Rove və Davis (Rowe and Davis) Birləşmiş Krallığa qarşı [BP] - 28901/95
Qərar 16.2.2000 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Dövlət marağının toxunulmazlığı əsası ilə ittiham materiallarının açıqlanmaması: pozuntu
Faktlar: Cənab Rove və cənab Davis 1988-ci ildə törətdikləri qətl və digər cinayət əməllərinə görə hal-hazırda həbsdədirlər. Onlar 1990-cı ildə mühakimə edilmiş və şikayətlərinə 1993-cü ildə baxılmışdır. Onların işi Cinayət İşlərinin Yenidən Nəzərdən Keçirilməsi Komissiyası tərəfindən Apellyasiya Məhkəməsinə ötürülmüşdür. Dörd ərizəçiyə qarşı cinayət prosesi zamanı müvafiq sübutlar dövlət marağı toxunulmazlığ əsasıyla müdafiə tərəfinə açıqlanmamışdır.
Ərizəçilər dövlət marağının toxunulmazlığını əsas gətirərək prokurorluq tərəfindən müvafiq sübutların açıqlanmamasının Avropa İnsan Hüquqları Konvensiyasının Maddə 6 § 1 və § 3 (b) və (d) bəndlərinin pozulması ilə ədalətli məhkəmə araşdırması hüququndan məhrum olunduqlarından şikayət edirdilər.
Hüquqi məsələlər - Maddə 6 § 1: Məhkəmə qeyd etmişdir ki, bu işdə, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq, hakimin məlumatı və təsdiqi olmadan müzakirə olunan sübutların açıqlanmaması haqqında qərar prokuror tərəfindən verilmişdir. Maddə 6 § 1-in müddəalarına əsasən, prokurorluq müdafiə tərəfinə onların lehinə və ya əleyhinə olan bütün sübut materiallarını açıqlamalıdır və müdafiə tərəfi üçün yaranan çətinliklər - məhkəmə orqanlarının həyata keçirdiyi tədbirlərlə balanslaşdırılmalıdır və hazırki işdə proses ədalətli məhkəmə araşdrması hüququna uyğun olmamışdır. Hər iki hal üzrə materialları nəzərdən keçirən Apellyasiya Məhkəməsi şahidlərin ifadə verdiklərini görmədiyi üçün vəziyyəti düzəltmək iqtidarında deyildi və iş materiallarının uyğunluğunu anlamaq üçün yalnız Kral Məhkəməsinin iclas protokollarına və ittiham sənədlərinə əsaslanmalı olmuşdu.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy