© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Salduz Türkiyəyə qarşı [Böyük Palata] (Salduz v. Turkey [GC]), ərizə № 36391/02
27.11.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 3-cü bəndinin "c" yarımbəndi
Müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququ
Vəkillə görüşməsinə imkan yaradılmayan yetkinlik yaşına çatmayan şəxsin polisə etirafının sübut kimi istifadə olunması: pozuntu baş verib
Faktlar – Bu işdə araşdırılan dövrdə Türkiyə qanunvericiliyi cinayət törətməkdə şübhəli bilinən şəxslərə həbsə alındıqları andan vəkilin yardımından istifadə etmək hüququ verirdi, yalnız dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olan cinayətlər istisna təşkil edirdi. Yetkinlik yaşına çatmayan ərizəçi qanunsuz təşkilata kömək etməkdə və cinayətlərin törədilməsinə təhrikçilikdə şübhəli bilindiyinə görə həbsə alınmışdı, bu cür işlərə baxılması isə dövlət təhlükəsizliyi məhkəmələrinin səlahiyyətinə aid idi. O, vəkilin iştirakı olmadan polisə ifadə verərək qanunsuz nümayişdə iştirak etdiyini və plakatdakı şüarı yazdığını etiraf etmişdi. Sonradan prokurorun və işi araşdıran hakimin qarşısında ərizəçi etirafından imtina edərək bildirdi ki, bu etiraf ondan təzyiq altında alınıb. İşi araşdıran hakim onun məhkəməyəqədər həbsdə saxlanılması barədə qərar qəbul etdi və bundan sonra vəkil onun yanına buraxıldı. O, məhkəmədə ifadəsindən imtina etdi, amma dövlət təhlükəsizliyi məhkəməsi onun polisə etirafını etibarlı sübut kimi qəbul etdi və onu təqsirkar hesab etdi. Ərizəçi 30 ay müddətinə azadlıqdan məhrum edildi.
26 aprel 2007-ci il tarixli qərarında Avropa Məhkəməsinin Palatası bu qənaətə gəldi ki, polis tərəfindən həbsdə saxlanılarkən vəkil yardımı ilə təmin edilməməsi ərizəçinin işi üzrə məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirməyib.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun kifayət qədər praktiki və səmərəli olması üçün vəkilin yardımı, bir qayda olaraq, şübhəli şəxs polis tərəfindən ilk dəfə dindirilərkən təmin edilməlidir, bu hüququn məhdudlaşdırılmasına yol verə bilən xüsusi halların mövcudluğu istisna təşkil edir və bu cür halların mövcudluğu sübut edilməlidir. Hətta hüququn məhdudlaşdırılmasına əsas verən səbəblər olsa belə, onlar bu işdə olduğu kimi ərizəçinin hüquqlarına hüquqa zidd təsir göstərməməlidir, belə ki, vəkilin iştirakı olmadan dindirmə zamanı ərizəçinin polisə verdiyi etiraf xarakterli ifadə onun məhkum edilməsi üçün sübut qismində qəbul edilib. Hazırkı işdə ərizəçinin vəkillə görüşməsinə icazə verməkdən imtina üçün gətirilmiş əsas, yəni ərizəçinin ittiham edildiyi cinayətlərin dövlət təhlükəsizliyi məhkəmələrinin yurisdiksiyasına aid olması 6-cı maddənin tələblərinə cavab vermir. Üstəlik, dövlət təhlükəsizliyi məhkəməsi ərizəçinin polisə etirafından ərizəçinin məhkum edilməsi üçün əsas sübut kimi qəbul etmişdi, halbuki ərizəçi bu etirafın həqiqətə uyğunluğunu təkzib etmişdi. Nə sonradan vəkilin göstərdiyi yardım, nə məhkəmə araşdırmasının çəkişmə xarakteri ərizəçi polis tərəfindən həbsdə saxlanılarkən baş vermiş qüsurları düzəldə bilməzdi. Həmçinin ərizəçinin yaşı da mühüm amil idi. Çoxsaylı beynəlxalq hüquq materialları göstərir ki, yetkinlik yaşına çatmayan şəxs polis tərəfindən həbsdə saxlanılarkən vəkillə görüşməsinə imkan yaradılması mühüm əhəmiyyət daşıyır. Beləliklə, hətta fərz etsək ki, ərizəçi onun əleyhinə toplanmış sübutlara məhkəmə araşdırmasında və sonradan apellyasiya icraatında etiraz etmək imkanına malik idi, polis tərəfindən həbsdə saxlanılarkən vəkillə təmin edilməməsi onun müdafiə hüququna sonradan düzəldilməsi mümkün olmayan ziyan yetirmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 2.000 avro təyin edildi. Avropa Məhkəməsi bildirdi ki, məqsədəuyğun kompensasiya forması ərizəçinin işinə ölkədaxili səviyyədə yenidən baxılmasıdır.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy