkiyəyə qarşı, № 2933/03, § 27-45, 20 may 2010). Əslində Cox (yuxarıda 31-ci paraqrafda qeyd olunub) işində Məhkəmə xüsusi olaraq bildirib ki, ifadə azadlığı hüququna “sərhdələrdən asılı olmayaraq” Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi ilə zəmanət verildiyi üçün onun tətbiqində yerlilər və ya əcnəbilər arasında heç bir fərq qoyula bilməz.
122. Konvensiya ilə qorunan hüquqlara müdaxilə edilməsinə icazə verən normaların məhdud qaydada tətbiqini nəzərə alaraq (bax, digər qərarlarla yanaşı, Vogt Almaniyaya qarşı, 26 sentyabr 1995, § 52, A Bölməsi № 323; Rekvényi Macarıstana qarşı [BP], № 25390/94, § 42, AİHK 1999-III; və Stoll İsveçrəyə arşı [BP], № 69698/01, § 61, AİHK 2007-V), Məhkəmə hesab edir ki, 16-cı maddənin tətbiqinə yalnız siyasi proseslərə birbaşa təsir edən “faəliyyətlərin” məhdudlaşdırılması üçün yol verilir. Hazırkı işdə bu hal olmadığından, İsveçrə Hökuməti bu normanın tətbiqini tələb edə bilməz.
123. Nəticədə, bu işdə Konvensiyanın 16-cı maddəsi İsveçrə Hökumətinə ərizəçinin ifadə azadlığı hüququndan istifadəsini məhdudlaşdırmaq səlahiyyəti vermir.
B. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin əsaslandırılması
124. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə əsaslandırıla bilmək üçün ifadə azadlığı hüququna yönələn müdaxilə “qanunda nəzərdə tutulmuş” olmalı, adı çəkilən bənddə nəzərdə tutulan bir və ya daha artıq legitim məqsəd daşımalı və bu məqsəd və ya məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri” olmalıdır. Məhkəmə bu halları növbə ilə araşdıracaq.
1. Müdaxilənin qanunsuzluğu
(a) Palatanın qərarı
125. Palata İsveçrə Hökumətinin işlə bağlı Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinə dair təhlillərini nəzərə alaraq hesab edib ki, bu maddədə “soyqırım” ifadəsinin termin olaraq dəqiqliyi şübhələr yaradır. Lakin Palata davam edərək bildirib ki, ərizəçi hüquqşünas və kifayət qədər məlumatlı olan bir siyasətçi olaraq bəyanatlarının cinayət məsuliyyəti yarada biləcəyini təxmin edə bilərdi, çünki İsveçrə Hökuməti erməni soyqırımını tanıyıb və ərizəçi özü də sonralar etiraf edib ki, o, bu bəyanatlarla çıxış edərkən soyqırımın ictimai şəkildə inkar edilməsinin İsveçrədə cinayət məsuliyyətinə səbəb olduğu barədə məlumatlı olub. Ona görə də ərizəçi “erməni soyqırımını “beynəlxalq yalan” elan edərkən İsveçrə ərazisində cinayət məsuliyyəti daşıdığı haqqında məlumatsız” ola bilməzdi (bax, Palatanın qərarının 71-ci paraqrafı). Bu səbəblə də onun ifadə azadlığı hüququna müdaxilə “qanunda nəzərdə tutulan” hesab oluna bilər.
(b) Böyük Palataya təqdim olunan müraciətlər
(i) Tərəflər
126. Ərizəçi bu məsələ ilə bağlı Konvensiyanın 10-cu maddəsi altında hər hansı təqdimatla çıxış etməyib; o, 7-ci maddəyə istinadən çıxış edib (aşağıda 286-cı maddəyə bax).
127. İsveçrə Hökuməti İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin hazırkı formada tətbiqinə gətirib çıxaran inkişaf yoluna istinad edib. Onlar bildiriblər ki, bu normanın keçdiyi yol onu göstərib ki, bu norma tərtib edilərkən İsveçrə qanunvericilik orqanı onun niyyət etdiyi məzmunu açıq-aşkar müəyyən edib. Bu normanın tətbiq olunduğu 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrlə bağlı bəyanatların olduğu əvvəlki işdə, ermənilərə qarşı tətbiq olunan kütləvi qətllərin və qəddarlıqların soyqırım kimi xarakterizə edilə bilməsi sualı açıq olaraq qalıb. Sözügedən işlə bağlı 14 sentyabr 2001-ci il tarixdə Bern-Laupen Rayon Məhkəməsi qərar çıxarıb. İsveçrə Hökuməti həmçinin qeyd edib ki, 261-ci maddənin 2-ci bəndinin 4-cü yarımbəndi soyqırım və insanlıq əleyhinə olan digər cinayətlərin inkarını cinayət əməli hesab edir və əlavə edib ki, ermənilərə qarşı tətbiq olunan qəddarlıqların bu qəbildən olan cinayət hesab olunmasına dair çox az mübahisələr mövcuddur. Bu əsasla onlar yekun olaraq bildiriblər ki, adı çəkilən maddə kifayət qədər dəqiqliklə tərtib olunub.
(ii) Üçüncü tərəflər
128. Türkiyə Hökuməti qeyd edib ki, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi cinayət qanunvericiliyinin tələb etdiyi qabaqcadan görülə bilmə standardlarına cavab verməyib və bunun nəticəsi olaraq bu norma ciddi cəzalara səbəb ola bilib. Ərizəçi də bəyanatlarının bu norma ilə ittiham olunacağını gözləməyib.
129. Türkiyə Hökuməti daha sonra qeyd edib ki, “soyqırımın” dəqiq müəyyən olunmuş hüquqi konsept oluduğunu qəbul edən İsveçrə Məhkəmələri bu məsələ ilə bağlı İsveçrə cəmiyyətində mövcud olan geniş konsensusa istinad edərək, 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım olub olmadığını müəyyən etməyə çalışıblar. Bu məhkəmələrin qeyd olunan məsələylə bağlı əsas cəhəti ondan ibarətdir ki, onları baş verən hadisələrin həqiqətən soyqırıma səbəb olub olmadığı deyil, İsveçrə cəmiyyətində buna soyqırım kimi inanılıb inanılmadığı məsələsi maraqlandırıb. Bəlkə də bu, elmi nəzəriyyənin də qeyd etdiyi kimi, təcrübədə bu tipli işlərdə yerli məhkəmələrin tarixi hadisələrin beynəlxalq və yerli hüquqa görə soyqırım olub olmadığını müəyyən etməsinin mümkünsülüyü ilə bağlıdır. Lakin bu məsələnin cəmiyyətin qısa müddət içərisində dəyişə bilən konsensusuna istinadən müəyyən edilməsi onu göstərir ki, bu məsələ ilə bağlı hər hansı bir hüquqi kriteriyaya istinad edilməyib. Belə bir qeyri-müəyyənlik hüquqi məyyənlik prinsipinə ziddir. İsveçrə Hökumətinin və bir sıra başqa hökumətlərin 1915-ci il və ondan sonrakı illərin hadisələrinə “soyqırım” kimi istinad etməməsi faktı və xeyli sayda tarixçilərin bu hadisələrin soyqırıma səbəb olmadığı qənaətində olması ərizəçinin bu məsələnin İsveçrədə tam şəkildə qətiləşməməsi nəticəsinə gəlməsinə səbəb ola bilərdi. Hüquq elmləri namizədi kimi, o, hesab edib ki, “soyqırım” qəti şəkildə müəyyən edilmiş hüquqi anlayışdır və buna görə də ərizəçi bu anlayışın cəmiyyətin konsensusuna istinadən müəyyənləşdirilməsini qabaqcadan görə bilməzdi. Ciddi hüquqi anlayış kimi istifadə olunan “soyqırım” ifadəsinin hüquqi dairənin kənarında istifadə olunan qeyri-ciddi “soyqırım” ifadəsindən fərqi, Kambociya, Bosniya və Darfurda baş verən vəhşiliklərə istinad edən elmi nəzəriyyədə öz əksini tapıb. Bu məsələ ilə bağlı cəmiyyətin konsensusuna istinad edilməsi təcrübəsi siyasi aktiv qrupların İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 4-cü bəndinin geniş yayılmasına cəhd göstərməsinə səbəb ola bilər və bu qruplar müəyən hadisələrin, soyqırım ifadəsinin hüquqi anlayışına istinad etmədən, parlamentlər tərəfindən soyqırım kimi tanınmasını qəbul etdirməyə çalışa bilərlər. Odur ki, İsveçrə məhkəmələrinin yanaşması o anlama gəlir ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə “qanunla” deyil, “ictimai rəylə” nəzərdə tutulub.
(c) Məhkəmənin qiymətləndirməsi
130. Ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin İsveçrə qanunvericiliyində - Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndində - nəzərdə tutulduğu mübahisə olunmur və müvafiq qanunvericilik mövcud olub. Tərəflərin və üçüncü tərəflərin bu məsələ ilə bağlı əsas arqumenti bu qanunun Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin məqsədlərinə kifayət qədər cavab verib verməməsilə bağlıdır.
(i) Ümumi prinsilər
131. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində “qanunla nəzərdə tutulan” ifadəsinin mənasını müəyyən etməli olduğu ilk işdə, Bazar Vaxtı (The Sunday Times) Birləşmiş Krallığa qarşı işdə (no 1) (26 aprel 1979, § 48-49, A Bölməsi № 30), Məhkəmə qeyd edib ki, digər məsələlərlə yanaşı o, öncədən görülə bilmə tələbini nəzərdə tutur. Əgər norma aidiyyatı olan şəxsin öz hərəkətini tənzimləməsini təmin etmək üçün yetərli dərəcədə dəqiq deyilsə, o zaman ona “qanun” kimi istinad edilə bilməz: şəxs – lazım gəldikdə müvafiq konsultasiya yolu ilə - edilən hərəkətin doğuracağı nəticələri müxtəif şəraitlərdə ağlabatan dərəcədə qabaqcadan görə bilməlidir. Lakin Məhkəmə davam edərək bildirib ki, bu nəticələr qəti dərəcədə müəyyənliklə qabaqcadan görülə bilməli deyil, çünki təcrübə göstərir ki, bu mümkün deyil.
132. 10-cu maddənin 2-ci bəndinə dair sonrakı presidentlərində də Məhkəmə çox kiçik dəyişikliklərlə bu mövqeyinə sadiq qalıb (bax, digər qərarlarla yanaşı, Rekvényi, yuxarıda istinad edilib, § 34; Öztürk Türkiyəyə qarşı [BP], № 22479/93, § 54, AİHK 1999-VI; və Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı [BP], № 21279/02 və 36448/02, § 41, AİHK 2007-IV).
133. Hətta ərizəçilərin ifadə azadlığı hüququna müdaxilənin cinayət “cəzası” formasında yer aldığı digər işlərdə də Məhkəmə qanunun mətnində mütləq dəqiqliyə nail olmağın mümkünsüzlüyünü qeyd edib. Xüsusilə cəmiyyətin fikirlərinin dəyişməsi nəticəsində vəziyyətin dəyişdiyi sahələrdə bunun imkansız olduğunu bildirən Məhkəmə qəbul edib ki, qəti dəqiqlikdən çəkinmək və dəyişən vəziyyətlərin sürətinə yetişmək ehtiyacı o deməkdir ki, bir çox qanunların mətni müvafiq həddə qeyri-müəyyən ola bilər və onun şərhi və tətbiqi təcrübə ilə əlaqədardır (bax, digər qərarlarla yanaşı, Müller və Başqaları İsveçrəyə qarşı, 24 may 1988, §29, A Bölməsi № 133; Tammer Estoniyaya qarşı, № 41205/98, § 37, AİHK 2001-I; və Çauvy və Başqaları Fransaya qarşı, № 64915/01, § 43, AİHK 2004-VI).
134. Təbii olaraq, “qanundan” danışarkın 10-cu maddənin 2-ci bəndi Konvensiyanın digər yerlərdə də istinad etdiyi anlamda “qanun” ifadəsini əks etdirir. Məsələn, bu işin məqsədinə xüsusi olaraq uyğun olan 7-ci Maddədə nəzərdə tutulan ifadə də eyni mənanı kəsb edir (bax, Grigoriades Yunanıstana qarşı, 25 noyabr 1997, § 50, 1997-VII Hesabatlar; Başkaya və Okçuoğlu Türkiyəyə qarşı [BP], № 23536/94 və 24408/94, § 49, AİHK 1999-IV; və Erdoğdu və İnce Türkiyəyə qarşı [BP], № 25067/94 və 25068/94, § 59, AİHK 1999-IV). 7-ci maddənin kontekstində Məhkəmə qəti olaraq bildirib ki, cinayətlərin qanunla dəqiq şəkildə müəyyən edilməsinə dair tələb, əgər şəxs qanunun mətnindən onun nəzərdə tutduğu normanı anlaya bilirsə, yerinə yetirilmiş sayılır. Şəxs yeri gəldikdə məhkəmənin şərhi vasitəsilə, hansı hərəkət və ya hərəkətsizliyin onun üçün cinayət məsuliyyəti yaratdığını anlaya bilirsə bu, qeyd olunan tələbin yerinə yetirilməsi deməkdir (bax, ümumi olaraq, yaxın zamanlarda qəbul olunan işlər, Kononov Latviyaya qarşı [BP], № 36376/04, § 185, AİHK 2010; Del Río Prada İspaniyaya qarşı [BP], № 42750/09, § 79, AİHK 2013; və Rohlena Çex Respublikasına qarşı [BP], № 59552/08, § 50, AİHK 2015, və, Konvensiyanın 7-ci və 10-cu maddələrinə aid işlərin kontekstində, Fransa Radiosu (Radio France) və Başqaları Fransaya qarşı, № 53984/00, § 20, AİHK 2004-II). 7-ci maddə cinayət məsuliyyəti qaydalarının müxtəlif işlərin məhkəmə tərəfindən şərh edilməsi yolu ilə tədricən aydınlaşdırılmasını qadağan etmir, bir şərtlə ki, nəticə əməlin mahiyyətinə uyğun olmalı və qabaqcadan görülə bilən olmalıdır (bax, Kononov, § 185; Del Río Prada, § 93; və Rohlena, § 50, bu işlər yuxarıda qeyd olunub).
135. Məhkəmə həmçinin Konvensiyanın 9, 10 və 11-ci maddələrinə istinad edərək bildirib ki, hüquqi normanın birdən artıq tərkibinin olması faktı onun qabaqcadan görülə bilmə tələbinə cavab vermədiyi anlamına gəlmir (bax, Leyla Şahin Türkiyəyə qarşı [BP], № 44774/98, § 91, AİHK 2005-XI, 9-cu maddə ilə bağlı; Vogt, yuxarıda qeyd olunub, § 48 in fine, 10-cu maddə ilə bağlı; və Gorzelik və Başqaları Polşaya qarşı [BP], № 44158/98, § 65, AİHK 2004-I, 11-ci maddəylə bağlı). 7 və 10-cu maddələrin kontekstində Məhkəmə qeyd edib ki, qanunvericilikdə yeni cinayət növü yaradıldıqda, cinayət məhkəməsi bu normanı şərh edib tətbiq edənə qədər bu qanunun mənasına dair hər zaman qeyri-müəyyənlik elementi olacaq (bax Jobe Birləşmiş Krallığa qarşı (dec.), № 48278/09, 14 iyun 2011).
136. Hazırkı işdə bu halları araşdırarkən Məhkəmə anlayır ki, yaxşı işlənmiş presidentlərə əsasən, Konvensiyanın 34-cü maddəsi altında verilən fərdi şikayətlərlə bağlı proseslərdə Məhkəmənin vəzifəsi abstrakt qaydada yerli qanunvericiliyi nəzərdən keçirmək deyil, bu qanunun ərizəçiyə tətbiqində Konvensiyanın pozuntusunun baş verib vermədiyini araşdırmaqdır (bax, digər qərarlarla yanaşı, Golder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975, § 39 nəticə, A Bölməsi № 18; Minelli İsveçrəyə qarşı, 25 mart 1983, § 35, A Bölməsi № 62; və Von Hannover Almaniyaya qarşı (№2) [BP], № 40660/08 və 60641/08, § 116, AİHK 2012).
(ii) Bu prinsiplərin hazırkı işə tətbiqi
137. Yuxarıdakı prinsiplərdən belə nəticəyə gəlinir ki, bu işdə vacib olan məsələ İsveçrə Cinayət Məcəlləsinin 264-cü maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin, xüsusilə bu normanın “soyqırım” ifadəsindən istifadəsinin, qabaqcadan görülə bilən olub olmaması deyil, əsas məsələ ondan ibarətdir ki, ərizəçi ittiham olunduğu bəyanatlarla çıxış edərkən bu bəyanatların sözügedən norma altında onun cinayət məsuliyyətinə səbəb olacağını – lazım gəldikdə hüquqi məsləhət vasitəsilə - bilirdimi.
138. Lazanna Rayon Polis Məhkəməsi və Federal Məhkəmə, ərizəçinin prokurorluq orqanları tərəfindən dindirilməsilə bağlı protokollara əsaslanaraq hesab edib ki, ərizəçi 1915-ci il və ondan sonrakı illərin hadisələrinin İsveçrə Milli Şurası tərəfindən soyqırım kimi tanınması barədə məlumatlı olub və “səhvini düzəltmək” üçün heç bir təşəbbüs göstərməyib (bax, yuxarıda 22 və 26-cı paraqraflar). Buna və İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinə, xüsusilə onun tərtib olunması tarixinə (bax ...mutatis mutandis, Olsson İsveçə qarşı (№ 1), 24 mart 1988, § 62, A Bölməsi №130), əsaslanaraq Məhkəmə hesab edir ki, ərizəçi bunun əksini iddia etsə də, məntiqli şəkildə bu hadisələrlə bağlı bəyanatların onun üçün cinayət məsuliyyəti yaradacağını qabaqcadan görə bilirdi. Oxşar bəyanatlarla bağlı daha əvvəllər qaldırılmış cinayət işlərinin bəraətlə nəticələnməsi vəziyyəti dəyişdirmir. Xüsusilə nəzərə almalıyıq ki, Bern-Laupen Rayon Məhkəməsi ona görə bəraət hökmü çıxarıb ki, məhkəmə təqsirləndirilən şəxsin irqçi motivlərlə çıxış etmədiyi qərarına gəlib və eyni zamanda 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrə 261-ci maddə ilə “soyqırım” kimi istinad edilə bilməsilə bağlı sualı da açıq saxlayıb. Bu məsələ şəxsə və onun bəyanatlarının mahiyyətinə görə fərqli işlərdə fərqli formada ola bilər. ... Ərizəçi müvafiq hüquqi məsləhət almaqla bu haqda özünü məlumatlandıra bilərdi. Doğrudur ki, daha ətraflı president olmadığı üçün növbəti işdə İsveçrə Məhkəməsinin bu hadisələrin 261-ci maddənin 2-ci bəndinin 4-cü yarımbəndi ilə “soyqırım” təşkil edib etmədiyini necə müəyyənləşdirəcəyi tam olaraq aydın deyildi. Lakin bununla bağlı məhkəmələri günahlandırmaq olmaz, çünki onlar ərizəçinin yol verdiyi hərəkətlə tez-tez üzləşməli olmayıblar (bax, mutatis mutandis, Soros Fransaya qarşı, №50425/06, §58, 6 oktyabr 2011). Ərizəçinin işilə bağlı məhkəmələrin yanaşması məntiqli qaydada gözlənilən idi, xüsusilə nəzərə almalıyıq ki, İsveçrə Milli Şurası 1915-ci il və ondan sonrakı illərin hadisələrini soyqırım kimi tanıyıb. ... Bu yanaşma presidentin qəflətən və qabaqcadan görülməsi mümkün olmayan qaydada dəyişdirilməsinə səbəb olmayıb (bax, mutatis mutandis, Jorgic Almaniyaya qarşı, № 74613/01, § 109-13, AİHK 2007-III, və kontrast Pessino Fransaya qarşı, № 40403/02, § 34-36, 10 oktyabr 2006) və bunu cinayət qanunvericiliyinin məzmununun genişləndirilməsi kimi qiymətləndirmək olmaz (kontrast Karademirci və Başqaları Türkiyəyə qarşı, № 37096/97 və 37101/97, §42, AİHK 2005-I).
139. İsveçrə məhkəmələrinin İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 4-cü bəndi kontekstində “soyqırım” anlayışına nəyin daxil olmasına dair yanaşmasının Konvensiyaya münasibətdə qəbuledilən olub olmamasına dair sual, ərizəçinin məhkum olunmasına dair onların əsaslandırmalarının yetərli və müvafiq olub olmaması ilə bağlıdır və bu məsələ aşağıda, zərurilik başlığının altında müzakirə olunacaq (bax, mutatis mutandis, Lindon, Otchakovsky-Laurens və July, yuxarıda 42-ci paraqrafda qeyd olunub).
140. Beləliklə, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə qabaqcadan görülə bilən olub və buna görə də Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən “qanunda nəzərdə tutulub”.
2. Legitim məqsəd
(a) Palatanın qərarı
141. Palata qəbul edib ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə “digərlərinin hüquqularını” qorumaq məqsədi daşıyıb, daha dəqiq desək, 1915-ci il və ondan sonrakı illərdə Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən vəhşiliklərin qurbanlarının qohumlarının qürurunu qorumaq məqsədi daşıyıb. Lakin Palata hesab edib ki, İsveçrə Hökuməti ərizəçinin şərhlərinin ictimai asayişə ciddi təhlükə yaratması ilə bağlı arqumentini kifayət qədər əsaslandıra bilməyib.
(b) Yuxarı Palataya təqdim olunan müraciətlər
(i) Tərəflər
142. Ərizəçi bu məsələ ilə bağlı xüsusi arqumentlər təqdim etməyib.
143. İsveçrə Hökuməti bildirib ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə başqalarının hüquqlarını müdafiə etmək məqsədi daşıyıb: 1915-ci il və ondan sonrakı illərin qurbanlarının və onların sonrakı nəsillərinin. Ərizəçinin münasibəti erməni icmasının şəxsiyyətinə qarşı təhdid yaradıb. Müdaxilə həmçinin ictimai asayişi qorumaq məqsədi daşıyıb. 2004-cü ilin iyul ayında ərizəçi Lazannada Lazanna Müqaviləsinin il dönümü ilə bağlı, İsveçrədən və xarici ölkələrdən olan 2.000-ə yaxın şəxsin qatıldığı tədbirdə bəyanatla çıxış edib və bu, bir sıra risklər yaradıb, çünki bu tədbir başqa bir tədbirlə eyni vaxta təsadüf edib. İsveçrə Hökuməti həmçinin qeyd edib ki, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsi “ictimai asayişə qarşı cinayətlər” bölümünün altında yerləşir və İsveçrə Federal Məhkəməsinin presidentlərinə əsasən bu maddənin məqsədi sadəcə bir etnik və ya dini qrupun üzvlərini deyil, həmçinin ictimai asayişi qorumaqdır. Bu da Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin şərhinə uyğun olaraq, İsveçrənin İrqi Ayrı-seçkiliyin Qadağan olunması haqqında Beynəlxalq Konvensiyanın 4-cü maddəsinin “b” bəndi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 20-ci maddəsinin 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliklərdən irəli gəlir.
(ii) Üçüncü tərəflər
144. Türkiyə Hökuməti bildirib ki, ərizəçinin məhkum olunması ilə ictimai asayişin müdafiəsi arasında hər hansı əlaqə yaradılmayıb və ictimai asayişə hədəflənən hər hansı spesifik hədəyə də istinad edilməyib. Onlar diqqəti, Konvensiyanın “ictimai asayişi” nəzərdə tutan 10-cu maddəsinin 2-ci bəndi ilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın “ictimai asayişin müdafiəsini” nəzərdə tutan 19-cu maddəsinin 3-cü bəndinin “b” yarımbəndi arasında fərqə yönəldərək qeyd ediblər ki, ərizəçinin bəyanatlarının kütləvi ixtişaşa səbəb ola biləcəyi və ya faktiki olaraq səbəb olduğu barədə hər hansı bir sübut yoxdur. Oxşar bəyanatlar əvvəllər də olub və həmin işlərdə də bu işdə olduğu kimi hər hansı kütləvi ixtişaşın baş verməsi xəbərinə rast gəlinməyib.
(c) Məhkəmənin qiymətləndirməsi
145. İsveçrə Hökuməti bidirib ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan iki legitim məqsədə xidmət edib: “kütləvi ixtişaşın qarşısının alınması” və “digərlərinin hüquqularının qorunması”. Məhkəmə bu arqumentləri bir-bir nəzərdən keçirəcək.
(i) “Kütləvi iğtişaşın qarşısının alınması”
146. Konvensiyada və Protokollarda təsbit edilən hüquqlara yönələn müdaxilələri əsaslandıran legitim məqsədləri şərh edərkən, Konvensiyanın və Protokolların ingilis dilində olan mətnində müxtəlif maddələr fərqli cür formalaşdırılır. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi, həmçinin 8-ci maddəsinin 2-ci bəndi “kütləvi iğtişaşın qarşısının alınması”nı nəzərdə tutur, halbuki Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 7 saylı Protokolun 1-ci maddəsinin 2-ci bəndi “ictimai asayiş marağı”, Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndi “ictimai asayişin müdafiəsi” və 4-cü Protokolun 2-ci maddəsinin 3-cü bəndi “ictimai asayişin qorunması”nı (“ordre public”) nəzərdə tutur. Yuxarıda 134-cü maddədə qeyd olunduğu kimi, Konvensiya və Protokollar nəzərdə tutulan termindən istifadə edərkən ona eyni konseptdə istinad etsə də bu terminlər arasındakı fərq normalda onların mənası arasında fərqin göstəricisidir. Bu kontekstdə baxdıqda, ictimai asayişin kontinental ölkələrdə (bax, 4-cü Protokolun Şərhedici Hesabatının 16-cı paraqrafı) daha geniş anlayışı əhatə etməsinə əsaslansaq, sonuncu formula daha geniş mənanı əhatə edir. Adı çəkilən ölkələrdə ictimai asayiş termini sosial strukturun qorunması və bəzi yurizdiksiyalarda hətta insan ləyaqətini əhatə edən siyasi, iqtisadi və əxlaqi prinsiplərlə bağlı qurumlara istinad edir. Halbuki sonuncu termin daha dar mənanı əhatə edərək qiyam və digər bu kimi kütləvi ixtişaşları əhatə edir.
147. Digər tərəfdən, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi, eləcə də 8-ci maddənin 2-ci bəndi və 11-ci maddənin 2-ci bəndi fransız dilində olan mətnlərdə “la défense de l’ordre” kimi əks olunur və bu, ingilis dilində olan mətndəki “iğtişaşın qarşısının alınması” terminindən daha geniş dairəni əhatə edə bilər. Lakin yenə də, burda da fransız dilli mətndə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndi və 7 saylı Protokolun1-ci maddəsinin 2-ci bəndi “ordre public” termininə istinad edir.
148. Əslində Məhkəmə yaxın keçmişdə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “iğtişaşın qarşısının alınması” (fransız dilində olan mətndə “défense de l’ordre”) və “ictimai asayiş” (“ordre public”) terminləri arasında fərqi müəyyən edib (bax, S.A.S. Fransaya qarşı [BP], № 43835/11, § 117, AİHK 2014 (çıxarışlar)).
149. Müqavilələr Hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 33-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilələr “əks etdirdikləri ifadələrin, müqavilənin kontekstinə görə və məqsəd və məramına əsasən, adi qaydada ifadə etdikləri mənaya əsaslanaraq yaxşı niyyətlə” şərh olunmalıdır. Bu Konvensiyanın, Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, müqavilələrin şərhinə həsr edilən 33-cü maddəsinin 3-cü bəndi iki və ya daha artıq dillərdə təsdiq olunub və bu norma vasitəsiylə müqavilə ifadəsi “hər təsdiq olunmuş mətndə eyni dildə təsbit olunub”. Adı çəkilən Konvensiyanın 33-cü maddəsinin 4-cü bəndi qeyd edir ki, təsdiq olunmuş mətnlər arasında məna fərqi meydana çıxarsa, qəbul edilən məna “müqavilənin məqsəd və məramına uyğun olaraq, mətnləri ən yaxşı şəkildə uzlaşdıran” məna olmalıdır. Bu son qeyd olunan qaydalar adı çəkilən Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şərhin ümumi qaydasının elementləri kimi oxunmalıdır (bax, Golder, yuxarıda qeyd olunub, § 30, və Witold Litwa Polşaya qarşı, № 26629/95, § 58, AİHK 2000-III).
150. Məhkəmə bu günə qədər bir neçə hallarda bildirib ki, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsiplərini əks etdirən bu qaydalar (bax, Golder, yuxarıda 29-cu paraqrafda qeyd olunub) artıq adət hüququ statusu qazanıb (bax, LaGrand (Almaniya Amerika Birləşmiş Ştatlarına qarşı), Qərar, I.C.J. (Beynəlxalq Ədalət Məhkəməsi) Hesabatları 2001, 466-cı səhifə, 99 və 101-ci paraqraflar). Bu qaydalar tələb edir ki, müvafiq mətnlər mümkün qədər uzalaşan və Konvensiyanın məqsəd və məramına ən müvafiq şəkildə uyğun olan formada şərh olunmalıdır (bax, Wemhoff Almaniyaya qarşı, 27 iyun 1968, 23-cü səhifə, § 8, A Bölmələri № 7; Bazar Vaxtı, yuxarıda qeyd olunub, § 48; Brogan və Başqaları Birləşmiş Krallığa qarşı, 29 noyabr 1988, § 59, A Bölmələri № 145-B; və Stoll, yuxarıda qeyd olunub, 59-60-cı paraqraflar).
151. Nəzərə alsaq ki, sözügedən ifadələrin hansı kontekstdə işlənməsi fərdi insan hüquqlarının səmərəli müdafiəsi üçün müqavilə rolunu oynayır (bax, Saadi Birləşmiş Krallığa qarşı [BP], № 13229/03, § 62, AİHK 2008), o zaman 10-cu maddənin 2-ci bəndindəki norma kimi Konvensiyada nəzərdə tutulmuş hüquqlara müdaxiləyə icazə verən normalar məhdudiyyətlə şərh olunmalıdır (bax, digər qərarlarla yanaşı, Vogt, § 52; Rekvényi, § 42; və xüsusilə Stoll, §61, hər biri yuxarıda qeyd olunub) və daha ümumi yanaşsaq, ümumi qaydalarla bağlı istisnalar geniş şəkildə şərh oluna bilməz (bax, Witold Litwa, yuxarıda 59-cu paraqrafada qeyd olunub). Bunlara əsaslanaraq Məhkəmə hesab edir ki, ingilis dilində olan mətndəki sözlər ancaq dar məna daşıdığı üçün, 10-cu maddənin 2-ci bəndinin ingilis və fransız dilində olan mətnlərdəki “iğtişaşın qarşısının alınması” və “la défense de l’ordre” ifadələri daha dar mənada başa düşülməlidir.
152. İsveçrə Hökumətinin 261-ci maddənin İsveçrə Cinayət Məcəlləsində sistematik yeri olması və onun İsveçrə hüququ ilə müdafiə məqsədi daşıması ilə bağlı arqmentləri geniş mənanı nəzərdə tutur və buna görə də hazırkı işdə qeyri-münasib sayılır. Bu işdə maraq kəsb edən məsələ ondan ibarətdir ki, ərizəçinin bəyanatları real olaraq iğtişaş yarada bilərdimi və ya belə bir iğtişaşı yaradıbmı, məsələn, hansısa icimai narahatlığa səbəb olubmu ki, İsveçrə Hökuməti də onu cəzalandırarkən bunu nəzərə alıb.
153. Lakin Isveçrə Hökumətinin öz mövqeyini müdafiə edən yeganə arqumenti ondan ibarətdir ki, Lazannada 24 iyul 2004-cü il tarixdə, ərizəçinin məhkum olunması ilə əlaqəli tədbirlərdən bir il öncə, iki etiraz aksiyası keçirilib və ərizəçi onlardan birində spiker kimi çıxış edib. Bununla bağlı İsveçrə Hökuməti hər hansı detallı açıqlama verməyib və faktiki olaraq o aksiyalarda hansısa qarşıdurmanın baş verməsinə dair hər hansı sübut yoxdur (kontrast, mutatis mutandis, Plattform “Ärzte für das Leben” Avstriyaya qarşı, 21 iyun 1988, 12-13-cü paraqraflar, 19 və 37-38, A Bölmələri № 139, və Chorherr Avstriyaya qarşı, 25 avqust 1993, 7-8 və 28-ci paraqraflar və 28, A Bölmələri № 266-B). Daha vacib olan odur ki, ərizəçiyə qarşı İsveçrə hakimiyyət orqanarı tərəfindən deyil, İsveçrə-Erməni Assosiasiyası tərəfindən edilən şikayət əsasında qaldırılan cinayət işilə bağlı İsveçrə məhkəmələrinin heç bir qərarında bu məsələ qeyd olunmayıb (bax, yuxarıda 17-ci paraqraf). Nəhayət, ərizəçinin bəyanatlarla çıxış etdiyi ictimai tədbirlərin İsveçrə hakimiyyət orqanları tərəfindən ictimai iğtişaşa səbəb ola biləcək tədbir kimi qiymətləndirilməsi və bunun qarşısını almaq üçün müəyyən tədbirlərin həyata keçirilməsinə dair hər hansı sübut yoxdur. Eyni zamanda İseçrədə həm erməni həm də türk icmasının yaşamasına baxmayaraq, bu cür bəyanatların ciddi gərginlik yarada biləcəyi və qarşıdurmaya səbəb ola biləcəyinə dair heç bir sübut yoxdur (kontrast Castells İspaniyaya qarşı, 23 aprel 1992, 39-cu paraqraf, A Bölmələri, №236).
154. Buna görə də Məhkəmə, ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin “iğtişaşın qarşısının alınması” məqsədilə edilməsi arqumenti ilə razılaşmır.
(ii) “Digər şəxslərin hüquqlarının ... müdafiəsi”
155. Bu legitim məqsədlə bağlı bir tərəfdən 1915-ci il və ondan sonrakı illərdə baş vermiş hadisələrdə dünyasını dəyişmiş və sağ qalan qurbanların ləyaqəti və digər tərəfdən onların övladları olan indiki ermənilərin ləyaqəti və üstəlik şəxsiyyəti fərqləndirilməlidir.
156. İsveçrə Federal Məhkəməsinin öz qərarının 5-ci bəndinin 2-ci yarımbəndində də qeyd etdiyi kimi, 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin qurbanlarının övladlarının çoxu, xüsusilə erməni diasporasından olanlar, öz identifikasiyasını qurarkən bunu onların icmasının soyqırım qurbanı olması duyğuları üzərində qururlar (bax, yuxarıda 26-ci paraqraf). Bu baxımdan Məhkəmə qəbul edir ki, ərizəçinin ermənilərə qarşı soyqırımı inkar edən bəyanatlarına edilən müdaxilə bu identifikasiyanı və beləliklə də hazırkı dövrdə yaşayan ermənilərin ləyaqətini müdafiə etmək məqsədi daşıyıb. Eyni zamanda qeyd olunmaldıır ki, o hadisələrin hüquqi təsnifatını mübahisələndirməklə ərizəçinin qurbanlar haqqında neqativ çıxış etməsini, onların ləyaqətini alçaltmasını və ya insanlığa qarşı təhqiramiz fikirlər irəli sürməsini demək olmaz. Həmçinin ərizəçinin erməni soyqırımını “beynəlxalq yalan” adlandırmqla həmin şəxsləri və ya onların övladlarını günahlandırmasını iddia etmək olmaz; bu bəyanatların ümumi məğzi onu göstərir ki, ərizəçinin ittihamları “İngiltərə, Fransa və Çar Rusiyası” kimi “imperialistlərə” və “[Amerika Birləşmiş Ştatları] və [Avropa Birliyinə]” ünvanlanıb (bax, yuxarıda 13-cü paraqraf). Digər tərəfdən o da nəzərə alınmalıdır ki, ərizəçi Könizdəki bəyanatlarında ermənilərin “imperialist qüvvələr” tərəfindən bir “alət” kimi bu hadisələrə cəlb olunduğunu bildirib və onları “türklərə və müsəlmanlara qarşı qırğınlar törətməkdə” ittiham edib (bax, yuxarıda 16-cı paraqraf). Bu halda Məhkəmə razılaşır ki, müdaxilə həm də qurbanların və onların övladlarının ləyaqətini qorumaq məqsədilə edilib.
157. Beləliklə, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə “başqalarının hüquqlarını ... müdafiə etmək” məqsədilə edilib. İndi bununla bağlı cinayət “cəzasının” tətbiq olunmasının “demokratik cəmiyyətdə zəruri” olub olmadığını müəyyənləşdirmək qalır.
3. Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi
(a) Palatanın qərarı
158. Palata ərizəçinin bəyanatlarını, bu bəyanatların edildiyi kontekstdə nəzərdən keçirərək və ərizəçinin mövqeyinə istinadən hesab edib ki, bu bəyanatlar “tarixi, hüquqi və siyasi xarakterli” olub, ictimai maraqla əlaqəli olan müzakirələrlə bağlıdır və bu əsasla da yekun olaraq hesab edib ki, İsveçrə Hökumətinin bu bəyanatlarla bağlı qiymətləndirmə sərbəstliyi məhduddur. Palata hesab edib ki, Isveçrə məhkəmələrinin ərizəçini ittiham etmək üçün 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin hüquqi təsnifatını müəyyən edərkən “ümumi konsensus” anlayışına əsaslanması problemlidir. Palata davam edərək ərizəçinin bəyanatlarının nifrət və ya zorakılıq yaratdığının heç bir göstəricisi olmadığını qeyd edib və bu bəyanatlarla Holokostu inkar edən bəyanatlar arasında fərqi vurğulayaraq, onların eyni məna daşımadığını və eyni əks səda doğurmadığını bildirib. Palata həmçinin son illər müqayisəli hüququn inkişafına və BMT-nin İnsan Hüquqları Komitəsinin mövqeyinə diqqət çəkib. Bu əsaslarla, Palata ərizəçinin ittihamının ciddi sosial ehtiyacın tələbi olduğuna şübhə etdiyini bildirib. O həmçinin ərizəçiyə tətbiq olunan cəzanın ağırlığını nəzərə alaraq qərara gəlib ki, bu ittiham və cəza 1915-ci il və ondan sonrakı illərdə baş vermiş hadisələrin qurbanlarının və onların övladlarının qürurunun qorunması üçün “demokratik cəmiyyətdə zəruri” olmayıb.
(b) Böyük Palataya təqdim olunan müraciətlər
(i) Tərəflər
(α) Ərizəçi
159. Ərizəçi bildirib ki, onun bəyanatları Konvensiyanın 10-cu maddəsi ilə yüksək səviyyədə qorunmalıdır, çünki bu bəyanatlar nəinki 1915-ci il və ondan sonrakı illərin hadisələrilə bağlı, həmçinin ziddiyyətli tarixi hadisələrlə bağlı fərqli fikirlərin cinayət hesab olunmasının düzgün olub olmamasına dair müzakirələri canlandırıb; bu məsələlərin hər ikisi ictimai maraq doğuran məsələlərdir. Bu bəyanatların cinayət qaydasında cəzalandırılması bu müzakirələri boğmaq və ictimaiyyəti tarixi hadisələrlə bağlı fərqli şərhlər təqdim etməkdən çəkindirmək məqsədi daşıyır və nəticədə ermənilərin Osmanlı İmperiyasında əzablar yaşaması barədə rəsmi tarixşünaslıq təsiri yaradır. Bu, demokratik cəmiyyətdə vacib olan müzakirə açmaq və sərbəst şəkildə araşdırma aparmaq imkanlarına zidd olub. O, hadisələri inkar etməyib, sadəcə olaraq bu hadisələrin beynəlxalq hüquqla nəzərdə tutulan mənada soyqırım kimi xarakterizə olunmasını, xüsusilə Osmanlı Hökumətinin erməniləri bir qrup olaraq məhv etmək qəsdi olmasına dair sübutlar yetərsiz olduğu halda bu hadisələrin soyqırım kimi qələmə verilməsini rədd edib. Onun arqumenti Soyqırım haqqında Konvensiyanın retroaktiv qaydada tətbiqinə yol verilməməsi halı ilə və hadisələrin müvafiq səlahiyyətli məhkəmə tərəfindən soyqırım kimi tanınmaması faktı ilə daha da güclənib. Bu, ərizəçinin bəyanatları ilə sadəcə təsnifatlandırma ilə deyil, konkret tarixi faktlarla təsdiq olunmuş Holokostun inkarına dair bəyanatları fərqləndirib. Bundan başqa, Holokost beynəlxalq məhkəmə tərəfindən aydın hüquqi qaydalarla təsdiq olunub və hazırda buna dair əsas faktlarla onların hüquqi xarakteristikası arasında hər hansı uyğunsuzluq yoxdur. Bu Məhkəmə faktiki olaraq anti-Semitik və anti-demokratik məqsədlərlə bir tək Holokostun inkarının cinayət əməli kimi qiymətləndirilməsini təcrübə edib. Müasir dövrümüzdə Avropanın sosial mühitinə nəzərən, bu inkar oxşar cinayətin rasionallaşdırılmasına və irqi nifrətin təqdim edilməsinə səbəb ola biləcək nadir fenomendir. Əksinə, Avropada ermənilərin təzyiqə məruz qalmasına dair hər hansı tarix mövcud olmayıb. Buna görə də ərizəçi öz nöqteyi nəzərinə əsaslanaraq Holokostla 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələr arasındakı fərqli cəhətləri vurğulayıb və bildirib ki, bir hadisəni soyqırım kimi tanımaqla, bu hadisə ilə bağlı fərqli fikirləri qadağan etmək bir-birindən fərqli məsələlərdir.
160. Ərizəçi həmçinin bildirib ki, 1915-ci il və ondan sonrakı illərin hadisələrilə bağlı tarixi araşdırmalar hələ də davam edir və alimlər arasında bu hadisələrlə bağlı konsensus mövcud deyil. Bununla bağlı İsveçrə hakimiyyət orqanlarının iddiaları bir sıra tanınmış tarixçilərin və siyasi fiqurların fikirlərinə əsaslanır. Bundan əlavə, 2009-cu ildə, İsveçrə Hökumətinin təşəbbüsü ilə həyata keçirilən mediasiyanın ardından, Ermənistan və Türkiyə Hökumətləri tarixi sənədləri araşdıraraq tövsiyələr təqdim edən kommissiya yaratmaq haqqında razılığa gəliblər; lakin sözügedən ölkələrin parlamentləri bu razılığı ratifikasiya etmədiyi üçün razılaşma heç vaxt reallaşdırılmayıb. Bu da nəzərə alınmalıdır ki, beynəlxalq hüquqla nəzərdə tutulan soyqırım ifadəsi Rafael Lekinin müəyyən etdiyi anlayışla üst-üstə düşmür. Sonuncunun bununla bağlı fikirləri göstərib ki, bu anlayışı tərtib edərkən o, çoxlu sayda tarixi hadisələrdən ilham alıb.
161. Ərizəçi daha sonra bildirib ki, onun bəyanatlarında ifratçı fikirlər əks olunmayıb və ermənilərin identifikasiyasını ciddi şəkildə sarsıtmayıb. O, özünü ifadə edərkən nifrəti və ya irqi ayrı-seçkiliyi təşviq etməyib. Ona görə də onun fikirlərini İrqi Ayrı-seçkiliyin Bütün Növlərinin Qadağan edilməsi haqqında Konvensiyanın 4-cü maddəsi altında cinayət əməli kimi xarakterizə etməyə heç bir ehtiyac olmayıb. Onun hətta neytral komitənin qərarlarına zidd olaraq öz baxışını dəyişməkdən imtina etməsi belə bu vəziyyəti dəyişmir; bir hüquqşünas kimi o razı ola bilməzdi ki, belə bir komitə Soyqırım haqqında Konvensiyanın VI maddəsində nəzərdə tutulan səlahiyyətli məhkəməni əvəz etsin. Onun bəyanatlarında irqçi motivlər olmayıb, bu bəyanatlar sadəcə hüquqi və tarixi mülahizələri əks etdirib. Bir hüquqşünas olaraq o, soyqırım ifadəsinin hüquqi anlayışı ilə bağlı hüquqi prinsiplərə sadiq qalınmasını israrla tələb edib və bu ifadənin maraqlı qruplar tərəfindən istifadə olunmasına qarşı çıxıb. Sosialist siyasətçi kimi məruz qaldığı ittihamlar onun “beynəlxalq yalanı” yaymaqda erməniləri deyil imperialist qüvvələri ittiham etməsinə gətirib çıxarıb. Odur ki, o, qurbanları tarixi saxtalaşdırmaqda günahlandırmayıb, sadəcə olaraq Osmanlı imperiyasında “erməni məsələsi”nin hegemonluq diskorsunun bir parçası olaraq qalmasını vurğulayıb. Bir tarixçi olaraq o, bu məsələ ilə bağlı tarixçilər arasında konsensusun olmadığını bilir. İsveç hakimiyyət orqanlarının gəldiyi nəticəni qəbul etməyərək o bildirir ki, Talaat Paşanın sadəcə adını çəkməsi onun hər hərəkətini və ya çıxışını dəstəkləməsi anlamına gəlmir.
162. Ərizəçiyə görə müzakirə olunan mövzu ilə bağlı müzakirə İsveçrə qanunvericiliyi ilə qadağan olunsa da, onun bəyanatları İsveçrənin daxilində mübahisələri əks etdirib. İsveçrədə Cinayət Məcəlləsinin 261-ci maddəsi çox ziddiyyətli olub və hatta keçmiş Ədliyyə Nazirinin də tənqidlərinə səbəb olub. Bütün Avropada 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin hüquqi xarakteri ilə bağlı müzakirələrin aparılması öz növbəsində göstərib ki, bu məsələ təkcə Türkiyədə deyil, beynəlxalq səviyyədə, özəlliklə orda yaşayan türk icmasının narahatlığı səbəbilə İsveçrədə, ictimai narahatlıq doğuran məsələdir.
163. Ərizəçi daha sonra bildirib ki, o, irqçilik əleyhinə fəaliyyət göstərən aktivistdir və bu mövzularla bağlı çıxış etmək üçün LİCRA və Avropa Parlamenti tərəfindən dəvətlər alıb. O həmçinin bütün vətəndaşların, həmçinin alevi, kürd və xristyan kimi marginal azlıqların, bərabərliyi üçün mübarizə apardığı üçün Türkiyədə 13 ilini həbsxanada keçirib; bununla bağlı Məhkəmə iki dəfə onun Konvensiya ilə qorunan hüquqlarının pozuntusunu tanıyıb. Odur ki, onu irqçi kimi qələmə vermək absurd bir addımdır.
164. Son olaraq ərizəçi bildirib ki, çox daha yaxın keçmişdə baş verən və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan Srebrenisa soyqırımını inkar edən iki şəxslə bağlı işdə İsveçrə Hökuməti şəxsin irqçi motivlərlə çıxış etmədiyi qənaətinə gələrək ittihamı ləğv edib. Bu onu göstərir ki, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 4-cü bəndi qeyri-bərabər şəkildə və siyasiləşmiş yolla tətbiq olunur.
(β) Isveçrə Hökuməti
165. İsveçrə Hökuməti bildirib ki, baxmayaraq ki, İsveçrə Federal Məhkəməsi öz qərarının 7-ci bəndində ermənilərin 1915-ci il və ondan sonrakı illərdə kütləvi qətlini və kütləvi köçürməsini insanlıq əleyhinə cinayət hesab edib və onun əsaslandırması eyni zamanda İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 4-cü bəndi ilə əhatə olunub, bu hadisələrin hüquqi qiymətləndirilməsi məhdud dərəcədə uyğun sayıla bilər. Hökumət Palatanın, ərizəçinin yalnız bu hadisələrin hüquqi qiymətləndirilməsini inkar etdiyi üçün ittiham olunduğunu ehtiva edən əsaslandırması ilə razılaşmayıb. Bununla bağlı Hökumət qeyd edib ki, ərizəçi erməniləri türklərə qarşı təcavüzkarlıqda günahlandırıb və onlara qarşı törədilən vəhşiliklərin soyqırım adlandırılmasını “beynəlxalq yalan” adlandırıb və özünü bu hadisələrin başında duran Talaat Paşanın davamçısı adlandırıb. Buna görə də onun fikirləri sadəcə hadisələrin hüquqi xarakterini mübahisələndirən fikirlər kimi məhdudlaşdırılmamalıdır. Erməniləri təcavüzkar adlandırarkən o, onlara qarşı törədilən əməlləri əsaslandırmağa çalışıb və bu yolla da qurbanların və onların qohumlarının ləyaqətini təhqir edib. Əslində İsveçrə Federal Hökumətinə görə ərizəçinin bəyanatları erməni icmasının üzvlərinin 1915-ci il və ondan sonrakı illərlə bağlı tarixlə yaxından əlaqəsi olan identifikasiyasına qarşı ciddi hədə xarakteri daşıyıb. Sadəcə ərizəçinin soyqırımı inkar etməsi məsələsinə baxan Palata, bu inkarın ümumi kontekstinə və ərizəçinin bu hadisələrlə bağlı fikirlərini heç bir zaman dəyişməyəcəyini tərəddüdsüz bəyan etməsi məsələsinə diqqət yetirməyib.
166. İsveçrə Hökuməti Palatanın ərizəçinin bəyanatlarını “tarixi, hüquqi və siyasi xarakterli” hesab etməsi və nəticədə yerli hakimiyyət orqanlarının mülahizə sərbəstliyinin məhdud olması ilə bağlı qərarına toxunub. Onlar hesab ediblər ki, tarixi müzakirələr azadlığı sadəcə tarixi həqiqətlərin aşkar edilməsinə dair müzakirələrə aiddir və bu müzakirələrin müəllifləri ziddiyyətləri qızışdıran müzakirələrə deyil, açıq və soyuqqanlı müzakirələrə üstünlük verirlər. Ərizəçi dəfələrlə təkrar edib ki, o heç vaxt fikrini dəyişməyəcək və real müzakirə aparmayacaq. Bu bəyanatların müəllifi göstərib ki, o, tarixi müzakirənin fundamental metodlarına riayət etməyib. Belə bir şəraitdə hakimiyyət orqanlarının geniş mülahizə sərbəstliyi olmalıdır.
167. Ərizəçinin bəyanatlarına normal qaydada siyasi çıxışlar üçün nəzərdə tutulan müdafiə tətbiq oluna bilməz, çünki bu bəyanatlar İsveçrənin daxili siyasəti və ya İsveçrə cəmiyyəti daxilində aparılan müzakirə ilə əlaqədar deyil. O, Isveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsini mübahisələndirməyib və ya İsveçrənin siyasi həyatı ilə bağlı müzakirə açmayıb, o, sadəcə öz ölkəsinin siyasətilə bağlı danışıb. Onun çıxışı daxili siyasi müzakirələrdə özünü ifadə edən şəxsin çıxışı ilə eyniləşdirilə bilməz, çünki o zaman bu, ifadə azadlığı hüququnun məqsədini nəzərə almamaq demək olar. Bu məsələ həmçinin Konvensiyanın 16-cı maddəsinin tələblərindən irəli gəlir. Həmin maddə ilə Razılığa gələn Yüksək Tərəflər əcnəbilərin siyasi fəaliyyətini məhdudlaşdıra bilər. Ərizəçinin bəyanatlarını siyasi çıxıs hesab edərək Palata İsveçrəni heç bir təsirə malik olmadığı siyasi mübahisəyə reaksiya verməkdən çəkindirib, baxmayaraq ki, İsveçrə hakimiyyət orqanlarının ifadə azadlığı hüququ prinsipinin öz vəzifə və səlahiyyətləri çərçivəsində tətbiqini təmin etməklə bağlı legitim məqsədi ola bilərdi.
168. İsveçrə Federal Məhkəməsi qərara gəlib ki, kanton hakimiyyət orqanlarının Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən qəddarlıqların hüquqi xarakterilə bağlı ümumi konsensus müəyyənləşdirməsi qanunsuz olmayıb. Ərizəşinin arqumentlərini rədd edən həmin məhkəmə bildirib ki, konsensus yekdillik anlamına gəlmir. İsveçrə məhkəmələri bu məsələ ilə bağlı siyasi deklarasiyaları sadəcə qəbul etməyib, həmçinin bu deklarasiyaları yaradan hakimiyyət orqanlarının baxışının keyfiyyətli ekspert məsləhətlərinə və ya inandırıcı və əsaslandırılmış hesabatlara əsaslanıb əsaslanmadığını nəzərdən keçirib və beynəlxalq cinayət hüququ və soyqırımla bağlı ədəbiyyatları araşdırıb. Aşağı instansiya məhkəməsinin bu məsələ ilə bağlı qərarını qanuni hesab etməklə, İsveçrə Federal Məhkəməsi tarixlə bağlı məsələyə baxmamaq qərarına gəlib. Baxmayaraq ki, Palata İsveçrə məhkəmələrinin bu cür ümumi konsensusun müvcudluğunu qəbul etməyini səhv adlandırıb. İlk olaraq qeyd olunmalıdır ki, Palataya görə ərizəçi hadisələrin həqiqətən baş verib verməməsi məsələsinə deyil, onların hüquqi xarakteri məsələsinə toxunub və ikincisi, bu hadisələrin hətta soyqırım deyil, insanlıq əleyhinə cinayət kimi xarakterizə olunduğu halda da ərizəçinin bəyanatları 261-ci maddənin 2-ci bəndinin 4-cü yarımbəndinin təsiri dairəsinə düşəcəkdi. Razılığa gələn Yüksək Tərəflər bu hadisələrin inkarını, hətta sadəcə konsensusa əsaslanmaqla və bu cür yanaşmaya malik olan Dövlətlərin sayından asılı olmayaraq, cinayət əməli kimi tövsif edə bilərlər.
169. Nəzərə alınmalıdır ki, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi sadəcə soyqırım və insanlıq əleyhinə cinayətlərin inkarını, onun ciddiyyətinin azaldılmasını və əsaslandırılmasını qadağan etmir; əlavə olaraq bu norma həmin əməllərin irqi, etnik və dini əsaslarla insan ləyaqətini alçaltması tələbini nəzərdə tutur. Ərizəçinin işində onun bəyanatlarında irqçi motivlərin olması qənaətinə gəlmək üçün İsveçrə məhkəmələrinin kifayət qədər əsası olub. O, erməniləri müəyyən hərəkətlərdə və sonrakı nəsilləri taixi saxtalaşdırmaqda təqsirləndirərək onlara qarşı törədilən əməlləri əsaslandırmağa çalışıb. Buna görə də İsveçrə məhkəmələrini ərizəçinin bəyanatlarının tarixi müzakirələrə töhfə vermək məqsədi daşımadığı qənaətinə gəlməkdə ittiham etmək olmaz. Ərizəçinin 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin qurbanlarını təhqir etmədiyi nəticəsinə gələrək, Palata yerli məhkəmələrin müəyyən etdiyi faktlardan uzaqlaşaraq dördüncü instansiya rolunda çıxış edib və bəyanatları ayrı-ayrılıqda araşdıraraq onları kontekstdən uzaqlaşdırıb. Ərizəçinin inadkarlığı göstərib ki, onun ideyaları tarixi araşdırmaların nəticəsi olmayıb; bu fikirlər irqçilik və qeyri-tolerantlığa qarşı hədə xarakteri daşıyıb, qurbanların qohumlarının hüquqlarını pozub və Konvensiyanın dəyərlərinə zidd olub. Bu hallar nəinki 17-ci maddənin, həm də 10-cu maddənin 2-ci bəndinin kontekstinə müvafiq olub və yerli məhkəmələrə və digər hakimiyyət orqanlarına geniş mülahizə sərbəstliyi səlahiyyəti verib.
170. İrqçiliklə mübarizə insan hüquqlarının müdafiəsinin vacib aspektidir. Bu, ECRİ-nin (İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası) işlərində də göstərilib və İsveçrəylə bağlı son hesabatında ECRİ inzibati və mülki hüquq çərçivəsində irqi ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirməyi tövsiyə edib. Eyni zamanda Nazirlər Komitəsinin nifrət nitqinə dair 97(20) saylı Tövsiyəsində irqi nifrəti, ksenofobiyanı, anti-Semitizmi və qeyri-tolerantlığı əks etdirən hər hansı nitq pislənib. İsveçrə Hökuməti həmçinin bununla bağlı yaxın keçmişdə baş verən müqayisəli hüquqa dair inkişafa istinad edib və ECRİ-nin siyasətinə dair 7 saylı Tövsiyəsini və Avropa İttifaqının 2008/913/JHA saylı Çərçivə Qərarını misal gətirərək bildirib ki, Avropadakı tendensiyalar da bu istiqamətə yönəlib. Bu məsələyə dair tam konsensusun olmaması o deməkdir ki, Razılığa Gələn Yüksək Tərəflərə geniş mülahizə sərbəstliyi verilməlidir. Palatanın qərarı isə əsassız olub. Bundan başqa, baxmayaraq ki, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin ləğv olunmasına ciddi cəhdlər olunub, bu cəhdlərin heç biri uğur qazanmayıb. Bu, o deməkdir ki, bu norma İsveçrədə ciddi və davamlı demokratik legitimliyə sahibdir.
171. Holokostun nadir xarakterə malik olması məsələsini mübahisə etmək arzusunda olmayan İsveçrə Hökuməti hesab edib ki, soyqırım və insanlıq əleyhinə digər cinayətlərin inkarına qarşı mübarizədə Razılığa Gələn Yüksək Tərəflərə sərbəstlik verilməlidir. Hər iki halda, qurbanları tarixi saxtalaşdırmaqda ittiham etmək irqi ayrə-seçkiliyin ən ciddi formalarından biridir.
172. Son olaraq, İsveçrə Hökuməti qeyd edib ki, ərizəçiyə tətbiq edilən cəza bütövlükdə sərt hesab oluna bilməz, çünki bu cəza ərizəçini öz fikirlərini ictimai formada ifadə etməkdən çəkindirməyib və o, bu fikirləri ilə icmanın həyatına təsir edən məsələlərin müzakirəsinə töhfə verməyib.
(ii) Üçüncü tərəflər
(α) Türkiyə Hökuməti
173. Türkiyə Hökuməti bildirib ki, ərizəçinin bəyanatları siyasi fikir hesab olunur və siyasi çıxışlar müstəsna qaydada daxili məsələləri əhatə etməklə məhdudlaşmayib, hər hansı ictimai narahatlıq doğuran məsələni əhatə edə bilər. Bu bəyanatlar İsveçrədə 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım kimi tanınması və onun inkarının cinayət əməli hesab olunması ilə bağlıdır və dolayısıyla, İsveçrənin daxili siyasətinə təsir edən bir məsələdir. Bu məsələnin İsveçrənin daxilində ziddiyyətli məsələ olduğunu sübut edən digər fakt ondan ibarətdir ki, iki İsveçrəli Assosiasiya – İsveçrə-Erməni Assosiasiyası və İsveçrənin Franszız dilli İcmasının Türk Assosiasiyaları Federasiyası bu işdə üçüncü tərəf kimi cəlb olunub. Buna görə də İsveçrə hakimiyyət orqanlarının ərizəçiyə qarşı hərəkət etməklə bağlı qərarında məhdud mülahizə sərbəstliyi olub; ərizəçinin İsveçrə qanunvericilik orqanını tənqid etməsi bu mülahizə sərbəstliyini daha da məhdudlaşdırıb.
174. Ərizəçi ermənilərə qarşı irqi ayrı-seçkililik yaratmaq niyyətində olmayib, onun məqsədi İsveçrə Milli Şurasının 1915-ci il və ondan sonrakı illərin hadisələrini soyqırım kimi tanımasını tənqid etmək olub. Onun bəyanatlarının və ona qarşı qaldırılmış cinayət işilə bağlı söylədiyi fikirlərin mövzusundan və İsveçrə məhkəmələrinin əasalandırmalarından bunu aydın görmək olur. O, əsassız ziddiyyətli fikirlər yaratmaq niyyətində olmayıb, sadəcə davam edən müzakirələrə töhfə verməyə can atıb. Bu, ərizəçinin və İsveçrə-Erməni Assosiasiyasının dəvət etdiyi tarixçilərin bir-birini təqzib edən fikirlərindən də aydın görünür. Ərizəçi qırğınların və köçürmələrin baş verdiyini sual altına almayıb, o, sadəcə olaraq bu baş verənlərin soyqırım kimi təsnifləndirilməsini mübahisələndirib. Buna görə də onun işi Holokostu inkar edənlərin işindən fərqlənib. Holokostun inkarı işlərində inkar edən şəxslər real tarixi faktları mübahisələndiriblər. Bu işdə ərizəçi öz möqeyində yalnız olmayıb, Britaniya Hökuməti də onun fikirlərini bölüşüb.
175. Doğrudur ki, ərizəçi ermənilərin dərin hüznünə səbəb olan bir mövzuyla bağlı təxribatçı xarakterli çıxış edib. Lakin o, 1915-ci il və ondan sonrakı illərdə baş vermiş hadisələrin qurbanlarını və ya İseçrədə yaşayan erməniləri təhqir etmək məqsədi güdməyib, sadəcə ictimai müzakirələrə yol açıb. İfadə azadlığı təxribat həddində olan ifadələri də əhatə edir. Bu hüquq hətta şok edən, incidən, hətta təhlükəli olan fikirlərə də şamil edilir. Ərizəçinin Talaat Paşanın ideyalarına dəstək ifadə etməsi, bu məsələdə öz fikirlərini heç vaxt dəyişməyəcəyini israrla bildirməsi və Amerika Birləşmiş Ştatlarını və Avropa Birliyini Hitlərlə eyniləşdirməsi faktı bu işdə müvafiq hesab edilə bilməz, çünki o, başqa ifadələrə görə deyil, “soyqırımı” inkar etməklə irqi ayrı-seçkiliyə yol verməkdə ittiham olunub. Ərizəçinin bəyanatları ermənilərə qarşı zorakılığa, düşmənçiliyə və nifrətə sövq edən bəyanatlarla eyniləşdirilə bilməz. 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin hüquqi xakarterinin inkar edilməsi bir qrupun ləyaqətinə qarşı üstüörtülü hücum və ya qeyd olunan illərdə baş verən ayrı-seçkiliyin davamı hesab edilə bilməz. İsveçrə Hökuməti bu inkarın İsveçrədə yaşayan erməni icmasına qarşı irqi ayı-seçkilik yaratdığını müvafiq qaydada göstərə bilməyib və bu inkara irqçi və milliyyətçi və ya ayrı-seçkilik niyyətli fikir kimi istinad edilməsi üçün əsas mövcud deyil. Bununla bağlı, bu gün anti-Semitizmin əsas vasitəsi kimi Holokostu inkar edən bəyanatlarla bu bəyanat arasındakı əsas fərq ondan ibarətdir ki, bu işdə keçmiş və bu günkü nifrət arasında əlaqə mövcud deyil.
176. Kontekstə gəlincə, Avropa Şurasına Üzv olan Dövlətlərin heç birində 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım kimi xarakterizə edilməsini inkar etməyə görə cinayət qaydasında ittiham nəzərdə tutulmayıb. Bu onu göstərir ki, demokratik cəmiyyətlər buna ehtiyac duymayıblar. Xüsusilə Fransa misalı göstərib ki, müəyyən hadisələrin rəsmi olaraq soyqırım kimi tanınması ilə bu hadisələrin soyqırım olduğunu inkar edənlərin əməlinin cinayət kimi xarakterizə edilməsi arasında fərq mövcuddur. Almaniya Hökuməti də bu əməlin cinayət kimi xarakterizə olunmasını qeyri-müvafiq hesab edib. Səlahiyyətli BMT qurumları da eyni mövqedən çıxış ediblər. O da nəzərə alınmalıdır ki, ərizəçinin bəyanatlarına oxşar bəyanatlar qanuni şəkildə başqa ölkələrdə səsləndirilə bilər və geniş formada İnternetdə, tarixi və hüquqi sənədlərdə əks oluna bilər ki, onlar da rahatlıqla İsveçrədə də əlçatan ola bilər. Holokostla bağlı Almaniyaya və Avstriyaya qarşı işlərdəki mövqelərdən fərqli olaraq 1915-ci il və ondan sonrakı illərə aid hadisələrin İsveçrənin tarixi təcrübəsilə əlaqəli olduğu deyilə bilməz. Sadəcə İsveçrədə təxminən 5.000 nəfərdən ibarət erməni icmasının mövcud olması özü-özlüyündə bu məsələ üçün yetərli deyil, xüsusilə nəzərə almalıyıq ki, bu hadisələr yüz il öncə baş verib. Bu da əhəmiyyətlidir ki, İsveçrə hakimiyyət orqanları ərizəçini öz bəyanatlarını səsləndirməkdən çəkindirməyib; bu bəyanatları cəzalandırmaq üçün sosial təzyiq olduğunu, amma onları çəkindirmək üçün bu təzyiqin müşahidə olunmadığını başa düşmək çətindir. Bu hal qeyri-proprosionaldır və bu bəyanatlarla bağlı cinayət cəzası tətbiq edilməsi İsveçrənin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə daxil deyil.
(β) Ermənistan Hökuməti
177. Ermənistan Hökuməti bildirib ki, İsveçrə Cinayət Məcəlləsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 20-ci maddəsi və İrqi Ayrı-Seçkiliyin Bütün Növlərinin Qadağan olunmasına dair Konvensiyanın 4-cü maddəsinə əsaslanan 261-ci maddəsi Konvensiyaya uyğundur, çünki bu norma irqi ayrı-seçkilik niyyətilə söylənən və ya təhlükəli sosial nəticələrə səbəb ola biləcək bəyanatları qanunsuz hesab edir. Məhkəmənin presidentlərinə əsasən, nifrət nitqi əleyhinə olan qanunlar mübahisə olunan çıxışların həqiqi ictimai marağa səbəb olub olmamasını nəzərə almalıdır ki, bu hal ərizəçinin işinə aid deyil. O, soyqırımı inkar edən və bu mövzuda islaholunmayan bir şəxs olub və bu təhqiredici çıxışlarını hər hansı elmi əsasla əsaslandırmayıb. Bu bəyanatlar ermənilərə qarşı irqi niyyətlə edilmiş təhqirdən ibarət olub və türkləri onların yalançı olduğuna inandırmaq məqsədi daşıyıb. Buna rəğmən Palatanın bu bəyanatları tarixi, hüquqi və siyasi xarakterli çıxış adlandırması çöx böyük sadəlöhvlükdür. Buna görə də İsveçrə məhkəmələrinin bu bəyanatların ermənilərin ləyaqətini alçaltmaqla sosial harmoniyaya təsir etməsi barədə qərar verməkdə mülahizə sərbəstliyi olub. Bəyanatlar müvafiq tarixi müzakirələrin bir hissəsi olmayıb və ermənilərə qarşı törədilən vəhşiliklərin gerçək olduğunu nəzərə alsaq, Palatanın tarixi araşdırmalarla bağlı heç bir gerçəyin olmadığı barədə təklifi cəfəngiyatdır. Erməni soyqırımını Holokostdan fərqləndirmək və bunu əsaslandırarkən, Holokostu inkar edənlər bəzən çox dəqiq faktları inkar edirlər, Nazi cinayətləri dəqiq hüquqi əsaslandırılmış cinayətlərdir və Holokostun baş verdiyi beynəlxalq məhkəmə tərəfindən təsdiq edilib kimi fikirlərdən istifadə etmək ikrah hissi doğurur və bu onu göstərir ki, yalnız Holokostun aydın sübutu olan yeganə müasir soyqırım kimi qəbul edilməsinə cəhd göstərilir. Palatanın mövqeyinin əksinə olaraq, dəlillər açıq-aşkar sübut edirsə və ya bu cinayəti törətmiş şəxslər bunu qəbul eirsə soyqırım niyyətini sübut etmək çətin deyil. 1915-ci il və ondan sonrakı illər ermənilərin qırğını və kütləvi şəkildə köçürülməsi açıq-aşkar soyqırıma səbəb olub. Bu hadisələri sadəcə “faciə” adlandırmaqla Palata bütün erməniləri təhqir edib. Necə ki, Holokostun inkarı anti-Semitizmə səbəb olur, eləcə də erməni soyqırımının inkarı anti-ermənizmə səbəb olur; soyqırımın inkarı məhz bu şəkildə işləyir. Palatanın İspaniya, Fransa və BMT İnsan Hüquqları Komitəsinin mövqeyinə istinad etməsi tamamilə yanlışdır, çünki bu, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsindən fərqlənir.
178. Palatanın qərarının əsas qüsuru ondadır ki, o, soyqırımı inkar edənlərə istinad edərək erməni soyqırımının həqiqətən baş vermiş olmasına dair şübhələrin olması qənaətinə gəlib. Bir insan hüquqları məhkəməsinin bu cür ismarıc göndərməsi çox incidici və ədalətsiz haldır. Bu, şübhəsiz ki, ərizəçinin yanlış və çaşdırıcı sübutlarına əsaslanmış bir mövqedir. Bu məsələ ilə bağlı geniş elmi konsensus mövcud olub və bu hadisələrin soyqırım olduğunu inkar edənlər əsasən heç bir hüquqi bilgisi olmayan və soyqırım qəsdinin beynəlxalq hüquqla necə sübuta yetirilməsi barədə çox az anlayışı olan tarixçilər olublar; onların da çoxu Türkiyə Hökuməti tərəfindən pul ödənilən şəxslər olublar. Bununla bağlı Ermənistan Hökuməti çoxsaylı araşdırmalara, analizlərə, hesabatlara, rəsmi şəkildə soyqırımı tanıyan aktlara və digər sübutlara istinad edib.
(γ) Fransa Hökuməti
179. Fransa Hökuməti bildirib ki, Dövlətlərin irqçi və inkaredici əməllərə cinayət cəzası ilə cavab verə bilmək imkanı olmalıdır. İfadə azadlğı hüququ cəmiyyətin fundamental mövqelərinə təhlükə yaradacaq şəkildə istifadə olunursa, qanunverici orqan buna cinayət hüququ ilə müəyyən edilən cəzalarla reaksiya verə bilməlidir. Bu, ECRİ (İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası) tərəfindən və Avropa Birliyinin 2008/913/JHA saylı Çərçivə Qərarının 1-ci maddəsinin 1-ci bəndilə təsdiq olunub. Soyqırımın inkarı bir saxtalaşdırma proqramı olub dözümsüzlüyə təhrik edir. Daşıdığı təhlükə baxımından, bu əmələ cinayət cəzası tətbiq edən qanunlar Konvensiyanın 10-cu maddəsinin tələblərinə uyğundur. Bu qanunlar tarixi müzakirələri və ya araşdırmaları susdurmaq və ya qarşısını almaq məqsədi daşımır. Onlar ziyanlı nəticələrə gətirib çıxara biləcək inkaredici bəyanatlarla mübarizə xarakteri daşıyır. Onların müvafiq işlərdə tətbiq olunması milli məhkəmələrin mülahizə sərbəstliyinə daxildir. Bu mülahizə sərbəstliyinin məqsədi Razılığa Gələn Yüksək Tərəflərə, hətta müvafiq məsələ ilə bağlı ümumi konsensus olmadıqda belə, bu cür əməllərə qarşı mübarizə aparmaq imkanı verməkdir.
(δ) İsveçrə-Ermənistan Assosiasiyası
180. İsveçrə-Ermənistan Assosiasiyası bildirib ki, bu iş sadəcə ərizəçinin ifadə azadlığı hüququ ilə bağlı deyil, həm də 1915-ci ildə və ondan sonrakı illərdə Osmanlı İmperiyası tərəfindən törədilmiş qəddarlıqların qurbanlarının və onların övladlarının şərəf, nüfuz və xatirəsilə bağlı olub, Konvensiyanın 8-ci maddəsi ilə qorunur. Məhkəmə yaxın keçmişdə qəbul edib ki, etnik identifikasiya bu maddə ilə qorunur. Odur ki, bu iş Konvensiyanın eyni dərəcədə müdafiə tələb edən iki hüququnun toqquşmasına səbəb olub. Bu hüquqların balanslaşdırılmasında Razılığa Gələn Yüksək Tərəflər geniş mülahizə sərbəstliyinə malik olublar. Odur ki, İsveçrə Məhkəmələrinin ərizəçinin işilə bağlı qərarları kifayət qədər hörmətə layiqdir, xüsusilə onların 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin təsnifində “ümumi konsensusa” əsaslanaraq gəldikləri nəticə təqdirə layiqdir. Məhkəmənin bu məsələ ilə bağlı deklarasiya qəbul etmək kimi vəzifəsi olmayıb.
181. Ərizəçi çıxışlarını bilərəkdən edib və İsveçrəyə də məhz bu məqsədlə gəlib. Bu bəyanatlar 1915-ci il və ondan sonrakı illərdə baş vermiş hadisələrin hüquqi xarakteri ilə məhdudlaşmayıb; onlar həmçinin bu hadisələrin gerçəkliyini inkar edib. Buna görə də ərizəçinin əməlinin cinayət qaydasında ittihamla nəticələnməsi Konvensiyaya zidd deyil. Palatanın bu ittihamı Holokostun inkarı ittihamından fərqləndirməyə cəhd göstərməsi çox narahatlıq yaradan bir hadisədir, çünki bu, soyqırım qurbanlarına qarşı qeyri-bərabərlik nümayiş etdirir. Hər bir halda ərizəçi, şübhəsiz insanlıq əleyhinə cinayət hesab olunan kütləvi qırğın hadisəsini əsaslandırmağa çalışıb. Bu durumda İsveçrə Federal Məhkəməsini qoyub, İspaniya və Fransa konstitusiya məhkəmələrinə istinad etməyə heç bir səbəb yox idi. Son olaraq, ərizəçinin əməlinin ciddiliyini nəzərə alsaq, ona tətbiq olunan cəza tamamilə simvolik xarakter daşıyıb.
(ε) İsveçrənin Fransız dilli İcmasının Türk Assosiasiyaları Federasiyası
182. İsveçrənin Fransız dilli İcmasının Türk Assosiasiyaları Federasiyası bildirib ki, çox az sayda demokratik Dövlətlər, xusislə Avropa İttifaqının 2008/913/JHA saylı Çərçivə Qərarından öncə, soyqırımın inkarını cinayət əməli kimi qəbul edib. Onlar Amerika Birləşmiş Ştatlarının mövqeyinə istinad ediblər və eyni zamanda bildiriblər ki, Almaniya və Fransa yalnız Holokostun inkarını qeyri-qanunu hesab edib. Digər hər hansı tarixi hadisə yoxdur ki, “açıq-aşkar baş vermiş tarixi fakt” kateqoriyasına daxil edilərək inkar olunduğu təqdirdə Məhkəmənin presidenti əsasında Konvensiyanın 10-cu maddəsinin müdafiəsindən məhrum edilsin. Cinayət qaydasında cəzanın bu şəkildə geniş tətbiqi, xüsusilə Fransa və İspaniya konstitusiya məhkəmələrinin bu məsələ ilə bağlı əsaslandırmasından sonra, ifadə azadlığı hüququna zidd olardı. Bu məsələlərin ifadəsi yalnız açıq-aşkar irqçi və ya anti-demokrat motivlər daşıdıqda və ya ictimai asayişə qaçılmaz təhdid yaratdıqda cinayət əməli kimi xarakterizə oluna bilər. Razılığa Gələn Yüksək Tərəflərin bu məsələ ilə bağlı geniş mülahizə sərbəstliyi ancaq onların ərazilərndə baş verən hadisələri əhatə edir.
183. Federasiya diqqəti Avropa Birliyinin 2008/913/JHA saylı Çərçivə Qərarının normalarına, xüsusilə inkarın yalnız zorakılıq və nifrətə səbəb olduğu halda cəzalandırılmasını nəzərdə tutan normalarına yönəldib. Bildirib ki, düzgün təhlil edildikdə Avropa Birliyi hüququ 1915-ci il və ondan sonrakı illərdə baş verən hadislərin soyqırıma səbəb olmasının inkarını, əsas faktların inkar və ya qəbul edilməsini cinayət əməli hesab etməyi tələb ermir. Federasiya həmçinin diqqətini Avropa Birliyi Qərarı ilə bağlı hazırlanmış hesabata yönəldib və bildirib ki, bu hesabat sözügedən hallarla bağlı cinayət hüququ qaydasında tədbrilər görülməsinə dair konsensus olmadığını göstərib. Üçüncü tərəf bildirib ki, tətbiq edilə bilən beynəlxalq hüquq da belə bir tələb nəzərdə tutmur. Nəhayət, Federasiya qeyd edib ki, bu məsələyə dair İsveçrədə yaşayan 130.000 nəfərdən ibarət türk icmasının ifadə azadlığı vacibdir və bu insanlar ziddiyyətli məsələlərin açıqlanması üçün müzakirə edə bilmək arzusundadırlar.
(ζ) CCAF
184. CCAF bildirib ki, o, üçüncü ən böyük erməni diasporasının yerləşdiyi Fransada yaşayan 600.000 erməninin adından çıxış edir. Onlar bilirlər ki, kütləvi qırğından əziyyət çəkən insanların nəslinin davamçısıdırlar və zaman onların xatirəsini yox etməyib. CCAF bu məsələni fransada ermənilərn müxtəlif ictimai və özəl formada qurbanların xatirəsini yad etdiyini detallı təsvir edərək izah edib. CCAF bildirib ki, beynəlxalq hüquqa əsasən soyqırım insan ləyaqətinə təcavüz kimi qəbul edilib və Fransa məhkəmələri bunu ordre public kimi dəyərləndirib. Buna görədə onun inkarı ləyaqətin pozuntusudur; bu, sadəcə tarixə deyil, həm də bu insanların xatirəsinə təsir edib ki, bu da ləyaqət hüququnun ayrılmaz aspektidir. İnkarın qanunsuz hesab edilməsi bu hüququn qorunmasının yeganə yoludur. Bundan başqa, bu inkar, ən az erməni icmasının böyük olduğu Fransa kimi ölkələrdə, ictimai asayişə təsir edib. Nəticədə bu, bir sıra vandalism xarakterli hərəkətlərə, eləcə də ermənilərin, xüsusilə türk əsilli şəxslərin yaşadığı ərazilərdə və ya İnternetdə, təhqir olunması və hədələnməsinə səbəb olan hərəkətlərlə müşahidə olunub. Soyqırımı inkar edənlər tərəfindən Fransanın daxilində və xaricində hər an qarşıdurmaya səbəb ola biləcək nümayişlər təşkil olunub ki, bunlar xüsusi narahatlıqlar yaradıb.
185. CCAF həmçinin iddia edib ki, Böyük Palata, Palatanın qərarını qüvvədə saxlayarsa, bu qərar gələcəkdə erməni soyqırımının və ya digər soyqırımların inkarının qeyri-qanuniliyini tamamilə mümkünsüz etmiş olacaq və nəticədə Türkiyənin bu məsələ ilə bağlı mövqeyini bir az da gücləndirəcək. Əksinə, egər Böyük Palata Palatanın qərarını ləğv edərsə, bu qərar Razılığa Gələn Yüksək Tərəflərə soyqırımın inkarına qarşı cinayət qanunvericiliyi ilə mübarizə aparmaq inkanı verəcək və gələcəkdə soyqırımı inkar etmək potensialı olanları bundan çəkindirəcək, diaspora ermənilərinə mənəvi təzminat təklif edəcək və bəlkə hətta Türkiyəni inkar siyasətindən əl çəkməyə sövq edəcək.
(η) Türkiyə İnsan Hüquqları Assosiasiyası, Həqiqət Ədalət Xatirə Mərkəzi və Soyqırım və İnsan Hüquqları Təhqiqatı üzrə Beynəlxalq İnstitut
186. Türkiyə İnsan Hüquqları Assosiasiyası, Həqiqət Ədalət Xatirə Mərkəzi və Soyqırım və İnsan Hüquqlarının Tədqiqatı üzrə Beynəlxalq İnstitut öz aqrumentlərini birgə təqdim ediblər. Onlar bildiriblər ki, ərizəçinin ittiham olunduğu hərəkət sadəcə soyqırımın inkarı olmayıb, həmçinin ayrı-seçkiliyə sövq edib. Onlar həmçinin Palatanın ərizəçinin yalnız 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin hüquqi xarakterini mübahisələndirdiyinə dair qərarına etiraz edərək bildiriblər ki, Lazanna Rayon Polis Məhkəməsi ərizəçinin qırğını əsaslandırmağa çalışdığını və erməniləri “təcavüzkar” və “xəyanətkar” adlandırdığını müəyyən edib. Eyni zamanda Palata özü də qeyd edib ki, o, Talaat Paşanın davamçısı olduğunu elan edib. Onlar həmçinin bildiriblər ki, ərizəçi çıxış etdiyi yerləri bilərəkdən seçib. Lakin ərizəçinin irqçi motivlərini ən çox ələ verən fakt onun Talaat Paşa Komitəsinin lideri olmasıdır. Bu komitə Avropa Parlamenti tərəfindən “ksenofobik və irqçi” qurum kimi pislənib. Bütün bunlar başlıca olaraq İsveçrənin deyil, Türkiyənin və onun orda yaşayan ermənilərə təsiri kontekstində görülməlidir. Ərizəçi Türkiyədə Ergenekon adlanan proseslərdə inter alia Talaat Paşa Komitəsində olan fəaliyyətinə görə həbs olunub. İstanbul Məhkəməsi hesab edib ki, bu komitə “erməni soyqırımına dair iddiaları rədd etmək” məqsədilə yaranıb və insanlar arasında nifrət və düşmənçilik yaradan “milliyyətçi” və “şovinist” təşkilatın bir hissəsidir. Əslində 1915-ci il və ondan sonrakı illərin hadisələrinin soyqırım olmasının “yalan” kimi təsvir edilməsini 2007-ci ilin yanvar ayında ultramilliyyətçi türk qruplarının təhrikiylə türk-erməni jurnalist Hrant Dinkin qətliylə də əlaqələndirmək olar.
187. Bununla bağlı üçüncü tərəf ərizəçinin bu qətllə bağlı İstanbuldakı Erməni Patriarxına göndərdiyi açıq məktuba və 2007-ci ilin may ayında erməni məktəblərinə ünvanlanan anonim məktublara istinad edib. Üçüncü tərəf bu məktubların surətini təqdim etməyib. Lakin türk qəzetlərinin internet səhifəsində bununla bağlı dərc olunmuş məqalələrə istinad edib (yuxarıda 28-ci paraqrafa bax). Üçüncü tərəf həmçinin İstanbul Məhkəməsinin Ergenekon prosesilə bağlı qərarına və eyni zamanda proseslə bağlı digər iş materiallarına istinad edib.
188. Son olaraq, üçüncü tərəf bildirib ki, Türkiyədə 1915-ci il və ondan sonrakı illərin hadisələrilə bağlı ksenofobik və irqçi təxribat yeganə və daimi haldır. Odur ki, ərizəçinin bu hadisələrin xarakterilə bağlı çıxışları birbaşa Türkiyədə ermənilərə qarşı olan düşmənçilik mühiti ilə əlaqəlidir və bu, inter alia, ECRİ-nin (İrqçilik və Dözümsüzlüklə Mübarizə üzrə Avropa Komissiyası) sənədlərində də öz əksini tapıb.
(θ) FIDH
189. FIDH qeyd edib ki, bu iş ifadə və xüsusilə tarixi məsələlərlə bağlı müzakirə azadlığı hüququ ilə nifrət çıxışına qarşı, xüsusilə onun inkar formasına qarşı mübarizənin zəruriliyi arasında ziddiyyətə səbəb olub. Bunların hər ikisi Konvensiya ilə vacib hesab olunur. Məhkəmənin yaxın keçmişə aid presidenti bir qədər ziddiyyətlidir və Böyük Palata bu məsələyə aydınlıq gətirməli, bu ziddiyyətli və bir-birilə rəqabətdə olan iki məsələ ilə bağlı müvafiq balans yaratmalı və aydın prinsiplər müəyyən etməlidir. Bu yolla Böyük Palata üç məsələyə aydınlıq gətirməlidir: Birincisi, bu dəyərlərin heç biri digərindən üstün olmamalıdır. İkincisi, ifadə azadlığı bir prinsipdir və onun məhdudlaşdırılması istisna haldır. Üçüncüsü, bu sahədə Razılığa Gələn Yüksək Tərəflərin mülahizə sərbəstliyi məhduddur.
190. FIDH Palatanın tərəddüd etmədən, 1915-ci il və ondan sonrakı illərə aid hadisələrin soyqırıma səbəb olduğunu inkar edən bəyanatların ermənilərə qarşı nifrət və zorakılığa təşviq etmədiyi qərarına gəlməsini tənqid edib. Onun fikrinə görə, bu məsələdə daha çox nüanslar var və bununla bağlı yalnız ərizəçinin bəyanatlarını öz kontekstində dettallı araşdırdıqdan sonra qərar vermək olar. Türkiyədəki mühiti nəzərə alsaq, orda belə bir inkarın nifrətə və zorakılığa səbəb ola biləcəyini demək olar; Məhkəmənin bunu təsdiq edən bir sıra işləri var. Bəyanatın hansı ölkədə səsləndirildiyi kontekstə ciddi təsir edən məsələdir, eyni zamanda yeni kommunikasiya vasitələri və onların bu cür bəyanatlara qlobal təsir gücü verməsi, bu məsələyə Məhkəmənin daha geniş kontekstdə baxmasını zəruri edir.
191. FIDH Palatanın, 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin hüquqi xarakterilə bağlı bəyanatlarla, Holokostu inkar edən bəyanatlar arasında, Holokostla bağlı beynəlxalq məhkəmənin qəti qərarı olması əsasıyla apardığı fərqləndirməyə münasibət bildirib. Bu yanaşma özü-özlüyündə müvafiq ölçü hesab edilə bilməz, çünki hadisələrin tarixi reallığını onların xarakterindən ayırmaq yanlışdır. Bundan əlavə, soyqırımın hüquqi olaraq tanınması bir sıra tarixi faktlardan ibarət olduğu üçün bu, “soyqırım hierarxiyası” riskini yaradıb. Digər tərəfdən, soyqırımın hüquqi qaydada tanınması sonrakı müzakirələrin qarşısını ala bilməz. Bu məsələylə bağlı ən yaxşı həll yolu sözügedən bəyanatların nifrət və ya ayrı-seçkiliyə sövq etmək niyyəti daşıyıb daşımadığını aydınlaşdırmaq və tətbiq olunan cəzanın sadəcə tarixi faktların inkarına səbəb olduğunu deyil, bu cür niyyətlə müşahidə olunub olunmamasını müəyyən etməkdir, çünki bir çox hallarda bu, inkarın əsasını təşkil edir. Əgər məsələyə bu formada yanaşılarsa, o zaman Holokosta xüsusi məsələ olaraq baxılmaz və daha çox öncədən görülə bilən nəticələr əldə etmək mümkün olar. Bu, Holokostun inkarı ilə bağlı olan, belə qəsdin açıq-aşkar göründüyü presidentlərdə müşahidə olunub və bu bəyanatların Konvensiya ilə qorunmasından imtinanın əsasını təşkil edib. Böyük ehtimal var ki, bu cür qəsd erməni soyqırımının inkarının da əsasını təşkil edir və çox vaxt Osmanlı rejiminin o zamankı fəaliyyətinə bəraət qazandırmaq və onun əməllərini əsaslandırmaq məqsədi daşıyır. Lakin bu, hər iş üzrə Məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
(ι) LICRA
192. LICRA bildirib ki, soyqırımın inkarını qanunsuzlaşdırmaq nəinki ifadə azadlığı hüququna uyğundur, həm də Avropa insan hüquqlarının müdafiəsi sisteminin tələbidir. Buna, xüsusilə Konvensiyanın Kibercinayətlərə dair Əlavə Protokolunun 6-cı maddəsinin 1-ci bəndində istinad edilib.
(κ) Beynəlxalq Müdafiə Mərkəzi
193. Beynəlxalq Müdafiə Mərkəzi bildirib ki, milli identifikasiya ilə bağlı yerli hakimiyyət orqanlarının geniş mülahizə sərbəstliyi olmalıdır. Nəzərə alınmalıdır ki, erməni diasporası əsasən 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrin nəticəsində meydana gəlib. Müvafiq test ondan ibarət olmalıdır ki, bəyanatlar ictimai müzakirələrə töhfə veribmi və ya əksinə, təhqiredici olubmu. Bunun müəyyən edilməsi üçün isə bəyanatlar kontekstə görə geniş şəkildə araşdırılmalıdır. Bəyanat yalnız əsaslı müzakirələrə töhfə verdiyi halda hüquqi və ya tarixi hesab oluna bilər və əgər faktiki olaraq nifrət çıxışına səbəb olarsa, o zaman siyasi ifadə adı altında pərdələnə bilməz. Kontekstin araşdırılması bəyanatın destruktiv məqsəd daşıyıb daşımadığını və Konvensiyanın 17-ci maddəsinin tətbiqinə ehtiyac yaradıb yaratmadığını müəyyənləşdirmək üçün zəruridir. Bu məsələdə “yalan” ifadəsi xüsusi əhəmiyyət kəsb edib, çünki bu, qurbanların və onların sonrakı nəsillərinin tamlığını mübahisələndirib və ərizəçi hadisələri yenidən müəyyənləşdirməyə cəhd edərək onların daha az əhəmiyyətli olduğunu söyləməyə çalışıb və erməniləri qurban deyil cinayətkar kimi təsvir edərək onların özlərini yaşadıqları bu taleyin cavabdehi kimi qələmə verməyə cəhd göstərib.
194. Müdaxilə üçün ciddi sosial ehtiyacın olması sözügedən Dövlətdəki şəraitə istinadən müəyyənləşdirilməlidir. Məsələn, əhalinin müxtəlifliyi və cəmiyyətdəki dəyərlər və prinsiplər nəzərə alınmalıdır. Sadəcə başqa Dövlətlərin bu məsələdə başqa seçim etməsi faktı həlledici meyar sayıla bilməz. Bu cür ciddi sosial ehtiyac Dövlətin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlikdən də qaynaqlana bilər: bu işdə əsasən İrqi Ayrı-Seçkiliyin Bütün Növlərinin Qadağan Olunması haqqında Konvensiyanın 4-cü maddəsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxaq Paktın 20-ci maddəsinin 2-ci bəndi və BMT-nin müvafiq şərhi belə öhdəlik yaradır. Son olaraq, Dövlətlərə, müəyyən hadisələri soyqırım kimi təsnifləndirilərək onların inkarının qeyri-qanuni hesab olunması və buna görə cəza tətbiq edilməsi məsələsində mülahizə serbəstliyi imkanları verilməlidir.
(λ) Fransız və belçikalı akademiklərdən ibarət qrup
195. Fransız və belçikalı akademiklərdən ibarət qrup qeyd edib ki, nifrət çıxışları sadəcə olaraq açıq-aşkar zorakılığa çağıran çıxışlarla məhdudlaşmır; soyqırımın inkarı və ya əsaslandırılması da bu kateqoriyaya daxildir. Bununla bağlı nəzərə alınmalı olan kateqoriyalara bəyanatın hərfi mənada deyil, söyləndiyi kontekstdə xarakteri və ya onun müəllifinin peşəsi daxildir. Nəticə etibarı ilə, bütövlükdə götürülməklə, bəyanatın müəllifinin ifadə etdiyi məna əhəmiyyət kəsb edir. Bu, Almaniya məhkəmələrinin bu kateqoriya işlərlə bağlı presidentlərində və BMT-nin İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılmasına dair Komitəsinin müəyyən etdiyi prinsiplərdə də yer alıb. Bəyanat tarixi araşdırma kimi yalnız o zaman müdafiə oluna bilər ki, onun müəllifi bu araşdırmanın metodları çərçivəsində hərəkət etmiş olsun. Təhlükəli siyasi bəyanatlara gəlincə, Məhkəmənin presidentlərinə əsasən, bu cür bəyanatlar üçün gücləndirilmiş dərəcədə müdafiə, yalnız onlar yerli ziddiyyətlərlə bağlı olduqda nəzərdə tutulur. Hər bir halda, nifrət çıxışı heç vaxt siyasi çıxışlara tətbiq olunan müdafiədən yararlana bilməz. Bu, nifrət çıxışının beynəlxalq və Avropa hüququ ilə cinayət əməli hesab olunması ilə təsdiq olunub və onu göstərir ki, nifrət çıxışının qarşısının alınması sülh, ədalət, ayrı-seçkilik, irqçilik və ksenofobiya ilə mübarizə üçün vacibdir. Bununla bağlı tətbiq oluna biləcək beynəlxalq sənədlər soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərini fərqləndirmir və Dövlətlərə bunun müəyyənləşdirilməsində sərbəstlik verir. Xüsusilə bu sənədlər bu cür cinayətlərin inkarının qeyri-qanuni hesab edilməsini həmin cinayətlərin beynəlxalq məhkəmə tərəfindən tanınması ilə məhdudlaşdırmır ki, bu da Beynəlxalq Cinayət Məhkəməsinin əsas işilə bağlı olan prinsipə uyğundur və həmin prinsipə əsasən milli məhkəmələr beynəlxalq cinayətləri cəzalandıra bilərlər.
(c) Məhkəmənin qiymətləndirməsi
(i) Ümumi prinsiplər
(α) Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan “demokratik cəmiyyətdə zərurilik” tələbinin tətbiqi məsələsi
196. İfadə azadlığı hüququna edilən müdaxilənin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin tələbinə müvafiq olaraq “demokratik cəmiyyətdə zəruri olması” məsələsini araşdırmaq üçün ümumi prinsiplər Məhkəmənin presidentlərində ətraflı şəkildə öz əksini tapıb. Palatanın da qeyd etdiyi kimi, bu prinsiplər yaxınlarda Mouvement raëlien Suisse İsveçrəyə qarşı ([BP], № 16354/06, §48, AİHK 2012) və Animal Defenders International (Beynəlxalq Heyvan Müdafiəçiləri) Birləşmiş Krallığa qarşı ([BP], № 48876/08, § 100, AİHK 2013) işlərində bir daha qeyd olunub və qısa məzmunu aşağıdakı kimi təsvir oluna bilər:
(i) İfadə azadlığı demokratik cəmiyyətin əsas fundamentlərindən biridir və demokratik cəmiyyətin inkişfı və hər bir şəxsin özünü ifadəsi üçün əsas şərtlərdən biridir. 10-cu maddənin 2-ci bəndi sadəcə qeyri-təhqiramiz və etinasız “məlumat” və ya “ideayaları” deyil, həm də incidən, şok edən və narahat edən “məlumat” və ya “ideyaları” nəzərdə tutur. Bunlar plüralizmin, tolerantlığın və geniş dünya görüşünün tələbləridir ki, “demokratik cəmiyyət” bunlarsız olmur. 10-cu maddədə nəzərdə tutulduğu kimi, bu azadlıqla bağlı istisnalara yol verilir, lakin bu, ciddi şəkildə araşdırılmalıdır və məhdudiyyətə ehtiyac olduğu inandırıcı olmalıdır.
(ii) 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan “zəruri” ifadəsi ciddi sosial ehtiyacın olmasını nəzərdə tutur. Razılığa Gələn Yüksək Tərəflər belə ehtiyacın olub-olmadığını qiyməyləndirməkdə mülahizə sərbəstliyinə malikdirlər, lakin bu, Avropanın nəzarətilə həyata keçirilir və bu mövzuda tətbiq olunan, hətta müstəqil məhkəmələrə aid olan qanun və qərarlara istinad olunmasını nəzərdə tutur. Beləliklə, “məhdudiyyətin” ifadə azadlığı ilə uzlaşıb uzlaşmadığına dair son qərarı vermək səlahiyyəti Məhkəməyə məxsudur.
(iii) Məhkəmənin vəzifəsi səlahiyyətli yerli məhkəmələri əvəz etmək deyil, onların 10-cu maddə ilə verdiyi qərarı nəzərdən keçirməkdir. Bu o demək deyil ki, Məhkəmənin nəzarəti yerli məhkəmə hakimiyyətlərinin öz səlahiyyətini ağlabatan, diqqətli və yaxşı niyyətlə həyata keçirdiyini müəyyən etməklə məhdudlaşır. Məhkəmə eyni zamanda müdaxiləni işin kontekstində tam araşdırmalı, bunun nəzərdə tutulan legitim məqsədə proporsional olub olmadığını müəyyənləşdirməli və bu müdaxiləni əsaslandırmaq üçün yerli hakimiyyət orqanlarının göstərdiyi səbəblərin müvafiq və yetərli olub olmadığını aydınlaşdırmalıdır. Bunu edərək Məhkəmə, bu hakimiyyət orqanlarının 10-cu maddədə nəzərdə tutulan prinsiplərə cavab verdiyindən və uyğun faktların qəbuledilən araşdırmasına istinad etdiyindən əmin olmalıdır.
197. Məhkəmənin presidentlərində hər zaman qeyd olunan digər prinsip ondan ibarətdir ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi altında siyasi fikirlərin və ya ictimai marağa səbəb olan suallarla bağlı ifadələrin məhdudlaşdırılmsına çox az yer var (bax, çoxsaylı digər qərarlarla yanaşı, Wingrove Birləşmiş Krallığa qarşı, 25 noyabr 1996, § 58, Hesabatlar 1996-V; Ceylan Türkiyəyə qarşı [BP], № 23556/94, § 34, AİHK 1999-IV; və Animal Defenders International (Beynəlxalq Heyvan Müdafiəçiləri), yuxarıda 102-ci paraqrafda qeyd olunub).
(β) Konvensiyanın 10-cu və 8-ci maddələrinin balanslaşdırılması
198. Konvensiynın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı hüququ ilə 8-ci maddəsində yer alan şəxsi həyata hörmət hüququ arasında balans yaradılması zəruri olan işlərdə tətbiq olunmalı olan ümumi prinsiplər Məhkəmənin Böyük Palatasının aşağıdakı işlərində əks olunub: Von Hannover Almaniyaya qarşı (№ 2) ([BP], № 40660/08 və 60641/08, § 104-07, AİHK 2012) və Axel Springer AG Almaniyaya qarşı ([BP], № 39954/08, § 85-88, 7 fevral 2012). Bu prinsiplər aşağıdakı kimi icmal oluna bilər:
(i) Bu cür işlərdə nəticə, şikayətin bəyanatın subyekti olan şəxs tərəfindən 8-ci maddə əsasında verilməsindən və ya bu bəyanatla çıxış edən şəxs tərəfindən 10-cu maddə əsasında təqdim edilməsindən asılı olaraq fərqlənməməlidir, çünki bu maddələrin hər ikisində nəzərdə tutulan hüquqlar prinsip etibarı ilə eyni dərəcədə hörmətə layiqdir.
(ii) Şəxslərin arasında münasibətlə bağlı 8-ci maddənin tətbiqinin təmin edilməsində istifadə olunan vasitə prinsip etibarı ilə, öhdəliyin pozitiv və ya neqativ olmasından asılı olmayaraq, Razılığa Gələn Yüksək Tərəflərin mülahizə sərbəstliyinə aiddir. Şəxsi həyata hörmət hüququnu təmin etmək üçün müxtəlif yollar var və bu zaman öhdəliyin xarakteri sual altında olan şəxsi həyatın xüsusi aspektlərindən asılı olacaq.
(iii) Oxşar qaydada, Konvensiyanın 10-cu maddəsi altında ifadə azadlığı hüququna müdaxiləyə ehtiyac olub olmadığını və ehtiyac olduqda hansı həddə olduğunu müəyyən etməkdə Razılığa Gələn Yüksək Tərəflərin mülahizə sərbəstliyi var.
(iv) Lakin mülahizə sərbəstliyi Avropanın nəzarətilə həyata keçirilir və bu mövzuda tətbiq olunan, hətta müstəqil məhkəmələrə aid olan qanun və qərarlara istinad olunmasını nəzərdə tutur. Məhkəmə öz nəzarət funksiyasını həyata keçirərkən yerli məhkəməni əvəz etməli deyil, onun işi sadəcə bütöv işin kontekstində qərarların Konvensiyanın normalarına uyğun olub olmadığına nəzarət etməkdir.
(v) Əgər yerli hakimiyyət orqanları balanslaşdırmanı Məhkəmənin presidentlərində nəzərdə tutulan kriteriyalara uyğun heyata keçirərsə Məhkəmə öz baxışını onlarınkı ilə əvəz etmək üçün ciddi əsaslar tələb edər.
199. Yaxın keçmişdə Aksu Türkiyəyə qarşı işdə ([BP], № 4149/04 və 41029/04, § 67, AİHK 2012), Məhkəmənin Böyük Palatası bu son tələbi daha da inkişaf etdirərək bildirib ki, əgər yerli hakimiyyət orqanlarının balanslaşdırması yetərli deyilsə, xüsusilə müzakirə olunan hüquqlardan birinin vacibliyi və ya məzmunu müvafiq qaydada nəzərə alınmayıbsa, o zaman mülahizə sərbəstliyi məhdud olacaq.
(ii) Məhkəmənin oxşar presidentləri
(α) Qrupun identifikasiyası və əcdadların nüfuzu
200. Aksu işində (yuxarıdan 58-61 və 81-ci paraqraflarda qeyd olunub) Məhkəmə, inter alia, bildirib ki, etnik qrupun neqativ stereotipləşdirilməsi əgər müəyyən səviyyəyə çatarsa, qrupun identifikasiya hissinə və onun üzvlərinin öz dəyəri və öz güvəni ilə bağlı hisslərinə təsir edə bilər. Ona görə də bu, Konvensiyasnın 8-ci maddəsinin 1-ci bəndinin mənasında onların “şəxsi həyatına” təsir edə bilər. Bu əsasla Məhkəmə hesab edib ki, Türkiyədə kitabın fəsillərində və Roma insanları ilə bağlı lüğətlərdə əks olunan materillarla Roma əsilli şəxsin özünü təhqir edilmiş hesab etməsilə bağlı proses bu maddəylə əlaqəli olub.
201. Putistin Ukraynaya qarşı işdə (№ 16882/03, § 33 və 36-41, 21 noyabr 2013), Məhkəmə qəbul edib ki, əcdadın nüfuzu bəzi hallarda şəxsin “şəxsi həyatına” və identifikasiyasına təsir edə bilər və odur ki, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin təsiri altına düşə bilər. Bu əsasla da Məhkəmə hesab edib ki, Kiyevdə İkinci Dünya Müharibəsi zamanı keçirilən məşhur futbol yarışını əks etdirən məqalə cənab Putistinin vəfat etmiş, bir zamanlar məşhur futbolçu olmuş və bu yarışda iştirak etmiş atasının Gestapo ilə əməkdşlıq etdiyini yazması, nəticədə dolayı yolla və cüzi də olsa cənab Putistinin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş hüququna təsir edib.
202. Jelševar və Başqaları Sloveniyaya qarşı işdə ((dec.), № 47318/07, § 37, 11 mart 2014), Məhkəmə oxşar şəkildə qəbul edib ki, əcdadın nüfuzuna bədii ədəbiyyat vasitəsilə hücum etmək şəxsin Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququna təsir edə bilər.
203. Dzhugashvili Rusiyaya qarşı işdə ((dec.), № 41123/10, § 26-35, 9 dekabr 2014), Məhkəmə hesab edib ki, ərizəçinin böyük babası Jozef Stalinin tarixi rolu ilə bağlı qəzetdə dərc olunan iki məqalə onun özünün Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququnun pozuntusudur.
(β) Zorakılığa çağırış və “nifrət çıxışı”
204. Məhkəmə zorakılığın, nifrətin və ya dözümsüzlüyün əsaslandırıldığı iddia edilən şifahi və ya qeyri-şifahi bəyanatlarla bağlı bir sıra işlərdə Konvensiyanın 10-cu maddəsinin tətbiqini nəzərdən keçirib. Bu cür bəyanatların müəlliflərinin, bəzən nəşriyyatçıların ifadə azadlığı hüququna müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub olmamasını öz presidentlərində əks olunan prinsiplər əsasında (bax yuxarıda 196 və 197-ci paraqraflar) araşdıran Məhkəmə, müxtəlif faktorlara istinad edib.
205. Onlardan biri bəyanatların gərgin siyasi və ya sosial məsələlərlə bağlı olub olmamasıdır; belə bir hal mövcud olduqda Məhkəmə ümumi olaraq qəbul edir ki, bu cür bəyanatlara edilən müdaxilələrin bəziləri əsaslandırıla bilər. Belə hallara misal olaraq 1980 və 1990-cı illərdə Türkiyənin cənub şərqində PKK (Kürdüstan İşçi Partiyası, qeyri-qanuni silahlı təşkilat) ilə Türkiyə təhlükəsizlik qüvvələri arasında olan gərgin mühiti (bax, Zana Türkiyəyə qarşı, 25 noyabr 1997, § 57-60, Hesabatlar 1997-VII; Sürek Türkiyəyə qarşı (№1) [BP], № 26682/95, § 52 və 62, AİHK 1999-IV; və Sürek Türkiyəyə qarşı (№ 3) [BP], № 24735/94, § 40, 8 iyul 1999), 2000-ci ilin dekabr ayında Türkiyədə həbsxanada ölümlə nəticələnən üsyanla bağlı işdə mövcud vəziyyəti (bax, Falakaoğlu və Saygılı Türkiyəyə qarşı, № 22147/02 və 24972/03, § 33, 23 yanvar 2007, və Saygılı və Falakaoğlu Türkiyəyə qarşı (№2), № 38991/02, § 28, 17 fevral 2009), qeyri-Avropalı, xüsusilə müsəlman mühacirlərin inteqrasiyası ilə bağlı problemləri (bax, Soulas və Başqaları, yuxarıda 38-39-cu paraqraflarda qeyd olunub, və Le Pen Fransaya qarşı (dec.), №18788/09, 20 aprel 2010), və 1990-cı il müstəqillik qazandıqdan dərhal sonra Litvada azlıqlarla münasibətləri (bax, Balsytė-Lideikienė Litvaya qarşı, № 72596/01, § 78, 4 noyabr 2008) göstərmək olar.
206. Digər faktor, ədalətli təhlil olunmuş və dərhal və ya daha geniş kontekstdə baxılmış bəyanatların zorakılığa birbaşa və ya dolayı çağırış edib etməməsi və ya zorakılığı, nifrəti və ya dözümsüzlüyü əsaslandırıb əsaslandırmaması ilə bağlıdır (bax, digər işlərlə yanaşı, Incal Türkiyəyə qarşı, 9 iyun 1998, § 50, Hesabatlar 1998-IV; Sürek (№1), yuxarıda 62-ci paraqrafda əsaslandırılıb; Özgür Gündem Türkiyəyə qarşı, № 23144/93, § 64, AİHK 2000-III; Gündüz Türkiyəyə qarşı, № 35071/97, 48 və 51-ci paraqraflar, AİHK 2003-XI; Soulas və Başqaları, yuxarıda 39-41 və 43-cü paraqraflarda qeyd olunub; Balsytė-Lideikienė, yuxarıda 79-80-ci paraqraflarda qeyd olunub; Féret, yuxarıda 69-73 və 78-ci paraqraflarda qeyd olunub; Hizb ut-Tahrir və Başqaları, yuxarıda 73-cü paraqrafda qeyd olunub; Kasymakhunov və Saybatalov, yuxarıda 107-12-ci paraqraflarda qeyd olunub; Fáber Macarıstana qarşı, № 40721/08, § 52 və 56-58, 24 iyul 2012; və Vona, yuxarıda 64-67-ci paraqraflarda qeyd olunub). Bu məsələni araşdırarkən Məhkəmə xüsusilə bütöv bir etnik, dini və ya başqa qruplara qarşı neqativ hisslərlə dolu hücum edən və ya onları kastalaşdıran bəyanatlara qarşı xüsusi həssaslıq nümayiş etdirib (bax, Seurot Fransaya qarşı (dec.), № 57383/00, 18 may 2004, Soulas və Başqaları, yuxarıda, 40 və 43-cü paraqraflarda qeyd olunub; və Le Pen, yuxarıda qeyd olunan bu işlərin hamısı Fransada yaşayan qeyri-Avropalı və xüsusilə müsəlman mühacirlər haqqında ümumiləşdirilmiş neqativ bəynatlarla bağlıdır; Norwood Birləşmiş Krallığa qarşı (dec.), №23131/03, AİHK 2004-XI, bu iş Birləşmiş Krallıqda yaşayan bütün müsəlmanları 11 sentyabr 2001-ci il tarixdə Amerika Birləşmiş Ştatlarında baş verən terror hücumuyla əlaqələndirən bəyanatlarla bağlıdır; W.P. və Başqaları Polşaya qarşı (dec.), № 42264/98, 2 sentyabr 2004, və Pavel Ivanov Rusiyaya qarşı (dec.), № 35222/04, 20 fevral 2007, hər iki iş çox gərgin anti-Semitik bəyanatlarla bağlıdır; Féret, yuxarıda 71-ci paraqrafda qeyd olunub, bu iş Belçikada yaşayan qeyri-Avropalı mühacirləri cinayətə meyilli qrup kimi təsvir edən bəyanatlarla bağlıdır; Hizb ut-Tahrir və Başqaları, § 73, və Kasymakhunov və Saybatalov, § 107, hər ikisi yuxarıda qeyd olunub, bu işlər Yəhudilərə, İzrael Dövlətinə və ümumilikdə Qərbə qarşı açıq zorakılığa çağıran bəyanatlarla bağlıdır; və Vejdeland və Başqaları İsveçə qarşı, № 1813/07, § 54, 9 fevral 2012, bu iş homoseksualları pedofillikdə və HİV və AİDS yaymaqda günahlandıran iddialarla bağlıdır).
207. Məhkəmə həmçinin bəyanatların hansı tərzdə verildiyinə və birbaşa və ya dolayı yolla zərərli nəticələrə gətirib çıxra bilmə ehtimalına diqqət yetirir. Misal olaraq Karataş Türkiyəyə qarşı işi ([BP], № 23168/94, § 51-52, AİHK 1999‑IV) göstərmək olar. Bu işdə bəyanatlar kütləvi informasiya vasitəsilə deyil, poeziya vasitəsilə verilmişdi və buna görə də belə nəticəyə gəlindi ki, müdaxilə hazırkı işdən fərqli olaraq, xüsusi təhlükəsizlik kontekstində əsaslandırıla bilməz; Féret işində (yuxarıda 76-cı paraqrafda qeyd olunub) bəyanatlar seçki broşurlarında əks olunmuşdu və buna görə də ayrı-seçkilik və nifrət mesajı təsiri yaratmışdı; Gündüz işində (yuxarıda 43-44-cü paraqraflarda qeyd olunub), bəyanatlar bilərəkdən plüralist televiziya müzakirələrində səsləndirilmişdi ki, bu da onların neqativ təsirini azaltmışdı; Fáber işində (yuxarıda 44-45-ci paraqraflar) bəyanat, keçirilən nümayişin yanında sakit formada bayraq qaldırmaqdan ibarət idi ki, onun da bu nümayişin fonunda çox məhdud təsiri var idi və ya ümumiyyətlə təsiri yox idi; Vona işində (yuxarıda 64-69-cu paraqraflar) bəyanat Roma əhalisinin yaşadığı kəndlərdə hərbi üsulla yürüşdən ibarət idi və Macarıstanda tarixi kontekstdən yanaşdıqda bunun çox neqativ üstüörtülü mənası var idi; və Vejdeland və Başqaları işində (yuxarıda 56-cı paraqrafda qeyd olunub) bəyanatlar broşurlarda əks olunmuşdu və həmin broşurlar da orta məktəb şagirdlərinin şkaflarında yerləşdirilmişdi.
208. Bütün bu qeyd olunan işlərdə müxtəlif faktorların qarşılıqlı əlaqəsi nəzərə alınıb və işin nəticəsinin müəyyənləşdirilməsində sadəcə bir ayrıca götürülən faktordan istifdə olunmayıb. Buna görə də bu qəbildən olan işlərdə Məhkəmənin mövqeyini əhəmiyyətli dərəcədə kontekstə əsaslanan hesab etmək olar.
(γ) Holokostun inkarı və Nazi Cinayətlərinə dair bəynatlar
209. Keçmiş Kommissiya Konvensiyanın 10-cu maddəsi altında Holokostu və digər Nazi Cinayətlərini inkar edən bəyanatlarla bağlı xeyli sayda işlərə baxıb. Kommissiya bu işlərin hamısı ilə bağlı ərizələri qəbuledilməyən hesab edib (bax, X. Almaniya Federal Respublikasına qarşı, №9235/81, Kommissiyanın 16 iyul 1982-ci il tarixli qərarı, Qərarlar və Hesabatlar (DR) 29, 194-cü səhifə; T. Belçikya qarşı, № 9777/82, Kommissiyanın 14 iyul 1983-cü il tarixli qərarı, DR 34, 158-ci səhifə; H., W., P. və K. Avstriyaya qarşı, №12774/87, Kommissiyanın 12 oktyabr 1989-cu il qərarı, DR 62, 216-cı səhifə; Ochensberger Avstriyaya qarşı, № 21318/93, Kommissiyanın 2 sentyabr 1994-cü il tarixli qərarı, elan olunmayıb; Walendy (Valendi) Almaniyaya qarşı, № 21128/92, Kommissiyanın 11 yanvar 1995-ci il qərarı, DR80-A, 94-cü səhifə; Remer Almaniyaya qarşı, № 25096/94, Kommissiyanın 6 sentyabr 1995-ci il tarixli qərarı, DR 82-A, 117-ci səhifə; Honsik Avstriyaya qarşı, № 25062/94, Kommissiyanın 18 oktyabr 1995-ci il tarixli qərarı, DR 83-A, 77-ci səhifə; Nationaldemokratische Partei Deutschlands Bezirksverb və München-Oberbayern Almaniyaya qarşı, № 25992/94, Kommissiyanın 29 noyabr 1995-ci il tarixli qərarı, DR 84-A, 149-cu səhifə; Rebhandl Avstriyaya qarşı, № 24398/94, Kommissiyanın 16 yanvar 1996-cı il tarixli qərarı, elan olunmayıb; Marais Fransaya qarşı, № 31159/96, Kommissiyanın 24 iyun 1996-cı il tarixli qərarı, DR 86-B, 184-cü səhifə; D.I.Almniyaya qarşı, № 26551/95, Kommissiyanın 26 iyun 1996-cı il tarixli qərarı, elan olunmayıb; və Nachtmann Avstriyaya qarşı, № 36773/97, Kommissiyanın 9 sentyabr 1998-ci il tarixli qərarı, elan olunmayıb). Bu işlərdə Kommissiya demək olar ki, hər dəfə Nazinin baxışlarını paylaşan və ya Nazi yolunu tutan hərəkatlarlarla əlaqəsi olan şəxslərin bəyanatları ilə üzləşib ki, bu çıxışlar da milyonlarla yəhudinin Nazi rejimi tərəfindən təqib olunmasının və ya qətl edilməsinin həqiqiliyinə şübhə ifadə edib; Holokostun “qəbuledilməz yalan” və “Zionist kələk” olduğunu iddia edən bu bəyanatlar bunu siyasi şantaj kimi qələmə verib; ölüm düşərgələrinin mövcudluğunu inkar edib və ya bunu əsaslandırıb; və ya həmin düşərgələrdə qaz kameralarının heç vaxt mövcud olmadığını və ya bu kameralarda qətl edilən şəxslərin sayının şişirdildiyini, o qədər insanın bu kameralarda qətl edilməsinin texniki baxımdan mümkün olmadığını iddia edib. Kommissiya çox vaxt Dövlətlərin tarixi təcrübəsinə istinad edərək bu bəyanatları yəhudi icmasına hücum kimi qiymətləndirib və bunu əsasən anti-demokratik və insan hüquqlarına zidd olan Nazi ideologiyası ilə əlaqələndirib. Kommissiya bu bəyanatların irqi nifrət, anti-Semitizm və ksenofobiyaya sövq etdiyini bildirib və bu əsasla da hesab edib ki, bu bəyanatlara qarşı cinayət qaydasında ittihamlar “demokratik cəmiyyətdə zəruri” olub. Bu işlərin bəzilərində Kommissiya Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin şərhinə dəstək olaraq, 17-ci maddəyə istinad edib və bundan müdaxilənin zəruriliyinə dair gəldiyi nəticəni gücləndirmək məqsədilə istifadə edib.
210. 1 noyabr 1998-ci ildən sonra Məhkəmə bir sıra belə işlərə baxıb və eyni qaydada bu ərizələrin hamısını qəbuledilməyən hesab edib (bax, Witzsch (Vitş) Almaniyaya qarşı (№ 1) (dec.), № 41448/98, 20 aprel 1999; Schimanek Avstriyaya qarşı (dec.), № 32307/96, 1 fevral 2000; Garaudy Fransaya qarşı (dec.), № 65831/01, AİHK 2003-IX; Witzsch Almaniyaya qarşı (№ 2) (dec.), № 7485/03, 13 dekabr 2005; və Gollnisch Fransaya qarşı (dec.), № 48135/08, 7 iyun 2011). Bu işlər də eyni qaydada qaz kameralarının mövcudluğunu fərqli formalarda inkar edib; onları “saxta” və Holokostu “mif” adlandırıb, onları “Shoah biznesi”, “siyasi sonun mistikləşdirilməsi” və ya “təxribat” kimi təsvir edib; və ya ölənlərin sayını mübahisələndirib və aydın olmayan ifadələrlə qaz kameralarının tarixçilər üçün predmet olduğunu ifadə edib. Bu işlərin birində bəyanatda bildirilib ki, Hitlerin və NSDAP-nin yəhudilərin kütləvi qətlini planlaşdırdığı, buna təşəbbüs etdiyi və bunu təşkil etdiyi yalandır (bax, Witzsch (№ 2), yuxarıda qeyd olunub).
211. Üç işdə Məhkəmə keçmiş Kommissiyanın əsaslandırmasını tətbiq edərək bildirib ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə “demokratik cəmiyyətdə zəruri olub” (bax, Schimanek; Witzsch (№ 1); və Gollnisch, hamısı yuxarıda qeyd olunub).
212. Lakin digər iki işdə Məhkəmə 17-ci maddəyə istinad edərək şikayətin 10-cu maddə ilə Konvensiyanın tələblərinə ratione materiae uyğun olmadığını elan edib. Garaudy işində (yuxarıda qeyd olunub) Məhkəmə hesab edib ki, tarixçilər arasında müzkirə mövzusu olmayan, əksinə baş verdiyi açıq-aşkar olan Holokostun həqiqiliyini, həcmini və ciddiyyətini mübhisələndirməklə cənab Garaudy Nazi rejiminə bəraət qazandırmağa və qurbanları tarixi saxtalaşdırmaqda ittiham etməyə çalışıb. Bu cür hərəkətlər demokratiya və insan hüquqlarına ziddir və bu formada ifadə azadlığı hüququndan istifadə Konvensiyanın mətninə və mahiyyətinə ziddir. Witzsch işində (yuxarıda qeyd olunub) Məhkəmə Almaniya məhkəmələri ilə razılaşıb ki, cənab Witzschin bəyanatları onun Holokost qurbanlarına hörmətsizliyini ifadə edib.
(δ) Tarixi müzakirələr
213. Məhkəmə tarixi müzakirələrlə bağlı bir sıra işlərə baxıb.
214. Bu işlərin bir çoxunda Məhkəmə açıq-aşkar bildirib ki, bu cür müzakirələri həll etmək onun işi deyil (bax, Chauvy və Başqaları, yuxarıda 69-cu paraqrafda qeyd olunub; Monnat İsveçrəyə qarşı, № 73604/01, § 57, AİHK 2006-X; Fətullayev Azərbaycana qarşı, № 40984/07, § 87, 22 aprel 2010; və Giniewski Fransaya qarşı, № 64016/00, § 51 nəticə, AİHK 2006-I).
215. Müəlliflərin və ya bəzən naşirlərin tarixi məsələlərə aid bəyanatları ilə bağlı ifadə azadlığı hüququna edilən müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyini” müəyyən edərkən Məhkəmə bir sıra faktorlara istinad edib. Onlardan biri inkar bəynatının necə ifadə edildiyinə və onların hansi formada təhlil edildiyinə dair olub. Misal olaraq aşağıdakı işləri göstərmək olar: Lehideux və Isorni Fransaya qarşı (23 sentyabr 1998, § 53, Hesabatlar 1998-VII), bu işdə bəyanatlar Nazini əsaslandıran və ya onun siyasətini müdafiə edən hesab oluna bilməz; Stankov və İlinden Birləşmiş Makedoniya Təşkilatı (the United Macedonian Organisation Ilinden) (№ 29221/95 və 29225/95, 102 və 106-cı paraqraflar, AİHK 2001-IX) işində baxmayaraq ki, bəynatlar “şiddətli anti-bolqar deklarasiyalarından” ibarət idi, onlara diqqət cəlb etmək üçün şişirdilmiş elementi olan bəyanat kimi istinad etmək olardı; Fransa Radiosu (Radio France) və Başqaları işində (yuxarıda 38-ci paraqrafda qeyd olunub) ciddi qarayaxma ittihamlarından ibarət olan bəyanatlar öz üslubu ilə qeyd olunub; və Orban və Başqaları Fransaya qarşı işdə (№20985/05, §46, 49 və 51, 15 yanvar 2009) bəyanatlar sadəcə olaraq Əlcəzair müharibəsinin birbaşa iştirakçısı olmuş şəxsin şahid kimi çıxışlarından ibarət idi və işgəncəni və ya onu törədənlərin əməlini əsaslandırmırdı.
216. Digər faktor bəyanatların təsir etdiyi maraq və ya hüquqdur. Məsələn, Stankov və İlinden Birləşmiş Makedoniya Təşkilatı (yuxarıda 106-cı maddədə qeyd olunub) işində bu, Bolqarıstanın milli simvolları idi. Fransa Radiosu və Başqaları (yuxarıda 31 və 34-39-cu maddələrdə qeyd olunub) və Chauvy və Başqaları (yuxarıda 52 və 69-cu maddələrdə qeyd olunub) işlərində bu, sağ insanların nüfuzu idi və mübahisə mövzusu olan bəyanatlar həmin insanların yanlış hərəkətlərə yol vermələrini qeyd edərək onları ciddi şəkildə ittiham edirdi. Monnat (yuxarıda 60-cı paraqrafda qeyd olunub) işində bəyanatlar şəxslərin və ya isveçrəli insanların nüfuzuna və ya şəxsi hüquqlarına qarşı deyil, ölkəni İkinci Dünya Müharibəsi dövrundə idarə edən liderlərə qarşı yönəlmişdi. Radko Vətəndaşları Cəmiyyəti və Paunkovski (Association of Citizens Radko and Paunkovski) Keçmiş Yuqoslaviya Respublikası olan Makedoniyaya qarşı (№ 74651/01, 69 və 74-cü paraqraflar, AİHK 2009 (çıxarışlar)), işində bəyanatlar bütün makedoniyalıların milli və etnik identifikasiyasına təsir etmişdi. Orban və Başqaları (yuxarıda 52-ci paraqrafda qeyd olunub) işində bəyanatlar işgəncə qurbanlarının acı xatirələrini təzələyərək onları incitmişdi.
217. Uyğun faktor bəyanatların təsiridir. Məsələn, Stankov və İlinden Birləşmiş Makedoniya Təşkilatı (yuxarıda 102-03 və 110-cu maddələrdə qeyd olunub) işində, Məhkəmə nəzərə alıb ki, bəyanatlarla çıxış edən qrupun hətta yerli səviyyədə real təsiri olmayıb və onun nümayişləri zorakılıq və ya dözümsülüyün təşviqatı üçün platforma təklif etməyib; Məhkəmə həmçinin bunu digər oxşar iş olan İlinden Birləşmiş Makedoniya Təşkilatı – PIRIN və Başqaları Bolqarıstana qarşı (№ 59489/00, § 61, 20 oktyabr 2005) işində də qeyd edib. Əksinə, Fransa Radiosu və Başqaları (yuxarıda 35 və 39-cu maddələrdə qeyd olunub) işində Məhkəmə bildirib ki, sağ insana qarşı ciddi qarayaxma iddialarını əks etdirən bəyanat milli radio kanalında 62 dəfə yayımlanıb.
218. Son olaraq, Məhkəmə bəyanatın bəhs etdiyi tarixi hadisələrin baş verməsindən ötən vaxtı nəzərə alıb: Lehideux və Isorni (yuxarıda 55-ci paraqrafda qeyd olunub) – 40 il; Monnat (yuxarıda 64-cü paraqraf) – 50 il, və Orban və Başqaları (yuxarıda 52-ci paraqraf) – 40 il.
219. Yuxarıdakı işlər göstərir ki, “nifrət çıxışı” ilə bağlı olan mövqeyinə oxşar olaraq bu işlərdə də Məhkəmə tarixi hadisələrlə bağlı bəyanatlara edilən müdaxilənin zəruriliyini qiymətləndirərkən konkret işin hallarını nəzərə alır və nəticə bu bəyanatların xarakteri, onların potensial təsiri və ifadə olunduğu kontekst arasında qarşılıqlı əlaqədən asılıdır.
(ε) 1915-ci il və ondan sonrakı illərin hadisələrinə dair bəyanatlarla bağlı Türkiyəyə qarşı qaldırılmış işlər
220. Güçlü Türkiyəyə qarşı (№ 27690/03, 10 fevral 2009) işdə hüquqşünas və siyasətçi olan ərizəçi mətbuat konfransı zamanı bildirib ki, o, 1915-ci il və ondan sonrakı illərin hadisələrinin soyqırım olduğunu düşünür və Türkiyə bununla razılaşmalı və bu məsələ ilə bağlı açıq müzakirələr aparmalıdır. Bundan sonra o, Türkiyənin ərazi bütövlüyünə qarşı təxribat nəzərdə tutan norma ilə ittiham olunaraq bu bəyanata görə, eləcə də həmin konfransda kürd məsələsilə bağlı irəli sürdüyü digər bəyanatlara görə, bir il müddətinə azadlıqdan məhrum edilib. Bu cəzanın üç aydan bir az çox müddətini çəkdikdən sonra onun ittiham olunduğu norma ləğv edilib. Nəticədə onun məhkumluğu da ləğv edilib və o azad edilib. Məhkəmə hesab edib ki, cənab Güçlünün bəyanatı açıq-aşkar ictimai maraq kəsb edən müzakirələrlə bağlı olub. Məhkəmə həmçinin qeyd edib ki, bu cür fikirlərin ifadə olunması, hətta hakimiyyət orqanlarının fikirlərilə uzlaşmasa da və incidici və şokedici olsa da, Konvensiyanın 10-cu maddəsi ilə qorunur və məhz sözügedən müzakirə ilə bağlı fərqli fikirlər mövcuddur. Məhkəmə həmçinin qeyd edib ki, cənab Güçlü bu bəyanatla tarixi və siyasi məsələlərlə bağlı müzakirələri təşviq edib. Bu baxımdan və ona tətbiq olunmuş cəzanın sərtliyini nəzərə alaraq Məhkəmə 10-cu maddənin pozuntusunu tanıyıb (ibid., 33-42-ci paraqraflar).
221. Dink Türkiyəyə qarşı (№ 2668/07, 6102/08, 30079/08, 7072/09 və 7124/09, 14 sentyabr 2010) işdə türk-erməni yazıçı, daha sonra qətlə yetirilən yazıçı və jurnalist “türklüyün” ləkələnməsində təqsirləndirilərək Türkiyə Cinayət Məcəlləsinin o zamanlar qüvvədə olan 159-cu maddəsilə (bu maddə 2005-ci ildə Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsilə əvəz edilib) ittiham olunub. Ittihamı Konvensiyanın 10-cu maddəsi altında araşdıran Məhkəmə qeyd edib ki, cənab Dinkin ittiham olunduğu təqzib bəyanatlarının əks olunduğu məqalələrin araşdırması açıq-aşkar göstərib ki, istifadə olunan “zəhər” ifadəsi ermənilər arasında “türklərin qəbulunu” və erməni diasporasının 1915-ci il və ondan sonrakı illərin hadisələrini soyqırım kimi tanınmasına yönələn təşviqatının inadçı xarakterinə işarə edib. Cənab Dink faktiki olaraq bəyan edib ki, ermənilərin hələ də özünü “qurban” kimi görməsini nümayiş edən bu inadkar təşviqat erməni diasporasının üzvlərinin həyatını zəhərləyib və onların öz identifikasiyalarını sağlam əsaslarla inkişaf etdirmələrinə mane olub. Bu bəyanat nifrət çıxışı kimi qiymətləndirilə bilməz (ibid., 128-ci paraqraf).
222. Məhkəmə həmçinin nəzərə alıb ki, cənab Dink bu yazıları bir jurnalist və türk-erməni qəzetinin redaktoru olaraq, erməni azlığı ilə bağlı məsələyə Türkiyənin siyasi aləmindən olan biri kimi cavab olaraq yazıb.1915-ci il və ondan sonrakı illərin qarşıdurmalarının inkarına səbəb olan yanaşmalarla bağlı narazılığını bildirərkən cənab Dink demokratik cəmiyyətdə mübahisə olunmayan ictimai narahatlıqla bağlı fikirlərini ifadə edib. Bu cür cəmiyyətlərdə xüsusilə ciddi xarakterli tarixi hadisələrlə bağlı müzakirələr azad olmalıdır. Tarixi həqiqəti axtarmaq ifadə azadlığının ayrılmaz hissəsidir və ictimai müzakirələri formalaşdıran əhəmiyyətli tarixi məsələ ilə bağlı Məhkəmənin hakim rolunda çıxış etməsi məqsədəmüvafiq deyil. Bundan başqa, cənab Dinkin məqalələri incidici və ya təhqiredici deyildi və hörmətsizlik və nifrət nümayiş etdirmirdi (ibid., 135-ci paraqraf). Ona görə də onu “türklüyün” təhqir olunmasında təqsirli hesab etmək üçün heç bir təcili sosial ehtiyac olmayıb.
223. Coxun (yuxarıda qeyd olunub) işində 1980-ci illərdə Türkiyə universitetlərində dərs deyən Birləşmiş Ştatlar vətəndaşı 1986-cı ildə deportasiya olunub və tələbələrinin və həmkarlarının qarşısında “türklərin kürdləri assimilyasiya etdiyini” və “erməniləri sürgün etdiyini və kütləvi qətl etdiyini” dediyinə görə təkrar Türkiyəyə girişinə qadağa qoyulub. O, iki fərqli məsələylə bağlı deportasiya olunub. 1996-cı ildə o, Türkiyəyə giriş qadağasının götürülməsinə cəhd edib, lakin buna nail ola bilməyib. Məhkəmə xüsusi olaraq bildirib ki, xanım Coxun bəyanatları kürd və erməni sualları ilə bağlı olub və bu da “nəinki Türkiyədə, həm də beynəlxalq aləmdə qızğın müzakirə mövzusu olub və bu müzakirələr arqumentlər və kontur-arqumentlərlə müşahidə olunub”. Məhkəmə etiraf edib ki, “bu məsələ ilə bağlı bir tərəfin fikri digər tərəfi incidə bilər”, amma həm də qeyd edib ki, “demokratik cəmiyyət mübahisəli məsələlərdə tolerantlıq və geniş dünya görüşü tələb edir” (ibid., 41-42-ci paraqraflar). Məhkəmə yekun olaraq bildirib ki, xanım Coxun Türkiyəyə yenidən daxil olmasının qadağan olunması onun ifadə azadlığı hüququndan istifadəsinin qarşısını almaq və ideyalarını yaymasına mane olmaq üçündür. Buna görə də onun ifadə azadlığı hüququna müdaxilə “demokratik cəmiyyətdə zəruri olmayıb” (ibid., 44-45-ci maddələr).
224. Altuğ Taner Akçam Türkiyəyə qarşı (№ 27520/07, 25 oktyabr 2011) işdə, tarix üzrə professor olan ərizəçi 1915-ci il və ondan sonrakı illərin hadisələri ilə bağlı çoxsaylı yazılar dərc edib və Hrant Dinkin təqibə məruz qalmasını tənqid edən (bax, yuxarıda 222-ci paraqraf) və onun iddialarına əasən, erməni məsələsilə bağlı elmi araşdırmalarına görə onu hər zaman təqibə məruz qoyan Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsindən şikayət edən qəzet məqalələrinə görə çoxsaylı cinayət istintaqına məruz qalıb, lakin bu istintaqların heç biri sona çatdırılmayıb. Məhkəmə Cənab Akçama qarşı cinayət istintaqı və Türkiyə məhkəmələrinin bu maddənin tətbiqində erməni məsələsinə yanaşması, eyni zamanda istintaqlarla bağlı cənab Akçama qarşı ictimai təşviqatlara əsaslanaraq hesab edib ki, o, bu məsələ ilə bağlı “əlverişsiz” fikirdə olduğu üçün onun təqib olunması ilə bağlı əsaslı risk olub (ibid., 62-82-ci paraqraflar). Məhkəmə bildirib ki, qanunverici orqanın təminatlrına baxmayaraq, bu maddədə istifadə olunan ifadələr, Türkiyə hakimiyyət orqanlarının da şərh etdiyi kimi, olduqca geniş və qeyri-aydındır. Bu maddə altında həyata keçirilən istintaq və təqiblər onu göstərir ki, incidici, şokedici və narahatedici hesab olunan hər hansı bir fikir bu norma altında hədəfə alına bilər (ibid., 89-94-cü maddələr). Buna görə də bu maddə qabaqcadan görə bilmə tələbinə cavab vermir.
(iii) Yuxarıdakı prinsiplərin tətbiqi və hazırkı işlə bağlı presedentlər
225. Hazırkı işdə Məhkəmədən soyqırımın və ya digər tarixi faktların inkarının cinayət əməli kimi tövsifinin əasalandırıla bilib bilməməsini müəyyən etmək tələb olunmayıb. Bununla bağlı qanun normasını abstrakt qaydada araşdırmaq tələb olunan Fransa və İspaniya konstitusiya məhkəmələrindən fərqli olaraq, fərdi şikayət qaydasında təqdim olunan işdə Məhkəmə işin faktları ilə məhdudlaşıb (bax, T. Belçikaya qarşı, yuxarıda 169-cu səhifədə qeyd olunub). Odur ki, Məhkəmə sadəcə ərizəçinin işində İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin tətbiqinin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə “demokratik cəmiyyətdə zəruri” olub olmadığını araşdırır (bax, Mühəccər, Dəniz və Nəqliyyat İşçiləri (National Union of Rail, Maritime and Transport Workers) Birləşmiş Krallığa qarşı, № 31045/10, § 98, AİHK 2014).
226. Belə bir zərurətin olub olmaması sualının cavabı sözügedən məsələ ilə bağlı “başqalarının hüquqlarının” cinayət hüququ ilə qorunmasına ehtiyacın olub olmamasından asılıdır. Yuxarıda 156-cı maddədə qeyd olunduğu kimi burda başqalarının hüququ dedikdə ermənilərin və onların əcdadlarının ləyaqətinə hörmət hüququ nəzərdə tutulur və bu hüquqa həm də onların identifikasiyasına hörmət hüququ daxildir ki, bu identifikasiya da onların icmasının soyqırımdan əziyyət çəkməsi anlayışı ilə həmahəngdir. Məhkəmənin həm etnik identifikasiyanın, həm də əcdadların nüfuzunun Konvensiyanın 8-ci maddəsi ilə “şəxsi həyat” başlığı altında müdafiə oluna bilməsinə dair presidentlərinin işığında (bax, yuxarıda 200-03-cü paraqraflar), Məhkəmə razılaşıb ki, bu hüquqlar həmin maddə ilə qoruna bilər.
227. Odur ki, Məhkəmə Konvensiyanın bu iki maddəsi arasında balans yaratmaq məsələsilə üzləşir: Konvensiyanın 10-cu maddəsi altında ifadə azadlığı hüququ və Konvensiyanın 8-ci maddəsi altında şəxsi həyata hörmət hüququ; buna görə də Məhkəmə öz presidentlərində bu balanslaşdırma ilə bağlı olan prinsipləri nəzərə alacaq (bax, yuxarıda 198-ci paraqraf). Önəmli olan sual odur ki, eyni dərəcədə hörmət tələb edən bu iki hüququn hansına hazırkı işdə daha çox üstünlük verilməlidir. Məhkəmədən bu iki hüququn konkret aspektlərinin müqayisəli vacibliyini və müdaxilənin zəruriliyini araşdırmaq, bu hüquqlardan hər birini müvafiq qaydada qorumaq və istifadə olunan vasitələr arasında proporsionallığı və nail olunmağa cəhd edilən məqsədi müəyyən etmək tələb olunur. Məhkəmə bunu ərizəçinin bəyanatlarının xarakterinə nəzər salaraq həyata keçirəcək; bu bəyanatlara hansı kontekstdə müdaxilə olunduğuna baxacaq; bu bəyanatların ermənilərin hüquqlarını hansı dərəcədə pozduğunu müəyyənləşdirəcək; bu cür bəyanatlara cinayət cəzasının tətbiqinə ehtiyacla bağlı Razılığa Gələn Yüksək Tərəflər arasında konsensusun olub olmadığı araşdırılacaq; bu məsələ ilə bağlı hər hansı beynəlxalq hüquq normasının olub olmamasına baxılacaq; İsveçrə məhkəmələrinin ərizəçinin məhkum olunmasını əsaslandırmaq üçün istifadə etdikləri metod nəzərdən keçiriləcək; və müdaxilənin sərtliyi nəzərdən keçiriləcək.
(α) Ərizəçinin bəyanatlarının xarakteri
228. Ərizəçinin ifadə azadlığı hüququndan istifadə ilə bağlı marağının dərəcəsini müəyyənləşdirmək üçün Məhkəmə ilk olaraq onun bəyanatlarının xarakterini müəyyənləşdirməlidir. Bunu etməklə Məhkəmə bu bəyanatların İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinə əsasən soyqırımın inkarı və ya onun əsaslandırılması olub olmadığını və ya həmin maddə altında bu bəyanatların “irqi, etnik mənşə və dini əsaslarla” edilib edilmədiyini müəyyənləşdirmək məqsədi daşımır. Bu məsələlər İsveçrə qanununun şərhi və tətbiqi ilə bağlıdır və bunu müəyyənləşdirmək İsveçrə məhkəmələrinin işidir (bax, digər qərarlarla yanaşı, Lehideux və Isorni, yuxarıda 50-ci paraqrafda qeyd olunub). Bəyanatların Konvensiyanın 10-cu maddəsilə ciddi şəkildə və ya daha az qorunan ifadə olması müəyyən olunmalıdır ki, bunu etmək də Məhkəmənin öhdəsinə düşür və bunu müəyyənləşdirərkən Məhkəmə İsveçrə məhkəmələrinin bununla bağlı qərarlarına istinad edəcək (bax, yuxarıda paraqraf 196 (iii)).
229. Məhkəmənin presidentlərinə əsasən, ictimai maraq kəsb edən ifadələr ciddi şəkildə müdafiə olunur, lakin zorakılığı, nifrəti, ksenofobiyanı və ya dözümsüzlüyün digər formalarını təşviq edən və ya bunu əsaslandıran ifadə müdafiə olunmağı tələb edə bilməz (197 və 204-07-ci paraqraflarda qeyd olunan işlərə bax). İstər ictimai nümayişlərdə, istərsə də kitb, qəzet və ya radio və ya televiziya proqramı kimi media vasitələrində tarixi məsələlərlə bağlı söylənilən bəyanatlar ictimai maraq məsələsinə toxunur (bax, Stankov və İlinden Birləşmiş Makedoniya Təşkilatı), 79, 85 və 97-ci paraqraflar (nümayişlərdə səsləndirilən bəyanatlar); Chauvy və Başqaları, 68 və 71-ci paraqraflar, və Orban və Başqaları, § 45 (kitablar); Lehideux və Isorni, §10-11 (qəzet nəşri); Radio France (Fransa Radiosu) və Başqaları, §34-35 (radio yayımı); və Monnat, §56 (televiziya proqramı)).
230. Palata bildirib ki, ərizəçinin bəyanatları tarixi, hüquqi və siyasi xarakterli olub. İsveçrə Hökuməti və bəzi üçüncü tərəflər bununla razılaşmayıblar. Onların əsas arqumenti ondan ibarət olub ki, ərizəçi elmi məqsədli və sakit şəkildə, eləcə də tarixi müzakirələrə xas olan açıq fikirlilik nümayiş etdirərək çıxış etməyib. Böyük Palata bu arqumenti qəbul etmir. Baxmayaraq ki, ərizəçinin bəyanatları tarixi və hüquqi məsələlərə toxunub, nəzərə almaq lazımdır ki, o, ictimai tədbirdə və onun özü kimi düşünən insanların qarşısında çıxış edib və bu kontekstdə ərizəçi bir tarixçi və ya hüquqşünas kimi deyil, bir siyasətçi kimi danışıb. Onun, Məhkəmənin uzun müddətdən bəri Türkiyə ilə bağlı bir sıra işlərdə üzləşdiyi ziddiyyətli məsələdə iştirakı artıq onu göstərir ki, onun çıxışı ictimai maraq doğuran, “təkcə Türkiyədə deyil, həm də beynəlxalq aləmdə qızğın müzakirə mövzusu olan” (yuxarıda 221 və 223-cü paraqraflara bax) məsələ ilə bağlı olub (yuxarıda 224-cü paraqrafa bax). Əslində bu məsələ 2002-03-cü illərdə, əzirəçinin çıxışlarından bir az əvvəl, İsveçrə Parlamentində müzakirə olunub. ... Bu məsələnin İsveçrə siyasətinin əsas istiqaməti olmaması, onun ictimai maraq doğuran məsələ olduğu faktını dəyişdirmir. Həmçinin ərizəçinin özünü kəskin ifadələrlə ifadə etməsi də bu faktı dəyişdirmir (bax, Morice Fransaya qarşı [BP], № 29369/10, § 125 nəticə, 23 aprel 2015). Siyasi çıxışın ziddiyyətli və çox vaxt həm də təhlükəli olması onun xarakterinin ayrılmaz hissəsidir (müqayisə et Erbakan Türkiyəyə qarşı işlə, №59405/00, § 59, 6 iyul 2006; Faruk Temel Türkiyəyə qarşı işlə, № 16853/05, §8 və 60, 1 fevral 2011; və Otegi Mondragon İspaniyaya qarşı işlə, № 2034/07, §10 və 53-54, AİHK 2011). Əgər bəyanat zorakılığa çağırış, nifrət və dözümsüzlüklə bağlı həddi aşmırsa, o zaman onun ictimai maraq dəyəri azalmır. Məhkəmə aşağıda bu həddin aşılıb aşılmadığını araşdıracaq.
231. Isveçrə məhkəmələri hesab edib ki, ərizəçi irqçi motivlərlə çıxış edib. Buna əsas olaraq onlar ərizəçinin erməniləri türklərin təcavüzkarı adlandırmasını və onun özünü 1915-ci il və ondan sonrakı illərdə Osmanlının Xarici İşlər Naziri olmuş Talaat Paşanın davamçısı adlandırmasını göstəriblər, lakin həmçinin onun inadkarcasına bu hadisələrin soyqırım olmasını inkar etməsinə istinad ediblər (bax, yuxarıda 22, 24 və 26-cı paraqraflar). Palata bununla razılaşmayıb və bildirib ki, ərizəçi nifrətə təşviq etdiyinə görə ittiham olunmayıb, bu əməl İsveçrə Cinayət Məcəlləsinin başqa maddəsində nəzərdə tutulub və o, qurbanlara qarşı hörmətsizlik ifadə etməyib (bax, Palatanın qərarının 119-cu ...[paraqrafı]).
232. Ərizəçinin çıxışı ilə bağlı mövzuda erməni icmasının ciddi həssaslığı barədə məlumatlı olan Məhkəmə, onun bəyanatlarının bütün təşviqedici tərəfini nəzərə alaraq hesab edir ki, bu bəyanatlar nifrətə və ya qeyri-tolerantlığa sövq etmir. Ərizəçi 1915-ci il və ondan sonrakı illərin qurbanlarına qarşı nifrət və ya hörmətsizlik ifadə etməyib. O, türklərlə ermənilərin əsrlərlə birgə sülh içərisində yaşadığını – bunun faktiki olaraq bu cür olub olmadığının hazırkı işə aidiyyatı yoxdur – hər ikisinin “imperialist” maşının qurbanı olduğunu bildirib. O, erməniləri yalançı adlandırmayıb, onlara qarşı alçaldıcı ifadələrdən istifadə etməyib və ya onları stereotipləşdirməyə cəhd etməyib (kontrast Seurot; Soulas və Başqaları, § 40; Balsytė-Lideikienė, § 79; Féret, § 12-16 və 69-71; və Le Pen, hamısı yuxarıda qeyd olunub). Onun güclü ifadələrlə müşahidə olunan ittihamları “imperialistlərə” və ərizəçinin iddiasına görə onların Osmanlı İmperiyasına qarşı məkrli planlarına qarşı yönəlib (müqayisə et, mutatis mutandis, Giniewski işilə, yuxarıda 45-49-cu paraqraflarda qeyd olunub, bu işdə Məhkəmə yerli məhkəmələrin fikirlərilə razılaşmayıb və hesab edib ki, papa tərəfindən ünvanlanan məktubu və bu yolla da dolayısıyla Papanın mövqeyini pisləyən jurnalist bütövlükdə xristyanlığı tənqid etməyib. Klein Slovakiyaya qarşı işdə, №72208/01, § 51, 31 oktyabr 2006, Məhkəmə yenə də yerli məhkəmə orqanlarının fikirlərilə razılaşmayaraq hesab edib ki, jurnalistin Slovakiyada Roma Katolik Kilsəsinin Baş Keşişi ilə bağlı çox təsirli ifadələrlə müşahidə olunan bəyanatları, bu ölkədə Katolik Kilsəsinin tərəfdarlarına qarşı hörmətsizlik hesab oluna bilməz.)
233. Növbəti sual ondan ibarətdir ki, sadalanan hallara rəğmən, ərizəçinin bəyanatları daha geniş kontekstdə götürüldükdə onun tərəfindən ermənilərə qarşı nifrət və ya qeyri-tolerantlıq hesab oluna bilərmi. Holokosta dair bəyanatlarla bağlı keçmiş Kommissiya və Məhkəməyə təqdim olunmuş işlərdə bu hal tarixi və kontekstual səbəblərə görə ehtimal olunub (bax, yuxarıda 209 və 211-ci paraqraflar). Lakin Məhkəmə hesab etmir ki, eyni hal bu işdə də tətbiq olunur, çünki bu işdə ərizəçi 90 il öncə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı İsveçrədə çıxış edib. Lakin, bu hadisələrlə bağlı bəyanatların da eyni şəkildə irqçiliyi və antidemokratik gündəliyi təşviq edə biləcəyi istisna olunmamalıdır və istər birbaşa, istərsə də dolayı yolla edilsin, yenə də kontekst bunun dərhal ehtimal edilməsini tələb etmir və bu halın hazırkı işə tətbiq edilməsi üçün yetərli sübut yoxdur. Belə bir gündəliyi göstərə bilən bir tək element ərizəçinin Talaat Paşanın davamçısı olması ilə bağlı hal ola bilər. Lakin İsveçrə məhkəmələri bu məsələni dərindən araşdırmayıblar və ərizəçinin Talaat Paşa Komitəsi adlanan quruma üzvlüyünün onun 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələri mübahisələndirmək məqəsədindən deyil, məhz erməniləri alçaltmaq və onlara qarşı nifrət hissi yaymaq arzusundan irəli gəldiyinə dair heç bir sübut yoxdur (bax, mutatis mutandis, Lehideux və Isorni, yuxarıda 53-cü paraqrafda qeyd olunub).
234. Bunların hazırkı işə tətbiq olunduğunu bildirən üçüncü tərəf - Türk İnsan Hüquqları Assosiasiyası, Həqiqət Ədalət Xatirə Mərkəzi və Soyqırım və İnsan Hüquqları Təhsili üzrə Beynəlxalq İnstitut – Ergenekon adlanan prosesdən götürülən materiallara əsaslanıb (bax, yuxarıda 186 və 187-ci paraqraflar). Lakin üçüncü tərəf bu materialların əslini və ya tam tərcüməsini deyil, sadəcə bu materiallardan bəzi hissələri təqdim edib. Daha da əhəmiyyətlisi, bu proseslər hələ də Türkiyə Kassasiyası Məhkəməsinin baxışındadır (yuxarıda 27-ci paraqrafa bax) və bu işin ədalətsizliyinə dair xeyli sayda şikayət verilib, iş hələ də məhkəmədə olduğu üçün şikayətlər vaxtından əvvəl verildiyinə görə rədd edilib (bax, Özkan Türkiyəyə qarşı (dec.), № 15869/09, 13 dekabr 2011; Göktaş Türkiyəyə qarşı (dec.), № 59374/10, 13 dekabr 2011; Kireçtepe və Başqaları Türkiyəyə qarşı (dec.), № 59194/10, 7 fevral 2012; Güder Türkiyəyə qarşı (dec.), № 24695/09, §64-65, 30 aprel 2013; Karabulut Türkiyəyə qarşı (dec.), № 32197/09, § 64-65, 17 sentyabr 2013, Tekin, yuxarıda qeyd olunub, § 64-65; və Yıldırım, yuxarıda 43-44-cü paraqraflarda qeyd olunub). Ona görə də bu materiallar hazırkı işdə nəzərə alına bilməz.
235. Həmçinin üçüncü tərəfin istinad etdiyi iki qəzet məqaləsilə ərizəçinin anti-erməni gündəliyini müəyyən etmək olmaz (bax, yuxarıda 187-ci paraqraf). Gündəlik Vətən qəzetindəki məqalədə deyilir ki, 2007-ci ildə Hrant Dinkin qətlindən sonra ərizəçi, qətli pisləyərək İstanbulun Erməni icmsının başçısını bu qətlin Amerika Birləşmiş Ştatlarının məkrli qəsdi kimi tanımağa çağırıb. İkinci məqalə gündəlik Milliyət qəzetində dərc olunub və İstanbulda erməni məktəblərinə göndərilən anonim hədə qorxu ilə bağlı olub və bu məqalədə ərizəçinin adı ümumiyyətlə hər hansı şəkildə qeyd olunmayıb (bax, yuxarıda 28-ci paraqraf).
236. Daha ümumi götürsək, İsveçrə Hökuməti və üçüncü tərəflərin bəziləri ərizəçini ifadə azadlığından məsuliyyətsiz və təhlükəli şəkildə istifadə edən ekstrimist kimi təsvir etməyə çalışıb. Məhəkəmə hesab edir ki, bu iddia ilə bağlı bir fakt nəzərə alınmayıb ki, ərizəçinin bu hüququna müdaxilələr nəticəsində Məhkəmə ərizəçiyə qarşı qaldırılmış işlərlə bağlı Türkiyəyə qarşı qərarlar çıxarıb. Bu qərarlardan birincisi 1992-ci ildə təqdim olunmuş ərizə ilə bağlı olan Sosail Partiya və Başqaları Türkiyəyə qarşı qərardır (25 may 1998, Hesabatlar 1998-III). Bu işdə Məhkəmə ərizəçinin o vaxtlar sədri olduğu siyasi partiyanın ləğv olunması ilə bağlı Konvensiyanın 11-ci maddəsinin pozuntusunu tanıyıb. Məhkəmə hesab edib ki, partiyanın bağlanmasına səbəb ərizəçinin kürd əsilli şəxsləri birləşib nümayiş keçirərək müəyyən siyasi tələblər irəli sürməyə dəvət edən çağırışları olub, lakin bu çağırışlarda zorakılığa, üsyan və ya demokratik prinsipləri rədd edən digər hərəkətlərə təşviq əks olunmayıb. Buna görə də onlar partiyanın bağlanmasını əsaslandıra bilməyiblər. İkinci qərar 1999-cu ildə daxil olmuş ərizə ilə bağlı çıxarılan Perinçek Türkiyəyə qarşı işlə bağlı olub (№ 46669/99, 21 iyun 2005). Bu işdə Məhkəmə hesab edib ki, Türkiyədə ərizəçinin nifrət çıxışı kimi xarakterizə olunmayan oxşar bəyanatlara görə cinayət məsuliyyətinə cəlb olunması demokratik cəmiyyətdə zəruri olmayıb və buna görə də Konvensiyanın 10-cu maddəsinin pozuntusuna səbəb olub.
237. Ərizəçinin bəyanatlarının bir qrup olaraq ermənilərə yönəlməsi, özü-özlüyündə irqçi gündəliyin nəticəsi kimi əsaslandırıla bilməz, çünki soyqırımın beynəlxalq hüquqla müəyyən olunmuş mənasına görə..., tarixi hadisənin təsnifləndirilməsinin qanuniliyi ilə bağlı olan hər hansı bəyanat xüsui milli, etnik, irqi və ya dini drupa istiqamətlənmiş olmalıdır.
238. Məhkəməyə görə, ərizəçinin bəyanatlarını bütöv olaraq götürdükdə və onlara birbaşa və geniş kontekstdə baxdıqda, bu bəyantlar ermənilərə qarşı nifrətə, zorakılığa və dözümsüzlüyə çağırış kimi qəbul edilə bilməz. Doğrudur ki, onlar güclü ifadələrlə səsləndirilib və ərizəçi öz mövqeyindən dönməməkdə israrlıdır, lakin aydındır ki, bu bəyanatlara şişirdilmiş elementlər daxil etməklə ərizəçi diqqət cəlb etməyə çalışıb (bax, mutatis mutandis, Stankov və İlinden Birləşmiş Makedoniya Təşkilatı (the United Macedonian Organisation Ilinden), yuxarıda 102-ci paraqrafda qeyd olunub, bu iş bir assosiasiya tərəfindən təşkil olunmuş nümayişdə assosiasiyanın üzvləri və tərəfdarları tərəfindən hazırlanan “kəskin anti-bolqar deklarasiyaları” ilə bağlı idi).
239. Palata hesab edib ki, ərizəçi soyqırımı əsaslandırdığına görə deyil, onu inkar etdiyinə görə təqib və ittiham olunub. İsveçrə məhkəmələri məsələyə bu nöqteyi nəzərdən yanaşaraq bildiriblər ki, İsveçrə Federal Məhkəməsi öz qərarının 7-ci bəndində bildirib ki, 1915-ci ildə və ondan sonrakı illərdə ermənilərin kütləvi qətli və köçürməsi insanlıq əleyhinə cinayət olub və bu, İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 4-cü bəndi ilə əsaslandırılıb. Məhkəmə qeyd edir ki, Varela Geis İspaniyaya qarşı (№ 61005/09, § 45-53, 5 mart 2013) işdə – bu iş də təsadüfən İspaniya Konstitusiya Məhkəməsi qarşısında qaldırılmış işlə bağlıdır ... – və bu işdə ittihamlar fəqrlidir. Lakin əvvəl də qeyd olunduğu kimi, burda əsas məsələ ərizəçinin bəyanatlrının İsveçrə Məhkəməsi tərəfindən hüquqi təsnifləndirilməsi deyil, bu bəyantların tam və öz kontekstində oxunması zamanı zorakılığa, nifrətə və qeyri-tolerantlığa çağırış kimi qiymətləndiriliə bilib bilməməsidir. Məhkəmə artıq müəyyən edib ki, bu çağırışlar zorakılığa, nifrətə və qeyri-tolerantlığa çağırış kimi qiymətləndiriliə bilməz. Burda Məhkəmə sadəcə əlavə olaraq qeyd edir ki, İspaniya Konstitusiya Məhkəməsi tərəfindən də izah edildiyi kimi, soyqırımın əsaslandırılması müvafiq hadisənin soyqırım olmadığının təsdiq edilməsi deyil, bu, həmin hadisənin qiymətləndirilməsi və onun doğru əməl kimi təqdim olunmasıdır... Məhkəmə hesab etmir ki, ərizəçinin bəyantları bu mənanı daşıyıb; bu bəyanatlara hər hansı digər insalıq əleyhinə cinayətləri əsaslandıran bəyanat kimi də baxmaq olmaz.
240. Məhkəmə qeyd edir ki, ərizəçinin ictimai maraq kəsb edən bu bəyanatları Konvensiyanın 10-cu maddəsi altında müdafiə olunur və İsveçrə hakimiyyətinin bu bəyanatlara müdaxilə etmək üçün məhdud mülahizə sərbəstliyi olub.
(β) Müdaxilənin konteksti
Coğrafi və tarixi faktorlar
241. Konvensiya ilə qorunan hüquqlara müdaxilə üçün təcili sosial ehtiyacın olub olmadığına baxarkən Məhkəmə hər zaman Razılığa Gələn Yüksək Tərəflərin tarixi konteksti ilə bağlı həssas yanaşma nümayiş etdirib. Məsələn, Vogt (yuxarıda 51 və 59-cu maddələrə bax) işində Məhkəmə “Almaniyanın Veimar Respubliksı altındakı və bu rejimin yıxılmasından 1949-ci il Əsas Hüququn qəbulunadək olan acı dövrdə” yaşadığı təcrübə, eləcə də bunun nəticəsində “özünü qoruya biləcək demokratik quruluş ideyası üzərində yeni Dövlət yaratmaq” arzusunu nəzərə alıb. Bir sıra başqa işlərdə də təcili sosial ehtiyacın olub olmamasının araşdırılması zamanı müvafiq Dövlətin tarixi təcrübəsi əsas meyar olub (bax Rekvényi, yuxarıda 41 və 47-ci paraqraflarda qeyd olunub; Refah Partisi və Başqaları, yuxarıda 124-25-ci paraqraflarda qeyd olunub; Jahn və Başqaları Almaniyaya qarşı [BP], № 46720/99, 72203/01 və 72552/01, §116, AİHK 2005-VI; Leyla Şahin, yuxarıda 115-ci paraqrafda qeyd olunub; Ždanoka, yuxarıda 119-21-ci paraqraflarda qeyd olunub; Fáber, yuxarıda 58-ci paraqrafda qeyd olunub; və Vona, yuxarıda 66-cı paraqrafda qeyd olunub.
242. Bu, xüsusilə Holokost işlərində nəzərə alınır. Məhkəmə üçün inkarın cinayət əməli kimi qiymətləndirilməsi müvafiq hadisənin açıq-aşkar baş vermiş tarixi fakt olmasından daha çox sözügedən Dövlətlərin tarixi kontekstindən asılıdır. Bu məsələylə bağlı keçmiş Kommissiyanın və Məhkəmənin bugünədək baxdığı işlər Avstriya, Belçika, Almaniya və Fransa ilə bağlı olub (bax, yuxarıda 209-10-cu paraqraflar, və kontrast Varela Geis, yuxarıda 59-cu paraqrafda qeyd olunub, bu işdə Məhkəmə şikayəti Konvensiyanın 10-cu maddəsi altında araşdırmayib) və bu işlərdə inkar hətta qərəzsiz tarixi araşdırma kimi görünsə də, birmənalı şəkildə anti-demokratik ideologiya və anti-Semitizmə gətirib çıxarır. Odur ki, Holokostun inkarı, xüsusilə Nazi dəhşətlərini yaşamış ölkələrdə, iki dəfə artıq təhlükəlidir və bu hadisələrdə törədilən kütləvi vəhşiliklərdən özünü uzaqlaşdırmaq və olanları inkar etmək xüsusi mənəvi cavabdehlik tələb edir.
243. Bunun əksinə olaraq, İsveçrənin 1915-ci ildə və ondan sonrakı illərdə Osmanlı İmperiyasında törədilən hadisələrlə birbaşa əlaqəsi olduğu mübahisə olunmur. Bu əlaqə bir tək İsveçrə ərazisində erməni icmasının yaşaması faktından ibarətdir ki, bu da olduqca zəif əlaqədir. İsveçrə Hökumətinin arqumentlərinə görə, ərizəçinin qaldırdığı polemika İsveçrənin siyasi həyatından kənar məsələ olub və müəyyən dərəcədə Lazanna Rayon Polis Məhkəməsi ərizəçinin cümlələrinin bəzi hissələrini kənarlaşdırarkən bildirib ki, ərizəçi əcnəbi olub və öz ölkəsinə qayıdacaq (bax, yuxarıda 22-ci paraqraf). Lakin ərizəçi bu bəyanatlarla çıxış edərkən İsveçrədə gərgin mühit olduğunu və bu bəyanatların türklərlə ermənilər arasında ciddi qarşıdurma ilə nəticələnəcəyini göstərən heç bir sübut yoxdur (kontrast Zana, yuxarıda 57-60-cı paraqraflarda qeyd olunub, və Sürek (№ 1), § 62, hər ikisi yuxarıda qeyd olunub, bu işlər 1980-90-cı illərdə Türkiyənin cənub şərqindəki gərgin vəziyyətlə bağlıdır; və Falakaoğlu və Saygılı, § 33, və Saygılı və Falakaoğlu (№ 2), § 28 nəticə, hər ikisi yuxarıda qeyd olunub, bu, Türkiyədə bir neçə həbsxanada təhlükəsizlik qüvvələri ilə məhbuslar arasında baş verən və ölüm hadisələrilə nəticələnən qarşıdruma zamanı kəskin sözlərlə müşahidə olunan yazılarla bağlı idi). Əslində bu cür bəyanatlarla bağlı daha əvvəllər İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi altında ittiham irəli sürülən işlər göstərir ki, İsveçrədəki erəməni və türk icmaları arasında 1915-ci il və ondan sonrakı illərin hadisələrinin hüquqi xarakterilə bağlı ciddi fikir ayrılığı, yekun ilə deyil, hüquqi proseslərlə nəticələnib ... ərizəçinin məhkum olunmaması reallıqda İsveçrə hakimiyyətinin onun baxışlarını legitimləşdirməsi kimi də başa düşülə bilməz (kontrast, mutatis mutandis, Vona, yuxarıda 71-ci praqrafda qeyd olunub).
244. O zaman sual ondan ibarətdir ki, ərizəçinin İsveçrədə cinayət məsuliyyətinə cəlb olunması, erməni azlığının tarixi ayrı-seçkiliyə məruz qaldığı iddia olunan Türkiyədəki vəziyyətlə əsaslandırıla bilərmi (bax, yuxarıda 186 və 188-ci paraqraflar). Məhkəmənin bu suala cavabı neqativdir. İsveçrə məhkəmələri ərizəçini ittiham edərkən Türkiyə kontekstini nəzərə almayıb. Nə də İsveçrə Hökuməti öz müşahidələrində bu fakta diqqət yetirməyib. Əksinə, onların müdaxiləni Konvensiyanın 16-cı maddəsi altında əsaslandırmaq cəhdi göstərir ki, onlar əsasən özlərinin daxili siyasi kontekstində maraqlı olublar.
245. Doğrudur ki, hal hazırda, xüsusilə elektronik kommunikasiya vasitələrindən istifadənin geniş yayıldığı dövrdə, heç bir ismarıc sadəcə yerli hesab oluna bilməz. İnsan hüquqlarının universal müdafiəsi baxımından İsveçrənin harda baş verməsindən asılı olmayaraq kütləvi qırğının qurbanlarının haqlarını müdafiə etməsi təqdirəlayiq haldır. Lakin “demokratik cəmiyyətdə zərurilik” ifadəsindən irəli gələn proporsionallığın daha geniş konsepti hakimiyyət orqanları tərəfindən görülən tədbirlər və bu tərbirlərlə onların nail olmaq istədikləri məqsəd arasında məntiqli əlaqə olmasını tələb edir. Belə ki, görülən tədbirlər arzu olunan nəticənin əldə olunması üçün ağlabatan olmalıdır (bax, mutatis mutandis, Veber (Weber) İsveçrəyə qarşı, 22 may 1990, § 51, A Bölmələri, №177, və Observer and Guardian (Müşahidəçi və Qardian) Birləşmiş Krallığa qarşı, 26 noyabr 1991, § 68, A Bölmələri № 216). Türkiyədə erməni azlığına qarşı mövcud olan hər hansı düşmənçiliyin ərizəçinin İsveçrədəki bəynatlarının nəticəsindən doğmasını söyləmək çətindir (bax, mutatis mutandis, Incal, yuxarıda 58-ci paraqrafda qeyd olunub). Və ya ərizəçinin İsveçrədə ittiham olunmasının həmin azlığın hüquqlarını qoruduğunu və ya hər hansı real yolla onları daha təhlükəsiz hiss etdirdiyini demək olmaz. Həmçinin ərizəçinin bəyanatlrının Türkiyədəki ermənilərə qarşı nifrətə sövq etdiyini və ya onun hər hansı şəkildə orda yaşayan ermənilərə qarşı nifrət ifadə etdiyini göstərən sübut yoxdur. Əvvəl də qeyd olunduğu kimi, üçüncü tərəflərdən Türkiyə İnsan Hüquqları Assosiasiyası, Həqiqət Ədalət Xatirə Mərkəzi və Soyqırım və İnsan Hüquqlarının Tədqiqi üzrə Beynəlxaq İnstitut iki qəzet məqaləsinə istinad edib və bu məqalələrdəki məlumatların ərizəçi tərəfindən törədilən əməllə əlaqələndirmək istəyib, lakin həmin məlumatlarda bu fikri təsdiq edən heç nə yoxdur. Üçüncü tərəfin istinad etdiyi digər materiallar Ergenokon adlanan prosesdən götürülüb və əvvəl də izah olunduğu kimi, bu materiallar nəzərə alına bilməz.
246. Türkiyədəki bəzi ultramilliyyətçi qüvvələr tərəfindən bu ölkədə yaşayan ermənilərə qarşı düşmənçilik hissi olduğu inkar edilə bilməz, xüsusilə 2007-ci ilin yanvar ayında terk-erməni jurnalisti Hrant Dinkin qətli bunun göstəridicisidir və bu qətlin adıçəkilən jurnalistin 1915-ci il və ondan sonrakı illərdə baş verən hadisələrlə bağlı fikirlərinə görə baş verdiyi ehtimal olunur (bax Dink, yuxarıda 66-cı paraqrafda qeyd olunub). Lakin bu, ərizəçinin İsveçrədəki bəyanatlarının nəticəsi hesab oluna bilməz.
247. Digər daxili kontekstlərin, məsələn CCAF-in qeyd etdiyi kimi, Fransa kontekstinin nəzərə alınmasına ehtiyac yoxdur. Doğrudur ki, Fransa ücüncü ən böyük erməni diasporasının vətənidir və 1915-ci il və ondan sonrakı illərin hadisələri illər boyu orda müzakirə mövzusu olub... lakin ərizəçinin bu bəyanatlarının həmin ölkədə birbaşa təsiri olduğunu və ya İsveçrə hakimiyyəti ərizəçiyə qarşı hərəkət edərkən fikrində bu kontekstin olduğunu göstərən heç bir sübut yoxdur.
Zaman meyarı
248. Lehideux və Isorni (yuxarıda 55-ci paraqrafda qeyd olunub), işində Məhkəmə bildirib ki, travmatik tarixi hadisələr barədə ziddiyyətli qeydlər hər zaman ziddiyyət yaradır və keçmiş əzabların xatirəsini geri qaytarır, lakin 40 il öncəki hadisələrə, 10 və ya 20 il öncə baş verən hadisələrlə eyni dərəcədə kəskinliklə yanaşmaq qeyri-məqbul heab olunur. Məhkəmə həmin əsasa digər işlərdə də istinad edib (bax, Editions Plon Fransaya qarşı, № 58148/00, § 53, AİHK 2004-IV; Monnat, yuxarıda 64-cü paraqrafda qeyd olunub; Vajnai Macarıstana qarşı, № 33629/06, § 49, AİHK 2008; Orban və Başqaları, yuxarıda 52-ci paraqrafda qeyd olunub; və Smolorz Polşaya qarşı, № 17446/07, § 38, 16 oktyabr 2012; və həmçinin, mutatis mutandis, Hachette Filipacchi Associés Fransaya qarşı, № 71111/01, § 47, 14 iyun 2007).
249. Hazırkı işdə ərizəçinin bəyanatlarla çıxış etdiyi vaxtla onun istinad etdiyi faciəvi hadisələrin baş verdiyi vaxt arasında daha uzun, təxminən 90 illik vaxt kəsimi var və ərizəçi bu bəyanatlarla çıxış edərkən böyük etimalla bu hadisələrdən sağ qalan çox az insan həyatda olub. Bəzi üçüncü tərəflər bu hadisələrin bir çox ermənilər üçün, xüsusilə diaspora üzvləri üçün hələ də canlı hadisə olduğunu vurğulamasına baxmayaraq, zaman elementini unutmaq olmaz. Nisbətən yaxın keçmişdə baş verən hadisələr çox travmatik ola bildiyi üçün onlarla bağlı ciddi tənzimləmə tətbiq oluna bilər və vaxt keçdikcə bu nizamlamaya ehtiyac azala bilər.
(γ) Ərizəçinin bəyanatlarının erməni icmasının üzvlərinin hüquqlarına təsirinin dərəcəsi
250. Məhkəmə ərizəçinin ifadə azadlığına edilən müdaxilənin “başqalarının hüquqlarının” müdafiəsi üçün edildiyini və bu işdə başqalarının hüququnun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan hüquq olduğunu qəbul edir (bax, yuxarıda 227-ci paraqraf) və indi balanslaşdırma məqsədilə Məhkəmə ərizəçinin bəyanatlarının bu hüquqa nə dərəcədə təsir etdiyini müəyyən etməlidir.
251. Məhkəmə 1915-ci il və ondan sonrakı illərin faciəvi hadisələrinə soyqırım kimi istinad edilib edilməməsi sualının erməni icması üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etməsi və bu məsələ ilə bağlı bəyanatlara icmanın nə dərəcədə həssas yanaşması barədə məlumtlıdır. Lakin Məhkəmə ərizəçinin hazırkı işdəki sözügedən bəyanatlarının İsveçrə cinayət qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacaq dərəcədə bu hadisələrdən əziyyət çəkən və həlak olan ermənilərin ləyqətini və onların sonrakı nəsillərinin ləyaqətini və identifikasiyasını yaraladığı iddiasını qəbul edə bilməz. Daha əvvəl də qeyd olunduğu kimi, ərizəçinin bəyantlarındakı kəskin fikirlər həmin şəxslərə qarşı deyil, onun iddialarına görə baş verən vəhşiliklər üçün məsuliyyət daşıyan “imperialistlərə” qarşı yönəlib. Onun bəyanatlarında ermənilər üçün incidici hesab oluna biləcək hissələr, onun erməniləri “imperialist qüvvələr”in “instrumenti” adlandırması və onları “türklərə və müsəlmanlara qarşı kütləvi qətllər həyata kəçirmək”də günahlandırması ilə bağlı hissələr hesab oluna bilər. Lakin ərizəçinin ümumi çıxışlarından da göründüyü kimi, o, ermənilərin vəhşiliklərə və kütləvi qırğına layiq olduğuni bildirməyib; o, sadəcə türklərlə ermənilər arasında zorakılığa səbəb olan “imperialistləri” günhalandırıb (bax, yuxarıda 13 və 16-cı paraqraflar). Buna əlavə olaraq ərizəçinin çıxışı ilə baş verən hadisələr arasında ötən vaxt məsələsini də nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin bəyanatları xüsusi əhəmiyyətli məyusedici təsirə malik olmayıb (bax, mutatis mutandis, Vajnai, § 57; Orban və Başqaları, § 52, Putistin, § 38, və Jelševar və Başqaları, §39, hər biri yuxarıda qeyd olunub, həmçinin John Anthony Mizzi Maltaya qarşı, №17320/10, § 39, 22 noyabr 2011).
252. Məhkəmə ərizəçinin 1915-ci il və ondan sonrakı illərin hadisələrinin soyqırım olduğunu inkar etməsinin, lakin onun kütləvi qətlləri və kütləvi köçürmələri mübahisələndirməməsinin ermənilərin bir qrup olaraq identifikasiyasına ciddi təsir etməsinə inanmır. Məhkəmə bundan əvvəl digər vəziyyətlərlə bağlı işlərdə bildirib ki, hətta kəskin ifadələrdən istifadə edərək ölkə üçün xüsusi həssas tarixi hadisələri mübahisələndirən və onun milli identifikasiyasına toxunan bəyanatlara özü-özlüyündə ünvanlandığı hədəfə ciddi təsir edən bəynatlar kimi istinad edilə bilməz (bax, İlinden Birləşmiş Makedoniya Təşkilatı, yuxarıda 104-07-ci paraqraflarda qeyd olunub). Məhkəmə milli qrupun identifikasiyası ilə bağlı eyni nəticəyə gəlir (bax, Vətəndaşların Radko Assosiasiyası və Paunkovski, yuxarıda 70-75-ci paraqraflarda qeyd olunub). Məhkəmə bəzi hallarda xüsusi kontekstdə taravmatik tarixi hadisələrlə bağlı bəyanatların, bu hadisələrin təsir etdiyi qrupların ləyaqətinə ciddi ziyan vurması ilə nəticələ biləcəyini istisna etmir: məsələn, əgər bu bəyanatlar xüsusilə təhlükəli və narahat edicidirsə və onlara məhəl qoymamaq mümkün deyilsə bu cür ziyan vurma müşahidə oluna bilər. Bununla bağlı Məhkəmə bildirir ki, homofobiya yaradan broşurların məktəblilərin şkafına yerləşdirildiyi Vejdeland və Başqaları (yuxarıda 8, 56 və 57-ci maddələrdə qeyd olunub) işində Konvensiyanın 10-cu maddəsinin pozuntusuna yol verilmədiyi qərarına gəlib və bu zaman əsas o fakta istinad edib ki, broşurlar “həssas yaş” qrupuna aid olna şəxslərə təqdim olunub ki, bu şəxslərin onu qəbul etməmək imkanı olmayıb. Lakin hazırkı işdə belə bir hala rast gəlinməyib. Keçmiş Kommissiyanın və Məhkəmənin xüsusi sübut olmadan bunun əksini qəbul etdiyi tək iş Holokostun inkarı ilə bağlıdır. Lakin artıq qeyd edildiyi kimi, bu, həmin işlərin xüsusi kontekstindən qaynaqlana bilər və həmin kontekstə görə də keçmiş Kommissiya və Məhkəmə həmin işə, hətta qərəzsiz tarixi araşdırma məqsədilə olsa belə, Holokostun inkarını anti-demokratik və anti-Semitist (bax, yuxarıda 234 və 243-cü paraqaflar) və hazırkı mərhələdə əlaqəli olan şəxslər üçün xüsusilə məyusedici hal kimi istinad edilə bilər.
253. Son olaraq Məhkəmə qeyd edir ki, ərizəçi bəyanatlarını üç ictimai tədbirdə səsləndirib. Odur ki, bu bəyanatların təsiri məhdud idi (bax, mutatis mutandis, Fáber, yuxarıda 44-45-ci paraqraflar, və əksi Féret, yuxarıda 76-cı paraqrafda qeyd olunub, burda Məhkəmə əsasən o faktı nəzərə alıb ki, bəyanatlar əhalinin bir hissəsinə qayayaxan stereotipli formuladan ibarət olub və broşurlar vasitəsilə seçicilər arasında paylanmaq yolu ilə bütün ölkə əhalisinə çatdırılıb).
(δ) Razılığa Gələn Yüksək Tərəflər araslnda konsensusun mövcudluğu və ya yoxluğu
254. Məhkəmənin müqayisəli hüquq data bazası göstərir ki, ötən bir neçə ildə bu məsələ ilə bağlı Razılığa Gələn Yüksək Tərəflərin hüquq sistemində müxtəlif dəyişikliklər olub. Fransa və İspaniya kimi bir sıra Dövlətlərdə konstitusion presidentlər buna təsir edib... Digər Dövlətlərdə bu inkişafın arxasında Avropa Birliyinin 2008/913/JHA saylı Çərçivə Qərarı olub...
255. Adı çəkilən data baza yerli mövqelərin fərqini göstərir. Danimarka, Finlandiya, İspaniya (Konstitusiya Məhkəməsinin 2007-ci il tarixli qərarından bəri), İsveç və Birləşmiş Krallıq kimi bir sıra Razılığa Gələn Yüksək Tərəflər tarixi hadisələrin inkarını cinayət kimi təsnif etmir. Digərləri, məsələn Avstriya, Belçika, Fransa, Almaniya, Niderland və Rumıniya fərqli metodalardan istifadə edərək sadəcə Holokostun və Nazi cinayətlərinin inkarını cinayət əməli kimi təsnifləndirir. Üçüncü qrup ölkələr, məsələn Cex Respublikası və Polşa Nazi və kommunist cinayətlərinin inkarını cinayət əməli hesab edir. Dördüncü qrup, məsələn Andora, Kipr, Macarıstan, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Malta, Slovakiya, Sloveniya və İsveçrə hər hansı soyqırımın inkarını cinayət əməli kimi təsnifləndirir... Avropa Birliyi səviyyəsində geniş mövzulu normalar tətbiq olunur, lakin eyni zamanda soyqırımın inkarının cinayət əməli kimi qiymətləndirilməsi tələbini, bu inkardan doğan gərgin neqativ nəticələrlə əlaqələndirir ...
256. Isveçrə Hökuməti və bəzi üçüncü tərəflər fərqli milli kontekstləri və bu sahədə qanuna dəyişiklik edilməsilə bağlı fərqli fikirlərin olmasını vurğulayaraq, müqayisəli perspektivə şübhələri olduğunu bildiriblər. Məhkəmə belə bir müxtəliflik olduğunu nəzərə alır. Lakin buna baxmayarq aydındır ki, İsveçrə özü zorakılıq və ya nifrətə sövq etmə tələbi qoymadan soyqırımın inkarını cinayət əməli kimi təsnifləndirməklə bu müqayisəli spektorun bir ucunda dayanır. Belə şəraitdə və hazırkı işdə mülahizə sərbəstliyinin tətbiqi dairəsinə əhəmiyyətli dərəcədə təsir edən faktorların olduğunu nəzərə alaraq (bax, yuxarıda 241-54 paraqraflar və aşağıda 274-78-ci paraqraflar), bildirmək lazımdır ki, bu məsələ ilə bağlı müqayisəli hüquq mövqeyi Məhkəmənin yekun qərarında böyük rol oynamır.
(ε) Müdaxiləyə İsveçrənin beynəlxalq hüquqdan irəli gələn öhdəliyinin tələbi kimi istinad oluna bilərdimi?
257. Növbəti olaraq, bəzi üçüncü tərəflərin də mübahisələndirdiyi kimi, müdaxilənin İsveçrənin beynəlxalq hüququn tələblərindən irəli gələn öhdəliyi kimi əsaslandırılıb əsaslandırılmadığını müəyyən etmək lazımdır (bax, mutatis mutandis, Jersild Danimarkaya qarşı, 23 sentyabr 1994, 28, 30 və 31-ci paraqraflar, nəticə, A Bölmələri № 298, müdaxilənin CERD-in 4-cü maddəsinin tələbi olmasına dair; Al-Adsani Birləşmiş Krallığa qarşı [BP], № 35763/97, 56, 57 və 60-66-cı paraqraflar, AİHK 2001-XI; Cudak Litvaya qarşı [BP], № 15869/02, 57 və 63-67-ci paraqraflar, AİHK 2010; və Jones və Başqaları Birləşmiş Krallığa qarşı, № 34356/06 və 40528/06, 189, 196-98 və 201-15-ci paraqraflar, AİHK 2014, xarici Dövlətin immunitetilə əlaqədar beynəlxalq hüququn tələbilə məhkəməyə çatımlılığın rədd edilməsi; və Bosforus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi İrlandiyaya qarşı [BP], № 45036/98, 149-51-ci paraqraflar, AİHK 2005-VI, Dövlətin Avropa Birliyinə üzvlüyündən irəli gələn öhdəliyilə bağlı). Razılığa Gələn Yüksək Tərəflərin Konvensiyadan irəli gələn öhdəliklərilə digər beynəlxalq hüquqi öhdəlikləri arasında ehtimal olunan ziddiyyətin araşdırılmasına dair prinsiplər detallı olaraq Nada İsveçrəyə qarşı ([BP], № 10593/08, 168-72-ci paraqraflar, AİHK 2012) işində əks olunub; o prinsipləri burda təkrarlamağa ehtiyac yoxdur. Lakin vurğulamaq lazımdır ki, ortaya çıxa bilən ziddiyyətlərdən mümkün qədər çəkinmək və eyni zamanda tətbiq oluna bilən normaları onların təsirini əlaqələndirərək və onlar arasında ziddiyyətdən yayınaraq tətbiq etmək lazımdır.
258. Bu işdə Məhkəmə ərizəçinin bəyantlarının nifrətə və ya ayrı-seçkiliyə sövq etmədiyi qənaətinə gəlib və indi sadəcə İsveçrənin soyqırımın inkarını bu şəkildə cinayət əməli hesab etməsinin onun beynəlxalq hüququn tələbindən irəli gələn öhdəliyi olub olmadığını müəyyən etməlidir. Bunun hazırkı işdə məsələ olduğu inandırıcı deyil.
259. Xüsusilə bunun İsveçrənin CERD-ə qoşulması nəticəsində zəruri olduğunu göstərən hal yoxdur. Doğrudur ki, İsveçrənin Cinayət Məcəlləsinin 261-ci maddəsi onun CERD-ə qoşulması ilə bağlı qəbul olunub (bax ... bununla bağlı izahat İsceçrə Federal Məhkəməsinin qərarının 3-cü bəndinin 2-ci yarımbəndində əks olunub, yuxarıda 26-ci paraqrafda qeyd olunub). Lakin bu maddə soyqırımın inkarından başqa xeyrli əməlləri nəzərdə tutur və onun 4-cü maddəsinin 2-ci bəndinin - soyqırımın inkarını nəzərdə tutan və ərizəçinin ittihamının əsasını təşkil edən maddə - xüsusilə CERD ilə tələb olunmasına dair heç bir göstərici yoxdur. Bununla bağlı Vaud Kanton Məhkəməsinin də öz qərarının 2-ci paraqrafının “b” bəndində qeyd etdiyi kimi, 261-ci maddənin 2-ci bəndinin 4-cü yarımbəndi İsveçrənin CERD altında öhdəliklərinin həddini ötüb keçir (yuxarıda 24-cü paraqrafa bax). Eyni yanaşma İsveçrənin BMT-nin İrqi Ayrı-Seçkiliyin Qarşısının Alınması Komitəsinə təqdim etdiyi ilkin hesabatda da əks olunub ...
260. CERD-in 4-cü maddəsinə diqqətlə baxdıqda görünür ki, bu, birbaşa olaraq soyqırımın inkarının bu şəkildə cinayət əməli hesab olunması tələbini ifadə etmir. Bu sadəcə olaraq deyir ki, Razılığa Gələn Tərəflər “irqi üstünlüyə və ya nifrətə, irqi ayrı-seçkiliyə sövq etməyə, eyni zamanda hər hansı irqə və ya digər rəngdə olan şəxslər qrupuna və ya etnik mənşəyə qarşa zorakılıq törətməyə və ya bu cür zorakılıq əməlinə sövq etməyə” yönələn ideyaların hər hansı formada yayılmasını cinəyət əməli kimi təsnifləndirməlidir və bu – İsveçrə CERD-ə qoşulub qoşulmamağı nəzərdən keçirən vaxtlarda qeyd olunduğu kimi – “CERD-in 5-ci maddəsində əks olunan hüquqlara ... əsaslanmalıdır” ki, bu hüquqlara da “ifadə və fikir azadlığı da daxildir” (yuxarıda 62-ci paraqrafa bax). Eyni zamanda, CERD-ə qoşularkən İsveçrə Avropa Şurası Nazirlər Komitəsinin 68 (30) saylı Nizamnaməsində əks olunan tövsiyələrə uyğun hərəkət edib ... və onun 4-cü maddəsinin tətbiqi üçün zəruri olan qanunvericilik tədbirləri həyata keçirilərkən, “ifadə azadlığının nəzərə alınması” ... hüququna dair qeyd-şərt götürüb ... CERD-in icrasının monitorinqini həyata keçirən beynəlxalq qurum, BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvinə dair Komitəsi tövsiyə edib ki, “soyqırım və digər insanlıq əleyhinə cinayətlərin ictimai şəkildə inkarına cəhdlər ... açıq-aşkar irqi zorakılıq və nifrətə sövq edən amilləri özündə birləşdirdiyi halda, qanunla cəzlandırılan əməl hesab olunmalıdır”, lakin həmçinin vurğulayıb ki, “tarixi faktlarla bağlı fikirlərin ifadəsi qadağan oluna və ya cəzalandırıla bilməz” (yuxarıda 66-cı paraqrafda qeyd olunub).
261. Məhkəmə İsveçrə Hökumətinin soyqırımın inkarını bu şəkildə cinayət əməli hesab etməsini beynəlxalq hüquqdan irəli gələn öhdəlik olmasına dair arqumentini qəbul etmir.
262. Soyqırımın cinayət əməli kimi təsbitini birbaşa nəzərdə tutan yeganə beynəlxalq sənəd Kibercinayətkarlıq Konvensiyasının Əlavə Protokolunun 6-cı maddəsinin 1-ci bəndidir ki, bu sənədi də İsveçrə imzalayıb, lakin ratifikasiya etməyib ...
263. Soyqırım Konvensiyasının III maddəsinin “c” bəndi Üzv Dövlətlərdən “soyqırım törətməyə birbaşa və ictimai təhrik etməyə” görə cəza nəzərtə tutmağı tələb edir. Lakin Rvanda üzrə Beynəlxalq Cinayət Tribunalının presidentləri bu məsələ ilə bağlı onu göstərir ki, bəzən fərq çox aydın olmasa da kontekstdən asılı olaraq soyqırıma birbaşa sövqetmə ilə “nifrət çıxışı” arasında fərq var ... Soyqırım haqqında Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan soyqırımın qarşısının alınması öhdəliyi də heç bir məhdudiyyətsiz, belə geniş formada “nifrət çıxışının” cinayət əməli hesab olunmasını nəzərdə tutmur. Hər bir halda, ərizəçinin bəyanatlarının nifrətə və ayrı-seçkiliyə sövq edən olmadığı artıq müəyyənləşdirilib. Buna görə də İsveçrənin ərizəçinin bu bəyanatlarını adı çəkilən norma altında cinayət əməli hesab etməsi qəbul edilə bilməz.
264. İsveçrədə 1992-ci ildən bəri qüvvədə olan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 20-ci maddəsinin 2-ci bəndi sonyqırımın bu şəkildə inkarının cinayət əməli hesab olunmasını mütləq şəkildə tələb etmir. Bu sənədin tələbinə görə, “ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa sövq edən milli, irqi və ya dini nifrətin hər hansı şəkildə təşviq olunması” qadağan olunmalıdır ... 2011-ci ildə MSHBP-ın icrasını müşahidə edən BMT-nin İnsan Hüquqları Komitəsi öz fikrini ifadə edərək bildirib ki, “tarixi faktlarla bağlı fikirləri cəzalandıran qanunlar Konvensiyanın Üzv Dövlətlərin üzərinə qoyduğu ifadə və fikir azadlığına hörmətlə bağlı öhdəliyə uyğun gəlmir” və MSHBP “yanlış fikirlərin və ya keçmiş faktların yanlış şərhilə bağlı fikirlərin ümumi olaraq qadağan olunmasına icazə vermir”. Odur ki, “ifadə azadlığı hüququnun məhdudlaşdırılmasından sui istifadə oluna bilməz və fikir azadlığı ilə bağlı məhdudiyyətlərə ancaq 19-cu maddənin 3-cü bəndinin və ya 20-ci maddənin tələbləri çərçivəsində yol verilir” və “20-ci maddə əsasında tətbiq olunan məhdudiyyət də 19-cu maddənin 3-cü bəndinin tələblərinə cavab verməlidir” ...
265. Eyni zamanda İsveçrənin üzərinə soyqırımın inkarının cinayət əməli kimi tsənifləndirilməsi tələbi qoyan hər hansı adət hüququ da mövcud deyil. Dövlətin təcrübəsi ... ümumiləşdirmədən və ardıcıllıqdan uzaqdır (bax, mutatis mutandis, Şimal Dənizi Kontinental Rifi (North Sea Continental Shelf) işi Almaniya Federativ Respublikası Danimarkaya qarşı; Almaniya Federal Respublikası Niderlanda qarşı), Beynəlxalq Ədalət Məhkəməsinin Qərarı, Hesabatlar 1969, 43-cü səhifə, 74-cü paraqraf). Yuxarıda qeyd olunan Kibercinayətkarlıq haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi yalnız “kompüter sistemi vasitəsilə” törədilən və “səlahiyyətli beynəlxalq məhəkəmənin öhdəlik yaradan və yekun qərarı ilə tanınan” soyqırım cinayətinin inkarına tətbiq olunur ...; Protokolun şərhilə bağlı hesabatda deyilir ki, bu, “müvafiq hüquqi sənədlərlə 1945-ci ildən bəri yaradılmış digər beynəlxalq məhkəmələrə”, məsələn, Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Triunalı, Rvanda üzrə Beynəlxalq Cinayət Triunalı və Beynəlxalq Cinayət Məhkəməsinə aiddir. ...Bundan başqa, həmin maddənin 2-ci bəndi Protokolu ratifikasiya edən Üzv Dövlətlərə həmin maddənin birinci bəndini tam və ya qismən tətbiq etməməklə bağlı qeyd-şərt hüquqlarından istifadə imkanı verir (bax, mutatis mutandis, Şimal Dənizi Kontinental Rifi), yuxarıda 72-ci paraqrafda qeyd olunub). Protokolu bu günədək Avropa Şurasına üzv olan 47 Dövlətin 24-ü ratifikasiya edib və onlardan da üçü 6-cı maddənin 1-ci bəndinin tətbiq olunmaması imkanından istifadə edib ...Odur ki, bu normaya beynəlxalq adət hüququ kimi istinad oluna bilməz (bax, mutatis mutandis, X və Başqaları Avstriyaya qarşı [BP], № 19010/07, § 150, AİHK 2013, və Şimal Dənizi Kontinental Rifi), yuxarıda 73-cü paraqrafda qeyd olunub, və əksi Van Anraat Niderlanda qarşı (dec.), № 65389/09, §90-92, 6 iyul 2010, məhkəmə qeyd edib ki, beynəlxalq konflik zamanı xardal qazından müharibə silahı kimi istifadənin əleyhinə olan qaydalar ilk olaraq 1925-ci il müqaviləsində əks olunub və adət hüququ statusunu saxlamağa davam edib). Eyni hal Avropa Birliyinin 2008/913/JHA saylı Çərçivə Qərarının qaydalarında da nəzərdə tutulub və ona görə də bu günədək Avropa Birliyinin bir sıra Üzv Dövlətləri tərəfindən tam olaraq həyata keçirilməyib ...
266. Onu da qeyd etmək lazımdır ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumların çoxu – BMT-nin İnsan Hüquqları Komitəsi, BMT-nin İrqi Ayrı-Seçkiliyin Qadağan olunması üzrə Komitəsi, demokratik və bərabər beynəlxalq nizam-intizamın inkişafına dair BMT-nin Xüsusi Məruzəçisi – bu məsələ ilə bağlı qəti olmayan və tövsiyə xarakterli fikirlər bildiriblər ... İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Kommissiyası (ECRİ) yeganə qurumdur ki, qəti şəkildə soyqırımın inkarının cinayət əməli kimi təsnif edilməsinə çağırıb: Kommissiya tövsiyə edib ki, əgər qəsdən “soyqırım, insanlıq əleyhinə cinayətlər və ya müharibə cinayətləri ictimai qaydada inkar olunarsa, əsaslandırılarsa və ya onların ciddiyyəti azaldılarsa” qanunvericilik bu əməlləri cəzalandırmalıdır”... Bu, adından da aydın olduğu kimi, tövsiyədir və nə qədər əhəmiyyətli olsa da, beynəlxalq hüquqla öhdəlik yaratmır.
267. Xülasə, soyqırımın bu şəkildə inkarını cinayət əməli kimi xarakterizə etməyi açıq və birbaşa dillə İsveçrədən tələb edən hər hansı qüvvədə olan beynəlxalq hüquq mövcud olmayıb. Eyni zamanda İsveçrənin üzərinə bunu etmək öhdəliyi qoyan beynəlxalq adət hüququ da olmayıb. Ona görə də ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin İsveçrənin beynəlxalq hüquqdan irəli gələn öhdəliyi olduğu deyilə və əsaslandırıla bilməz (bax, mutatis mutandis, Al-Jedda Birlərşmiş Krallığa qarşı [BP], № 27021/08, § 100-06, AİHK 2011, və AD Kapital Bankı (Capital Bank AD) Bolqarıstana qarşı, № 49429/99, § 110, 24 noyabr 2005, və əksi Nada, yuxarıda 172-ci paraqrafda qeyd olunub).
(ζ) İsveçrə məhkəmələri tərəfindən ərizəçinin məhkumiyyətinin əsaslandırılması
268. Məhkəmə İsveçrə məhkəmələrinin 1915-ci il və ondan sonrakı illərin hadisələrinin İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci bəndinin 4-cü bəndinə əsasən “soyqırım” olduğu qənaətinə necə gəlməsinin detallarını araşdırmayacaq. Əvvəl də qeyd olunduğu kimi, bu, İsveçrə hüququnun şərhinə və tətbiqinə aid məsələdir.
269. Lakin buna baxmayaraq, Məhkəmənin İsveçrə məhkəmələrinin bu məsələ ilə bağlı qərarının ərizəçinin Konvensiya ilə qorunan hüquqlarına necə təsir etdiyini müəyyən etmək səlahiyyəti var.
270. Məhkəmə bununla bağlı qeyd edir ki, 1915-ci il və ondan sonrakı illərin hadisələrinin “soyqırım” olduğu qənaətinə gəlməklə Lazanna Rayon Polis Məhkəməsi məsələni İsveçrə və ya beynəlxalq hüququn qaydalarına, məsələn, İsveçrə Cinayət Məcəlləsinin 264-cü maddəsinə, Soyqırım haqqında Konvensiyanın II maddəsinə və Roma Müqaviləsinin 6-cı maddəsinə istinad edərək analiz etməyib ... O sadəcə İsveçrə, eləcə də xarici və beynəlxalq qurumlar tərəfindən rəsmi olaraq tanınan bir sıra ekspert hesabatlarına, hüquqi sənədlərə və dərsliklərə istinad edib (bax, yuxarıda 22-ci paraqraf). Vaud Katonu Məhkəməsi öz qərarında soyqırımı müəyyən edən normalara istinad edib, lakin öz qərarının 2 “c” və “d” bəndlərində bildirib ki, İsveçrə Parlamentin 1915-ci il və ondan sonrakı illərin hadisələrinin soyqırım olub olmaması ilə bağlı fikri qətidir (bax, yuxarıda 24-cü paraqraf). İsveçrə Federal Məhkəməsi öz qərarının 3-cü parqrafının 4-cü bəndində bu qərarı ləğv edib və 4-cü paraqrafda Laznna Rayon Polis Məhkəməsinin yanaşmasını təsdiq edib və bildirib ki, ərizəçinin bu hadisələrin İsveçrə Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə soyqırım kimi təsnif edilməsinin doğru olmamasına dair arqumenti qeyri-müvafiqdir (bax, yuxarıda 26-cı paraqraf). Nəticədə ərizəçinin 1915-ci il və ondan sonrakı illərin hadisələrinin hüquqi təsbiti ilə razılaşmadığına görə, yoxsa İsveçrə cəmiyyətində bu məsələ ilə bağlı geniş yayılmış fikirlərə görə məhkum olunduğu qeyri-müəyyən qalıb. Son olaraq, ərizəçinin məhkum olunması “demokratik cəmiyyətdə” hakimiyyət orqanlarının və əhalinin hər hansı təbəqəsinin fikrindən fərqlənən fikirlərin ifadə oluna bilməsi baxımından pozuntu hesab olunur.
(η) Müdaxilənin sərtliyi
271. 10-cu maddəyə dair təzəliklə baxılmış iki işdə Məhkəmə müdaxilənin proporsional olduğu qərarın gəlib. Həmin işlərdə müdaxilə ifadə azadlığının ictimai şəkildə ifadə olunduğu texniki vasitələri məhdudlaşdıran nizamlayıcı sxemlərdən ibarət idi (bax, Mouvement raëlien suisse, § 49-77, və Beynəlxalq Heyvan Müdfiəçiləri, § 106-25, hər ikisi yuxarıda qeyd olunub). Bunun əksinə olaraq, hazırkı işdə müdaxilənin forması – hansı ki, həbslə belə nəticələnə biləcək cinayət məhkumluğundan ibarətdir – bu müdaxilənin ərizəçi üçün nəticələri baxımından çox daha ciddidir və daha ciddi təhlil tələb edir.
272. Lehideux və Isorni (yuxarıda 57-ci paraqrafda qeyd olunub) işində Məhkəmə Konvensiyanın 10-cu maddəsilə bağlı olan bir sıra başqa işlərdəki kimi bildirib ki, müdaxilənin bir sıra digər vasitələri, xüsusilə mülki vasitələr olduğu halda cinayət ittihamının tətbiqi ciddi cəzadır. Eyni hal bu işdə də tətbiq olunur: burda ərizəçiyə tətbiq olunan cəzanın ciddiliyi deyil, ona qarşı cinayət qaydasında ittihamın irəli sürülməsi əhəmiyyət kəsb edir və cinayət qaydasında məsuliyyətə cəlb etmə ifadə azadlığı hüququna müdaxilənin ən ciddi formalarından biridir.
(θ) Ermənilərin şəxsi həyata hörmət hüququna qarşı Ərizəçinin ifadə azadlığı hüququnun balanslaşdırılması
273. İndi Məhkəmə bütün yuxarıdakı faktları nəzərə alaraq, İsveçrə Hökumətinin ərizəçinin ifadə azadlığı hüququ ilə, ermənilərin ləyaqətinin qorunması hüququ arasında balansı düzgün qurub qurmamasını müəyyən etməlidir. Yuxarıda 198 və 199-cu paraqraflarda da qeyd olunduğu kimi, bu məsələdə Razılığa Gələn Yüksək Tərəflər mülahizə sərbəstliyinə malikdirlər, lakin bu prosesdə hakimiyyət orqanları balanslaşdırma testini Məhkəmənin presidentlərində əks olunan meyarlara uyğun aparmalı və sual altında olan hüquqların vacibliyini və məzmununu müvafiq qaydada nəzərə almalıdırlar.
274. Cinayət Məcəlləsinin hazırkı 261-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinin qəbul edilməsilə bağlı keçirilən müzakirələrdə İsveçrə Hökuməti bu normada nəzərdə tutulan əmələ cinayət cəzasının tətbiqilə, o vaxt qüvvədə olan 1874-cü il tarixli İsveçrə Konstitusiyasında nəzərdə tutulan ifadə və birləşmək azadlığı hüququ arasında potensial ziddiyyətə istinad edib və bunu belə izah edib ki, fərdi situasiyalarda bu iki hüquq arasında ziddiyyət elə balanslaşdırılmalıdır ki, əsl təqsirli tərəf cəzalandırılmalıdır ... Bu narahatlıqlar göstərib ki, bu normanı fərdi işlərə tətbiq edərkən İsveçrə məhkəmələri ziddiyyətli maraqları diqqətli şəkildə ölçüb-biçməlidir. Əslində cinayət qaydasında ifadə azadlığı hüququna müdaxilə, cəzalandırılmasına cəhd edilən müvafiq əməllə bağlı detallı məhkəmə araşdırmasının həyata keçirilməsini qəti şəkildə tələb edir. Bu cür işlərdə müdaxilənin tətbiq olunduğu əməlin sadəcə xüsusi kateqoriyanın altına düşməsi və ya ümumi ifadələrlə formalaşan qaydanın təsiri altına düşməsi faktı müdaxilə üçün yetərli deyil; əsas tələb ondan ibarətdir ki, müdaxilə spesifik vəziyyətlərdə zəruri olub (bax, mutatis mutandis, Bazar Vaxtı (The Sunday Times), yuxarıda 65-ci paraqrafda qeyd olunub).
275. Lakin ərizəçinin işində İsveçrə məhkəmələrinin əsaslandırması onların bu balansa xüsusi diqqət ayrımadığını göstərir.
276. Vaud kanton məhkəmələri ittihamın ərizəçinin Konvensiyanın 10-cu maddəsində, eləcə də buna ekvivalent olan yerli qanunlardan İsveçrə Konfederasiyasının 1999-cu il Konstitusiyasının 16 və 36-cı maddələrilə qorunan hüququna necə təsir etdiyini nəinki müzakirə etməyiblər, hətta bu məsələni qeyd belə etməyiblər ...
277. İsveçrə Federal Məhkəməsi öz növbəsində, qərarının 5-ci paraqrafının 1-ci bəndində (yuxarıda 26-cı paraqrafda qeyd olunub) sadəcə onu deməklə kifayətlənib ki, Federal Məhkəmə Aktının 106-cı bölməsinin 2-ci bəndilə aşağı instansiya məhkəmələrinin ərizəçinin İsveçrə Konstitusiyasında və ya Konvensiyada nəzərdə tutulan hüququnun pozulmasını araşdırmağa ehtiyac olmayıb, çünki ərizəçi bu məsələ ilə bağlı yetərli detallarla şikayət etməyib. Həmin qərarın 6-cə bəndilə barışmaq çətindir, çünki həmin bənddə məhkəmə hesab edib ki, ərizəçi Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı hüququna əsaslanıb və bu ittihamın adı çəkilən maddəyə uyğun olub olmadığını araşdırıb. Lakin bu məsələni müzakirə edərkən məhkəmə sadəcə ittihamın qabaqcadan görülə bilən olmasını və məqsədini analiz edib: ermənilərin hüquqlarını müdafiə etmək üçün. Məhkumiyyətin demokratik cəmiyyətdə zəruri olması ilə bağlı heç nə deyilməyib və heç bir müzakirə zamanı həmin məsələ ilə bağlı müxtəlif faktorlara toxunmayıb.
278. Bu səbəbdən, Məhkəmə hesab edir ki, bu balanslaşdırıcı testi özü həyata keçirməlidir.
279. Yuxarıda analiz edilən bütün elementləri - ərzəçinin bəyanatlarının ictimai maraq kəsb etməsi və nifrət və qeyri-tolerantlığa təşviq etməməsi, bu bəyanatların söyləndiyi kontekstdə onlar İsveçrədə gərginliyi ya xüsusi tarixi ədavəti qızışdırmayıb, bəyanatlar İsveçrə cinayət qanunvericiliyilə məsuliyyət yaradacaq dərəcədə erməni icmasının üzvlərinin ləyaqətinə təsir etməyib, İsveçrənin belə bəyanatları cinayət əməli hesab etmək tələbi qoyan hər hansı beynəlxalq hüququ öhdəliyi olmayıb, İsveçrə məhkəmələri ərizəçinin İsveçrədə artıq mövcud olan fikirdən fərqli səslənən fikrinə senzura tətbiq edib və müdaxilə cinayət qaydasında ittihamın ciddi formasında olub – nəzərə alaraq Məhkəmə yekun olaraq hesab edir ki, hazırkı işdə erməni icmasının hüquqlarını qorumaq üçün ərizəçiyə cinayət cəzası tətbiq etmək demokratik cəmiyyətdə zəruri olmayıb.
280. Buna görə də Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib.
281. Məhkəmə həmçinin hesab edir ki, Konvensiyanın 17-ci maddəsinin tətbiqi üçün heç bir əsas yoxdur (bax, mutatis mutandis, Türkiyə Birləşmiş Kommunist Partiyası və Başqaları, § 60; Soulas və Başqaları, § 48; və Féret, § 82, hamısı yuxarıda qeyd olunub).
...
BU ƏSASLA, MƏHKƏMƏ
1. On dörd səs lehinə üç səs əleyhinə olmaqla qərara gəlir ki, Konvensiyanın 17-ci maddəsinin tətbiqi məsələsini, Konvensiyanın 10-cu maddəsinə mahiyyəti üzrə baxış zamanı araşdırsın və bu araşdırma üçün onları birləşdirir;
2. On səs lehinə yeddi səs əleyhinə olmaqla, Konvensiyanın 10-cu maddəsinin pozulduğunu elan edir;
3. On üç səs lehinə dörd səs əleyhinə olmaqla, Konvensiyanın 17-ci maddəsinin tətbiqinə heç bir əsas olmadığını elan edir;
...
Qərar ingilis və fransız dillərində tərtib edilib və 15 ontyabr 2015-ci il tarixdə Strasburqda İnsan Hüquqları Sarayında açıq məhkəmə iclsında elan edilib.
Johan CallewaertDean Spielmann
Katibin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndilə bağlı bu qərara aşağıdakı xüsusi rəy əlavə olunur:
(a) Hakim Nußbergerin qərarla qismən razılaşan xüsusi və qismən xüsusi rəyi;
(b) Hakimlər Spielmann, Casadevall, Berro, De Gaetano, Sicilianos, Silvis və Kūrisin birgə xüsusi rəyi;
(c) Hakim Silvisə məxsus və hakimlər Casadevall, Berro və Kūrisin də qoşulduğu əlavə xüsusi rəy.
D.S.
J.C.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy