© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 189
Oktyabr 2015
Perinçek c. Suisse [BP] - 27510/08
Qərar 15.10.2015 [BP]
Maddə 10
Maddə 10-1
İfadə azadlığı
1915-ci ildən etibarən erməni xalqına qarşı Osmanlı İmperisyası tərəfindən törədilən vəhşiliklərin « soyqırım » olaraq hüquqi təsnifləndirilməsini danmağa görə məhkumiyyət: pozuntu
Faktlar – Ərizəçi hüquq üzrə doktordur və Türkiyədə Əməkçi Partiyasının sədridir. 2005-ci ildə o bir neçə müxtəlif konfransda iştirak etmiş və icitmai şəkildə Osmanlı İmperisyası tərəfindən erməni xalqına qarşı 1915 və sonrakı illərdə hər hansı soyqırım fikrini danmışdır. O xüsusilə erməni soyqırımı ideyasını « beynəlxalq yalan » adlandırmışdır. İsveçrə-Erməni Assosiasiyası ərizəçiyə qarşı uxarıda qeyd edilən ifadələrin məzmunu səbəbilə şikayət vermişdir. Ərizəçiyə qarşı iki il təxirə salınmaqla 100 İsveçrə frankı (qərar tarixində bu məbləğ 62 avro dəyərində olub) məbləğində cərimə cəzasına çevrilən 90 günlük həbs cəzasına və 3.000 İsveçrə frankı (təxminən 1.859 avro) məbləğinə çevrilməklə 30 günlük həbs cəzasına məhkum edilməsi və İsveçrə-Erməni Assosiasiyasına 1.000 İsveçrə frankı (o zaman üçün təxminən 620 avro) məbləğində pul ödəməsi barədə qərar çıxarılmışdır.
Hüquqi məsələlər – Mübahisənin predmeti : Məhkəmədən, 111-ci paraqrafda Palatanın qeyd etdiyi kimi, 1915-ci ildən Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən köçürmə siyasəti nəticəsində sonuncuların məruz qaldığı qırğının beynəlxalq hüquqla müəyyən edilmiş soyqırım ifadəsinin mənası altına düşüb düşmədiyini müəyyən etmək tələb olunmur və Məhkəmənin bu məsələ ilə bağlı bu və ya digər qaydada hüquqi öhdəlik yaratmaq səlahiyyəti yoxdur.
Maddə 17 : Həlledici suala – ərizəçinin sözləri nifrət və ya zorakılıq yaratmaq xarakteri daşıyıbmı və Konvensiyaya güvənərək hüquqların və azadlıqların məhv edilməsi məqsədilə bu hərəkət və əməllərə yol veribmi – dərhal cavab vermək mümkün deyildir və sual onun ifadə azadlığından istifadəsinə edilən müdaxilənin « demokratik cəmiyyətdə zəruri » olub-olmaması barədəki sualla kəsişir. Beləliklə, 17-ci maddənin tətbiqi ilə bağlı məsələ, 10-cu maddə altında qaldırılan şikayətin mahiyyətinə birləşdirilməlidir.
Nəticə : 17-ci maddənin tətbiqi ilə bağlı məsələ mahiyyət üzrə məsələyə birləşdirilir. (on dörd səs lehinə, üç səs əleyhinə).
Maddə 10 : Ərizəçinin cəzalandırıılması və İsveçrə-Erməni Assosiasiyasına təzminat ödəməsinin əmr edilməsi onun ifadə azadlığından sitifadəsinə müdaxilədir. Lakin Məhkəmə ilk öncə hazırki işə 16-cı maddənin tətbiqi məsələsini araşdıracaqdır.
a) 16-cı maddənin tətbiqedilənliyi – Hazırki işdə ərizəçi xarici olsa da, Məhkəmə hesab edir ki, 16-cı maddə hazırkı işdə müdaxiləni əsaslandıra bilməz. Avropa İnsan Hüquqları Kommissiyası qeyd etmişdir ki, bu maddə beynəlxalq hüququn köhnə qaydalarını əks etdirir və Av edilməsini təklif etmişdir. Bu, nə keçmiş Kommissiya tərəfindən, nə də Məhkəmə tərəfindən tətbiq olunub və məhdudiyyətsiz şəkildə buna istinad edilərək əcnəbilərin ifadə azadlığı hüququnun məhdudlaşdırılması, Məhkəmənin əcnəbilərin bu hüquqdan istifadə etməsinə imkan verən və bu zaman 16-cı maddəyə istinadən bu hüququn məhdudlaşdırıla bilməsinə dair hər hansı təklif nəzərdə tutmayan işlərlə bağlı qərarlarına zidd olardı. Bundan əlavə, Məhkəmə açıq şəkildə bildirib ki, ifadə azadlığı hüququna “sərhdələrdən asılı olmayaraq” Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi ilə zəmanət verildiyi üçün onun tətbiqində yerlilər və ya əcnəbilər arasında heç bir fərq qoyula bilməz*.
Konvensiyanın təminat verdiyi hüquqlara məhdudiyyətləri əsaslandıran müddəalar dar şərh edildiyindən, Məhkəmə hesab edir ki, 16-cı maddəyə verilə biləcək yeganə şərh odur ki, onun tətbiqinə yalnız siyasi proseslərə birbaşa təsir edən “faəliyyətlərin” məhdudlaşdırılması üçün yol verilir. Hazırkı işdə bu hal olmadığından, İsveçrə Hökuməti bu normanın tətbiqini tələb edə bilməz.
Nəticədə, bu işdə Konvensiyanın 16-cı maddəsi İsveçrə Hökumətinə ərizəçinin ifadə azadlığı hüququndan istifadəsini məhdudlaşdırmaq səlahiyyəti vermir.
b) « Qanunla nəzərdə tutulmuş » – Ərizəçi ağlabatan şəkildə və lazım gələrsə, hüquqi məsləhət vasitəsilə, 1915 və ondan sonrakı illə baş vermiş hadisələrlə bağlı bəyanatlarının İsveçrə Cinayət Məcəlləsinin 264-cü maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndinə əsasən cinayət məsuliyyətinə səbəb olacağını qabaqcadan görə bilərdi.
Oxşar bəyanatlarla bağlı daha əvvəllər qaldırılmış cinayət işlərinin bəraətlə nəticələnməsi vəziyyəti dəyişdirmir. İsveçrə məhkəmələrini günahlandırmaq olmaz ki, daha ətraflı president olmadığı üçün bu hadisələrin “soyqırım” olub-olmadığının müəyyənləşdirilməsi tam olaraq aydın deyildi. Ərizəçinin işilə bağlı məhkəmələrin yanaşması məntiqli qaydada gözlənilən idi, xüsusilə nəzərə almalıyıq ki, İsveçrə Milli Şurası 1915-ci il və ondan sonrakı illərin hadisələrini soyqırım kimi tanımışdır. Bu yanaşma presidentin qəflətən və qabaqcadan görülməsi mümkün olmayan qaydada dəyişdirilməsinə səbəb olmayıb və bunu cinayət qanunvericiliyinin məzmununun genişləndirilməsi kimi qiymətləndirmək olmaz.
Beləliklə, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə qabaqcadan görülə bilən olub və buna görə də Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən “qanunda nəzərdə tutulmuş” idi.
c) Legitim məqsədlər
i. « İctimai asayiş » – Məhəkəmə hesab etmişdir ki, 10-cu maddəsinin 2-ci bəndinin fransız və ingilis dilindəki mətnlərində « défense de l’ordre » (ictimai asayişin qorunması) və « prevention of disorder » (iğtişaşın qarşısının alınması) uyğunlaşdırmağın ən yaxşı yolu, onları mümkün qədər dar şərh etməkdir, çünki ingilis dilindəki versiya dar mənada başa düşülür. Bu səbəbdən, Hökumətin digər arqumentlərlə birgə irəli sürdüyü və daha geniş şərhlə bağlı olan 261.2 maddəsinin müdafiə etdiyi hüquqi maraqlar bu işin hallarında yersizdir.
Bundn əlavə, Hökumət ərizəçinin bəyanatlarının hakimiyyət orqanları tərəfindən ictimai iğtişaşa səbəb ola biləcək tədbir olduğuna görə qarşısını aldığına dair heç bir sübut irəli sürməmişdir. Belə bəyanatların səsləndiyi və məhkum olundmasından bir il əvvəl həyata keçirilən yığıncaqların hər hansı qarşıdurmaya səbəb olmasına dair də heç bir sübut yoxdur. Xüsusilə, ərizəçinin cinayət prosesi zamanı İsveçrə məhkəmələri öz qərarlarında qətiyyən bu elementlərə toxunmamışlar. Nəhayət, ərizəçinin bəyanatlarla çıxış etdiyi ictimai tədbirlərin İsveçrə hakimiyyət orqanları tərəfindən ictimai iğtişaşa səbəb ola biləcək tədbir kimi qiymətləndirilməsi və bunun qarşısını almaq üçün müəyyən tədbirlərin həyata keçirilməsinə dair hər hansı sübut yoxdur.
Bu səbəbdən, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə “iğtişaşın qarşısının alınması” məqsədi daşımırdı.
ii. « Digər şəxslərin hüquqlarının ... müdafiəsi » – Nəzərə alaraq ki, baş verən hadisələrin qurbanlarının övladlarının çoxu, xüsusilə erməni diasporasından olanlar, öz identifikasiyasını qurarkən bunu onların icmasının soyqırım qurbanı olması duyğuları üzərində qururlar, Məhkəmə qəbul edir ki, ərizəçinin ermənilərə qarşı soyqırımı inkar edən bəyanatlarına edilən müdaxilə bu identifikasiyanı və beləliklə də hazırkı dövrdə yaşayan ermənilərin ləyaqətini müdafiə etmək məqsədi daşıyırdı. Lakin o hadisələrin hüquqi təsnifatını mübahisələndirməklə ərizəçinin qurbanlar haqqında neqativ çıxış etməsini, onların ləyaqətini alçaltmasını və ya insanlığa qarşı təhqiramiz fikirlər irəli sürməsini demək olmaz. Həmçinin ərizəçinin erməni soyqırımını “beynəlxalq yalan” adlandırmqla həmin şəxsləri və ya onların övladlarını günahlandırmasını iddia etmək olmaz. Bununla belə, ərizəçi bəyanatlarından birində o ermənilərin “imperialist qüvvələr” tərəfindən bir “alət” kimi bu hadisələrə cəlb olunduğunu bildirmiş və onları “türklərə və müsəlmanlara qarşı qırğınlar törətməkdə” ittiham etmişdir. Belə olan halda, müdaxilə həm də qurbanların və onların övladlarının ləyaqətini qorumaq məqsədilə edilmişdir.
Beləliklə, ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin “başqalarının hüquqlarını ... müdafiə etmək” məqsədilə edildiyi hesab edilə bilər.
d) Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi – Məhkəmənin rolu soyqırımların və ya digər tarixi faktların danılmasının cinayət qaydasında cəzalandırılmasının, prinsipcə əsaslandırılmış olması barədə fikir bildirmək deyildir. O işin halları ilə məhdudlaşmaqla, Cinayət Məcəlləsinin 261.2.4 maddəsinin ərizəçinin halında tətbiq olunmasının Konvensiyanın 10.2 maddəsi mnasında « demokratik cəmiyyətdə zəruri » olub olmamasını müəyyən etməlidir.
Müəyyən etmək lazımdır ki, « başqalarının hüquqları »nı cinayət hüquqi xarakterli tədbirlər vasitəsilə qorumaq zəruri idimi. Hazırki işdəki bu hüquq ermənilərin və onların sələflərinin, icmalarıın bu soyqırımın qurbanı olması ideyası ətarfında qurulmuş identikliklikləri də daxil olmaqla, ləyaqətlərinə hörmət hüququdur. Konvensiyanın 8-ci maddəsinin « şəxsi həyat » başlığı altında həm etnik identiklik, həm də sələflərinin nüfuzu ilə bağlı məsələlərə tətbiq edildiyi barədəki yurisprundesiyası işığında, Məhkəmə qəbul edir ki, bu hüquq bu maddə altında qorunur.
Beləliklə, Məhkəmə Konvensiyanın bu iki maddəsi arasında balanslaşdırma aparmalıdır: Konvensiyanın 10-cu maddəsi altında ifadə azadlığı hüququ və Konvensiyanın 8-ci maddəsi altında şəxsi həyata hörmət hüququ.
i. Ərizəçinin bəyanatlarının xarakteri – Baxmayaraq ki, ərizəçinin bəyanatları tarixi və hüquqi məsələlərə toxunub, nəzərə almaq lazımdır ki, o, ictimai tədbirdə və onun özü kimi düşünən insanların qarşısında çıxış edib və bu kontekstdə ərizəçi bir tarixçi və ya hüquqşünas kimi deyil, bir siyasətçi kimi danışıb. Onun, Məhkəmənin uzun müddətdən bəri Türkiyə ilə bağlı bir sıra işlərdə üzləşdiyi ziddiyyətli məsələdə iştirakı artıq onu göstərir ki, onun çıxışı ictimai maraq doğuran, “təkcə Türkiyədə deyil, həm də beynəlxalq aləmdə qızğın müzakirə mövzusu olan” məsələ ilə bağlı olub.
Ərizəçinin çıxışı ilə bağlı mövzuda erməni icmasının ciddi həssaslığı barədə məlumatlı olan Məhkəmə, onun bəyanatlarının bütün təşviqedici tərəfini nəzərə alaraq hesab edir ki, bu bəyanatlar nifrətə və ya qeyri-tolerantlığa sövq etmir. Ərizəçi 1915-ci il və ondan sonrakı illərin qurbanlarına qarşı nifrət və ya hörmətsizlik ifadə etməyib. O, türklərlə ermənilərin əsrlərlə birgə sülh içərisində yaşadığını bildirib. O, erməniləri yalançı adlandırmayıb, onlara qarşı alçaldıcı ifadələrdən istifadə etməyib və ya onları gülünc vəziyyətdə göstərməyə cəhd etməyib. Onun güclü ifadələrlə müşahidə olunan ittihamları “imperialistlərə” və ərizəçinin iddiasına görə onların Osmanlı İmperiyasına qarşı məkrli planlarına qarşı yönəlib.
Sadalanan hallara rəğmən, ərizəçinin bəyanatları daha geniş kontekstdə götürüldükdə onun tərəfindən ermənilərə qarşı nifrət və ya qeyri-tolerantlıq hesab oluna bilərmi? Holokosta dair bəyanatlarla bağlı keçmiş Kommissiya və Məhkəməyə təqdim olunmuş işlərdə bu hal tarixi və kontekstual səbəblərə görə ehtimal olunub. Lakin Məhkəmə hesab etmir ki, eyni hal bu işdə də tətbiq olunur, çünki bu işdə ərizəçi 90 il öncə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı İsveçrədə çıxış edib. Lakin, bu hadisələrlə bağlı bəyanatların da eyni şəkildə irqçiliyi və antidemokratik gündəliyi təşviq edə biləcəyi istisna olunmamalıdır və istər birbaşa, istərsə də dolayı yolla edilsin, yenə də kontekst bunun dərhal ehtimal edilməsini tələb etmir və bu halın hazırkı işə tətbiq edilməsi üçün yetərli sübut yoxdur.
Üstəlik, İsveçrə Hökuməti və üçüncü tərəflərin bəzilərinin ərizəçini ifadə azadlığından məsuliyyətsiz və təhlükəli şəkildə istifadə edən ekstrimist kimi təsvir etməyə çalışmaları, ərizəçinin bu hüququna müdaxilələr nəticəsində Məhkəmə ərizəçiyə qarşı qaldırılmış işlərlə bağlı Türkiyəyə qarşı qərarlar çıxarması faktı ilə uzlaşmır**.
Ərizəçinin bəyanatlarının bir qrup olaraq ermənilərə yönəlməsi, özü-özlüyündə irqçi gündəliyin nəticəsi kimi əsaslandırıla bilməz, çünki soyqırımın beynəlxalq hüquqla müəyyən olunmuş mənasına görə..., tarixi hadisənin təsnifləndirilməsinin qanuniliyi ilə bağlı olan hər hansı bəyanat xüsui milli, etnik, irqi və ya dini drupa istiqamətlənmiş olmalıdır.
Məhkəməyə görə, ərizəçinin bəyanatlarını bütöv olaraq götürdükdə və onlara birbaşa və geniş kontekstdə baxdıqda, bu bəyantlar ermənilərə qarşı nifrətə, zorakılığa və dözümsüzlüyə çağırış kimi qəbul edilə bilməz. Doğrudur ki, onlar güclü ifadələrlə səsləndirilib və ərizəçi öz mövqeyindən dönməməkdə israrlıdır, lakin aydındır ki, bu bəyanatlara şişirdilmiş elementlər daxil etməklə ərizəçi diqqət cəlb etməyə çalışıb.
Bundan belə nəticə çıxır ki, ərizəçinin ictimai maraq kəsb edən bu bəyanatları Konvensiyanın 10-cu maddəsi altında müdafiə olunur və İsveçrə hakimiyyətinin bu bəyanatlara müdaxilə etmək üçün məhdud mülahizə sərbəstliyi olub.
ii. Müdaxilənin konteksti
α. Coğrafi və tarixi faktorlar
Məhkəmənin Holokostla bağlı təcrübəsindən görünür ki, inkarın cinayət hesab edilməsi əsaslıdır, həmin Dövlətlərin tarixi kontekstləri nəzərə alındıqda, bu inkar hətta qərəzsiz tarixi araşdırma kimi görünsə də, birmənalı şəkildə anti-demokratik ideologiya və anti-Semitizmə gətirib çıxarır.
Bunun əksinə olaraq, İsveçrənin 1915-ci ildə və ondan sonrakı illərdə Osmanlı İmperiyasında törədilən hadisələrlə birbaşa əlaqəsi olduğu mübahisə olunmur. Bu əlaqə bir tək İsveçrə ərazisində erməni icmasının yaşaması faktından ibarətdir ki, bu da olduqca zəif əlaqədir. Ərizəçinin qaldırdığı polemika, İsveçrənin siyasi həyatından kənar məsələ olub və ərizəçi əcnəbidir və öz ölkəsinə qayıdacaq. Lakin ərizəçi bu bəyanatlarla çıxış edərkən İsveçrədə gərgin mühit olduğunu və bu bəyanatların türklərlə ermənilər arasında ciddi qarşıdurma ilə nəticələnəcəyini göstərən heç bir sübut yoxdur.
Ərizəçinin İsveçrədə cinayət məsuliyyətinə cəlb olunması, erməni azlığının tarixi ayrı-seçkiliyə məruz qaldığı iddia olunan Türkiyədəki vəziyyətlə də əsaslandırıla bilməzdi. Nə İsveçrə məhkəmələri, nə də Hökuməti Türkiyə kontekstini dilə gətirməyiblər. Onların müdaxiləni Konvensiyanın 16-cı maddəsi altında əsaslandırmaq cəhdi göstərir ki, onlar əsasən özlərinin daxili siyasi kontekstində maraqlı olublar.
Doğrudur ki, hal hazırda, xüsusilə elektronik kommunikasiya vasitələrindən istifadənin geniş yayıldığı dövrdə, heç bir ismarıc sadəcə yerli hesab oluna bilməz. İnsan hüquqlarının universal müdafiəsi baxımından İsveçrənin harda baş verməsindən asılı olmayaraq kütləvi qırğının qurbanlarının haqlarını müdafiə etməsi təqdirəlayiq haldır. Lakin “demokratik cəmiyyətdə zərurilik” ifadəsindən irəli gələn proporsionallığın daha geniş konsepti hakimiyyət orqanları tərəfindən görülən tədbirlər və bu tərbirlərlə onların nail olmaq istədikləri məqsəd arasında məntiqli əlaqə olmasını tələb edir; başqa sözlə, görülən tədbirlər arzu olunan nəticənin əldə olunması üçün ağlabatan olmalıdır. Və ya ərizəçinin İsveçrədə ittiham olunmasının həmin azlığın hüquqlarını qoruduğunu və ya hər hansı real yolla onları daha təhlükəsiz hiss etdirdiyini demək olmaz. Həmçinin ərizəçinin bəyanatlrının Türkiyədəki ermənilərə qarşı nifrətə sövq etdiyini və ya onun hər hansı şəkildə orda yaşayan ermənilərə qarşı nifrət ifadə etdiyini göstərən sübut yoxdur.
Nəhayət, Türkiyədəki bəzi ultramilliyyətçi qüvvələr tərəfindən bu ölkədə yaşayan ermənilərə qarşı danılmaz düşmənçilik hissi üzərində və ya üçüncü ən böyük erməni diasporasına malik olan Fransa kimi digər beynəlxalq kontekstlər üzərində birbaşa təsiri olduğunu göstərən heç bir sübut yoxdur.
β. Zaman faktoru
Hazırkı işdə ərizəçinin bəyanatlarla çıxış etdiyi vaxtla onun istinad etdiyi faciəvi hadisələrin baş verdiyi vaxt arasında uzun, təxminən 90 illik vaxt kəsimi var və ərizəçi bu bəyanatlarla çıxış edərkən böyük etimalla bu hadisələrdən sağ qalan çox az insan həyatda olub. Bir çox erməni üçün, xüsusilə diaspora üzvləri üçün hələ də canlı hadisə olmasına baxmayaraq, zaman elementini unutmaq olmaz. Nisbətən yaxın keçmişdə baş verən hadisələr çox travmatik ola bildiyi üçün onlarla bağlı ciddi tənzimləmə tətbiq oluna bilər və vaxt keçdikcə bu nizamlamaya ehtiyac azala bilər.
iii. Ərizəçinin bəyanatlarının erməni icmasının üzvlərinin hüquqlarına təsirinin dərəcəsi – Məhkəmə 1915-ci il və ondan sonrakı illərin faciəvi hadisələrinə soyqırım kimi istinad edilib edilməməsi sualının erməni icması üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etməsi və bu məsələ ilə bağlı bəyanatlara icmanın nə dərəcədə həssas yanaşması barədə məlumtlıdır. Lakin Məhkəmə ərizəçinin hazırkı işdəki sözügedən bəyanatlarının İsveçrə cinayət qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacaq dərəcədə bu hadisələrdən əziyyət çəkən və həlak olan ermənilərin ləyqətini və onların sonrakı nəsillərinin ləyaqətini və identifikasiyasını yaraladığı iddiasını qəbul edə bilməz. Ərizəçinin bəyantlarındakı kəskin fikirlər həmin şəxslərə qarşı deyil, onun iddialarına görə baş verən vəhşiliklər üçün məsuliyyət daşıyan “imperialistlərə” qarşı yönəlib. Buna əlavə olaraq ərizəçinin çıxışı ilə baş verən hadisələr arasında ötən vaxt məsələsini də nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin bəyanatları xüsusi əhəmiyyətli məyusedici təsirə malik olmayıb.
Məhkəmə ərizəçinin 1915-ci il və ondan sonrakı illərin hadisələrinin soyqırım olduğunu inkar etməsinin, lakin onun kütləvi qətlləri və kütləvi köçürmələri mübahisələndirməməsinin ermənilərin bir qrup olaraq identifikasiyasına ciddi təsir etməsinə inanmır. hətta kəskin ifadələrdən istifadə edərək ölkə üçün xüsusi həssas tarixi hadisələri mübahisələndirən və onun milli identifikasiyasına toxunan bəyanatlara özü-özlüyündə ünvanlandığı hədəfə ciddi təsir edən bəynatlar kimi istinad edilə bilməz. Məhkəmə bəzi hallarda xüsusi kontekstdə taravmatik tarixi hadisələrlə bağlı bəyanatların, bu hadisələrin təsir etdiyi qrupların ləyaqətinə ciddi ziyan vurması ilə nəticələ biləcəyini istisna etmir: məsələn, əgər bu bəyanatlar xüsusilə təhlükəli və narahat edicidirsə və onlara məhəl qoymamaq mümkün deyilsə bu cür ziyan vurma müşahidə oluna bilər. Kommissiyanın və Məhkəmənin xüsusi sübut olmadan belə şəraitin olduğunu qəbul etdiyi yeganə işlər Holokostun inkarı ilə bağlıdır. Lakin artıq qeyd edildiyi kimi, bu, həmin işlərin xüsusi kontekstindən qaynaqlana bilər.
Son olaraq Məhkəmə qeyd edir ki, ərizəçi bəyanatlarını üç ictimai tədbirdə səsləndirib. Odur ki, bu bəyanatların təsiri məhdud idi.
iv. Razılığa Gələn Yüksək Tərəflər araslnda konsensusun mövcudluğu və ya yoxluğu – Ötən bir neçə ildə bu məsələ ilə bağlı Razılığa Gələn Yüksək Tərəflərin hüquq sistemində müxtəlif dəyişikliklər olub.
Razılığa Gələn Yüksək Tərəflərin bəziləri tarixi hadisələrin inkarına görə cinayət məsuliyyəti müəyyən etmirlər. Digərlərində, müxtəlif yollarla, Holokost və Nazi cinayətlərinin danılmasına görə cinayət məsuliyyəti müəyyən edir. Üçüncü qrup Dövlətlər Nazi və kommunist cinayətlərinin inkarına görə cinayət məsuliyyəti müəyyən edir. Dördüncü qrup bütün soyqırımların danılmasını cəzalandırır. Avropa Birliyi səviyyəsində qəbul edilmiş qaydalar geniş əhatə dairəsinə malikdir lakin lakin soyqırımın inkarının cinayət əməli kimi qiymətləndirilməsi tələbini, bu inkardan doğan gərgin neqativ nəticələrlə əlaqələndirir.
Məhkəmə belə bir müxtəliflik olduğunu nəzərə alır. Il Lakin buna baxmayarq aydındır ki, İsveçrə özü zorakılıq və ya nifrətə sövq etmə tələbi qoymadan soyqırımın inkarını cinayət əməli kimi təsnifləndirməklə bu müqayisəli spektorun bir ucunda dayanır. Belə şəraitdə və hazırkı işdə mülahizə sərbəstliyinin tətbiqi dairəsinə əhəmiyyətli dərəcədə təsir edən faktorların olduğunu nəzərə alaraq, bu məsələ ilə bağlı müqayisəli hüquq mövqeyi Məhkəmənin yekun qərarında böyük rol oynamır.
v. Müdaxiləyə İsveçrənin beynəlxalq hüquqdan irəli gələn öhdəliyinin tələbi kimi istinad oluna bilərdimi? – Bu işdə Məhkəmə ərizəçinin bəyantlarının nifrətə və ya ayrı-seçkiliyə sövq etmədiyi qənaətinə gəlib və indi sadəcə İsveçrənin soyqırımın inkarını bu şəkildə cinayət əməli hesab etməsinin onun beynəlxalq hüququn tələbindən irəli gələn öhdəliyi olub olmadığını müəyyən etməlidir.
soyqırımın bu şəkildə inkarını cinayət əməli kimi xarakterizə etməyi açıq və birbaşa dillə İsveçrədən tələb edən hər hansı qüvvədə olan beynəlxalq hüquq mövcud olmayıb. Eyni zamanda İsveçrənin üzərinə bunu etmək öhdəliyi qoyan beynəlxalq adət hüququ da olmayıb. Ona görə də ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin İsveçrənin beynəlxalq hüquqdan irəli gələn öhdəliyi olduğu deyilə və əsaslandırıla bilməz.
vi. İsveçrə məhkəmələri tərəfindən ərizəçinin ittihamının əsaslandırılması – Milli məhkəmələrin analizi ilə bağlı, ərizəçinin 1915-ci il və ondan sonrakı illərin hadisələrinin hüquqi təsbiti ilə razılaşmadığına görəmi, yoxsa İsveçrə cəmiyyətində bu məsələ ilə bağlı geniş yayılmış fikirlərə görəmi məhkum olunduğu qeyri-müəyyəndir. İkinci halda, ərizəçinin məhkum olunması “demokratik cəmiyyətdə” hakimiyyət orqanlarının və əhalinin hər hansı təbəqəsinin fikrindən fərqlənən fikirlərin ifadə olunması imkanının olması ilə uyğun gəlməz.
vii. Müdaxilənin sərtliyi – Hazırkı işdə müdaxilənin forması – hansı ki, həbslə belə nəticələnə biləcək cinayət məhkumluğundan ibarətdir – bu müdaxilənin ərizəçi üçün nəticələri baxımından, müdaxilənin bir sıra digər vasitələri, xüsusilə mülki vasitələr olduğu nəzərə alınaraq, çox ciddidir. Eyni hal bu işdə də tətbiq olunur: burda ərizəçiyə tətbiq olunan cəzanın ciddiliyi deyil, ona qarşı cinayət qaydasında ittihamın irəli sürülməsi əhəmiyyət kəsb edir və cinayət qaydasında məsuliyyətə cəlb etmə ifadə azadlığı hüququna müdaxilənin ən ciddi formalarından biridir.
viii. Ermənilərin şəxsi həyata hörmət hüququna qarşı Ərizəçinin ifadə azadlığı hüququnun balanslaşdırılması – Əslində cinayət qaydasında ifadə azadlığı hüququna müdaxilə, cəzalandırılmasına cəhd edilən müvafiq əməllə bağlı detallı məhkəmə araşdırmasının həyata keçirilməsini qəti şəkildə tələb edir. Bu cür işlərdə müdaxilənin tətbiq olunduğu əməlin sadəcə xüsusi kateqoriyanın altına düşməsi və ya ümumi ifadələrlə formalaşan qaydanın təsiri altına düşməsi faktı müdaxilə üçün yetərli deyil; əsas tələb ondan ibarətdir ki, müdaxilə spesifik vəziyyətlərdə zəruri olub. Lakin ərizəçinin işində İsveçrə məhkəmələrinin əsaslandırması onların bu balansa xüsusi diqqət ayrımadığını göstərir.
Bu səbəbdən, Məhkəmə hesab edir ki, bu balanslaşdırıcı testi özü həyata keçirməlidir.
Yuxarıda analiz edilən bütün elementləri – yəni, ərzəçinin bəyanatlarının ictimai maraq kəsb etməsi və nifrət və qeyri-tolerantlığa təşviq etməməsi, bu bəyanatların söyləndiyi kontekstdə onlar İsveçrədə gərginliyi ya xüsusi tarixi ədavəti qızışdırmayıb, bəyanatlar İsveçrə cinayət qanunvericiliyilə məsuliyyət yaradacaq dərəcədə erməni icmasının üzvlərinin ləyaqətinə təsir etməyib, İsveçrənin belə bəyanatları cinayət əməli hesab etmək tələbi qoyan hər hansı beynəlxalq hüququ öhdəliyi olmayıb, İsveçrə məhkəmələri ərizəçinin İsveçrədə artıq mövcud olan fikirdən fərqli səslənən fikrinə senzura tətbiq edib və müdaxilə cinayət qaydasında ittihamın ciddi formasında olub – nəzərə alaraq Məhkəmə yekun olaraq hesab edir ki, hazırkı işdə erməni icmasının hüquqlarını qorumaq üçün ərizəçiyə cinayət cəzası tətbiq etmək demokratik cəmiyyətdə zəruri olmayıb.
Nəticə : 10-cu maddənin pozuntusu (on səs lehinə və yeddi səs əleyhinə); maddə 17 tətbiq edilməz (on üç səs lehinə və dörd səs əleyhinə).
Maddə 41 : pozuntu faktının elan edilməsi mənəvi ziyana görə əvəzin ödənilməsinə kifayətdir; maddi ziyana görə tələb rədd edilmişdir.
(Maddə 17 ilə bağlı, bax : Leroy c. France, 36109/03, 2 oktyabr 2010, Məlumat qeydi 112 ; maddə 16-la əlaqədar, Piermont c. France, 15773/89 və 15774/89, 27 aprel 1985)
* Cox c. Turquie, 2933/03, 20 may 2010, Məlumat qeydi 130.
** Parti socialiste et autres c. Turquie, 21237/93, 25 may 1998 və Perinçek c. Turquie, 46669/99, 21 iyun 2005.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş vedirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy