© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Poqosyan və Baqdasaryan Ermənistana qarşı (Poghosyan and Baghdasaryan v. Armenia), ərizə № 22999/06
12.06.2012-ci il tarixli qərar [III Bölmə]
7 saylı Protokolun 3-cü maddəsi
Kompensasiya
Ədalət mühakiməsinin düzgün həyata keçirilməməsinin qurbanının mənəvi ziyana görə kompensasiya tələb edə bilməməsi: pozuntu baş verib
13-cü maddə
Səmərəli hüquqi müdafiə vasitəsi
Şəxsin polis tərəfindən törədilmiş pis rəftar nəticəsində məruz qaldığı mənəvi ziyana görə kompensasiya tələb edə bilməməsi: pozuntu baş verib
Faktlar – 1999-cu ildə birinci ərizəçi adamöldürmə və zorlamada təqsirli bilindi və on beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Lakin o, buna etiraz edərək təqsirsiz olduğunu bildirdi və 2004-cü ildə onun barəsindəki ittiham hökmü ləğv edilərəkhəbsxanadan azad olundu. Rayon məhkəməsi adamöldürmə ilə bağlı ibtidai araşdırmanı aparmış polis əməkdaşlarından ikisinin birinci ərizəçidən etiraf almaq üçün ona qarşı pis rəftar törətdikləri barədə qərar çıxardıqdan sonra onlar hakimiyyət səlahiyyətlərini aşdıqlarına görə məhkum olundular. Ayrıca mülki prosesdə birinci ərizəçiyə itirilmiş əmək haqlarına görə kompensasiya təyin olundu, amma mənəvi ziyanın kompensasiyası barədə onun tələbi rədd edildi və belə əsas gətirildi ki, bu növ ziyan Mülki Məcəllədə nəzərdə tutulmayıb.
Hüquqi məsələlər – Konvensiyanın 3-cü və 13-cü maddələri: Konvensiyanın digər maddəsinin faktiki pozuntusunun mövcudluğu 13-cü maddənin tətbiqi üçün zəruri şərt deyil. Bu maddənin tətbiqi üçün tələb olunan yeganə məsələ Konvensiyanın şərtləri baxımından əsaslı iddia tələbinin mövcud olmasıdır. Birinci ərizəçinin tələbi, şübhəsiz ki, məhz belə tələb idi, çünki daxili məhkəmələr birmənalı olaraq müəyyən etmişdilər ki, o, polis tərəfindən pis rəftara məruz qalıb. Buna görə də 13-cü maddə bu işə tətbiq edilə bilərdi, hərçənd ki, Məhkəmə birinci ərizəçinin substantiv (maddi-hüquqi) şikayətinə 3-cü maddə üzrə baxa bilməzdi, çünki ona qarşı pis rəftar Konvensiyanın Ermənistan barəsində qüvvəyə minməsindən sonra baş vermişdi. Məhkəmə əvvəlki işlərdə artıq müəyyən edib ki, prinsipcə mənəvi ziyana görə kompensasiya Konvensiyanın ən fundamental maddələrindən olan 2-ci və 3-cü maddələrin pozuntularına qarşı mümkün hüquqi müdafiə vasitələrinin tərkib hissəsi qismində qurban üçün əlçatan olmalıdır. Birinci ərizəçi daxili qanunvericiliyə əsasən kompensasiya üçün müraciət etmək imkanına malik olmadığına görə səmərəli hüquqi müdafiə vasitəsindən məhrum olmuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
7 saylı Protokolun 3-cü maddəsi: Birinci ərizəçi barəsindəki ittiham hökmü ləğv edildiyinə və o, 7 saylı Protokolun Ermənistan barəsində qüvvəyə minməsindən sonra kompensasiya üçün müraciət etdiyindən Məhkəmə zaman meyarına görə onun bu şikayətinə baxmaq səlahiyyətinə malik idi və 7 saylı Protokolun 3-cü maddəsi bu işə tətbiq edilə bilərdi. Baxmayaraq ki, həmin maddə kompensasiya ödənişini müvafiq dövlətin qanunvericiliyinə və ya praktikasına uyğun olaraq təmin edirdi, hətta daxili qanunvericilikdə və ya praktikada bu cür kompensasiya barədə heç bir müddəa olmadıqda belə, kompensasiya ödənilməli idi. Bundan başqa, 7 saylı Protokolun 3-cü maddəsinin məqsədi sadəcə səhvən məhkum edilmənin yetirdiyi hər hansı maddi ziyanın əvəzinin ödənilməsi deyildi, bu maddə həm də ədalət mühakiməsinin düzgün həyata keçirilməməsi nəticəsində məhkum olunan şəxsə onun məruz qaldığı hər hansı mənəvi ziyana, məsələn, iztirab, təşviş və narahatlığa, habelə azad həyatdan zövq almaq imkanının itirilməsinə görə kompensasiya ödənilməsini təmin edirdi. Birinci ərizəçiyə bu cür kompensasiya almaq imkanı yaradılmamışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə birinci ərizəçiyə 30.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy