© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Saadi İtaliyaya qarşı [Böyük Palata] (Saadi v. Italy [GC]), ərizə № 37201/06
28.02.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 3
Ölkədən çıxarılma
Barəsində qiyabi məhkəmə hökmü çıxarılmış terrorçunun Tunisə deportasiya olunacağı təqdirdə qəddar rəftara məruz qalması təhlükəsinin mövcudluğu: Məhkəmə qərara aldı ki, deportasiya 3-cü maddənin pozuntusunu təşkil edəcək
Faktlar – Bu işdə ərizəçi qismində Tunis vətəndaşı çıxış edirdi. 2001-ci ildə ona İtaliyada yaşayış icazəsi verilmişdi. 2002-ci ildə o, beynəlxalq terrorizmdə şübhəli bilinərək tutuldu və məhkəmə araşdırmasına qədər həbsdə saxlanıldı. 2005-ci ildə İtaliyanın andlılar məhkəməsi onu cinayət törətmək üçün sövdələşməyə, sənədlərin saxtalaşdırılmasına və oğurluq malların satışına görə azadlıqdan məhrum etdi. Böyük Palata tərəfindən qərar çıxarılan tarixdə onun apellyasiya şikayəti İtaliya məhkəmələrinin icraatında idi. Həmçinin 2005-ci ildə Tunisdəki hərbi məhkəmə ərizəçini dinc dövrdə xaricdə fəaliyyət göstərən terror təşkilatına üzvlüyə və terror əməllərinə təhrikçiliyə görə qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum etdi. 2006-cı ilin avqustunda o, İtaliyada cəzasını çəkdikdən sonra azad edildi. Lakin daxili işlər naziri beynəlxalq terrorizmlə mübarizə haqqında qanunvericiliyə əsasən onun Tunisə deportasiya olunması barədə sərəncam verdi. Ərizəçinin ona siyasi sığınacaq verilməsi barədə ərizəsi rədd edildi. Məhkəmə Reqlamentinin 39-cu qaydasına (ilkin tədbirlər) əsasən, Avropa Məhkəməsi İtaliya Hökumətinə təklif etdi ki, Məhkəmədən əlavə bildiriş alana qədər ərizəçinin ölkədən çıxarılması prosesini dayandırsın.
Hüquqi məsələlər – Məhkəmə terrorizm təhlükəsini və dövlətlərin əhalini terrorizmdən müdafiə etməyə çalışarkən qarşılaşdıqları çətinlikləri nəzərə almaya bilməz. Bununla belə, şəxsin məruz qala biləcəyi qəddar rəftar riskini onun öz ölkəsinə göndərilməyəcəyi təqdirdə əhali üçün yaradacağı təhlükə ilə müqayisəli şəkildə qiymətləndirmək olmaz. Onun əhali üçün ciddi təhlükə yaratması ehtimalı deportasiya olunacağı təqdirdə qəddar rəftara məruz qalması riskini azaltmır. Bu səbəbdən şəxsin cəmiyyət üçün, yaxud hətta milli təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi hesab edildiyi işdə həmin şəxsdən daha yüksək sübutetmə standartını tələb etmək düzgün olmazdı, çünki belə yanaşma 3-cü maddənin mütləq xarakterinə ziddir. Bu, o demək olardı ki, yüksək sübutetmə standartına cavab verən sübutlar olmadığı halda dövlət təhlükəsizliyin qorunması mülahizəsi şəxsin qəddar rəftara məruz qalması riskinə asanlıqla haqq qazandırmış olur. Məhkəmə bir daha təsdiq etdi ki, məcburi qaydada ölkədən çıxarılmanın Konvensiyanın pozuntusu hesab edilməsi üçün ərizəçinin təyinat ölkəsində qəddar rəftara məruz qalacağını güman etməyə əsas verən səbəblərin olması zəruri və yetərlidir. Məhkəmə Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty International) və "Human Ratys Votç" Təşkilatının (Human Rights Watch) Tunisdəki narahatlıq doğuran vəziyyəti təsvir edən hesabatlarını nəzərə aldı, bu ABŞ Dövlət Departamentinin məruzəsi də bu hesabatları təsdiqləyir. Bu hesabatlarda terrorizmdə təqsirləndirilən şəxslərə tətbiq edilən çoxsaylı və sistematik işgəncə halları qeyd edilir. Məlumatlara görə, qeydə alınmış işgəncə metodları çox vaxt bu şəxslərə polis bölmələrində tətbiq edilir və aşağıdakıları özündə ehtiva edir: tavandan asılma; zorlama ilə hədələmə; bədənə elektrik cərəyanı buraxma; başın suya salınması; döyülmə; və bədənin siqaretlə yandırılması. Hesabatlarda bildirilir ki, işgəncə və qəddar rəftar barədə məlumatlar Tunisin səlahiyyətli orqanları tərəfindən araşdırılmır və onlar təqsirləndirilən şəxslərin məhkum edilməsinə nail olmaq təzyiq altında onlardan alınmış etiraflardan sistematik olaraq istifadə edirlər. Məhkəmə bu hesabatlardakı məlumatların həqiqətə uyğunluğunu şübhə altına almadı və qeyd etdi ki, İtaliya Hökuməti onları təkzib edən hər hansı sübut təqdim etmədi. Ərizəçinin terrorizmlə əlaqədar cinayətlərə görə Tunisdə məhkum edildiyini nəzərə alsaq, onun Tunisə deportasiya olunacağı təqdirdə 3-cü maddəyə zidd rəftara məruz qalacağını güman etmək üçün əsaslı səbəblər vardı. Bundan başqa, Tunis hakimiyyət orqanları İtaliya Hökumətinin müraciət edərək istədiyi diplomatik zəmanətləri verməyiblər. Ərizəçinin işində olduğu kimi mötəbər mənbələr ölkədə Konvensiya prinsiplərinə açıq-aydın zidd olan praktikanın mövcudluğundan xəbər verirsə, o zaman Tunisdə məhbusların hüquqlarını təmin edən milli qanunvericiliyin mövcudluğu və Tunis Xarici İşlər Nazirliyinin verbal notalarında göstərilən müvafiq beynəlxalq müqavilələrə bu ölkənin qoşulması faktı qəddar rəftar riskinə qarşı adekvat müdafiəni təmin etmək üçün yetərli deyil. Bundan başqa, hətta Tunisin hakimiyyət orqanları diplomatik zəmanətləri versəydilər belə, bu, həmin zəmanətlərin ərizəçinin qəddar rəftar riskindən müdafiə edilməsi üçün yetərli olub-olmadığını yoxlamaq vəzifəsindən Avropa Məhkəməsini azad etməyəcəkdi.
Nəticə: ərizəçinin Tunisə deportasiyası barədə qərar icra olunacağı təqdirdə 3-cü maddə pozulmuş olacaq (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy