© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
R.R. Polşaya qarşı (R.R. v. Poland), ərizə № 27617/04
26.05.2011-ci il tarixli qərar [IV Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Doğuşa qədər genetik müayinədən keçmək imkanının olmaması səbəbindən dölün düzgün inkişaf etməməsinə görə abort etdirmək imkanından məhrum olma: pozuntu baş verib
Faktlar – Hamiləliyin 18-ci həftəsində aparılmış ultrasəs müayinəsindən sonra ərizəçiyə dölün düzgün inkişaf etməməsi ehtimalı barədə məlumat verildi. O, diaqnoz təsdiqlənəcəyi təqdirdə dərhal abort etdirmək istədiyini bildirdi. Ona tövsiyə olundu ki, amniosentez yolu ilə genetik müayinədən keçsin, amma öz həkiminin və bir sıra başqa həkimlərin ona göndəriş verməməsi səbəbindən o, yalnız hamiləliyinin 23-cü həftəsində bu müayinədən keçə bildi. O, yenə də abort etdirilməsini tələb etdi, amma cəhdi uğursuz oldu. Lakin iki həftə sonra o, dölün Terner sindromundan əziyyət çəkdiyini təsdiq edən nəticələri aldıqda artıq abort etdirmək gec idi.[1] Ərizəçi həkimlərin məsuliyyətə cəlb edilməsinə nail olmasa da, həkimlərin genetik müayinələri vaxtında aparmaqdan yayınmaları və ona göndəriş verməkdən imtina etmələrini qeydə almamaları ilə əlaqədar olaraq mülki araşdırma çərçivəsində ona kompensasiya təyin edildi.
Hüquqi məsələlər – Maddə 3: Ərizəçi dəfələrlə genetik müayinəyə göndəriş əldə etməyə çalışmışdı, həmin müayinə dölün düzgün inkişaf etməməsi proqnozunu təsdiq və ya təkzib edə bilərdi. Amma həkimlərin tövsiyəsi əsasında onun genetik müayinəyə göndərilməsi məsələsi müxtəlif təxirəsalmalar və anlaşılmazlıqlar ucbatından və lazımi məsləhət və məlumatların verilməməsi səbəbindən çətinə düşdü. Şübhə yox idi ki, ilkin diaqnozun düzgünlüyünü yalnız genetik müayinə obyektiv olaraq müəyyənləşdirə bilərdi. Müvafiq avadanlığın, tibbi təcrübənin və ya maliyyələşdirmənin olmaması səbəbindən genetik müayinənin qeyri-mümkün olması nə iddia edilmiş, nə də sübuta yetirilmişdi. Genetik pozuntular və ya dölün inkişafında problemlər barədə şübhə olduqda milli qanunvericiliyə əsasən doğuşa qədərki məlumat və müayinələrdən istifadə imkanının təmin edilməsi vəzifəsi birmənalı olaraq dövlətin üzərinə qoyulurdu. Həmçinin qanunvericilik həkimlərin üzərinə ümumi bir vəzifə qoyurdu ki, pasiyentlərə onların işləri barəsində bütün məlumatları versinlər və onların sağlamlıq durumları barədə bütün məlumatları əldə etmək hüququnu təmin etsinlər. Beləliklə, müvafiq dövrdə bu məsələni birbaşa tənzimləyən bir sıra hüquq normaları mövcud idi, həmin normalarda hamilə qadınlara münasibətdə dövlətin pozitiv öhdəlikləri nəzərdə tutulmuşdu, belə ki, dövlət onlara özlərinin və dölün sağlamlıq durumu barədə məlumat əldə etmək imkanı yaratmalı idi.
Ərizəçi olduqca əlverişsiz vəziyyətdə idi. Tibb işçilərinin yaratdıqları əngəllər ucbatından o, dölün sağlamlıq durumu ilə bağlı qeyri-müəyyən vəziyyətdə qalaraq altı həftə ərzində üzüntü keçirmişdi, halbuki tibb işçiləri onun problemini lazımi qaydada həll etməli idilər. Ərizəçinin vaxtının məhdudluğu nəzərə alınmamış və hamiləliyi davam etdirmək, yoxsa qanuni abort etdirmək barədə düşünülmüş qərar qəbul edə bilməsi üçün analizlərin nəticələri ona həddən artıq gec verilmişdi. Beləliklə, ərizəçi alçaldılmışdı və Məhkəmənin fikrincə, onun iztirabları 3-cü maddənin tətbiqini mümkün edən minimal qəddarlıq səviyyəsinə çatmışdı.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 8: Ərizəçinin işində tətbiq edilmiş Polşa qanunvericiliyində ərizəçinin diaqnoz xidmətindən istifadəyə buraxılmasını tələb etmək imkanı verən səmərəli mexanizmlər nəzərdə tutulmayıb, halbuki onlar onun qanuni abort etdirmək barədə düşünülmüş qərar qəbul etmək hüququnu həyata keçirə bilməsi üçün həlledici əhəmiyyət daşıyırdı. Müvafiq olaraq, Polşada daxili qanunvericiliyin praktiki tətbiqi ilə nəzəri cəhətdən qanunda mövcud olan abort hüququ arasında ziddiyyət yaranmışdı və ərizəçinin işində dövlət orqanları öz pozitiv öhdəliklərini, yəni onun şəxsi həyatına hörmət hüququnu təmin etmək öhdəliklərini yerinə yetirməmişdilər.
Nəticə: pozuntu baş verib (bir əsə qarşı altı səslə).
Maddə 41: Mənəvi ziyana görə 45.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Polşa qanunvericiliyinə əsasən dölün anormal inkişafı səbəbindən abort etdirməyə yalnız hamiləliyin ilk 24 həftəsində icazə verilir.
Full & Egal Universal Law Academy