© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Renold Fransya qarşı (Renolde v. France), ərizə № 5608/05
16.10.2008-ci il tarixli qərar [V Bölmə]
Renold Fransya qarşı (Renolde v. France), ərizə № 5608/05
16.10.2008-ci il tarixli qərar [V Bölmə]
Maddə 2
Pozitiv öhdəliklər
Ruhi çatışmazlığı olan məhbusun karserdə intihar etməsi: pozuntu baş verib
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Ruhi çatışmazlığı olan məhbusun qırx beş gün müddətinə karserə salınması: pozuntu baş verib
Faktlar – Ərizəçinin qardaşı məhkəmə araşdırmasına qədər həbsdə saxlanılırdı. Təyin olunmuş tibbi ekspertiza onda psixi pozuntuların olduğunu aşkara çıxardı. O, başqa həbsxanaya köçürüldü. Onun həbsxanadakı şəxsi işində qeyd edildi ki, səhhəti normaldır, amma sakitləşdirici vasitələr qəbul edir. Lakin iki gün sonra o, biləklərini kəsərək intihara cəhd etdi. Təcili psixiatriya yardımı briqadası onun durumuna kəskin sayıqlama vəziyyəti diaqnozu qoydu və müvafiq müalicə təyin etdi. O, həftədə iki dəfə dərmanlarla təchiz olunurdu, amma dərmanları həqiqətən qəbul edib-etmədiyinə nəzarət edilmirdi. O, regional tibb-psixoloji xidmətin nəzarəti altında idi və ayrıca kameraya yerləşdirilmişdi, orada ona tez-tez baş çəkilməklə güclü müşahidə altında saxlanılırdı. Bununla belə, o, nəzarətçiyə hücum etdi və buna görə 45 gün müddətinə karserə salındı. Bu barədə qərardan bir gün sonra o, bacısına yazdığı məktubda bildirirdi ki, daha bunlara "dözə bilmir". Məktubu gördükdən sonra onun vəkili onun psixi durumunun karserdə saxlanılmasına nə dərəcədə uyğun olduğunun müəyyənləşdirilməsi üçün psixiatriya ekspertizası keçirilməsini tələb etdi, amma ekspertiza keçirilənə qədər o, kamerasında asılmış halda tapıldı. Üç gün əvvəl ona bir neçə günlük dərman dozası verilmiş, amma onun dərmanları qəbul edib-etmədiyinə yenə də nəzarət edilməmişdi.
Prokuror ibtidai istintaq aparılması barədə qərar qəbul etdi, istintaq konkret olaraq müəyyən etdi ki, ərizəçinin qardaşı intihar edib və onun orqanizmində dərmanların izləri yoxdur. Prokuror qərar qəbul etdi ki, naməlum şəxsin və ya şəxslərin ehtiyatsızlığı səbəbindən baş vermiş ölüm faktı ilə əlaqədar məhkəmə istintaqı aparılsın. Mərhumun ailə üzvləri araşdırmada mülki iddiaçılar qismində iştirak etdilər. Məhkəmə istintaqını araşdıran hakim iki ekspertin iştirakı ilə psixiatriya ekspertizası təyin etdi və ekspertiza bu qənaətə gəldi ki, ərizəçinin qardaşının səhhəti karserdə saxlanılması üçün yararlı idi və onun orqanizmində dərmanların izlərinin olmaması onun özünün müalicə almaqdan imtina qərarının nəticəsi idi. Onun sayıqlama durumundan əziyyət çəkdiyini nəzərə alsaq, bu vəziyyət intihar riskini artıra bilən amil idi. Mülki iddiaçıların vəkili məhkəmə istintaqını araşdıran hakimə vəsatət verdi ki, ehtiyatsızlıqdan adamöldürmə ittihamları irəli sürülsün, çünki mərhumun təhlükəsizliyi və ona qulluq üçün görülən tədbirlər adekvat deyildi, psixi pozuntuları olan məhbusun həyatı karserə salınması nəticəsində təhlükə altına düşmüşdü və o, risk kateqoriyasına daxil olan şəxs olaraq almaq hüququna malik olduğu yardımı almamışdı. Hakim vəsatəti rədd etdi və işə xitam verərək qərara aldı ki, mütəxəssislər ərizəçinin qardaşının vəziyyətinə lazımi qaydada nəzarət edirdilər və bunu nəzərə alsaq, onun intihar etməsi psixi pozuntularla əlaqədar idi və depressiya sindromunu göstərən heç bir əlamət yox idi. Bu qərar apellyasiya şikayətindən sonra da qüvvədə saxlanıldı.
Hüquqi məsələlər – Maddə 2: Sübutlar göstərir ki, intihara ilk cəhddən sonra məhbusun kəskin psixi pozuntudan əziyyət çəkdiyi və özünə xəsarət yetirə biləcəyi dövlət orqanlarına məlum idi. Onun səhhətində və intihar riskinin dərəcəsində arabir dəyişikliklər baş verdiyinə baxmayaraq, bu risk real idi və bu məhbus vəziyyətinin qəflətən pisləşdiyi təqdirdə ciddi müşahidə tələb edirdi. Məhbusun səhhətinin bu vəziyyətdə olduğunu nəzərə alsaq, əsaslı olaraq gözləmək olardı ki, dövlət orqanları xüsusi olaraq onun səhhətinin həbsdə saxlanılmasına imkan verib-vermədiyini yoxlamaq üçün tədbirlər görəcəklər. Lakin intihar cəhdinə və onun psixi durumu ilə bağlı qoyulmuş diaqnoza baxmayaraq, görünür, onun psixiatriya xəstəxanasına yerləşdirilməsi məsələsi müzakirə olunmamışdı. Bundan başqa, ərizəçinin qardaşının müvafiq tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar olmasa belə, dövlət orqanları ən azı onu vəziyyətinin ciddiliyinə uyğun tibbi yardımla təmin etməli idilər.
Avropa Məhkəməsi həbsxana müdiriyyətinin qarşılaşdığı çətinlikləri etiraf etməklə yanaşı, psixi pozuntulardan əziyyət çəkdiyi məlum olan məhbusun gündəlik dərman dozalarını qəbul etməsi üzərində nəzarətin olmamasının qəbul edilə bilən hal olduğuna ciddi şübhə ilə yanaşır. Ərizəçinin qardaşının intiharının səbəbi məlum olmasa da, onun dərmanları gündəlik qəbul etməsi üzərində nəzarətin olmaması onun ölümünün səbəblərindən biri idi. Nəhayət, belə görünür ki, ilk intihar cəhdindən üç gün sonra intizam orqanı ona maksimal sanksiya, yəni 45 gün karserə salınma cəzası təyin edərkən onun psixi vəziyyətini nəzər almamışdı. Bu sanksiya onu təcrid halına salmış, görüşlərdən və hər cür fəaliyyət imkanlarından məhrum etmişdi və beləliklə, intihar riskini artırmışdı.
Bütün bu halları nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəldi ki, dövlət orqanları ərizəçinin qardaşının həyatını qorumaqdan ibarət pozitiv öhdəliklərini yerinə yetirməyiblər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 3: Kinan Birləşmiş Krallığa qarşı işdə (ərizə № 27229/95, ECHR 2001‑III, 29 saylı Məlumat bülleteni) Məhkəmə müəyyən etdi ki, ruhi xəstənin 7 gün müddətinə karserə salınması və həbs müddətinin əlavə olaraq 28 gün uzadılması Konvensiyanın 3-cü maddəsi ilə qadağaun olunmuş rəftar təşkil edib. Ərizəçinin qardaşının işində təyin edilmiş cəza daha ağır idi və onun fiziki və mənəvi müqavimətini qıra bilərdi. Həmin müddətdə o, təşviş və iztirab keçirirdi. Onun vəziyyəti vəkildə narahatlıq doğurmuşdu və vəkil onun ölümündən səkkiz gül əvvəl hakimdən xahiş etmişdi ki, onun səhhətinin karserdə saxlanılması üçün yararlı olub-olmadığını yoxlamaq üçün dərhal ekspertiza təyin edilsin. Beləliklə, ərizəçinin qardaşına təyin olunmuş cəza ruhi xəstələrə qarşı yol verilən davranış standartlarına cavab vermirdi və qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza təşkil edirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy