© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ramsahay və başqaları Niderlanda qarşı [Böyük Palata] (Ramsahai and Others v. the Netherlands [GC]), ərizə № 52391/99
15.05.2007-ci il tarixli qərar [Böyük Palata]
2-ci maddə
2-ci maddənin 1-ci bəndi
Yaşamaq hüququ
2-ci maddənin 2-ci bəndi
Güc tətbiqi
Polis əməkdaşı tərəfindən qurbanın ölümü ilə nəticələnmiş atəşin açılması ilə bağlı aparılmış araşdırmanın səmərəliliyi məsələsi, o cümlədən qurbanın qohumlarının araşdırmada iştirak etməsinə nə dərəcədə şərait yaradılması məsələsi və polis əməkdaşına qarşı cinayət təqibinin həyata keçirilməməsi barədə qərardan qurbanın qohumlarının verdiyi şikayətlə əlaqədar açıq məhkəmə iclasının keçirilməməsi: şikayətlərin bir qismi ilə bağlı pozuntu baş verib, digər qismi ilə bağlı pozuntu baş verməyib
Qurbanı həbs etməyə cəhd edən polis əməkdaşı tərəfindən qurbanın ölümü ilə nəticələnmiş atəşin açılması: pozuntu baş verməyib
Faktlar – Bu iş üzrə qərar ərizəçilərin oğlu və nəvəsi Moraviya Ramsahayın ölümünə aiddir, o, 19,5 yaşında Amsterdam şəhərində aşağıdakı şəraitdə polis əməkdaşı tərəfindən güllələnib. Bayram vaxtı şənbə axşamı Moraviya Ramsahay bir skuterin sahibini tapança ilə hədələyərək onun skuterini aldı və skuteri sürüb getdi. Bu barədə polisə məlumat verildi. Məlumatı almış iki polis əməkdaşı – Br. və B. patrul maşınından skuteri gördülər, onu idarə edən şəxsi əlamətləri məlumatda verilən təsvirə uyğun gəlirdi. Polis əməkdaşlarından biri şübhəli şəxsə tərəf qaçdı və onu yaxalamağa çalışdı, amma qısa müddətə əlbəyaxa olduqdan sonra Moraviya Ramsahay onun əlindən qurtula bildi. Polis əməkdaşı onun kəmərinin altından tapança çıxardığını gördü və Moraviya Ramsahaya əmr etdi ki, silahı yetə atsın. Gənc bu əmrə tabe olmadı. Bu arada ikinci polis əməkdaşı patrul maşınından çıxdı və hadisə yerinə gəldi. Görünür, Moraviya Ramsahay silahı qaldırmış və həmin polis əməkdaşına tərəf tuşlamış, o isə tapançasını çıxarıb atəş açmışdı. Zərərçəkən boynundan yaralandı və təcili yardım maşını gəldikdən sonra keçindi. Moraviya Ramsahayın hadisə yerində tapılmış tapançası güllə ilə doldurulmuşdu və atəşə hazır vəziyyətdə idi.
Fakt üzrə cinayət işi açıldı. İstintaqın bir hissəsi polis əməkdaşları Br. və B.-nin mənsub olduqları polis bölməsi tərəfindən aparılırdı. Bu yerli polis bölməsi ilk on beş saat yarım ərzində iş üzrə araşdırma aparmış, sonra isə iş dövlət istintaq idarəsinin baş müstəntiqinə verilmişdi. Müstəntiq Br. və B.-nin mənsub olduqları polis bölməsinin icraatında olan cinayət işlərinin istintaqına nəzarəti həyata keçirən prokurora raport göndərdi. Prokuror qərara aldı ki, ölümə səbəb olmuş atəş özünümüdafiə məqsədi ilə açılıb, buna görə də polis əməkdaşı barəsində cinayət təqibi həyata keçirilməməlidir. Ərizəçilərin işin materialları ilə tanış olmalarına imkan yaradıldı. Onlar polis əməkdaşı barəsində cinayət təqibinin həyata keçirilməməsi haqqında qərardan şikayət etdilər, amma apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxladı, bu məhkəmənin iclası açıq deyildi və onun qərarı ictimaiyyətə elan olunmadı.
Hüquqi məsələlər – Polis əməkdaşı tərəfindən qurbanın ölümü ilə nəticələnmiş atəşin açılması: Böyük Palata ölümün halları ilə bağlı aparılmış araşdırmanın müstəqilliyi və keyfiyyəti məsələsini nəzərdən keçirdi. Atəş açmış polis əməkdaşının kimliyinə gəlincə, hadisə yerində olmuş polislərin versiyası ilə atəşdən sonra onların ratsiya ilə əlaqə saxladıqları həmkarlarının versiyası arasında uyğunsuzluqlar vardı. Bundan başqa, cinayət işi polis əməkdaşları Br. və B.-nin mənsub olduqları polis bölməsi tərəfindən açılmış və araşdırma ilkin olaraq həmin bölmə tərəfindən aparılmışdı. Lakin tərəflərin heç biri Palatanın qərarında əks olunmuş işin hallarının mühüm məqamlarını şübhə altına almadı. Bundan əlavə, Moraviya Ramsahayın davranışı barədə polis əməkdaşları Br. və B.-nin ifadələri işin sübut olunmuş digər faktları ilə uyğun gəlirdi, konkret olaraq həmin gün hadisədən bir müddət əvvəl gəncin digər şəxsləri tapança ilə təhdid etdiyi məlum idi. Belə olan halda işi araşdırarkən Böyük Palata artıq Palata tərəfindən müəyyən edilmiş halları nəzərə almağı qərara aldı. O, Palata ilə razılaşdı ki, ölümə səbəb olmuş atəş "mütləq zərurətdən" irəli gələn güc tətbiqinin hüdudlarını aşmamışdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Ölümün halları ilə bağlı aparılmış araşdırmanın səmərəliliyi məsələsi: Palatadan fərqli olaraq Böyük Palata hesab etdi ki, müəyyən nöqsanlar, yəni aşağıdakılar araşdırmanın lazımi qaydada aparılmasına xələl gətirib: atəşin kim tərəfindən açıldığının müəyyənləşdirilməsi üçün polis əməkdaşları Br. və B.-nin əl izləri yoxlanılmayıb, istintaq eksperimenti aparılmayıb, silahın və ya sursatların ekspertizası aparılmayıb, ölümə səbəb olmuş güllənin zərərçəkənə yetirdiyi xəsarətlər lazımi qaydada qeydə alınmayıb. Bundan əlavə, polis əməkdaşları Br. və B. hadisədən sonra bir-birindən təcrid olunmayıblar və təxminən üç gün ərzində hadisə ilə bağlı dindirilməyiblər. Onların bir-biri ilə və ya həmkarları ilə sövdələşdiklərini göstərən sübut olmasa da, bu cür sövdələşmə riskini azaltmaq üçün lazımi tədbirlərin görülməməsi araşdırmada mühüm nöqsandır. Bu nöqsanlar xüsusən ona görə təəssüf doğurur ki, ölümə səbəb olmuş atəş açılarkən hadisə yerində iki polis əməkdaşından savayı şahidlər olmayıb.
Nəticə: araşdırmanın lazımi qaydada aparılmaması ilə əlaqədar olaraq pozuntu baş verib (dörd səsə qarşı on üç səslə).
Polis tərəfindən aparılmış araşdırmanın müstəqilliyi məsələsinə gəlincə, ölüm anından dövlət istintaq idarəsinin araşdırmaya cəlb olunduğu anadək on beş saat yarım vaxt keçmişdi. Bu müddət ərzində araşdırma əsasən polis əməkdaşları Br. və B.-nin mənsub olduqları polis bölməsi tərəfindən aparılmışdı. Hökumətin bu işdə yerli polis bölməsinin hadisə yerinin mühafizəsindən savayı dərhal hər hansı istintaq hərəkətlərini həyata keçirməsini zəruri edən xüsusi halların mövcud olduğunu göstərmədi. Nəzərə alınsa ki, dövlət istintaq idarəsinin əməkdaşları hadisə yerinə təxminən saat yarımdan sonra gəlib çata bilərdilər, on beş saat yarımlıq yubanma yolverilməz idi. Dövlət istintaq idarəsinin göstərişləri və rəhbərliyi altında yerli polis bölməsi tərəfindən həyata keçirilmiş digər istintaq hərəkətlərinə gəlincə, etiraf edilməlidir ki, bu idarənin işi öz icraatına götürməsi yerli polis bölməsinin müstəqil olmamasından doğan nəticələri aradan qaldıra bilməzdi.
Nəticə: araşdırmanın kifayət qədər müstəqil olmaması ilə əlaqədar olaraq pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Araşdırmada prokurorun roluna gəlincə, prokuror polis tərəfindən aparılan istintaqa nəzarət edirdi və yuxarı orqanın vəzifəli şəxsi qismində polis əməkdaşları Br. və B.-nin və onların həmkarlarının işi necə aparmalarına görə cavabdeh idi. Məhz bu prokuror baş prokurorun ona verdiyi səlahiyyət əsasında hərəkət edərək polis əməkdaşı barəsində cinayət təqibinə başlamamaq haqqında qərar qəbul etmişdi. Prokurorların fəaliyyətinin polislərdən alınmış məlumatlar əsasında və polislərin dəstəyi ilə həyata keçirilməsi qaçılmazdır. Təkcə bu hal prokurorluğun polis orqanından tam müstəqil olmadığı qənaətinə gəlmək üçün kifayətdir. Xüsusən prokuror müəyyən polis bölməsi ilə sıx xidməti münasibətlərdədirsə, o halda müstəqilliklə bağlı problemlər yarana bilər. Yaxşı olardı ki, bu işdə aparılmış araşdırma yerli polis bölməsi ilə əlaqəsi olmayan prokurorun nəzarəti altında aparılsın (xüsusən də nəzərə alsaq ki, həmin prokuror araşdırmanın aparılmasında bilavasitə iştirak etmişdi). Lakin hətta bu halda da Niderlandda prokurorluq orqanının kifayət qədər müstəqil olduğunu və yekunda araşdırmaya görə cavabdehliyi yuxarı prokurorun daşıdığını nəzərə almaq lazımdır. Üstəlik, araşdırmanın lazımi qaydada aparılması müstəqil məhkəmə tərəfindən yoxlanıla bilərdi və ərizəçilər məhz bu imkandan istifadə etmişdilər.
Nəticə: araşdırmaya nəzarət etmiş prokurorun mövqeyi ilə əlaqədar olaraq pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
Ərizəçilərin araşdırmada iştirakına imkan yaradılması məsələsi: Böyük Palata hesab etdi ki, ərizəçilərin araşdırmanın gedişində toplanmış məlumatlarla tanış olmalarına onların polis əməkdaşı barəsində cinayət təqibinin həyata keçirilməməsi barədə qərara etiraz etmək üçün araşdırmada səmərəli iştirak etmələri üçün kifayət edən dərəcədə imkan yaradılmışdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Polis əməkdaşı barəsində cinayət təqibinin həyata keçirilməməsi barədə qərara mahiyyəti üzrə yenidən baxılması üçün ərizəçilərin verdikləri şikayətlə bağlı məhkəmə iclasının açıq keçirilməməsi və Apellyasiya Məhkəməsinin qərarının ictimaiyyətə elan edilməməsi: Böyük Palata bu işdə açıq məhkəmə iclasına ehtiyac olmadığı barədə Palatanın rəyi ilə razılaşdı. Amma Palatadan fərqli olaraq, o, hesab etdi ki, Apellyasiya Məhkəməsinin öz qərarını məhkəmə iclasının sonunda ictimaiyyətə elan etməsi tələb olunmurdu. Cinayət işinin materialları ilə ərizəçilərin tanış olmalarına tam imkan yaradılmışdı, onlar Apellyasiya Məhkəməsindəki icraatda faktiki iştirak edə bilərdilər və onların şikayəti üzrə əsaslandırılmış qərar çıxarılmışdı. Beləliklə, hər hansı əhəmiyyətli informasiyanın Apellyasiya Məhkəməsindən və ya ərizəçilərdən gizlədilməsi ehtimalı çox az idi. Bundan başqa, nəzərə alsaq ki, ərizəçilərin bu qərarı ictimaiyyətə çatdırmalarına heç bir maneə yox idi, açıqlıq tələbi təqsirkarların dövlət orqanları tərəfindən məsuliyyətdən yayındırılması təhlükəsini istisna edən dərəcədə yerinə yetirilmişdi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
Məhkəmə dörd səsə qarşı on üç səslə qərara aldı ki, ərizəçilərin polis əməkdaşı barəsində cinayət təqibinin həyata keçirilməməsi barədə qərardan şikayət etmək üçün Niderland Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsi əsasında başladıqları icraata Konvensiyanın 6-cı maddəsi tətbiq edilmir.
Maddə 41: Mənəvi ziyana görə 20.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy