© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 164 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, iyun
Sabançiyeva və Digərləri Rusiyaya qarşı – 38450/05 nömrəli ərizə
2013-cü il 6 iyun tarixli qərar [Birinci Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət
Şəxsi həyatına hörmət
Terrorçuların meyitlərinin qaytarılmasına qanunvericiliklə qoyulmuş qadağa: pozuntu baş verib
Maddə 3
Qeyri-insani rəftar
Ərizəçilərin həlak olmuş qohumlarının meyitlərinin saxlanılması şəraiti: pozuntu baş verməyib
Faktlar – 2005-ci il oktyabrın 13-də səhər saatlarında Nalçik şəhərində yerləşən hüquq mühafizə orqanlarının inzibati binalarına silahlanmış qiyamçılar tərəfindən hücum edilmişdir. Hökumət qüvvələri ilə qiyamçılar arasında baş vermiş silahlı toqquşma növbəti gün davam etmişdir, döyüş zamanı 100 nəfərdən artıq şəxs həlak olmuş onların əksəriyyəti qiyamçılar olmuşdur. Ərizəçilər həlak olmuş qiyamçılarım qohumlarıdırlar.
Tanınmada iştirak etmiş ərizəçilər iddia etmişdirlər ki, meyitlər dəhşətli şəraitdə saxlanılırlar (meyitlər paltarsız bir birinin üstündə yığılmışdırlar, müvafiq soyuducu kameraların olmadığına görə meyitlər çürümüşlər). 2002-ci il oktyabr ayında Moskva şəhərində yerləşən Nord-Ost teatrına edilən terrorçu basqından sonra Rusiyanın qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən terrorçuların meyitləri qohumlarına qaytarılmamalı və onların dəfn yeri açıqlanmamalıdır. Hücumda qiyamçıların iştirakını müəyyən edərək istintaq orqanı 2006-cı ilin aprel ayında təqsirləndirilən şəxslərin hücum zamanı həlak olduqlarını nəzərə alaraq cinayət işinə xitam vermişdir. 2006-cı il iyun ayında həlak olmuş şəxslərin ailə üzvlərinə qaytarılmaması haqqında qərara əsasən terrorçu hesab edilən 95 nəfərin meyiti kremasiya edilmişdir. Bir sıra ərizəçilər terrorçuların dəfn edilməsini tənzimləyən qanunvericiliyi mübahisələndiriblər. Konstitusiya Məhkəməsinin 2007-ci il iyun ayında qəbul edilmiş qərarında həmin tədbir əsaslı hesab edilmiş və bildirilmişdir ki, terrorçuların dəfn edilməsi terrorçu ideologiyanın təbliğinə xidmət edir, habelə etnik və dini zəmində gərginliyi üçün şərait yaradaraq terror aktı nəticəsində həlak olmuş insanların yaxınlarını təhqir edir. Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən qanunvericilik Konstitusiyaya uyğundur, lakin səlahiyyətli qurumun qərarı məhkəmə tərəfində təsdiq olunanadək həmin qurum meyitləri dəfn edə bilməz.
Hüquqi məsələlər – Konvensiyanın 3-cü maddəsi: Həlak olmuş şəxslərin qohumları olaraq ərizəçilər meyitlərin saxlanılması şəraiti ilə əlaqədar mənəvi əzablar keçirə bilərlər. Hökumətin qeyd etdiyi kimi ilk dörd gün ərzində bütün meyitlərin soyuducularda saxlanılması üçün müvafiq şərait olmamışdır bununla meyitlər üst üstə yığaraq soyuducu kameralarla təchiz edilmiş vaqonlarda saxlanılmışdırlar. Lakin bu çatışmazlıqlar 2005-ci il 13-14 oktyabr tarixlərində baş vermiş hadisələrin mahiyyəti və həlak olmuş şəxslərin sayı ilə əlaqədar olmuşdur. Bununla həmin hərəkətlər ərizəçilərin qeyri-insani rəftara məruz qalması və xüsusilə onlara psixoloji əzabların verilməsi məqsədini daşımamışdırlar. Bir sözlə ərizəçilərin keçirtdiyi əzablar oxşar şəraitdə olan vəfat etmiş şəxsin ailə üzvlərinin mütləq keçirtdiyi əzaba uyğundur.
Nəticə: pozuntu baş verməmişdir (yekdilliklə)
Konvensiyanın 8-ci maddəsi: Rusiyada vəfat etmiş şəxsin dəfn mərasimini təşkil etmək istəyən qohumlar ölüm faktının müəyyən edilməsindən sonra meyitin onlara dərhal qaytarılması üzrə müvafiq təminatlara malikdirlər. Ərizəçilərin qohumlarının meyitlərini qaytarmamaq barədə səlahiyyətli qurumların qərarı ümumi qaydasının istisnası kimi hesab edilir. Eyni zamanda bununla ərizəçilər öz yaxınlarının dəfn mərasimində iştirak etmək, habelə qəbirlərin yerləşdiyi yeri bilmək və onları mütəmadi olaraq ziyarət etmək imkanlarından tamamilə məhrum ediliblər. Meyitlərin ailə üzvlərinə qaytarılmaması barədə qərar ərizəçilərin “şəxsi həyatına” və “ailə həyatına” müdaxilə kimi qiymətləndirilir (bir ərizəçi istisna olmaqla, belə ki həmin ərizəçi həlak olmuş şəxslə rəsmi nikahda olmamış, lakin bir neçə ay ərzində onunla birlikdə yaşamışdır. Bununla onun işində həmin ərizəçinin şəxsi həyatına müdaxilə baş vermişdir).
Meyitlərin qohumlara qaytarılmasından imtina səlahiyyətli qurumlar tərəfindən “Terrorçuluqla mübarizə haqqında” Qanuna və 2003-cü il tarixli Sərəncama uyğun olaraq edilmişdir. Həmin qanunvericilik terrorçuların dəfn edilməsi məsələsini tənzim edir, bununla Rusiya qanunvericiliyində bunun üçün əsas mövcuddur. Müdaxilə hücumda iştirak etmiş şəxslərin dəfn mərasimlərində onlara dəstək verənlər ya da onlara qarşı çıxanlar tərəfindən həyata keçirilə biləcək mümkün iğtişaşların qarşısının alınması, habelə terror aktının əhaliyə psixoloji təsirinin azaldılması və terror aktı qurbanlarının qohumlarının hisslərinin qoruması kimi qanuni məqsədlər güdmüşdür.
Dövlətlər terrorçuluqdan və terrorçu cinayətlərdən irəli gələn xüsusi təhdidlərlə rastlaşır. Lakin Məhkəmə üçün razılaşmaq çətindir ki, qeyd olunan məqsədlər həmin tədbirlərin bütün aspektlərinin təsdiq edilməsi üçün kifayətdir. Xüsusən Məhkəmə müvafiq dəfn mərasimlərində ərizəçilərin iştirakının və ya öz yaxın qohumlarına ən azı son hörmətin bildirilməsinin qadağan edilməsi üçün həmin məqsədlər sırasında vacib əsaslandırmanı müşahidə etmir. Bununla qəbirlərin yerləşdiyi yerin açıqlanmasına tamamilə qadağanın qoyulması ərizəçilərlə həlak olmuş qohumların qalıqları arasında əlaqənin qırılması ilə nəticələnir. Eyni zamanda səlahiyyətli qurumlar meyitlərin qaytarılmaması barədə qərar qəbul etdikdə hər bir iş üzrə ayrılıqda araşdırma aparmamış və hər bir həlak olmuş şəxsin və onun ailə üzvlərinin fərdi xüsusiyyətlərini nəzərə alaraq müvafiq təhlil həyata keçirməmişdirlər, belə ki, tətbiq edilən qanun bu məsələləri işə aid olmayan kimi hesab edir. Bunun əksinə həmin qərar avtomatik tədbir kimi qəbul edilmişdir və bununla hər bir işin halları üzrə şəxsi və ailə həyatına hörmət hüququna edilmiş müdaxilənin əsaslılığı və mütənasibliyini təmin etmək kimi dövlət qurumlarının vəzifələrinə məhəl qoyulmamışdır. Bunun kimi fərdi yanaşmanın mövcud olmadığı təqdirdə həyata keçirilən tədbir daha çox cəzalandırıcı təsirə malikdir və həlak olmuş şəxsin hərəkətləri ilə əlaqədar arzuolunmaz nəticə həmin şəxsin qohumlarına və ya ailə üzvlərinə keçir. Cavabdeh Dövlət bununla əlaqədar hər-hansı qəbuledilən təqdir səlahiyyətini aşmışdır.
Nəticə: pozuntu baş vermişdir (beş səs lehinə iki səs əleyhinə)
Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü maddə: Məhkəmə qeyd edir ki, meyitlərin ailə üzvlərinə qaytarılmaması barədə səlahiyyətli orqanlarının qərarlarından şikayət vermək üçün səmərəli məhkəmə nəzarəti mövcud deyil. Hətta Konstitusiya Məhkəməsinin 2007-ci il tarixli qərarlarından sonra məhkəmələr tədbirin zəruriliyi deyil yalnız onun formal cəhətdən qanuniliyini araşdırmaq səlahiyyətinə malik olmuşdurlar. Bununla müvafiq qanunvericilik ərizəçilərə özbaşınalığa qarşı səmərəli prosedura təminatlarını təqdim etmir. Əslində ərizəçilər səlahiyyətli orqanlarının qərarın surətinin verilməsindən imtinası və bunun araşdırılması üzrə məhkəmələrin məhdud səlahiyyəti ilə əlaqədar şikayət verilməsi üçün səmərəli imkanlara malik olmamışdırlar.
Nəticə: pozuntu baş vermişdir (beş səs lehinə iki səs əleyhinə)
41-ci maddə: Pozuntunun müəyyən edilməsi faktı ərizəçilərin məruz qaldığı mənəvi ziyana görə ədalətli kompensasiya hesab olunur.
(Bax: eyni zamanda, “Masxadov və Digərləri Rusiyaya qarşı” (Maskhadova and Others v. Russia, 18071/05, 6 June 2013)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy