İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
SALDUZ TÜRKİYƏYƏ QARŞI
(SALDUZ v. TURKEY)
(36391/02 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
27 noyabr 2008-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Salduz Türkiyəyə qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Nikolas Bratza (Nicolas Bratza),
Hakimlər
Kristos Rozakis (Christos Rozakis),
Xosep Kasadeval (Josep Casadevall),
Riza Türmen (Riza Türmen),
Rait Maruste (Rait Maruste),
Vladimiro Zaqrebelski (Vladimiro Zagrebelsky)
Stanislav Pavlovskiy (Stanislav Pavlovschi),
Alvina Qyulumyan (Alvina Gyulumyan),
Lilyana Miyoviç (Ljiljana Mijović),
Din Şpilmann (Dean Spielmann),
Renat Jager (Renate Jaeger),
David Tor Byorqvinsson (David Thór Björgvinsson),
Yan Şıkuta (Ján Šikuta),
İneta Zimele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
Luis Lopez Querra (Luis López Guerra),
Mariyana Lazarova Trayakovska (Mirjana Lazarova Trajkovska)
və yuristkonsult Vinsan Berjedən (Vincent Berger) ibarət tərkibdə
2008-ci il martın 19-da və oktyabrın 15-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
İş Türkiyənin vətəndaşı cənab Yusif Salduz tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Türkiyə Respublikasına qarşı 2002-ci il avqustun 8-də təqdim edilmiş ərizə (36391/02 nömrəli) əsasında başlanmışdır. Ərizəçi iddia etmişdir ki, onun müdafiə hüququ təmin olunmayıb. Belə ki, işə kasassiya məhkəməsində baxıldığı zaman dövlət ittihamçısının yazılı qeydləri ona təqdim olunmamış və o, polis şöbəsində saxlanılarkən vəkillə təmin edilməmişdir. Öz şikayəti ilə əlaqədar ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndinə istinad etmişdir. Ərizə Məhkəmənin İkinci Bölməsinin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). Hakimlər Jan-Pol Kosta, Andras Baka, Riza Türmen, Karl Janqviert, Midia Uqrexelidze, Antonella Mularoni, Elisabet Fura-Sandström və Bölmənin katibi Salli Dolle ibarət tərkibdə həmin Bölmə Palatasının 2006-cı il 28 mart tarixli qərarı ilə ərizə qismən qəbuledilən hesab edilmişdir. Hakimlər Fransuasa Tülkens, Andras Baka, İreneu Sabral Barreto, Riza Türmen, Midia Ugrexelidze, Antonella Mularoni, Danuta Yokiyene və Bölmənin katibi Sally Dolle ibarət tərkibdə məhkəmə Palatası 2007-ci il aprelin 26-da qərar qəbul etmişdir. Məhkəmə Palatası hesab etmişdir ki, ərizəçiyə dövlət ittihamçısının yazılı qeydləri təqdim edilmədiyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur. Eyni zamanda beş səs lehinə və iki səs əleyhinə ərizəçinin polis şöbəsində saxlanılması zamanı müdafiə hüququnun təmin edilməməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndinin pozulmadığı qət edilmişdir. 2007-ci il iyulun 20-də ərizəçi işin Böyük Palatasının baxışına çıxarılmasına dair müraciət etmişdir (Konvensiyanın 43-cü maddəsi). 2007-ci il sentyabrın 24-də Böyük Palatanın bölməsi bu müraciəti təmin etmişdir (Məhkəmənin Prosedur Qaydalarının 73-cü Qaydası). Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur. Həm ərizəçilər, həm də Hökumət şikayətin mahiyyəti üzrə öz qeydlərini təqdim etmişdirlər.Həmin şikayətlərə 2008-ci il martın 19-da Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Hökumətin nümayəndələri
cənab M.Özmən səlahiyyətli nümayəndəsi,
xanım N.Çətin,
xanım A.Özdəmir,
xanım İ. Kocayigit,
cənab C.Aydın məsləhətçi
(b) Ərizəçilərin nümayəndələri
cənab U.Kılınç vəkil
xanım T.Aslan məsləhətçi
Məhkəmə cənab Kılıç və cənab Özmənin çıxışlarını və onların məhkəmənin suallarına verilmiş cavablarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçi 1984-cü il fevralın 2-də anadan olmuşdur və İzmir şəhərində yaşayır.
A. Ərizəçinin tutulması və həbsi
Ərizəçi qanunsuz fəaliyyət göstərən PKK-nın (Kürd Fəhlə Partiyasının) razılaşdırılmamış nümayişdə iştirakı ilə bağlı şübhələr əsasında İzmir şəhərinin Təhlükəsizlik departamentinin Terrorçuluğa qarşı bölməsinin əməkdaşları tərəfindən 2001-ci il mayın 29-da saat 22.15-də tutularaq polis bölməsinə gətirilmişdir. Ərizəçi 2001-ci il aprelin 26-da Bornova şəhərinin körpüsündə qanunsuz plakatın asması ilə əlaqədar təqsirli bilinmişdir.2001-ci il mayın 30-da gecə təxminən saat 00.30 ərizəçi Atatürk adına xəstəxanaya aparılmış və orada tibbi müayinədən keçmişdir. Tibbi arayışa əsasən ərizəçinin bədənində pis rəftarla bağlı hər-hansı izlər aşkar olunmamışdır.Ərizəçi gecə saat 01.00-da Terrorçuluğa qarşı bölməsində vəkilin iştirakı olmadan dindirilmişdir. Ərizəçi ona qarşı irəli sürülmüş ittihamlarla tanış olunmuş və özünə qarşı ifadə verməmək hüququ ona izah edilmişdir. Bununla bağlı tərtib edilmiş tutulmuş şəxsə hüquqların izah edilməsi haqqında protokol onun tərəfindən imzalanmışdır. Ərizəçi ifadələrində bildirmişdir ki, o, HADEP (Halkın Demokrasi Partisi – the People’s Democracy Party) Partiyasının gənclər təşkilatının fəaliyyətində iştirak etmişdir. Ərizəçi ifadələrində Partiyanın Bornova şəhər Gənclər Təşkilatının bir sıra üzvlərinin adını sadalamışdır. Ərizəçi bildirmişdir ki, o təşkilatda gənclər üzrə mətbu nəşrlərə məsul əməkdaşın köməkçisi işləmiş, həmçinin Osmanqazi icması üzrə məsul olmuşdur. Ərizəçi qeyd etmişdir ki, onun vəzifələrinə, o cümlədən gənclər təşkilatının iş yükünün üzvlər arasında bölüşdürülməsi daxil olmuşdur. Ərizəçi bildirmişdir ki, 2001-ci mayın 29-da o, PKK-nın həbsdə olan liderlərdən birinin dəstəyinə HADEP tərəfindən təşkil olunmuş nümayişdə iştirak etmişdir. O qeyd etmişdir ki, tədbirdə təxminən altmış nümayişçi iştirak etmiş və bir qrup Öcalanı və PKK-nı dəstəkləyən şüarları səsləmişdi. Ərizəçi hadisə yerində tutulmuşdur. Ərizəçi təsdiq etmişdir ki, o 2001-ci il aprelin 26-da “Yaşasın lider Apo” yazı ilə körpüdə plakat nümayiş etmişdir. Polis ərizəçinin əl yazısının nümunəsini götürərək ekspertiza üçün polis laboratoriyasına göndərmişdir.İzmir Cinayət Polis Laboratoriyası ərizəçinin əl yazısının nümunələrini plakatda olan yazı ilə müqayisəli təhlil edərək 2001-ci il iyunun 1-də müvafiq rəy vermişdir. Rəyə əsasən, ərizəçinin əl yazısının nümunəsi ilə plakatda olan yazı arasında müəyyən oxşarlıq mövcud olsa da plakatda olan yazının ərizəçi tərəfindən yazılıb yazılmadığı faktını dəqiqliyi ilə müəyyən etmək mümkün olmamışdır.2001-ci il iyunun 1-də ərizəçi yenidən həkim tərəfindən müayinə edilmişdir. Rəyə əsasən ərizəçinin bədənində pis rəftarla bağlı hər-hansı izlər aşkar olunmamışdır.Həmin gün ərizəçi prokuror və sonradan istintaqı aparan hakim qarşısına gətirilmişdir. Ərizəçi prokuror qarşısında bildirmişdir ki, o, hər hansı siyasi partiyanın üzvü deyil, lakin sadəcə HADEP-in fəaliyyətində iştirak edir. O, qanunsuz plakatın hazırlanmasını və 2001-ci il 29 may tarixdə keçirilmiş nümayişdə iştirakını inkar edirdi. Ərizəçi bildirmişdir ki, tutulduğu zaman o, dostu ilə görüşmək üçün Doğanlar icmasında olmuşdur. Hakim qarşısında izahatları verərək ərizəçi polis orqanlarında verdiyi izahatlarından imtina etmiş və bildirmişdir ki, polisdə həmin ifadələr ondan məcburən alınmışdır. Ərizəçi qeyd etmişdir ki, polisdə saxlanılarkən o, döyülmüş və təhqir edilmişdir. Ərizəçi yenidən hər-hansı qanunsuz fəaliyyətində iştirakını inkar edərək izah etmişdir ki, 2001-ci il mayın 29-da o, dostu ilə görüşmək üçün Doğanlar icmasında olmuş və həmin şüarları səsləndirən qrupda olmamışdır. Ərizəçinin dindirilməsindən sonra hakim onun təqsirləndirildiyi cinayətin xüsusiyyətini və bununla bağlı olan sübutları nəzərə alaraq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdır. Bundan sonra ərizəçiyə vəkillə təmsil olunmaq üçün imkan yaradılmışdır.
B. Məhkəmə prosesi
2001-ci il iyulun 11-də İzmirin Dövlət Təhlükəsizliyi Məhkəməsinin prokuroru ərizəçinin və digər səkkiz nəfərin PKK ilə əməkdaşlığına və həmin partiyaya dəstək göstərilməsinə görə Türkiyənin Cinayət Məcəlləsinin 169-cu maddəsinə və “Terrorçuluğun qarşısının alınması haqqında” Qanunun (3713 nömrəli Qanun) 5-ci bölməsinə əsasən təqsirləndirilməsinə dair ittiham aktını həmin məhkəməyə təqdim etmişdir.2001-ci il iyulun 16-da Dövlət Təhlükəsizlik Məhkəməsi hazırlıq iclası keçirmişdir. Məhkəmə ərizəçinin həbsdə saxlanılması müddətinin uzadılmasını və təqsirləndirilən şəxsin öz müdafiəsini təşkil etmək üçün müvafiq dəlillərin hazırlanmasına dəvət edilməsini qərara almışdır.2001-ci il avqustun 28-də Dövlət Təhlükəsizliyi Məhkəməsi ərizəçinin və vəkilinin iştirakı ilə birinci iclası keçirmişdir. Ərizəçinin məhkəmədə təqdim etdiyi ifadəsinə əsasən o, ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmamışdır. Ərizəçi həmçinin polisdə verdiyi ifadələrindən imtina edərək bildirmişdir ki, həmin ifadələr ondan məcburən alınmışdır. Ərizəçi izah etmişdir ki, polisdə saxlanılarkən polis əməkdaşı plakatda qeyd olunan sözləri təkrarlamağı ondan tələb etmişdir. Eyni zamanda ərizəçi bildirmişdir ki, o, 2001-ci il mayın 29-da baş vermiş nümayişin şahidi olmuşdur. Lakin, o iddia olunduğu kimi həmin nümayişdə iştirak etməmişdir. O, Özcən adlı dostu ilə görüşmək üçün icmada olmuşdur. Həmçinin ərizəçi 2001-ci il mayın 26-da körpüdən qanunsuz plakatın asdığını inkar etmişdir.2001-ci il oktyabrın 25-də keçirilmiş növbəti məhkəmə iclasında ərizəçi və onun vəkili iştirak etmişlər. Məhkəmə digər təqsirləndirilən şəxsləri dindirmişdir. Onlar hamısı 2001-ci il mayın 29-da keçirilmiş nümayişdə iştirak etmədiklərini bildirmiş və polisdə verdikləri ifadələrindən imtina etmişdirlər. Prokuror ərizəçinin Cinayət Məcəlləsinin 169-cu maddəsi ilə məhkum edilməsini xahiş etmiş, ərizəçinin vəkili isə ərizəçinin müdafiəsi məqsədilə izahatların təqdim edilməsi üçün möhlət istəmişdir.2001-ci il dekabrın 5-də müdafiə tərəfi öz izahatlarını təqdim etmişdir. Ərizəçi ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmayaraq onun azadlığa buraxılması barədə hökmün qəbul edilməsini xahiş etmişdir. Həmin gün İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsi hökm çıxarmışdır. Hökmə əsasən təqsirləndirilən şəxslərdən beşi təqsirsiz hesab olunmuş, ərizəçi və digər üç nəfər isə onlara qarışı irəli sürülmüş ittihamlar əsasında təqsirli hesab olunmuşdurlar. Ərizəçiyə 4 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, cinayətin törətdiyi an azyaşlı olduğunu nəzərə alaraq onun cəzası iki il altı ay müddətinə azaldılmışdır.Hökmü qəbul edərək Dövlət Təhlükəsizliyi Məhkəməsi ərizəçinin polisə, prokurora və istintaqı aparmış hakimə verdiyi ifadələrini nəzərə almışdır. Həmçinin ərizəçinin onları 2001-ci mayın 29-da nümayişdə iştirak etməyə vadar etməsi barədə digər təqsirləndirilən şəxslərin prokurora verdikləri ifadələri nəzərə alınmışdır. Məhkəmə qeyd etmişdir ki, digər təqsirləndirilən şəxslər ərizəçinin nümayişin təşkilatçısı olduğunu təsdiq etmişdirlər. Həmçinin məhkəmə ərizəçinin əl yazısının nümunəsinin plakatda olan yazılarla müqayisə edən ekspertin rəyini və ərizəçinin nümayişçilər arasında olduğunu təsdiq edən polisin izahatlarını nəzərə almışdır. Məhkəmə nəticəyə gəlmişdir ki:
“həmin materialları nəzərə alaraq məhkəmə ərizəçinin verdiyi ifadələrdən imtinasını qəbul etmir və onun polisə verdiyi ifadələri əsaslı hesab edir.”
C. Apellyasiya şikayəti
2002-ci il yanvarın 2-də ərizəçinin vəkili İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişdir. Həmin şikayətdə vəkil Konvensiyanın 5-ci və 6-cı maddəsinin pozulduğunu iddia etmişdi. Vəkil qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin baxışları ədalətsiz olmuş və məhkəmə sübutları düzgün qiymətləndirilməmişdir.2002-ci il martın 27-də kasassiya məhkəmənin dövlət ittihamçısı Kasassiya Məhkəməsinin Doqquzuncu Palatasına yazılı qeydlər təqdim edərək İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmin yazılı qeydlər ərizəçiyə və vəkilə təqdim olunmamışdır.2002-ci il iyunun 10-da Kasassiya Məhkəməsinin Doqquzuncu Palatası ərizəçinin apellyasiya şikayətini rədd edərək İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
II. MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Milli qanunvericilik
1. Ərizənin təqdim olunduğu vaxtda qüvvədə olan qanunvericilik
Keçmiş Cinayət Prosessual Məcəlləsinin (1412 nömrəli Qanun) 135-ci, 136-cı və 138-ci maddələrində təsbit olduğu kimi şübhəli və ya təqsirləndirilən şəxs polisə gətirildiyi andan hüquqi yardım almaq hüququna malikdir. 138-ci maddə aydın göstərir ki, yetkinlik yaşına çatmamış uşaqlara hüquqi yardım mütləq göstərilməlidir.Cinayət prosessual qanunvericiliyinə dəyişikliklər edən 1992-ci il 18 noyabr tarixli 3842 nömrəli Qanunun 31-ci bölməsinə əsasən yuxarıda qeyd olunan müddəalar dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərə münasibətdə tətbiq olunmur.
2. Son zaman qəbul edilmiş dəyişikliklər
2003-cü 15 iyul tarixli 4928 nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin dövlət təhlükəsizliyi məhkəmələrinin iclaslarında vəkil tərəfindən təmsil olunmasına məhdudiyyət aradan qaldırılmışdır.2005-ci il iyulun 1-də yeni Cinayət Prosessual Məcəlləsi qüvvəyə minmişdir. Yeni Məcəllənin müvafiq müddəalarına əsasən (149-cu və 150-ci maddələr) bütün tutulmuş şəxslər polisə gətirildiyi andan hüquqi yardım almaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayıbsa və onun barəsində cinayət qanunun sanksiyası ilə ən azı beş il müddətində azadlıqdan məhrumetmə növündə cəzanı nəzərdə tutan cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürülübsə müdafiəçinin təyin olunması mütləqdir.Nəhayət 2006-cı il iyunun 19-da mətnində dəyişikliklər edilmiş “Terrorçuluğun qarşısının alınması haqqında” 3712 nömrəli Qanunun 10-cu bölməsində təsbit edilmişdir ki, terrorçuluqla bağlı cinayətlərlə əlaqədar dövlət ittihamçısının göstərişi ilə hüquqi yardım almaq hüququnun təmin edilməsinə 24 saatadək möhlət verilə bilər. Lakin təqsirləndirilən şəxslər bu müddət ərzində dindirilə bilməzlər.
B. Müvafiq beynəlxalq sənədlər
1. Yetkinlik yaşına çatmayanlar barəsində icraat
(a) Avropa Şurası
2003-cü il sentyabrın 24-də nazir müavinlərinin 853-cü iclasında qəbul edilmiş “Yuvenal cinayətkarlıqla əlaqədar yeni yanaşmalar və yuvenal ədliyyənin rolu haqqında” Avropa Şurası Nazirlər Komitəsinin Rec(2003)20 nömrəli tövsiyəsində aşağıdakılar qeyd olunur:
“Yetkinlik yaşına çatmayan şəxslər tutulduqda onların statusu, yaşı, kövrəkliyi, və yetkinlik dərəcəsi nəzərə alınmalıdır. Onlara aydın olan tərzdə hüquqları və təminatları dərhal izah olunmalıdır. Onların polis tərəfindən dindirilməsi valideynləri və ya digər qanuni nümayəndələri iştirakı ilə həyata keçirilməlidir. Onlar həmçinin hüquqi və tibbi yardım almaq hüquqlara malikdirlər.”
1987-ci il sentyabrın 17-də nazir müavinlərinin 410-cu iclasında qəbul edilmiş “Yuvenal cinayətkarlıqla əlaqədar cəmiyyətin reaksiyası haqqında” Avropa Şurası Nazirlər Komitəsinin Rec(87)20 nömrəli tövsiyəsində aşağıdakılar qeyd olunur:
“Üzv dövlətlərin hökumətlərinə aşağıdakılarla əlaqədar lazım olduqda qanunvericiliklərin və təcrübələrin yenidən baxılmasını tövsiyə edir:
8. rəsmi təsdiq olunmaqla, polis tərəfindən dindirmə daxil olmaqla istənilən icraat zamanı yetkinlik yaşına çatmayanların aşağıda göstərildiyi kimi hüquqi mövqelərini möhkəmləndirmək:
- lazım olduqda dövlətin hesabına təyin edilmiş vəkil tərəfindən hüquqi yardım almaq hüququ.”
(b) Birləşmiş Millətlər Təşkilatı
(i) “Uşaq hüquqları haqqında” Konvensiya
“Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci maddəsində aşağıdakılar qeyd olunur:
“İştirakçı dövlətlər təmin edirlər ki:
d) azadlıqdan məhrum edilmiş hər bir uşaq ləngidilmədən hüquqi və digər müvafiq yardım almaq hüququna, habelə azadlıqdan məhrum edilməsinin qanuniliyinə məhkəmə və ya digər səlahiyyətli, müstəqil və qərəzsiz orqan qarşısında etiraz etmək hüququna və istənilən belə prosessual tədbir barəsində onların təxirə salmadan qərar çıxarması hüququna malik olsun.”
(ii) Uşaq hüquqları Komitəsinin 2007-ci il 25 aprel tarixli 10 nömrəli Ümumi şərhi (CRC/C/GC/10)
Həmin sənədin polisdə saxlanılan uşaqların hüquqi yardımın göstərilməsinə dair müvafiq hissəsində aşağıdakılar qeyd olunur:
“49. Öz müdafiəsinin təşkil edilməsi üçün uşaqlara hüquqi və ya digər yardım təmin olunmalıdır. Komitə tələb edir ki, uşaqlara göstərilən yardım nəinki hüquqi həm də məqsədəmüvafiq olmalıdır. Yardımın təşkili məsələsi İştirakçı dövlətlər öz diskresion səlahiyyətləri çərçivəsində müəyyən etməli, hər halda həmin yardım təmənnasız olmalıdır...
...
52. Komitə İştirakçı dövlətlərə tövsiyə edir ki, cinayətin törədilməsi ilə onunla bağlı aparılan araşdırmanın yekunlaşdırılması arasında, prokurorun (və ya digər səlahiyyətli orqanın) uşağa qarşı ittihamın irəli sürülməsi barədə qərarı ilə işə baxılması və məhkəmənin və ya hər hansı digər məhkəmə səlahiyyətli orqanın yekun qərarı arasında müvafiq müddətlər müəyyən etsinlər və həmin müddətlərə riayət etsinlər. Həmin müddətlər yetkinlik yaşına çatmış şəxslər üçün müəyyən edilmiş müddətlərdən qısa olmalıdır. Hər halda təxirə salınmadan qərarın qəbul edilməsi ilə nəticələnmiş proses zamanı uşaq hüquqlarına və hüquqi təminatlara hörmətlə yanaşmalıdır. Həmin qərarın qəbul edilməsi prosesi zamanı təxirə salınmadan hüquqi və ya hər hansı digər yardım mövcud olmalıdır. Həmin təminatlar həm məhkəmənin və ya hər hansı səlahiyyətli orqanın icraatı zamanı həm də cinayət prosesin digər mərhələlərində (uşağın polisdə dindirilməsindən başlayaraq) mövcud olmalıdır.”
(iii) BMT-nin Uşaq hüquqları Komitəsinin 2001-ci il 19 iyul tarixli Yekun Qeydləri: Türkiyə (CRC/C/15/Add.152)
Həmin sənədin müvafiq hissəsində aşağıdakılar qeyd olunur:
“66. Komitə İştirakçı dövlətlərə tövsiyə edir ki, yuvenal ədliyyə sistemlərinin Konvensiyanın xüsusilə 37-ci, 40-cı və 39-cu maddələrinə, eyni zamanda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin artırılması, Yuvenal Məhkəmələrinin təminatlarını 18 yaşınadək olan bütün uşaqlara şamil olunması və hər bir regionda yuvenal məhkəmələrinin təsis edilməsi məqsədilə Yuvenal Ədalət Mühakiməsinin Həyata Keçirilməsi üzrə Minimal Qaydaları (Pekin Qaydaları) və Birləşmiş Millətlərin Yuvenal Cinayətkarlığının Qarşısının Alınması üzrə Qaydaları (Əl Riyad Rəhbər Pprinsipləri) kimi beynəlxalq sənədlərə uyğunlaşdırılması məqsədi ilə milli qanunvericiliyin və təcrübənin yenidən baxılmasını davam etdirsin. Xüsusilə Komitə xatırladır ki, uşaqların incommunicado (izolyasiyada) həbsdə saxlanılmasının qarşısının alınması məqsədilə cinayətkar uşaqlar barədə icraat təxirə salınmadan aparılmalıdır, eyni zamanda həbs qətimkan tədbiri istisna hal kimi tətbiq edilməli, mümkün qədər qısa olmalı və hər halda qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq olmamalıdır. Mümkün olduqda həbsə alternativ olan qətimkan tədbirləri seçilməlidir.”
2. Polisdə saxlanılarkən hüquqi yardım almaq hüququ
(a) Avropa Şurası
(i) Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş qaydalar
Məhbuslarla davranışın Minimal Standart Qaydalarının (Avropa Şurası Nazirlər Komitəsinin (73)5 nömrəli Tövsiyə) 93-cü Qaydasında aşağıdakılar qeyd edilir: “Həbsdə saxlanılan təqsirləndirilən şəxsin həbsə alındıqdan dərhal sonra öz seçimi əsasında müdafiəçisini təyin etmək ... maraqların müdafiəsi məsələləri ilə əlaqədar məxfi göstərişlər almaq üçün vəkillə görüşmək hüququ var. Həmin şəxsə müraciəti əsasında göstərilən məqsədlər üçün bütün lazımı vasitələr təqdim olunmalıdır. Təqsirləndirilən şəxsin vəkili ilə görüşləri polis və ya müəssisənin əməkdaşlarının birbaşa və bilavasitə müşahidəsi altında keçirilə bilər, lakin onlara qulaq asmaq qadağan olmalıdır.”Avropa Penitensiar Qaydalarında (Rec(2006)2 nömrəli Tövsiyə 2006-cı il yanvarın 11-də nazir müavinlərinin 952-ci iclasında qəbul edilmişdir) aşağıdakılar qeyd olunur:
“Hüquqi yardım
23.1 Bütün məhbuslar hüquqi yardım almaq hüququna malikdirlər, müdiriyyət öz növbəsində belə yardımdan səmərəli istifadə üçün zəruri şərait yaratmalıdır.
23.2 Məhbuslar istənilən hüquqi məsələ ilə əlaqədar öz seçimlərinə və hesablarına vəkillə məsləhətləşə bilərlər.
...
23.5 Müstəsna hallarda məhkəmə penitensiar müəssisədə ağır cinayətin və ya təhlükəsizliyə qarşı ciddi təhdidin qarşısının alınması məqsədilə belə məxfiliyə məhdudiyyət qoya bilər.”
(ii) İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Avropa Komitəsi (CPT)
CPT tərəfindən Türkiyəyə 2000-ci ilin iyul ayında həyata keçirilmiş baş çəkməyə dair 2001-ci il noyabrın 8-də dərc edilmiş Hesabatda (CPT/İnf(2001)25) aşağıdakılar qeyd edilir:
“61. Son illərdə qanunvericiliyə edilmiş bir sıra dəyişikliklərə baxmayaraq pis rəftara qarşı təminatlarla əlaqədar çatışmazlıqlar mövcuddur. Ən əsas çatışmazlıq ondan ibarətdir ki, işi dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olduqda mütəşəkkil qrup tərəfindən törədilmiş cinayətdə şübhələndirilən şəxs tutulmadan sonra dörd gün ərzində hüquqi yardım almaq hüququndan məhrumdur. Eyni zamanda bundan əvvəl bunun əksini bəyan edən Hökumət 1999-cu il fevral-mart aylarında edilmiş baş çəkmələrin yekunu üzrə CPT-nin Hesabatına dair göndərilmiş cavablarda bildirmişdir ki, təqsirləndirilən şəxslər tutulmadan sonra dörd gün ərzində öz qohumları ilə görüşmək hüququndan məhrum edilirlər. Belə ki izolyasiyada həbsdə saxlanılma pis rəftarın riskini yüksəldir.
Bununla əlaqədar CPT öz tövsiyəsini xatırladaraq bildirir ki, hüquq mühafizə orqanları tərəfindən saxlanılan istənilən şəxslərin, o cümlədən işləri dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan şəxslərin tutulduqdan dərhal sonra hüquqi yardım almaq hüququ təmin olunmalıdır. CPT qeyd etmişdir ki, istintaqın hüquqi maraqları naminə istisna hallarda tutulmuş şəxsin öz seçimi üzrə hüquqi yardım almaq hüququ müəyyən müddətə təxirə salına bilər. Lakin belə olan halda həmin şəxsin digər müstəqil vəkilin xidmətlərindən yararlanmaq imkanı təmin olunmalıdır.
Həmin tövsiyənin yerinə yetirilməsi qanunverici tədbirlərin yerinə yetirilməsini tələb edir. Lakin qanunvericiliyin hazırkı müddəalarının uyğunluğunu təmin etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Lakin 2000 ilin iyul ayında CPT tərəfindən keçirilmiş ad hoc baş çəkmənin nəticəsində məlum olmuşdur ki, dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid işlərdə təqsirləndirilən şəxslərin tutulmadan dörd gün sonra da hüquqi yardım almaq hüququ qayda kimi deyil istisna kimi təmin olunur. CPT tövsiyə edir ki, yuxarıda göstərilən proseduranın uyğunluğunun təmin edilməsi üzrə nəzarəti həyata keçirən səlahiyyətli şəxslər işi dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan mütəşəkkil cinayətin törədilməsində təqsirləndirilən şəxsin tutulmadan dörd gün sonra hüquqi yardım almaq hüququ barədə məlumatlandırılmasını və bu hüquqdan yaralanmaq imkanlarını yoxlamalıdırlar.”
CPT tərəfindən Türkiyəyə 2001-ci ilin sentyabr ayında həyata keçirilmiş baş çəkməyə dair 2002-ci il aprelin 24-də dərc edilmiş Hesabatda (CPT/İnf(2002)8) aşağıdakılar qeyd edilir:
“12. “Dövlət Təhlükəsizliyi Məhkəmələrinin təşkili və proseduraları haqqında” Qanunun 16-cı maddəsinə edilmiş dəyişikliklərə əsasən işi dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan mütəşəkkil cinayətin törədilməsində şübhələndirilməsi ilə əlaqədar tutulmuş şəxsin hüquqi yardım almaq hüququ ilə əlaqədar müəyyən irəliləyişlər baş verib. Prokuror tərəfindən şəxsin 48 saatdan artıq müddətdə tutulması barədə yazılı qərarın çıxarılmasından sonra hüquqi yardım almaq hüququ daha çevik təmin olunur. Bununla hüquqi yardım almaq hüququ ilə təmin olunması bundan əvvəl mövcud olan dörd günlə müqayisədə hal hazırda iki gün müddətinə təxirə salına bilər.
CPT bu tədbirləri alqışlayaraq eyni zamanda təəssüflənir ki, dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan mütəşəkkil cinayətin törədilməsi ilə əlaqədar tutulmuş şəxsin hüquqi yardım almaq hüququ şəxsin tutulmasından dərhal sonra təmin edilmir (bununla həmin şəxslərin qeyd olunan hüququ digər şübhəli şəxslərin hüquqları ilə bərabər tutulmalıdır). CPT inanır ki, Türkiyə Hökuməti yaxın zamanda hüquq mühafizə orqanları tərəfindən tutulmuş bütün şəxslərin, o cümlədən işləri dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan şəxslərin hüquqi yardım almaq hüququnun tutulmasından dərhal sonra təmin edilməsi barədə Komitənin tövsiyəsini yerinə yetirəcək.
...
46. Hüquqi yardım almaq və tutulma barədə qohumlara məlumat vermək hüquqların təmin edilməsi ilə əlaqədar həyata keçirilmiş müsbət qanunverici tədbirlər barədə bundan əvvəl qeyd edilmişdir (bax: həmin Hesabatın 12-14-cü bəndlərinə). Həmin dəyişikliklər əsasında işgəncələr və pis rəftarla mübarizə üzrə qanunverici və prosessual mexanizmlərdə müsbət dərəcədə irəliləyişlər olmuşdur. Lakin CPT təəssüflənir ki, dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan mütəşəkkil cinayətin törədilməsi ilə əlaqədar tutulmuş şəxsin hüquqi yardım almaq hüququ tutulduqdan sonra iki gün ərzində təmin olunmur. CPT-nin bu məsələ ilə əlaqədar olan mövqeyi Hesabatın 12-ci bəndində qeyd olunmuşdur.
Dövlətin təhlükəsizliyinin əleyhinə törədilmiş cinayətlərdə şübhələndirilən şəxslərin hüquqi yardım almaq hüququnu tənzimləyən qanunvericiliyin müddəaları digər cinayətlərin törədilməsində şübhələndirilən şəxslərin hüquqi yardım almaq hüququnu tənzimləyən müddəalarla müqayisədə daha az inkişaf olunmuşdur. Xüsusilə CPT müəyyən etmişdir ki, həmin şəxslər polisdə ifadələrin verilməsi zamanı hüquqi yardımdan yararlana bilmirlər, eyni zamanda Vəkillər Kollegiyasından müdafiəçinin ayrılması prosedurası onlara münasibətdə şamil olunmur. Eyniliklə on səkkiz yaşına çatmamış uşaqlara hüquqi yardım almaq hüququnun mütləq təmin edilməsini tənzimləyən müddəalar dövlət təhlükəsizliyinin əleyhinə törədilmiş cinayətlərdə şübhələndirilən uşaqlara münasibətdə şamil edilmir. Bununla əlaqədar CPT 1997-ci ilin oktyabr ayında həyata keçirilmiş baş çəkmə nəticəsində hazırlanmış Hesabatını xatırladaraq bildirir ki, Cinayət Prosessual Məcəlləsinin 135-ci, 136-cı və 138-ci maddələri dövlət təhlükəsizliyinin əleyhinə törədilmiş cinayətlərdə şübhələndirilən şəxslərə münasibətdə şamil olunmalıdırlar.”
(b) Birləşmiş Millətlər Təşkilatı
(i) Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin (b) yarımbəndində göstərilir ki, törədilmiş cinayətlə əlaqədar barəsində ittiham irəli sürülmüş şəxs öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçisi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır.
(ii) BMT-nin İşgəncələrə qarşı Komitə
Komitənin Türkiyə ilə bağlı 2003-cü il 27 may tarixli Tövsiyəsində (CAT/C/CR/30/5) aşağıdakılar qeyd olunur:
“Komitə aşağıdakılarla əlaqədar öz narahatlığını ifadə edir:
(c) polis tərəfindən tutulmuş şəxslərin dərhal və adekvat hüquqi və tibbi yardım almaq hüququnun təmin olunmaması və onların qohumlarının tutulma barədə dərhal məlumatlandırılmaması barədə iddialar;
...
7. Komitə İştirakçı dövlətlərə aşağıdakıları tövsiyə edir:
(a) Dövlətin təhlükəsizliyinin əleyhinə törədilmiş cinayətlərdə şübhələndirilən şəxslər daxil olmaqla bütün tutulmuş şəxslərin işgəncəyə və pis rəftara qarşı mövcud müvafiq təminatlardan yaralanmasını və onların tibbi və hüquqi yardım almaq və ailələri ilə görüşmək hüquqlarından istifadələrini təmin etmək.
...”
Komitə 2 nömrəli Ümumi Şərhində (CAT/C/GC/2) aşağıdakıları qeyd edir:
“13. Bütün tutulmuş şəxslərə münasibətdə bir sıra təminatlar şamil olunmalıdır. Həmin təminatların bəziləri Konvensiyada təsbit olunmuşdurlar və Komitə İştirakçı dövlətləri onları istifadə etməyə çağırır. Komitənin səmərəli vasitələrə dair tövsiyələri baza prinsiplərinin şərh edilməsinə yönəlmiş və bütün məsələləri əhatə etmirlər. Həmin təminatlara, o cümlədən ... dərhal müstəqil hüquqi yardım almaq hüququ daxildir.”
(c) Avropa İttifaqı
“Əsas hüquqlar haqqında” Xartiyasının 48-ci maddəsinə əsasən “hər bir tutulmuş şəxsin hüquqi yardım almaq hüququ təmin olunmalıdır.” 52-ci maddəsinin 3-cü bəndində bildirilir ki, 48-ci maddədə təsbit olunan hüquqlar İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit olunan hüquqlarla eyni məna daşıyırlar.
HÜQUQİ MƏSƏLƏLƏR
1. KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Polisdə saxlanılarkən hüquqi yardım almaq hüququ
Ərizəçi iddia edir ki, o, polisdə saxlanılarkən hüquqi yardım almaq hüququnda məhrum olunduqdan onun müdafiə olunmaq hüququ pozulmuşdur. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndində göstərilən müddəalara istinad etmişdir:
“3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
...
(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;”
1. Məhkəmə Palatasının qərarı
Məhkəmə Palatası 2007-ci il 26 aprel tarixli qərarında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndinin pozulmadığı qət etmişdir. Bununla əlaqədar Məhkəmə Palatası qeyd etmişdir ki, ərizəçi həm birinci həm də apellyasiya instansiyalarında keçirilmiş məhkəmə baxışlarında vəkil tərəfindən təmsil olunmuşdur və ərizəçinin polisdə verdiyi ifadələr onun təqsirli bilinməsi üçün yeganə əsas olmamışdır. Palatanın gəldiyi nəticəsinə əsasən ərizəçi ittiham tərəfinin dəlillərini onun qarşı tərəfi münasibətdə əhəmiyyətli dərəcə əlverişsiz vəziyyətdə qoymayan şəraitdə təkzib etmək imkanına malik olmuşdur. Palata qeyd etmişdir ki, ərizəçinin işini araşdıraraq İzmi Dövlət Təhlükəsizliyi Məhkəməsi ərizəçinin tutulmasının şəraitini, xətşünaslıq ekspertizanın rəyini və şahidlərin ifadələrini nəzərə almışdır. Bununla əlaqədar Məhkəmə Palatası nəticəyə gəlmişdir ki, ərizəçinin işi üzrə məhkəmə prosesinin ədalətliliyi onun polisdə saxlanılarkən hüquqi yardım hüququnun təmin olunmaması nəticəsində pozulmamışdır.
2. Tərəflərin izahatları
(a) Ərizəçinin izahatları
Ərizəçi Məhkəmə Palatasının Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndin pozulmadığı müəyyən edən qərarın əsaslandırılmasını mübahisələndirmişdir. Ərizəçi qeyd etmişdir ki, polisdə saxlanılma zamanı hüquqi yardım almaq fundamental hüquq hesab olunur. O, Məhkəməyə xatırladıb ki, ona qarşı istifadə edilmiş bütün sübutlar ibtidai istintaq zamanı əldə olunmuş və məhz həmin mərhələdə onun hüquqi yardım almaq hüququ təmin olunmamışdır. Eyni zamanda o qeyd edir ki, yerli məhkəmələr tərəfindən onun barəsində ittiham hökmü qəbul olunsa belə onun təqsirini təsdiq edən sübutlar mövcud deyil. O, həmçinin bildirib ki, polisdə saxlanılarkən pis rəftara məruz qalmış və öz ifadələrini məcburiyyət qarşısında imzalamışdır. Məhz həmin ifadələr İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsi tərəfindən istifadə olunmuş, halbuki dövlət ittihamçısı, istintaqı aparan hakim və məhkəmə qarşısında ərizəçi bu ifadələri geri götürmüşdür. Ərizəçi həmçinin qeyd etmişdir ki, hadisə baş verdiyi vaxtda o, yetkinlik yaşına çatmamış və bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmamışdır. Öz izahatlarında ərizəçi bildirmişdir ki, ona qarşı ağır cinayətlərin törədilməsi ilə əlaqədar irəli sürülmüş ittihamlara qarşı müdafiə olunmaq üçün hüquqi yardım almaq hüququnun təmin olunmaması onun ədalətli məhkəmə hüququnu pozmuşdur. Ərizəçi vurğulamışdır ki, Hökumət hüquqi yardımı almaq hüququnun təmin olunmadığının əsaslandırılması üçün heç bir tutarlı dəlil təqdim etməmişdir.
(b) Hökumətin izahatları
Hökumət Böyük Palatadan Məhkəmə Palatasının Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndinin pozulmadığını müəyyən etmiş qərarını qüvvədə saxlamasını xahiş etmişdir. Birincisi, Hökumət bildirmişdir ki, 2005-ci ildə qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir. Bundan sonra, Hökumətin izahatlarında qeyd olunmuşdur ki, ərizəçinin hüquqi yardım almaq hüququna qoyulmuş məhdudiyyət onun Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə hüququnu pozmur. Hökumət Məhkəmənin presedent hüququna (bax: xüsusilə “İmbrioşa İsveçrəyə qarşı” (İmbrioscia v. Switzerland, 24 November 1993, Series A no. 275); “Con Mürrey Böyük Britaniyaya qarşı” (John Murray v. the United Kingdom, 8 February 1996, Reports of Judgments and Decisions 1996‑I); “Averill Böyük Britaniyaya qarşı” (Averill v. the United Kingdom, no. 36408/97, ECHR 2000‑VI); “Meci Böyük Britaniyaya qarşı” (Magee v. the United Kingdom, no. 28135/95, ECHR 2000‑VI) və “Brennan Böyük Britaniyaya qarşı” (Brennan v. the United Kingdom, no. 39846/98, ECHR 2001‑X)) istinadən bildirmişdir ki, məhkəmə baxışının ədalətliliyinin qiymətləndirilməsi zamanı özü özlüyündə məhkəmə prosesi nəzərə alınmalıdır. Bununla nəzərə alaraq ki, ərizəçi həm İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsi həm də Kasassiya Məhkəməsi qarşısında vəkillə təmsil olunduğundan onun ədalətli məhkəmə hüququ pozulmamışdır. Bundan sonra Hökumət Türkiyə ilə bağlı bəzi işlərə (“Saraç Türkiyəyə qarşı” (Saraç v. Turkey(dec.), no. 35841/97, 2 September 2004); “Yurtsevər Türkiyəyə qarşı” (Yurtsever v. Turkey (dec.), no. 42086/02, 31 August 2006); “Uçma və Uçma Türkiyəyə qarşı” (Uçma and Uçma v. Turkey (dec.), no. 15071/03, 3 October 2006); “Əhməd Yavuz Türkiyəyə qarşı” (Ahmet Yavuz v. Turkey (dec.), no. 38827/02, 21 November 2006) və “Yıldız və Sönməz Türkiyəyə qarşı” (Yıldız and Sönmez v. Turkey (dec.), nos. 3543/03 and 3557/03, 5 December 2006)) istinad etmişdir. Həmin qərarlarda Məhkəmə şikayətləri əsassız hesab edərək hesab ki, polisdə verilən ifadələr ittihamı əsaslandıran yeganə sübut olmadığına görə polisdə saxlanılarkən hüquqi yardım almaq hüququnun təmin edilməməsi Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz.Hazırkı işin hallarına qayıdaraq Hökumət bildirmişdir ki, polisdə saxlanılarkən ərizəçiyə özünə qarşı ifadə verməmək hüququ ona izah edilmiş və cinayət prosesin sonrakı mərhələlərində onun vəkilinin ittiham tərəfinin dəlillərini təkzib etmək üçün imkanı olmuşdur. Eyni zamanda Hökumət bildirmişdir ki, ərizəçinin polisdə verdikləri ifadələr onun təqsirli bilinməsi üçün yeganə əsas kimi götürülməmişdir.
3. Məhkəmənin qiymətləndirməsi
(a) Hazırkı işdə tətbiq olunan ümumi prinsiplər
Məhkəmə təkrarlayır ki, cinayət prosesinə gəlincə Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi hər hansı ittihamların müəyyən edilməsi üçün səlahiyyətli olan “tribunalın” ədalətliliyinin təmin olunmasıdır, lakin bu o demək deyil ki, 6-cı maddə ibtidai istintaqa münasibətdə şamil edilmir. Bununla 6-cı maddədə və xüsusən həmin maddənin 3-cü bəndi işin məhkəməyə göndərilməsindən əvvəl həyata keçirilən proseduralarla əlaqədar tətbiq edilir, belə ki, əvvəlki mərhələlərin Konvensiyanın müddəalarına uyğun olmaması məhkəmə prosesinin ədalətliliyinə ciddi xələl yetirir (bax: yuxarıda qeyd olunan “İmbrioşa İsveçrəyə qarşı”, 36-cı bənd). Məhkəmə əvvəlki işlərdə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndində təsbit olunmuş hüquq həmin maddənin 1-ci bəndində qeyd olunan “cinayət işlər üzrə ədalətli məhkəmə hüququ” konsepsiyanın elementlərindən biri hesab olunur (bax: yuxarıda qeyd olunan “İmbrioşa İsveçrəyə qarşı”, 37-ci bənd və yuxarıda qeyd olunan “Brennan Böyük Britaniyaya qarşı”, 45-ci bənd).Bundan sonra Məhkəmə qeyd edir ki, ittiham olunan hər kəsin maraqlarının istər dövlət tərəfindən təyin olunmuş vəkil tərəfindən səmərəli müdafiə olunması hüququ mütləq olmasa da ədalətli mühakimənin fundamental xüsusiyyətlərindən biri hesab olunur (“Puatrimol Fransaya qarşı” (Poitrimol v. France, 23 November 1993, § 34, Series A no. 277‑A) və “Demebukov Bolqarıstana qarşı” (Demebukov v. Bulgaria, no. 68020/01, § 50, 28 February 2008)). Lakin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndi bu hüquqdan istifadəsinin tərzini dəqiq müəyyən etmir. Bununla Razılığa gəlmiş dövlətlər bu hüququn təmin olunması üzrə üsullarının seçilməsində diskresion səlahiyyətlərə malikdirlər. Məhkəmənin vəzifəsi isə seçilmiş üsulların ədalətli mühakimə prinsipinə uyğun olub olmamasının yoxlanılmasıdır. Bununla əlaqədar Məhkəmə xatırlayır ki, Konvensiya nəzəri və xəyali hüquqları deyil təcrübədə tətbiq olunan və səmərəli hüquqları təsbit edir və vəkilin təyin olunması özü özlüyündə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımın keyfiyyətini təmin etmir (bax: yuxarıda qeyd olunan “İmbrioşa İsveçrəyə qarşı”, 38-ci bənd).Milli qanunvericilik polisdə ilkin dindirmə zamanı təqsirləndirilən şəxsin statusuna onun maraqlarının cinayət prosesinin növbəti mərhələlərində qorunması perspektivləri baxımından əhəmiyyətlə yanaşa bilər. Belə olan halda Konvensiyanın 6-cı maddəsi cinayət prosesinin ilkin mərhələsindən təqsirləndirilən şəxsin hüquqi yardım almaq hüququnun təmin olunmasını tələb edir. Lakin bu hüquqa müsbət əsaslarla müəyyən məhdudiyyətlər qoyula bilər. Bununla əlaqədar hər bir işdə tətbiq olunan müvafiq məhdudiyyətlərin əsaslı olub olmadığının aydınlaşdırılması, və əsaslı olduğu təqdirdə bu məhdudiyyət nəticəsində (müəyyən hallarda əsaslı məhdudiyyətlər nəticəsində hüquq pozuntusu baş verə bilər) təqsirləndirilən şəxsin ədalətli məhkəmə hüququnun pozulub pozulmadığının müəyyən edilməsi məsələsi vacib hesab olunur (bax: yuxarıda qeyd olunan “Mürrey Böyük Britaniyaya qarşı”, 63-cü bənd, “Brennan Böyük Britaniyaya qarşı”, 45-ci bənd və “Meci Böyük Britaniyaya qarşı”, 44-cü bənd).Yuxarıda qeyd olunan 52-ci bənddə göstərilən prinsiplər insan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq standartlara uyğundurlar (bax: hazırkı qərarın 37-42-ci bəndləri). Həmin standartlar ədalətli məhkəmə hüququnun əsasını təşkil edir və onların məqsədi təqsirləndirilən şəxsin hakimiyyət orqanlarının təsirindən müdafiə edilməsidir. Eyni zamanda həmin standartlar məhkəmə səhvinin qarşısının alınmasına və 6-cı maddəsinin, xüsusən cinayət prosesi tərəflərinin çəkişməsinin və hüquqi bərabərliyinin təmin olunması kimi məqsədlərinin yerinə yetirilməsinə yönəlmişdir.Bununla əlaqədar Məhkəmə ibtidai istintaq mərhələsinin vacibliyini qeyd edərək bildirir ki, həmin mərhələdə əldə olunmuş sübutlar irəli sürülmüş ittiham üzrə həyata keçiriləcək məhkəmə prosesinin çərçivəsini müəyyən edirlər (bax: “Çan Avstriyaya qarşı” (Can v. Austria, no. 9300/81, Commission’s report of 12 July 1984, § 50,Series A no. 96). Eyni zamanda təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xüsusi ilə kövrək vəziyyətdə olur. Həmin şəxslərin vəziyyəti cinayət prosesini xüsusən sübutların əldə edilməsini və istifadə olunmasını tənzim edən qanunvericiliyinin çətinliyi ilə əlaqədar daha da kövrəlir. Bir çox işlərdə təqsirləndirilən şəxslərin kövrək vəziyyəti hüquqi yardımın alınması ilə yaxşılaşa bilər və bununla müdafiəçinin vəzifəsi, o cümlədən təqsirləndirilən şəxsə özünə qarşı ifadə verməmək üçün dəstək göstərilməsindən ibarətdir. Həmin hüquqa əsasən cinayət işində ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün sonuncunun iradəsinə zidd olaraq məcburiyyət və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə etməməlidir (bax: “Yallo Almaniyaya qarşı” (Jalloh v. Germany [GC], no. 54810/00, § 100, ECHR 2006‑...) və “Kolu Türkiyəyə qarşı” (Kolu v. Turkey, no. 35811/97, § 51, 2 August 2005). Hüquqi yardımın cinayət prosesin ilkin mərhələlərindən alınması Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin özünə qarşı ittihama yardım etməmək hüququna xələl gətirib-gətirmədiyininin araşdırılmasının elementlərindən biridir (bax: yuxarıda qeyd olunan “Yallo Almaniyaya qarşı”, 101-ci bənd). Bununla əlaqədar Məhkəmə CPT-nin hesabatlarında saxlanılan şəxslərin hüquqi yardım almaq hüququnun pis rəftara qarşı əsas təminat kimi qeyd olunduğunu bildirir (bax: hazırkı qərarın 39-40-cı bəndləri). Bu hüququn istifadəsində mövcud istisnalar aydın müəyyən olunmalı və vaxt baxımından ciddi məhdudlaşdırılmalıdırlar. Ağır və xüsusilə ağır cinayətlərlə əlaqədar irəli sürülmüş ittihamlar üzrə bu prinsiplərə əməl edilməsi xüsusilə vacibdir. Belə ki, həmin cinayətlərə görə nəzərdə tutulmuş ağır cəzaların tətbiq edilməsi baxımından demokratik cəmiyyətdə ədalətli məhkəmə hüququ ən yüksək səviyyədə təmin olunmalıdır.Bununla əlaqədar Məhkəmənin gəldiyi nəticəsinə əsasən ədalətli məhkəmə hüququnun təcrübədə tətbiq olunan və səmərəli olduğu üçün Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi bir qayda olaraq tələb edir ki, hüquqi yardım almaq hüququ əgər onun məhdudlaşdırılmasına iş üzrə məcburedici səbəblər mövcud deyilsə şübhəli şəxsin polisdə ilkin dindirilmədən başlayaq təmin olunmalıdır. İşdə olan məcburedici səbəblər hüquqi yardım almaq hüququnun məhdudlaşdırılmasını əsaslandırırsa belə bunu kimi məhdudiyyət Konvensiyanın 6-cı maddəsi üzrə təqsirləndirilən şəxsin hüquqlarına xələl gətirməməlidir (bax: mutatis mutandis, yuxarıda qeyd olunan “Meci Böyük Britaniyaya qarşı”, 44-cü bənd). Prinsip etibarı ilə vəkilin iştirakı olmadan polisdə dindirmə zamanı ifşaedici ifadələrin verilməsi müdafiə olunmaq hüququna ciddi xələl yetirir.
(b) Yuxarıda qeyd olunan prinsiplərin hazırkı işdə tətbiqi
Hazırkı işdə ərizəçinin törədilməsində təqsirləndirildiyi cinayətin Dövlət Təhlükəsizlik Məhkəməsinin yurisdiksiyasına aid olduğunu nəzərə alaraq onun polisdə saxlanılarkən hüquqi yardım almaq hüququ 3842 nömrəli Qanunun 31-ci bölməsinə əsasən məhdudlaşdırılmışdır. Bununla əlaqədar ərizəçinin müvafiq olaraq polisə, dövlət ittihamçısına və istintaqı aparan hakimə ifadələrin verilməsi zamanı hüquqi yardım almaq hüququ məhdudlaşdırılmışdır. Ərizəçinin hüquqi yardım almaq hüququnun məhdudlaşdırılmasının əsaslandırılması üçün yalnız qanunvericiliyin müvafiq müddəalarına istinad edilmiş, lakin hər hansı digər dəlillər təqdim edilməmişdir. Bununla əlaqədar həmin məsələ 52-ci bənddə qeyd olunduğu kimi çətinliklə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun gəlir.Məhkəmə müəyyən edir ki, ərizəçi həbsdə saxlanılarkən hüquqi yardım almaq hüququna malik olmuşdur. Cinayət prosesi zamanı ərizəçi şahidləri dindirmək və ittiham tərəfinin dəlillərini təkzib etmək imkanlarına malik olmuşdur. Qeyd olunmalıdır ki, həm birinci, həm də apellyasiya instansiyaları məhkəmələrinin baxışları zamanı ərizəçi polisə verdiyi ifadələrdən təkrarən imtina etmişdir. Lakin iş üzrə görünür ki, ibtidai istintaqın əsas hissəsi ərizəçinin işinin 2001-ci il iyunun 1-də istintaqı aparan hakimə göndərilməsindən əvvəl aparılmışdır. Eyni zamanda İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsi ərizəçinin polisdə verdiyi ifadələrinin qəbuledilənliyi məsələsini araşdırmayaraq işin mahiyyəti üzrə baxılmasına keçdi. Həmçinin Dövlət Təhlükəsizliyi Məhkəməsi ifadələrin dəqiq olmaması barədə ərizəçinin iddialarına baxmayaraq sonuncunun təqsirli bilinməsi üçün polisdə verilmiş ifadələri əsas sübut kimi istifadə etmişdir (bax: yuxarıda qeyd olunan 23-cü bəndə). Bununla əlaqədar Məhkəmə qeyd edir ki, İzmir Dövlət Təhlükəsizliyi Məhkəməsi işdə olan sübutları ərizəçinin polisdə verdiyi ifadələrin təsdiq edilməsi üçün istifadə etmişdir. Həmin sübutlara məhkəmə xətşünaslıq ekspertizasının 2001-ci il 1 iyun tarixli rəyi, həmçinin digər təqsirləndirilən şəxslərin polisə və dövlət ittihamçısına verdikləri ifadələri daxildirlər. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, yerli məhkəmənin qərarında istinad edilən xətşünaslıq ekspertizasının rəyi əslində ərizəçinin xeyrinə qəbul edilməlidir. Belə ki, onun nəticə hissəsində qeyd olunmuşdur ki, plakatda yazılmış sözlərin ərizəçinin əl yazmaları nümunələri ilə uyğunluğunu müəyyən etmək mümkün deyil (bax: yuxarıda qeyd olunan 15-ci bəndə). Eyni zamanda Məhkəmə digər təqsirləndirilən şəxslərin polisdə və dövlət ittihamçısının qarşısında verdikləri ifadələrindən məhkəmə baxışları zamanı imtina olunduğunun və ərizəçinin nümayişdə iştirakını inkar etdiklərinin vacibliyini qeyd edir.Bununla hazırkı işdə ərizəçinin polisdə verdiyi ifadələrin onun təqsirli bilinməsi üçün istifadə olunduğunu nəzərə alaraq ərizəçinin hüquqi yardım almaq hüququnun məhdudlaşdırılması ona şübhəsiz təsir göstərmişdir. Bundan sonra vəkil tərəfindən göstərilmiş hüquqi yardım və məhkəmə baxışının tərəflərin çəkişməsi prinsipinə uyğun keçirilməsi ərizəçinin polisdə saxlanılması zamanı baş tutmuş çatışmazlıqları aradan qaldıra bilməz. Lakin Məhkəmə ərizəçinin polisdə saxlanılması zamanı hüquqi yardım almaq hüququnun təmin olunması sonrakı proseslərə mümkün təsiri barədə mülahizələr yürüdə bilməz.Bundan sonra Məhkəmə qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin həm ruhu və xərifi ərizəçinin birbaşa və ya dolayısı ilə ədalətli mühakimə təminatlarından imtina etməyinin qarşısını almır (bax: “Kvyatkovska İtaliyaya qarşı” (Kwiatkowska v. Italy (dec.), no. 52868/99, 30 November 2000)). Lakin Konvensiyanın məqsədləri naminə məhkəmə baxışlarında iştirak etməkdən imtina birmənalı bildirilməli və iştirakın vacibliyini nəzərə alaraq minimal təminatların müəyyən edilməsi ilə müşayiət olunmalıdır (bax: “Seydoviç İtaliyaya qarşı” (Sejdovic v. Italy [GC], no.56581/00, § 86, ECHR 2006‑...); yuxarıda qeyd olunan “Kolu Türkiyəyə qarşı”, 53-cü bənd və “Kollotsa İtaliyaya qarşı” (Colozza v. Italy, 12 February 1985, § 28, Series A no. 89)). Bununla əlaqədar hazırkı işdə demək olmaz ki, ərizəçiyə özünə qarşı ifadə verməmək hüququ barədə məlumat verilmişdir (bax: yuxarıda qeyd olunan 14-cü bənd).Eyni zamanda Məhkəmə qeyd edir ki, hazırkı işin vacib xüsusiyyətlərindən biri ərizəçinin yaşı hesab olunur. Polisdə saxlanılan uşaqlara hüquqi yardımın göstərilməsinə dair bir sıra müvafiq beynəlxalq sənədlərə istinad edərək Məhkəmə yetkinlik yaşına çatmayanlarının polisdə saxlanılması zamanı hüquqi yardım almaq hüququnun vacibliyini vurğulayır.Lakin yuxarıda qeyd olunduğu kimi hazırkı işdə hüquqi yarıdım almaq hüququna məhdudiyyət sistematik tətbiq olunur və dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan işlər üzrə yaşından asılı olmayaraq polisdə saxlanılan bütün şəxslərə münasibətdə şamil olunur.Bunun nəticəsində baxmayaraq ki, ərizəçi birinci və apellyasiya instansiyaları məhkəmələrində ona qarşı təqdim edilmiş sübutları mübahisələndirmək üçün imkana malik olmuşdur polisdə saxlanılarkən ərizəçinin hüquqi yardım almaq hüququndan məhrum edilməsi onun müdafiə olunmaq hüququna təsir etmişdir.
(c) Nəticə
Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birlikdə 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndi pozulmuşdur.
B. Kasassiya Məhkəməsində dövlət ittihamçısının yazılı qeydlərinin ərizəçiyə təqdim edilməməsi
Ərizəçi iddia etmişdir ki, Kasassiya Məhkəməsində dövlət ittihamçısının yazılı qeydləri ona təqdim olunmamışdır. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilən müddəalara istinad etmişdir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”
1. Məhkəmə Palatasının qərarı
Məhkəmə Palatası 2007-ci il 26 aprel tarixli qərarında qeyd etmişdir ki, Kasassiya Məhkəməsində dövlət ittihamçısının yazılı qeydlərinin ərizəçiyə təqdim olunmaması nəticəsində tərəflərin məhkəmədə çəkişməsi prinsipi pozulmuşdur. Bununla Məhkəmə Palatası nəticəyə gəlmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
2. Tərəflərin izahatları
Tərəflər bu məsələyə dair izahatlarını təqdim etməmişdirlər.
3. Məhkəmənin qiymətləndirilməsi
Böyük Palata Məhkəmə Palatasının gəldiyi nəticəsinə əsasən müəyyən etmişdir ki, hazırkı işdə tərəflərin məhkəmədə çəkişməsi prinsipi pozulmuşdur. Bununla Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Tərəflərin izahatları
Ərizəçi maddi 5000 Avro məbləğində maddi ziyanın və 10000 Avro məbləğində mənəvi ziyanın ödənilməsini tələb etmişdir.Hökumət tələb olunan məbləğin həddindən artıq yüksək və əsassız olduğunu bildirmişdir.
2. Məhkəmə Palatasının qərarı
Nəzərə alaraq ki maddi ziyana görə tələb ərizəçi tərəfindən müvafiq qaydada əsaslandırılmamışdır Məhkəmə Palatası buna görə hər hansı təzminatın ödənilməsini qət etməmişdir. Məhkəmə Palatası hesab etmişdir ki, Konvensiyanın pozulmasını müəyyən edən qərarın çıxarılması özü özlüyündə mənəvi ziyana görə ədalətli təzminat kimi qiymətləndirilə bilər.
3. Məhkəmənin qiymətləndirilməsi
Məhkəmə təkrarlayır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunun bərpasının ən məqsədəmüvafiq hesab olunan üsul ərizəçinin mümkün qədər tez bir zamanda ona münasibətdə həmin müddəanın pozulmayacağı təqdirdə olacağı vəziyyətə bərpa olunmasıdır (bax: “Teterinlər Rusiyaya qarşı” (Teteriny v. Russia, no. 11931/03, § 56, 30 June 2005); “Yeliçiç Bosniya və Herseqovinaya qarşı” (Jeličić v. Bosnia and Herzegovina, no. 41183/02, § 53, ECHR 2006‑...) və “Mehmet və Suna İgid Türkiyəyə qarşı” (Mehmet and Suna Yiğit v. Turkey, no. 52658/99, § 47, 17 July 2007). Məhkəmə müəyyən edib ki, həmin prinsip hazırkı işə münasibətdə tətbiq olunur. Beləliklə ərizəçi bununla əlaqədar müraciət etsə pozuntunun bərpa edilməsinin ən məqsədəmüvafiq üsulu sonuncu barəsində məhkəmə icraatının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə uyğun yenidən keçirilməsi hesab olunur (bax: mutatis mutandis, “Gənçel Türkiyəyə qarşı” (Gençelv. Turkey, no. 53431/99, § 27, 23 October 2003).İddia oluna mənəvi ziyanın digər hissəsinə gəldikdə Məhkəmə ədalətli qiymətləndirmə apararaq ərizəçiyə 2000 Avro məbləğində vəsaitinin ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
1. Tərəflərin izahatları
Ərizəçi iş üzrə həm yerli məhkəmələrdə həm də Məhkəmə Palatasında aparılmış icraat zamanı çəkilmiş 3500 Avro məbləğində xərclərin ödənilməsini xahiş etmişdir. Həmin tələbi əsaslandıran sənədlər təqdim olunmamışdır. Ərizəçi Məhkəmə Palatasına xərclər və məsrəflərlə bağlı təqdim etdiyi tələbdə dəyişikliklər etməmişdir. Lakin Böyük Palataya təmənnasız hüquqi yardımının göstərilməsinə dair müraciət etmişdir.Hökumət həmin tələbi mübahisələndirərək onun əsaslı olmadığını qeyd etmişdir.
2. Məhkəmə Palatasının qərarı
Məhkəmə Palatası məhkəmə xərclərinə görə ərizəçiyə 1000 Avro məbləğində vəsaitinin ödənilməsi qət etmişdir.
3. Məhkəmənin qiymətləndirilməsi
Məhkəmə müəyyən etmişdir ki, Böyük Palatada aparılan icraat zamanı ərizəçiyə təmənnasız hüquqi yardım göstərilmişdir. Bununla əlaqədar məhkəmə xərclərinə yalnız yerli məhkəmələrdə və Məhkəmə palatasında aparılmış icraat zamanı çəkilmiş xərclər daxildir.Məhkəmənin Konvensiyanın 41-ci maddəsi ilə əlaqədar olan presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Eyni zamanda xərclərlə aşkar olunmuş hüquq pozuntusu arasında səbəbiyyət əlaqəsi mövcud olduqda məhkəmə xərcləri ödənilir (bax: “Beyler İtaliyaya qarşı” (Beyeler v. Italy (just satisfaction) [GC], no. 33202/96, § 27, 28 May 2002) və “Sahin Almaniyaya qarşı” (Sahin v. Germany[GC], no. 30943/96, § 105, ECHR 2003‑VIII)).Bununla əlaqədar Böyük Palata Məhkəmə Palatasının müəyyən etdiyi kimi ərizəçiyə 1000 Avro məbləğində vəsaitinin ödənilməsini qət edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəçinin polisdə saxlanılarkən hüquqi yardım almadığı ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birlikdə 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndinin pozulduğunu qət edir;
2. Kasassiya Məhkəməsində dövlət ittihamçısının yazılı qeydlərinin ərizəçiyə təqdim edilmədiyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Yeni Türk lirasında aşağıdakı məbləğləri ödəməlidir:
(i) ödənilməli olan vergilər də daxil olmaqla mənəvi ziyana görə 2000 Avro;
(ii) ödənilməli olan vergilər də daxil olmaqla məhkəmə xərlərinə görə 1000 Avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2008-ci il noyabrın 27-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Vinsan BerjeNikolas Bratza
YuriskonsultSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir:
(a) hakim Nikolas Bratzanın xüsusi rəyi;
(b) hakimlər Kristos Rozakis, Din Şpilmann, İneta Zimele və Mariyana Lazarova Trayakovskanın birgə xüsusi rəyləri;
(c) hakimlər Vladimiro Zaqrebelski, Xosep Kasadeval və Riza Türmenin birgə xüsusi rəyləri.
N.B.
V.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy