© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
SABANÇİYEVA VƏ DİGƏRLƏRİ RUSİYAYA QARŞI
(38450/05 nömrəli ərizə)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
6 iyun 2013-cü il
2013-cü il sentyabrın 6-da qanuni qüvvəyə minib
Sabançiyeva və digərləri Rusiyaya qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Palatası:
Sədr - İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Hakimlər:
Elizabet Steyner (Elisabeth Steiner),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Linos-Aleksandr Sisilianos (Linos-Alexandre Sicilianos),
Erik Möse (Erik Møse),
Kseniya Turkoviç (Ksenija Turković),
Dmitriy Dedov (Dmitry Dedov)
və məhkəmə katibinin müavini Andre Vampakdan (André Wampach) ibarət tərkibdə,
2013-cü il mayın 14-də qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Rusiyanın əlli vətəndaşı (siyahı əlavə edilir) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Rusiya Federasiyasına qarşı 2005-ci il oktyabrın 25-də və noyabrın 15-də təqdim edilmiş ərizə (38450/05 nömrəli) əsasında başlanmışdır. Ərizəçilər Moskva şəhərində yerləşən Rusiya üzrə Hüquqi Təşəbbüslər təşkilatının hüquqşünasları xanım D.Straisteanu, xanım N.Maltseva, xanım E.Yejova və cənab A.Nikolayev, habelə Nalçik şəhərində fəaliyyət göstərən hüquqşünas xanım L.Dorqova tərəfindən təmsil olunmuşlar. Rusiya Hökumətini (“Hökumət”) əvvəlcə sabiq səlahiyyətli nümayəndələr cənab P.Laptev və xanım V.Milinçuk sonradan isə səlahiyyətli nümayəndə G.Matyushkin təmsil etmişdir. Ərizəçilər xüsusilə iddia etmişdirlər ki, onların həlak olmuş ailə üzvlərinin tanınması üzrə prosedur qeyri-insani və alçaldıcı olmuş və həmin şəxslərin meyitlərinin ailələrinə qaytarılmaması barədə qərar həm ayrılıqda, həm də Konvensiyanın 13-cü və 14-cü maddələri ilə birlikdə götürülmüş 3-cü, 8-ci və 9-cu maddələrinə zidd olaraq qanunsuz olmuş və mütənasib olmamışdır. 2008-ci il 6 noyabr tarixli qərardadı ilə Məhkəmə ərizəni qismən qəbuledilən hesab etmişdir. Həm ərizəçilər həm də Hökumət işin mahiyyəti üzrə öz qeydlərini təqdim etmişdirlər (Məhkəmənin Prosedur Qaydalarının 59-cu Qaydasının 1-ci bəndi). Tərəflərlə məsləhətləşmələrdən sonra Məhkəmə Palatası işin mahiyyəti üzrə dinləmələrin keçirilməsinin zəruri olmadığı barədə qərara gəlmiş (Məhkəmənin Prosedur Qaydalarının 59-cu Qaydasının 3-cü bəndi) və tərəflər yazılı qaydada qeydlərini bir birinə cavab olaraq təqdim etmişdirlər.
FAKTLAR
I. İŞİN HALLARI
A. 2005-ci il oktyabrın 13-də baş vermiş hücum
2005-ci il oktyabrın 13-də səhər saatlarında yaxşı silahlanmış bir neçə qiyamçılar Kabardino-Balkariya Respublikasının Nalçik şəhərində yerləşən hüquq mühafizə orqanların inzibati binalarına, o cümlədən respublika üzrə Daxili İşlər Nazirliyinin idarəsinə, Daxili İşlər Nazirliyinin Baş idarəsinin T. Mərkəzinə, Daxili İşlər Nazirliyinin rayonlar üzrə müxtəlif şöbələrinə, respublika üzrə Daxili İşlər Nazirliyinin idarəsinin Xüsusi Təyinatlı Polis Dəstəsi idarəsinə, yol polisinin müxtəlif postlarına, Cəzaların icrası üzrə Federal Xidmətinin respublika üzrə idarəsinə, Federal Təhlükəsizlik Xidmətinin Sərhəd xidmətinin inzibati binasına və silah satışı ilə məşğul olan bir neçə mağazaya hücum etmişdirlər. Hökumətin məlumatına əsasən hücumda 250 nəfərdən artıq yaraqlı iştirak etmişdir. Hökumət qüvvələri ilə qiyamçılar arasında baş vermiş toqquşma 2005-ci il oktyabrın 14-dək davam etmişdir.
B. Ərizəçilər ilə həlak olmuş şəxslər arasında qohumluq əlaqələri
Ərizəçilər bildiriblər ki, onlar hücumda iştirak etmiş və 2005-ci il oktyabrın 13 və 14 və ya dərhal bundan sonra həlak olmuş şəxslərin qohumlarıdırlar (bax: ərizəçilərlə həlak olmuş şəxslər arasında olan qohumluq əlaqələrini göstərən əlavəyə). Hökumət on doqquzuncu ərizəçi (Hökumət hesab edirdi ki, xanım Janna Fedorovna İfraimova ilə həlak olmuş cənab Ruslan Borisoviç Tamazov arasında qohumluq əlaqəsi yoxdur) istisna olmaqla bu iddiaları mübahisələndirməyib.On doqquzuncu ərizəçinin ilkin izahatına əsasən həlak olmuş cənab Rusan Borisoviç Tamazov onun əri olmuşdur. Bundan sonra o, öz ifadəsini dəyişərək bildirmişdir ki, onlar rəsmi nikahda olmamışdırlar, lakin 2005-ci ilin fevral ayından birgə yaşamışdırlar. Hadisələrin baş verdiyi 2005-ci ilin oktyabr ayında o hamiləliyin səkkizinci ayında olmuşdur. On doqquzuncu ərizəçi 2005-ci il dekabrın 8-də anadan olmuş S.T. adına 2008-ci il iyulun 9-da verilmiş doğum haqqında şəhadətnamənin surətini təqdim etmişdir. Şəhadətnamədə cənab Ruslan Borisoviç Tamazov qızın atası, on doqquzuncu ərizəçi isə qızın anası kimi qeydə alınmışdırlar.Hökumət tərəfindən ilkin olaraq təqdim edilmiş məlumata əsasən 2005-ci il oktyabrın 13 və 14 hökumət qüvvələri hücumu dəf edərək səksən yeddi qiyamçını məhv ediblər. Hökumət məhv edilmiş şəxslərin adlarını göstərməmişdir.Eyni zamanda Hökumət bildirmişdir ki, 2005-ci il oktyabrın 14-də başından və sinəsindən güllə yarası almış cənab Aslan Yuryeviç Baqovu (əllinci ərizəçinin iki qardaşı oğullarından biri) həbs etmişdirlər. O 2005-ci il oktyabrın 23-də istintaq təcridxanasında vəfat etmişdir.2005-ci il oktyabrın 18-də cənab Kazbulat Betaloviç Kerefov (on yeddinci ərizəçinin oğullarından biri və 2005-ci il oktyabrın 13-dən 14-dək təşkil olunmuş hücumun iştirakçısı) təşkil olunmuş yoxlama məntəqəsində duran əsgərlərə atəş açmışdır və cavab atəşi ilə məhv edilmişdir.Qəbuledilənlik məsələsi ilə bağlı qeydlərində Hökumət bildirmişdir ki, 2005-ci il oktyabrın 13-də baş vermiş hadisə ilə əlaqədar həyata keçirilmiş anti-terror əməliyyatı zamanı səlahiyyətli qurumlar tərəfindən doxsan beş qiyamçı məhv edilmişdir.Mahiyyətcə Hökumət qəbul etmişdir ki, ərizəçilər tərəfindən qeyd edilmiş həlak olmuş şəxslər səlahiyyətli qurumlar tərəfindən məhv edilmiş şəxslər sırasında olmuşlar.
C. 25/78-05 nömrəli cinayət işi
1. Cinayət işinin başlanması haqqında 2005-ci il 13 oktyabr tarixli qərar
2005-ci il oktyabrın 13-də Nalçikdə baş vermiş hücumla əlaqədar səlahiyyətli qurumlar tərəfindən 25/78-05 nömrəli cinayət işinə başlanmışdır.İstintaq zamanı məlum olmuşdur ki, 1999-cu ildən 2005-ci il fevral ayınadək A.Masxadov, Ş.Basayev, İ Qorçxanov, A.Astemirov, Abu-Valid Xattab və Abu-Dzeyt tərəfindən terrorçu qrup yaradılmışdır. Baş vermiş hücum məhz həmin qrup tərəfindən təşkil edilmişdir. Hücum nəticəsində otuz beş nəfər hüquq mühafizə orqanlarının əməkdaşı və on beş mülki şəxs öldürülmüş, yüz otuz bir nəfər hüquq mühafizə orqanların əməkdaşı və doxsan iki mülki şəxs yaralanmışdır. Mülkiyyətə külli miqdarda ziyan dəymişdir.Ərizəçilər 25/78-05 nömrəli cinayət işində heç bir prosessual statusa malik olmamışdırlar.
2. İbtidai istintaqın ilkin mərhələsində ərizəçilər tərəfindən səlahiyyətli qurumlara ünvanlanmış məktublar
Baş vermiş hücumdan dərhal sonra 2005-ci il oktyabrın 13-də, 20-də, 21-də və 25-də bəzi ərizəçilər də daxil olmaqla bir neçə şəxs tərəfindən həlak olmuş şəxslərin meyitlərinin dəfn edilməsi üçün qaytarılması barədə səlahiyyətli orqanlara kollektiv müraciətlər göndərilmişdir.2005-ci il oktyabr ayından 2006-cı il aprel ayınadək ərizəçilərə müxtəlif dövlət qurumlarından və cinayət təqibini həyata keçirən orqandan ünvanlanmış cavab məktublarda bildirilmişdir ki, məsələ ilə bağlı daha ətraflı məlumat istintaq tamamlanandan sonra veriləcəkdir.Bir neçə ərizəçi tərəfində bu cavabların müxtəlif məhkəmələrdə mübahisələndirilməsi cəhdi uğursuz olmuş, onların müvafiq şikayətləri həm birinci həm də apellyasiya instansiyaları məhkəmələr tərəfindən rədd edilmişdir.
3. Hücum zamanı öldürülmüş qiyamçılar barəsində cinayət təqibinə xitam verilməsi haqqında 2006-cı il 13 və 14 aprel tarixli qərarlar
2006-cı il aprelin 13-ü və 14-ü cinayət təqibini həyata keçirən orqan doxsan beş qiyamçının ölümü ilə əlaqədar onlar barəsində aparılmış cinayət təqibinə xitam vermişdir. Hər bir qiyamçı barəsində qəbul edilmiş qərarda həmin şəxsin cinayətdə iştirakçılıq dərəcəsi göstərilmiş və yekunda bildirilmişdir ki, həmin şəxslər hücumda iştirak ediblər və baş vermiş toqquşma zamanı həlak olublar. Müəyyən olmuşdur ki, həmin qərarlar ərizəçilər tərəfindən göstərilmiş həlak olmuş şəxslər barəsində olmuşdur.2006-cı il aprelin 14-də Baş Prokurorluq həmin qərarlar barədə ərizəçiləri məlumatlandırmış, lakin qərarların surətləri bu məktublara əlavə edilməmişdir.Bir neçə ərizəçi 2006-cı il 13 və 14 aprel tarixli qərarların onlara təqdim edilməməsini mübahisələndirmək üçün yerli məhkəmələrə müraciət ediblər. Həmin icraat zamanı ərizəçilərin əksəriyyətinə müvafiq qərarların surətləri təqdim edilmişdir. Lakin onlara həlak olmuş şəxslərin nümayəndələri qismində cinayət prosesində iştirak etməkdən və ya həlak olmuş şəxslərin şəxsi əşyaların qaytarılmasından imtina edilmişdir.Strasburqda aparılmış icraat zamanı hər bir ərizəçinin qohumu barəsində qəbul edilmiş 2006-cı il 13 və 14 aprel tarixli qərarların surətləri Hökumət tərəfində təqdim edilmişdir.
4. Həlak olmuş şəxslərin meyitlərinin qohumlara qaytarılmaması haqqında 2006-cı il 15 may tarixli qərar
Hökumətin məlumatına əsasən güman edilən terrorçuların meyitləri 2006-cı il 22 iyun tarixdə kremasiya edilmişdir. Ərizəçilər bildirmişdirlər ki, onlar kremasiya haqqında birinci dəfə hazırkı iş üzrə Hökumətin qeydlərindən məlumat almışdırlar.Hökumət bildirmişdir ki, kremasiya həlak olmuş şəxslərin meyitlərinin qohumlara qaytarılmaması haqqında 2006-cı il 15 may tarixli qərara əsasən həyata keçirilmişdir. 2006-cı il 13 və 14 aprel tarixli qərarlarda fərqli olaraq 2006-cı il 15 may tarixli qərar həlak olmuş şəxslərə birlikdə şamil edilmişdir. Həmin qərarda aşağıdakılar göstərilmişdir:
“İstintaq qrupunun rəhbəri...[səlahiyyətli şəxs S.] 25/78-05 nömrəli cinayət işi üzrə materialları təhlil edərək müəyyən etmişdir: ... hücumu dəf etmək üçün həyata keçirilmiş anti-terror əməliyyatı zamanı adları aşağıda qeyd edilən doxsan beş terrorçu məhv edilmişdir:
[Qərarda ərizəçilər tərəfindən göstərilmiş bütün həlak olmuş şəxslər qeyd edilmişdir, bax: əlavədə göstərilmiş siyahıya]
Hal-hazırda ... həlak olmuş terrorçuların meyitləri üzərində molekulyar genetik ekspertiza daxil olmaqla bütün məhkəmə ekspertizalar yekunlaşdırılıb və düzgün prosedur vasitəsilə onların eyniləşdirilməsi həyata keçirilib.
2006-cı il 13 və 14 aprel tarixli qərarı ilə Nalçik şəhərində yerləşən müxtəlif obyektlərə və hüquq mühafizə orqanlarının əməkdaşlarına hücum etmiş doxsan beş şəxs barəsində cinayət təqibinə onların ölümü ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 27-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, habelə 24-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq xitam verilmişdir.
“Dəfn mərasimi və dəfn etmə haqqında” Federal Qanunun 14 (1) bölməsinə əsasən (8-FZ nömrəli Qanun): “terror aktının dəf edilməsi nəticəsində həlak olmuş və bunun nəticəsində barələrində aparılmış cinayət təqibinə xitam verilmiş şəxslər Rusiya Federasiyasının Hökuməti tərəfindən müəyyən edilmiş prosedura uyğun olaraq dəfn olunmalıdırlar. Onların meyitləri dəfn olunmaq üçün təhvil verilməməlidir və dəfn yerləri açıqlanmamalıdır”.
“Tərəfindən törədilmiş terror aktının dəf edilməsi nəticəsində həlak olmuş şəxslərin dəfn edilməsi haqqında” Rusiya Federasiyası Hökumətinin 164 nömrəli Sərəncamın 3-cü hissəsinə əsasən “həmin şəxslər həlak olduqları ərazidə Rusiya Federasiyasının subyektinin icra hakimiyyəti və ya yerli hökumət tərəfindən təsis edilmiş və dəfn mərasimlərinin təşkilində ixtisaslaşan müvafiq təşkilat tərəfindən dəfn olunmalıdırlar...”.
[Yuxarıda qeyd olunanları nəzərə alaraq səlahiyyətli şəxs S. aşağıdakıları qərara alıb:]
doxsan beş terrorçunun meyitlərini dəfn etmək ...;həmin qərarı icra olunmaq üçün Kabardin-Balkar Respublikasının Prezidentinə göndərmək;həmin qərar barədə rəhbərliyi məlumatlandırmaq”.
Hökumət iddia edir ki, ərizəçilər 2006-cı il 15 may tarixli qərar barədə səlahiyyətli qurumlar tərəfindən məlumatlandırılıblar, lakin qəbul ediblər ki, həmin qərarın surəti onlara göndərilməmişdir.Müəyyən olunur ki, Baş Prokurorluq meyitlərin təhvil verilməsindən imtina edilməsi barədə ərizəçiləri bir neçə dəfə məlumatlandırmışdır. Lakin ərizəçilərə 2006-cı il 15 may tarixli qərarın surətinin verilməsi müəyyən edilmədi.Ərizəçilər bildiriblər ki, onlar 2006-cı il 15 may tarixli qərarın surətini işin qəbuledilənliyi üzrə Hökumətin qeydləri ilə birlikdə 2007-ci ilin may ayında ilk dəfə alıblar. Eyni zamanda ərizəçilər vurğulayıblar ki, onlar həlak olmuş qohumların meyitlərinin kremasiyası barədə 2007-ci ilin sentyabr ayında məlumat alıblar (bax: yuxarıda qeyd edilən 26-cı bənd).
5. Həmin iki qərarların yerli məhkəmələrdə ərizəçilər tərəfindən mübahisələndirilməsi cəhdləri
Ərizəçilər tərəfindən 2006-cı il 13 və 14 aprel tarixli, habelə 15 may tarixli qərarların ilkin mübahisələndirilməsi cəhdi uğursuz olub, yerli məhkəmələr onların şikayətlərini araşdırmaqdan imtina edib.
(a) Konstitusiya Məhkəməsində icraat
Bir sıra ərizəçilər terrorçuların dəfn edilməsi məsələsini tənzim edən qanunvericiliyini Konstitusiya Məhkəməsində mübahisələndiriblər. Onların ilkin şikayətləri erkən olduğu üçün rədd edilib. Sonradan on üçüncü və iyirmi dördüncü ərizəçinin şikayətləri icraata qəbul edilib.2007-ci il 28 iyun tarixli 8-P nömrəli qərarı ilə Konstitusiya Məhkəməsi “Dəfn mərasimi və dəfn etmə haqqında” Federal Qanunun 14 (1) bölməsinin və Rusiya Federasiyası Hökumətinin 164 nömrəli Sərəncamının Konstitusiyaya uyğun olmaması iddiasına dair ərizəçilərin şikayətlərinə mahiyyəti üzrə baxaraq rədd edib. Qərarda xüsusilə göstərilib ki, mübahisələndirilən müddəalar müəyyən hallarda zəruri və əsaslıdır. Konstitusiya Məhkəməsi qəbul edilmiş qərarda qanuni məqsədlərlə və qanunvericiliyin zəruriliyi ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir:
“... Eyni zamanda terrorçuluqla mübarizə, bütövlükdə və müəyyən hallarda terrorçuluğun qarşısının alınması, habelə terror aktlarının nəticələrinin aradan qaldırılması maraqları, o cümlədən kütləvi iğtişaşlar, müxtəlif etnik qruplar arasında toqquşmalar terror aktlarında iştirak etmiş şəxslərin qohumları tərəfindən bütövlükdə əhaliyə və hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumların riski, və yekunda insanların həyatına və sağlamlığına təhlükəsi terror aktının dəf edilməsi nəticəsində həlak olması ilə əlaqədar məsuliyyətə cəlb edilməmiş şəxslərin dəfnini tənzim edən Federal Qanunun 14(1) bölməsində müəyyən edilmiş hüquqi rejiminin tətbiqi müəyyən tarixi kontekstdə əsaslıdır ... Həmin müddəalar mədəniyyət vasitəsi ilə terrorçuluqla mübarizə haqqında Avropa Şurası Parlament Assambleyasının 1687(2004) nömrəli 2005-ci il 23 noyabr tarixli Tövsiyəsinin 4-cü bəndinə məntiqi cəhətdən bağlıdır. Həmin sənəddə vurğulanır ki, müvafiq mədəniyyətin və ya dininin qəhrəmancasına özünü qurban vermək, özünü qurban verməyə hazır olmaq, dünyanın sonu, müqəddəs müharibə, o cümlədən dünyəvi ideologiyalar (milliyyətçilik və inqilabilik) kimi müəyyən elementlərin ekstremizm kontekstində tövsif edilməsi terror aktlarının əsaslandırılması üçün istifadə edilə bilər.
3.2. Əhaliyə terror aktının məlumatlandırıcı və psixoloji təsirinin azaldılması üzrə tədbirlər, o cümlədən onun təbliği təsirinin zəiflədilməsi ictimai təhlükəsizliyinin, mənəviyyatın, sağlamlığın, habelə vətəndaşların hüquq və maraqlarının qorunması sahəsində zəruri amillərdən biridir. Bununla bu həm Rusiya Federasiyasının Konstitusiyası həm də beynəlxalq hüququnun normaları tərəfindən müvafiq hüquq və azadlıqlarının məhdudlaşdırılmasını mümkün edən konkret məqsədlərə xidmət edir.
Terror aktının iştirakçılarının həmin cinayət nəticəsində həlak olmuş insanların dəfn olunduğu əraziyə yaxın yerdə dəfn olunması və dəfn mərasimin keçirilməsi və dini ayinlərin yerinə yetirilməsi ilə onların xatirəsini yad edilməsi terrorçu ideologiyanın təbliğinə xidmət edir, habelə etnik və milli zəmində gərginliyi üçün şərait yaradaraq terror aktı nəticəsində həlak olmuş insanların yaxınlarını təhqir edir.
Çoxsaylı insan ölümü ilə nəticələnən bir neçə terror aktlarının törədilməsi səbəbindən Rusiya Federasiyasında kollektiv düşüncəyə böyük təsirə malik geniş yayılmış mənfi ictimai reaksiya yaradılmışdır. Bununla meyitlərin yaxın qohumlarına qaytarılması ictimai asayişə, sülhə və digər insanların hüquq və maraqlarına, habelə onların təhlükəsizliyinə təhlükə yarada bilər, o cümlədən nifrətə təhrik etməyə, yeni insan tələfatı ilə nəticələnə biləcək vandalizm aktlarına, cinayətə və kütləvi iğtişaşlara səbəb ola bilər.
Belə bir şəraitdə Federal qanunverici orqan terror aktlarının dəf edilməsi nəticəsində həlak olmuş insanların dəfnini tənzim edən xüsusi tədbirləri müəyyən edə bilər. ...”
Eyni zamanda həmin qərarda qeyd olunur ki, qanunvericilikdə təsbit edilmiş tədbirlər insanların özbaşınalıqdan müdafiə edilməsi üçün səmərəli məhkəmə nəzarətinin mövcud olduğu təqdirdə əsaslı hesab oluna bilər. Konstitusiya Məhkəməsi bildirir ki, Cinayət Prosessual Məcəlləsinin 123-127-ci maddələri həmin nəzarəti təsbit edir (bax: aşağıda qeyd edilən 87-ci bənd).Yekunda Konstitusiya Məhkəməsi həmin müddəaların Konstitusiyaya uyğun olduğu barədə qərara gəlmiş, lakin onları tövsif edərək qeyd etmişdir ki, dövlət qurumları səlahiyyətli orqanının müvafiq qərarının məhkəmə tərəfindən təsdiq olunanadək meyitlərin dəfn edilməsindən çəkinməlidirlər. Konstitusiya Məhkəməsi bunu aşağıdakı kimi əsaslandırmışdır:
“... Mövcud normaların konstitusional və hüquqi mənası şübhəli şəxsin vəfatı ilə əlaqədar terror aktında iştirak etmiş şəxsə qarşı qaldırılmış cinayət işə və barəsində aparılan təqibə xitam verilməsi barədə qərarın məhkəmədə mübahisələndirilməsini nəzərdə tutur. Eyni zamanda məhkəmənin üzərinə şikayətinin mahiyyətini araşdırmaq və bununla qərarın qanuniliyini və əsaslılığını, habelə həmin şəxsin terror aktından iştirakı barədə gəldiyi nəticəni müəyyən etmək, o cümlədən şübhəli şəxsin bəraəti və cinayət işinə xitam verilməsi üçün əsasların olmadığını təsbit etmək vəzifələrin düşdüyü nəzərdə tutulur. Bununla yuxarıda qeyd edilən məhdudlaşdırıcı tədbirlərin tətbiqinin qanuniliyi araşdırılmalıdır. Məhkəmə qərarının qanuni qüvvəyə minməyənədək vəfat etmiş şəxs dəfn olunmamalıdır. Müvafiq dövlət orqanları və rəsmi şəxslər dəfn mərasiminin mümkün qədər individual olaraq adət və ənənələrinə uyğun meyitin torpağa tapşırılması və ya kremasiyası vasitəsilə keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirməli, eyni zamanda bundan əvvəl həlak olmuş şəxsin eyniləşdirilməsi ... və ölümün vaxtı, yeri və səbəbinin müəyyən edilməsi üzrə tələblərə riayət edilməsini təmin etməlidir ...”
Hakim G.A. Qadjıyev ayrıca rəy verərək mübahisələndirilən müddəanın Konstitusiyaya uyğun olduğu ilə razılaşmış, lakin onun tövsifinə fərqli yanaşmışdır. Həmin rəydə aşağıdakılar bildirilmişdir:
“...Aidiyyəti hüquq mühafizə orqanı ibtidai istintaq zamanı terror aktının törədildiyini və müvafiq şəxsin bu cinayətdə iştirakını aşkar etsə, lakin terror aktının dəf edilməsi zamanı həmin şəxsin həlak olması ilə əlaqədar onun barəsində açılmış cinayət işinə xitam verilibsə, eyni zamanda həlak olmuş şəxsin meyitinin ailə üzvlərinə qaytarılması ictimai asayişə və sülhə, habelə digər şəxslərin sağlamlığına, mənəviyyatına, hüquqlarına, qanuni maraqlarına və təhlükəsizliyinə təhlükə yaradacağı barədə nəticəyə gəlməyə imkan verirsə həmin orqanlar meyitin qohumlara təhvil verilməsindən imtina edə və onun dəfn edilməsi üçün xüsusi tədbirlər həyata keçirə bilərlər.
Eyni zamanda tərəfindən törədilmiş terror aktının dəf edilməsi nəticəsində həlak olmuş şəxsin meyitinin ailəsinə qaytarılmasından imtina edildikdə onun dəfn edilməsi barədə qərarı qəbul edən səlahiyyətli orqan həlak olmuş şəxsin eyniləşdirilməsinin, öldüyü yeri və vaxtının, ölümün səbəbinin, dəfn edilməsinin yeri və qəbirin sonradan müəyyən edilməsi üçün məlumatların (yerləşdiyi ərazi və nömrəsi) müvafiq tələblərə uyğun olaraq müəyyən edilməsini təmin edilməlidir. Dəfn mərasimi adət və ənənələrə uyğun olaraq, habelə ölümə humanistcəsinə hörmət bəsləyərək ailə üzvlərinin iştirakı ilə keçirilməlidir. Qnunun aliliyi prinsipinə uyğun olaraq fəaliyyət göstərən inzibati orqanlar nəsildən nəslə keçən çox etnik cəmiyyətin mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar. ...”
Hakim A.L.Kononov isə qanunvericiliyin Konstitusiyaya uyğun olmadığı barədə rəy bildirmişdir. O xüsusilə aşağıdakıları qeyd etmişdir:
“... Həlak olmuş şəxslərin meyitlərinin qohumlarına qaytarılmasını qadağan edən və onların anonim dəfnini tənzim edən mübahisələndirilən normalar bizim fikrimizcə tamamilə mənəviyyatsızdır və keçmiş nəslinin çox mədəniyyətsiz, qəddar və alçaq baxışların təzahürüdür. ...
Hər bir insanın əqidəsinə və öz ailəsinin adət və ənənələrinə uyğun olaraq dəfn olunmaq hüququ xüsusi əsaslandırmanı və ya qanun şəklində yazılı formada təsbit olunmasını çətin ki tələb etsin. Bu hüquq mübahisələndirilə bilməz və digər hüquqlardan fərqli olaraq insanın təbiətindən irəli gəlir. Öz doğma və əziz insanın dəfnini təşkil etmək, öz mənəvi vəzifəni yerinə yetirmək və insanlıq keyfiyyətini göstərmək imkanına malik olmaq, dəfn mərasimini keçirmək, kədərlənmək, yas tutmaq, vəfat etmiş şəxsi yad etmək hüququ hər bir şəxsin təbii və mübahisə olunmayan hüququdur. Həmin hüquq bütün mədəniyyətlərdə müqəddəs dəyər və xatirə simvolunu təqdim edərək cəmiyyət və ya dövlət tərəfindən dəfn etmə hüququ kimi istinad oluna bilər. ...”
(b) Sonrakı icraatlar
Konstitusiya Məhkəməsinin 2007-ci il 28 iyun tarixli qərarından sonra yerli məhkəmələr öz yanaşmanı dəyişərək 2006-cı il 13-14 aprel və 15 may tarixli qərarların qanuniliyini yoxlamağa razı olublar.Üç ərizəçi (№ 12, 21 və 33) həlak olmuş qohumları haqqında 2006-cı il 13-14 aprel tarixli qərarların surətini əldə etməyə nail ola bilərdilər, lakin həm bu qərarlarla həm də 2006-cı il 15 may tarixli qərarı ilə bağlı müvafiq proseduraları keçməyiblər.On beş ərizəçi (№ 1, 2, 4, 8, 18, 25, 26, 32, 34, 35, 37, 39, 42, 43 və 44) 2006-cı il 13-14 aprel tarixli qərarların almamışdırlar və bununla bağlı tələb irəli sürməmişdirlər, habelə iş üzrə hər hansı digər qərarlarla əlaqədar müvafiq proseduraların başlanmasına təşəbbüs göstərməmişdirlər.Üç ərizəçi (№ 39, 42 və 43) istisna olaraq digər ərizəçilər öz qohumları ilə bağlı olan 2006-cı il 13-14 aprel tarixli qərarları əldə etmişdirlər və onları mübahisələndirmək üçün məhkəmələrə şikayətlər vermişdirlər.Yeddi ərizəçi (№ 3, 15, 17, 30, 38, 41 və 49 ...) bir neçə məhkəmə baxışı nəticəsində onların xeyrinə olan Kabardin-Balkar Respublikasının Ali Məhkəməsinin qərarının qəbul edilməsinə nail olublar, nəticədə 2006-cı il 13-14 aprel və 15 may tarixli qərarlar qanunsuz hesab edilərək ləğv olunublar. 2006-cı il 13-14 aprel tarixli qərarlarla bağlı məhkəmə bildirib ki, həmin qərarlar Cinayət Məcəlləsinin 205-ci (bax: aşağıda qeyd olunan 76-cı bənd) maddəsinə edilmiş dəyişiklikləri nəzərə alınmadan qəbul ediliblər və işi yenidən araşdırılması üçün istintaq orqanına qaytarmışdır. 2006-cı il 15 may tarixli qərar 2006-cı il 13-14 aprel tarixli qərarlara istinad etdiyinə və səlahiyyətli orqan tərəfindən qəbul edilmədiyinə görə ləğv edilmişdir. Ərizəçilərə əsasən həmin qərarlar icra edilməmişdirlər.Sonradan yerli məhkəmələr Cinayət Məcəlləsinin 205-ci maddəsinə edilmiş dəyişiklikləri nəzərə almaq tələbi ilə bağlı öz yanaşmanı dəyişərək məhkəmə nəzarəti qaydasında qərarları ləğv etməyə başlamışdırlar (bax: aşağıda qeyd edilən 45-ci bənd).On doqquz ərizəçi (№ 5, 6, 9, 10, 11, 13, 14, 16, 19, 20, 22, 24, 27, 28, 31, 40, 45, 46, 50 ...) bir neçə məhkəmə baxışı nəticəsində onların xeyrinə olan Kabardin-Balkar Respublikasının Ali Məhkəməsinin qərarının qəbul edilməsinə nail olublar. Həmin qərarlar yalnız 2006-cı il 13-14 aprel tarixli qərarlarla bağlı olublar və onları qanunsuz olduqlarına görə ləğv ediblər. Məhkəmə bildirib ki, həmin qərarlar Cinayət Məcəlləsinin 205-ci maddəsinə edilmiş dəyişiklikləri nəzərə alınmadan qəbul ediliblər və işi yenidən araşdırılması üçün istintaq orqanına qaytarmışdır. Həmin ərizəçilər 2006-cı il 15 may tarixli qərarı ilə ayrıca şikayət verməmişdirlər. Ərizəçilərə əsasən həmin qərarlar icra edilməmişdirlər.Hökumət tərəfindən verilmiş məlumata əsasən on üçüncü ərizəçi tərəfindən verilmiş şikayət üzrə məhkəmədə aparılmış araşdırma nəticəsində qəbul edilmiş 2007-ci il 3 noyabr tarixli yekun qərarla 2006-cı il 13-14 aprel tarixli qərarlar tamamilə qüvvədə saxlanmışdır.Yerli orqanlarda aparılan icraatda üç ərizəçiyə (№ 7, 23 və 47 ...) onların həlak olmuş qohumları barəsində qəbul edilmiş 2006-cı il 13-14 aprel tarixli qərarların surətlərinin verilməsindən imtina edilmişdir və bununla əlaqədar səlahiyyətli məhkəmələr 2006-cı il 13-14 aprel və 15 may tarixli qərarlarının qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlamaq imkanına malik olmamışdırlar. Kabardin-Balkar Respublikasının Ali Məhkəməsi öz qərarlarında xüsusilə vurğulamışdır ki, istintaqı həyata keçirən orqan ərizəçilərə qanunsuz olaraq 2006-cı il 13-14 aprel tarixli qərarların surətlərini təqdim etməmiş və ərizəçilərin həlak olmuş qohumları barəsində olan işin materialları ilə tanış olmaq imkanı yaratmamışdırlar. Hökumət öz qeydlərində izah etmişdir ki, istintaq tərəfindən ərizəçilərin həlak olmuş qohumları ilə bağlı əldə edilmiş sübutlar digər sağ qalmış hücum iştirakçılarına qarşı aparılan icraat zamanı istifadə olunur və həmin imtina cinayət işinin tamlığının qorunması ilə əsaslandırılır.İki ərizəçi (№ 29 və 36 ...) həlak olmuş qohumları barədə qəbul edilmiş 2006-cı il 13-14 aprel tarixli qərarların surətlərini əldə edə bilmişdirlər, lakin onları uğursuz olaraq məhkəmələrdə mübahisələndirmişdirlər. Kabardin-Balkar Respublikasının Ali Məhkəməsi onların şikayətlərini rədd edərək qərarları qanuni hesab etmişdir. Sonradan həmin ərizəçilərin xeyrinə eyni məhkəmə tərəfindən 2006-cı il 15 may tarixli qərarının səlahiyyətli qurum tərəfindən qəbul edilmədiyinə görə ləğv edilməsi barədə qərar qəbul edilmişdir.Qırx səkkizinci ərizəçi xanım Oksana Nikolayevna Daova öz qardaşı cənab Valeriy Nikolayeviç Tleujev və əri cənab Zurab Nazranoviç Daov barəsində qəbul edilmiş 2006-cı il 13-14 may tarixli qərarların surətlərini əldə etmiş və sonradan onları uğursuz nəticələnərək məhkəmələrdə mübahisələndirmişdir. Kabardin-Balkar Respublikasının Ali Məhkəməsi tərəfindən onun qardaşı və əri ilə bağlı şikayətləri müvafiq olaraq 2007-ci il 6 fevral və 2008-ci il 8 iyul tarixli qərarları ilə rədd edilmişdir. Onun 2006-cı il 15 may tarixli qərarı ilə bağlı şikayətin verilməsi barə məlumat mövcud deyil.Hökumət iddia etmişdir ki, ərizəçilər 2006-cı il 13-14 aprel tarixli qərarları və iş üzrə müvafiq materialları istənilən an əldə edə bilərdilər.Qırx səkkizinci ərizəçi bildirmişdir ki, yalnız bir neçə ərizəçi müvafiq istintaq materiallarının əldə etmək imkanına malik olmuşdurlar.
D. 2005-ci il oktyabrın 13-də baş vermiş hücumda həlak olmuş şəxslərin meyitlərinin saxlanılması və tanınması şəraiti
1. Ərizəçilərin izahatı
Meyitlərin tanınmasında iştirak etmiş ərizəçilər tərəfindən verilmiş məlumata əsasən 2006-cı il 13 və 14 oktyabr tarixlərində baş vermiş hadisələrdən sonra həlak olmuş şəxslərin meyitləri şəhər morqunda və digər yerlərdə tamamilə qeyri qənaətbəxş şəraitdə saxlanılmışdır. Xüsusilə soyuducuların normal işləməməsi nəticəsindən meyitlərdən pis qoxu gəlirdi və onlar qarışıq vəziyyətdə üst üstə yığılmışdırlar.Məlum olmayan tarixdə otuzuncu ərizəçinin qohumu xanım G.G.Kuşkova meyitlərin üst üstə yığılmasından və bayır hərarətində saxlanılmasından yazılı şəkildə şikayət edərək qeyd etmişdir ki, bəzi meyitlər çürümüşdür və onlardan üfunətli qoxu gəlir. Məlum olmayan tarixdə qırx ikinci ərizəçi xanım F.N.Arkhaqova bildirmişdir ki, o meyitləri hadisələrdən doqquz gün sonra görmüşdür və onlardan bəziləri çürümüşdürlər və içərilərində qurdlar əmələ gəlmişdirlər. On altıncı ərizəçinin əri cənab Kereşev bildirmişdir ki, o tanınmada 2005-ci il oktyabrın 15-də iştirak etmiş və həmin gün meyitlər paltarsız bir birinin üstündə yığılmışdırlar. Eyni yazılı qeydlər beşinci ərizəçinin əri cənab Atakayev və birinci ərizəçi xanım Sabançiyeva tərəfindən təqdim edilmişdir.Öz izahatlarını təsdiq etmək üçün ərizəçilər video çəkilişlər təqdim etmişdirlər. Video görüntülərdə meyitlərin paltarsız, bəzilərin isə üst üstə yığılmış vəziyyətdə soyuducu vaqonlarda saxlanılması təsdiq olunurdu.
2. Hökumətin 2005-ci il 6 dekabr tarixli cavabı
Məhkəmənin 2005-ci il 4 noyabr tarixli sorğusuna cavab olaraq Hökumət bildirmişdir ki, şəhərə hücum etmiş şəxslərin meyitləri “uzun müddətdə saxlanılması üçün nəzərdə tutulmuş və müvafiq avadanlıqlarla təchiz edilmiş xüsusi yaradılmış yerlərdə” saxlanılır.
3. Baş Prokurorluğunun 2006-cı il 14 aprel tarixli məktubu
Meyitlərin dəhşətli şəraitdə saxlanılması ilə bağlı izahın verilməsi barədə ərizəçilərin sorğusuna cavab olaraq 2006-cı il 14 aprel tarixli məktubunda Baş Prokurorluq bildirmişdir ki, meyitlər barəsində prosedur qərarının qəbul edilməsinədək onlar xüsusi təchiz edilmiş otaqlarda və müəyyən hərarəti olan soyuducu kameralarda saxlanılacaqlar. Səlahiyyətli orqanlar meyitlərin saxlanıldığı yerləri açıqlamamışdır.
4. Meyitlərin saxlanılması ilə bağlı Hökumətin qeydləri
İşin qəbuledilənliyi ilə bağlı 2007-ci il 22 may tarixli qeydlərində Hökumət bildirmişdir ki, hadisələrdən sonra meyitlər ilkin olaraq Nalçik şəhərinin morquna göndərilmişdirlər. Onların paltarları çıxarılmışdır və ekspertiza üçün göndərilmişdir. Bundan sonra bütün meyitlər soyuducu kameralarla və bütün zəruri avadanlıqlarla təchiz edilmiş vaqonlara yerləşdirilərək tibbi ekspertizanın keçirilməsi üçün Rostov-Don şəhərinə göndərilmişdir. Hökumət bildirmişdir ki, hücumdan dərhal sonra meyitlərin saxlanılması üçün lazımi şərait olmamışdır və ərizəçilər tərəfindən təqdim olunmuş videoda göstərilən kadrlar məhz həmin ərəfəyə aiddirlər.
5. Meyitlərin tanınması ilə əlaqədar ərizəçilərin qeydləri
Ərizəçilər tərəfindən təqdim edilmiş məlumatlarda dörd ərizəçinin (№ 2, 8, 26 və 32) meyitlərin tanınması üzrə prosedura iştiraklarını təsdiq edən faktlar göstərilməmişdir.Həlak olmuş şəxslərin digər şəxslər tərəfindən tanıdığından on üç ərizəçi (№ 4, 5, 6, 11, 14, 16, 30, 33, 36, 41, 44, 46 və 50) şəxsən tanınmada iştirak etməmişdirlər.Digər otuz üç ərizəçi (№ 1, 3, 7, 9, 10, 12, 13, 15, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 27, 28, 29, 31, 34, 35, 37, 38, 39, 40, 42, 43, 45, 47, 48 və 49) meyitlərin tanınmasında şəxsən iştirak etdiklərini təsdiq edən yazılı qeydlərini təqdim etmişdirlər.Ərizəçilərin izahatlarına əsasən onlar həm Nalçik şəhərinin morqunda həm də Daxili İşlər Nazirliyinə məxsus torpağın üzərində park edilmiş soyuducu kameralarla təchiz edilmiş iki vaqonlarda saxlanılan meyitlərin tanınmasında iştirak etmək imkanına malik olmuşdurlar. Meyitlərin tanınması prosedurası düzgün nizama salınmamışdır və bu tədbirdə iştirak etmək istəyən hər bir şəxs buraxılmamışdır. Bəzi hallarda tanınma prosedurası düzgün sənədləşdirilməmişdir.Tanınmada prosedurasında qohumların iştirakı məhdudlaşdırıldığından meyitlərin saxlanıldığı yerlərin ətrafında həlak olmuş şəxslərin ailə üzvləri ilə dolu olmuşdur.
6. Meyitlərin tanınması ilə bağlı Hökumətin sonrakı izahatları
Hökumət ərizəçilərin qeydlərini qismən mübahisəndirmişdir. Onlar meyitlərin tanınması haqqında protokollara istinad edərək qeyd etmişdirlər ki, hər bir dörd ərizəçi, habelə qırx dördüncü ərizəçi xanım Lyubov Mixaylovna Qonibova tanınmada iştirak etmişdir. Hökumət doqquzuncu ərizəçinin (xanım Anjelika Yuryevna Arxestovanın), on yeddinci-iyirminci ərizəçilərin (cənab Betal Muradinoviç Kerefov, cənab Maqomet Xasımoviç Attoyev, xanım Janna Fyodorovna Amşokova) və otuz doqquzuncu ərizəçinin (cənab Karalbi Masadviç Amşokov) meyitlərin tanınması prosesində şəxsən iştirak etdiyi barədə qeydləri mübahisələndirib. Hökumət yuxarıda qeyd edilən 59-cu bənddə göstərilən digər ərizəçilərin iştirakını təsdiqləyib.Hökumətin izahatına əsasən bütün meyitlər ilkin olaraq Nalçik şəhərinin morqunda saxlanılmışdırlar. 2005-ci il oktyabrın 14-dən 18-dək ərizəçilər meyitləri və geyimləri araşdırıblar. 2005-ci il oktyabrın 19-dan meyitlər soyuducularla təchiz edilmiş xüsusi vaqonlara yerləşdiriliblər. 2005-ci il noyabrın 1-də meyitlər üzərində molekulyar genetik ekspertizanın aparılması üçün vaqonlar Rostov-Don şəhərinə daşınıblar və 2006-cı il iyunun 22-də meyitlər kremasiya olunublar. 2005-ci il oktyabrın 13-dən 22-dək tanınma prosedurasına cavabdeh olan şəxs istintaq qrupunun rəhbəri müstəntiq P. olmuşdur. 2005-ci il oktyabrın 22-dən o müstəntiq S. ilə əvəz edilmişdir.Hökumətin ən son məlumatına əsasən 2005-ci il 13 oktyabr tarixli hadisələr zamanı on iki mülki şəxs, otuz beş polis və hüquq mühafizə orqanlarının əməkdaşları və səksən yeddi nəfər hücum iştirakçısı həlak olmuşdur.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. “Dəfn etmə və dəfn mərasimi haqqında” Qanunun müvafiq müddəaları
“Dəfn mərasimi və dəfn etmə haqqında” Qanunda (8-FZ nömrəli, 2006-cı il 12 yanvar tarixli) aşağıdakı müddəalar təsbit edilmişdir:
3-cü Hissə: Dəfn etmə
“Hazırkı Federal Qanuna əsasən dəfn etmə dedikdə ölümündən sonra şəxsin meyitinin (və ya qalıqlarının) sanitar tələblərə zidd olmayan adət və ənənələrə əsasən dəfn edilməsi başa düşülür. Dəfn etmə meyitin (və qalıqların) torpağa tapşırılmasından (qəbirə və ya sərdabəyə salınması), yandırılmasından (kremasiya və sonradan külü xüsusi urnada saxlanılması), suya salınmasından (dənizdə dəfn) ibarətdir. ...”
4-cü Hissə: Dəfn etmənin yeri
“Dəfn etmənin yeri dedikdə [müvafiq qaydalara uyğun olaraq] müəyyən edilmiş yerlər ... ölmüş şəxsin meyitin torpağa tapşırılması üçün qəbiristanlıqlar, yandırılmış meyitin külünün yerləşdiyi xüsusi urnaların yerləşdirilməsi üçün hüsn divarları..., kremasiya üçün yerlər ... və digər binalar nəzərdə tutulur. ...”
5-ci Hissə: Şəxsin ölümündən sonra meyiti ilə ləyaqətli rəftar edilməsi arzusuna dair bəyanat
“1. Şəxsin ölümündən sonra meyiti ilə ləyaqətli rəftar edilməsi arzusuna dair bəyanatı (vəfat etmiş şəxsin arzusu) dedikdə şahidlərin iştirakı ilə şifahi qaydada və ya yazılı şəkildə ifadə edilmiş arzu nəzərdə tutulur:
- meyitin yarıması barədə razılığın verilməsi və ya verilməməsi barədə;
- meyitin bir hissənin və ya toxumaların ayrılmasına razılığın verilməsi və ya verilməməsi barədə;
- xüsusi bir yerdə, müvafiq adət və ənənələrə uyğun olaraq və bundan əvvəl vəfat etmiş xüsusi insanların yanında dəfn edilməsi barədə;
- kremasiya olunmaq barədə;
- həmin arzuların yerinə yetirilməsini müvafiq şəxsə həvalə edilməsi barədə.
2. Ölmüş şəxsin meyiti ilə ləyaqətli rəftarla əlaqədar tədbirlər bunu mümkünsüz edən müəyyən hallar mövcud olmadıqda və ya [milli] qanunvericilikdə bununla bağlı digər qayda təsbit edilmədikdə şəxsin arzusuna uyğun olaraq həyata keçirilir.
3. Vəfat etmiş şəxs öz arzunu ifadə etmədikdə, 1-ci bənddə müəyyən edilmiş tədbirlərin keçirilməsi üzrə sərəncam vermə hüququna onun həyat yoldaşı, ailənin yaxın üzvü (uşaqlar, valideynlər, övladlığa götürülmüş uşaqlar, ögey valideynlər, bacılar, qardaşlar, nəvələr, nənələr və ya babalar) və ya digər qohumu və qanuni nümayəndəsi malikdir. Həmin şəxslər olmadıqda, vəfat etmiş şəxsin dəfn edilməsi üçün məsuliyyət daşıdığı güman edilən hər hansı digər şəxslər.”
6-cı Hissə: Vəfat etmiş şəxsin arzusunu yerinə yetirən icraçı
“Tərəflər bu haqda razılığa gəliblərsə vəfat etmiş şəxsin arzusunu yerinə yetirən icraçı bəyanatda göstərilmiş şəxsdir. Bəyanatda icraçı haqqında müvafiq qeyd edilməmişdirsə və ya qeyd edilən şəxs həmin tədbirləri həyata keçirməyə razılığını bildirməyibsə bəyanatda göstərilən arzu vəfat etmiş şəxsin sağ qalan həyat yoldaşı, yaxın ailə üzvləri və ya qanuni nümayəndəsi tərəfindən yerinə yetirilməlidir. Bəyanatda icraçı kimi qeyd edilmiş şəxs vəfat etmiş şəxsin arzusunu yerinə yetirməkdən əsaslandırılmış qaydada imtina etsə həmin şəxs meyiti vəzifəni icra etməyə razılığını vermiş digər şəxs tərəfindən və ya dəfn mərasimlərinin keçirilməsi üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən dəfn oluna bilər”.
7-ci Hissə: Dəfn olunma ilə bağlı vəfat etmiş şəxsin arzusunun yerinə yetirilməsi
“1. Rusiya Federasiyasının ərazisində hər bir insan təmin olunmalıdır ki, ölümündən sonra onun meyiti (və ya qalıqları) və ya külü öz arzusuna əsasən və hazırkı Federal Qanuna uyğun olaraq bunun üçün pulsuz ayrılmış torpaqda dəfn olunsun...”.
8-ci Hissə: Vəfat etmiş şəxsin dəfn edilməsi zamanı təminatlar
“Vəfat etmiş şəxsin həyat yoldaşı, ailənin yaxın üzvləri, digər qohumları, qanuni nümayəndəsi və ya onun dəfn edilməsi vəzifəsini yerinə yetirilməli hər-hansı digər şəxs aşağıda qeyd olunan təminatlara malik olmalıdır:
(1) ölümün müəyyən edilməsindən bir gün ərzində dəfn edilməsi üçün tələb olunan sənədlərin verilməsi; meyitin yarılması üçün morqa yerləşdirilməsinə zərurət yarandıqda vəfat etmiş şəxsin meyiti həyat yoldaşının, ailənin yaxın üzvlərinin, digər qohumlarının, qanuni nümayəndəsinin və ya onun dəfn edilməsi vəzifəsini yerinə yetirilməli hər-hansı digər şəxsin müraciəti əsasında ölüm faktı müəyyən edildikdən sonra iki gündən gec olmayaraq onlara qaytarılmalıdır...”.
B. Terrorçuluğun və terrorçu fəaliyyətinin hüquqi anlayışları
Rusiya Federasiyanın 130-FZ nömrəli Qanunun (“Terrorçuluqla mübarizə haqqında” Qanun) 3-cü hissəsində terrorçuluğa aşağıda göstərilən anlayış verilir:
“... ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları tərəfindən terrorçuların xeyrinə və ya onların qanunsuz mülkiyyət və ya digər maraqlarına qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan fiziki şəxslərə və ya təşkilatlara qarşı zorakı əməllərin törədilməsi və ya əmlakın məhv edilməsi (və ya ona ziyanın vurulması), habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə; Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə; və ya müharibə şəraiti yaratmaq və ya beynəlxalq münasibətləri pozmaq məqsədilə beynəlxalq səviyyədə qorunan xarici Dövlətin ya da beynəlxalq təşkilatının nümayəndəsinə qarşı və ya beynəlxalq səviyyədə qorunan inzibati binaya və ya nəqliyyat vasitəsinə hücum etmə”.
Qanun mənasında terror fəaliyyətinə aşağıdakı anlayış verilir:
“(1.) terror aktının təşkili, planlaşdırılması və həyata keçirilməsi;
(2.) terrorçu məqsədlərlə terror aktının həyata keçirilməsinə və ya fiziki şəxslərə və ya təşkilatlara qarşı zorakı əməllərin törədilməsinə ya da maddi əşyaların məhv edilməsinə təhrik edilməsi;
(3.) terror aktının həyata keçirilməsi və ya silahlı qruplaşmada iştirak edilməsi məqsədilə qanunsuz silahlı dəstənin, cinayət qrupunun (cinayət təşkilatının) və ya mütəşəkkil qrupunun yaradılması;
(4.) terrorçuların cəlb edilməsi, silahlandırılması, onlara təlim keçirilməsi və yerləşdirilməsi;
(5.) terrorçu təşkilatlarının və qrupların bilərəkdən maliyyələşdirilməsi və ya onlara digər dəstəyin göstərilməsi”.
3-cü hissədə terror aktına aşağıdakı anlayış verilir:
“...partlayışın, yanğın törədilməsi, partlayıcı nüvə və ya radioaktiv qurğuların, kimyəvi, bioloji, partlayıcı, toksik və ya güclü zəhərli maddələrin istifadəsi və ya istifadə ediləcəyi ilə hədələməsi formasında terrorçu mahiyyətli cinayətlərin birbaşa törədilməsi; nəqliyyat vasitələrin və ya digər əşyaların məhv edilməsi zədələməsi və ya oğurlaması; Dövlət xadiminin və ya ictimai xadimin, milli, etnik, dini və ya əhalinin digər qruplarının nümayəndələrinin həyatına sui-qəsdin edilməsi; girova götürmə və ya insanların oğurlanması; texnogen xarakterli qəzaların və ya fəlakətlərin yaradılması və ya bunun kimi təhlükələrin yaradılacağı ilə hədələməsi vasitəsi ilə bir neçə şəxsin həyatına, sağlamlığına və ya mülkiyyətinə təhlükənin yaradılması; hər hansı formada və ya vasitələrlə təhlükənin yayılması; insanların həyatı üçün təhlükə yaradan, mülkiyyətə heyli zərər vuran və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər”.
Eyni hissədə terrorçuya aşağıdakı anlayış verilir:
“...hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs”.
C. Terrorçuların dəfn edilməsini tənzim edən qanunvericilik
2002-ci il oktyabrın 26-da Moskva şəhərində Nord-Ost teatrına edilmiş terrorçu basqın təhlükəli nəticələr yaratmış, bir neçə şəxs girov götürülmüş, girova düşmüş onlarla şəxs həlak olmuşdur (bax: “Finoqenov və digərləri Rusiyaya qarşı”(Finogenov and Others v. Russia), 18299/03 və 27311/03 nömrəli ərizələr, 8-14-cü bəndlər, ECHR 2011 (çıxarışlar).Həmin hücumdan dərhal sonra 2002-ci il dekabrın 11-də Rusiya “Terrorçuluqla mübarizə haqqında” Qanuna 16(1) hissəni əlavə etmişdir. Həmin hissədə aşağıdakılar təsbit edilmişdir:
“Terror aktının dəf edilməsi nəticəsində həlak olmuş terrorçuların dəfn edilməsi Rusiya Federasiyası Hökumətinin qəbul etdiyi prosedura əsasən həyata keçirilməlidir. Onların meyitləri dəfn edilməsi üçün təhvil verilməməlidir və dəfn yerləri açıqlanmamalıdır”.
Rusiya həmin tarixdə “Dəfn etmə və dəfn mərasimi haqqında” (FZ-No.170) Qanuna 14(1) hissəni əlavə etmişdir. Həmin hissədə aşağıdakılar təsbit edilmişdir:
“Terror aktının dəf edilməsi nəticəsində həlak olmuş və bunun nəticəsində barələrində aparılmış cinayət təqibinə xitam verilmiş şəxslər Rusiya Federasiyasının Hökuməti tərəfindən müəyyən edilmiş prosedura uyğun olaraq dəfn olunmalıdırlar. Onların meyitləri dəfn olunmaq üçün təhvil verilməməlidir və dəfn yerləri açıqlanmamalıdır”.
“Terrorçuluqla mübarizə haqqında” Qanunun 16(1) hissəsinə əsasən Rusiya Federasiyası Hökuməti tərəfindən qəbul edilmiş 164 nömrəli Sərəncamda tərəfindən törədilmiş terror aktının dəf edilməsi nəticəsində həlak olmuş şəxslərin dəfn edilməsi prosedurasını müəyyən edir:
“... 3. Həmin şəxslər həlak olduqları ərazidə Rusiya Federasiyasının subyektinin icra hakimiyyəti və ya yerli hökumət tərəfindən təsis edilmiş və dəfn mərasimlərinin təşkilində ixtisaslaşan müvafiq təşkilat tərəfindən dəfn olunmalıdırlar ...
4. Həmin şəxslərin dəfn edilməsi ilə bağlı dəfn mərasimlərinin təşkilində ixtisaslaşmış təşkilat tərəfindən aşağıdakı xidmətlər təklif edilməlidir: dəfn edilməsi üçün zəruri sənədlərin əldə edilməsi; qəbrin hazırlanması; meyitin (qalıqların) dəfn edilməsi (kremasiya edilməsi) üçün dəfn yerinə daşınması; dəfn.
Meyitin (qalıqların) dəfn (kremasiya) yerinə dəmir yolla və ya hava ilə daşınması verilmiş daşınma haqqında icazə əsasında və müəyyən edilmiş proseduraya uyğun olaraq həyata keçirilməlidir.
“Dəfn yeri Dəfn etmə və dəfn mərasimi haqqında” Qanunda təsbit edilmiş məhdudiyyətlərlə müəyyən edilməlidir.
5. Dəfn edilmə məqsədilə ibtidai istintaqı aparan vəzifəli şəxs vəfat etmiş şəxsə qarşı cinayət təqibinə və cinayət işinə xitam verilməsi barədə qərarın surəti daxil olmaqla bütün zəruri sənədləri dəfn mərasimini təşkil edən təşkilata göndərməlidir; həmin vəzifəli şəxs ölümü təsdiq edən arayışı həlak olmuş şəxsin qeydiyyatda olduğu son yeri üzrə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanına göndərməlidir.
6. Həlak olmuş şəxsin qohumları ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etməli orqanın yerləşdiyi yeri barədə ibtidai istintaqı aparan orqanın vəzifəli şəxsi tərəfindən məlumatlandırılmalıdırlar.
7. İbtidai istintaq aparan orqanın səlahiyyətli nümayəndəsinin dikresion səlahiyyətinə əsasən həlak olmuş şəxslərin yaxın qohumlarına tibbi müəssisə tərəfindən təqdim edilmiş ölüm haqqında tibbi arayış və meyitin yarılması (keçirilibsə) haqqında rəy verilə bilər; şəxsi əşyalar müsadirə edilmirsə qaytarılmalıdır.
8. Dəfn mərasimlərinin keçirilməsi üzrə ixtisaslaşmış təşkilat dəfn edilməsinin yekunlaşması barədə müvafiq hesabatı ibtidai istintaqı aparan orqana göndərməlidir”.
D. Konstitusiya Məhkəməsinin 16-P nömrəli 2011-ci il 14 iyul tarixli qərarı
2011-ci il iyulun 14-də Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 24-cü maddəsinin 1-ci bəndinin 4-cü yarımbəndinin (Cinayət işinin başlanılmasının rədd edilməsinin və ya xitam verilməsinin əsasları) və 254-cü maddənin 1-ci hissəsinin (Məhkəmə baxışı zamanı cinayət işinə xitam verilməsi) Konstitusiyaya uyğun olub olmadığının mübahisələndirilməsi üçün iki şəxs tərəfindən verilmiş şikayəti araşdırmışdır. Məhkəmə nəticəyə gəlmişdir ki, yuxarıda qeyd edilən müddəalara uyğun olaraq şübhəli şəxsin (təqsirləndirilən şəxsin) yaxın qohumlarının razılığı alınmadığından həmin şəxsin vəfat etməsi ilə əlaqədar barəsində başlanılmış cinayət təqibinə xitam verilməsi mümkün olduğuna görə onlar Konstitusiyaya uyğun hesab edilməməlidir. Məhkəmə xüsusilə aşağıdakıları qeyd etmişdir:
“... o cümlədən bəraət verən hallara istinad etməyərək cinayət işinə xitam verilməsi məsələsi həll olunduqda təqsirsizlik prezumpsiyası daxil olaraq şəxsi hüquqlarının əsas prosedura təminatlarına hörmətlə yanaşılması təmin edilməlidir. Səlahiyyətli orqanlar ibtidai istintaq zamanı cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edərkən nöqteyi-nəzərdən qəbul etməlidir ki, barəsində aparılan cinayət təqibinə xitam verilmiş şəxs [cinayətdə təqsirli bilinməyən] təqsirli sayılmamalıdır. Konstitusiyanın mahiyyəti əsasında həmin mərhələdə onların şübhələndirilməsini və ya təqsirləndirilməsini nəzərə alaraq onlara cinayət prosesinə cəlb edilmiş şəxslərə kimi yanaşılmalıdır ...
Eyni zamanda şübhəli şəxsin (təqsirləndirilən şəxsin) ölümü əsasında ona qarşı cinayət təqibinə xitam verilməsi [səlahiyyətli orqan] həmçinin onun təqsirinin sübut edilməsi prosesini dayandırır, lakin bununla əksinə olaraq şübhələndirmə və ya təqsirləndirilmə aradan qalxmır: reallıqda səlahiyyətli qurum cinayətin məhz həmin şəxs tərəfindən törədildiyi və onun vəfat etməsi ilə əlaqədar barəsində cinayət təqibinin aparılmasının mümkün olmadığı haqqında nəticəyə gəlir. Belə məntiqlə həmin şəxs barəsində hökmün qəbul edilmədən təqsirli bilinir nəticədə Dövlət Konstitusiyanın müxtəlif müddəalarında təsbit edilmiş həmin şəxsin və bu qərarla maraqlarına toxunan digər şəxslərin şərəf, ləyaqətini və nüfuzunu qorumaq üzrə məhkəmə təminatlarını müdafiə öhdəliyini pozur. Bununla onların məhkəməyə müraciət etmək hüququ pozulur ...
... [başqa sözlərlə] bəraət verən hallara istinad etməyərək cinayət işinə xitam verilməsi bütövlükdə yalnız cinayət prosesinin iştirakçılarının hüquqlarına hörmətlə yanaşıldığında mümkündür. Xüsusilə həmin qərarın qəbul edilməsi üçün şübhəli şəxsin (və ya təqsirləndirilən şəxsin) razılığına ehtiyac var ...
... lakin həmin şəxs [bu qərarın] qəbul edilməsindən imtina edirsə, o ona qarşı başlanılmış işin birinci instansiya məhkəməsinin baxışına vermək imkanına malik olmalıdır ...
[Məhkəmə milli qanunvericiliyinin tətbiq edilən müddəalarını təhlil edərək nəticəyə gəlir ki,] Cinayət Prosessual Məcəlləsi [barəsində başlanılmış cinayət işinə xitam verilmiş vəfat etmiş şəxsin qohumları üçün] onların rəsmi olaraq təqsirləndirilmiş vəfat etmiş qohumunun hüquqlarının müdafiə edilməsi üçün imkan verən hər-hansı təminatları təsbit etmir. İlkin növbədə vəfat etmiş şəxsin yaxın qohumları olaraq marağı olan şəxslərə prosesdə iştirak etmək imkanı yaradılmamışdır, [müvafiq] qərarlar onların iştirakı olmadan müstəntiq və ya məhkəmə tərəfindən qəbul edilmişdirlər ...
Belə bir məhdudiyyətlərin məqsədi və ya ağlabatan əsaslandırılması mövcud deyil və [müvafiq şəxsin Konstitusiyada təsbit edilmiş hüquqlarını] pozur ...
[Bundan sonra məhkəmə qərara alıb ki,] vəfat etmiş şəxsin yaxın qohumlarının hüquqlarının və qanuni maraqlarının qorunması həmin şəxsin bəraət olunması məqsədləri daşımalı və cinayət prosesi çərçivəsində onlara zəruri hüquqi status və qanunla müəyyən edilmiş hüquqlar verilməlidir ...
[Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsində təsbit edilmiş hüquqlar maraqları olan şəxslərin qanuni müdafiəsi üçün zəruri olan təminatları təqdim etmir] ...
[Bununla müvafiq işlərdə] şübhəli və ya təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar onun yaxın qohumları barəsində başlanılmış cinayət işinə xitam verilməsinə etiraz edirlərsə, istintaqı aparan orqan və ya məhkəmə işin araşdırılmasını davam etməlidir. Eyni zamanda maraqları olan şəxslər vəfat etmiş şəxs təmin edildiyi kimi eyni hüquqlar təmin olunmalıdırlar...”.
E. Cinayət Məcəlləsinin müvafiq müddəaları
Həmin vaxtda qüvvədə olan redaksiyada Cinayət Məcəlləsinin 105-ci maddəsində (Qəsdən adam öldürmə) aşağıdakılar təsbit edilmişdir:
“Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
153-FZ nömrəli 2006-cı il 27 iyul tarixli Federal Qanunun 2007-ci il yanvarın 1-də qüvvəyə mindikdən əvvəl Cinayət Məcəlləsinin 205-ci maddəsində (Terrorçuluq) aşağıdakılar təsbit edilmişdir:
“Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır ...”
2006-cı il 27 iyul tarixli Federal Qanunu ilə Cinayət Məcəlləsinin 205-ci maddəsinin adı dəyişdirilib. Hal hazırda “Terror aktı kimi adlandırılan bu maddədə aşağıdakılar təsbit edilmişdir:
“1. Terrorçuluq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cəmiyyətdə vahimə yaradılması, insanların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
...
III. DİGƏR MÜVAFİQ MƏNBƏLƏR
91. Ərizəçilər bildiriblər ki, heç bir Avropa ölkəsinin qanunvericiliyində “Dəfn etmə və dəfn mərasimi haqqında” Qanunun 14 (1) hissəsi kimi müddəa mövcud deyil.
92. Onlar bildiriblər ki, oxşar təcrübə de facto İsraildə də mövcuddur və yalnız inzibati səviyyədə istifadə olunaraq qanuna da kodifikasiya edilməmişdir. Onlar qeyd ediblər ki İsrailin Ali Ədalət Məhkəməsi Barak və Digərləri Müdafiə Nazirliyin və Digərlərinə qarşı (Barake and Others v. Defence and Others, 14 aprel 2002, no. HCJ 3114/02) işdə bu təcrübəni pisləmişdir. Ərizəçilər bildiriblər ki, İsrail 2004-cü ildən fələstinlilərin meyitlərinin “xüsusi hallar istisna olaraq” qaytarılmasından imtina edilməsi təcrübəsini dayandırıblar.
93. Eyni zamanda ərizəçilər Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta uyğun olaraq Belarusa, Tacikistana və Özbəkistana qarşı işlər üzrə BMT-nin İnsan Hüquqları Komitəsinin yeddi rəylərə istinad ediblər. Həmin işlərdə səlahiyyətli qurumlar ölüm hökmünə məhkum edilmiş şəxslərin yaxın qohumlarını bu cəzanın icra edildiyi tarixi barədə məlumatlandırmamış, meyitləri dəfn edilməsi üçün qaytarmamış və dəfn edildiyi yerləri gizli saxlamışdırlar. Xüsusilə Aliboyeva Tacikistana qarşı (Aliboyeva v. Tajikistan (no. 985/2001) işi üzrə qərarında İnsan Hüquqları Komitəsinin qərarlarında aşağıdakılar göstərilmişdir:
“6.7 Komitə ərizəçinin səlahiyyətli qurumlarının onun həyat yoldaşı barədə olan ölüm hökmünün icra edilməsi haqqında məlumatlandırılmaması, lakin hökmün icra edilməsindən sonra ərizəçinin həyat yoldaşının adından vəsatətlərinin qəbul edilməsinin dava etməsi barədə şikayətini qeyd etmişdir. Komitə bildirir ki, qüvvədə olan qanunvericiliyi ölümə məhkum edilmiş şəxslərin ailə üzvlərinin hökmün icrasının tarixi və ya meyitin dəfn olunduğu yeri barədə məlumatlandırılmasını qadağan edir. Komitə naməlum səbəblərə görə hökmün icra edilməsi və qəbrin yerləşdiyi yer ilə bağlı məlumatın verilməməsi nəticəsində məhkum edilmiş şəxsin arvadı olan ərizəçinin əzab və mənəvi iztirab çəkdiyini anlayır. Komitə xatırladır ki, hökmün icrasının tarixi və dəfn edilməsinin yeri barədə məlumatların məhvi saxlanılması, habelə meyitin qaytarılmasından imtina edilməsi ailə üzvlərini naməlumluq və mənəvi iztirab şəraitində qoyur bununla onlara hədə-qorxu gəlməsi və cəzalandırılması təsiri yaradır. Komitə hesab edir ki, səlahiyyətli qurumların hökmün icrası və meyitin dəfn edilməsi yeri barədə ərizəçinin məlumatlandırılmaması sonuncunun Paktın 7-ci maddəsinə zidd olaraq pis rəftara məruz qalması ilə nəticələnib”.
94. Ərizəçilər Moivana Kəndi Surinama qarşı (Moiwana Village v.Suriname (Inter-Am Ct. H.R., (Ser.C) No. 145 (2005) işi üzrə Amerika Dövlətləri arası İnsan Hüquqları Məhkəməsinin qərarına istinad etmişdirlər. Həmin işdə Dövlətin səlahiyyətli nümayəndələri 1986-cı ildə Mivana kəndinə hücum edərək Ndjuka tayfanın otuz doqquz üzvünü öldürmüşdürlər. (86 (15) bənd). Dövlət qurumları sağ qalmış üzvlərə meyitlərin qaytarılmasını da qadağan ediblər. Bundan sonra məlum olub ki, bəzi meyitləri kremasiya ediblər. Məhkəmə Ndjuka tayfasının dəfn etmə üzrə xüsusi adətlərini qeyd edərək aşağıdakılar barədə bildirmişdir:
“86(7). Ndjukanın tayfa üzvünün ölümündən sonra onun dəfn edilməsi üzrə xüsusi adətləri mövcuddur. Altı aydan bir ilədək olan müddətdə bir neçə dini ayinlər icra edilməlidir. Bu ayinlər Ndjuka cəmiyyətinin digər tədbirləri ilə müqayisədə daha çox üzvlərin iştirakını və resursların cəlb edilməsini tələb edir.
86(8). Vəfat etmiş şəxsin qalıqlarını əldə etmək xüsusilə vacibdir. Ndjuka tayfasının dəfn mərasimi zamanı meyit üzərində xüsusi proseduralar edilir və vəfat etmiş şəxsin meyiti onun əcdadları dəfn olunduğu qəbirdə yerləşdirilir. Yalnız çirkin hesab olunan insanlar təntənəli şəkildə dəfn olunmurlar. Bundan sonra bütün hindi cəmiyyətlərində meyitlərin kremasiyası təhqiramiz hal kimi qiymətləndirilir.
86(9). Ndjuka tayfasının adətlərinə əsasən müxtəlif dəfn proseduraların icra edilməməsi mənəvi günah hesab edilir, habelə həm vəfat etmiş şəxsin həm də cəmiyyətin digər əcdadlarının ruhunu qəzəbləndirə bilər. Bununla ruhlar tərəfindən indiki nəslə müxtəlif xəstəliklər göndərilə bilər. Ndjuka tayfası hesab edir ki, həmin xəstəliklər onlar tərəfindən sağaldıla bilməz və yalnız müvafiq mərasimlərlə onların qarşısı alına bilər. Belə olmadığı təqdirdə bu şərait onların nəsillərini inadla təqib edəcək”.
95. Məhkəmə qərarın 100-cü bəndində qət edib ki, ərizəçilər İnsan Hüquqları üzrə Amerika Konvensiyasının 5-ci maddəsinə zidd olaraq qeyri-insani rəftara məruz qalmışdırlar. Həmin bənddə aşağıdakılar qeyd edilir:
“... Moivana tayfası üzvlərinin məruz qaldığı ən böyük təsir ondan ibarətdir ki, onlar öz yaxınlarının meyitləri barədə heç bir məlumata malik olmamışdırlar və nəticədə onları Ndjuka mədəniyyətinin əsas adət və ənənələrinə uyğun olaraq dəfn edə bilməmişdirlər. Məhkəmə qeyd edir ki, bəzi meyitlərin kremasiya edilməsi xəbəri cəmiyyət üzvlərinin narahatlığına səbəb olduğu anlaşılandır ...”.
96. Ədalətli təzminatın bir hissə kimi Surinama Hökumətinin üzərinə aşağıda göstərilmiş vəzifə qoyulmuşdur (qərarın 208-ci bəndi):
“... 1986-cı ildə baş vermiş hücum zamanı həlak olmuş Moivana icmasının üzvlərinin qalıqlarını tez bir zamanda bərpa edilməlidir. Həmin qalıqlar aşkar olunduqda onları Ndjuka mədəniyyətinin mərasimlərinə uyğun olaraq yad edilməsi məqsədilə icmanın sağ qalmış üzvlərinə qaytarılması təmin edilməlidir.”
HÜQUQİ MƏSƏLƏLƏR
...
II. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
101. Ərizəçilər tanınma prosesi zamanı onların həlak olmuş qohumların meyitlərinin saxlanılması şəraitindən şikayət etmişdirlər. Eyni zamanda ərizəçilər meyitlərin tanınması prosesi zamanı onların şəxsi iştirakları üçün yaradılmış şəraitdən narazı olmuşdurlar. Ərizəçilərin iddiasına əsasən belə növ rəftardan onlar Konvensiyanın 3-cü maddəsinə zidd olaraq mənəvi əzab çəkiblər. Həmin maddədə aşağıdakılar təsbit edilmişdir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
A. Tərəflərin izahatları
102. Ərizəçilər öz şikayətlərini müdafiə ediblər. Onlar iddia ediblər ki, meyitlərin tanınması prosesində iştirak etmiş şəxslər haqqında Hökumətin siyahısı tam deyil.
103. Hökumət bununla razılaşmamışdır. Hökumət bildirmişdir ki, hadisələrdən sonra meyitlər ilkin olaraq Nalçik şəhərinin morquna göndərilmişdirlər. Onların paltarları çıxarılmışdır və ekspertiza üçün göndərilmişdir. Bundan sonra bütün meyitlər soyuducu kameralarla və bütün zəruri avadanlıqlarla təchiz edilmiş iki vaqonlara yerləşdiriliblər. Bir neçə gündən sonra meyitlər genetik ekspertizanın keçirilməsi üçün Rostov-Don şəhərinə göndərilmişdir. Hökumət etiraf etmişdir ki, hücumdan dərhal sonra meyitlərin saxlanılması üçün lazımi şərait olmamışdır və ərizəçilər tərəfindən təqdim olunmuş videoda göstərilən kadrlar məhz həmin ərəfəyə aiddirlər. Həmçinin Hökumət qeyd etmişdir ki, meyitlərin tanınması prosesində iştirak könüllü olmuşdur.
B. Məhkəmənin qiymətləndirilməsi
1. Ümumi prinsiplər
104. Məhkəmə bir neçə işlər üzrə müəyyən edib ki Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən əsas dəyərlərdən birini qoruyur. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda, Konvensiya müvafiq şəxsin davranışından asılı olmayaraq mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı yaxud da cəzanı qadağan edir. Konvensiyanın və Protokollarının əksər maddi hüquq normalarından fərqli olaraq hətta millətin həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddəyə əsasən 3-cü maddə üçün istisna halının yaxud qeyd-şərtin tətbiq edilməsi nəzərdə tutulmur (bax: digər işlərlə yanaşı, “Aksoy Türkiyəyə qarşı” (Aksoy v. Turkey, 18 December 1996, § 62, Reports of Judgments and Decisions 1996-VI). Konvensiyanın 3-cü maddəsinin dairəsinə düşmək üçün işgəncə qəddarlığın minimal dərəcəsinə çatmalıdır. Bu minimumum qiymətləndirilməsi nisbidir; o, rəftarın davamiyyəti, onun fiziki və psixiki nəticələri və, müəyyən hallarda, zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətinin vəziyyəti kimi işin bütün hallarından asılıdır (bax: digər işlərlə yanaşı, “İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25).
105. Səlahiyyətli orqanlar tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində həlak olmuş şəxslərin qohumları tərəfindən Konvensiyanın 3-cü maddəsi əsasında mənəvi iztirabların keçirilməsi haqqında şikayətlərlə əlaqədar Məhkəmə ciddi yanaşma göstərərək qeyd etmişdir ki, “itmiş şəxsin” ailə üzvləri 3-cü maddəyə zidd olan rəftara məruz qaldıqları barədə şikayət etmək hüququna malikdirlərsə (bax: “Kurt Türkiyəyə qarşı” (Kurt v. Turkey, 25 May 1998, §§ 130-34, Reports 1998‑III), həmin prinsip şəxsin azadlıqdan məhrum edilməsindən sonra vəfat etməsi ilə əlaqədar hallara dair tətbiq edilmir (bax: misal üçün, “Tanlı Türkiyəyə qarşı” (Tanlı v. Turkey, no. 26129/95, § 159, ECHR 2001‑III); “Yasin Atəş Türkiyəyə qarşı” (Yasin Ateş v. Turkey, no. 30949/96, § 135, 31 May 2005) və “Bitiyeva və Digərləri Rusiyaya qarşı” (Bitiyeva and Others v. Russia, no. 36156/04, § 106, 23 April 2009). Həmin işlər üzrə Məhkəmə adətən 2-ci maddə üzrə aparılan araşdırma zamanı gəldiyi nəticələrlə kifayətlənir. Digər tərəfdən Məhkəmə təhlükəsizlik qüvvələrin hərəkətləri nəticəsində ərizəçilərin gözləri qarşısında evlərinin və əmlaklarının dağıdılması səbəbindən mənəvi iztirabların keçirilməsi ilə əlaqədar Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən etmişdir (bax: “Selçuk və Əskər Türkiyəyə qarşı” (Selçuk and Asker v. Turkey, 24 April 1998, §§ 77-80, Reports 1998‑II); “Yöyler Türkiyəyə qarşı” (Yöyler v. Turkey, no. 26973/95, §§ 74-76, 24 July 2003) və “Aydər və Digərləri Türkiyəyə qarşı” (Ayder and Others v.Turkey, no. 23656/94, §§ 109-11, 8 January 2004).
106. Yekunda Məhkəmə təkrarlayır ki, pis rəftarla bağlı olan iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır (bax: mutatis mutandis, “Klaas Almaniyaya qarşı” (Klaas v. Germany, 22 September 1993, § 30, Series A no. 269). Həmin sübutların qiymətləndirilməsi üçün Məhkəmə “əsaslı şübhələr olmadan” sübutetmə qaydanı tətbiq edir. Lakin əlavə edir ki, həmin sübut faktlarla bağlı kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrin və ya analoji təkzibedilməz ehtimalların mövcud olmasından irəli gələ bilər (bax: yuxarıda qeyd edilən, “İrlandiya Birləşmiş Krallığa qarşı”, 161-ci bənd).
2. Həmin prinsiplərin tətbiqi
107. Tərəflər razılaşıblar ki, 2005-ci il 13-14 oktyabr tarixli hadisələrdə həlak olmuş şəxslərin meyitləri 2005-ci il oktyabrın 14-dən 18-dək Nalçik şəhərinin morqunda saxlanılmışdırlar və 2005-ci il oktyabrın 19-dan 31-dək onlar şəhərin qırağında dayanan soyuducu kameralarla təchiz edilmiş iki vaqonda yerləşdiriliblər (bax: yuxarıda qeyd edilən 51-53-cü və 63-cü bəndlər). Mübahisə edilmir ki, hücum nəticəsində həlak olmuş şəxslərin sayı yerli infrastrukturunun yerləşdirmə imkanlarından dəfələrlə çox olmuşdur və ilk dörd gün ərzində bəzi meyitlər çarəsizlikdən çöldə saxlanılmışdır.
108. Məhkəmə şübhə etmir ki, həlak olmuş şəxslərin qohumları olaraq ərizəçilər meyitlərin saxlanılması şəraiti ilə əlaqədar mənəvi əzablar keçiriblər. Xüsusilə olaraq bu könüllü olaraq meyitlərin tanınması prosedurasında şəxsən iştirak etmiş şəxslərə aiddir. Əldə olunmuş məlumata əsasən ən azı otuz səkkiz ərizəçi (№ 1, 2, 3, 7, 8, 9, 10, 12, 13, 15, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 31, 32, 34, 35, 37, 38, 39, 40, 42, 43, 44, 45, 47, 48 və 49) meyitlərin tanınması prosedurasında şəxsən iştirak etmişdirlər (bax: yuxarıda qeyd edilən 57-59-cu və 62-ci bəndlər).
109. Məhkəmənin vəzifəsi işin xüsusi hallarını nəzərə alaraq məruz qalmış əzabların Konvensiyanın 3-cü maddəsinin mənasına aid edilib edilməməsi üçün müvafiq ölçülərə uyğun gəldiyini müəyyən etməkdir.
110. İlk növbədə Məhkəmə qeyd edir ki, hazırkı iş “itkin düşmüşlərin” və ya məhkəmə qərarları olmadan təhlükəsizlik qüvvələrinin öldürdükləri şəxslərinin qohumları tərəfində Məhkəmədə başlanılmış işlərdən fərqlənir (bax: misal üçün, “Luluyev və Digərləri Rusiyaya qarşı” (Luluyev and Others v. Russia, no. 69480/01, §§ 116-118, ECHR 2006‑XIII (extracts)). Bu işdə ərizəçilərin qohumlarının ölümü səlahiyyətli qurumlarının Konvensiyanın 2-ci maddəsinə zidd olan hərəkətlərindən irəli gəlmir (bax: ərizəçilərin qohumlarının həlak olması ilə nəticələnən hadisələrə, yuxarıda qeyd edilən 6-cı və 7-ci bəndlər, və onları “Esmuhammetov və Digərləri Rusiyaya qarşı” (Esmukhambetov and Others v. Russia, no. 23445/03, §§ 138‑151 and 190, 29 March 2011) işi ilə müqayisə et). Demək olmaz ki, ərizəçilər qohumlarının ölümü ilə əlaqədar hər-hansı uzunmüddətli əzabdan əziyyət çəksinlər. Hücumdan bir neçə gün sonra meyitlərin tanınması prosesində onların könüllü iştirakı qohumların meyitlərinin olduğu yerin müəyyən edilməsi məqsədini daşıyırdı (bax: yuxarıda qeyd edilən 63-cü bənd və “Luluyev və Digərləri Rusiyaya qarşı” (116=118-ci bəndlər) işi ilə müqayisə et).
111. Bundan sonra Məhkəmə qeyd edir ki, hazırkı iş ərizəçilərin gözləri qarşısında əmlaklarının qanunsuz məhv edilməsi ilə bağlı olan Türk işlərindən də fərqlənir. Xüsusi ilə Selçuk və Əskər işində Məhkəmə ərizəçilərin evlərinin dağıdılması üsulunu (həmin hərəkələr qabaqcadan planlaşdıraraq və təkəbbürlə keçirilmişdir və ərizəçilərin etirazlarına baxmayaraq onların hislərinə hörmətlə yanaşılmamışdır) qeyd etmişdir (bax: yuxarıda qeyd edilən, “Selçuk və Əskər Türkiyəyə qarşı”, 77-ci bənd). Bu işdə Məhkəmə müəyyən etmişdir ki, təhlükəsizlik qüvvələrinin hərəkətləri Konvensiyanın 3-cü maddəsinə zidd olan “qeyri-insani rəftar” kimi qiymətləndirilir. Məhkəmə Yöyler və Aydər Türkiyəyə qarşı (yuxarıda qeyd olunurlar) işlərdə oxşar nəticəyə gəlmişdir. Həmin işlərdə təhlükəsizlik qüvvələri ərizəçilərə mənəvi əzabın verilməsi məqsədilə onların evlərini və əmlaklarını yandırmışdırlar, bununla Məhkəmə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən etmişdir.
112. Lakin hazırkı işdə eyni nəticəyə gəlmək üçün Məhkəmə müvafiq sübutları malik deyil. Doğrudur Hökumətin qeyd etdiyi kimi ilk dörd gün ərzində bütün meyitlərin soyuducularda saxlanılması üçün müvafiq şərait olmamışdır (bax: yuxarıda qeyd edilən 56-cı bənd) bununla meyitlər üst üstə yığaraq soyuducu kameralarla təchiz edilmiş vaqonlarda saxlanılmışdırlar (bax: yuxarıda qeyd edilən 53-cü bənd). Lakin bu çatışmazlıqlar 2005-ci il 13-14 oktyabr tarixlərində baş vermiş hadisələrin mahiyyəti və həlak olmuş şəxslərin sayı ilə əlaqədar olmuşdur. Bununla çətinliklə etiraf etmək olar ki, həmin hərəkətlər ərizəçilərin qeyri-insani rəftara məruz qalması və xüsusilə onlara psixoloji əzabların verilməsi məqsədini daşıyırdılar.
113. Nəticədə Məhkəmə müəyyən etmir ki, işin halları 108-ci bəndə qeyd olunan və ya həlak olmuş qohumlarının meyitlərinin pis şəraitdə saxlanıldığını sadəcə bilən digər ərizəçilərin keçirtdiyi əzablar oxşar şəraitdə olan vəfat etmiş şəxsin ailə üzvlərinin mütləq keçirtdiyi əzabın ölçüsü və xarakterindən aşkar fərqli olduğunu hesab etməyə imkan verir. Bununla Məhkəmə hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən edə bilməz.
III. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI
114. Ərizəçilər Konvensiyanın 8-ci maddəsinə istinad edərək səlahiyyətli qurumların onların həlak olmuş qohumlarının meyitlərinin qaytarılmasında imtina edilməsindən şikayət ediblər. Konvensiyanın müvafiq müddəasında aşağıdakılar təsbit edilmişdir:
Konvensiyanın 8-ci maddəsi
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.
A. Tərəflərin izahatları
1. Ərizəçilərin izahatları
115. Ərizəçilər bildiriblər ki, meyitlərin qaytarılmasından imtina edilməsi barədə səlahiyyətli qurumlarının 2006-cı il 15 may tarixli qərar qanunsuz və qeyri-mütənasib olmuşdur. İlk növbədə onlar iddia etmişdirlər ki, həmin imtina qanunsuz olmuşdur. Konstitusiya Məhkəməsi dövlət orqanlarının üzərinə meyitlərin qaytarılması məsələsini həll edənədək istintaqın nəticələrini gözləmək vəzifəsini qoymuşdur, lakin həmin qurumlar bu vəzifəyə uyğun hərəkət etməmişdirlər. İkincisi, qanunvericilikdə “terrorçu hərəkət”, “terrorçu fəaliyyət” və “terror aktı” kimi dəbdəbəli anlayışlar təsbit edilmişdir, lakin kremasiya prosedurası, qərarın qəbul edilməsi üçün səlahiyyəti olan rəsmi şəxs, şikayət verilməsinin mümkünlüyü, dəfn etmə tarixinin açıqlanması ilə bağlı prosedura və dəfn etmə zamanı ayinlərin yerinə yetirilməsinin vacibliyi barədə dəqiq normalar mövcud deyil. Üçüncüsü, onlar bildirmişdirlər ki, həmin tədbir qeyri-mütənasib olmuş və heç bir Avropa ölkəsinin oxşar qanunvericiliyi yoxdur. Hətta baxmayaraq ki, İsraildə oxşar inzibati siyasət mövcud olmuşdur, lakin bu siyasət sonrada məhkəmələr tərəfindən pislənilmişdir. Beynəlxalq humanitar hüququnun normaları bu cur rəftarı qadağan edir və terror təhlükəsinin aradan qaldırılması üçün dövlət qurumlarının sərəncamına digər daha az dərəcədə məhdudlaşdırıcı təsirə malik tədbirlər olmuşdur.
2. Hökumətin izahatları
116. Hökumət bildirmişdir ki, ərizəçilərin qohumlarının meyitlərinin qaytarılmaması barədə qərar “Terrorçuluqla mübarizə haqqında” və “Dəfn etmə və dəfn mərasimi haqqında” qanunlara və terrorçuluqla mübarizənin vaciblik dərəcəsinə uyğun olmuş, habelə Konstitusiya Məhkəməsinin 2007-ci il 28 iyun tarixli qərarında müəyyən edilmiş nəticələri nəzərə alaraq əsaslı olmuşdur (bax: yuxarıda qeyd edilən 33-36-cı bəndlər). Bütün ərizəçilər səlahiyyətli orqanlardan müvafiq bildirişlər və cavablar almış və qərarla əlaqədar onların məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmamışdır.
B. Məhkəmənin qiymətləndirilməsi
1. Hazırkı işdə Konvensiyanın 8-ci maddəsi tətbiq edilməlidirmi
117. Məhkəmə təkrarlayır ki, Konvensiyanın 8-ci maddəsi ilə əlaqədar olan presedent hüququnun mənasında “şəxsi həyat” və “ailə həyatı” konsepsiyaların mənası genişdir onunla bağlı əsaslı anlayışlar təsbit edilməmişdir (bax: “Pretti Birləşmiş Krallığa qarşı” (Pretty v. the United Kingdom, no. 2346/02, § 61, ECHR 2002‑III). “Pannullo və Forte Fransaya qarşı” (Pannullo and Forte v. France (no. 37794/97, §§ 35-36, ECHR 2001‑X) və “Jırard Fransaya qarşı” (Girard v. France,no. 22590/04, § 107, 30 June 2011) işlərdə Məhkəmə qəbul edir ki, cinayət işi üzrə meyitin yarılması və nümunələrin ekspertizası üzrə müvafiq proseduraların tamamlanmasından sonra meyitlərin qaytarılması prosesində müəyyən gecikmələr sağ qalmış ailə üzvlərinin həm “şəxsi həyatına” həm də “ailə həyatına” müdaxilə hesab oluna bilər. “Elli Poluhas Dödsbo İsveçə qarşı” (Elli Poluhas Dödsbo v. Sweden, no. 61564/00, § 24, ECHR 2006‑I) işdə Məhkəmə müəyyən edib ki, içərisində ərizəçinin həyat yoldaşının külü olan urnanın qaytarılmasından imtina edilməsi 8-ci maddəsinin tətbiqi dairəsinə düşür. Sonda, “Hadri-Vionnel İsveçrəyə qarşı” (Hadri‑Vionnet v. Switzerland, no. 55525/00, § 52, 14 February 2008) Məhkəmə qərara gəlib ki, ərizəçinin ölü doğulmuş uşağının dəfnində iştirak etməsi mümkünlüyü, meyitin qaytarılması və müvafiq mərasimin keçirilməsi ilə yanaşı 8-ci maddənin mənasında “şəxsi” və “ailə həyatı” konsepsiyasının tətbiqi dairəsinə düşür.
118. İlk növbədə Məhkəmə qeyd edir ki, on doqquzuncu ərizəçi, xanım Janna Fyodorova İfraimova, istisna olmaqla Hökumət mübahisələndirməmişdir ki, meyitlərin qaytarılmaması barədə 2006-cı il 15 may tarixli qərar nəticəsində ərizəçilərin Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi və ailə həyatına hörmət hüquqlarına müdaxilə baş vermişdir.
119. On doqquzuncu ərizəçi ilə əlaqədar Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, xanın İfraimova cənab Tamazov ilə bir aya yaxın müddətdə birgə yaşaması və növbəti səkkiz ay ərzində arabir məhvi şəkildə görüşməsi (bax: yuxarıda qeyd edilən 10-cu və 98-ci bəndlər) “ailə həyatı” konsepsiyasının əhatə dairəsi Konvensiyanın 8-ci maddəsi mənasında kifayət dərəcədə uzunmüddətli və daimi olmamışdır, lakin Konvensiyanın bu müddəası mənasında onlar arasında “şəxsi həyatın” mövcud olmasına dair az şübhələr mövcuddur.
120. Bundan sonra Məhkəmə müəyyən edir ki, 2006-cı il mayın 15-də həlak olmuş şəxslərin meyitləri üzərində müvafiq istintaq tədbirlərinin tamamlanmasından sonra müstəntiq meyitləri ərizəçilərə qaytarmamaq və onları qeyri-müəyyən ərazidə dəfn etmək qərarına gəlmişdir (bax: yuxarıda qeyd edilən 27-ci bənd). Həmin qərar səlahiyyətli orqanlara terror aktının dəf edilməsi zamanı həlak olmuş terrorçularının meyitlərinin qaytarılmasını qadağan edən Rusiya Hökumətinin 164 nömrəli, 2003-cü il 20 mart tarixli Sərəncamının 3-cü maddəsinə və “Dəfn etmə və dəfn mərasimi haqqında” Qanunun 14(1) bölməsinə əsasən qəbul edilmişdir.
121. Tətbiq edilən milli qanunvericiliyi araşdıraraq Məhkəmə qeyd edir ki, Rusiyada vəfat etmiş şəxsin dəfn mərasimini təşkil etmək istəyən qohumlar ölüm faktının müəyyən edilməsindən sonra meyitin onlara dərhal qaytarılması üzrə müvafiq təminatlara malikdirlər. Həmçinin onlar vəfat etmiş şəxsin dəfn mərasiminin keçirilməsi ilə bağlı verdiyi arzusuna dair bəyanatının icraçıları kimi müəyyən təhlükəsizlik və sanitar tələblərinin yerinə yetirilməsi tələblərinə riayət edərək müvafiq hüquqi rejimdən bəhrələnirlər (bax: “Dəfn etmə və dəfn mərasimi haqqında” Qanununun 3-8-ci bölmələrinə).
122. Bununla Məhkəmə qeyd edir ki, Rusiya Hökumətinin 164 nömrəli, 2003-cü il 20 mart tarixli Sərəncamının 3-cü maddəsinə və “Dəfn etmə və dəfn mərasimi haqqında” Qanunun 14(1) bölməsinə istinadən ərizəçilərin qohumlarının meyitlərini qaytarmamaq barədə səlahiyyətli qurumların qərarı ümumi qaydasının istisnası kimi hesab edilir və ərizəçiləri öz yaxınlarının dəfn mərasimində iştirak etmək, habelə qəbirlərin yerləşdiyi yeri bilmək və onları mütəmadi olaraq ziyarət etmək imkanlarından tamamilə məhrum edir.
123. Öz presedent hüququnu və hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq Məhkəmə müəyyən edir ki, on doqquzuncu ərizəçini istisna edərək həmin tədbirlər Konvensiyanın 8-ci maddəsi mənasında ərizəçilərin “şəxsi həyatına” və “ailə həyatına” müdaxilə kimi qiymətləndirilir. On doqquzuncu ərizəçi ilə əlaqədar 2006-cı il 15 may tarixli qərar Konvensiyanın qeyd olunan müddəası mənasında onun “şəxsi həyatına” müdaxilə kimi qiymətləndirilir. Bundan sonra həmin müdaxilənin 8-ci maddəsinin ikinci bəndinə əsasən əsaslı olub olmadığı müəyyən edilməlidir.
2. Müdaxilə əsaslı olmuşdurmu
(a) Müdaxilə “qanuna uyğundurmu”
124. Məhkəmənin presedent hüququna əsasən 8-ci maddənin 2-ci bəndində “qanuna uyğun olması” anlayışı digər məsələlərlə yanaşı tələb edir ki, tətbiq olunan tədbir və ya tədbirlər milli qanunvericiliyə əsaslansınlar (bax: “Aleksandra Dmitriyeva Rusiyaya qarşı” (Aleksandra Dmitriyeva v. Russia, no. 9390/05, §§ 104-07, 3 November 2011), eyni zamanda qanunun keyfiyyətinə istinad edilərək tələb edilir ki, həmin şəxs ondan istifadə edə bilsin və onun təsiri şəxsə öncədən aydın olsun (bax: “Rotaru Rumıniyaya qarşı” (Rotaru v. Romania [GC], no. 28341/95, § 52, ECHR 2000-V). Qanunun öncədən aydın olma meyarına cavab verməsi üçün onun müddəalarında tədbirin tətbiqi mümkünlüyü aydın təsbit edilməli və müvafiq şəxslər zəruri olduğu təqdirdə müəyyən məsləhət əsasında öz hərəkətlərini nizamlamaq iqtidarında olmalıdırlar.
125. Məhkəmə qeyd edir ki, həmin tədbir terror aktının dəf edilməsi nəticəsində terrorçuların meyitlərinin dəfn edilməsi üçün qohumlara qaytarılmadığını və onların dəfn yerlərinin gizli saxlanıldığını təsbit edən “Terrorçuluqla mübarizə haqqında” və “Dəfn etmə və dəfn mərasimi haqqında” qanunlara, habelə Rusiya Hökumətinin 164 nömrəli, 2003-cü il 20 mart tarixli Sərəncamına uyğun olaraq həyata keçirilmişdir.
126. Məhkəmə müəyyən edir ki, ərizəçilər öz yaxın qohumlarının 2005-ci il 13-14 oktyabr tarixdə baş vermiş hücumda iştirakını mübahisələndirməmişdirlər. İşdə olan sənədlər əsasən (bax: 22-ci, 25-ci və 26-cı bəndlərə) Məhkəmə kifayətlənir ki, səlahiyyətli orqanlar tərəfindən ərizəçilərin qohumlarının meyitlərinin dəfn edilməsi üçün qaytarılmasından imtina üçün əsas Rusiyanın qanunvericiliyində mövcuddur.
127. Məhkəmə hesab edir ki, normativ hüquqi aktlarının öncədən aydın olması və şəffaflığı, qaydaların avtomatik mahiyyəti, onların bəzi konsepsiyaların iddia olunduğu kimi naməlum olması və məhkəmə nəzarətinin mövcud olmaması kimi tədbirin qanuniliyinə aid olan suallar mütənasiblik məsələsi ilə sıx bağlıdır və onun aspekti kimi 8-ci maddənin 2-ci bəndi mənasında araşdırılmalıdır (bax: mutatis mutandis, “T.P. və K.M. Birləşmiş Krallığa qarşı” (T.P. and K.M. v. the United Kingdom, [GC], no. 28945/95, § 72, ECHR 2001-V) və “Çapman Birləşmiş Krallığa qarşı” (Chapman v. the United Kingdom [GC], no. 27238/95, § 92, ECHR 2001-I).
(b) Qanuni məqsəd
128. Məhkəmə qeyd edir ki, Hökumət tədbiri Konstitusiya Məhkəməsinin 8-P nömrəli 2007-ci il 28 iyun tarixli qərarına istinad edərək əsaslandırmışdır. Həmin qərarda “Dəfn etmə və dəfn mərasimi haqqında” Qanunun 14(1) bölməsi və Rusiya Hökumətinin 164 nömrəli, 2003-cü il 20 mart tarixli Sərəncamının 3-cü maddəsi ilə əlaqədar qeyd edilir ki, qaydaların tətbiqi “terrorçuluqla mübarizəsi, bütövlükdə və müəyyən hallarda terrorçuluğun qarşısının alınması, habelə terror aktlarının nəticələrinin aradan qaldırılması maraqları, o cümlədən kütləvi iğtişaşlar, müxtəlif etnik qruplar arasında toqquşmalar terror aktlarında iştirak etmiş şəxslərin qohumları tərəfindən bütövlükdə əhaliyə və hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumların riski, və yekunda insanların həyatına və sağlamlığına təhlükəsi” ilə əsaslandırılır. Eyni zamanda qərarda həmin tədbirlərin “terror aktının məlumatlandırıcı və psixoloji təsirinin azaldılması, o cümlədən onun təbliği təsirinin zəiflədilməsi” üçün zəruriliyi vurğulanır. Bundan sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, “terror aktının iştirakçılarının həmin cinayət nəticəsində həlak olmuş insanların dəfn olunduğu əraziyə yaxın yerdə dəfn olunması və dəfn mərasimin keçirilməsi və dini ayinlərin yerinə yetirilməsi ilə onların xatirəsini yad edilməsi terrorçu ideologiyanın təbliğinə xidmət edir, habelə etnik və milli zəmində gərginliyi üçün şərait yaradaraq terror aktı nəticəsində həlak olmuş insanların yaxınlarını təhqir edir”.
129. Yuxarıda göstərilən nəticələri nəzərə alaraq Məhkəmə qəbul edir ki, həmin tədbir iğtişaşların qarşısının alınması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiə edilməsi üçün ictimaiyyətin təhlükəsizliyini qorumaq məqsədlərini daşıyırdı.
130. Bundan sonra həyata keçirilmiş tədbirin “demokratik cəmiyyətdə zəruriliyi” məsələsi araşdırılmalıdır.
(c) Müdaxilə demokratik cəmiyyətdə zəruridirmi
(α) Ümumi prinsiplər
131. Müdaxilə “mühüm sosial tələbata” cavab verirsə, qanuni tələblərə mütənasibdirsə və hakimiyyət orqanlarının istinad etdikləri əsaslar “münasib və qənaətbəxşdir”sə qanuni məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur (bax: misal üçün, “Koster v. Birləşmiş Krallığa qarşı” (Coster v. the United Kingdom [GC], no. 24876/94, § 104, 18 January 2001) və “S və Marper Birləşmiş Krallığa qarşı” (S. and Marper v. the United Kingdom [GC], nos. 30562/04 and 30566/04, § 101, ECHR 2008).
132. Obyektiv əsaslarla insan hüquqlarının müdafiəsi sahəsində müqavilə olan Konvensiyanın vəzifəsi və məqsədi tələb edir ki (bax: “Neulinger və Shuruk İsveçrəyə qarşı” (Neulinger and Shuruk v. Switzerland [GC], no. 41615/07, § 145, ECHR 2010), onun müddəaları təsbit edilən təminatların praktiki cəhətdən səmərəliyini təmin edilməsi üçün müvafiq qaydada tövsif və tətbiq edilməlidirlər (bax: digər işlərlə yanaşı, “Artiko İtaliyaya qarşı” (Artico v. Italy, 13 May 1980, § 33, Series A no. 37). Bununla Konvensiyanın 8-ci maddəsi mənasında şəxsi və ailə həyatına hörmətlə yanaşmasını təmin etmək məqsədilə müəyyən hal üzrə daxili qanunvericiliyinin mexaniki tətbiqindən yayınmaq üçün hər bir işin reallığı nəzərə alınmalıdır (bax: ən son işlərdən, “Nada İsveçrəyə qarşı” (Nada v. Switzerland [GC], no. 10593/08, §§ 181-185, 12 September 2012).
133. Məhkəmə bundan əvvəl müəyyən etmişdir ki, demokratik cəmiyyətdə tədbirin mütənasib və zəruri hesab edilməsi üçün eyni məqsədlərə çatmaqla əsas hüquqlara daha az ziyan vuran tədbirlərin həyata keçirilməsi zəruriliyi nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilən, “Nada İsveçrəyə qarşı”, 183-cü bənd).
134. Konvensiyanın tələblərinə əsasən müdaxilənin zəruriliyinin yekun araşdırılması Məhkəmə tərəfindən nəzarət qaydasında həyata keçirilir. Həmin məsələ ilə əlaqədar milli hakimiyyət orqanlarına müəyyən təqdir səlahiyyəti verilməlidir. Həmin səlahiyyətin həcmi daimi deyil və müxtəlif hallardan, o cümlədən Konvensiyada təsbit edilmiş hüququnun mahiyyətindən, onun şəxs üçün vacibliyindən, müdaxilənin xüsusiyyətindən və xidmət etdiyi məqsəddən asılıdır (bax: yuxarıda qeyd edilən, “S və Marper Birləşmiş Krallığa qarşı”, 102-ci bənd). Məhkəmə bir neçə işlər üzrə vurğulamışdır ki, Dövlət terrorçuluqdan və terrorçu cinayətlərdən irəli gələn xüsusi təhlükələrlə rastlaşır (bax: mutatis mutandis, “Broqan və digərləri Birləşmiş Krallığa qarşı” (Brogan and Others v. the United Kingdom, 29 November 1988, § 61, Series A no. 145‑B); “Öcəlan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [GC], no. 46221/99, §§ 104, 192-196, ECHR 2005‑IV); “Ramirez Sançez Fransaya qarşı” (Ramirez Sanchez v. France [GC], no.59450/00, §§ 115-116, ECHR 2006‑IX və “Finoqenova və digərləri Rusiyaya qarşı” (Finogenov and Others v. Russia, nos. 18299/03 and 27311/03, § 212, ECHR 2011 (çıxarışlar). İnsanın şəxsi və əsas hüquqlarından səmərəli istifadə edilməsi məsələlərində təqdir səlahiyyəti daha dar olmalıdır (bax: “Konnors Birləşmiş Krallığa qarşı” (Connors v. the United Kingdom, no. 66746/01, § 82, 27 May 2004). İnsanın mövcudluğu və şəxsiyyəti ilə bağlı məsələlərdə Dövlətin təqdir səlahiyyəti məhdudlaşdırılmalıdır (bax: “Evans Birləşmiş Krallığa qarşı” (Evans v. the United Kingdom [GC], no. 6339/05, § 77, ECHR 2007‑I).
(β) Həmin prinsiplərin tətbiqi
135. Həlak olmuş qohumlarının meyitləri ilə əlaqədar ərizəçilərin münasibətdə həyata keçirilmiş tədbirlərin xidmət etdiyi qanuni məqsədlərə mütənasib olub olmadığı və dövlət qurumlarının əsaslandırılmasının “məqsədəmüvafiq və kifayət edici” olub olmadığı barədə sualların cavablandırılması zamanı Məhkəmə Rusiya dövlət orqanlarının işin mahiyyətini nəzərə alıb alınmadığını və dövlətin təqdir səlahiyyəti kontekstində işin müvafiq hallarını nəzərə alaraq həyata keçirilmiş tədbirlərin əsaslı olub olmadığını araşdırmalıdır.
136. Bununla Məhkəmə 2006-cı il mayın 15-dən əvvəl baş vermiş hadisələri və Nalçik şəhərində müxtəlif etnik və dini qruplar arasında toqquşmalar və sonrakı hücumlar ilə bağlı ciddi təhlükələrin mövcud olması faktları nəzərə almağa hazırdır. Lakin müvafiq tədbirin həyata keçirilməsi hər bir iş üzrə ayrılıqda izah olunmalı və əsaslandırılmalıdır (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Nada İsveçrəyə qarşı”, 186-cı bənd).
137. Bəzi anlayışların hədindən artıq geniş olduğu və tətbiq edilən müvafiq qanunvericiliyin çatışmazlıqlarının mövcudluğu üzrə iddiaları ilə əlaqədar Məhkəmə ilk öncə qeyd etməlidir ki, fərdi şikayətlərdə irəli gələn işlərdə onun vəzifəsi müvafiq qanunvericiliyinin və bütövlükdə təcrübənin araşdırılmasından ibarət deyil. Bunun əksinə Məhkəmə ümumi kontekstdən uzaqlaşmayaraq iş üzrə onun qarşısında qaldırılan məsələlərin araşdırılması ilə mümkün qədər olaraq kifayətlənməlidir. Bununla Məhkəmənin vəzifəsi yuxarıda qeyd edilən qaydalarının Konvensiyaya uyğunluğunu in abstracto araşdırmaqdan deyil, lakin məhz ərizəçilərin şəxsi və ailə həyatına baş vermiş müdaxilənin nəticələrinin in concreto müəyyən edilməsindən ibarətdir (bax: “Nejdet Şahin və Pərixan Şahin Türkiyəyə qarşı” (Nejdet Şahin and Perihan Şahin v. Turkey[GC], no. 13279/05, §§ 68-70, 20 October 2011).
138. Hazırkı işin hallarına qayıdaraq Məhkəmə qeyd edir ki, 2006-cı il 15 may tarixli qərarı əsasında ərizəçilər Rusiyada yaşayan hər bir şəxs üçün təmin edilən vəfat etmiş yaxın qohumunu dəfn etmək, dəfn mərasimində iştirak etmək, onun qəbrinin yerləşdiyi yerini bilmək və onu ziyarət etmək imkanlarından məhrum ediliblər (bax: yuxarıda qeyd edilən 65-ci bənd). Məhkəmə müəyyən edir ki, ərizəçilərin dəfn mərasimində iştirakını və qəbrin yerləşdiyi yerinin açıqlanmasını tamamilə qadağan edilməsi kimi tədbirlərin həyata keçirilməsi nəticəsində onların 8-ci maddədə təsbit edilmiş hüquqlarına baş vermiş müdaxilə xüsusilə sərt olmuşdur, bununla ərizəçilərlə onların yaxın qohumlarının qalıqları ilə əlaqə tamamilə kəsilir. Bununla əlaqədar Məhkəmə oxşar tədbirlərin həyata keçirilməsi nəticəsində ərizəçilərin hüquqlarına baş vermiş müdaxiləni xüsusilə sərt hesab edilməsi barədə beynəlxalq təsisatlarının təcrübəsinə istinad edir (bax: yuxarıda qeyd edilən 91-96-cı bəndlər).
139. Bundan sonra Məhkəmə müəyyən edir ki, istintaq tərəfindən aşkar edilmiş hallara əsasən ərizəçilər tərəfindən qeyd edilən həlak olmuş şəxslər silahlı basqında iştirak edərək Nalçik şəhərinə terrorçu hücum həyata keçirmişdirlər (bax: yuxarıda qeyd edilən 22-ci bənd). İşdə olan sənədləri araşdıraraq Məhkəmə aşkar olunmuş həmin faktları sonrakı təhlilində istifadə etməyə hazırdır.
140. Həlak olmuş şəxslərin fəaliyyətini, onların ölməsi hallarını və Rusiyanın həmin regionunda etnik və dini kontekstinin çox incə olmasını nəzərə alaraq Məhkəmə istisna edə bilməz ki, həlak olmuş şəxslərin dəfn mərasimlərində ərizəçilərin iştirak etmək hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş tədbirlər Konvensiyanın 8-ci maddəsinə əsasən Hökumətin qeyd etdiyi məqsədlərə uyğun olaraq əsaslı hesab oluna bilərlər.
141. Məhkəmə bütövlükdə qəbul edir ki, dəfn edilməsinin və dəfn mərasiminin keçirilməsi yerindən asılı olaraq, habelə vəfat etmiş şəxsin fəaliyyətinin xüsusiyyətlərini və nəticələrini, o cümlədən digər müvafiq halları nəzərə alaraq hakimiyyət orqanları həmin mərasim zamanı və ya bundan sonra vəfat etmiş şəxsin fəaliyyətinə dəstək verənlər ya da buna qarşı çıxanlar tərəfindən həyata keçirilə biləcək mümkün iğtişaşlardan və digər qanunsuz hərəkətlərdən yayınması, həmçinin Hökumət tərəfindən qeyd edildiyi kimi bununla bağlı baş verə biləcək digər hadisələrin qarşısının alınması məqsədilə əsaslı şəkildə müdaxilə edə bilərlər.
142. Eyni zamanda Məhkəmə qəbul edə bilər ki, Hökumət terror aktının əhaliyə məlumatlandırıcı və psixoloji təsirini azaltmaq, habelə terror aktı qurbanlarının qohumlarının hisslərini qorumaq məqsədilə bu məsələyə müdaxilə etmişdir. Həmin müdaxilə nəticəsində dəfn etmə və dəfn mərasiminin vaxtı, yeri və üsulunu seçmək üzrə ərizəçilərin imkanları məhdudlaşdırıla və ya bir başa idarə edilə bilər.
143. Eyni zamanda Məhkəmə üçün razılaşmaq çətindir ki, qeyd olunan məqsədlər həmin tədbirlərin bütün aspektlərinin təsdiq edilməsi üçün kifayətdir. Xüsusən Məhkəmə müvafiq dəfn mərasimlərində ərizəçilərin iştirakının və ya öz yaxın qohumlarına ən azı son hörmətin bildirilməsinin qadağan edilməsi üçün həmin məqsədlər sırasında vacib əsaslandırmanı müşahidə etmir.
144. Məhkəmə müəyyən edir ki, hazırkı işdə hakimiyyət orqanları bunun kimi qiymətləndirilməsini həyata keçirməmişdir. Xüsusən hər bir işə ayrılıqda araşdırma aparmamış və hər bir həlak olmuş şəxsin və onun ailə üzvlərinin fərdi xüsusiyyətlərini nəzərə alaraq müvafiq təhlil həyata keçirməmişdirlər (bax: 27-ci bənd). Tətbiq edilən qanun bu məsələləri məqsədəmüvafiq saymadığına görə bu baş vermişdir, bununla 2006-cı il 15 may tarixli qərar avtomatik tədbir kimi qəbul edilmişdir. Ərizəçilər üçün təhlükəli olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, həmin “avtomatik” xüsusiyyət hakimiyyətin 8-ci maddədə təsbit edildiyi kimi şəxsi və ailə həyatına hörmət etmək hüququna hər-hansı müdaxilənin əsaslandırılması və hər bir işin xüsusiyyətlərindən asılı olaq mütənasib olması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi vəzifəsinə uyğun olmamışdır (bax: mutatis mutandis, “Ploski Polşaya qarşı” (Płoski v. Poland, no. 26761/95, §§ 35-39, 12 November 2002) və yuxarıda qeyd edilən “Nada İsveçrəyə qarşı”, 182-ci bənd).
145. Məhkəmə təkrarlayır ki, 8-ci maddənin mütənasiblik tələbinə uyğun fəaliyyət göstərilməsi üçün hakimiyyət orqanları ilk növbədə eyni məqsədlərə çatmaq üçün əsas hüquqlara daha az ziyan vuran alternativ tədbirlərin həyata keçirilməsi mümkünlüyünü nəzərdən keçirməlidirlər (bax: yuxarıda qeyd edilən “Nada İsveçrəyə qarşı”, 183-cü bənd və “Ploski Polşaya qarşı”, 37-ci bənd). Bunun kimi fərdi yanaşmanın mövcud olmadığı təqdirdə həyata keçirilən tədbir daha çox cəzalandırıcı təsirə malikdir və həlak olmuş şəxsin hərəkətləri ilə əlaqədar arzuolunmaz nəticə onlardan qohumlarına və ya ailə üzvlərinə keçir.
146. Bununla tədbirin avtomatik xüsusiyyətini və hakimiyyət orqanları tərəfindən mütənasiblik prinsipinin müvafiq qaydada nəzərə alınmadığını qeyd edərək Məhkəmə müəyyən edir ki, həmin tədbir bir tərəfdən ərizəçilərin şəxsi və ailə həyatının qorunması hüquqlarının müdafiəsi ilə ictimai asayişin qorunması, iğtişaşların qarşısının alınması və digər şəxslərin hüquq və azadlıqlarının qorunması kimi qanuni məqsədlər arasında ədalətli tarazlıq saxlanılmamış və Dövlət bununla əlaqədar hər-hansı qəbuledilən təqdir səlahiyyətini aşmışdır.
147. Bununla 2006-cı il 15 may tarixli qərar nəticəsində on doqquzuncu ərizəçi istisna olmaqla digər ərizəçilərin Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ pozulmuşdur. Məhkəmə on doqquzuncu ərizəçinin şəxsi həyatı ilə əlaqədar eyni nəticəyə gəlir.
IV. KONVENSİYANIN 8-Cİ MADDƏSİ İLƏ BİRLİKDƏ 13-CÜ MADDƏNİN POZULMASI İDDİASI
148. Konvensiyanın 8-ci maddəsi ilə birlikdə götürülən Konvensiyanın 13-cü maddəsinə istinad edərək ərizəçilər hakimiyyət orqanlarının həlak olmuş qohumların meyitlərinin qaytarılmasından imtinasını mübahisələndirmək üçün səmərəli hüquqi vasitənin mövcud olmadığından şikayət etmişdirlər.
Konvensiyanın 13-cü maddəsi
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
A. Tərəflərin izahatları
149. Ərizəçilər öz şikayətlərini təsdiq ediblər.
150. Hökumət bildirmişdir ki, bütün ərizəçilər hakimiyyət orqanlarından rəsmi bildiriş və cavablar almışdırlar və həmin qərarla əlaqədar məhkəməyə müraciət etmək hüququna məhdudiyyət qoyulmamışdır.
B. Məhkəmənin qiymətləndirilməsi
1. Tətbiq edilməli prinsiplər
151. Məhkəmə bildirir ki, 13-cü Maddə Konvensiya ilə müəyyən olunan hüquq və azadlıqların pozulması ilə bağlı şikayətlərə baxılması üçün milli səviyyədə hüquq müdafiə vasitələrinin olmasını təmin edir. Buna görə də, Razılığa gələn Dövlətlərə bu müddəadan irəli gələn öhdəliklərin icra olunması forması ilə bağlı bir az səlahiyyət sərbəstliyi verilməsinə baxmayaraq, Konvensiya üzrə şikayətə əsaslı şəkildə baxılmasına və müvafiq bərpa tədbirlərinin təmin olunmasına imkan verən dövlətdaxili hüquq müdafiə vasitəsi olmalıdır. 13-cü Maddə ilə müəyyən olunan öhdəliyin əhatə dairəsi ərizəçinin Konvensiya üzrə şikayətinin xarakterindən asılı olaraq fərqlənir, lakin hüquq müdafiə vasitəsi istənilən halda həm praktiki olaraq, həm də qanunvericilik baxımından “səmərəli” olmalıdır, xüsusilə də o mənada ki, onun icra edilməsinə Dövlət orqanlarının hərəkətləri və ya hərəkətsizlikləri ilə əsassız şəkildə mane olunmamalıdır (bax: “Büyükdağ Türkiyəyə qarşı” (Büyükdağ v. Turkey, no. 28340/95, § 64, 21 December 2000, elə orada istinad edilən işlərlə birgə, xüsusilə də yuxarıda qeyd edilən “Aksoy Türkiyəyə qarşı”, 95-ci bənd). Müəyyən şərtlər altında, milli qanunvericiliklə müəyyən olunan hüquq müdafiə vasitələri ümumilikdə 13-cü maddənin tələblərinə cavab verə bilər (bax, xüsusilə, “Leander İsveçə qarşı” (Leander v. Sweden, 26 March 1987, § 77, Series A no. 116).
152. Bununla belə, 13-cü maddə tələb edir ki, hüquq müdafiə vasitəsi milli qanunvericilikdə yalnız, Konvensiya baxımından “mübahisəli” hesab oluna bilən şikayətlərlə bağlı yararlı olmalıdır (bax: misal üçün, “Boyl və Rayz Birləşmiş Krallığa qarşı” (Boyle and Rice v. the United Kingdom, 27 April 1988, § 54, Series A no. 131). Həmin maddə Razılığa gələn Dövlətlərin qanunlarının onların Konvensiyaya zidd olması əsasında milli məhkəmələr qarşısında mübahisələndirilməsinə imkan verən hüquq müdafiə vasitələrini müəyyən etmir (bax: “Kostello-Roberts Birləşmiş Krallığa qarşı” (Costello-Roberts v. the United Kingdom, 25 March 1993, § 40, Series A no. 247‑C) və yalnız onu təmin edir ki, Konvensiya ilə müəyyən olunan hüququn pozulması barədə mübahisəli şikayəti olan hər bir kəsin şikayətinə baxılması üçün daxili hüquq sistemində səmərəli hüquq müdafiə vasitəsi olmalıdır (elə orada, § 39).
2. Həmin prinsiplərin hazırkı işə tətbiqi
153. Konvensiyanın 8-ci maddəsi əsasında şikayətin qəbuledilən hesab edilməsi ilə əlaqədar Məhkəmənin gəldiyi nəticəsinə əsasən (bax: “Sabançiyeva və digərləri” (qərardad) (Sabanchiyeva and Others v. Russia (dec.), no. 38450/05, 6 November 2008) iddia mübahisəlidir. Ona görə də, Konvensiya ilə müəyyən olunan hüquqların pozulması barədə ərizəçilərin şikayət etməsi üçün, Rusiya qanunvericiliyinə əsasən, səmərəli hüquq müdafiə vasitəsinin olub-olmadığı müəyyənləşdirilməlidir.
154. İşin hallarını nəzərə alaraq Məhkəmə 2006-cı il 15 may tarixli qərarın araşdırılması üçün səmərəli məhkəmə nəzarətinin mövcud olmadığını qeyd edir. Qəbul edildiyi kimi ərizəçilərin durumu Konstitusiya Məhkəməsinin 8-P nömrəli 2007-ci il 28 iyun tarixli və 16-P nömrəli 2011-ci il 14 iyul tarixli qərarlarının qəbul edilməsindən sonra yaxşılaşdırılmışdır. Lakin bütün daxili proseslərin aparıldığı müddətdə ərizəçilərə 2006-cı il 15 may tarixli qərarın surətinin verilməsindən imtina edilmişdir və hətta qeyd olunan dəyişikliklərdən sonra məhkəmələr tədbirin zəruriliyi deyil yalnız onun formal cəhətdən qanuniliyini araşdırmaq səlahiyyətinə malik olmuşdurlar (bax: yuxarıda qeyd edilən 33-35-ci bəndlər və 38-50-ci bəndlər). Bununla əlaqədar Məhkəmə müəyyən edir ki, müvafiq qanunvericilik ərizəçilərə özbaşınalığa qarşı səmərəli prosedura təminatlarını təqdim etmir (bax: mutatis mutandis, “Al-Naşıf Bolqarıstana qarşı” (Al-Nashif v. Bulgaria, no. 50963/99, § 123, 20 June 2002).
155. Belə olan hallarda Məhkəmə hakimiyyət orqanlarının ərizəçilərə qərarın surətinin verilməsindən imtinası və həmin qərarın nəzarət qaydasında araşdırılması üçün məhkəmələrin məhdud səlahiyyəti kimi faktorları nəzərə alaraq nəticəyə gəlir ki, ərizəçilər 2006-cı il 15 may tarixli qərardan şikayət verilməsi üçün səmərəli imkanlara malik olmamışdırlar. Bununla Məhkəmə müəyyən edir ki, ərizəçilər Konvensiya müddəalarının iddia olunan pozuntuları ilə əlaqədar hər hansı hüquqi vasitələrə malik olmamışdırlar.
156. Bununla Məhkəmə nəticəyə gəlir ki, Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü maddə pozulmuşdur.
...
VIII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
168. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
169. Ərizəçilər bildirirlər ki, onlar möhkəm mənəvi ziyan çəkiblər və buna görə hər birinə 20.000 Avro məbləğində təzminatın ödənilməsini xahiş etmişdirlər. Eyni zamanda onlar Məhkəmədən qohumların qalıqlarını cavabdeh Hökumət tərəfindən ailə üzvlərinə qaytarılmasının və ya onların dəfn edilməsi və qəbirlərin yerləşdiyi yerləri barədə məlumatların açıqlamasının, habelə milli qanunvericiliyə müvafiq düzəlişlərin edilməsinin qət edilməsini xahiş ediblər.
170. Hökumət bildirib ki, həmin iddia əsassız və bütövlükdə həddindən artıqdır.
171. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq hesab edir ki, həm ayrılıqda, həm də 13-cü maddə ilə birlikdə götürülmüş Konvensiyanın 8-ci maddəsinin pozulmasının müəyyən edilməsi faktı ərizəçilərin məruz qaldığı mənəvi ziyana görə ədalətli kompensasiya hesab olunur
B. Məhkəmə xərcləri
172. Ərizəçilər həmçinin hüquqi xidmətlərə həm Strasburqda aparılmış müvafiq icraat zamanı xərclənmiş 24.371 Avro həm də dövlət daxili orqanlarda aparılmış icraat zamanı xərclənmiş 4.862 Avro məbləğində vəsaitin ödənilməsini xahiş etmişlər.
173. Hökumət bildirib ki, tələb olunan məbləğlər həddindən artıq böyükdürlər və əsaslandırılmamışdırlar.
174. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. İşdə olan sənədlərə istinad edərək Məhkəmə yalnız bir hissədə Strasburqda aparılmış icraat zamanı çəkdiyi məhkəmə xərclərinin ödənilməsini qət edir və bununla ödənilməli olan vergilər də daxil olmaqla ərizəçilərə 15.000 Avro məbləğində vəsaitin ödənilməsini əsaslı hesab edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
175. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
...
2. Yekdilliklə, həlak olmuş şəxslərin meyitlərinin saxlanılması və tanınması üçün təqdim edilməsi şəraiti ilə əlaqədar Konvensiyanın 3-cü maddəsinin pozulmadığını qət edir;
3. Beş səs lehinə və iki səs əleyhinə olaraq 2006-cı il 15 may tarixli qərarı ilə əlaqədar bütün əlli ərizəçiyə münasibətdə Konvensiyanın 8-ci maddəsinin pozulduğunu qət edir;
4. Beş səs lehinə və iki səs əleyhinə olaraq 2006-cı il 15 may tarixli qərarı ilə əlaqədar səmərəli hüquqi vasitənin mövcud olmadığı üçün Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü maddəsinin pozulduğunu qət edir;
...
8. Yekdilliklə, pozuntunun müəyyən edilməsi faktı ərizəçilərin məruz qaldığı mənəvi ziyana görə ədalətli kompensasiya hesab olunur.
9. Qərara alır ki,
(a) cavabdeh dövlət ərizəçilərə xərc və məsrəflərə görə 15.000 Avro məbləğində vəsaiti qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndi əsasında qanuni qüvvəyə mindikdən sonra üç ay ərzində ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Rus rublunda ödəməlidir, eyni zamanda bu məbləğdən tutulacaq vergiləri ərizəçilərin nümayəndəsinin Niderlandda açılmış bank hesabına avroda ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
10. Ərizəçilərin ədalətli kompensasiya tələblərinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis dillində tərtib edilmiş və Məhkəmə Prosedur Qaydalarının 77-ci Qaydasının 2-ci və 3-cü bəndinə əsasən 2013-cü il 6 iyun tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.
Andre Vampakİzabel Berro-Lefevr
Məhkəmə katibinin müavini Sədr
Hakimlər Hacıyev və Dedovun birgə xüsusi rəyi Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərara əlavə edilir[1].
İ.B.L.
A.M.Ü.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy