İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
S. və MARPER BİRLƏŞMİŞ KRALLIĞA QARŞI
(S. and MARPER v. THE UNITED KINGDOM)
(30562/04 və 30566/04 nömrəli ərizələr)
QƏRAR
STRASBURQ
4 dekabr 2008-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
S. və Marper Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Jan-Pol Kosta (Jean-Paul Costa),
Hakimlər
Kristos Rozakis (Christos Rozakis),
Nikolas Bratza (Nicolas Bratza),
Peer Lorensen (Peer Lorenzen),
Fransuaz Tulkens (Françoise Tulkens),
Xosep Kasadeval (Josep Casadevall),
Covanni Bonello (Giovanni Bonello),
Korneliyu Birsan (Corneliu Bîrsan),
Nina Vayiç (Nina Vajić),
Anatoliy Kovler (Anatoly Kovler),
Stanislav Pavlovskiy (Stanislav Pavlovschi),
Eqbert Miyer (Egbert Myjer),
Danute Yoçiyene (Danutė Jočienė),
Yan Şıkuta (Ján Šikuta),
Mark Villiger (Mark Villiger),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Ledi Bianka (Ledi Bianku)
və məhkəmə katibinin müavini Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
2008-ci il fevralın 27-də və 2008-ci il noyabrın 12-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Britaniyanın iki vətəndaşı cənab S. (“birinci ərizəçi”) və cənab Mixayel Marper (“ikinci ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığına qarşı 2004-cü il avqustun 16-da təqdim edilmiş iki ərizə (30562/04 və 30566/04 nömrəli) əsasında başlanmışdır. Böyük Palatanın sədri Məhkəmənin Prosedur Qaydalarının 47-ci Qaydasının 3-cü bəndinə əsasən birinci ərizəçinin onun adını açıqlamamaq (anonimliyini qorumaq) barədə vəsatətini təmin etmişdir. Ərizəçilərə təmənnasız hüquqi yardım göstərilmiş və onlar Şefild şəhərində fəaliyyət göstərən “Xauels” hüquq şirkətinin əməkdaşı, solisitor cənab P.Maxi tərəfindən təmsil olunmuşlar. Birləşmiş Krallığın Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Xarici və Birlik İşləri İdarəsinin əməkdaşı cənab C. Qrenqer təmsil etmişdir. Ərizəçilər Konvensiyanın 8-ci və 14-cü maddələrinə əsasən şikayət edərək iddia etmişdirlər ki, onlara məhkəmənin hökmü ilə bəraət verilməsinə və ya barələrində həyata keçirilmiş cinayət təqibinə xitam verilməsinə baxmayaraq hakimiyyət nümayəndələri onlara məxsus barmaq izlərini, hüceyrələrin nümunələrini və DNT profillərini saxlamağa davam etmişdirlər. Ərizələr Məhkəmənin Dördüncü Bölmənin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). 2007-ci il yanvarın 16-da ərizələr qeyd olunan hakimlərdən ibarət həmin Bölmənin Palatasında (sədrlik edən – Jozep Kasadeval və hakimlər – Nikolas Bratsa, Covanni Bonello, Kriştaq Traya, Stanislav Pavlovski, Yan Şıkuta, Paaivi Hirvelaa və Bölmənin katibi – Lourens Erli) müzakirə edilmiş və qəbuledilən hesab edilmişdir. 2007-ci il iyulun 10-da Palata işə baxmaq səlahiyyətini Böyük Palataya vermişdir, lakin tərəflər buna etiraz etmişdirlər (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda). Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur. Həm ərizəçilər, həm də Hökumət şikayətlərin mahiyyəti üzrə öz qeydlərini təqdim etmişdirlər. Eyni zamanda, iş üzrə yazılı qeydlər Azadlıq Şurasının (Mülki Hüquqlar üzrə Milli Şura) nümayəndəsi xanım Anna Fearklau və “Prayvisi İnterneşnl” (Privacy İnternational) təşkilatını təmsil etmiş “Kovinqton ve Berlinq” hüquq şirkəti tərəfindən təqdim edilmişdir. Həmin nümayəndələrin üçüncü şəxs kimi yazılı qeydlərin təqdim edilməsi mərhələsində iştirak etməsinə Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən sədr tərəfindən icazə verilmişdir. Həmin şikayətlərə 2008-ci il fevralın 27-də Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Hökumətin nümayəndələri
xanım E.Uillmott – İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının səlahiyyətli nümayəndəsi,
cənab Rabinder Sinqh – Krallığın vəkili,
cənab C.Streçen - vəkil,
cənab N.Fassel,
cənab P.Makfarleyn,
cənab M.Prayor,
cənab S.Brembl,
xanım E.Ris,
cənab S.Sen, məsləhətçilər,
cənab D Qurli,
cənab D.Lavdey, müşahidəçilər,
(b) Ərizəçilərin nümayəndələri
cənab S.Kreqq
cənab A.Sutervalla, vəkillər
cənab P.Maxi, solisitor
Məhkəmə cənab S.Kreqqin və cənab Rabinder Sinqhin çıxışlarını və onların məhkəmənin suallarına verilmiş cavablarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçilər müvafiq olaraq 1989-cu və 1963-cü illərdə anadan olmuş və Şefild şəhərində yaşayırlar.Birinci ərizəçinin, cənab S., 2001-ci il yanvarın 19-da on bir yaşı olarkən ona qarşı soyğunçuluğa cəhdə görə ittiham irəli sürülmüşdür. Onun barmaq izləri və DNT nümunələri[1] götürülmüşdür. 2001-ci il iyunun 14-də onun barəsində bəraət hökmü çıxarılmışdır.İkinci ərizəçi, cənab Mixael Marper, 2001-ci il martın 13-də həbs edilmiş və öz məşuqəsinə qarşı zorakı təzyiqə görə ona ittiham irəli sürülmüşdür. Onun barmaq izləri və DNT nümunələri götürülmüşdür. Lakin, məhkəmədən əvvəl keçirilmiş araşdırmadan öncə tərəflər barışmışdır və onun məşuqəsi öz şikayətini geri götürmüşdür. 2001-ci il iyunun 11-də Birləşmiş Krallığının Cinayət ittihamı üzrə xidməti ikinci ərizəçinin vəkillərinə işə xitam verilməsi barədə xəbərdarlıq təqdim etmişdir. İyunun 14-də isə həmin işə rəsmi qaydada xitam verilmişdir.Ərizəçilər barmaq izlərinin və DNT nümunələrinin məhv edilməsi barədə polisə müraciət etmişlər, lakin, polis bundan imtina etmişdir. Ərizəçilər polisin barmaq izlərinin və DNT nümunələrinin məhv etməmək barədə qərarından məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etmişdirlər. 2002-ci il martın 22-də İnzibati Məhkəmə (məhkəmə tərkibi: İngiltərə və Uelsin Apellyasiya Məhkəməsinin Lord-hakimi Rouz və hakim Levensonun) onların şikayətlərini rədd etmişdir (İngiltərə və Uelsin Yüksək Məhkəməsinin inzibati işlər üzrə kollegiyası, 2002-ci il, iş № 478).2002-ci il sentyabrın 12-də Apellyasiya Məhkəməsi iki səsin (Lord-baş hakim Vulf və Apellyasiya Məhkəməsinin hakimi Uoller) bir səsə (Apellyasiya Məhkəməsinin hakimi Sedli) qarşı əksəriyyət səs çoxluğu ilə İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamışdır (İngiltərə və Uelsin Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyası, 2003-cü il, iş № 1275). DNT nümunələrinin saxlanılması zəruriliyi ilə əlaqədar hakim Uoler aşağıdakıları qeyd etmişdir:
“...Barmaq izləri və DNT profilləri şəxs haqqında məhdud məlumat verir. Fiziki nümunələr potensialda daha çox və müfəssəl şəxsi məlumat daşıyırlar. Narahatlıq ondan ibarətdir ki, bir gün nümunələrin təhlili o səviyyəyə qalxacaq ki, hər hansı insanın cinayət törədilməsində meyli barədə məlumat verə bilər. Qanunun maddəsi isə (“Cinayət mühakiməsi və polis haqqında” Qanunun 82-ci maddəsi) indiki redaksiyada qeyd olunan məqsədlə nümunələrin istifadə edilməsinə imkan yaradacaq. Eyni zamanda, qanuna edilməsi mümkün olan müvafiq dəyişikliklərə əsasən DNT nümunələrin həmin maddədə göstərilən məqsədlərdən fərqli məqsədlərlə istifadə edilməsi mümkün olacaq. Demək olar ki, nümunələrin saxlanılması onların qanunla qadağan olunan məqsədlərlə istifadə edilməsi riskini artırır. Bununla həmin məqsədlərə daha az qadağanedici üsullarla çatmaq olar. Nə üçün həmin məqsədlərə nümunələri saxlamadan, yalnız profillərin saxlanılması ilə çatmaq mümkün deyil?
Fikrimcə bu məsləyə cavab aşağıda göstərildiyi kimidir. Birinci, nümunələrin saxlanılması aşağıdakılar üçün imkan yaradır (a) DNT məlumat sisteminin bütövlüyünü və gələcəkdə onun istifadə etmə imkanlarının yoxlanılması; (b) müxtəlif insanların DNT-lərini tutuşduranda onlar arasında olan fərqlərini daha dəqiq qeyd edilməsi üçün yeni metodların yaradılması təqdirdə DNT profillərin yenilənməsi mümkünlüyünün yenidən təhlil edilməsi; (c) yenidən təhlil apararaq DNT-nin digər əlamətlərini müəyyən etməklə və bununla məlumat bazasında axtarışın surəti, həssaslığı və qiyməti üzrə üstünlüyün əldə edilməsi; (d) hər-hansı şəxs məhkəmə səhvini iddia etsə əlavə təhlilin aparılması; və (e) analitik və ya prosedur səhvlərin müəyyən edilməsi üçün əlavə təhlilin aparılması. Azadlıq Şurası tərəfindən qeyd olunan bu üstünlüklərin və təhlükələrin müqayisəli şəkildə müəyyən etmək vacibdir. İlk növbədə həmin təhlükələrlə əlaqədar mövqeyimiz ondan ibarətdir ki, qanunvericiliyə edilən istənilən dəyişikliklər Konvensiyanın müddəalarına uyğun olmalıdır. İkinci, hüququn tətbiqi təcrübəsində istənilən dəyişikliklər Konvensiyanın müddəalarına uyğun olmalıdır. Üçüncü, bu dəyişiklikləri əvvəlcədən qanunsuz hesab etmək düzgün deyil. Bununla hesab edirəm ki, qeyd olunan təhlükələr ciddi deyil, bu səpkidə cinayətin qarşısının alınması və onları törədən şəxslərin məsuliyyətə cəlb edilməsi perspektivləri qeyd olunan təhlükələrdən üstündür.”
Apellyasiya Məhkəməsinin hakimi Sedli hesab etmişdir ki, polis rəisi cinayətin törədilməsində hər-hansı şəxsdən şübhələnmədiyi halda, onun barəsində adi vəziyyətdə saxlanılmalı olan məlumatları məhv etmək hüququndan istifadə etməlidir. Hakim, həmçinin, qeyd etmişdir ki, DNT nümunələrinin və profillərinin saxlanılması arasında fərq ondan ibarətdir ki, nümunələrin saxlanılması gələcəkdə ilkin təhlilin aparılması nəticəsində əldə olunmuş məlumatdan daha müfəssəl məlumatın əldə edilməsi üçün imkan yaradacaq.2004-cü il iyulun 22-də Lordlar Palatası ərizəçilərin apellyasiya şikayətini rədd etmişdir. Qərarı çıxaran Lord-hakim Steyn “Polis və Cinayət sübutları haqqında” 1984-cü il tarixli Qanunun 64-cü maddəsinin 1A bəndinin qəbul edilməsi tarixçəsini yada salmışdır. Xüsusilə, o, qeyd etmişdir ki, həmin bəndin Parlament tərəfindən Qanuna salınmasından əvvəl ictimaiyyət əvvəlki qanunun müddəaları ilə əlaqədar öz narahatlığını bildirmişdir. Belə ki, əvvəlki qanuna əsasən hər-hansı şəxsə qarşı ittiham irəli sürülmürsə və ya onun barəsində bəraət hökmü çıxarılmışdırsa, nümunələr məhv edilməli və həmin məlumat istifadə edilməməlidir. O xatırlatmışdır ki, iki hadisə zamanı DNT şəklində olan sübutlarda istifadə oluna bilinməmişdir, birinci hal – zorlama ilə əlaqədar işdə, ikinci hal – qəsdən adam öldürmə ilə bağlı işdə. Belə ki, DNT nümunələrin götürüldüyü zamanadək, cinayətkarın biri barəsində bəraət hökmü çıxarılmışdır, ikinci barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bununla cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunmamışdırlar.Lord-hakim Steyn saxlanılmış barmaq izlərinin və nümunələrin dəyərinin çox böyük olmasını qeyd etmişdir. Bununla əlaqədar, o, 1999-cu ildə baş vermiş hadisəni misal kimi göstərmişdir. Həmin işdə cinayətkarın DNT-si ümummilli məlumat bazasında məlum olmayan “İ” şəxsin DNT-si ilə uyğun gəlmişdir. “İ” şəxsin DNT-si vaxtı ilə məhv edilməmişdir. Bundan sonra “İ” şəxs zorlama cinayətini törədilməsində öz günahını boynuna götürdü və nəticədə məsuliyyətə cəlb edilmişdir. Lakin, onun DNT-si saxlanılmasaydı həmin cinayəti törətmiş şəxsi aşkar etmək mümkün olmazdı.Eyni zamanda Lord-hakim Steyn qeyd etmişdir ki, statistik məlumatlara əsasən 6000 yaxın DNT profilləri cinayət hadisələri yerlərində aşkar olunaraq götürülmüş DNT profilləri ilə üst üstə düşmüşdür. Lakin, qanunun qüvvədən düşmüş müddəalarına əsasən onlar məhv edilməli idi. Qeyd edilən cinayət hadisələrdən 53-ü qəsdən adam öldürmə, 33-ü qəsdən adam öldürməyə cəhd, 94-ü zorlama, 38-i cinsi toxunulmazlığı əleyhinə cinayətlər, 63-ü ağırlaşdırıcı hallarla oğurluq, 56-sı narkotik vasitələrin qanunsuz satışı ilə bağlı olmuşdur. Daxili İşlər Nazirliyinin araşdırmalarına əsasən mövcud olan məlumatlar vasitəsi ilə cinayət yerində aşkar olunmuş profillərin məlumat sistemində saxlanılan şəxsi profilləri ilə üst üstə düşməsinin 40%-dək ehtimal var. Bu öz növbəsində onu göstərir ki, barmaq izlərinin və nümunələrin saxlanılması son 3 il ərzində cinayətin qarşısının alınması və ya cinayətin aşkar edilməsi üçün əhəmiyyətli rol oynayıb.Eyni zamanda, Lord-hakim Steyn qeyd etmişdir ki, 1984-cü il tarixli Qanunda barmaq izlərinin və nümunələrin götürülməsi, onların saxlanılması və istifadəsi kimi məsələlər ayrı ayrılıqda göstərilmişdir.Konvensiyanın təhlilinə gəldikdə isə Lord-hakim Steyn bildirmişdir ki, barmaq izlərinin və DNT nümunələrinin sadəcə saxlanılması fərdin şəxsi həyata hörmət hüququna müdaxilə kimi qiymətləndirilə bilməz, lakin, o səhv düşünürsə, bunu kimi müdaxilə cüzi hesab olunmalıdır. Saxlanılan nümunələrin gələcəkdə məqsədəuyğun istifadə edilməməsi hazırda nümunələrin cinayətin qarşısının alınması və ya cinayətin aşkar edilməsi məqsədilə istifadə edilməsinin qiymətləndirilməsi üçün əhəmiyyətsiz hesab olunmalıdır. Gələcəkdə elmin inkişafı tələb etsə Konvensiyanın müddəaları ilə uyğunlaşdırılması məqsədilə müvafiq qərar qəbul edilə bilər. Saxlanılan materialların istifadəsini məhdudlaşdıran müddəa (yalnız cinayətin qarşısının alınması və ya cinayətin aşkar edilməsi məqsədilə istifadə) həmin materialların istifadə etmə imkanlarını həddindən artıq genişləndirmir, belə ki, həmin istifadə öz konteksti ilə məhdudlaşdırılır.Fərdin şəxsi həyata hörmət hüququna məhdudiyyətə haqq qazandırmaq üçün Lord-hakim Steayn Apellyasiya Məhkəməsinin Lord-hakimi Sedlinin fikri ilə tam razıdır. Öz qərarında, o, bildirib ki, DNT nümunələrinin cinayətin qarşısının alınması və ya cinayətin aşkar edilməsi məqsədilə saxlanılması Konvensiyanın 8-ci maddəsində tələb edildiyi kimi “qanunla müəyyən edilmişdir”.Hər hansı mümkün olan müdaxiləyə haqq qazandırılması ilə əlaqədar ərizəçilər bildirilər ki, barmaq izlərinin və DNT nümunələrinin saxlanılması barələrində bəraət hökmü çıxarılan şəxslərlə bağlı şübhələr yaradır. Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirmişdir ki, nümunələrin saxlanılması keçmişdə baş vermiş hadisələrlə, yəni barəsində bəraət hökmü çıxarılmış cinayətlə əlaqədar deyil, onun əsas məqsədi gələcəkdə cinayətlərin açılması üçün dəstək göstərməkdən ibarətdir. Nümunələrin saxlanılması şikayətçilər üçün o zaman mənfi nəticə kimi olacaq ki, eyni nümunələr hadisə yerində də aşkar olunsa. Lord-hakim Steyn müdaxilənin məqsədə proporsional olmasının beş amilini göstərib: (i) barmaq izləri və nümunələr yalnız məhdud olan məqsədlər üçün saxlanılır – cinayətin qarşısının alınması, araşdırılması və ya təqibin həyata keçirilməsi; (ii) barmaq izləri və nümunələr yalnız hadisə yerində aşkar edilmiş nümunələrlə müqayisə etmək üçün istifadə olunur; (iii) barmaq izləri ictimaiyyət üçün açıq deyil; (iv) xüsusi hazırlıq keçmədən saxlanılan məlumat əsasında hər hansı insanın şəxsiyyətini müəyyən etmək mümkün deyil; (v) barmaq izləri və DNT nümunələri üzrə məlumat bazasının genişləndirilməsi ağır və xüsusi ilə ağır cinayətlərlə mübarizədə böyük üstünlük verir.Eyni qanuni məqsədlərinin digər metodlarla, yəni şəxsi həyata bunu kimi üsullarla qarışmamaq, və barmaq izlərinin və DNT nümunələrinin saxlanılması barədə qərarın hər bir iş üzrə ayrıca qəbul edilməsi haqqında fikirlərə cavab olaraq Lord-hakim Steyn Apellyasiya Məhkəməsinin hakimi Uolerın şərhinə istinad etmişdir. Həmin şərhdə qeyd olunur ki, “barmaq izlərinin və DNT nümunələrinin saxlanılmasına haqq qazandırılması polisin hər hansı şəxs tərəfindən cinayətin törədilməsində təqsirsizliyin dərəcəsini müəyyən edilməsi ilə əlaqəsi olduqda, o zaman barələrində bəraət hökmləri çıxarılmış, eyni zamanda barmaq izləri və DNT nümunələri məlumat sistemində saxlanılan həmin şəxslər əsassız olmayaraq hesab edə bilərlər ki, onlar ictimaiyyət tərəfindən stiqmatizasiya edilirlər. Belə ki, onlar təqsirsiz hesab olunmalı, lakin onlarla cinayətkarlarla kimi rəftar edirlər. Bununla əlaqədar qanuni yollarla əldə edilmiş barmaq izlərinin və DNT nümunələrinin polis tərəfindən geniş məlumat bazasında cinayətkarlıqla mübarizə məqsədi ilə saxlanılması ictimaiyyətin maraqlarına xidmət edir və belə hal stiqmatizasiya kimi qiymətləndirilməməlidir”.Lord-hakim Steyn DNT nümunələri ilə profillər arasında fərqin vəziyyətə təsir göstərilməsi barədə fikirlərlə ilə razılaşmır.Eyni zamanda Lordlar Palatası ərizəçilərin barmaq izlərinin və DNT nümunələrinin polis tərəfindən saxlanılması və bütövlükdə cinayət prosesi zamanı hər bir şəxsdən nümunələrin götürülməməsini bildirərək bununla onlara qarşı ayrı-seçkilik xarakteri daşıyan rəftarın baş verməsi və nəticədə Konvensiyanın 14-cü maddəsinin pozuntusu barədə iddialarını rədd etmişdir. Lord-hakim Steyn hesab etmişdir ki, “güman etsək ki Konvensiyanın 8-ci maddəsi barmaq izlərinin və DNT nümunələrinin saxlanılması məsələsinə aiddir, və bununla Konvensiyanın 14-cü maddəsi belə halda tətbiq oluna bilər, lakin, ərizəçilər tərəfindən iddia olunduğu kimi statusa görə ayrı-seçkili rəftara məruz qalması Konvensiyanın 14-cü maddəsinin məqsədləri ilə uyğun deyil. Həmin fərqlilik yalnız qanuni əsaslarla polis tərəfindən götürülmüş barmaq izlərinin və DNT nümunələrinin saxlanılması kimi tarixi faktı kimi təsdiqləyir.” Hakimin fikrincə ərizəçilərin və şübhələndirilən şəxslərin (həmin şəxslərin nümunələri ərizəçilərin nümunələri ilə müqayisə oluna bilər) vəziyyəti oxşar deyil. Hətta, hakimin fikirlərinə zidd olaraq, güman etsək ki, rəftarda müxtəliflik mütləq əsaslandırılmalıdır, Lord-hakim Steynin fikrincə belə bir əsaslandırma müəyyən edilmişdir: birinci, həmin halda qanuni məqsədə xidmət etmək kimi prinsip mövcuddur, belə ki barmaq izləri və DNT nümunələri üzrə məlumat bazasının genişləndirilməsi cinayətin törədilməsinin qarşısının alınması, eyni zamanda baş vermiş cinayətlərin açılması və təqsirsiz şəxsləri məsuliyyətə cəlb etməmək kimi məqsədlərə xidmət edir; ikinci, mütənasiblik prinsipi də təmin olunub, belə ki 1984-cü il tarixli Qanunun 64-cü maddəsinin 1A bəndi qanunverici orqan tərəfindən qoyulmuş ağır cinayətkarlıqla mübarizə kimi məqsədinin mütənasib üsul kimi göstərilmişdir.Baronessa Heyl Riçmondlu digərlərin fikri ilə razılaşmayaraq bildirmişdir ki, barmaq izlərinin və DNT məlumatlarının saxlanılması şəxsi həyata hörmət hüququna müdaxilə kimi qiymətləndirilməli və bununla həmin müdaxilə Konvensiyanın müddəaları mənasında əsaslandırılmalıdır. Onun fikrincə həmin aspekt şəxsi informasiya mövzusuna aiddir. İnsanın genetik görünüşü barədə məlumat şəxsi məlumat ola bilərmi? Eyni zamanda, o, bildirib ki, barmaq izlərinin və DNT nümunələrinin fərqliliyinin mənası onların saxlanılmasının əsaslandırılması barədə məsələ qalxarkən daha vacib olur. Belə ki, barmaq izlərinin saxlanılmasını əsaslandıran amillər DNT nümunələrinin saxlanılmasını əsaslandıran amillərdən fərqlənə bilərlər. Lakin, o, əksəriyyət hakimlərlə razılaşmışdır ki, həmin əsaslandırmalar hər iki ərizəçinin işində mövcuddur.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ MATERİALLAR
A. İngiltərə və Uels
1. “Polis və Cinayət sübutları haqqında” 1984-cü il tarixli Qanun
“Polis və cinayət sübutları haqqında” 1984-cü il tarixli Qanun polis əməkdaşlarına barmaq izlərinin (61-ci maddə) və DNT nümunələrinin (63-cü maddə) götürülməsi üzrə səlahiyyət verir. 61-ci maddəyə əsasən şəxsin öz razılığı olmadan onun barmaq izləri ən aşağı superintendant rütbədə olan polis əməkdaşının razılığı ilə, ya da irəli sürülmüş ittiham üzrə hüquq pozuntuya görə onu ən azı polisdə qeydiyyata götürə bilərlər, ya da həmin şəxsə bildirilməlidir ki, tərəfindən törədilmiş pozuntuya görə barəsində raport tərtib olunacaq. Barmaq izlərinin götürülməsindən əvvəl şəxsə götürülən barmaq izlərinin gələcəkdə axtarış məqsədilə istifadə oluna biləcəyi barə məlumat verilməli və bu barədə dərhal protokola müvafiq qeyd daxil olunmalıdır. Eyni zamanda protokolda barmaq izlərinin götürülməsinin səbəbləri göstərilməlidir. Eyni qaydalar da DNT nümunələrinin götürülməsi ilə əlaqədar mövcuddur (63-cü maddə).Barmaq izlərinin və DNT nümunələrinin saxlanılmasını (müvafiq protokollarının aparılması da daxil olmaqla) tənzimləyən 1984-cü il tarixli Qanunun 64-cü maddəsinin 1A bəndi “Cinayət mühakiməsi və polis haqqında” 2001-ci il tarixli Qanununun 82-ci maddəsi ilə əvəzlənmişdir. Həmin maddə aşağıda göstərildiyi kimi oxunur:
“O zaman: (a) barmaq izləri və DNT nümunələri hər hansı şəxsdən cinayət işi üzrə araşdırmanın aparılması ilə əlaqədar götürülür; və (b) həmin maddənin 3-cü yarımbəndinə əsasən barmaq izləri və DNT nümunələri müvafiq məqsəd üçün istifadə edildikdən sonra cinayətin qarşısının alınması, cinayətim araşdırılması və ya cinayət təqibinin həyata keçirilməsi məqsədləri ilə saxlanıla bilər. ...
(3) O zaman: (a) barmaq izləri və DNT nümunələri hər hansı şəxsdən cinayət işi üzrə araşdırmanın aparılması ilə əlaqədar götürülürsə; və (b) həmin şəxs cinayət işi üzrə təqsirləndirilən kimi çıxış etmirsə, ondan götürülmüş barmaq izləri və DNT nümunələri həmin maddənin növbəti bəndlərində qeyd olunan hallar istisna olmaqla ləğv olunmalıdırlar.
(3AA) hazırkı maddənin 3-cü bəndinə əsasən aşağıda qeyd olunan barmaq izləri və DNT nümunələri ləğv edilməməlidir: (a) onlar sonradan çərçivəsində ittihamedici hökm çıxarılmış cinayət işinin araşdırılması məqsədilə götürülmüşdürsə; (b) həmin barmaq izləri və DNT nümunələri cinayət işinin araşdırılması üçün təqsirləndirilən şəxsdən götürülmüşdürsə”.
Həmin Qanunun 64-cü maddəsinin əvvəlki redaksiyasında qeyd edilmişdir ki, cinayət işinin araşdırılması məqsədilə barmaq izləri və DNT nümunələri götürülmüş şəxs barəsində bəraət hökmü çıxarılıbsa müəyyən istisnalarla həmin barmaq izləri və nümunələr iş üzrə araşdırmanın bitməsindən sonra imkan yaranan kimi ləğv olunmalıdırlar.Lakin, 64-cü maddəsinin 1A bəndinə əsasən saxlanılan materialların istifadə qaydaları həmin müddəada mövcud məhdudiyyətləri nəzərə almadan müəyyən edilməmişdir. Dövlət ittihamçının vəsatəti ilə qaldırılmış iş üzrə (№ 3, 1999-cu il üzrə) (apellyasiya şikayətləri üzrə qərarların toplusu, 2001-ci il, 2-ci cild) Lordlar Palatası 1984-cü il tarixli Qanununun 64-cü maddəsinin həmin vaxtdakı redaksiyasına əsasən ləğv olunmalı DNT nümunəsinin iş üzrə sübut kimi istifadə edilməsi məsələsinə baxmışdır. Həmin işdə Lordlar Palatası hesab etmişdir ki, qanunsuz əldə olunmuş nümunələrin istifadəsinə qadağa qoyulması həmin sübutun mütləq şəkildə iş üzrə qəbul edilməməsi ilə nəticələnməməlidir. Həmin sübutun mümkünlüyü barədə qərarın qəbul edilməsi səlahiyyəti işə mahiyyət üzrə baxan hakimin mülahizəsinə buraxılmışdır.
2. “İnformasiya təhlükəsizliyi haqqında” 1998-ci il tarixli Qanun
“İnformasiya təhlükəsizliyi haqqında” Qanun Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 95/46/Aİ nömrəli 2995-ci il 24 oktyabr tarixli Direktivin implementasiyası məqsədilə qəbul edilmişdir (bax aşağıda göstərilən 50-ci bəndə). “İnformasiya təhlükəsizliyi haqqında” Qanununa əsasən “şəxsi məlumat” – hal hazırda yaşayan və şəxsiyyəti aşağıda göstərilmiş əsaslarla müəyyənləşə bilən şəxs barədə məlumat: (a) bu məlumat əsasında; (b) məlumatın emal edilməsinə nəzarət edən şəxsin sərəncamında olan və ya onun sərəncamına düşə bilən məlumatlar əsasında, o cümlədən hər hansı şəxs barədə fikrin ifadə edilməsi və ya hər hansı şəxs münasibətində məlumatlara nəzarət edən və ya digər şəxsin niyyətləri (1-ci maddə). “Şəxsi xarakterli gizli məlumat” – hər hansı şəxs barəsində ümumi şəxsi məlumatlarla yanaşı onun irqi və ya milli mənsubiyyəti, tərəfindən hər hansı cinayətin törədilməsi və ya bununla əlaqədar müvafiq araşdırmanın aparılması, ya da araşdırmanın yekunlaşması və ya məhkəmə tərəfindən cinayətin törədilməsinə görə cəzanın təyin edilməsi barədə məlumat (2-ci maddə).“İnformasiya təhlükəsizliyi haqqında” Qanuna əsasən şəxsi xarakterli məlumatların emalı 1 nömrəli Əlavədə göstərilən informasiya təhlükəsizliyi üzrə səkkiz prinsipə əsasən həyata keçirilir. Birinci prinsipə əsasən şəxsi məlumat qərəzsiz və qanun əsasında emal edilməlidir. Həmin məlumat aşağıdakı hallarda emal edilə bilər: (a) 2 nömrəli Əlavədə göstərilən şərtlərin heç olması biri yerinə yetirilir; və (b) məsələ şəxsi xarakterli gizli məlumatla əlaqədar olduqda və 3 nömrəli Əlavədə göstərilən şərtlərin heç olması biri yerinə yetirilir. 2 nömrəli Əlavədə bütün şərtlər konkret göstərilmişdir, xüsusən də, istənilən xarakterli şəxsi məlumatın emal olunması ədalət mühakiməsinin və ya hər-hansı digər ictimai maraqlar üçün hər hansı şəxs tərəfindən müəyyən funksiyaların həyata keçirilə bilər (5-ci bəndin “a” və “d” yarımbəndləri). 3 nömrəli Əlavədə daha ətraflı şərtlər göstərilir, o cümlədən, şəxsi xarakterli gizli məlumatın məhkəmə baxışının həyata keçirilməsi əlaqədar emalı (6-cı bəndi “a” yarımbəndi), və ya ədalət mühakiməsinin həyata keçirilməsi (7-ci bəndin “a” yarımbəndi), həmçinin, müvafiq emalın məlumat subyektlərinin hüquq və azadlıqlarının təmin olunaraq həyata keçirilməsi (4-cü bəndin “b” yarımbəndi). 29-cu maddəyə əsasən birinci prinsip, 2 və 3 nömrəli Əlavələrdə göstərilən şərtlərin təmin olunması tələb edilmirsə, cinayətin qarşısının alınması və ya onun araşdırılması məqsədilə emal edilən şəxsi məlumata şamil edilmir. Beşinci prinsipə əsasən bir və ya bir neçə məqsədlər üçün emal olunan məlumat bu məqsədlərə nail olmaq üçün tələb olunan müddətdən artıq saxlanılmamalıdır. İnformasiya üzrə Müvəkkil (bu vəzifə 1998-ci il tarixli Qanuna əsasən təsis edilmişdir) və məlumatın emalı üzrə nəzarəti həyata keçirən vəzifəli şəxslər tərəfindən öz səlahiyyətlərini dürüst həyata keçirilməsini müstəqil olaraq təmin edir. Bununla əlaqədar, o sərəncamlar, qəbul edə bilər (40-cı maddə). 1998-ci il tarixli Qanuna əsasən Müvəkkilin informasiya ilə əlaqədar sərəncamlarının icra edilməməsi, həmçinin şəxsi məlumatın emala nəzarət edən şəxsin icazəsi olmadan alınması və yayılması cinayət hesab olunur (müvafiq olaraq 47-ci və 55-ci maddələr). 13-cü maddəyə əsasən 1998-ci il tarixli Qanunun pozulması ilə əlaqədar dəymiş ziyana görə təzminatın ödənilməsi haqqında şikayətlər Birləşmiş Krallığın məhkəmələrinə verilə bilər.
3. Polisin ümummilli məlumat bazasında adbaad məlumatların saxlanılması üzrə 2006-cı il tarixli Tövsiyələr
Barmaq izlərinin və DNT nümunələrinin saxlanılması barədə bəzi tövsiyələr İngiltərə və Uelsdə baş polis əməkdaşlarının Assosiasiyası tərəfindən tərtib edilmiş Polisin ümummilli məlumat bazasında adbaad məlumatların saxlanılması üzrə 2006-cı il tarixli Tövsiyələrdə öz əksini tapmışdırlar. Həmin Tövsiyələr məlumatın polisin ümummilli bazasından silinməsi prinsipinə deyil, həmin məlumatın əldə edilməsinin məhdudlaşdırılması prinsipinə əsaslandırılmışdır. Həmin Tövsiyələrdə qeyd olunur ki onların qəbul edilməsi nəticəsində polis bazasında saxlanılan məlumatları əldə edə bilən digər qeyri-polis təşkilatlarının fəaliyyətinə də toxunula bilər.Həmin Tövsiyələrdə əldəetmənin diversifikasiya sisteminin köməkliyi ilə polisin bazasında saxlanılan məlumatların əldə edilməsinin müxtəlif səviyyələri müəyyən olunur. Hər hansı bir cinayətin törədilməsində məhkəmə tərəfindən təqsirləri bilinməmiş şəxslər barədə məlumat avtomatik olaraq məhdudlaşdırılır və onu yalnız polis əməkdaşları istifadə edə bilərlər. Barələrində ittiham hökmü çıxarılmış şəxslər haqqında məlumata məhdudiyyət törədilmiş cinayətin ağırlığından, təyin olunmuş cəzadan və təqsirləndirilən şəxsin yaşından asılı olaraq 5 ildən 35 ilədək müddətin keçdikdən sonra qoyulur. Bəzən barələrində ittiham hökmü çıxarılmış şəxslər haqqında məlumata məhdudiyyət heç bir halda qoyulmur.Polis orqanlarının baş rəis heyəti ümummilli polis bazasına daxil olmuş məlumatın kiçik və orta rəis heyəti tərəfindən emal edilməsinə nəzarət edir. İstisna hallarda onlar məlumat bazasında saxlanılan ittiham hökmləri, asayişin pozulması, bəraət hökmləri və ya əvvəlki tutulmalar barədə məlumatların ləğv edilməsinə dair göstəriş verə bilərlər. İstisna hallarda böyük rəis heyəti tərəfindən belə səlahiyyətin həyata keçirilməsində köməklik edən xüsusi qayda 2 nömrəli Əlavədə göstərilmişdir. Güman edilir ki, həmin istisna hallar nadir hallarda baş verirlər. Belə hallarda şəxsin ilkin tutulması və ya barmaq izlərinin və DNT nümunələrinin götürülməsi qanunsuz olmuşdur, ya da heç bir qanun pozuntusu baş verməmişdir. Hər hansı bir halın istisna hal kimi qiymətləndirilməsində əvvəl hər bir yüksək rütbəli polis əməkdaşı barmaq izlərinin və DNT nümunələrinin saxlanılmasına cavabdeh olan əməkdaşla məsləhətləşmələr aparmalıdır.
B. Şotlandiya
Şotlandiyanın “Cinayət prosesi haqqında” 1995-ci il tarixli Qanuna (sonrakı əlavələr və dəyişikliklərlə) əsasən hər hansı şəxs barəsində bəraət hökmü çıxarıldıqda və ya barəsində elan edilmiş bütün ittihamlar geri götürüldükdə ondan götürülmüş DNT nümunələri və onların əsasında əldə edilmiş DNT profilləri ləğv edilməlidirlər. Qanuna edilmiş dəyişikliklərə əsasən hər hansı bir şəxs cinsi toxunulmazlığı əleyhinə cinayətin törədilməsində şübhəli bilinibsə və hətta barəsində ittiham hökmü çıxarılmayıbsa ondan götürülmüş DNT nümunələri və profilləri üç il ərzində saxlanıla bilərlər (2006-cı il tarixli Qanunun 83-cü maddəsi ilə 1995-ci il tarixli Qanununa yeni 18A maddəsi əlavə edilmişdir). Polis rəisi saxlanılma müddətinin daha iki ilə uzadılması ilə əlaqədar şerifə müraciət etməsə həmi müddətin bitməsindən sonra DNT nümunələri və müvafiq məlumatlar ləğv edilməlidir.
C. Şimali İrlandiya
2001-ci ildə Şimali İrlandiyanın “Polis və cinayət işləri üzrə sübutlar haqqında” 1989-cu il tarixli Sərəncama İngiltərə və Uelsin “Polis və cinayət işləri üzrə sübutlar haqqında” Qanuna edilmiş eyni dəyişikliklər əlavə edilmişdir. Barmaq izlərinin və DNT nümunələrinin saxlanılması qaydaları İngiltərə və Uelsdə tətbiq olunan qaydalara uyğundur (bax hazırkı qərarın 27-ci bəndinə).
D. Bioetika üzrə Naffild Şurasının[2] Hesabatı
Bu yaxınlarda dərc edilmiş Bioetika üzrə Naffild Şurasının Hesabatına əsasən barmaq izlərinin, DNT profillərinin və bioloji nümunələrinin saxlanılması bunu kimi bioloji məlumatların əldə edilməsindən daha geniş mübahisə yaradır. Bioloji nümunələrin saxlanılması isə onlardan əldə oluna biləcək məlumatın miqyasını nəzərə alaraq barmaq izlərinin və DNT məlumatlarının rəqəmli profillərinin saxlanılmasında mübahisə üçün daha geniş problem qaldırır. Hesabatın müəllifləri qeyd edirlər ki, hal-hazırda barəsində ittiham və ya bəraət hökmünün çıxarılmasından asılı olmayaraq hər hansı cinayətin törədilməsində şübhəli bilindiyinə görə və bununla əlaqədar barəsində həbs qətimkan tədbiri seçildiyinə görə şəxsdən götürülmüş barmaq izlərinin, həmçinin DNT nümunələrinin və profillərin müddətsiz saxlanılmasını müsbət hal kimi göstərən sübutlar mövcud deyil. “Uşaq Hüquqları haqqında” 1989-cu il tarixli BMT Konvensiyasının tələbi əsasında yetkinlik yaşına çatmamış uşaqlar barəsində bioloji informasiyasının müddətsiz saxlanılması təcrübəsi Hesabat müəlliflərini xüsusilə narahat edir.Eyni zamanda hesabatda DNT məlumatlarının qohumluq əlaqələrinin və etnik mənsubiyyətinin müəyyən edilməsi, habelə, bələ məqsədlərə nail olunmasına aid olmayan digər təhqiqatların aparılması üçün istifadə etmə hallarının geniş yayılmasından narahatlıq bildirilir. Qohumluq əlaqəsinin müəyyən edilməsi – cinayət yerindən götürülmüş DNT profillərin ümummilli bazada saxlanılan DNT profilləri ilə tutuşdurulması və onları qohumluq “yaxınlığı” əlaməti üzrə təsnif edilməsi. Bununla cinayətkarın genetik qohumlarının müəyyən edilməsi mümkün olur. Nəticə etibarı ilə qohumluq əlaqələrin axtarılması bundan əvvəl məlum olmayan və ya gizli genetik əlaqələrin müəyyən edilməsinə gətirəcək. Hesabat müəllifləri hesab edirlər ki, DNT məlumat bazası vasitəsilə qohumların müəyyən edilməsi xüsusilə incə məsələdir.Bundan sonra, DNT profilində allellərin[3] DNT profillərində konkret birləşməsi donorun etnik mənsubiyyətinin müəyyən edilməsi üçün istifadə oluna bilər. Nəzərə alsaq ki, insanı “etnik mənsubiyyəti” bazada qeyd olunur DNT profillərin əsasında şəxsin etnik mənsubiyyəti barədə fikir söyləmək olar. Belə ki, bioloji nümunələrinin götürülməsi zamanı polis əməkdaşları şübhəli şəxsləri “etnik mənsubiyyəti” əsasında yeddi kateqoriyadan birinə aid edirlər. Bununla, məlumat bazasının istifadəsi ilə etnik mənsubiyyətini müəyyən edilməsi üçün aparılan təhqiqatlar polis tərəfindən ibtidai araşdırma zamanı istifadə oluna bilər. Misal üçün həmin təhqiqatlar şübhəli şəxslərin dairəsinin daralması və ya araşdırmanın prioritet istiqamətlərin müəyyən edilməsi üçün istifadə oluna bilər. Hesabatda qeyd edilir ki, sosial faktorlar və polisin iş üslubu göstərir ki, polis əsasən qaradərililəri və etnik azlıqları daha çox saxlayır, onların üzərində axtarış edir və onları həbs edir. Nəticədə onların DNT profilləri qeydə alınırlar. Bununla əlaqədar şəxsin etnik mənsubiyyətinin bioloji nümunələr əsasında müəyyən edilməsi və bunun nəticədə cinayət törədilməsində meyllik kimi irqi baxışların yaranması ehtimalı hesabat müəlliflərində ciddi narahatlıq doğurur.
III. MÜVAFİQ MİLLİ VƏ BEYNƏLXALQ MATERİALLAR
A. Avropa Şurasının sənədləri
Birləşmiş Krallıq münasibətində 1987-ci il dekabrın 1-də qüvvəyə minmiş “Şəxsi məlumatların avtomatlaşdırılmış emal zamanı fiziki şəxslərin müdafiəsi haqqında” Avropa Şurasının 1981-ci il tarixli Konvensiyasına (bundan sonra “məlumatların mühafizəsi Konvensiyası” kimi adlandırılacaq) əsasən müəyyən fiziki şəxsə (məlumat subyekti) aid olan istənilən məlumat “şəxsi məlumat kimi hesab olunur”. Bu Konvensiya xüsusilə aşağıdakıları müəyyənləşdirir:
“5-ci maddə - Məlumatların keyfiyyəti
Avtomatlaşdırılmış emala məruz qalan şəxsi məlumatlar:
...
b. müəyyən və qanuni məqsədlər üçün saxlanılmalı və bu məqsədlərə uyğun olmayan digər məqsədlər üçün istifadə olunmamalıdırlar;
c. adekvat, işə aid olmalı və saxlanılma məqsədləri üçün hədsiz olmamalıdır
...
e. Məlumatların subyektlərini müəyyən edilməsinə imkan yaradan formada saxlanılmalı, lakin, saxlanılma müddəti müəyyən məqsədlər üçün təyin olunmuş müddətdən artıq olmamalıdır
6-cı maddə - Məlumatların xüsusi kateqoriyaları
İrqi mənsubiyyətə, siyasi baxışlara, dini etiqada, sağlamlığa və ya cinsi həyata aid şəxsi məlumatlar daxili qanunvericilikdə müvafiq təminatlar verilmədikdə avtomatlaşdırılmış emala məruz qalmamalıdırlar... .
7-ci maddə - Məlumatların mühafizəsi
Avtomatlaşdırılmış məlumat bazasında saxlanılan şəxsi məlumatların mühafizəsi üçün müvafiq təhlükəsizlik tədbirləri görülür. Həmin tədbirlər müvafiq məlumatın təsadüfən və ya sanksiyalaşdırılmamış ləğvinin və ya təsadüfi itməsinin, habelə, məlumatın sanksiyalaşdırılmamış əldə olunmasını, onların dəyişdirilməsini və ya yayılmasının qarşısını almalıdır”.
Polisin fəaliyyətində şəxsi məlumatın istifadəsini tənzimləyən R(87)15 nömrəli 1987-ci il 17 sentyabr tarixli Tövsiyə:
“2-ci prinsip. Məlumatın yığılması
2.1. Polisin fəaliyyət məqsədləri üçün şəxsi məlumatların yığılması real təhlükənin və ya cinayətin qarşısının alınması üçün kifayət olan həcmlə məhdudlaşdırılmalıdır. Bu qaydadan istənilən istisnalar milli qanunvericiliyinin konkret müddəaları ilə tənzimlənməlidirlər... .
3-cü prinsip – Məlumatın saxlanılması
3.1. İmkan daxilində polisin fəaliyyət məqsədləri üçün şəxsi məlumatların saxlanılması dəqiq qeydlərlə məhdudlaşdırılmalıdır. Eyni zamanda həmin qeydlər milli qanunvericiliyin tələbləri və beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri çərçivəsindən polisə öz qanuni vəzifələrini yerinə yetirmək imkanları yaratmalıdır... .
7-ci prinsip – Saxlanılma müddəti və məlumatların aktuallaşması
7.1. Polisin fəaliyyət məqsədləri üçün saxlanılan şəxsi məlumatların onun saxlanılması üçün ehtiyac olmadıqda vaxtı vaxtında ləğv olunması məqsədilə müəyyən tədbirlər görmək.
Bu məqsədlə xüsusən aşağıdakı meyarlar nəzərə alınmalıdırlar: hər bir konkret iş üzrə aparılmış araşdırma zamanı gəlmiş nəticəni nəzərə alaraq məlumatın saxlanılması; hər hansı məhkəmə qərarının və xüsusilə bəraət hökmünün qüvvəyə minməsi; məhkəmə tərəfindən təyin edilmiş cəzanın çəkilməsi; amnistiya; məlumat subyektinin yaşı; məlumatın xüsusi kateqoriyaya aid olması”.
“Cinayət mühakimə sistemi çərçivəsində DNT təhlillərin istifadəsi haqqında” R(92)1 nömrəli 1992-ci il 10 fevral tarixli Tövsiyə;
“3. Nümunələrin və onlardan əldə edilmiş məlumatların istifadəsi
Cinayətin araşdırılması və təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə DNT təhlili üçün götürülən nümunələr və bu təhlil nəticəsində əldə edilmiş məlumatlar digər məqsədlər üçün istifadə edilməməlidirlər.
DNT təhlili üçün götürülən nümunələrin və bu təhlil nəticəsində əldə edilmiş məlumatların istifadəsi təhqiqat və statistika məqsədləri üçün tələb oluna bilər. Bu məqsədlə DNT nümunələrindən istifadəsi zamanı nümunələrin kimə məxsus olmasını təyin etmək mümkün olmamalıdır. Bununla əlaqədar donorun adı və onun barəsində digər məlumatlar yığışdırılmalıdır.
4. DNT təhlili üçün nümunələrin götürülməsi
DNT təhlili üçün nümunələrin götürülməsi milli qanunvericiliklə müəyyən edilmiş şərtlərlə mümkündür. Bəzi ölkələrdə nümunələr yalnız məhkəmə qərarının əsasında götürülə bilərlər... .
8. Nümunələrin və məlumatların saxlanılması
Fiziki şəxslərdən DNT təhlili üçün götürülmüş nümunələr və digər toxumalar, onların götürülməsinin bir başa səbəbi ilə əlaqədar olmadıqda, həmin iş üzrə yekun qərarının çıxarılmasından sonra saxlanılmamalıdırlar.
DNT təhlilinin nəticələrinin müəyyən məqsədlər üçün istifadə olunmasına ehtiyac duyulmadıqda onların dərhal məhv olunması ilə əlaqədar müvafiq tədbirlər görülməlidir. Lakin, DNT təhlilinin nəticələri və əldə olunmuş məlumatlar insan həyatına və təhlükəsizliyinə qarşı törədilmiş cinayətlə əlaqədar barəsində ittiham hökmü çıxarılmışdırsa saxlanıla bilərlər. Belə hallarda milli qanunvericilik həmin nümunələrin saxlanılma müddətini dəqiq tənzimləməlidir.
Nümunələr və toxumalar, həmçinin onların emalı zamanı əldə edilmiş məlumatlar aşağıda göstərilmiş əsaslarla daha uzun müddət ərzində saxlanıla bilərlər:
- mənsub olduqları şəxsin xahişi ilə; və ya
- həmin nümunənin kimə mənsub olunmasının təyin edilməsi mümkün olmadıqda, misal üçün həmin nümunə cinayət yerində aşkarlanıbsa;
Dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə Avropa Şurasının Üzv-Dövlətləri daxili qanunvericiliklərində nümunələrin, DNT təhlilinin nəticələrinin və bununla əldə edilmiş məlumatın mənsub olduqları şəxsə qarşı ittiham elan edilməmişdirsə və ya barəsində ittiham hökmü çıxarılmamışdırsa saxlanılması mümkün hesab oluna bilər. Belə hallarda milli qanunvericilik həmin nümunələrin saxlanılma müddətini dəqiq tənzimləməlidir...”.
Tövsiyənin 8-ci bəndi üzrə izahedici memorandum
“47. İşçi Qrupa məlumdur ki, Tövsiyənin 8-ci bəndinin hazırlanması incə məsələdir və mühafizə olunmalı çətin xarakterli maraqlara toxunur. Həmin maraqlar arasında ədalətli tarazlığın qorunması vacibdir. Həm İnsan Hüquqlarının Müdafiəsi haqqında Konvensiyada həm də Məlumatların qorunması haqqında Konvensiyada istisna edən əsaslar kimi cinayətin qarşısının alınması və üçüncü şəxslərin hüquq və azadlıqlarının qorunması kimi göstərilmişdir. Lakin, bu istisnalar demokratik cəmiyyətdə olan istisnalarla uyğun olduqları üçün mümkün hesab olunurlar... .
49. Nəzərə alsaq ki, DNT nümunələrin götürülməsinin və onların əsasında təhlilin aparılmasının ümdə məqsədi cinayətkarların aşkar olunması və təqsirləndirilən şəxslərin reabelitasiyasıdır şəxs barəsində şübhələrin aradan qaldırılmasında sonra həmin məlumatlar məhv edilməlidirlər. Sual yaranır: hər-hansı bir şəxs təqsirli bilinibsə ondan götürülmüş DNT nümunələri və onların təhlili nəticəsində əldə olunmuş məlumatlar nə qədər saxlanıla bilərlər.
50. Ümumi qadaya uyğun olaraq ehtiyac olmadıqda həmin məlumatlar məhv olunmalıdırlar. Belə hal şəxsin təqsiri olub olmaması barədə yekun qərar çıxarılandan sonra baş verir. Bioetika üzrə xüsusi eksperimental Komitənin gəldiyi nəticəyə əsasən milli qanunvericilikdə “yekun qərar dedikdə” məhkəmənin qərarı başa düşülür. Lakin, İşçi Qrup xüsusi işlər və müəyyən kateqoriyalı cinayətlər üzrə məlumat bazaların yaradılmasının vacibliyini qeyd edir. Belə hallar o qədər ciddi olmalıdır ki, onlar digər yanaşmanın xüsusiyyətləri kimi tanınmalıdırlar. İşçi Qrup İnsan Hüquqları üzrə Avropa Konvensiyasını, Məlumatların mühafizəsi haqqında Konvensiyasını və Avropa Şurası çərçivəsində digər normativ-hüquqi sənədlər təhlil edərək belə nəticəyə gəlmişdir. Bundan başqa İşçi Qrup nəzərə almışdır ki, Avropa Şurasının bütün Üzv-Dövlətləri cinayət mühakiməsinin məqsədlərinə çatması üçün məhkumluq barədə məlumatları saxlayırlar... . İşçi Qrup hesab edir ki, istisnalar aşağıda göstərilən dəqiq şərtlər yerinə yetirildikdə mümkündür:
- şəxs barəsində ittiham hökmü çıxarılmışdır;
- ittiham hökmü həyat və sağlamlığa qarşı törədilmiş cinayətlə əlaqədar çıxarılmışdır;
- məlumatların saxlanılma müddəti dəqiq müəyyən edilmişdir;
- məlumatların saxlanılması qanunla tənzimlənir;
- məlumatların saxlanılmasına nəzarəti Parlament və ya digr müstəqil orqan həyata keçirməlidir...”.
B. Avropa Şurası Üzv-Dövlətlərinin qanunvericiliyi və təcrübəsi
Tərəflərdən və digər mənbələrdən Avropa Məhkəməsinə daxil olmuş məlumatlara əsasən Avropa Şurası Üzv-Dövlətlərinin əksəriyyətində cinayət işləri üzrə barmaq izlərinin və hüceyrə nümunələrinin götürülməsi məcburidir. Ən azı iyirmi ölkədə (Avstriya, Belçika, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya[4], İspaniya, İtaliya[5], Latviya, Lüksemburq, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, Çex Respublikası, İsveçrə, İsveç və Estoniya) DNT haqqında məlumatın götürülməsi və onların məlumat bazasında saxlanılmasını tənzimləyən qanunlar mövcuddur. Bu ölkələrin sayı daim artır.Bu ölkələrin çoxunda (o cümlədən Avstriya, Belçika, Macarıstan, Almaniya, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa və İsveç) cinayət işi üzrə aparılan araşdırma çərçivəsində DNT barədə məlumat sistematik götürülmür, yalnız törədilməsinə görə azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilən xüsusilə ağır cinayətlərin araşdırılması zamanı götürülə bilərlər.Birləşmiş Krallıq Avropa Şurasının yeganə Üzv Ölkəsidir ki, barəsində bəraət hökmü çıxarılmış və ya cinayət təqibinə xitam verilmiş şəxsin DNT profillərin və hüceyrə nümunələrinin müddətsiz saxlanılmasına icazə verilir. Beş ölkədə (Belçika, Macarıstan, İrlandiya, İtaliya və İsveç) barəsində bəraət hökmü çıxarılmış və ya cinayət təqibinə xitam verilmiş şəxs barəsində əldə olunmuş bunu kimi məlumatlar xidməti təlimata əsasən məhv olunmalıdırlar. Digər on ölkədə eyni ümumi qayda nadir hallarda müəyyən istisnalarla tətbiq olunur: Almaniya, Lüksemburq və Niderlandda şəxs barəsində müəyyən şübhələr qalsa və ya əlavə araşdırmanın həyata keçirilməsi tələb olunsa həmin məlumat saxlanıla bilər; Avstriyada şəxs tərəfindən yeni ağır cinayətin törədilməsində əsaslı şübhələr olsa məlumatlar saxlanıla bilər; Polşada isə məsələ bəzi ağır cinayətlərlə əlaqədar olduqda; İspaniya və Norveçdə şəxs barəsində bəraət hökmü çıxarıldıqda və məhkəmə hesab etmişdir ki, o, cinayət məsuliyyətinə cəlb olunmamalıdır, onun DNT profilləri saxlanıla bilər; Finlandiya və Danimarkada şəxs barəsində bəraət hökmü çıxarılsa belə həmin məlumatlar müvafiq olaraq bir və on il ərzində saxlanıla bilərlər; İsveçrədə isə iş üzrə araşdırma bitdikdən sonra məlumatlar bir il ərzində saxlanıla bilər; Fransada şəxs barəsində bəraət hökmü çıxarıldıqda və ya təqsirləndirilən şəxsin təqibinə xitam verildikdə DNT profilləri iyirmi beş il ərzində saxlanıla bilərlər. Həmin müddət ərzində iş üzrə araşdırmanın aparılması üçün zərurət aradan qalxdıqda prokuror öz təşəbbüsü və ya üçüncü şəxsin vəsatəti əsasında profillərin vaxtından əvvəl məhv edilməsinə dair qərar verə bilər; Latviya və Estoniyada şəxs barəsində bəraət hökmü çıxarılandan sonra müəyyən müddət ərzində DNT profillərin saxlanılmasına icazə verilir.Ümumi qaydaya əsasən şəxs barəsində ittiham hökmünün çıxarıldıqdan və ya təqsirli bilinən şəxsin ölümündən sonra DNT profillərinin yalnız müəyyən müddət ərzində saxlanılmasına yol verilir. Nəticədə Birləşmiş Krallıq yeganə ölkədir ki, orada məhkum edilmiş şəxslərin DNT profillərinin və nümunələrinin sistematik şəkildə və müddətsiz saxlanılmasına icazə verilir.Avropa Şurasının əksər Üzv-Dövlətlərində nümunələrin götürülməsi və ya saxlanılması ilə bağlı qəbul edilmiş qərarları mübahisələndirmək üçün informasiya təhlükəsizliyinə cavabdeh olan aidiyyəti orqanlara və ya məhkəmələr müvafiq şikayət vermə mexanizmi mövcuddur.
C. Avropa İttifaqı
Şəxsi məlumatların emalı zamanı fiziki şəxslərin mühafizəsi və həmin məlumatların sərbəst mübadiləsi haqqında 95/46/Aİ nömrəli 1995-ci il 24 oktyabr tarixli Direktivə əsasən Avropa Konvensiyasının 8-ci maddəsi və Avropa İttifaqı hüququnun digər ümumi prinsipləri ilə qorunan şəxsi həyata hörmət hüququ şəxsi məlumatların emalı haqqında milli qanunvericiliyin obyekti hesab olunur. Direktivdə Məlumatların mühafizəsi haqqında Avropa Konvensiyasının müddəalarını dəqiqləşdirən bir sıra prinsiplər qeyd olunur. Belə məhdudiyyətlər cinayətin qarşısının alınması, araşdırılması və təqsirləri olan şəxslərin məsuliyyətə cəlb olunması üçün zəruri olduqda həmin Direktivə əsasən müəyyən olunmuş hüquq və və vəzifələrin həcminin məhdudlaşdırılması üçün Üzv-Dövlətlər tərəfindən qanunverici tədbirlərin həyata keçirilməsinə imkan yaradır (13-cü maddə).Avropa İttifaqının bəzi Üzv-Dövlətləri tərəfindən 2005-ci il 27 may tarixdə imzalanmış “Terrorizmlə, transmilli cinayətkarlıqla və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə transsərhəd əməkdaşlığının genişləndirilməsi haqqında” Prüm Konvensiyasına əsasən barmaq izlərinin və DNT barədə məlumatın digər Razılığı gələn Dövlətə təqdim edilməsini və onları avtomatlaşdırılmış məlumat bazası üzrə yoxlanılmasını tənzimləyən qaydalar təsis edilir. Həmin Konvensiyada, xüsusilə aşağıdakılar qeyd olunur:
“35-ci maddə - Məqsəd
2. Dosyeni idarə edən Razılığa gələn Tərəf o halda ona təhvil verilmiş məlumatı emal edə bilər ki, bu eyniləşdirmə, axtarış sorğusuna avtomatik cavab verilmə və ya qeydiyyat üçün zəruri olduqda. Yuxarıda göstərilən məqsədlər üçün məlumatın əlavə emalı tələb olunmursa eyniləşdirmədən və ya axtarış sorğusuna avtomatik cavabın alınmasından sonra göndərilmiş məlumat məhv edilir.”
34-cü maddə Məlumatların mühafizəsi haqqında Konvensiyasında müəyyən edilmiş səviyyədən aşağı səviyyədə olmayaraq şəxsi məlumatların mühafizəsini təmin edir və Razılığa gələn Tərəflərdən Avropa Şurası Nazirlər Komitəsinin R(87)15 nömrəli tövsiyəsinin yerinə yetirilməsini tələb edir.“Cinayət işləri üzrə polislə məhkəmələr arasında əməkdaşlıqda həyata keçirilən şəxsi məlumatların emalı haqqında” Avropa İttifaqı Şurasının 2008-ci il 24 iyun tarixli Çərçivə Konvensiyası aşağıdakıları müəyyən edir:
“5-ci maddə - Məhv etmə və yoxlama müddətlərinin müəyyən edilməsi
Şəxsi məlumatların məhv edilməsi və ya onun saxlanma zərurətinin mütəmadi yoxlanılması üçün müəyyən müddətlər təyin olunur. Həmin müddətlərə əməl edilməsi prosessual tədbirlərlə təmin olunur”.
D. Avropa Şurasının üzvü olmayan dövlətlərin məhkəmə təcrübəsi
R. RC-yə qarşı işi üzrə Kanadanın Ali Məhkəməsi ilk dəfə hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmamış şəxsin DNT nümunələrinin ümummilli məlumat bazasında saxlanılması məsələsinə baxmışdır. Kanadanın Ali Məhkəməsi işə mahiyyəti üzrə baxmış hakimin qərarını qüvvədə saxlamışdır. Yetkinlik yaşına çatmayanlar barəsində icraatı tənzimləyən qanunvericiliyinin prinsiplərini və məqsədlərini nəzərə alaraq həmin hakim qərara gəlmişdir ki, DNT nümunəsinin saxlanılması nəticəsində yetkinlik yaşına çatmayan şəxsə göstərilən təsir tamamilə mütənasib deyil. Öz qərarında hakim Fiş aşağıdakıları qeyd etmişdir:
“Həmin təlimatın şəxsi həyatının informasiya aspektləri ilə əlaqədar olan maraqlara təsir göstərilməsi daha da narahatlıq doğurur. R. Planta qarşı iş üzrə Kanadanın Ali Məhkəməsi qərara gəlmişdir ki, İnsan hüquq və azadlıqları üzrə Kanada Xartiyasının 8-ci maddəsi “azad və demokratik cəmiyyətdə insanların dövlətdən mühafizə etmək istədikləri şəxsi xarakterli bioloji məlumatlar”ı mühafizə edir. İnsanın DNT-si “insan və onun şəxsi həyatı barədə böyük həcmli məlumatı” daşıyır (R. S.A.B.-ya qarşı iş üzrə Kanadanın Ali Məhkəməsinin qərarı). Barmaq izlərindən fərqli olaraq DNT nümunələri insan barəsində ən məxfi məlumatları açıqlaya bilər. DNT nümunələrinin götürülməsi və saxlanılması çox vacib bir məsələdir və mühüm ictimai marağın yoxluğunda dövlət tərəfindən hər bir insanın şəxsi həyatına hörmət hüququna ciddi müdaxilə kimi qiymətləndirilməlidir.”
E. BMT-nin Uşaq hüquqları haqqında 1989-cu il tarixli Konvensiyası
BMT-nin Uşaq hüquqları haqqında 1989-cu il 20 noyabr tarixli Konvensiyasının 40-cı maddəsi İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, bu qanunvericiliyin pozulmasında təqsirləndirilən və ya müqəssir sayılan hər bir uşağın hüququnu tanıyırlar. Belə rəftar uşaqda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörməti möhkəmləndirir və bu zaman uşağın yaşı, onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rolun yerinə yetirilməsinə kömək göstərilməsi arzusu nəzərə alınır.
IV. ÜÇÜNCÜ TƏRƏFLƏRİN İZAHATLARI
Azadlıq Şurası (Mülki Hüquqlar üzrə Milli Şura) hüceyrə nümunələrinin və DNT profillərin məxfiliyini, həmçinin onların saxlanılması nəticəsində hakimiyyət nümayəndələri tərəfindən şəxsi həyata müdaxilənin mənfi təsirini göstərən məhkəmə təcrübəsini və elmi materiallarını təqdim etmişdir.“Prayvisi İnterneşnl” (Privacy İnternational) təşkilatı Avropa Şurası tərəfindən informasiya mühafizəsi sahəsində qəbul edilmiş baza norma və prinsiplərinə istinad edərək qeyd etmişdir ki, onların Konvensiyanın 8-ci maddəsi ilə irəli sürülmüş mütənasiblik tələbinin təfsir edilməsi ilə bir başa əlaqəsi mövcuddur. Təşkilat xüsusilə qeyd etmişdir ki, R(92)1 nömrəli Tövsiyə DNT nümunələrinin və profillərinin saxlanılması “müddətinin dəqiq müəyyən edilməsini” tələb edir. Eyni zamanda, təşkilat qeyd edir ki, Birləşmiş Krallığının DNT məlumat bazasında əhalinin müəyyən kateqoriyası, xüsusilə gənclər, üzrə məlumatların qeyri mütənasib şəkildə çox olması ədalətsizliklə nəticələnə bilər. “Prayvisi İnterneşnl” təşkilatı müxtəlif ölkələrin DNT nümunələrinin saxlanılması üzrə qanunvericiliyi və hüququn tətbiqi təcrübəsi üzrə müqayisəli təhlilini təqdim edərək qeyd etmişdir ki, ölkələrin təcrübəsində riayət olunmalı çoxsaylı məhdudiyyətlər və zəmanətlər mövcuddur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI
Ərizəçilər Konvensiyanın 8-ci maddəsinə istinad edərək onların barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin “Polis və cinayət işləri üzrə sübutlar haqqında” 1984-cü il tarixli Qanunun 64-cü maddəsinin 1A bəndinə əsasən saxlanılmasından Avropa Məhkəməsinə şikayət etmişdirlər. Həmin şikayətə aid olan hissədə Konvensiyanın 8-ci maddəsində aşağıdakılar qeyd edilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına ... hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.”
A. Şəxsi həyatına müdaxilənin mövcudluğu
Avropa Məhkəməsi ilk növbədə ərizəçilərin barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin cavabdeh-dövlət tərəfindən saxlanılmasının şəxsi həyata müdaxilə olub olmadığını müəyyən edəcək.
1. Tərəflərin izahatları
(a) Ərizəçilərin izahatları
Ərizəçilər bildirirlər ki, onların barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin saxlanılması dövlət tərəfindən onların şəxsi həyata hörmət hüququna müdaxilədir. Belə ki, bu məlumatlar özlərini eyniləşdirmə ilə bağlıdır və ancaq öz nəzarətləri altında saxlanılmalı olan şəxsi xarakterli məlumatları tərkibində saxlayırlar. Onlar xatırladırlar ki, bunu kimi bioloji məlumatların ilkin götürülməsi Konvensiyanın 8-ci maddəsi ilə əhatə olunan məsələləri həmişə qaldırırdı. Ərizəçilər qeyd edirlər ki, şəxsi xarakterli məlumatlarının dəyərini, həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə oluna bilməsini və bununla məlumatların aid olan şəxsin nəzarəti altında çıxmasını nəzərə alaraq onların saxlanılması daha artıq mübahisələr yaradır. Ərizəçilər vurğulayırlar ki, uşaqlar haqqında şəxsi məlumatların saxlanılması onların sosial stiqmatizasiyası və psixikaları üçün mənfi nəticələnir. Onların fikrincə bununla əlaqədar birinci ərizəçinin şəxsi həyatına hörmə hüququna dövlət tərəfindən müdaxiləsi daha ciddi məsələdir.Onlar bildirmişdilər ki, həmin dəlil konvensiyaya qurumlarının təcrübəsi və Birləşmiş Krallığının İnformasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə təsdiqlənir. Sonuncu qeyd olunan qərarın əsasında baronessa Heyl Riçmondlunun çıxışı olmuşdur (bax, hazırkı qərarın 25-ci bəndinə). Mahiyyətcə həmin qərar ittiham hökmləri barəsində məlumatların saxlanılması ilə əlaqədar Konvensiyanın 8-ci maddəsinin tətbiqinə dair baronessa Heyl Riçmondlunun gəldiyi nəticəni təkrarlayırdı.Eyni zamanda ərizəçilər iddia etmişdirlər ki, hüceyrə nümunələrində insan və onun qohumları barəsində bütün məlumatlarının mövcudluğunu nəzərə alaraq onların saxlanılması nəticəsində Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququna dövlət tərəfindən daha ciddi müdaxilə olunur. Belə ki, həmin məlumatın nümunələrdən əldə olunmasından və ya müvafiq iş üzrə şübhəli şəxsin vəziyyətini daha da pisləşməsi ilə nəticələnməsindən asılı deyil. Hər bir şəxs ona aid məlumatın digər şəxslərə yayılmamasından və onun icazəsi olmadan digərlərinin bu məlumatı əldə edilməməsindən müvafiq zəmanətə malik olmalıdır.
(b) Cavabdeh Hökumətin izahatları
Cavabdeh dövlət qəbul edir ki, barmaq izləri, habelə DNT nümunələri və profilləri Məlumatın mühafizəsi haqqında Qanunun mənasında “şəxsi xarakterli məlumat” hesab olunur və məlumatı emal edən səlahiyyətli şəxslər hər-hansı bir insanın şəxsiyyətini müəyyən edə bilərlər. Lakin, cavabdeh dövlət hesab edir ki, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində təsbit edilmiş şəxsi həyatına hörmət hüququ istifadəsinə 1984-cü il tarixli Qanununun 64-cü maddəsi ilə müəyyən edilmiş barmaq izlərinin, habelə DNT nümunələrinin və profillərinin saxlanılmasına aid deyil. İlkin götürülmədən fərqli olaraq onların saxlanılması şəxsiyyətin fiziki və psixoloji toxunulmazlığını pozmur. Eyni zamanda saxlanılma şəxsi inkişaf hüququnu, digərləri ilə münasibətin yaradılması və inkişaf etdirilməsi hüququnu, habelə öz müqəddəratını təyin etmək hüququnu pozmur.Cavabdeh dövlət hesab edir ki, əslində ərizəçilərin narahatlığı saxlanılan nümunələrin gələcəkdə istifadəsi ilə əlaqədardır. Belə ki, gələcəkdə DNT təhlili üzrə aşkar olunacaq yeni üsullar dövlətin şəxsi həyata potensialda müdaxiləsi üçün daha geniş imkanlar yaradacaq. Bununla əlaqədar cavabdeh dövlət qeyd edir ki, həmin materiallardan istifadə üsulları qanunvericiliklə, DNT profillərinin istehsalı üzrə texnoloji proseslə və əldə olunmuş DNT profilinin xarakteri ilə aydın şəkildə məhdudlaşdırılmışdır.DNT profilləri sadəcə rəqəmlərin ardıcıllığı hesab olunur. Bununla hüceyrə nümunələrinin əsasında şəxsiyyəti müəyyən etmək mümkün olur. DNT profili insan və ya onun şəxsiyyəti haqqında heç bir məlumat daşımır, bununla onun saxlanılması insanın şəxsi həyatına müdaxilə ilə nəticələnə bilməyəcək. DNT əsasında qurulmuş məlumat bazası cinayət hadisəsi yerində götürülmüş materialların istifadəsi vasitəsilə axtarışın aparılması üçün təyin olunmuş profillərin məcmusu hesab olunur. Şəxsiyyətin müəyyən edilməsi yalnız həmin materialın həmin insandan götürülmüş nümunəsi ilə üst üstə düşürsə mümkündür. Qohumluq əlaqələrin müəyyən edilməsi materialların qismən üst üstə düşməsi ilə və ciddi nəzarət altında mümkündür. Barmaq izləri, habelə DNT nümunələri və profilləri subyektiv təvsir edilməsinin predmeti ola bilməz və şəxsin fəaliyyəti barədə heç bir məlumat vermir. Bununla əlaqədar həmin məlumatların saxlanılması ilə şəxsiyyət barəsində digər insanlarda neqativ fikrin formalaşdırılması və ya onun adına xələl gətirilməsi ilə nəticələnə biləcək hər hansı təhlükə mövcud deyil. Nəzərə alsaq ki, məlumatların saxlanılması Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənası altına düşürsə də onun istənilən neqativ nəticələr çox cüzidir. Bununla həmin məlumatların saxlanılması kifayət qədər ciddi deyil ki, hər hansı şəxsin Konvensiya ilə təsbit olunmuş hüquqlarına müdaxilə ilə nəticələnsin.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
Məhkəmə xatırladır ki şəxsi həyat geniş anlayışdır və onu tam tərif etmək mümkün deyil. O, şəxsin həm fisixi həm də psixoloji toxunulmazlığını əhatə edir (bax: “Pretti Birləşmiş Krallığa qarşı” (Pretty v. the United Kingdom, no. 2346/02, § 61, ECHR 2002‑III); və “Y.F. Tüykiyəyə qarşı” (Y.F. v. Turkey, no. 24209/94, § 33, ECHR 2003‑IX). Bununla həmin anlayış şəxsin fiziki və sosial eyniləşdirilməsinin müxtəlif aspektlərini daxil edə bilər (bax: “Mikuliç Xorvatiyaya qarşı” (Mikulić v. Croatia, no. 53176/99, § 53, ECHR 2002-I). Özünü müəyyən cinsə aid etmə, ad, cinsi meyillik və cinsi həyat kimi elemntlər Konvensiyanın 8-ci maddəsi ilə qorunan əhatə dairəsinə daxildirlər ()digər qərarlarla yanaşı bax: “Bensed Birləşmiş Krallığa qarşı” (Bensaid v. the United Kingdom, no. 44599/98, § 47, ECHR 2001‑I; və “Pek Birləşmiş Krallığa qarşı” (Peck v. the United Kingdom, no. 44647/98, § 57, ECHR 2003‑I)). İnsanın adından başqa fərdin şəxsi həyatına onun eyniləşdirilməsini və ailəsi ilə əlaqəni göstərən digər vasitələr daxil ola bilər (bax, mutadis mutandis: “Burqxarts İsveçrəyə qarşı” (Burghartz v. Switzerland, 22 February 1994, § 24,Series A no. 280‑B; və “Ünal Türkiyəyə qarşı” (Ünal Tekeli v. Turkey, no. 29865/96, § 42, ECHR 2004‑X (çıxarışlar)). Şəxsin həyatın əsas elementi insanın sağlamlığı haqqında məlumat da ola bilər (bax: “Z. Finlandiyaya qarşı” (Z. v. Finland, 25 February 1997, § 71, Reports of Judgments and Decisions 1997‑I)). Eyni zamanda şəxsin milli mənsubiyyətliyi onun şəxsi həyatının hissəsi hesab olunur (bax: hazırkı qərarın 41-ci maddəsinə qeyd edilən Məlumatların mühafizəsi haqqında Konvensiyasının 6-cı maddəsinə; həmin sənəddə şəxs barədə digər konfidensial məlumatlarla yanaşı şəxsin milli mənsubiyyəti haqqında məlumat konfidensial məlumatların xüsusi kateqoriyasına aid edilir). Eyni zamanda, fərdin şəxsiyyətini inkişaf etdirmək hüququ, həmçinin digərləri ilə və dünya ilə əlaqələri qurmaq və inkişaf etdirmək hüququ Konvensiyanın 8-ci maddəsi ilə qorunur (bax: yuxarıda qeyd edilən “Burqxarts İsveçrəyə qarşı” iş, 47-ci bənd və “Fridl Avstriyaya qarşı” (Friedl v. Austria, judgment of 31 January 1995, Series A no. 305-B, opinion of the Commission, p. 20, § 45)). Bundan başqa şəxsi həyat anlayışına şəxslərin öz şəkillərinə hüququ da daxildir (bax: “Şakkia İtaliyaya qarşı” (Sciacca v. Italy, no. 50774/99, § 29, ECHR 2005-I)).Şəxsi həyata aid olan məlumatların sadəcə saxlanılması şəxsin Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqdan istifadəsinə dövlət tərəfindən müdaxilə kimi qiymətləndirilir (bax: “Leander İsveçə qarşı” (Leander v. Sweden, 26 March 1987, § 48, Series A no. 116)). Bununla əlaqədar saxlanılan məlumatın gələcəkdə necə istifadə ediləcəyi vacib hesab edilmir (bax: “Amann İsveçrəyə qarşı” (Amann v. Switzerland [GC], no. 27798/95, § 69, ECHR 2000-II)). Lakin, hakimiyyət orqanları tərəfindən saxlanılan şəxsi məlumatların şəxsi həyatın hər-hansı elementlərinə toxunması məsələsinə aydınlıq gətirərkən Məhkəmə məlumatların qeydiyytına və saxlanılmasına, onların xüsusiyyətlərinə, məlumatdan istifadəsinə və onun emalına, həmçinin bunun nəticəsində əlda oluna bilən nəticələrinə müvafiq diqqət yetirəcək (bax, mutatis mutandis: yuxarıda qeyd edilən “Fridl Avstriyaya qarşı” iş, 49-51-ci bəndlər; və yuxarıda qeyd edilən “Pek Birləşmiş Krallığa qarşı” iş, 59-cu bənd).
(b) Qeyd edilən prinsiplərin hazırkı işdə tətbiqi
Məhkəmə qeyd edir ki, hakimiyyət orqanları tərəfindən işdə saxlanılan barmaq izlərinin, DNT profillərinin və hüceyrə nümunələrinin müəyyən edilmiş və ya müəyyən edilə biləcək şəxslərə məxsus olmasını nəzərə alaraq həmin şəxsi məlumatların kateqoriyasının üçü də Konvensiyanın müddəaları mənasında şəxsi məlumat hesab olunur. Cavabdeh hökumət həmin məlumatların üç kateqoriyasının “Məlumatların mühafizəsi haqqında” 1998-ci il tarixli Qanuna əsasən şəxsi xarakterli məlumat olduğu və onların emalı ilə məşğul olan əməkdaşların hər-hansı insanın şəxsiyyətinin müəyyən edə bilməsi ilə razılaşır.Əvvəllər Konvensiya qurumları hakimiyyət orqanlarının bunun kimi məlumatların cinayət prosesi zamanı saxlanılması məsələlərini araşdırmışdır. Məlumatların hər üç kateqoriyasında olan informasiyanın xüsusiyyətlərinə və həcminə əsasən Məhkəmə hüceyrə nümunələrində və DNT profillərində olan informasiyanın daha ətraflı olduğunu nəzərə alaraq onlarla barmaq izlərinin daşıdığı informasiya arasında əvvəllər fərq qoymuşdur. (bax: “Van der Vilden Hollandiyaya qarşı” (Van der Velden v. The Netherlands (dec.), no. 29514/05, ECHR 2006-...)). Məhkəmə hesab edir ki, dövlətin ərizəçilərin şəxsi həyatına müdaxiləsini bir tərəfdən hüceyrə nümunələrin və DNT profillərinin, digər tərəfdən isə barmaq izlərinin saxlanılması əlaqədar araşdırmalıdır.
(i) Hüceyrə nümunələrin və DNT profillərinin saxlanılması
“Van der Velden Hollandiyaya qarşı” işində Məhkəmə nəticəyə gəlmişdir ki, xüsusən hüceyrə nümunələrinin sonrakı istifadəsinin mümkünlüyünü nəzərə alaraq onların sistematik saxlanılması şəxsin maraqlarına kifayət qədər ciddi toxunur və dövlət tərəfindən fərdin şəxsi həyatına müdaxiləsi ilə nəticələnə bilər (bax: yuxarıda qeyd edilən “Van der Vilden Hollandiyaya qarşı” işi). Cavabdeh Hökumət bu yanaşmanı tənqid edərək bildirir ki, bu nəticə nümunələrin gələcəkdə nəzəri cəhətdən istifadə oluna biləcəyi barədə mülahizələrə əsaslanır, lakin hal-hazırda dövlətin hər hansı müdaxiləsi mövcud deyil.Məhkəmə qeyd edir ki, hakimiyyət orqanları tərəfindən saxlanılan şəxsi xarakterli məlumatların sonrakı istifadəsi ilə bağlı olan fərdin narahatçılığı əsaslıdır. Bununla Məhkəmə hesab edir ki, Konvensiya ilə təsbit edilmiş hüquqlara hakimiyyət orqanlarının müdaxiləsinin mövcudluğu araşdırılarkən bu məsələyə diqqət yetirməlidir. Doğrudur, genetikanın və informasiya texnologiyanın yüksək inkişaf tempini nəzərə alaraq gələcəkdə hakimiyyət orqanları tərəfindən şəxsi həyata müdaxilənin yeni, hal-hazırda dəqiq kəşf edilməyən üsullarla həyata keçirilməsinin mümkünlüyünü Məhkəmə istisna edə bilməz. Bununla əlaqədar Məhkəmə “Van der Velden” işində gəldiyi nəticəsindən geri çəkilməsi üçün əsaslar görmür.Lakin hüceyrə nümunələrin sonrakı istifadəsi ilə bağlı fərdin əsaslı narahatçılığı məsələnin araşdırılması zamanı nəzərə alınmalı yeganə faktor deyil. Hüceyrə nümunələrin şəxsi xarakterli olduğunu nəzərə alaraq Məhkəmə qeyd edir ki, orada şəxs barəsində müxtəlif, o cümlədən şəxsin sağlamlıq durumu haqqında məxfi məlumatlar mövcuddur. Eyni zamanda nümunələr özündə unikal genetik kodu əks etdirirlər, həmin kod həm şəxs üçün həm də onun qohumları üçün çox vacibdir. Bu məsələ ilə əlaqədar Məhkəmə baronessa Heyl tərəfindən Lordlar Palatasında təqdim edilmiş fikirləri ilə razılaşır (bax: hazırkı qərarın 25-ci bəndi).Hüceyrə nümunələrində əks olunan şəxsi məlumatların xüsusiyyətini və həcmini nəzərə alaraq onların saxlanılması fərdin şəxsi həyatına hörmət hüququndan istifadəsinə dövlət tərəfindən müdaxilə kimi hesab olunur. Bununla əlaqədar yalnız məhdud məlumatın reallıqda nümunələrdən əldə edilməsi və DNT profilinin yaradılması üçün hakimiyyət orqanları tərəfindən istifadə olunması ya da hər-hansı ziyanın dərhal dəyməsi bu nəticəni dəyişə bilməz (bax: yuxarıda qeyd edilən “Amann İsveçrəyə qarşı” iş, 69-cu bənd).DNT profilləri ilə əlaqədar Məhkəmə qeyd edir ki, orada hüceyrələrə nümunələrindən əldə edilmiş və kodlaşdırılmış məhdud şəxsi məlumat əks olunur. Cavabdeh Hökumət bildirir ki, DNT profili ştrix kod formasında rəqəmlərin ardıcıllığıdır və orada yalnız obyektiv və təkzib olunmayan məlumatlar əks olunur. Şəxsin müəyyən edilməsi DNT profilinin məlumat bazasında saxlanılan digər DNT profilinə uyğun olduğu halda baş tutur. Eyni zamanda Hökumət qeyd edir ki, məlumatın kodlaşdırılmış olduğunu nəzərə alaraq onun kompüter texnikasından istifadə olunmadan açılması mümkün deyil. Həmin məlumatı yalnız məhdud sayda insanlar əldə edə bilər.Lakin Məhkəmə hesab edir, ki DNT profillərində şəxs barədə kifayət qədər unikal məlumatlar əks olunur. Əks olunan məlumat Hökumətin hesab etdiyi kimi obyektiv və təkzib olunmayandırsa onun avtomatik emalı şəxsin neytral olaraq müəyyən etməsi çərçivəsindən kənara çıxır. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Hökumətin təsdiq etdiyi kimi DNT profilləri subyektlər arasında genetik bağlılığın aşkar edilməsi üçün qohumluq əlaqələrin müəyyən edilməsi məqsədilə istifadə oluna bilər və hətta bəzi hallarda istifadə olunur. Bundan başqa Hökumət təsdiq edir ki, həmin araşdırma çox həssasdır və, o, yalnız ciddi nəzarət altında aparıla bilər. Məhkəmə hesab edir ki, DNT profilləri insanlar arasında genetik bağlılığın müəyyən edilməsi üçün bir vasitədir (bax: hazırkı qərarın 39-cu bəndi), Bununla DNT profillərin saxlanılması həmin insanların şəxsi həyatına hörmət hüququndan istifadəsinə dövlət tərəfindən müdaxiləsi kimi hesab olunması üçün kifayətdir. Belə olan halda qohumluq əlaqələrin müəyyən edilməsinin vaxtaşırılığı, araşdırma zamanı verilən təminatlar və konkret halda mümkün ziyanın vurulması məna daşımır (bax: yuxarıda qeyd olunan “Amann İsveçrəyə qarşı” işə, 69-cu bənd). Qeyd olunan məlumatların kodlaşdırılması, habelə onun yalnız kompüter texnikası vasitəsi ilə açılmasının və məhdud şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü bu nəticəni dəyişmir.Bundan başqa Məhkəmə qeyd edir ki, DNT profillərin emalının hakimiyyət orqanları tərəfindən donorun ehtimal olunan milli mənsubiyyətinin müəyyən edilməsi üçün imkan yaratdığını və bunu kimi üsulların ibtidai araşdırma zamanı təcrübədə polis tərəfindən istifadə olunmasını cavabdeh Hökumət mübahisələndirmir (bax: hazırkı qərarın 40-cı bəndinə). DNT profilləri əsasında donorun milli mənsubiyyəti barədə ehtimalların yaranmasını nəzərə alaraq onların saxlanılması həssas bir məsələ hesab olunur və insanın şəxsi həyatına hörmət hüququndan istifadəsinə neqativ təsir göstərə bilər. Həmin nəticə “Məlumatların mühafizəsi haqqında” Konvensiyada və “Məlumatların mühafizəsi haqqında” Qanunda əks olunan prinsipə zidd deyil. Həmin hüquqi sənədlər donorun milli mənsubiyyətini göstərən şəxsi məlumatları ciddi mühafizəni tələb edən məxfi informasiyaların xüsusi kateqoriyasına aid edir (bax: hazırkı qərarın 30-31-ci və 41-ci bəndləri).Yuxarıda qeyd olunanlara nəzərə alaraq həm hüceyrə nümunələrin həm də DNT profillərin saxlanılması Konvensiyanın 8-ci maddəsi mənasında dövlət tərəfindən insanların şəxsi həyatına hörmət hüququndan istifadəsinə müdaxilə hesab olunur.
(ii) Barmaq izlərinin saxlanılması
Şübhəsiz barmaq izlərində hüceyrə nümunələri və DNT profilləri ilə müqayisədə daha az məlumat əks olunur. Barmaq izlərinin saxlanılması nəticəsində hakimiyyət orqanlarının insanların şəxsi həyatına hörmət hüququna müdaxiləsi məsələsi Konvensiya qurumları tərəfindən artıq müzakirə edilmişdir.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı barmaq izlərinin götürülməsi və saxlanılması məsələsini Komissiya ilk dəfə “Makvey, Oneyl və Evans Birləşmiş Krallığa qarşı” işdə araşdırmışdır. Komissiya razılaşıb ki, bir sıra tədbirlər ərizəçilərin şəxsi həyatlarına müdaxilə ilə həyata keçirilmişdir. Lakin həmin işdə barmaq izlərinin saxlanılması müdaxilə kimi hesab olunub olunmadığını Komissiya cavabsız saxlamışdır (bax: “Makvey, Oneyl və Evans Birləşmiş Krallığa qarşı” (McVeigh, O’Neill and Evans (no. 8022/77, 8025/77 and 8027/77, Report of the Commission of 18 March 1981, DR 25, p.15, § 224).“Kinnunen Finlandiyaya qarşı” işdə Komissiya nəticəyə gəlmişdir ki, barmaq izlərində və foto şəkillərdə əks olunan məlumatların təkzib etməni tələb edən subyektiv qiymətləndirmədən ibarət olmadığını nəzərə alaraq ərizəçinin barmaq izlərinin və foto şəkillərinin həbsdən azad olunmasından sonra saxlanılması sonuncunun şəxsi həyatına dövlət tərəfində müdaxilə kimi hesab olunmamalıdır. Lakin Komissiya qeyd etmişdir ki, on ildən sonra ərizəçinin müraciətinə əsasən həmin məlumat məhv edilmişdir (bax: “Kinnunen Finlandiya qarşı” (Kinnunen v. Finland, no. 24950/94, Commission decision of 15 May 1996).Həmin nəticələri, habelə iş üzrə qaldırılan məsələləri nəzərə alaraq Məhkəmə həmin problemin yenidən araşdırılmasını məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, ərizəçilərin barmaq izləri şəxsi məlumat hesab olunur (bax: hazırkı qərarın 68-ci bəndə). Habelə, müəyyən zahiri xüsusiyyətlərinə görə barmaq izləri vasitəsilə onların məxsus olduğu şəxsin müəyyən edilməsinə imkan yaradılır (misal üçün, şəxsi foto şəkillər və ya saç nümunələri).“Fridl Avstriyaya qarşı” işdə Komissiya müəyyən etmişdir ki, nümayiş zamanı çəkilmiş anonim foto şəkillərin saxlanılması dövlət tərəfindən insanın şəxsi həyatına hörmət hüququndan istifadəsinə müdaxilə kimi hesab olunmur. Həmin qərarı qəbul edərək Komissiya həmin şəkillərin məlumatların emalı üzrə hər hansı sistemə daxil olmadığını və cavabdeh Hökumətin foto şəkillərdə əks olunan şəxslərin məlumatların emalı vasitəsilə müəyyən edilməsi üçün heç bir tədbirin həyata keçirmədiyini nəzərə almışdır (bax: yuxarıda qeyd olunan “Fridl Avstriyaya qarşı” iş, 49-51-ci bənd).“P.G. və J.H. Birləşmiş Krallığa qarşı” işində Məhkəmə nəticəyə gəlmişdir ki, məlumatların qeydiyyatı və ya həmin qeydiyyatın sistemli və daimi olması şəxsi həyata müdaxilənin baş tutmasının müəyyən edilməsi üçün əsas ola bilərlər, baxmayaraq ki, həmin məlumatlar ictimaiyyət üçün açıq yerlərdə saxlanıla bilər. Məhkəmə qeyd edib ki, digər şəxsi məlumatlarla birlikdə şəxsin səsinin təhlil edilməsi üçün daimi əsaslarla yazılması onun müəyyən edilməsini asanlaşdırır. Bununla Məhkəmə şəxsin səsinin təhlil edilməsi üçün yazılmasını ərizəçilərin şəxsi həyatına hörmət hüququna müdaxilə kimi qiymətləndirmişdir (bax: “P.G. və J.H. Birləşmiş Krallığa qarşı” (P.G. and J.H. v. the United Kingdom, no. 44787/98, § 59-60, ECHR 2001‑IX)).Məhkəmə qeyd edir ki, Konvensiya orqanları tərəfindən foto şəkillər və səs yazılar üzrə seçilmiş yanaşma barmaq izləri ilə əlaqədar da tətbiq edilməlidir. Cavabdeh Hökumət barmaq izlərini ayrıca kateqoriyaya aid edilməsini təklif edir. Hökumət qeyd edir ki, barmaq izləri foto şəkillərdən fərqli olaraq neytral, obyektiv və təkzib olunmayan məlumatları əks etdirirlər, belə ki, onları xüsusi hazırlıqsız və müqayisəli təhlilin keçirilməsi üçün digər barmaq izləri olmadan başa düşmək mümkün deyil. Doğrudur bu yanaşma düzgün hesab olunur, lakin barmaq izləri onların məxsus olduğu şəxs barədə unikal məlumatı əks etdirir və bəzi hallarda şəxsin dəqiq müəyyən edilməsinə imkan yaradırlar. Nəticədə bu hal insanın şəxsi həyatında neqativ təsir göstərə bilər. Eyni zamanda həmin məlumatın onun məxsus olduğu şəxsin razılığı olmadan saxlanılması neytral və ya əhəmiyyətsiz hesab oluna bilməz.Bununla Məhkəmə hesab edir ki, müəyyən edilmiş və ya müəyyən edilə biləcək şəxsin barmaq izlərinin saxlanılması onların obyektiv və təkzib olunmayan xüsusiyyətlərinə baxmayaraq şəxsi həyatın toxunulmazlığı ilə əlaqədar müəyyən ciddi narahatçılığı yarada bilər.Bundan sonra Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçilərin barmaq izləri əvvəlcə cinayət işi üzrə aparılmış araşdırma zamanı götürülmüşdür. Sonradan onlar daimi saxlanılması və cinayət törətmiş şəxslərin müəyyən edilməsi üçün avtomatik emalın aparılması məqsədilə ümummilli məlumat bazasına daxil olunmuşdurlar. Bununla əlaqədar Məhkəmə hesab edir ki, hüceyrə nümunələrində və DNT profillərində saxlanılan məlumatları nəzərə alaraq onların saxlanılması barmaq izlərinin saxlanılması ilə müqayisədə şəxsi həyata daha əhəmiyyətli təsir göstərir. Lakin Məhkəmə baronessa Heylin gəldiyi nəticəsi ilə (bax: hazırkı qərarın 25-ci bəndinə) razılaşaraq hesab edir ki, barmaq izlərinin saxlanılması dövlətin şəxsi həyata hörmət hüququndan istifadəsinə müdaxilə hesab olunur. Lakin müdaxilənin əsaslı olub olmadığını müəyyən edilməsi üçün bir tərəfdən barmaq izlərinin digər tərəfdən isə hüceyrə nümunələrinin və DNT profillərinin götürülməsi, istifadəsi və saxlanılması məsələləri fərqlənməlidirlər.
B. Baş vermiş müdaxilənin əsaslı hesab olunması
1. Tərəflərin izahatları
(a) Ərizəçinin izahatları
ərizəçilər bildirirlər ki, barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin saxlanılması Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə əsasən əsaslı olmamışdır. Cavabdeh Hökumət hüceyrə nümunələrin və DNT profillərinin istifadəsində, xüsusilə də “cinayətin qarşı alınmasında və müəyyən edilməsində”, “cinayətin araşdırılmasında” və “cinayət təqibinin həyata keçirilməsində” geniş fəaliyyət sərbəstliyinə malikdir. Həmin məqsədlər qeyri müəyyəndirlər və sui-istifadə üçün yol açırlar, belə ki, onlar cinayətin araşdırılması ilə birbaşa əlaqəli olmayan ətraflı şəxsi məlumatın əldə olunması ilə nəticələnə biləcəklər. Eyni zamanda ərizəçilər hesab edirlər ki, qeyd olunan məlumatların müvafiq qaydada və hər hansı sui-istifadə olmadan istifadə olunması barədə mövcud prosessual təminatlar kifayət deyillər. Ümummilli polis məlumat bazasında saxlanılan məlumatları polislə yanaşı digər hüquq mühafizə orqanları olmayan 56 təşkilatlar, o cümlədən dövlət və inzibati orqanlar, “Britiş Telekom” və Britaniyanın sığorta cəmiyyətlərinin Assosiasiyası kimi özəl şirkətlər və hətta bir sıra işəgötürənlər əldə edə bilirlər. Eyni zamanda ümummilli polis sistemi ümumavropa Şengen informasiya sistemi ilə bağlıdır. Bununla ərizəçilər öz işlərində dövlətin şəxsi həyata hörmət hüququndan istifadəsinə ciddi və ziddiyyətli müdaxiləsi ilə rastlaşmışdırlar. Birləşmiş Krallıqda bu məsələ ilə əlaqədar aparılan müxtəlif müzakirələr və mövcud fikir ayrılıqları bunun göstəricisidir. Ərizəçilər Hökumətin izahatlarını rədd edərək və hesab edirlər ki, hazırkı işin predmeti olan materialların saxlanılması məsələsi cəmiyyətdə narahatçılıq hissi yaradır və dövlət bu sahədə cüzi təqdir səlahiyyətinə malikdir.Ərizəçilər bildirirlər ki, barələrində bəraət hökmü çıxarılan şəxslərin barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin saxlanılması cinayətin qarşısının alınması üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunmamalıdır. Xüsusən də hüceyrə nümunələri əsasında DNT profillərinin yaradılmasından sonra nümunələrin saxlanılması əsaslandırılmamışdır. DNT profillərinin saxlanılmasının səmərəliliyini sübut edən inandırıcı dəlillər göstərilməmiş, o cümlədən cavabdeh Hökumətin istinad etdiyi kimi bir sıra hallarda DNT profillərinin üst üstə düşməsi nəticəsində cinayət təqibi zamanı cinayətkarların məsuliyyətə cəlb olunması faktı sübuta yetirilməmişdir. Eyni zamanda Hökumətin misal kimi gətirdiyi bir sıra hallarda cinayətkarların məsuliyyətə cəlb edilməsi heç də məlumatların bazada saxlanılması vasitəsilə baş verməmişdir. Digər hallarda isə eyni nəticəni daha az həcmli məlumatın qısa müddət ərzində saxlanılması ilə əldə etmək olardı.Ərizəçilər bildirilər ki, onlara aid məlumatın saxlanılması qeyri-mütənasibdir, belə ki, bu tədbir qeyd şərtləri nəzərdə tutmur və müddətsiz xarakter daşıyır. Həm törədilmiş hüquq pozuntularının xüsusiyyətləri həm də ərizəçilərin rastlaşdığı hallar nəzərə alınmamışdır. Eyni zamanda məlumatların saxlanılması haqqında qərarları müstəqil orqan tərəfindən qəbul edilmir və bu məsələ üzrə nəzarəti müstəqil orqan həyata keçirmir. Bundan sonra ərizəçilər qeyd edirlər ki, məlumatların saxlanılması rejimi bu sahədə Avropa Şurasının tələblərinə cavab vermir. Nəhayət onlar vurğulamışlar ki, məlumatların saxlanılması törədilən əmələ görə bəraət almış və ya məsuliyyətdən azad edilmiş şəxslərin münasibətdə şübhələr yaradır və beləliklə də onların tam təqsirsiz olmadıqlarını ehtimal etməyə imkan verir. Bununla insan barədə məlumatın saxlanılması onun sosial stiqmatizasiyası ilə nəticələnir. Ən böyük ziyan uşaqlara, misal üçün S., və barələrində məlumat bazasında ətraflı informasiya yığılmış müəyyən etnik qruplara aid insanlara dəyir.
(b) Cavabdeh Hökumətin izahatları
Hökumət hesab edir ki, hazırkı işdə barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin saxlanılması nəticəsində ərizəçilərin şəxsi həyatına müdaxilə kimi qiymətləndirilsə də bu müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi mənasında əsaslandırılmışdır. Həmin müdaxilə qanunla müəyyən edilmiş, xüsusən 1984 il tarixli Qanunun 64-cü maddəsində təsbit edilmişdir. Bu müddəa barmaq izlərinin və nümunələrin götürülməsi ilə əlaqədar səlahiyyətləri və məhdudiyyətləri tənzim edir, həmçinin aydın müəyyən edir ki, iş üzrə aparılan araşdırmanın nəticəsindən asılı olmayaraq həmin məlumatlar saxlanılacaqdır. Hər halda barmaq izlərinin və nümunələrin saxlanılması üzrə diskresiyon səlahiyyətlər adi prinsiplər əsasında həyata keçirilir və məhkəmə nəzarəti altında saxlanılır.Bundan sonra Hökumət qeyd edir ki, sözü gedən müdaxilə iğtişaşın və cinayətlərin qarşısının alınması və digər insanların hüquq və azadlıqlarının müdafiəsi üzrə əsaslı məqsədlərə nail olmaq üçün zəruri və mütənasib olmuşdur. Cəmiyyət üçün vacibdir ki, hüquq mühafizə orqanları cinayətlərin qarşısının alınması, araşdırılması və müəyyən edilməsi məqsədilə müasir texnologiyalarını və kriminalistikanın nailiyyətlərini tam istifadə edə bilsinlər. Hökumət sübut kimi statistik məlumatları təqdim edərək qeyd etmişdir ki, saxlanılan materiallar cinayətkarlıq və terrorizmlə mübarizəsi, həmçinin təqsirli şəxslərin müəyyən edilməsi üçün qiymətsizdirlər. Cavabdeh Hökumət bildirir ki, barmaq izlərinin və nümunələrin saxlanılması cinayət işi üzrə araşdırmanın aparılmasında böyük üstünlük verir, bununla həm təqsirli şəxslərin müəyyən edilməsinə həm də təqsirsiz şəxslər barədə elan edilmiş ittihamların götürülməsinə, həmçinin məhkəmə səhvlərinin qarşısının alınmasına və düzəldilməsinə imkanlar yaradır.2005-ci il 30 sentyabr tarixinə olan məlumata əsasən ümummilli məlumat bazasında müxtəlif fiziki şəxslərin 181 min DNT profilləri saxlanılmışdır, lakin 2001-ci ildə qanunvericilikdə müvafiq düzəlişlər edilməsəydi onlar həmin məlumatların məhv edilməsi barədə müraciət edə bilərdilər. Bundan sonra cinayət hadisələri yerlərindən əldə olunmuş materialların qeyd olunan şəxslərdən 8251 şəxslərlə bağlı olduğu müəyyən edilmişdir. Söz gedir 13079 cinayət hadisələri barədə, onlardan 109-u qəsdən adam öldürmə, 55-i qəsdən adam öldürməyə cəhd, 116-sı zorlama, 67-si seksual xarakterli zorakılıq hərəkətləri, 105-i ağırlaşdırıcı hallarla törədilmiş oğurluq, 126-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər.Bundan başqa cavabdeh Hökumət ittiham hökmlərin çıxarılması ilə nəticələnmiş cinayət təqibləri zamanı DNT barədə məlumatların istifadəsi üzrə 18 konkret işlər təqdim etmişdir. Bu işlərdən onunda təqsirləndirilən şəxslərin DNT profilləri həmin araşdırma ilə bağlı olmayan digər cinayət hadisələrin baş verdiyi yerlərdən götürülmüş və məlumat bazasında saxlanılan bir neçə nümunələrlə üst üstə düşmüşdür. Bununla şübhəli şəxslərin bunda əvvəl törədikləri cinayətlərə görə məsuliyyətə cəlb edilməsi mümkün olmuşdur. Digər işdə zorlamaya görə həbs edilmiş iki şəxsin DNT profilləri hadisə yerində götürülmüş nümunələrlə üst üstə düşmədiyi üçün onlar barəsində cinayət təqibə xitam verilmişdir. Digər iki işdə böyük ictimai təhlükə törətməyən cinayətlərdə təqsirli bilinmiş şəxslərin DNT profillərinin saxlanılması sonradan onların başqa cinayətlərdə iştirakını müəyyən etməyə imkan yaratmışdır. Digər işdə isə miqrasiya qanunvericiliyin pozulmasında şübhəli bilinən şəxsin DNT profillərinin saxlanılması nəticəsində onun sonradan zərərçəkmiş şəxsin ifadələrinə əsasən zorlama və qəsdən adam öldürməni törədilməsinə görə Birləşmiş Krallığa ekstradisiya edilməsi mümkün olmuşdur. Nəhayət dörd hadisələrdə iki ildən sonra məlum olmuşdur ki, cinayətlərin törədilməsində şübhəli bilinən dörd şəxsin DNT profilləri qadınların zorlanması yerindən götürülmüş nümunələrlə üst üstə düşmüşdür.Cavabdeh Hökumət hesab edir ki, barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin saxlanılması hədsiz hesab oluna bilməz, belə ki, həmin materiallar müəyyən, məhdud və qanunla təsbit edilmiş məqsədlər üçün, tam təhlükəsiz şəraitdə, qeyd olunan təminatlar əsasında saxlanılırlar. Onların saxlanılması ərizəçilərin hər hansı cinayətlərin törədilməsində şübhələndirmə kimi hesab olunmur. Həmin məlumatların saxlanılması bunda əvvəl törədilmiş və haqqında araşdırma aparılmış cinayətlər barədə məlumatların konservasiyasına yönəlməmişdir. Həmin məlumatların qeydi onun polis tərəfindən qanuni əsaslarla saxlanılmasına görə aparılır. Eyni zamanda onun saxlanılması gələcəkdə məlumat bazasının genişləndirilməsi ilə istənilən hüquq pozuntusunun qarşısının alınmasına və müəyyən edilməsinə imkan yaradacaq. Saxlanılan materiallar hadisə yerindən götürülmüş nümunələrlə üst üstə düşməsə məlumatların saxlanılması insanın sosial stiqmatizasiyasına və ya ərizəçilər üçün hər hansı təcrübəli nəticələrə səbəb olmayacaq. Bununla fərdin hüquqları ilə ümumi sosial maraqlar arasında ədalətli tarazlığa riayət edilmişdir. Cavabdeh Hökumət isə öz təqdir səlahiyyətlərindən kənara çıxmamışdır.
2. Məhkəmənin qiymətləndirilməsi
(a) Müdaxilə “qanun əsasında” baş vermişdirmi
Məhkəmə öz presedent hüququnu xatırladaraq bildirir ki, “qanun əsasında” anlayışı iş üzrə mübahisələndirilən tədbirin milli qanunvericilikdə təsbit olunduğunu və Konvensiyanın preambulasında qeyd olunan, həmçinin 8-ci maddəsinin obyekti və məqsədi ilə birbaşa əlaqəli olan qanunun aliliyi prinsipinə uyğun olduğunu tələb edir. Bununla qanun kifayət qədər əlçatan olmalı və lazım olduqda şəxsin müvafiq hüquqi yardımı aldıqdan sonra öz hərəkətlərinin tənzim edilməsi üçün kifayət qədər dəqiq ifadə olunmalıdır. Həmin tələblərə cavab verilməsi üçün milli qanunvericilikdə özbaşınalığa qarşı müvafiq hüquqi vasitələr təsbit olunmalıdır. Eyni zamanda qanunvericilikdə hakimiyyət orqanlarının təqdir səlahiyyətlərinin həcmi və onların həyata keçirilməsinin qaydaları müəyyən edilməlidir (bax: “Meloun Birləşmiş Krallığa qarşı” (Malone v. the United Kingdom, 2 August 1984, §§ 66-68, Series A no. 82)); “Rotaru Rumıniyaya qarşı” (Rotaru v. Romania [GC], no. 28341/95, § 55, ECHR 2000-V); və yuxarıda qeyd olunan Amann İsveçrəyə qarşı, § 56)).Milli qanunvericiliyin bütün hallara diqqət yetirə bilmədiyini nəzərə alaraq onun müddəalarının konkretləşdirilməsi səviyyəsi müvafiq normativ hüquqi aktının məzmunundan, ehtimal olunan əhatə dairəsindən və barələrində tətbiq olunan subyektlərin statusu və sayından asılıdır (bax: “Həsən və Çauş Bolqarıstana qarşı” (Hasan and Chaush v. Bulgaria[GC], no. 30985/96, § 84, ECHR 2000-XI)).Məhkəmə qeyd edir ki, 1984-cü il tarixli Qanunun 64-cü maddəsinə əsasən cinayət işi üzrə araşdırmanın aparılması ilə əlaqədar hər hansı şəxsdən götürülmüş barmaq izləri və nümunələr istifadə edildikdən sonra müvafiq məqsədlər üçün saxlanıla bilərlər (bax: hazırkı qərarın 27-ci bəndi). Məhkəmə cavabdeh Hökumətlə razılaşır ki, ərizəçilərin barmaq izlərinin və DNT barədə məlumatların saxlanılmasının əsasları milli qanunvericilikdə dəqiq təsbit edilmişdir. Bundan başqa müəyyən nadir halları nəzərə alaraq təcrübədə bu məlumatların təhlükəsiz saxlanılmasını sübut edən müvafiq dəlillər mövcuddur. Lakin bunun kimi nadir hallarda polis orqanlarının rəhbər şəxslərinin həmin məlumatları məhv etmək səlahiyyətləri qeyd olunan qanunu Konvensiya mənasında naməlum etmir.Lakin şəxsi məlumatların saxlanılması şəraiti və qaydaları, həmçinin onun istifadəsi ilə əlaqədar bildirilməlidir ki, 1984-cü il tarixli Qanunun 64-cü maddəsi kifayət qədər dəqiq deyil. Həmin maddədə qeyd edilir ki, saxlanılan barmaq izləri və nümunələr yalnız cinayətin qarşısının alınması, cinayətim araşdırılması və ya cinayət təqibinin həyata keçirilməsi məqsədləri ilə istifadə oluna bilərlər. Onların digər məqsədlərlə istifadəsi nəzərdə tutulmur.Məhkəmə ərizəçilərlə razılaşaraq qeyd edir ki, ən azı birinci məqsəd ümumi qaydada ifadə olunub və müxtəlif təfsirlər üçün imkan yaradır. Məhkəmə bildirir ki, telefon danışıqlarına qulaqasmada, insanların güdülməsində və məlumatların gizli ələ keçirilməsindəki kimi bu kontekstdə də müvafiq tədbirlərin həyata keçirilməsini tənzim edən dəqiq qaydaların müəyyən edilməsi vacib hesab olunur. Həmçinin məlumatların saxlanılması, istifadəsi, sürəkliliyi, onun üçüncü şəxslər tərəfindən əldə olunması və məhv edilməsi ilə əlaqədar minimal tələblər müəyyən edilməlidirlər. Bu öz növbəsində hakimiyyət orqanlarının özbaşınalığından kifayət qədər təminatları təqdim edir (bax: mutatis mutandis, “Kruslin Fransaya qarşı” (Kruslin v. France, 24 April 1990, §§ 33 and 35, Series A no. 176‑A); yuxarıda qeyd olunan “Rotaru Rumıniyaya qarşı”, § 57-59; “Veber və Saraviya Almaniyaya qarşı” (Weber and Saravia v. Germany (dec.), no. 54934/00, ECHR 2006‑...); “Avropa inteqrasiyası və insan hüquqları üzrə Assosiasiyası” və Əkimciyev Bolqarıstana qarşı” (Association for European Integration and Human Rights and Ekimdzhiev v. Bulgaria, no. 62540/00, §§ 75-77, 28 June 2007); “Azadliq Şurası” təşkilatı və digərləri Birləşmiş Krallığa qarşı” (Liberty and Others v. the United Kingdom, no. 58243/00, § 62-63, 1 July 2008)). Lakin Məhkəmə qeyd edir ki, həmin suallar ərizəçilərin şəxsi həyatlarına müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyi” kimi daha geniş məsələ ilə bağlıdır. Bununla həmin məsələnin aşağıda göstərilən 105-126-cı bəndlərdəki kimi araşdırılmasını nəzərə alaraq Məhkəmə qeyd olunan Qanunun 64-cü maddəsinin Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi mənasında “qanunun keyfiyyəti” anlayışına uyğun olub olmadığı məsələsinə qiymət verməyə zərurət yaranmadığını hesab edir.
(b) Müdaxilə qanuni məqsədlərə xidmət edirdimi
Məhkəmə cavabdeh Hökumətlə razılaşır ki, barmaq izlərinin və DNT barədə məlumatların saxlanılması cinayət hadisələrinin müəyyən edilməsi və bununla cinayətin qarşısının alınması kimi qanuni məqsədlərə xidmət edirdi. Məlumatların ilkin götürülməsi konkret şəxsin törədilməsində şübhəli bilinən cinayət hadisəsi ilə bağlı olduğunu müəyyən etmək məqsədinə xidmət edirsə, onların saxlanılması gələcəkdə baş verə biləcək cinayət hadisələrin aşkar edilməsi kimi daha geniş məqsədə xidmət edir.
(c) Müdaxilənin demokratik cəmiyyətdə zəruri olmuşdurmu
(i) Ümumi prinsiplər
Fərdin hüququndan istifadəyə dövlət tərəfindən edilmiş müdaxilə “mühüm sosial tələbata” cavab verirsə, qanuni tələblərə mütənasibdirsə və hakimiyyət orqanlarının istinad etdikləri əsaslar “münasib və qənaətbəxşdir”sə qanuni məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Həmin məsələlərin ilkin qiymətləndirilməsi milli hakimiyyət orqanları tərəfindən aparılırsa, müdaxilənin Konvensiyanın tələblərinə əsasən zəruriliyinin yekun araşdırılması Məhkəmə tərəfindən nəzarət qaydasında həyata keçirilir (bax: “Koster Birləşmiş Krallığa qarşı” (Coster v. the United Kingdom [GC], no. 24876/94, § 104, 18 January 2001)). Həmin qiymətləndirmənin aparılmasında milli hakimiyyət orqanlarına müəyyən təqdir səlahiyyəti verilməlidir. Həmin səlahiyyətin həcmi daimi deyil və müxtəlif hallardan, o cümlədən Konvensiyada təsbit edilmiş hüququnun mahiyyətindən, onun şəxs üçün vacibliyindən, müdaxilənin xüsusiyyətindən və xidmət etdiyi məqsəddən asılıdır. Məsələ şəxsi və insan üçün vacib olan hüquqlardan istifadə ilə bağlı olduqda dövlətin təqdir səlahiyyətinin həcmi azala bilər (bax: “Konnors Birləşmiş Krallığa qarşı” (Connors v. the United Kingdom, no. 66746/01, § 82, 27 May 2004)). Məsələ şəxs üçün hər hansı vacib aspekti və ya onun toxunulmazlığı ilə bağlı olduqda dövlətin təqdir səlahiyyəti məhdudlaşır (bax: “Evans Birləşmiş Krallığa qarşı” (Evans v. the United Kingdom [GC], no. 6339/05, § 77, ECHR 2007‑...)). Lakin məsələ Avropa Şurası Üzv dövlətləri arasında hər hansı razılığın olmaması ilə bağlı olduqda (yəni müvafiq marağın müqayisəli vacibliyi və ya müdafiə vasitələrin seçilməsi ilə bağlı) təqdir səlahiyyətinin həddi genişlənir (bax: “Dikson Birləşmiş Krallığa qarşı” (Dickson v. the United Kingdom [GC], no. 44362/04, § 78, ECHR 2007-...)). Şəxsi xarakterli məlumatların mühafizəsi Konvensiyanı 8-ci maddəsi ilə təmin olunan insanın şəxsi və ailə həyatına hörmət hüququndan istifadəsi üçün olduqca vacibdir. Şəxsi xarakterli məlumatların Konvensiyanın qeyd olunan müddəasında təsbit olunan təminatlara uyğun olmayan vasitələrlə istifadəsini milli qanunvericilik imkan verməməlidir (bax: mutatis mutandis, yuxarıda qeyd olunan “Z. Finlandiyaya qarşı”, 95-ci bənd). Bu məsələnin vacibliyi avtomatik emala məruz qalan şəxsi xarakterli məlumatlarla əlaqədar və ya məlumatın polisin öz məqsədləri üçün istifadə olduqda artır. Milli qanunvericilik təmin etməlidir ki, bu saxlanılması məqsədləri üçün həmin məlumatlar kifayətedici olsunlar və hədsiz olmasınlar, habelə saxlanılma forması üzrə məlumat subyektləri məlumatların saxlanılması üçün müəyyən edilmiş müddətdən artıq müəyyən olunmasınlar (bax: “Məlumatların mühafizəsi haqqında” Konvensiyasının Preambulası və 5-ci maddəsi, həmçinin polisin şəxsi xarakterli məlumatların istifadəsini tənzim edən Avropa Şurası Nazirlər Komitəsinin R(87)15 nömrəli Tövsiyəsinin 7-ci prinsipinə). Bundan başqa saxlanılan şəxsi xarakterli məlumatların əsassız və özbaşınalıqla istifadəsinə qarşı səmərəli təminatlar milli qanunvericilikdə müəyyən olunmalıdırlar (bax: “Məlumatların mühafizəsi haqqında” Konvensiyasının 7-ci maddəsi). Yuxarıda qeyd olunan mülahizələr məxfi məlumatların xüsusi kateqoriyaları ilə bağlıdır (cinayətin araşdırılması zamanı DNT təhlilinin istifadəsi barədə Avropa Şurası Nazirlər Komitəsinin R(92)1 nömrəli Tövsiyəsi), misal üçün insanın genetik təsvirini əks etdirən, həmçinin şəxs və onun ailəsi üçün vacib olan DNT haqqında məlumatlar. Şəxsi məlumatlarının, xüsusən barmaq izlərinin və nümunələrin mühafizəsində məlumat subyektlərinin və ictimaiyyətin maraqları cinayətin qarşısının alınması kimi qanuni maraqdan zəif ola bilər (“Məlumatların mühafizəsi haqqında” Konvensiyasının 9-cu maddəsi). Lakin həmin məlumatın mahiyyətinə əsasən şəxsi xarakterli olduğunu nəzərə alaraq Məhkəmə onun müvafiq insanın razılığı olmadan saxlanılmasını və istifadəsini müəyyən edən istənilən tədbiri dəqiq araşdırmalıdır (bax: mutatis mutandis, yuxarıda qeyd olunan “Z. Finlandiyaya qarşı”, 96-cı bənd).
(ii) Yuxarıda qeyd edilən prinsiplərin hazırkı işdə tətbiqi
Məhkəmə mübahisə etmir ki, cinayətkarlıqla, xüsusən də mütəşəkkil cinayətkarlıqla və terrorizmlə mübarizə müasir Avropa ölkələri qarşısında duran çağırışdır. Həmin mübarizənin səmərəliliyi cinayətin araşdırması və cinayətkarların ifşa edilməsi üçün istifadə edilən müasir elmi üsullardan asılıdır. on beş il bundan əvvəl Avropa Şurası təsdiq etmişdir ki, DNT nümunələrinin təhlili cinayətin araşdırılmasında üstünlük verir (bax: Avropa Şurası Nazirlər Komitəsinin R(92)1 nömrəli Tövsiyəsi, hazırkı qərarın 43-44-cü bəndlər). Avropa Şurası üzv ölkələrin həmin vaxtdan DNT məlumatlarının şəxsin təqsirli olub olmadığının müəyyən edilməsi üçün istifadəsində sürətli və aşkar irəliləyişə nail olunması mübahisələndirilmir. Lakin cinayətlərin aşkar edilməsi üçün genetik məlumatlarının vacibliyini təsdiq edərək Məhkəmə həmin iş üzrə araşdırılmalı olan məsələlər dairəsini müəyyən etməlidir. Həmin məsələ barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin saxlanılmasının bütövlükdə Konvensiya mənasında əsaslı olub olmadığının araşdırılması ilə bağlı deyil. Məhkəmə tərəfindən cavablandırılmalı olan yeganə sual təqsirləndirilmiş, lakin müəyyən cinayətlərin törədilməsində təqsirli bilinməmiş ərizəçilərə məxsus barmaq izlərinin və DNT barədə məlumatlarının saxlanılması Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi mənasında əsaslı olub olmadığının müəyyən edilməsidir. Həmin məsələnin araşdırılması zamanı Məhkəmə Avropa Şurasının sənədlərinə, həmçinin digər Razılığa gəlmiş dövlətlərin qanunvericiliyinə və təcrübəsinə diqqət yetirəcək. Məlumatların mühafizəsinin baza prinsipləri tələb edir ki, informasiyanın saxlanılması onun əldə olunması məqsədinə mütənasib olsun, eyni zamanda onun saxlanılma müddəti məhdud olsun (bax: hazırkı qərarın 41-44-cü bəndlərə). Həmin prinsiplər Razılığa gəlmiş dövlətlərin polis orqanlarının fəaliyyətində davamlı olaraq “Məlumatların mühafizəsi haqqında” Konvensiyasına və Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyələrinə uyğun olaraq tətbiq olunurlar (bax: hazırkı qərarın 45-49-cu bəndlər). Razılığa gəlmiş dövlətlərin əksəriyyətində cinayətin araşdırılması zamanı hüceyrə nümunələri yalnız müəyyən böyük ictimai təhlükə törətməyən cinayətlərdə təqsirləndirilən şəxslərdən götürülə bilər. DNT məlumat bazaları olan Razılığa gəlmiş dövlətlərin əksəriyyətində hüceyrə nümunələri və onlardan əldə edilmiş DNT profilləri şəxs barəsində bəraət hökmü çıxarıldıqdan və ya ona qarşı irəli sürülmüş ittihamların geri götürüldükdən dərhal ya da müəyyən edilmiş müvafiq müddət keçdikdən sonra məhv edilməlidirlər. Bəzi Razılığa gəlmiş dövlətlərdə həmin prinsipdən müəyyən məhdud istisnalar mövcuddur (bax: hazırkı qərarın 47-48-ci bəndlər). Xüsusən məsələ ilə əlaqədar Birləşmiş Krallığa daxil olan Şotlandiyanın mövqeyi əhəmiyyət daşıyır. Şotlandiyanın Parlamenti barələrində ittiham hökmü çıxarılmamış, lakin zorlama və seksual xarakterli cinayətlərin törədilməsində təqsirləndirilən yetkinlik yaşına çatmış şəxslərin DNT profillərinin polis şerifinin razılığı ilə iki il müddətinə artırmaqla üç il ərzində saxlanılması barədə qərar verib. Bu mövqe Avropa Şurası Nazirlər Komitəsinin R(92)1 nömrəli Tövsiyəsinə tam uyğundur. Həmin Tövsiyədə müxtəlif hallara dair fərqli yanaşma tətbiqinin və hətta ciddi məsələlər üzrə məlumatların saxlanılması ilə əlaqədar konkret müddətlərin təyin edilməsinin zəruriliyi qeyd olunur (bax: hazırkı qərarın 43-44-cü bəndlər). Bununla əlaqədar polisdə qeydiyyata alınmasını nəzərdə tutan hüququ pozuntusunun törədilməsində şübhəli bilinən şəxsin yaşından asılı olmayaraq barmaq izlərinin və DNT materialların müddətsiz saxlanılması Avropa Şurasının Üzv dövlətlərində yalnız İngiltərə, Uels və Şimali İrlandiyada mümkündür. Cavabdeh Hökumət bildirir ki, Birləşmiş Krallıq cinayət hadisələrinin müəyyən edilməsi üçün DNT nümunələrinin istifadəsinə dair ən qabaqcıl texnologiyaları tətbiq edir və digər dövlətlərin DNT üzrə məlumat bazaları bunun kimi inkişaf səviyyəsinə çatmamışdırlar. Hökumət bildirir ki, digər ölkələrdə qanunvericiliyin və hüquq tətbiqinin müqayisəli təhlilinin mənası digər ölkələrdə məhduddur. Lakin Məhkəmə qeyd edir ki, DNT məlumat bazanın artırılmasının üstünlüyünə baxmayaraq digər Razılığa gəlmiş dövlətlər maraqlar toqquşmasında tarazlığın qorunması məqsədilə şəxsi həyatının toxunulmazlığını təmin edilməsi üçün həmin məlumatların saxlanılmasının və istifadəsinin məhdudlaşdırılmasını qərara alıblar. Məhkəmə bildirir ki, cinayət prosesi zamanı müasir texnologiyaların istifadəsinə istənilən vəcdlə icazə verilsə, həmçinin həmin məlumatların hərtərəfli istifadəsinin mümkün üstünlükləri şəxsi həyat ilə bağlı olan maraqlarla müqayisə edilməsə Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş müdafiə vasitələri zəifləyəcək. Məhkəmənin fikrincə bu məsələyə dair Razılığa gəlmiş dövlətlər tərəfindən nümayiş olunan razılıq çox vacibdir və dövlətlərin insanların bu sahədə şəxsi həyatına müdaxilə etmək üzrə təqdir səlahiyyətini məhdudlaşdırır. Məhkəmə hesab edir ki, müasir texnologiyaların tətbiqi sahəsində öndə gedən istənilən ölkə ədalətli tarazlığın qorunması üzrə xüsusi məsuliyyət daşıyır. Hazırkı işdə barmaq izləri, hüceyrə nümunələri və DNT profilləri birinci ərizəçidən barəsində soyğunçuluq cəhdi üzrə irəli sürülmüş ittihamlarla əlaqədar, ikinci ərizəçidən isə məşuqəsinə qarşı zorakı təzyiqə görə barəsində irəli sürülmüş ittihamla bağlı götürülmüşdür. Həmin məlumat onu müddətsiz saxlanılmasını müəyyən edən qanunvericilik əsasında saxlanılmışdır baxmayaraq ki, birinci ərizəçi barəsində bəraət hökmü çıxarılmış, ikinci ərizəçi barəsində isə aparılmış cinayət işinə xitam verilmişdir. Məhkəmə şübhəli bilinən, lakin barələrində ittiham hökmü çıxarılmamış şəxslərin DNT məlumatlarının müddətsiz saxlanılmasının əsasların münasib və qənaətbəxş olmuşdurmu. Baxmayaraq ki, barələrində ittiham hökmləri çıxarılmamış şəxslərin barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərin saxlanılması İngiltərə və Uelsdə yalnız 2001-ci ildə mümkün olmuşdur, cavabdeh Hökumətin izahatlarına əsasən həmin məlumatların saxlanılması cinayətkarlıqla mübarizənin vacib elementi hesab olunur. Şübhəsiz bundan əvvəl məhv olunmalı DNT profillərinin bir sıra hallarda cinayət hadisəsi yerindən götürülmüş nümunələrlə üst üstə düşməsi barədə Lordlar Palatasında araşdırılmış və cavabdeh Hökumət tərəfindən təqdim edilmiş materiallarda göstərilən statistik məlumatlar və digər sübutlar mötəbərdirlər (bax: hazırkı qərarın 92-ci bəndi). Lakin ərizəçilər qeyd edirlər ki, həmin statistik məlumatlar yanıldır. Həmin mövqe ilə bioetika üzrə Naffild Şurası da razılaşır. Doğrudur ərizəçilər bildirdiyi kimi həmin məlumatlar cinayət hadisələri yerlərində götürülmüş nümunələrlə təqsirləndirilən şəxslər barəsində çıxarılmış ittiham hökmləri arasında “əlaqə”nin dərəcəsini və məhkəmələr tərəfindən təqsirli bilinməmiş şəxslərin DNT nümunələrinin saxlanılması nəticəsində çıxarılmış ittiham hökmlərinin sayını göstərməmişdir. Həmçinin həmin statistik məlumatlar DNT nümunələrin bir sıra hallarda cinayət hadisələri yerlərində götürülmüş maddi sübutlarla üst üstə düşməsi məhz həmin şəxslərin DNT profillərinin müddətsiz saxlanılması nəticəsində mümkün olmasını sübut etmir. Eyni zamanda Hökumətin istinad etdiyi işlərin əksəriyyətində (bax: hazırkı qərarın 93-cü bəndi) şübhəli şəxslərdən götürülmüş nümunələr yalnız bundan əvvəl cinayət hadisələri yerlərindən götürülmüş və məlumat bazasında saxlanılan məlumatlarla üst üstə düşür. Bununla təqsirləndirilən lakin təqsirli bilinməmiş şəxslərin DNT məlumatlarının müddətsiz saxlanılmasını tənzim edən müvafiq qanun olmasaydı da həmin təsadüflərin mövcudluğu mümkün olardı. Lakin cavabdeh Hökumətin təqdim etdiyi statistikanın və nümunələrin özü özlüyündə ərizəçilərin vəziyyətində olan bütün şəxslərin barmaq izləri və DNT məlumatlarının daimi və fərq qoyulmadan saxlanılması təmin olunmadan cinayətkarların müəyyən edilməsi və təqibində uğur qazanılmasının mümkün olmadığını təsdiq etməsə də Məhkəmə qəbul edir ki, məlumat bazasının genişləndirilməsi cinayətin müəyyən edilməsi və qarşısının alınması işinə kömək etmişdir. Lakin həmin saxlanılmanın mütənasibliyi və onun nəticəsində ümumi və fərdi maraqlar arasında tarazlığın təmin olunub olunmaması barədə sual yaranır. Bununla əlaqədar Məhkəmə İngiltərə və Uels hakimiyyət orqanlarının şəxsi məlumatlarının saxlanılması ilə bağlı hərtərəfli və fərq qoymayan səlahiyyətlərinə son dərəcədə təəccüblənir. Həmin məlumat şəxsin törədilməsində şübhəli bilindiyi cinayətin xüsusiyyətlərinə və ağırlıq dərəcəsinə və təqsirləndirilən şəxsin yaşına fərq qoyulmadan saxlanıla bilər. Yaşından asılı olmayaraq istənilən şəxsdən (polis orqanlarında qeydiyyata alınma ilə nəticələnən hər hansı hüquq pozuntusunun, o cümlədən böyük ictimai təhlükə törətməyən və sanksiyasında azadlıqdan məhrumetmə növündə cəzanın nəzərdə tutulmadığı cinayətin törədilməsinə görə saxlanılan şəxs) barmaq izləri və nümunələr götürülə və sonradan saxlanıla bilərlər. Həmin materialların saxlanılması müddətlərlə məhdudlaşmır. Onlar şəxsin törədilməsində şübhəli bilindiyi cinayətin xüsusiyyətlərindən və ağırlıq dərəcəsindən asılı olmayaraq müddətsiz saxlanılırlar. Bundan başqa barəsində bəraət hökmü çıxarılmış şəxsin həmin məlumatların ümummilli məlumat bazasından silinməsinə və ya məhv edilməsinə nail olmaq imkanları məhduddur (bax: hazırkı qərarın 35-ci bəndi). Xüsusən də qanunvericilikdə törədilmiş cinayətin ağırlığı, bundan əvvəlki həbslər, şəxsin şübhələndirilməsi üçün əsaslar kimi müvafiq meyarlara uyğun olaraq məlumatların saxlanılmasının əsaslandırılması üzrə məhkəmə nəzarətinin keçirilməsini müəyyən edən norma mövcud deyil. Məhkəmə mümkün hesab edir ki, ərizəçilərin şəxsi həyatına hörmət hüququndan istifadəsinə dövlət tərəfindən müdaxilə saxlanılan məlumatların növündən asılı olaraq fərqlənə bilər. Hüceyrə nümunələrinin saxlanılması orada əks olunan genetik və şəxsin sağlamlığı barədə məlumatları nəzərə alaraq şəxsi həyata daha ciddi müdaxilə ilə nəticələnə bilər. Lakin hazırkı işdə məlumatların müddətsiz və fərq qoyulmadan saxlanılması dəqiq təhlilin həyata keçirilməsini tələb edir. Cavabdeh Hökumətin izahatlarına əsasən məlumatların saxlanılması gələcəkdə ərizəçilərdən şübhələnməyə əsas yaradan nümunələrin cinayət hadisəsi yerlərində götürülmüş maddi sübutlarla üst üstə düşmədikdə onlara münasibətdə birbaşa və ya əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Məhkəmə bu dəlillə razılaşmayaraq təkrarlayır ki, istifadə olunub olunmadığından asılı olmayaraq insan barədə istənilən üsullarla əldə olunmuş məlumatların dövlət tərəfindən saxlanılması şəxsi həyata birbaşa təsir kimi qiymətləndirilir (bax: hazırkı qərarın 67-ci bəndi). Bu kontekstdə insanın sosial stiqmatizasiyası xüsusi narahatlıq doğurur, belə ki, ərizəçilər kimi barələrində ittiham hökmü çıxarılmamış və təqsiri olmayan şəxslərə münasibətdə təqsirli bilinmiş şəxslərə kimi eyni yanaşma tətbiq olunur. Bununla əlaqədar Məhkəmə xatırladır ki, Konvensiyada təsbit edilmiş təqsirsizlik prezumpsiyasına əsasən təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıldıqdan sonra onun təqsiri barədə şübhələrə yol verilməməlidir (bax: “Asan Ruşıti Avstriyaya qarşı” (Asan Rushiti v. Austria, no. 28389/95, § 31, 21 March 2000)). Doğrudur şəxsi məlumatların saxlanılması şəxs barəsində şübhələrin yaranması ilə bərabər tutmaq olmaz. Lakin ərizəçilər barədə məlumatların müddətsiz və təqsirli bilinmiş şəxslərin məlumatları kimi eyni şəraitdə saxlanılması onların hisslərinə toxunur və ərizəçilərdə belə bir ehtimal yaranır ki, onlara münasibətdə təqsirsiz şəxslərlə müqayisədə fərqli yanaşma tətbiq edilir. Belə ki, şübhələndirilməmiş şəxslərin məlumatları məhv edilir. Cavabdeh Hökumət bildirir ki, məlumatların saxlanılması üzrə hakimiyyət orqanlarının səlahiyyətləri şəxsin təqsirli bilinib bilinmədiyindən asılı olmayaraq cinayət araşdırılması ilə əlaqədar götürülmüş bütün barmaq izlərinə və DNT nümunələrinə aiddir . Bundan sonra Hökumət qeyd edir ki, barmaq izləri və DNT nümunələri qanuni əsaslarla götürülür və onların saxlanılması şəxsin əvvəllər şübhəli bilinib bilinmədiyindən asılı deyil. Məlumatların saxlanılmasının yeganə məqsədi məlumat bazasının genişləndirilməsi və bununla hüquq pozuntularının müəyyən edilməsi üçün həmin bazadan istifadə imkanlarının artırılmasıdır. Məhkəmə hesab edir ki, Hökumətin təqdim etdiyi həmin dəlili 1984-cü il tarixli Qanunun 64-cü maddəsinin 3-cü bəndi ilə təsbit edildiyi kimi barmaq izlərini və DNT nümunələrini könüllü təqdim edilmiş şəxslərin müraciətinə əsasən ləğv edilməsinə dair öhdəliklə müqayisə etmək çox çətindir, baxmayaraq ki, həmin məlumatlar məlumat bazasının genişləndirilməsi baxımımdan eyni dəyərlidirlər. Ərizəçilərin şəxsi məlumatları ilə barələrində ittiham hökmü çıxarılmamış digər insanların şəxsi məlumatları arasında qoyulan fərqin Məhkəmə tərəfindən əsaslı hesab edilməsi üçün Hökumət daha inandırıcı dəlillər təqdim etməlidir. Bundan sonra Məhkəmə hesab edir ki, barələrində ittiham hökmü çıxarılmamış şəxslər haqqında məlumatların saxlanılması birinci ərizəçi kimi yetkinlik yaşına çatmamış şəxslərə onların rolunun, həmçinin inkişafının və cəmiyyətə inteqrasiyanın vacibliyini nəzərə alaraq daha ciddi ziyan dəyə bilər. Məhkəmə BMT-nin “Uşaq hüquqları haqqında” 1989-cu il tarixli Konvensiyasının 40-cı maddəsinə əsaslanaraq əvvəlki işlərdə qeyd etmişdir ki, cinayət işləri üzrə aparılan araşdırma çərçivəsində uşaqların xüsusi rolunu nəzərə alaraq cinayət prosesi zamanı onların şəxsi həyatları qorunmalıdır (bax: “T. Birləşmiş Krallığa qarşı” (T. v. the United Kingdom [GC], no. 24724/94, §§ 75 and 85, 16 December 1999)). Bununla Məhkəmə qeyd edir ki, barələrində bəraət hökmləri çıxarıldıqdan sonra yetkinlik yaşına çatmamış uşaqların şəxsi məlumatlarının saxlanılması zamanı onların mümkün ziyandan müdafiəsinə xüsusi diqqət ayırmalıdır. Məhkəmə bioetika üzrə Naffild Şurasının mövqeyi ilə razılaşır ki, yetkinlik yaşına çatmamış uşaqlar barədə DNT məlumatların müddətsiz saxlanılması onlara mənfi təsir göstərir. Eyni zamanda Məhkəmə Şuranın narahatçılığını qeyd edərək bildirir ki, dövlətin siyasəti nəticəsində barələrində ittiham hökmü çıxarılmamış çoxlu sayda gənc insanların və milli azlıqların məlumat bazasında qeydiyyatı ilə nəticələnmişdir (bax: hazırkı qərarın 38-40-cı bəndləri). Bununla əlaqədar Məhkəmə nəticəyə gəlmişdir ki, təqsirləndirilmiş, lakin barələrində ittiham hökmü çıxarılmamış şəxslərin barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərin qeyd-şərtsiz və fərq qoyulmadan saxlanılması üzrə hakimiyyət orqanlarının səlahiyyətləri (ərizəçilərin hazırkı işlərindəki kimi) toqquşan ümumi və şəxsi maraqları arasında olan ədalətli tarazlığı pozur. Bununla cavabdeh Hökumət müəyyən edilmiş təqdir səlahiyyəti çərçivəsindən kənara çıxmışdır. Beləliklə, qeyd olunan materialların saxlanılması nəticəsində ərizəçilərin şəxsi həyatına hörmət hüququndan istifadəsinə edilmiş müdaxilə mütənasib deyil və demokratik cəmiyyətdə zəruri hesab oluna bilməz. Bununla əlaqədar şəxsi məlumatları əldə etmək üçün geniş imkanları və onların sui-istifadəsinə qarşı müdafiə vasitələrin kifayət qədər mövcud olmaması kimi faktorlarla bağlı təminatların az olmasına dair ərizəçilərin şübhələrinin araşdırılmasından Məhkəmə azad olunur. Beləliklə, hazırkı işdə Konvensiyanın 8-ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
Ərizəçilər bildirilər ki, eyni vəziyyətdə olan digər şəxslərlə (xüsusən barələrində ittiham hökmü çıxarılmamış şəxslərin nümunələri qanunvericiliyə əsasən məhv olunmalıdırlar) müqayisədə onlar ayrı-seçkiliyə məruz qalıblar. Həmin ayrı-seçkilik onların statusu ilə əlaqədar olmuş, bununla həmişə geniş təfsir edilən Konvensiyanın 14-cü maddəsinin mənası altına düşür. Ərizəçilərin Konvensiyanın 8-ci maddəsinin pozulması iddiası üzrə həmin rəftar əsassız və qeyri-obyektiv olmuş və qanuni məqsədlərə xidmət etməmişdir. Eyni zamanda cinayətin qarşısının alınması və cinayət hadisənin müəyyən edilməsi üçün heç bir rol oynamayan nümunələrin saxlanılması kimi qanuni məqsədinin mütənasibliyinə əsaslı uyğunluq mövcud deyil. Təqsirsiz hesab olunan şəxslər barədə məlumatların saxlanılması düzgün hesab olunmamalı və şəxslərlə fərqli rəftar kimi qiymətləndirilməlidir. Cavabdeh Hökumət hesab edir ki, Konvensiyanın 8-ci maddəsinin həmin işə aid olmadığını nəzərə alaraq Konvensiyanın 14-cü maddəsi tətbiq edilməməlidir. Hatda həmin maddə tətbiq olunsaydı şəxslərlə bağlı rəftarda heç bir fərq müşahidə edilmir. Belə ki, ərizəçilərlə eyni vəziyyətə olan digər şəxslərlə eyni rəftar edilir və ərizəçilər polis tərəfindən nümunələri götürülməmiş və ya nümunələrə könüllü vermiş şəxslərlə özlərini müqayisə edə bilməzlər. Hər halda ərizəçilər tərəfindən iddia olunan ayrı-seçkilik status əsasında deyil şəxsi xüsusiyyətlərə və tarixi faktorlara əsaslanır. Güman etsək ki, hər hansı ayrı-seçkilik baş vermişdirsə, o əsaslı olmuş və dövlətin təqdir səlahiyyəti çərçivəsindən kənara çıxmamışdır. Məhkəmə qeyd edir ki, onun gəldiyi nəticəsinə əsasən ərizəçilərin barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin saxlanılması Konvensiyanın 8-ci maddəsinin tələblərini pozur. Bununla əlaqədar Məhkəmə həmin nəticəyə gəlməsi üçün aparılmış araşdırmanı nəzərə alaraq qərara gəlmişdir ki, şikayətin bu hissədə ayrıca araşdırılması məqsədəuyğun hesab edilmir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
Ərizəçilər mənəvi ziyan və məhkəmə xərclərinin ödənilməsinə dair qərarın qəbul edilməsini Məhkəmədən xahiş etmişdirlər.
A. Mənəvi ziyan
Ərizəçilər bildirirlər ki, barələrində şəxsi məlumatların dövlət tərəfindən əsassız saxlanılması haqqında onların məlumatlılığı və bununla əlaqədar məhkəmə proseslərində iştirak etmək məcburiliyi onlara əzab gətirib. Bunun nəticəsində dəymiş mənəvi ziyana görə hər birinə 5000 Britaniyanın funt sterlinqi məbləğində vəsaitin ödənilməsini xahiş etmişdirlər. Cavabdeh Hökumət Məhkəmənin presedent hüququna (bax: yuxarıda qeyd olunan “Amann İsveçrəyə qarşı”) istinad edərək qeyd etmişdir ki, Konvensiya müddəanın pozulmasını müəyyən edən qərarın çıxarılması ərizəçilərə iddia olunan pozuntuya görə ədalətli kompensasiya kimi hesab oluna bilər. Hökumət təkid edir ki, hazırkı iş şəxsi məlumatların istifadəsi və ya yayılması ilə əlaqədar Məhkəmənin Konvensiya müddəalarının pozuntusunu müəyyən etmiş digər işlərdən fərqlənir (bax: yuxarıda qeyd olunan “Rotaru Rumıniyaya qarşı”). Məhkəmə xatırladır ki, ərizəçilərin barmaq izlərinin və DNT barədə məlumatların saxlanılması nəticəsində Konvensiyanın 8-ci maddəsi pozulmuşdur. Konvensiyanın 46-cı maddəsinə əsasən Avropa Şurası Nazirlər Komitəsinin nəzarəti altında ərizəçilərin və onların vəziyyətində olan digər insanların şəxsi həyata hörmət hüququ üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə cavabdeh Hökumət müvafiq fərdi və ümumi xarakterli tədbirləri yerinə yetirməlidir (bax: “Skozzari və Djunta İtaliyaya qarşı” (Scozzari and Giunta v. Italy [GC], nos. 39221/98 and 41963/98, § 249, ECHR 2000‑VIII); və “Kristin Qudvin Birləşmiş Krallığa qarşı” (Christine Goodwin v. the United Kingdom [GC], no. 28957/95, § 120, ECHR 2002‑VI)). Belə olan hallarda Məhkəmə hesab edir ki, Konvensiyanın pozulmasını müəyyən edən qərarın çıxarılması özü özlüyündə ədalətli təzminat kimi qiymətləndirilə bilər. Bununla Məhkəmə ərizəçilərin ədalətli təzminatın ödənilməsinə dair iddialarını rədd edir.
B. Məhkəmə xərcləri
Ərizəçilər həmçinin müvafiq sənədləri təqdim edərək Məhkəmədən 52066 Britaniyanın funt sterlinq məbləğində xərclər və məsrəflərin ödənilməsini xahiş etmişlər. Həmin xərclərə solisitorun (15083 funt sterlinq) və üç vəkillərin (müvafiq olaraq 21267.50, 2937.50 və 12778.13 funt sterlinqi) qonorarları daxildir. Solisitor tərəfindən göstərilən xidmətlərin hər saatı 140 funt sterlinq məbləğində qiymətləndirilir (2007-ci ilin iyun ayından həmin məbləğ hər saata 183 funt sterlinqə qədər artırılmışdır). Birinci vəkilin göstərdiyi xidmətin hər saatı 150 funt sterlinq, ikinci vəkilin hər saatı 250 funt sterlinq və üçüncü vəkilin hər saatı 125 funt sterlinq məbləğində müəyyən edilmişdir. Cavabdeh Hökumət ərizəçilərin tələblərini əsassız hesab etmişdir. Hökumət bildirir ki, göstərilən məbləğlər həddindən artıq yüksəkdir, faktiki olaraq vəkillərin hər saata görə xidmətləri qeyd olunan məbləğlərin üçdən ikisi hissəsində müəyyən edilmişdir. Eyni zamanda Hökumət iş üzrə məhkəmə baxışının sonrakı mərhələdə cəlb edilmiş dördüncü vəkilin xidmətlərinə görə qonorarın ödənilməsinə etiraz edərək qeyd edir ki, həmin vəkil təkrarən eyni işləri görmüşdür. Hökumət hesab edir ki, məxkəmə xərclərinə görə ödənilməli olan kompensasiya məbləği 15000 funt sterlinq məbləğindən müəyyən olunmalı və hər halda 20000 funt sterlinq məbləğindən artıq olmamalıdır. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun (bax: “Roşe Birləşmiş Krallığa qarşı” (Roche v. the United Kingdom [GC], no. 32555/96, § 182, ECHR 2005‑X)). Bir tərəfdən şikayətlərin həm Məhkəmə Palatasında həm də Böyük Palatada araşdırıldığını nəzərə alaraq hazırkı işin çox çətin olması hesab olunur. İş üzrə bir neçə dəfə izahatlar təqdim edilmiş və dinləmələr keçirilmişdir. Eyni zamanda işdə böyük həcmli işin aparılmasını tələb edən çətin hüquqi məsələlər qaldırılır. Xüsusən barmaq izlərinin və DNT barədə məlumatların saxlanılması məsələləri ilə əlaqədar olan məhkəmə çəkişmələrin təhlil edilməsi, eyni zamanda digər Razılığa gəlmiş dövlətlərin qanunvericiliyin və təcrübənin, həmçinin Avropa Şurasının müvafiq sənədlərin iş üzrə öyrənilməsi tələb olunmuşdur. Lakin Məhkəmə hesab edir ki, ərizəçilərin tələb etdiyi 52066 funt sterlinq məbləğində kompensasiya həddindən artıq yüksəkdir. Xüsusən Məhkəmə Hökumətin dəlili ilə razılaşaraq qeyd edir ki, məhkəmə prosesinin sonrakı mərhələlərdə dördüncü hüquqşünasın təyin edilməsi eyni işin iki dəfə görülməsi ilə nəticələnə bilərdi. Ədalətli qiymətləndirmə apararaq və oxşar işlər üzrə öz presedent hüququna istinad edərək Məhkəmə ərizəçiyə məhkəmə xərclərinə görə 42000 avro məbləğində kompensasiyanın ödənilməsini qət edir. Bu məbləğdən hüquqi yardımın göstərilməsi ilə əlaqədar Avropa Şurası tərəfindən təqdim edilmiş 2613.07 avro çıxılmalıdır.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 8-ci maddəsinin pozulduğunu qət edir;
2. Konvensiyanın 14-cü maddəsi ilə ərizəçilərin şikayətlərinə baxılmasının zəruri olmadığını qət edir;
3. Pozuntunun müəyyən edilməsinin özü özlüyündə ərizəçilərin çəkdiyi mənəvi ziyana görə ədalətli təzminat təşkil etdiyini qət edir;
4. Qərara alır ki,
(a) cavabdeh dövlət ödənilməli olan vergilər də daxil olmaqla üç ay ərzində ərizəçilərə məhkəmə xərclərinə görə hüquqi yardımın göstərilməsi ilə əlaqədar təqdim edilmiş 2613.07 avro çıxmaqla 42000 (qırx iki min) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Britaniyanın funt sterlinqində ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçilərin ədalətli kompensasiya tələblərinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2008-ci il 4 dekabr tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.
Maykl OboylJan-Pol Kosta
Məhkəmə katibinin müaviniSədr
J.-P.C
M.O.B
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
[1] Dezoksiribonuklein turşusu (DNT) bədənin istənilən hüceyrəsində olur və özündə kod şəkilində genetik məlumatı daşıyır. O, fiziki xüsusiyyətlərə malikdir və bədəndə baş verən bütün kimyəvi prosesləri tənzimləyir. Əkizlərdə istisna olmaqla hər bir insanın DNT-si unikaldır. DNT nümunələri hüceyrə nümunələridir və ya onlardan təhlil nəticəsində əldə olunmuş nümunələrin hər hansı hissəsidir. DNT profilləri rəqəmsal şəkilində onların aid olduğu şəxsin digər məlumatları ilə yanaşı Milli DNT bazasında saxlanılırlar.
[2] Bioetika üzrə Naffild Şurası – müstəqil ekspert təşkilatıdır. Onun tərkibinə həkimlər, hüquqşünaslar, filosoflar, elmi işçilər və din hadimləri daxildirlər Təşkilat Naffild Fondu tərəfindən 1991-ci ildə təsis edilmişdir. Hazırkı hesab “Kriminalistikada bioloji məlumatların istifadəsi: etik problemlər” adlı başlığı ilə 2007-ci il sentyabrın 18-də dərc edilmişdir.
[3] Allel – eyni individual genin ikisində biri və ya daha alternativ forması. Müxtəlif allellər hər bir genetik kod üçün müxtəlif təsvirlərin inkişafını müəyyən edirlər. (Dünya ensiklopediyası. Philip’s, 2008-ci il. Oxford Reference Online. Oxford University Press)
[4] Hal-hazırda İrlandiyanın qanunvericiliyi və təcrübəsi “Cinayət mühakiməsi haqqında” 1990-cı il tarixli Qanunla müəyyənləşir. Ümummilli məlumat bazasında DNT barədə məlumatların istifadəsi və saxlanılması məqsədilə Hökumət yeni qanun layihəsini dəstəkləyib, lakin, həmin qanun layihəsi hələlik İrlandiyanın Parlamenti tərəfindən qəbul edilməmişdir.
[5] “DNT üzrə ümummilli məlumat bazasının yaradılması haqqında” 2007-ci il 30 oktyabr tarixli Dekret-Qanun İtaliyanın Nazirlər Şurası və Senatı tərəfindən qəbul edilmişdir. Sonradan onun müddəti bitmişdir, lakin, onun tərtibi zamanı müəyyən səhvlər tapıldıqdan o rəsmi olaraq qanun qüvvəsini almamışdır. Dekretin düzəldilmiş versiyasının qəbul edilməsi 2008-ci ildə gözlənilir.
Full & Egal Universal Law Academy