© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Rohlena Çexiya Respublikasına qarşı [BP] – ərizə № 59552/08
27.1.2015 tarixli qərar [BP]
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Daha ağır cəza təyin olunması
Nullum crimen, nulla poena sine lege (törədildiyi zaman cinayət sayılmayan əmələ görə cəzalandırılmamaq) prinsipi
Cinayət Məcəlləsinin müvafiq müddəası qüvvəyə minməzdən əvvəl törədilmiş hərəkətləri özündə ehtiva edən "davamedici" cinayətə görə məhkum edilmə: pozuntu baş verməyib
Faktlar – Ərizəçi 2000-ci ildən 8 fevral 2006-cı ilədək arvadı ilə dəfələrlə fiziki və ruhi cəhətdən qəddar rəftar etməkdə ittiham olundu. 2007-ci ildə birinci instansiya məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 215a maddəsinin 1 iyun 2004-cü ildən qüvvədə olan redaksiyasında müəyyən edilmiş əməli – onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməkdən ibarət "davamedici" cinayət əməlini törətməkdə təqsirkar hesab etdi. O hesab etdi ki, bu anlayış həmin tarixdən əvvəl törədilmiş hərəkətlərə də şamil olunur, bu şərtlə ki, onlar törədildiyi anda digər bir cinayət əməli təşkil etmiş olsun. Bu ittiham hökmü apellyasiya məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldı.
Özünün presedent hüququna istinadən Ali Məhkəmə qeyd etdi ki, cinayət əməli vahid bir akt hesab edilən davamedici aktlardan ibarətdirsə, həmin əməlin cinayət xarakteri həmin cinayəti təşkil edən sonuncu aktın törədildiyi anda qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməlidir. Həmin qanunvericilik həmçinin əvvəlki hərəkətlərə də şamil olunur, bu şərtlə ki, onlar əvvəlki qanunvericiliyə əsasən cinayət əməlləri sayılmış olsun. Hazırkı işdə Cinayət Məcəlləsinə 1 iyun 2004-cü ildə dəyişiklik edilənə qədər ərizəçinin törətdiyi hərəkətlər Cinayət Məcəlləsinin 197a maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni şəxsə və ya şəxslər qrupuna qarşı zorakılıq etmə və həmin Məcəllənin 221-ci maddəsində nəzərdə tutulmuş hücum hesab olunurdu.
2008-ci ildə Konstitusiya Məhkəməsi ərizəçinin təqdim etdiyi konstitusiya şikayətini açıq-aydın əsassız sayaraq rədd etdi və hesab etdi ki, onun işində məhkəmələrin qəbul etdikləri qərarlar Konstitusiya ilə qadağan olunan hər hansı retrospektiv təsirə malik deyildi.
18 aprel 2013-cü il tarixli qərarla Avropa Məhkəməsinin Palatası (bax: Məlumat bülleteni № 162) yekdilliklə bu nəticəyə gəldi ki, daxili məhkəmələrin qərarı Konvensiyanın 7-ci maddəsini pozmayıb.
Hüquqi məsələlər – Ərizəçi cinayət əməlinə görə Cinayət Məcəlləsinin 215a maddəsinə əsasən məhkum olundu, həmin maddə 2004-cü il tarixli dəyişikliklər vasitəsilə bu Məcəlləyə daxil edilmişdi və həmin tarixə qədər törədilmiş hərəkətlərə də şamil olunurdu. Daxili məhkəmələr müəyyən etdilər ki, davamedici cinayət əməli vahid bir akt hesab edilməlidir və onun tövsifi həmin əməlin sonuncu aktı yekunlaşdığı anda qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməlidir, bu şərtlə ki, əvvəlki qanunvericiliyin dövründə törədilmiş hərəkətlər həmin köhnə qanunvericiliyə əsasən cinayət əməli təşkil etmiş olsun. Beləliklə, 215a maddəsi ərizəçinin 2004-cü ildən əvvəl törətdiyi hücumlara da şamil olunurdu, belə ki, onlar əvvəlki qanunvericiliyə əsasən cinayət hərəkəti sayılırdı. Daxili qanunvericiliyə şərh verərkən ölkədaxili məhkəmələr davamedici cinayət əməli anlayışına istinad etdilər, həmin əməl eyni məqsəd daşıyan, eyni cinayət əməlinin elementlərini özündə ehtiva edən, tərkib elementləri eyni və ya oxşar şəkildə həyata keçirilməsi ilə bir-biri ilə əlaqəli olan, zaman etibarı ilə bir-birinə yaxın olan və eyni obyektə yönələn ayrı-ayrı aktlardan ibarət əməl kimi müəyyən edilmişdi. Ərizəçinin 1 iyun 2004-cü ilə qədərki davranışı həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında cəzalandırılmalı olan cinayət əməli təşkil edir və buna görə də 215a maddəsində müəyyən edilmiş cinayətin tərkib elementlərini özündə ehtiva edirdi. Beləliklə, ərizəçinin həm də həmin tarixdən əvvəl törətdiyi aktlara görə yuxarıda qeyd edilən maddə əsasında məsuliyyətə cəlb olunması cinayət qanunvericiliyinin ərizəçinin zərərinə olaraq və Konvensiyanın qadağan etdiyi şəkildə retroaktiv tətbiqini təşkil etmirdi.
63. Belə olan halda, müvafiq daxili qanunvericilik normalarının aydın ifadə olunduğu və milli məhkəmələr tərəfindən izah edildiyi nəzərə alınaraq, ərizəçi həmçinin 2004-cü ilə qədər törətdiyi hərəkətlərlə əlaqədar olaraq davamedici cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağını öncədən görə bilərdi və görməli idi və öz davranışını müvafiq qaydada nizamlamaq imkanına malik idi.
Beləliklə, ərizəçinin məhkum olunduğu cinayət əməli "törədildiyi anda qüvvədə olan müvafiq milli ... qanunvericilikdə" nəzərdə tutulmuşdu və həmin qanunvericilikdə bu cinayət əməli kifayət qədər aydın şəkildə müəyyən edilmişdi və Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulmuş tələbə, yəni qanunun anlaşılan olmasından ibarət keyfiyyət tələbinə cavab verirdi.
Nəhayət, Məhkəmə ərizəçinin bu arqumentini də rədd etdi ki, 2004-cü ildə qanunvericiliyə daxil edilmiş norma əsasında ona cəza təyin edilməsi ərizəçiyə əks halda təyin edilməli olan cəzadan daha ağır cəzanın təyin olunması ilə nəticələnib. Daxili məhkəmələrin yuxarıda qeyd edilən yanaşmasının ərizəçinin cəzasına mənfi təsir göstərərək onu ağırlaşdırdığını göstərən heç bir şey yox idi. Əksinə, onun 1 iyun 2004-cü ilə qədər törətdiyi hərəkətlər həmin tarixdən sonra törətdiklərindən ayrılıqda qiymətləndirilsəydi, ərizəçi ən azı ona faktiki olaraq təyin olunmuş cəza ilə eyni, yaxud daha ağır cəza alacaqdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Həmçinin bax: Del Rio Prada İspaniyaya qarşı [BP], ərizə № 42750/09, 21 oktyabr 2013-cü il, Məlumat bülleteni № 167; və Maktuf və Damyanoviç Bosniya və Herseqovinaya qarşı [BP], ərizələr № 2312/08 və 34179/08, 18 iyul 2013-cü il, Məlumat bülleteni № 165)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy