© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Petropavlovskis Latviyaya qarşı – ərizə № 44230/06
13.1.2015 tarixli qərar [4-cü Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Hökumətin dil siyasətinə qarşı etiraz hərəkatının rəhbərinə vətəndaşlıq verməkdən imtina edilməsi: 10-cu və 11-ci maddələr bu işə tətbiq edilə bilməz
Faktlar – Ərizəçi Latviya Respublikasında "daimi yaşayan qeyri-vətəndaş" idi, bu hüquqi status SSRİ dağıldıqdan sonra SSRİ vətəndaşlığını itirən və sonradan hər hansı başqa ölkənin vətəndaşlığını əldə etmək hüququna malik olsalar da bunu etməyən keçmiş SSRİ vətəndaşlarına verilirdi. Ərizəçi 2003 və 2004-cü illərdə Latviyada təhsil islahatına etiraz edən hərəkatın rəhbərlərindən biri idi. Hərəkatın rəhbəri qismində o, rusdilli icmanın rus dilində təhsil hüquqlarını və dövlət tərəfindən maliyyələşdirilən, yeganə tədris dili rus dili olan məktəblərin saxlanmasını müdafiə edən ictimai çıxışlar etdi. 2004-cü ildə onun Latviya vətəndaşlığı üçün müraciəti Nazirlər Kabineti tərəfindən rədd edildi və sonradan verdiyi şikayətlər uğursuz oldu. Avropa Məhkəməsinə ərizəsində o şikayət etdi ki, bu imtina qərarı Hökuməti tənqid etdiyinə görə ona təyin olunmuş cəza tədbiri olub.
Hüquqi məsələlər – 10-cu və 11-ci maddələr: Məhkəmə bunu anlaya bilmir ki, ərizəçinin onda maraq doğuran məsələlərə aid hökumət siyasəti ilə razılaşmadığını ifadə etməsinin, yaxud mitinqlərdə və ya hərəkatlarda iştirak etməsinin qarşısı necə alına bilərdi. Ərizəçinin naturalizasiya müraciəti ilə bağlı qərar onun rəylərinə görə cəzalandırılması hesab edilə bilməzdi və onun fikirlərini söyləmək və ictimai maraq doğuran məsələlərin müzakirəsində iştirak etmək imkanını zəiflətmirdi. Əksinə, hətta naturalizasiya üçün müraciəti rədd edildikdən sonra belə onun təhsil islahatına dair rəyləri mediada geniş işıqlandırılır və o, siyasi cəhətdən aktiv olaraq qalırdı. O, rəyini ifadə etdiyinə və ya nümayişdə iştirakına görə heç vaxt cinayət sanksiyasına məruz qalmamışdı.
Bundan başqa, beynəlxalq hüquqa əsasən, naturalizasiyaya və ya hər hansı digər formada vətəndaşlığın verilməsinə dair qərarlar ilk növbədə dövlətin səlahiyyəti çərçivəsində olan məsələlərdir və adətən onlar dövlətlə vətəndaşlıq üçün müraciət etmiş şəxs arasında bağlılıq yaratmağa yönələn müxtəlif meyarlara əsaslanır. Nə Konvensiyada, nə də ümumən beynəlxalq hüquqda müəyyən ölkənin vətəndaşlığını əldə etmək hüququ nəzərdə tutulmayıb. Daxili qanunvericilikdə ərizəçinin qeyd-şərtsiz olaraq Latviya vətəndaşlığını tələb etmək hüququna malik olduğunu, yaxud dövlət orqanlarının qərarının qanunsuz hesab edilməli olduğunu göstərən heç nə yox idi.
Özünün ifadə və toplaşmaq azadlığını həyata keçirərkən ərizəçi hökumətin siyasəti ilə razılaşmamaqda sərbəst idi və bu zaman tənqidlər qanun çərçivəsində olmalı idi. Hökumətə qarşı yol verilə bilən tənqidin hüdudları ayrıca vətəndaşa, yaxud hətta siyasətçiyə qarşı yol verilə bilən tənqidin hüdudlarından daha genişdir. Lakin bu məsələ naturalizasiyanın meyarları və həyata keçirilməsi qaydası məsələsindən tamamilə fərqlidir, sonuncuların hər ikisi daxili qanunvericiliklə müəyyən olunur. Bir çox ölkələrdə vətəndaşlığın əldə edilməsi sədaqət andı ilə müşayiət olunur və hazırkı işdə olduğu kimi həmin andla şəxs dövlətə sadiq olacağını vəd edir. Bu cür tələb (onu konkret hökumətə sadiqlik andı üçün tələb olunan meyardan fərqləndirmək lazımdır) ifadə və toplaşmaq azadlığına müdaxilə təşkil edə biləcək cəza tədbiri sayıla bilməzdi. Əksinə, o, naturalizasiya yolu ilə Latviya vətəndaşlığını əldə etmək istəyən hər kəsin riayət etməli olduğu meyar idi.
Nəticə: 10-cu və 11-ci maddələr bu işə tətbiq edilə bilməz (yekdilliklə).
(Həmçinin bax: Slivenko Latviyaya qarşı [BP], ərizə № 48321/99, 9 oktyabr 2003-cü il, 57 saylı Məlumat bülleteni; Koloskovski Latviyaya qarşı (qərardad), ərizə № 50183/99, 29 yanvar 2004-cü il, 60 saylı Məlumat bülleteni; Sısoyeva və başqaları Latviyaya qarşı (ərizənin siyahıdan çıxarılması) [BP], ərizə № 60654/00, 15 yanvar 2007-ci il, 93 saylı Məlumat bülleteni; və Feher və Dolnik Slovakiyaya qarşı (qərardad), ərizələr № 14927/12 və 30415/12, 21 may 2013-cü il).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy