© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ramanauskas Litvaya qarşı [Böyük Palata] (Ramanauskas v. Lithuania [GC]), ərizə № 74420/01
05.02.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Polisin təhrikçiliyi ilə baş vermiş rüşvət alma cinayətinə görə məhkum edilmə: pozuntu baş verib
Faktlar – Ərizəçi prokuror vəzifəsində işləyirdi. O, bildirdi ki, bir tanışının vasitəsilə əvvəllər tanımadığı bir şəxs onun yanına gəlib və sonradan həmin şəxsin korrupsiyaya qarşı xüsusi polis bölməsinin əməkdaşı olduğu məlum olub. Həmin polis əməkdaşı onun üçüncü şəxsə bəraət verilməsinə yardım göstərməsi vədi müqabilində ona 3.000 dollar təklif edib. Ərizəçi əvvəlcə təklifdən imtina edib, amma polis əməkdaşı təklifi bir neçə dəfə təkrarladıqdan sonra razılaşıb. Polis əməkdaşı bu barədə rəislərinə məlumat verib və 1999-cu ilin yanvarında baş prokurorun müavini rüşvət alma cinayətinin simulyasiya edilməsinə sanksiya verib. Az sonra ərizəçi rüşvəti polis əməkdaşından qəbul edib və yaxalanıb. 2000-ci ilin avqustunda o, 2.500 ABŞ dolları məbləğində rüşvət aldığına görə azadlıqdan məhrum edildi. Apellyasiya şikayəti verildikdən sonra da hökm qüvvədə saxlanıldı. Ərizəçinin kassasiya şikayətini rədd edərkən Ali Məhkəmə qeyd etdi ki, ərizəçinin rüşvət barədə ilkin danışıqlarının polisin təlimatları əsasında baş verdiyini; dövlət orqanlarının bu barədə ərizəçi rüşvət almağa razılıq verdikdən əvvəl məlumatlandırıldıqlarını; və polisin sonrakı hərəkətlərinə sanksiya verməklə onların artıq baş verməkdə olan cinayətə qoşulmuş olduqlarını göstərən heç bir sübut yoxdur. Ali Məhkəmənin rəyinə görə, təhrikçilik məsələsi ərizəçinin əməlinin hüquqi tövsifinə heç bir təsir göstərməyib.
Hüquqi məsələlər – Milli hakimiyyət orqanları sadəcə polislərin "fərdi qaydada" hərəkət etdiklərini əsas gətirməklə onların hərəkətlərinə görə məsuliyyət daşımaqdan azad edilə bilməzlər. Belə hallara görə dövlət orqanlarının məsuliyyət daşıması mühüm əhəmiyyət kəsb edir, çünki əməliyyatın başlanğıc mərhələsi hər hansı hüquqi baza və ya məhkəmə sanksiyası olmadan həyata keçirilib. Bundan başqa, polisə rüşvət əməlini simulyasiya etmək səlahiyyəti verməklə və onu hər hansı cinayət məsuliyyətindən azad etməklə dövlət orqanları əməliyyatın ilkin mərhələsinə öncədən qanuni don geydirmiş olublar və onun nəticələrindən yararlanıblar. Üstəlik, polis əməkdaşının rəislərinə xəbər vermədən ərizəçiyə öz təşəbbüsü ilə yaxınlaşmasının səbəbləri və ya şəxsi motivləri barədə və etdiyi hərəkətlərə görə ilkin mərhələdə cinayət təqibinə məruz qalmamasının səbəbi barədə qaneedici izahat verilməyib. Bu məsələ ilə bağlı Hökumət sadəcə olaraq bütün müvafiq sənədlərin məhv edildiyini qeyd etməklə kifayətləndi. Beləliklə, dövlət orqanlarının məsuliyyəti rüşvət simulyasiyasına sanksiya verilməzdən əvvəl polis əməkdaşının və ərizəçinin tanışının etdiyi hərəkətlər nəticəsində yaranıb. Hər hansı digər yanaşmanın qəbul edilməsi qüvvədə olan prinsiplərdən yan keçməklə özbaşınalığa və sui-istifadə hallarına yol açmış olardı. Polis əməkdaşının və ərizəçinin tanışının hərəkətləri mövcud cinayətkar fəaliyyətin passiv qaydada araşdırılmasının hüdudlarını aşıb: belə ki, ərizəçinin əvvəllər nə vaxtsa cinayət və konkret olaraq korrupsiya əməli törətdiyi barədə məlumat yox idi; ərizəçinin polis əməkdaşı ilə bütün görüşləri sonuncunun təşəbbüsü ilə baş tutmuşdu; görünür, ərizəçi polis əməkdaşı və öz tanışının tərəfindən cinayət törətməyə təhrik edilmişdi, hərçənd ki, onun bu cür fəaliyyətdə iştirak etmək niyyətində olduğuna dair obyektiv sübut yox idi. Bütün araşdırma boyu ərizəçi iddia edirdi ki, onu cinayət törətməyə təhrik ediblər. Müvafiq olaraq, milli hakimiyyət orqanları ən azı cinayət təqibi orqanları tərəfindən cinayət törətməyə təhrikçilik məsələsi ilə bağlı hərtərəfli araşdırma aparmalı idilər. Bu məqsədlə onlar konkret olaraq əməliyyatın hansı səbəblərə görə təşkil edildiyini, cinayət əməlində polisin nə dərəcədə iştirak etdiyini və ərizəçinin məruz qaldığı təhrikçiliyin və ya təzyiqin xarakterini müəyyənləşdirməli idilər. Bu, xüsusən ona görə vacib idi ki, polisi ərizəçi ilə tanış etmiş və rüşvət verilməsinə gətirib çıxarmış hadisələrdə mühüm rol oynamış ərizəçinin tanışı harada olduğu məlum olmadığına görə iş üzrə şahid qismində prosesə cəlb olunmamışdı. Ərizəçinin bu məsələlərin hər birinə aydınlıq gətirməsi üçün imkan yaradılmalı idi. Lakin milli hakimiyyət orqanları polisin təhrikçiliyə yol verdiyini inkar etmiş və ərizəçinin iddialarını ciddi surətdə yoxlamaq üçün məhkəmələr səviyyəsində heç bir tədbir görməmişdilər. Konkret olaraq, onlar ərizəçinin işindəki iştirakçıların oynadığı rolu müəyyənləşdirmək üçün heç bir cəhd etməmişdilər, halbuki ərizəçinin məhkum edilməsi polis tərəfindən törədilən və barəsində ərizəçinin şikayət etdiyi təhrikçilik hərəkətləri nəticəsində baş vermişdi.
Avropa Məhkəməsi Ali Məhkəmənin gəldiyi bu nəticəni qeyd etdi ki, ərizəçinin təqsiri sübut edildiyinə görə onun cinayət törətmək niyyətinə kənardan hər hansı təsirin olub-olmaması əhəmiyyət daşımır. Lakin təhrikçilik nəticəsində törədilmiş cinayətin etiraf edilməsi nə təhrikçilik faktının özünü, nə də onun nəticələrini aradan qaldırmır. Polis əməkdaşının və ərizəçinin tanışının hərəkətləri ərizəçini cinayət törətməyə sövq edən təhrikçi hərəkətlər idi və nəticədə ərizəçi məhkum olundu. Onların müdaxiləsi olmadan bu cinayətin baş verəcəyini göstərən heç bir əlamət yox idi. Bu müdaxiləni və etiraz edilən cinayət prosesində həmin müdaxilədən istifadə edildiyini nəzərə alsaq, ərizəçinin işi üzrə məhkəmə araşdırmasını ədalətli hesab etmək olmaz.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ərizəçinin məruz qaldığı bütün növ ziyanlara görə ona 30.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy