© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ponomaryovlar Bolqarıstana qarşı (Ponomaryovi v. Bulgaria), ərizə № 5335/05
21.06.2011-ci il tarixli qərar [IV Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Yaşayış icazəsi olmayan əcnəbilərdən orta təhsil haqqı ödənişinin tələbi olunması: pozuntu baş verib
Faktlar – Milli təhsil haqqında 1991-ci il tarixli Qanuna əsasən, yalnız Bolqarıstan vətəndaşları və müəyyən kateqoriyalara aid əcnəbilər pulsuz ibtidai və orta təhsil hüququna malikdirlər. Ərizəçilər anaları ilə Bolqarıstanda yaşayan iki rusiyalı məktəbli idi. Müvafiq dövrdə yalnız onların analarının ölkədə yaşayış icazəsi vardı, ərizəçilər isə ailə üzvləri kimi onunla birlikdə yaşamaq hüququna malik idilər. Avropa Məhkəməsinə verdikləri şikayət ərizəsində ərizəçilər ayrı-seçkiliyə məruz qalmalarından şikayətləndilər, belə ki, Bolqarıstan vətəndaşlarından və ölkədə daimi yaşayış icazəsi olan əcnəbilərdən fərqli olaraq onlar Bolqarıstanda orta təhsil almaq üçün haqq ödəməli idilər.
Hüquqi məsələlər – 1 saylı Protokolun 2-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi
a) 1 saylı Protokolun 2-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Sözügedən dövrdə mövcud olan təhsil müəssisələrində təhsil almağa buraxılma 1 saylı Protokolun 2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş hüququn ayrılmaz tərkib hissəsidir. Ərizəçilər Bolqarıstan dövlətinin təşkil və idarə etdiyi məktəblərə yazılmış və həmin məktəblərə getmişdilər, lakin sonradan onlardan tələb olundu ki, vətəndaşlıqları və immiqrant statusları ilə əlaqədar olaraq, təhsillərini davam etdirmək üçün haqq ödəsinlər. Beləliklə, şikayət 1 saylı Protokolun 2-ci maddəsinin tətbiq dairəsinə düşür və Konvensiyanın 14-cü maddəsi bu işə tətbiq edilə bilər.
b) Şikayətin mahiyyəti – Ərizəçilərin təhsil haqqını ödəmələrinin yalnız onların vətəndaşlıqları və immiqrant statusları ilə əlaqədar olaraq tələb edildiyini nəzərə alsaq, fərdi xarakteristikaları baxımından nisbətən oxşar vəziyyətdə olan digər şəxslərlə müqayisədə onlar, şübhəsiz ki, daha əlverişsiz vəziyyətdə idilər. Buna görə də Məhkəmə müəyyənləşdirməli idi ki, bu cür fərqli rəftarın obyektiv və əsaslı səbəbi varmı?
Dövlət xeyli resurs tələb edən dövlət xidmətlərindən (məsələn, sosial yardım proqramlarından, dövlət müavinətlərindən və səhiyyə xidmətlərindən) istifadəni haqlı olaraq qısamüddətli və qanunsuz miqrantlar üçün məhdudlaşdıra bilər, onlar bir qayda olaraq bu xidmətlərin maliyyələşdirilməsinə vəsait ödəmirlər. Baxmayaraq ki, analoji arqumentlər müəyyən dərəcədə təhsil sahəsinə də şamil olunur, onlar qeyd-şərtsiz tətbiq edilə bilməzlər. Təhsil sistemini təşkil etməyin çətin olduğunu və onun fəaliyyətinin xeyli vəsait tələb etdiyini, habelə dövlətin öz yurisdiksyasında olan şəxslərin təhsil tələbatları ilə təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi imkanları arasında balansı gözləməli olduğunu etiraf etsə də, Məhkəmə bu faktı nəzərə almaya bilməz ki, bəzi digər dövlət xidmətlərindən fərqli olaraq təhsil hüququ Konvensiya ilə birbaşa qorunan hüquqlardandır. Təhsil həm də dövlət xidmətinin elə bir xüsusi növüdür ki, nəinki ondan bəhrələnən şəxslərin maraqlarına birbaşa xidmət edir, həm də daha geniş sosial funksiyaları yerinə yetirir və insan hüquqlarının təşviqi üçün zəruridir.
Təhsil pillələri ilə yuxarıya doğru getdikcə bu sahədə dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları da genişlənir və bu genişlənmə təhsilin maraqlı şəxslər üçün və bütövlükdə cəmiyyət üçün əhəmiyyətinə tərs mütənasibdir. Belə ki, bir çox insanlar üçün məcburi olmayan ali təhsil sahəsində əcnəbilərdən daha yüksək haqq (və ümumiyyətlə ödəniş) tələb olunması adi hal sayılır və indiki halda ona tam haqq qazandırmaq olar. İbtidai təhsil məsələsində isə vəziyyət əksinədir, bu təhsil savadlılığı və hesablama qabiliyyətini, habelə cəmiyyətə inteqrasiyanı və cəmiyyət barədə ilk məlumatları təmin edir və bir çox ölkələrdə məcburidir. Ərizəçilərin işi çərçivəsində araşdırılan orta təhsil bu iki əks qütbün ortasında qərarlaşıb. Lakin getdikcə daha çox ölkə "biliyə əsaslanan" cəmiyyətə doğru irəlilədikcə insanların uğurlu fərdi inkişafında və müvafiq şəxslərin sosial və peşə inteqrasiyasında orta təhsilin rolu artır. Həqiqətən müasir cəmiyyətdə yalnız ilkin biliklərin və bacarıqların olmaması şəxsi və peşə baxımından inkişafa mane olur və müvafiq şəxslərin ətrafdakı insan mühitinə uyğunlaşmasına əngəl törədir ki, bu da onların sosial və iqtisadi rifahı üçün çox uzağa gedən nəticələr doğurur. Bu mülahizələr ərizəçilərə yönəlmiş tədbirin mütənasibliyini qiymətləndirərkən Məhkəmənin daha ciddi nəzarət funksiyasını tətbiq etməsinin lehinə dəlalət edir.
Ərizəçilər ölkəyə qanunsuz gələn və dövlət xidmətlərindən, o cümlədən məktəbdə pulsuz təhsildən istifadə hüquqlarını irəli sürən şəxslərin vəziyyətində deyildilər. Hətta daimi yaşayış icazələri olmasa belə, dövlət orqanlarının onların Bolqarıstanda yaşamasına qarşı hər hansı əhəmiyyətli etirazı və ya onları deportasiya etməyə yönələn ciddi niyyətləri yox idi. Beləliklə, qanunsuz immiqrasiya axınını dayandırmaq və ya immiqrantları geri qaytarmaq zərurəti ilə bağlı hər hansı mülahizələr ərizəçilərə qətiyyən şamil oluna bilməzdi. Lakin Bolqarıstanın dövlət orqanları bu amillərin heç birini nəzərə almayıblar. Həqiqətən qanunvericilikdə təhsil haqqını ödəməkdən azad edilmək üçün müraciət imkanı nəzərdə tutulmamışdı. Beləliklə, bu işin xüsusi hallarını nəzərə alsaq, vətəndaşlıq və immiqrasiya statusları ilə əlaqədar olaraq orta təhsilə görə haqq ödəmələrinin ərizəçilərdən tələb olunmasına haqq qazandırmaq olmazdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 2.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy