© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Piruzyan Ermənistana qarşı (Piruzyan v. Armenia), ərizə № 33376/07
26.06.2012-ci il tarixli qərar [III Bölmə]
Maddə 5
5-ci maddənin 3-cü bəndi
Məhkəmədə iştirak etmə təminatları
Müəyyən növ cinayətlərdə təqsirləndirilən şəxslərin girov müqabilində azad edilməsinin qanunla qadağan olunması: pozuntu baş verib
Faktlar – Ərizəçi 2006-cı ilin oktyabrında tutuldu və banditizm ittihamı ilə həbsə alındı. Onun həbsdə saxlanılma müddəti sonradan bir neçə dəfə uzadıldı və belə əsas gətirildi ki, o, ədalət mühakiməsindən yayına və ya istintaqa mane ola bilər, habelə əlavə istintaq tədbirlərinin həyata keçirilməsi zəruridir və işin icraatı hələ davam edir. Ərizəçinin girov müqabilində azad edilməsinə də icazə verilmədi və belə əsas gətirildi ki, o, daxili qanunvericiliyə əsasən "ağır cinayət" kimi tövsif olunan cinayətdə təqsirləndirilir və buna görə də Cinayət Prosessual Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndi girov müqabilində azad edilmənin ona tətbiqini qadağan edir, yalnız "az ağır və ya orta ağır" cinayət törətməkdə təqsirləndirilən şəxslər bu yolla azad edilə bilərlər. Son nəticədə ərizəçi 2007-ci ilin dekabrında ona qarşı ittihamlar xitam edildikdən sonra azad edildi.
Hüquqi məsələlər – 5-ci maddənin 3-cü bəndi
a) Girov müqabilində azad edilmənin mümkünsüzlüyü – Şübhəli şəxsi azad etmək və ya həbsdə saxlamaq barədə qərar çıxararkən dövlət orqanları onun sonradan məhkəmə araşdırmasına gəlməsini təmin edən alternativ tədbirlərin tətbiqini nəzərdən keçirməyə borclu idilər. Məhkəmə bir sıra əvvəlki işlərdə qərara alıb ki, girov müqabilində azad edilmə barədə vəsatət daxili qanunvericiliyə əsasən avtomatik olaraq rədd edildikdə 5-ci maddənin 3-cü bəndi pozulmuş olur. Hazırkı işdə ərizəçinin vəsatətləri bu əsasla rədd edilmişdi ki, Cinayət Prosessual Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndi "ağır və ya xüsusilə ağır" cinayət kimi tövsif edilən cinayətlər törədildiyi halda girov müqabilində azad edilməni qadağan edir. Ərizəçinin girov müqabilində azad edilmə barədə vəsatətlərinin bu cür avtomatik rədd edilməsi onun həbsə alınmasının konkret halları üzərində məhkəmə nəzarətini mümkünsüz etmişdi və 5-ci maddənin 3-cü bəndində nəzərdə tutulan təminatlara zidd idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Həbsdə saxlanılmanın davam etdirilməsi üçün əsaslar – Ərizəçi barəsindəki həbs qətimkan tədbirinin müddətinin ardıcıl olaraq uzadılmasına haqq qazandırmaq üçün daxili məhkəmələr, birincisi, onun ədalət mühakiməsindən yayınması və istintaq prosesinə maneə yaratması təhlükəsini, ikincisi, istintaqın hələ yekunlaşmaması və işin icraatının davam etməsi faktını əsas gətirmişdilər. Sonuncu məsələ ilə bağlı Məhkəmə qeyd etdi ki, əlavə istintaqın zəruriliyi və ya işin icraatının yekunlaşmaması şəxsin məhkəmə araşdırmasına qədər həbsdə saxlanılması üçün 5-ci maddənin 3-cü bəndinin məqsədləri baxımından qəbul edilə bilən səbəblər deyil. Ərizəçinin ədalət mühakiməsindən yayınma və istintaq prosesinə maneə yaratması təhlükəsinə gəlincə, daxili məhkəmələr öz qərarlarında bu əsasları mücərrəd və şablon qaydada təkrarlamaqla kifayətlənib və onları nəyə görə əsaslı səbəb hesab etdiklərini göstərməyib. Ərizəçinin təqsirləndirildiyi cinayət əməlinin ciddi xarakterinin ümumi şəkildə qeyd edilməsi yetərli əsaslandırma sayıla bilməz. Beləliklə, daxili məhkəmələr ərizəçinin həbsdə saxlanılması üçün "münasib və yetərli" əsaslar gətirməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin 3-cü maddənin pozulduğunu müəyyən etdi, belə ki, ərizəçi məhkəmə iclasları zamanı metal qəfəsin içərisinə salınmışdı; həmçinin 5-ci maddənin 1-ci bəndinin pozulduğu müəyyən edildi, belə ki, 2007-ci il fevralın 19-dan martın 12-dək ərizəçinin həbsdə saxlanılmasının heç bir hüquqi əsası yox idi; eləcə də 5-ci maddənin 4-cü bəndinin iki pozuntusu müəyyən edildi, belə ki, məhkəmə prosesinin çəkişmə xarakteri və tərəflərin bərabərliyi təmin edilməmiş, habelə həbsdə saxlanılmaya qarşı verilən şikayətə baxmaqdan yalnız bu əsasa görə imtina edilib ki, cinayət işi daha məhkəməyəqədər araşdırma mərhələsində deyildi.
Maddə 41: Mənəvi ziyana görə 8.000 avro təyin edildi; maddi ziyanın kompensasiya barədə tələb rədd edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy