© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ryakib Biryukov Rusiyaya qarşı (Ryakib Biryukov v. Russia), ərizə № 14810/02
17.01.2008-ci il tarixli qərar [I Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Qərarın əsaslandırılması
Mülki iş üzrə məhkəmə qərarının əsaslandırıcı hissəsinin elan olunmaması: pozuntu baş verib
Faktlar – Ərizəçi həkimlərin səhlənkarlığa yol verdiklərini iddia edərək xəstəxanaya qarşı mülki iddia qaldırdı. Rayon məhkəməsi birinci instansiya qismində açıq məhkəmə iclasında onun iddia ərizəsinə mahiyyəti üzrə baxdı. Məhkəmə iclası başa çatdıqdan sonra məhkəmə qərarın nəticə hissəsini elan etdi, orada deyilirdi ki, ərizəçinin iddia tələbləri Mülki Məcəllənin 1064-cü maddəsi əsasında rədd edilib. Əsaslandırılmış qərar ərizəçiyə bir müddət sonra təqdim edildi. Ərizəçinin bu qərardan verdiyi şikayəti rədd edərkən regional məhkəmə də açıq məhkəmə iclasında qərarın yalnız nəticə hissəsini elan etdi.
Hüquqi məsələlər – Avropa Məhkəməsi bu məsələni həll etməli idi ki, məhkəmə qərarının yalnız nəticə hissəsinin elan edilməsi mülki məhkəmə prosesində qərarın ictimaiyyətə elan edilməsi tələbinə cavan verirmi? Bu məsələ, öz növbəsində, belə bir məsələnin araşdırılmasını tələb edirdi ki, ictimaiyyət əsaslandırılmış qərarla tanış olma imkanına malik idimi və qərarın tələblərə uyğun olması üzərində ictimai nəzarətin təmin edilməsi üçün tədbirlər görülmüşdümü? Milli qanunvericiliyə əsasən, əsaslandırılmış qərarın surətləri yalnız tərəflərə və işdə iştirak edən digər şəxslərə və onların nümayəndələrinə verilirdi, yaxud onlar məhkəmənin dəftərxanasında qərarla tanış olmağa buraxılırdılar. Buradan belə nəticə çıxır ki, qərarın nəticə hissəsində Mülki Məcəllənin 1064-cü maddəsinə istinad edildiyini nəzərə almasaq, işin mahiyyəti üzrə qərar çıxararkən rayon məhkəməsinin əsaslandığı motivlər ictimaiyyət üçün naməlum qalıb. 1064-cü maddə ziyan vurulmasına görə ümumi məsuliyyəti nəzərdə tutur və qərarın nəticə hissəsində bu əsas prinsipin bu işə necə tətbiq edildiyi barədə heç nə deyilmir, nəticədə qeyri-peşəkar şəxslərə bunun mənası aydın olmayıb. Müvafiq olaraq, ərizəçinin iddia tələblərinin nəyə görə rədd edildiyini ictimaiyyətin anlamasına imkan verən motivlər ictimaiyyətin diqqətinə çatdırılmayıb.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy