© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
RTBF Belçikaya qarşı (RTBF v. Belgium), ərizə № 50084/06
26.05.2011-ci il tarixli qərar [II Bölmə]
Maddə 6
Mülki icraat
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət imkanı
Televiziyada xəbərlər proqramının yayımına müvəqqəti qadağa qoyulması: pozuntu baş verib
Faktlar – İctimai yayım korporasiyası olan ərizəçi şirkət məhkəmə məsələlərinə həsr olunan "Qanun naminə" (“Au nom de la loi”) adlı aylıq proqram yayımlayırdı. 2000-ci il üçün nəzərdə tutulan proqramda tibbi risklərlə bağlı kadrlar yer almış və pasiyentlərin öz həkimlərinə qarşı artıq mətbuatda yayılmış şikayətlərindən istifadə edilmişdi. Həkim tərəfindən qaldırılmış məhkəmə iddiasından sonra Birinci İnstansiya Məhkəməsinin sədri RTBF-in yayımlamağı nəzərdə tutduğu proqramın müvafiq hissəsinin yayımlanmasına işin mahiyyəti üzrə qərar çıxarılanadək qadağa qoydu, qadağa pozulacağı təqdirdə iki milyon Belçika frankı məbləğində cərimə tətbiq ediləcəkdi. Ərizəçi şirkətin bu qərardan verdiyi apellyasiya şikayətləri uğursuz oldu. Bu ərizə Avropa Məhkəməsinə təqdim edilərkən həkimin RTBF-ə qarşı başladığı məhkəmə işinə mahiyyəti üzrə hələ də baxılmamışdı.
Hüquqi məsələlər – Maddə 10: İşə mahiyyəti üzrə baxılanadək televiziya proqramında müvafiq mövzuya aid məhkəmə məsələlərinə dair kadrların yayımlanmasının qarşısını alan məhkəmə qadağası dövlət orqanları tərəfindən ərizəçi şirkətin ifadə azadlığına müdaxilə təşkil edirdi. Müdaxilənin hüquqi əsasa malik olub-olmadığını aydınlaşdırarkən Məhkəmə qeyd etdi ki, Belçika Konstitusiyası ifadə azadlığı həyata keçirilərkən törədilən hüquq pozuntularının cəzalandırılmasına həmin pozuntular törədilməzdən əvvəl deyil, yalnız törədildikdən sonra icazə verir. Məhkəmə Məcəlləsinə və Mülki Məcəlləyə gəlincə, bu məcəllələrdə nə hansı növ məhdudiyyətlərin tətbiqinə icazə verilməsi, nə də həmin məhdudiyyətlərin məqsədi, müddəti, tətbiq dairəsi və ya onlara nəzarət məsələləri göstərilməmişdi. Daha konkret desək, bu məcəllələr təcili qabaqlayıcı tədbir görülməsi üçün hakim tərəfindən müdaxiləni nəzərdə tutsa, hakimin hansı hallarda bu cür qabaqlayıcı müdaxilə edə biləcəyinə dair presedent hüququnda müəyyən uyğunsuzluqlar vardı. Beləliklə, sözügedən proqramın yayımlanmasının doğura biləcəyi nəticələri ərizəçi şirkətin ağlabatan dərəcədə öncədən görə bilməsi üçün Belçika qanunvericiliyində nə aydın, nə də sabit presedent hüququ var idi. İfadə azadlığına qoyulan qabaqlayıcı məhdudiyyətlərin dəqiq və konkret şəkildə tənzimlənmədiyi bir vəziyyətdə bir çox şəxslər öncədən anonsu verilən televiziya proqramlarında tənqid hədəfi olacaqlarından qorxaraq təcili qadağanedici tədbirin tətbiqi üçün hakimə müraciət edə bilərdilər, hakim isə həmin işlər üzrə müxtəlif qərarlar qəbul edə bilərdi ki, bu da məlumatları yaymaq azadlığının mahiyyətinin qorunmasına şərait yaratmırdı. Bundan əlavə, Avropa Məhkəməsi dövlətlərin yayımçılardan lisenziya tələb etmələri ilə razılaşmaqla çap mediası ilə müqayisədə onlarla fərqli rəftar edilməsi prinsipini qəbul etsə də, kütləvi informasiya vasitəsinin çap mediası və ya audiovizual media olmasından asılı olaraq Kassasiya Məhkəməsinin ona Konstitusiyanın müxtəlif müddəalarını tətbiq etməsi qeyri-təbii görünürdü. Konstitusiya normaları yayıma qoyulan ilkin məhdudiyyət üçün dəqiq hüquqi bazanı təmin etmirdi, xüsusən də nəzərə alsaq ki, Belçikanın presedent hüququnda Konstitusiya ilə qadağan olunan "senzura" anlayışının mənası məsələsi həll olunmamışdı. Buna görə də ərizəçi şirkətə qarşı tətbiq edilmiş qanunvericilik, eləcə də Belçika məhkəmələrinin presedent hüququ Konvensiyanın tələb etdiyi qabaqlayıcı tədbir (şəxsin hərəkətlərinin hansı nəticələr doğuracağını qanunvericilik norması əsasında öncədən görə bilməsi) şərtinə cavab vermirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Qərara alındı ki, pozuntunun müəyyən edilməsi faktı maddi və mənəvi ziyana görə ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy