© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
S. və Marper Birləşmiş Krallığa qarşı [Böyük Palata] (S. and Marper v. the United Kingdom [GC]), ərizə № 30562/04
04.12.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Cinayət işində müttəhim bəraət aldıqda və ya işə xitam verildikdə onun barmaq izlərinin və DNT məlumatlarının mühafizə edilməsi: pozuntu baş verib
Faktlar – "Polis və cinayət işləri üzrə sübutlar haqqında" 1984-cü il tarixli Qanunun ("1984-cü il tarixli Qanun") 64-cü maddəsinə əsasən, cinayət törətməkdə şübhəli bilinən şəxsin barmaq izləri və DNT nümunələri, hətta həmin şəxs bəraət aldıqda belə, qeyri-məhdud müddətə saxlanıla bilər. Məhkəmənin icraatındakı bu işdə hər iki ərizəçiyə cinayət ittihamları irəli sürülmüş, amma onlar məhkum olunmamışdılar. Yetkinlik yaşına çatmayan şəxs olan 11 yaşlı birinci ərizəçi soyğunçuluq cəhdi ittihamına aid işdə bəraət almışdı, ikinci ərizəçi isə başqa bir məhkəmə prosesində birgə yaşadığı qadını təzyiqə məruz qoyması ilə əlaqədar ittihamlarla üzləşmiş, amma tərəflər barışdıqlarına görə işə xitam verilmişdi. Ərizəçilər xahiş etdilər ki, məhkum edilmədikləri nəzərə alınaraq onların barmaq izləri və DNT nümunələri məhv edilsin, amma hər iki halda polis bundan imtina etdi. Məhkəmə onların imtina qərarından verdikləri şikayəti rədd etdi və polisin qərarını qüvvədə saxladı. Lordlar Palatasında iş üzrə qərar qəbul edilərkən Lord Steyn bildirdi ki, hətta ərizəçilərin şəxsi həyatına müdaxilə baş verdiyini fərz etsək belə, bu müdaxilə çox cüzi idi və qarşıya qoyulmuş məqsədə mütənasib idi, belə ki, materiallar yalnız məhdud məqsədlər üçün mühafizə olunurdu və müqayisə aparılması üçün cinayət hadisəsi yerindən götürülmüş materiallar (maddi dəlillər) olmadıqda istifadə edilə bilməzdi və eyni zamanda, genişləndirilmiş məlumat bazası cinayətkarlıqla mübarizədə böyük üstünlük verirdi.
Hüquqi məsələlər – a) Ərizəçilərin hüquqlarına müdaxilə baş vermişdimi? Hüceyrə nümunələrində olan fərdi məlumatların, o cümlədən hər iki ərizəçi və onların qohumları üçün mühüm əhəmiyyət daşıyan unikal genetik kodun təbiətini və kəmiyyətini, habelə DNT profillərinin insanlar arasındakı genetik əlaqəni müəyyənləşdirməyə və ya onların etnik mənsubiyyəti barədə nəticələr çıxarmağa imkan verdiyini nəzərə alsaq, hüceyrə nümunələrinin və DNT profillərinin mühafizəsi özlüyündə ərizəçilərin şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil edir. Barmaq izlərinin mühafizəsi hüceyrə nümunələrinin və DNT profillərinin mühafizəsinə nisbətən onların şəxsi həyatına az təsir göstərsə də, onların müvafiq şəxslər barəsində unikal informasiya daşıdığı nəzərə alınarsa, həmin şəxslərin icazəsi olmadan onların mühafizəsi neytral və ya əhəmiyyətsiz hal sayıla bilməz və şəxsi həyata hörmət hüququna müdaxilə təşkil edir.
b) Müdaxilə qanunla nəzərdə tutulmuşdumu? Məhkəmə bu müdaxilənin demokratik cəmiyyətdə zəruri olduğu barədə gəldiyi nəticəni nəzərə alaraq, 1984-cü il tarixli Qanunun 64-cü maddəsinin "qanunun keyfiyyəti" barədə tələblərə cavab verib-verməməsi məsələsini araşdırmağı zəruri hesab etməsə də, hər halda qeyd etdi ki, bu maddə hüceyrə nümunələrinin və DNT profillərinin daşıdığı məlumatların mühafizəsinin və istifadəsinin şərtlərini və qaydasını dəqiq tənzimləmir, halbuki belə tədbirlərin hüdudlarını və tətbiqini tənzimləyən aydın və ətraflı qaydaların, habelə ən azı minimum təminatların olması böyük əhəmiyyət daşıyır.
c) Müdaxilə qanuni məqsəd daşıyırdımı? Məhkəmə razılaşdı ki, məlumatların mühafizəsi qanuni məqsəd daşıyır, belə ki, onun məqsədi gələcəkdə baş verə bilən cinayətləri törədənlərin müəyyənləşdirilməsi sayəsində cinayətlərin qarşısını almaqdır.
d) Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi? Bu işdə Məhkəmənin araşdırmalı olduğu məsələ ondan ibarət deyil ki, ümumiyyətlə barmaq izlərinin, hüceyrə nümunələrinin və DNT profillərinin mühafizəsinə Konvensiyaya əsasən haqq qazandırmaq olarmı? Məhkəmənin həll etməli olduğu məsələ ondan ibarətdir ki, müəyyən cinayət əməllərində şübhəli bilinən, amma məhkum olunmayan ərizəçilərin işlərində həmin məlumatların mühafizəsinə Konvensiyaya əsasən haqq qazandırmaq olarmı? Avropa Şurasının müvafiq sənədlərinin əsas prinsipləri, habelə digər iştirakçı dövlətlərin qanunvericiliyi və praktikası tələb edir ki, yuxarıdakı məlumatların mühafizəsi, xüsusən də polis orqanında saxlanılması onların toplanmasının məqsədinə mütənasib olmalı və müəyyən müddətlə məhdudlaşdırılmalıdır. Cinayət ədliyyəsi sistemində müasir elmi texnologiyalardan istifadəyə nəyin bahasına olursa-olsun yol verilsəydi və onların istifadəsinin potensial üstünlükləri şəxsi həyatın mühüm maraqları ilə tutuşdurularaq müqayisə olunmasaydı, 8-ci maddədə nəzərdə tutulmuş təminatlar yolverilməz dərəcədə zəifləmiş olardı. Elmi texnologiyaların inkişafında ilk cığır açan istənilən dövlət onlardan istifadə zamanı ədalətli balansa riayət edilməsinə görə xüsusi məsuliyyət daşıyır. Bu baxımdan İngiltərə və Uelsdə belə materialların məhdudiyyətsiz və qeyd-şərtsiz olaraq mühafizə olunma səlahiyyəti xüsusilə təəccüb doğurur, belə ki, bu səlahiyyət cinayətlərin xarakterindən və ya ağırlıq dərəcəsindən, yaxud şübhəli şəxsin yaşından asılı olmayaraq məlumatların mühafizəsinə imkan yaradır. Bundan başqa, məlumatların mühafizəsi üçün müddət məhdudiyyəti nəzərdə tutulmayıb və yalnız belə bir məhdud imkan nəzərdə tutulub ki, bəraət almış şəxslər məlumatların ümummilli bazadan silinməsini və ya materialların məhv edilməsini tələb edə bilərlər. Həmçinin məlumatların mühafizəsi üçün əsasların müəyyən edilmiş meyarlara uyğunluğu məsələsinin müstəqil qurum tərəfindən yoxlanılması barədə hər hansı müddəa da nəzərdə tutulmayıb. Xüsusi narahatlıq doğuran hal ondan ibarət idi ki, hər hansı cinayətə görə məhkum olunmayan və təqsirsizlik prezumpsiyası hüququna malik olan şəxslərə cinayətkar damğası vurulur və onlarla məhkum olunmuş şəxslər kimi rəftar edilirdi. Birinci ərizəçi kimi yetkinlik yaşına çatmayan şəxslərin xüsusi vəziyyətini, fərdi inkişafı və cəmiyyətə inteqrasiyalarının vacibliyini nəzərə alsaq, məlumatların mühafizəsi belə şəxslər üçün xüsusilə zərərli ola bilərdi.
Beləliklə, ərizəçilərin işində məlumatların mühafizəsi səlahiyyətinin məhdudiyyətsiz və qeyd-şərtsiz xarakter daşıması ziddiyyətə girən ictimai maraqlarla fərdi maraqlar arasında ədalətli balansı pozmuşdu və cavabdeh dövlət bu məsələdə malik olduğu qiymətləndirmə sərbəstliyinin yol verilən hüdudlarını aşıb. Müvafiq olaraq, fərdi məlumatların mühafizəsi ərizəçilərin şəxsi həyatına hörmət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və demokratik cəmiyyətdə zəruri sayıla bilməz.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir. Cavabdeh dövlət Nazirlər Komitəsinin nəzarəti altında müvafiq ümumi və (və ya) fərdi tədbirləri həyata keçirməlidir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy