© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ruslan Yakovenko Ukraynaya qarşı – ərizə № 5425/11
4.6.2015 tarixli qərar [V Bölmə]
7 saylı Protokolun 2-ci maddəsi
Verəcəyi apellyasiya şikayətinin onun azadlığa buraxılacağını gecikdirəcəyi səbəbindən ərizəçinin apellyasiya şikayəti verməkdən imtina etməyə məcbur olması – pozuntu baş verib
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Qanuni tutulma və ya həbsə alınma
Məhkum olunmuş məhbusun hətta cəza müddəti bitdikdən sonra da barəsindəki hökm qüvvəyə minənə qədər qətimkan tədbiri qismində həbsdə saxlanılması: pozuntu baş verib
Faktlar – 12 iyul 2010-cu ildə ərizəçi bir nəfərə ağır bədən xəsarəti yetirməkdə təqsirkar hesab edildi və dörd il yeddi ay müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə qərara aldı ki, hökm qanuni qüvvəyə minənədək ərizəçi qətimkan tədbiri qismində istintaq təcridxanasında (SİZO) həbsdə saxlanmalıdır. 15 iyul 2010-cu ildə ərizəçinin cəza müddəti başa çatdı, çünki artıq o uzun müddət idi ki, məhkəməyəqədər həbsdə saxlanılırdı. O, azadlığa buraxılması üçün SİZO müdiriyyətinə müraciət etdi, amma xahişi rədd edildi. 27 iyul 2010-cu ildə 12 iyul tarixli hökmdən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş on beş günlük müddət başa çatdı və heç bir apellyasiya şikayəti verilmədiyinə görə hökm qüvvəyə mindi. 29 iyul 2010-cu ildə SİZO yekun hökmü icra etmək barədə məhkəmə sərəncamını aldıqdan sonra ərizəçi azadlığa buraxıldı.
Hüquqi məsələlər – Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi
a) 2010-cu il iyulun 15-dən 27-dək ərizəçinin həbsdə saxlanması – Bu dövrdə ərizəçinin həbsdə saxlanması onun cinayət işi üzrə hökm elan olunduqdan sonra baş vermişdi, amma bununla belə daxili qanunvericiliyə əsasən "məhkəməyəqədər həbsdə saxlanma" hesab olunurdu. 12 iyul 2010-cu il tarixli hökmdə ərizəçinin azadlıqdan məhrum edilməsi ilə əlaqədar olan iki ayrıca tədbir nəzərdə tutulmuşdu: birincisi, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi və ikincisi, hökm qüvvəyə minənə qədər qətimkan tədbiri qismində ərizəçinin həbsdə saxlanılması. Təyin olunmuş cəzanın çəkilməsi üç gündən sonra başa çatmalı olsa da, apellyasiya şikayəti vermək üçün müddətin on beş gün olduğunu nəzərə alsaq, qeyd edilən tədbirlərdən ikincisinin müddəti bundan on iki gün artıq olmalı idi. Apellyasiya şikayəti verəcəyi təqdirdə ərizəçinin həbsdə saxlanma müddəti daha da uzanacaq və onun işinə apellyasiya məhkəməsi tərəfindən baxılmasından asılı olacaqdı. Müvafiq olaraq, sözügedən dövrdə ərizəçinin həbsdə saxlanılması, azadlıqdan məhrumetmə cəzasının müddəti tam çəkildikdən sonra baş versə də, 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulan mənada "məhkum olunduqdan sonra" baş vermiş "azadlıqdan məhrum edilmə ilə əlaqədar olan digər tədbir" sayıla bilərdi.
Məhkəmə 12 iyul 2010-cu il tarixli hökm qüvvəyə minənədək ərizəçinin həbsdə saxlanması barədə qərarın daxili qanunvericiliyə zidd olduğunu göstərən heç bir əlamət görmədi. Lakin həmin qərarda ərizəçinin təyin olunmuş cəza müddətindən də artıq müddət ərzində qətimkan tədbiri qismində həbsdə saxlanılmalı olduğunu məhkəmənin hansı əsaslara görə qərara aldığı göstərilməmişdi. Təyin olunmuş cəzanın müddətindən asılı olmayaraq ərizəçinin apellyasiya icraatına gəlməsini təmin etmək üçün həbs qətimkan tədbirinin seçilməsinə haqq qazandıran xüsusi mülahizələr mövcud ola bilər, lakin hökmdə nə belə mülahizələr göstərilmişdi, nə də hökmün məzmunundan həmin mülahizələr barədə nəticə çıxarmaq olardı. Əksinə, məhkəmə ərizəçinin istintaq orqanı ilə əməkdaşlıq etdiyini qeyd etmiş və bu səbəbdən ona qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin etməyi qərara almışdı. Müvafiq olaraq, cavabdeh Hökumətin də etiraf etdiyi kimi, ərizəçinin ona təyin olunmuş cəza müddətindən artıq həbsdə saxlanması əsassız idi və beləliklə 5-ci maddənin 1-ci bəndinin pozuntusunu təşkil edirdi.
b) 2010-cu il iyulun 27-dən 29-dək ərizəçinin həbsdə saxlanması – 12 iyul 2010-cu il tarixli hökm qüvvəyə mindikdən və ərizəçinin həbsdə saxlanması üçün əsasların mövcudluğu aradan qalxdıqdan sonra onun azad edilməsini təşkil etmək üçün dövlət hakimiyyəti orqanlarına iki gün lazım gəldi. Beləliklə, Ukraynanın dövlət orqanları ərizəçinin azad edilməsi barədə qərarın icrasında ləngimələri minimuma endirmək üçün bütün müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməmişdilər. Beləliklə, bu dövrdə ərizəçinin həbsdə saxlanılmasına 5-ci maddənin 1-ci bəndi əsasında haqq qazandırmaq olmazdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
7 saylı Protokolun 2-ci maddəsi: Milli məhkəmələr birinci instansiya məhkəməsinin hökmü qüvvəyə minənədək qətimkan tədbiri qismində ərizəçini həbsdə saxlamağı hətta ərizəçiyə təyin olunmuş cəzanın müddəti bitdikdən sonra da zəruri hesab etdilər. Heç bir apellyasiya şikayəti verilmədiyi üçün sözügedən müddət on iki gün davam etdi. Ərizəçi apellyasiya şikayəti verməyi qərara alsaydı, bu, hökmün qüvvəyə minməsini qeyri-müəyyən müddətədək yubadacaqdı. Müvafiq olaraq, apellyasiya hüququndan istifadə etməsi ərizəçinin azadlığı bahasına başa gələ bilərdi, üstəlik, onun həbsdə qalacağı müddət qeyri-müəyyən olacaqdı. Bu hal ərizəçinin 7 saylı Protokolun 2-ci maddəsində təsbit olunmuş hüququnun mahiyyətinə xələl gətirmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy