© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
S.A.S. FRANSAYA q.
(Ərizə no 43835/11)
QƏRAR
(Çıxarışlar)
STRAZBURQ
1 iyul 2014
Bu qərar qətidir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
S.A.S. Fransaya q. işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası:
Dean Spielmann, sədr,
Josep Casadevall,
Guido Raimondi,
Ineta Ziemele,
Mark Villiger,
Boštjan M. Zupančič,
Elisabeth Steiner,
Khanlar Hajiyev,
Mirjana Lazarova Trajkovska,
Ledi Bianku,
Ganna Yudkivska,
Angelika Nußberger,
Erik Møse,
André Potocki,
Paul Lemmens,
Helena Jäderblom,
Aleš Pejchal, hakimlər,
və Məhkəmə Katibi Erik Friberghdən ibarət tərkibdə,
27 noyabr 2013 və 5 iyun 2014-cü il tarixlərində məşvərət keçirərək,
Son tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. Iş Fransa Respublikası vətəndaşı (« ərizəçi ») tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən bu Dövlətə qarşı 11 aprel 2011-ci il tarixli ərizə (no 43835/11) ilə başlamışdır. Əvvəl Beşinci Seksiyanın, sonradan isə Böyük Palatanın Sədri ərizəçinin kimliyinin göstərilməməsi barədəki müraciətini qəbul etmişdir (Məhkəmə Reqlamentinin 47-ci maddəsinin 3-cü bəndi).
2. Ərizəçi Məhkəmə qarşısından Birminghamdan solicitor olan C. Sanjeev Sharma, barristerlər C. Ramby de Mello və Tony Muman və Londondan barrister Satvinder Singh Juss tərəfindən təmsil olunmuşdur. Fransız Hökuməti (« Hökumət ») öz nümayəndəsi, əvvəl Xarici İşlər Nazirliyi Hüquq Departamentindən Xanım Edwige Belliard, sonradan, 2004-cü ilin mayından C. François Alabrune tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi şikayət edir ki, 11 oktyabr 2010-cu il tarixli 2010-1192 saylı qanunun ictimai yerlərdə üzü örtən geyimə qadağa qoyması onu, ictimai yerlərdə bütöv örtük taxmaq imkanından məhkrum edir. O, Konvensiyanın 3, 8, 9, 10 və 11-ci maddələrinin ayrılıqda və Konvensiyanın 14-cü maddəsi ilə birgə götürülməklə pozuntusundan şikayət edir.
4. Ərizə Məhkəmənin Beşinci Seksiyasına həvalə edilmişdir (Məhkəmə Reqlamentinin 52-ci maddəsinin 1-ci bəndi). 1 fevral 2012-ci ildə ərizə Hökumətə kommunikasiya edilmişdir.
5. 28 may 2013-cü ildə, beşinci Seksiyanın sədr Mark Villiger və hakimlər Angelika Nußberger, Boštjan M. Zupančič, Ganna Yudkivska, André Potocki, Paul Lemmens və Aleš Pejchal və seksiya katibi Claudia Westerdiekdən ibarət tərkibi öz səlahiyyətindən Böyük Palata xeyrinə imtina etmiş və tərəflərdən heç biri buna etiraz etməmişdir (Konvensiyanın 30-cu və Məhkəmə Reqlamentinin 72-ci maddələri).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci maddələri və Məhkəmə Reqlamentinin 24-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir.
7. Həm ərizəçi, həm də Hökumət, işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı təqdimatlarını göndərmişlər.
8. Amnesty International, Liberty, Open Society Justice Initiative və MADDƏ 19 kimi QHT-lərə və Gand Universiteti İnsan Hüquqları Mərkəzi və Belçika Hökumətinə yazılı prosesdə iştirak etməyə icazə verilmişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü maddəsinin 3-cü bəndi). Belçika Hökumətinə şifahi prosesdə iştirak etmək icazəsi də verilmişdir.
9. 27 noyabr 2013-cü il tarixdə Strazburqda İnsan Hüquqları Sarayında məhkəmə iclası keçirilmişdir (Məhkəmə Reqlamentinin 59-cü maddəsinin 3-cü bəndi).
İştirak etmişlər:
– Cavabdeh Hökumət adından
Xanım Edwige Belliard, Xarici İşlər Nazirliyi, Hüquq Departamentinin Sədri, agent,
Xanım Nathalie Ancel, Xarici İşlər Nazirliyi, İnsan Hüquqları Şöbəsinin müdiri, həmagent,
M. Sylvain Fournel, Xarici İşlər Nazirliyi, İnsan Hüquqları Şöbəsində redaktor,
M. Rodolphe Feral, Xarici İşlər Nazirliyi, İnsan Hüquqları Şöbəsində redaktor,
Xanım Patricia Rouault-Chalier, Ədliyyə Nazirliyi, Ümumi Hüquqi Məsələlər və Məhkəmə Prosesləri Departamentinin Sədri,
M. Eric Dumand, Daxili İşlər Nazirliyi, Avropa, Beynəlxalq və İnstitutsional Hüquq və Proses Bürosunun Rəhbəri, məsləhətçilər.
– ərizəçi adından
C. Ramby De Mello,
C. Tony Muman,
C. Satvinder Singh Juss ,müşavirlər,
C. Eirik Bjorge,
Xanım Anastasia Vakulenko,
Xanım Stéphanie Berry,məsləhətçilər.
– Belçika Hökuməti adından
Xanım Isabelle Niedlispacher,həmagent.
Məhkəmə Xanım Belliard, Cənab de Mello et Mumanın bəyanatlarını və Xanım Niedlispacher, eləcə də Xanım Belliard və C. de Mellonun hakimlərin sualalrına verdikləri cavabları dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
10. Ərizəçi 1990-cı ildə anadan olmuş Fransa vətəndaşıdır və Fransada yaşayır.
11. Dindar müsəlman olduğunu deyən ərizəçi, inamı, mədəniyyəti və şəxsi inancına uyğun olaraq yaşamaq üçün burqa və niqab geyindiyini bildirir. O dəqiqləşdirir ki, burqa bədəni tamamilə örtən və üz hissədə tor kimi parçadan ibarət bir geyim, niqab isə gözlər istisna olmaqla üzü örtən örtükdür. O vurğulayır ki, nə əri, nə də ailəsinin başqa üzvü ona belə geyinməsi üçün təzyiq etməmişdir.
12. O əlavə edir ki, o həm özəl həyatında, həm də ictimai yerlərdə müntəzəm olmasa da niqab taxır; belə ki, məsələn, həkimin konsultasiyasında olanda və ya dostları ilə görüşəndə və ya kimləsə tanış olmaq istəyəndə niqab taxmaya bilər. Beləliklə, ərizəçi ictimai yerlərdə bəzən niqab taxmamağı qəbul edir, lakin istədiyi zaman, xüsusilə dini hisslərinin bunu diktə etdiyi zaman onları geyinmək imkanı olmasını arzulayır. Dinini və şəxsi inancını, mədəniyyətini ifadə etmək üçün niqabı ictimai yerlərdə taxmaq istədiyi zamanlarda (məs. Ramazan kimi dini hadisələr zamanı) onun məqsədi kimisə narahat etmək deyil, özü ilə sülhdə olmaqdır.
13. Ərizəçi dəqiqləşdirir ki, təhlükəsizlik yoxlamaları zamanı, banka getidiyi zaman və ya təyyarəyə mindiyi zaman niqabda olmaq imkanı istəmir və kimlik yoxlaması zamanı üzünü açmağa razıdır.
14. 11 aprel 2011-ci ildə, 11 oktyabr 2010-cu il tarixli 2010-1192 saylı qanunun Fransa Respublikası ərazisində qüvvəyə mindiyi tarixdən etibarən ictimai yerlərdə üzünü örtmək qadağandır.
(...)
HÜQUQİ MƏSƏLƏLƏR
(...)
IV. KONVENSIYANIN 8, 9 VƏ 10-CU MADDƏLƏRİNİN AYRILIQDA VƏ YA KONVENSİYANIN 14-CÜ MADDƏSİLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ İDDİA OLUNAN POZUNTUSU
74. Ərizəçi eyni səbəblərlə, özəl həyata hörmət hüququnun, din və inanclarını nümayiş etdirmək hüququnun, fikri ifadə azadlığı hüququnun pozulduğunu və bu hüquqların istifadəsində ayrı-seçkiliyə məruz qaldığını iddia edir. O, ayrılıqda və ya 14-cü maddə ilə birgə götürülməklə Konvensiyanın 8, 9 və 10-cu maddələrinə istinad edir. Bu müddəalarda deyilir :
Maddə 8
« 1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. »
Maddə 9
« 1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. »
Maddə 10
« 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. »
(...)
B. Mahiyyəti üzrə
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
76. Ərizəçi bildirir ki, Pakistanda anadan olmuş və ailəsi, qadınların ictimai yerlərdə bütöv örtük örtəməsinin adət olduğu sunni mədəni ənənələrinə malikdir. O hesab edir ki, maddə 9 ilə təminat verilən hüquqlarının istifadəsinə müdaxiləyə məruz qalır : müsəlman qadınlarına ictimai yerlərdə bütöv örtük taxmağı qadağan edən 11 oktyabr 2010-cu il qanunu ona öz inancını ictimai yerlərdə nümayiş etdirməyə, onu yaşamağa və ona riayət etməyə mane olur. O əlavə edir ki, bu müdaxilə « qanunla nəzərdə tutulmuş » olsa da, bu müddəanın ikinci paraqrafında sadalanan heç bir legitim məqsədə uyğun deyildir və « demokratik cəmiyyətdə» « zəruri » deyildir.
77. Ərizəçi ilk olaraq hesab edir ki, bu müdaxilənin « ictimai təhlükəsizlik » məqsədi daşıdığını iddia etmək olmaz, çünki aeroport kimi hər hansı yüksək təhlükənin mövcud olduğu yerlərdə konkret təhlükəsizlik ehtiyacına cavab vermək üçün nəzərdə tutulan tədbirdən deyil, bütün ictimai məkanı əhatə edən ümumi qadağadan söhbət gedir. Hökumətin bu tədbirin, üzün qarşılıqlı olaraq göstərilməsinin fransız cəmiyyətində fundamental məsələ olmasına görə, cəmiyyət həyatının münimum tələblərinə hörmət məqsədi daşıması barədəki fikrinə gəlincə, ərizəçi etiraz edərək bildirir ki, bu fikir, bu fəlsəfəyə mənsub olmayan azlıqların mədəni təcrübələrini və vizual ünsiyyətdən başqa ünsiyyət formalarının da mövcud olması faktını nəzərə almır və bütün hallarda bunun ictimai yerdə üzünü örtməyə mane olmaq üçün cinayət sanksiyalarını tətbiq olunması ilə əlaqəsi yoxdur. O digər tərəfdən hesab edir ki, Hökumətin, qadınların üzünün örtməsinin kişilər və qadınlar arasında bərabərlik prinsipinə uyğun olmaması barədəki arqumenti sadəlövhdür. O iddia edir ki, bu məsələ ilə bağlı bir feminist tezisə görə, üz örtüyü, çox zaman qadınların emansipasiyasını, onların özlərini təsdiqini, cəmiyyətin həyatında iştirakını əks etdirir. Onun özünə gəlincə, hər hansə kişiyə xoş olsun deyə deyil, özü üçün və vicdanına tabe olmaq üçün baş örtüyü taxır. Daha sonra, örtüyün, həmin qadınların insan olaraq ictimai yerlərdə mövcud olmasından imtina demək olduğunu iddia etmək olmaz, çünki adətən, azad və hər hansı proselitizmdən kənar bir seçimdən söhbət gedir. O əlavə edir ki, çoxsaylı müsəlman əhalisi olan digər üzv Dövlətlər ictimai yerlərdə bütöv örtük taxılmasını qadağan etmir. O bundan əlavə, cinslərin bərabərliyi barədə abstrakt bir ideyanın, üzlərini örtmək qərarı verən qadınların şəxsi seçiminə qarşı olmasını ironik hesab edir və bu qadınlara sanksiyalar tətbiq olunması mübarizə aparıldığı iddia olunan bərabərsizliyi daha da artırır. Nəhayət, o hesab edir ki, qadağanın « insanların ləyaqətinə hörmət » legitim məqsədi daşımasını iddia etmək, abstrakt, stereotip və örtünmüş qadının «silinmiş » olması barədə maçist məntiqin məhsuludur.
78. « Zərurilik »lə bağlı ərizəçi bildirir ki, həqiqətən azad olan bir cəmiyyət inancların, zövqlərin, adət və davranışların böyük müxtəlifliyini qəbul edən cəmiyyətdir və Dövlətlər dini inancların həqiqiliyi barədə qərar verə bilməz. Onun fikrincə, ictimai yerlərdə bütöv örtüyün qadağan edilməsi və cəzalandırılması sekta mesajı verir və həmin qadınların sosiallaşmasına maneə təşkil edir. O bildirir ki, İnsan Hüquqları Komitəsi, 28 saylı ümumi müşahidəsində bildirmişdir ki, qadınların ictimai yerlərdə geyinə biləcəyi geyimləri tənzimləmək kişi və qadınlar arasında hüquq bərabərliyi prinsipinə ziyan vurur. Komitə yuxarıda istinad edilən Raihon Hudoyberganova Ozbəkistana qarşı qərarında bildirir ki, öz dinini nümayiş etdirmək hüququ ictimaiyyətdə öz inancına və dininə uyğun geyim geyinmək hüququnu da əhatə edir. O bundan əlavə vurğulayır ki, 11 oktyabr 2010-cu il qanunu demək olar ki, yekdilliklə qəbul olunsa da, yuxarıda istinad edilən Dudgeon, Norris və Modinos qərarlardan görünür ki, bir tədbir geniş siyasi dəstəyə malik olsa da, « demokratik cəmiyyətdə» « zəruri » olmaya bilər.
Digər tərəfdən, daşınılan məqsədin legitim olmasını fərz etsək belə, əgər məqsədə daha az məhdudlaşdırıcı vasitələrlə çatıla bilinərsə, mübahisələndirilən qadağa bu şərtə uyğun ola bilməz. Belə ki, ictimai təhlükəsizlik tələbinə cavab vermək üçün, Məhkəmə tərəfindən araşdırılan Phull c. France (qərardad) (no 35753/03, ECHR 2005‑I) və El Morsli c. France (qərardad) (no 15585/06, 4 mart 2008) işlərindəki kimi yüksək təhlükə yerlərində kimlik yoxlaması həyata keçirilməsi kifayət edərdi. İnsanların ləyaqətinə hörmətin təmin edilməsi istəyinə gəlincə, bu, cəmiyyətin örtük taxılmasını istəməyən üzvləri və ərizəçi kimi öz inanclarına əks hərəkət etmək, evdə qalmaq və ya qanunu pozmaq arasında seçim etməyə məcbur olan örtünən qadınların toqquşan maraqlarının tarazlaşdırmasını istisna etmir. Belə ki, ikincilərin hüquqları, birincilərinkindən daha ciddi şəkildə təsirlənir. Ərizəçinin fikrincə, Hökumətin etdiyi kimi, onları məcbur edənlər barədə məlumat verməkdən çəkinəcəyi və bu məcburiyyətin geniş yayılması səbəbilə, hər hansı şəxsi örtünməyə məcbur edən şəxsi cəzalandırmaqla yanaşı, öz seçimi ilə örtünənləri də cəzalandırmağın vacibliyini iddia etmək, örtünməyi özləri seçən qadınların halını və motivasiyasını nəzərə almamaq və beləliklə, mütənasiblik axtarışlarından vaz keçmək deməkdir. Paternalist yanaşmadan daha çox bu, patriarxat təzyiqlərdən qoruduğunu iddia etdiyi qadınları cəzalandırmaq niyyətidir. Nəhayət, ərizəçi Hökumətin Fransada öz seçiminə görə geyinmək azadlığının geniş olmaqda qalması və qadağanın ictimaiyyətət açıq olan ibadət yerlərinə aid olmadığı barədəki fikirlərini əhəmiyyətsiz hesab edir. Belə ki, ondan üzünü örtməyi tələb edən elə dini inancıdır və öz inancını nümayiş etdirmək yalnız ibadət yerlərinə aid deyildir və ictimai yerlərdə də həyata keçirilə bilməlidir.
79. Ərizəçinin fikrincə, 11 oktyabr 2010-cu il qanununun onun ictimai yerlərdə bütöv örtük geyinməsinə qadağası həm də, Konvensiyanın 8-ci maddəsinin təminat verdiyi özəl həyata hörmət hüququnu pozur. Onun şəxsi həyatının pozuntusu üç səbəbdən baş vermişdir. Birincisi, ona görə ki, bütöv örtük geyinilməsi onun sosio-mədəni kimliyin bir hissəsidir. İkincisi ona görə ki, Məhkəmənin Von Hannover c. Allemagne (no 59320/00, §§ 50 və 69, CEDH 2004‑VI) qərarında deyildiyi kimi, bir fərdlə üçüncü şəxslər arasında, hətta ictimai kontekstdə belə mövcud olan qarşılıqlı təsir zonası şəxsi həyata aiddir və maddə 8-in məqsədləri üçün şəxsi həyatın müdafiəsi yaxın ailə çevrəsindən daha genişdir və sosial ölçülərə malikdir. Üçüncüsü, ona görə ki, o evdən bütöv örtük geyinərək çıxdığına görə, problemlərlə üzləşəcək və cinayət sanksiyasına məruz qala bilər. Belə ki, « həbsdə imiş kimi » evdən çıxanda örtüyünü çıxardığına və yalnız evdə olanda taxa bildiyinə görə, o, « Jekyll və Hyde kimliyi» adaptə etməyə məcbur olmuşdur.
Daha sonra, Konvensiyanın 9-cu maddəsi ilə bağlı fikirlərinə istinad edərək, ərizəçi iddia edir ki, bu müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində sadalanan legitim məqsədlərdın heç birini daşımır. O əlavə edir ki, onlardan hər hansı birirnin olduğunu qəbul etmək fərz olunsa belə, bu müdaxilə demokratik cəmiyyətdə zəruri hesab edilə bilməz, çünki maddə 8-in ikinci bəndinin tələbləri, bu mənada maddə 9-un ikinci bəndindəki tələblərdən daha sərtdir.
80. Ərizəçi bundan əlavə iddia edir ki, şübhəsiz ki, burqanı nişan alan ictimai yerlərdə üzü örtən geyimə qadağa, Konvensiyanın 14-cü maddəsinə zidd, cinsi, dini və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkilikdir və ərizəçi kimi bütöv islam örtüyü taxan müsəlman qadınlarını hədəf alır. Onun fikrincə, inanclarının bütöv örtük geyinilməsini tələb edən müsəlman qadınlar ilə digər müsəlman qadınlar, eləcə də müsəlman kişilər arasında dolayı ayrı-seçkilikdən söhbət gedir. Qanunda nəzərdə tutulan istisnaya görə, qadağa « artistik və ya ənənəvi bayram və hadisələr » daxilindəki geyimlərə tətbiq olunmur və bu da xristian çoxluğun xeyrinə ayrı-seçkilikdir: bu istisna xristianlara xristian bayram və qutlamaları (katolik dini prosessiyaları, karnavallar və Noel Ata kimi rituallar) zamanı ictimai yerlərdə üzlərini örtməyə icazə verir. Hərçənd ki, ictimai yerlərdə bütöv örtük geyinmək istəyən müsəlman qadınlar Ramazan ayı müddətində də qadağanın təsiri altında qalırlar.
b) Hökumət
81. Hökumət qəbul edir ki, ümumi şəkildə formülə edilsə də, 11 oktyabr 2010-cu il qanunu ilə nəzərdə tutulmuş qadağa, Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndi mənasında dinini və inanclarını nümayiş etdirmək azadlığına « məhdudlaşma » hesab edilə bilər. Bununla belə o hesab edir ki, bu məhdudlaşma legitim məqsədlər daşıyırdı və onlara çatmaq üçün demokratik cəmiyyətdə zəruri idi.
82. Hökumətin fikrincə, bu məqsədlərdən birincisi, « ictimai təhlükəsizlik » idi : qadağa, şəxslərin və onlaırn əmlaklarının təhlükəsizliyinə qəsdlərin qarşısının alınması üçün hər bir fərdin kimliyini müəyyən etmək və kimlik saxtakarlığına qarşı mübarizə ehtiyacına cavab veriridi. İkinci məqsəd « başqalarının hüquq və azadlıqlarının müdafiəsi »dir. Söhbət « demokratik və açıq cəmiyyətin dəyərlərinin minimum bazasına hörmət »in təmin olunmasından gedir. Hökumət bununla bağlı üç dəyərə istinad edir. İlk olaraq, cəmiyyət həyatının minimum tələblərinə riayət olunmasından gedir. Hökumətin fikrincə, üz insanların qarşılıqlı münasibətlərində əhəmiyyətli rol oynayır: fərdin unikal mövcudiyyəti və həmsöhbəti ilə həm insanlığının, həm də fərqliliyinin paylaşması, bədənin başqa hissələrindən daha çox üzü ilə ifadə olunur. İctimai yerlərdə sifətin örtürməlisinin təsiri sosial bağı qıra və « birgə yaşamaq »dan imtinanı nümayiş etdirə bilər. Daha sonra, söhbət kişilər və qadınlar arasındakı bərabərlikdən gedir, çünki qadınların yalnız qadın olduqları üçün ictimai yerlərdə üzlərini örtməli olduğunu hesab etmək, onların fərd olaraq mövcud olmalarını danmaq və fərdiliklərinin ifadə edilməsini ancaq xüsusi ailə və ya eksklüziv olaraq qadınların olduğu məkana saxlamaq deməkdir. Nəhayət, söhbət insan ləyaqətinə hörmət prinsipindən gedir. Belə ki, belə geyinmiş qadınlar necə deyərlər, ictimai məkandan « silinmiş » olurlar. Hökumətin fikrincə, belə bir silinmə istənilən və ya məqruz qalınan olmasından asılı olmayaraq, insanlıqdan çıxarandır və insan varlığının ləyaqətinə uyğun hesab edilə bilməz.
Kişilər və qadınlar arasında bərabərlik məsələsinə gəlincə, Hökumət hesab edir ki, ərizəçinin bütöv örtüyün, çox zaman onu geyinən qadının emansipasiyasını, onların özünü təsdiqini və cəmiyyətdə iştirakını nümayiş etdiyi barədəki bəyanatları çox təəccüblüdür. Hökumət elan edir ki, ərizəçinin və müdaxilə edən QHT-lərin bu təcrübənin həddindən artıq pozitiv təsvir etməsinə qatılmır. O digər tərəfdən elan edir ki, üçüncü müdaxilə edən tərəflərdən ikisinin hazırladığı araşdırmalardan xəbəri vardır. Bu araşdırmalardan belə çıxır ki, bütöv örtük geyinən qadınlar bu geyimi heç bir məcburiyyət olmadan edirlər və bu təcrübədən yalnız əhalinin qarşı gəlməsi səbəbilə əl çəkirlər. Bununla belə, Hökumət bildirir ki, bu araşdırma « qar topası » metoduna əsasən seçilən çox kiçik bir qrup qadın arasında aparılmışdır (bir halda iyirmi yeddi, o biri halda otuz iki). Bu metod az etibarlıdır, çünki bu metod araşdırma predmetinə uyğun olan şəxsləri, sonar da onlar vasitəsilə digər şəxsləri müəyyən edir və beləliklə, eyni nəzər nöqtəsinə malik şəxləri seçir. Hökumət bundan belə nəticə çıxarır ki, bu hesabatlar həqiqətin yalnız bir hissəsini əks etdirir və onların elmi uyğunluğu ilə bağlı ehtiyatli olmaq lazımdır.
83. Məhdudlaşdırmanın zəruriliyi və mütənasibliyi ilə bağlı Hökumət bildirir ki, 11 oktyabr 2010-cu il qanunu, vətəndaş cəmiyyətini də ehtiva edən geniş demokratik müzakirələrdən sonra, həm Senatda, həm də Milli Məclisdə səsverənlər tərəfindən yekdilliklə (bir səs az olmaqla) qəbul edilmişdir. O vurğulayır ki, bu qadağa həddindən artıq məhdud dairəlidir və yalnız üzün örtülməsi qadağandır və motivin nə olmasından asılı olmayaraq hər kəs yalnız bu yeganə şərtlə ictimai yerlərdə öz inancını ifadə edən geyim geyinə bilər. O əlavə edir ki, bu qadağa onun qəbul edilməsinə səbəb olan prinsiplərin müdafiəsi üçün zəruridir. O bununla bağlı bildirir ki, başqasını üzünü örtməyə məcbur edən şəxsləri cəzalandırmaqla kifayətlənmək səmərəli olmazdı, çünki məcbur edilən şəxslər bu adamlar barədə xəbər verməyə tərəddüd edə bilərlər və geniş yayılmış məcburiyyətdən söhbət gedə bilər. O daha sonra xatırladır ki, Məhkəmə fərdi maraqlarla ictimai maraqlar arasında tarazlıq axtarışında və ya fərdi maraqların Konvensiya ilə qorunan digər hüquqlarla toqquşması zamanı Dövlətlərə geniş mülahizə səlahiyyəti tanıyır (Hökumət bununla bağlı Evans c. Royaume-Uni [BP] ; no 6339/05, § 77, CEDH 2007‑I işinə istinad edir). Hökumət bundan əlavə hesab edir ki, qadağanın nəzərdə tutduğu sanksiyalar yüngüldür: 150 Avro cərimə və ya vətəntaşlıq stajı. O əlavə edir ki, həm Konstitusiya Şurası, həm də Kassasiya Məhkəməsi, qanunun « zəruri » xarakterini tanımışlar.
84. Konvensiyanın 8-ci maddəsinə gəlincə, Hökumət bu müddəanın tətbiq olunmasına inanmır, çünki üzü örtməyə qadağa yalnız ictimai yerlərdə qüvvədədir və şəxsin fiziki bütövlüyü və ya intim həyatından söhbət getdiyi iddia oluna bilməz. Ərizəçinin arqumentlərinin əsasən öz inancını və ya dinini nümayiş etdirmək ilə, deməli, maddə 9 ilə əlaqəli olduğunu vurğulayan Hökumət bu məsələ ilə bağlı müdaxilənin əsaslandırılması və onun mütənasib xarakteri haqqındakı arqumentlərinə istinad edir.
85. Nəhayət, Hökumət ərizəçini «cinsinə görə ayrı-seçkiliyə məruz qaldığını iddia etməsini həddindən artıq qəbuledilməz » sayır, çünki mübahisələndirilən qanunun əsas məqsədlərindən biri, qadının bütöv örtük geyinilməsi yolu ilə ictimai məkandan silinməsinin təşkil etdiyi bu tip ayrı-seçkiliyə qarşı mübarizədir. O hesab edir ki, qanunun müsəlman qadınların müti olması haqqındakı stereotipə əsaslanması barədəki iddia əsassız və gülüncdür. Bir tərəfdən ona görə ki, müsəlman qadınları hədəf almır. Digər tərəfdən, burqa və niqab taxılması ilə əks olunan sosial silinmə «sosial mövcudiyyət barədəki iddialarla uyğun » deyildir. Belə ki, Hökumətin fikrincə, Konvensiyanın 14-cü maddəsindən özünü ayrı-seçkilik vəziyyətinəs almaq hüququ çıxarıla bilməz. Qanunun nəticələrindən birinin həmin qadınların ictimai yerlərə çıxmaqdan vaz keçirməsi və onları evlərinə təhkim etməsi barədəki iddiaya gəlincə, bu iddia hazırki iş üzrə xüususilə yersizdir, çünki ərizəçi bütöv örtüyü könüllü və təsadüfi şəkildə taxdığını bildirir.
Hökumət əlavə edir ki, qanun müsəlman qadınlara qarşı ayrı-seçkilik salmır. O bununla bağlı bildirir ki, bütöv örtük təcrübəsi Fransada yeni və geniş yayılmamış bir məsələdir və əhəmiyyətli müsəlman şəxsiyyətlər tərəfindən dəfələrlə tənqid edilmişdir. Hökumət daha sonra bildirir ki, qadağa, üzü örtməyin motivinin dini və ya qeyri-dini olmasından və həmin şəxsin cinsindən asılı olmayaraq tətbiq olunur. Nəhayət o vurğulayır ki, dini və ya qeyri-dini inanclarına əsaslanaraq müəyyən davranışlar etmək istəyən müəyyən şəxslərin, bunu qanunun qadağa qoyması səbəbilə edə bilməməsi faktı, öz-özlüyündə ayrı-seçkilik sayıla bilməz, çünki qadağa ağlabatan əsaslara söykənir və daşınılan məqsədə mütənasibdir. O, bununla bağlı əvvəlki fikirlərinə istinad edir.
2. Üçüncü müdaxilə edən tərəflərin arqumentləri
a) Belçika Hökuməti
86. Müdaxilə edən Hökumət iddia edir ki, bütöv örtük geyinilməsi Quranın tələbi deyil, ərəb yarımadasındakı bir azlığın adətidir.
87. O əlavə olaraq bildirir ki, Belçikada « üzü tamamilə və ya əsasən örtən geyim »in qadağan edilməsi barədə qanun 1 iyun 2011-ci ildə qəbul edilmiş və 23 iyul 2011-ci ildə qüvvəyə minmişdir. O dəqiqləşdirir ki, Belçika Konstitusiya Məhkəməsi 6 dekabr 2012-ci ildə qanunun Konstitusiyaya uyğunluğu barədəki iki müraciəti – ibadət yerləri ilə bağlı qeydi-şərt etməklə - rədd etmiş və bildirmişdir ki, belə geyimlər təhlükəsizlik problemi yaradır, qadınların bərabərlik və ləyaqət hüququna maneədir və ən əsası, birgə yaşayış şərtlərini təhlükə altına qoyur. Hökumət hesab edir ki, fərdlər özlərinə fərdi və ya dini azadlıqlarını xeyrinə, ictimai yerlərdə üzlərini açmağı nə zaman qəbul etməyə qərar vermək hüququ verə bilməzlər, çünki ictimai təhlükəsizlik tələblərinin dəyərləndirilməsi yalnız dövlət orqanlara verilmiş səlahiyyətdir. O daha sonra qeyd edir ki, qadınların bərabərlik və ləyaqət hüququna hər iki tərəfdən istinad edilir və qəbul edir ki, bütöv örtük geyinilməsi heç də həmişə kişilərə tabeliyin ifadəsi deyildir. Bununla belə, o hesab edir ki, təcrid olunmaq hüququnun da sərhədləri vardır və cəmiyyətlərimizdə mövcud geyim kodları cəmiyyətin konsensusunun və fərdi azadlıqlar və cəmiyyət üzlərinin qarşılıqlı münasibətləri məcəllərinin kompromisinin məhsuludur və üzünü örtən geyim geyinmiş şəxs digərlərinə cəmiyyətdə aktiv iştirak etmək istəməməsi barədə mesaj verir və bu səbəblə, onun insani xarakteri itmiş olur. Onun fikrincə, demokratik cəmiyyətin fundamental dəyərlərindən biri odur ki, fərdlər arasında aktiv mübadilə mümkün olsun.
88. Müdaxilə edən Hökumət vurğuayır ki, Belçika qanunvericisinin məqsədi fərdin fəlsəfi, mədəni və ya dini bağları ilə birgə qiymətləndirən cəmiyyət modelini qorumaqdır və hamının inteqrasiyanı asanlaşdırmaq və bütün vətəndaşların demokratiya və kişilər və qadınlar arasında bərabərlik və ya Kilsə və Dövlətin ayrılması kimi fundamental dəyərlərin ümumi mirasını paylaşmasını təmin etməkdir. Hökumət Belçika Konstitusiya Məhkəməsinə istinad edir. Sonuncu hesab etmişdi ki, üzün örtülməsinin nəticəsi, insan üçün mühüm əhəmiyyət kəsb edən fərdiləşməkdən –hansı ki, əsasən üz vasitəsilə olur - məhrum etmək olmasına görə, ictimaiyyətin çıxışının olduğu yerlərdə, dini inancın ifadəsi olaraq belə üzü örtən geyimin qadağa olunması demokratik cəmiyyətdə təcili sosial ehtiyaca cavab verir. Hökumət əlavə edir ki, Belçika qanunvericisi ən yüngül cinayət sanksiyası (cərimə) seçmişdir. O yenidən Konstitusiya Məhkəsinin qərarına istinad edərək bildirir ki, bəzi qadınların üzləri bağlı olmadan çölə çıxmaqdansa evdə qalmaqları qanunun onlardan qeyri-legitim tələbi deyil, onların özlərinin seçimidir. Nəhayət, o hesab edir ki, Fransa və Belçika qanunları ayrı-seçkilik salmır, çünki spesifik olaraq bütöv örtüyü hədəf almır və kişi və ya qadın olmasından və dini və ya qeyri-dini motivlərlə hərəkət etməsindən asılı olmadan ictimai məkanda üzünü örtən geyimdə olan hər bir şəxsə tətbiq edilir.
b) Amnesty International Qeyri-Hökumət Təşkilatı
89. Müdaxilə edən təşkilat iddia edir ki, dini xarakterli geyim geyinmək hüququ Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktla qorunur, çünki bu sənəd düşüncə və vicdan azadlığı hüququnu və ifadə azadlığı hüququnu təmin edir. O əlavə edir ki, Paktda da Konvensiyanın 9 və 10-cu maddələrindəki istisnalara bənzər istisnalar nəzərdə tutulur. Təşkilat bildirir ki, beynəlxalq ümumi hüquq sənədlərin bənzər şəkildə şərhini tələb edir. O Məhkəməni İnsan Hüquqları üzrə Komitənin 22, 27 və 34 saylı ümumi müşahidələrini, eləcə də yurisprudensiyasını nəzərə almağa dəvət edir (...).
90. Müdaxilə edən təşkilat əlavə edir ki, ayrı-seçkiliyə məruz qalmamaq hüququ bütün beynəlxalq və regional insan hüquqları sənədləri ilə təmin olunur və onların harmonik şərhi lazımdır. Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və Qadınlara qarşı Ayrı-seçkiliyin bütün növlərinin ləğv olunması üzrə Konvensiyaya əsasən, Dövlətlərin ayrı-seçkilik yaradan davranışları aradan qaldırmaq üçün tədbirlər görmək öhdəliyi vardır. O, bundan əlavə, İnsan Hüquqları üzrə Komitənin 22 və 28 saylı ümumi müşahidələrinə istinad edir. Təşkilat bundan əlavə çarpaz ayrı-seçkilik təhlükəsi də vardır: qadınlar, cins faktoru ilə din kimi başqa faktorların kombinasiyası səbəbilə ayrı-seçkiliyin, qadınların müəəyyən kateqoriyasının stereotipləşməsilə əks olunan spesifik formasından əziyyət çəkə bilərlər. O vurğulayır ki, baş və üz örtükləri taxılmasının məhdudlaşdırması işləmək hüququna, təhsil hüququna, qanun qarşısında bərabərlik hüququna mənfi təsir edə və qısnama və zorakılığı təşviq edə bilər.
91. Müdaxilə edən təşkilata görə, müəyyən tip cür geyinən qadınların bunu məbur olduqlarına görə etdiklərini fərz etmək, seksist və ya cinsi stereotipdir və ayrı-seçkiliyə son qoymaq üçün daha nüanslı bir yanaşma lazımdır.
c) Article 19 Qeyri-Hökumət Təşkilatı
92. Müdaxilə edən təşkilat bildirir ki, dini geyimlər və simvolların taxılması ifadə azadlığı hüququ və din və düşüncə azadlığı hüququna aiddir. O, İnsan Hüquqları Komitəsinin 28 saylı ümumi müşahidəsinə istinad edir. Təşkilat həmçinin Komitənin Hudoyberganova Özbəkistana q. (yuxarıdakı istinad) işinə istinad edir. Bu işdə Komitə elan etmişdir ki, hər kəsin dinini nümayiş etdirmək hüququnun, ictimai yerlərdə dininə və ya inancına uyğun hesab etdiyi geyimləri və atributları geyinmək, taxmaq hüququnu da ehtiva edir və şəxsə dini geyimlər geyinməyə qadağa qoyulması Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın 18-ci maddəsinin pozuntusudur. Müdaxilə edən təşkilat eyni zamanda Komitənin, fikir və ifadə azadlığı barədə 34 saylı ümumi müşahidəsinə istinad edir. O əlavə edir ki, 2006-cı il tarixli hesabatında BMT-nin Xüsusi Məruzəçisi din və ya inanc azadlığı ilə bağlı dini simvol və geyimlərə məhdudiyyətin zəruriliyi və mütənasibliyi ilə əlaqədar istiqamətlər təklif etmişdir və belə bir dəyərləndirmə aparmalı olan inzibati orqan və məhkəmələrə aşağıdakı sualları verməyi rekomendasiya edir: haqqında söhbət gedən məhdudlaşdırma, qorumalı olduğu legitim marağa uyğundurmu, o ən az məhdudlaşdırıcı tədbirdirmi, toqquşan maraqlar tarazlaşdırılmışdırmı, tədbir dini dözümsüzlüyü tətikləyəcək xarakterlidirmi və xüsusi dini icmanın stiqmatizasiyasına mane olurmu?
93. Müdaxilə edən təşkilat daha sonra müşahidə edir ki, din və ya inanc azadlığı üzrə xüsusi məruzəçinin 2011-ci il müvəqqəti hesabatında qeyd etdiyi kimi, cinci mənsubiyyətinə görə ayrı-seçkiliyin qadağan olunması prinsipinə, tez-tez bütöv örtüyün qadağan olunması xeyrinə arqument kimi istinad edilir, halbuki belə qadağa, müsəlman qadınların diskriminasiyasına gətirib çıxarır. Onun fikrincə, bu tədbir əks təsir edə bilər, çünki həmin qadınların öz evlərində qalmalarına, ictimai həyatdan ixrac olmalarına və marjinallaşmasına, onların fiziki və söz zorakılığına məruz qalmasına səbəb ola bilər. Təşkilat qeyd edir ki, Avropa Şurası Parlament Assosiasiyası, xüsusilə, üzv Dövlətlərə ictimai yerlərdə örtüyə ümumi qadağa qoyulması yolunu seçməməyi məsləhət görmüşdür.
94. Müdaxilə edən təşkilata görə, ifadə azadlığı, fikir və din azadlığı, bərabər davranış və qeyri-diskriminasiya hüquqları ilə bağlı beynəlxalq standartlar ictima məkanda üzün bağlanmasının təmamilə qadağan olunmasına icazə vermir.
d) Gand Universiteti İnsan Hüquqları Mərkəzi
95. Müdaxilə edən tərəf vurğulayır ki, ictimai yerlərdə üzü örtməyi qadağan edən Fransa və Belçika qanunları, bütöv örtük taxan qadınların əksər hallarda bunu məcburiyyətdən etdikləri, bununla cəmiyyətin digər üzvləri ilə ünsiyyətə girməmək istəklərini ifadə etdiklərini və ictimai təhlükəsizlik üçün hədə təşkil etdikləri barədə fikirlərə əsaslanaraq qəbul edilmişdir. Lakin onun Belçikada bütöv örtük taxan və ya taxmış iyirmi yeddi qadın üzərində aparılmış araşdırmasına (E. Brems, Y. Janssens, K. Lecoyer, S. Ouald Chaib et V. Vandersteen, Wearing the Face Veil in Belgium: Views and Experiences of 27 Women Living in Belgium Concerning the Islamic Full Face Veil and the Belgian Ban on Face Covering), Fransada Open Society tərəfindən (bax : aşağıdakı 104-cü paraqraf) və Hollandiyada Professor A. Moors tərəfindən aparılan araşdırmalar bu fikrin yanlış olduğunu göstərir.
96. Müdaxilə edən tərəfin fikrincə, bu araşdırmalar göstərir ki, bu qadağa məqsədlərinə çatmağa imkan vermir: o, həmin qadınların evlərində qalmalarına gətirib çıxarır və bu, onları təcrid edir və onların sosial həyatına və muxtariyyətinə təsir edir və onlara qarşı aqressiyanı təşviq edir. O daha sonra hesab edir ki, qadağa qeyri-mütənasibdir, çünki ictimai məkan geniş şəkildə müəyyən edilmiş, ictimai təhlükəsizliklə bağlı problemlər, üzlərini göstərməklə şəxsiyyətlərinin müəyyən olunması barədə punktual bir öhdəliklə həll oluna bilər. Müasir cəmiyyətdə kommunikasiyanın çoxlu tipləri vardır və hər kəsin başqalarının üzünü görməsi vacib deyildir.
97. Müdaxilə edən tərəfin fikrincə, din azadlığına qeyri-mütənasib şəkildə pozuntu olmaqdan başqa, qadağa dini və cinsi mənsubiyyətə əsaslanan dolayı və çarpaz ayrı-seçkiliyə səbəb olur, stereotipləri möhkəmləndirir və bütöv örtük taxan qadınların xüsusi diqqətə ehtiyacı olan müdafiəsiz azlıq olduğunu unudur.
98. Nəhayət, müdaxilə edən tərəf Məhkəməni bu işə Avropanın çox ölkələrində islamofibiyanın yüksəlməsi işığında baxmağa dəvət edir. O hesab edir ki, ictimai yerlərdə üzü örtməyə qadağa barədə qanun qəbul edilməsi və tətbiq edilməsi bu qadınlara çox ziyan vurur, çünki qadağa bütöv islam örtüyü taxan qadınlara cəmləşən siyasi çıxışlarla müşayət olunur və bu da neqativ stereotipləri və islamafobiyanı möhkəmləndirir.
e) Liberty Qeyri-Hökumət Təşkilatı
99. Müdaxilə edən təşkilat müşahidə edir ki, 11 oktyabr 2010-cu il qanunu, neytral sözlərlə ifadə olunsa da, burqanı hədəf götürür, bütün ictimai yerlərə tətbiq olunur və qanunun təsir etdiyi qadınlar evlərində qalmaq və örütklərini çıxarmaq kimi iki çətin seçim qarşısında qalırlar. O xatırladır ki, Konvensiya ikinci dünya müharibəsi zamanı edilən vəhşiliklərə qarşı hazırlanır, yəhudilərə qarşı edilənlər din azadlığı hüququnu fundamental hüquqlar siyahısına daxil edilməsinə səbəb olmuşdur və ondan sonra da ən azından hissəvi olaraq din səbəbləri ilə insanlıq əleyhinə başqa cinayətlər də törədilmişdir. Təşkilat əlavə edir ki, din və irq arasında birbaşa bağ var.
100. Müdaxilə edən təşkilat daha sonra vurğulayır ki, qadınların ictimai məkanda geyiminin ümumi olaraq tənzimlənməsi çox sayda fundamental hüququlara əks ola bilməklə yanaşı, Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası kimi beynəlxalq və regional sənədlərin pozuntusuna səbəb olur. Konvensiya ilə bağlı, o hesab edir ki, maddə 8, 9, 10 və 14-dən söhbət gedir. Təşkilat hesab edir ki, qanun layihəsinin motivləri hissəsində qadağanı əsaslandırdığı göstərilən üç element inandırıcı deyildir. O digər tərəfdən bildirir ki, qadağa barədə qanun və onun ətrafındakı müzakirələr müsəlmanların stiqmatizasiyasını və onlara qarşı rasist yanaşmaları təşviq edir.
101. Nəticədə, müdaxilə edən təşkilat müşahidə edir ki, çox sayda feminist bütöv örtüyün qadınları alçaltdığını, ləyaqətlərinə mənfi təsir etdiyini və patriarxatın ifadəsi olduğunu hesab etsə də, bəziləri onu inancın ifadəsi kimi görür. Təşkilatın fikrincə, bu təzadı örtüyü taxmağa borclu hiss edən qadınları sanksiya qorxusu ilə evlərində qalmağa məcbur etməklə həll etmək olmaz; bu qadınları azad etmir və belə görünür ki, islamofobiyanı təşviq edir.
f) Open Society Justice Initiative Qeyri-Hökumət Təşkilatı
102. Müdaxilə edən təşkilat vurğulayır ki, bütöv örtüyün qadağan edilməsi Avropa Şurası daxilində də tənqid edilir və yalnız Fransa və Belçika bu tipli ümumi tədbir seçmişlər. O vurğulayır ki, Fransa və belçika qanunlarının mətnində neytrallıq olsa da, onların qəbulu prosesi göstərir ki,onlar spesifik olaraq niqab və burqanı hədəf alır.
103. Müdaxilə edən təşkilat daha sonra bildirir ki, fransız qanunun məqsədi ictimai təhlükəsizliyin müdafiəsi, kişilər və qadınlar arasında bərabərlik və dünyəvilikdir. O bununla bağlı iddia edir ki, ictimai qaydaya əsaslanan fikirlər söhbət din azadlığından getidiy zaman çox asanlıqla dözümsüzlüyü gizlədə bilər. Xüsusilə Palau-Martinez c. France (no 64927/01, § 43, CEDH 2003‑XII) işinə istinad edərək təşkilat əlavə edir ki, Dövlətlər bu anlayışa Konvensiyada təminat verilən hüquqların istifadəsinə müdaxiləni əsaslandırmaq üçün yalnız o zaman istinad edilə bilər ki, ictimai qaydaya konkret qəsd müəyyən edilsin. Kişi və qadınlar arasında bərabərliyin müdafiəsinə gəlincə, o qeyd edir ki, bu məqsəd, bütöv örtüyün məcburiyyətdən taxılması ideyasına əsaslanır və həmin qadınları əlverişsiz vəziyyətə salır. Halbuki qanunvericilik prosesisndə baxılan heç bir göstərici buna işarə etmir.
104. Müdaxilə edən təşkilat bundan əlavə, Fransada Open Society tərəfindən bütöv örtük taxan otuz iki qadınla bağlı 2011-ci illin aprelində nəşr edilmiş hesabata istinad edir (Unveiling the Truth ; Why 32 Muslim Women Wear the Full-Face Veil in France). Təşkilat bildirir ki, bu hesabatdan belə görünür ki, sorğuda iştirak edən qadınlar örütüyü məcburiyyətdən taxmırlar, çoxu bunu ailələrinin qarşı olmasina baxmayaraq edirlər, onlardan üçdə biri onu hər gün və ya daimi əsaslarla taxmır və əksəriyyəti aktiv sosial həyata malikdir. Hesabdan həmçinin o da görünür ki, qadağa bu qadınların narazılığına və müxtariyyətin itirilməsinə və onu müşayət edən ictimai müzakirələr ictimaiyyətin üzvlərinin bu qadınlara qarşı söz və fiziki aqresiyalarına səbəb olmuşdur. Müdaxilə edən təşkilat 2013-cü ilin sentyabrında hazırlanmış hesabatı təqdim edir. O bildirir ki, hesabatdan belə çıxır ki, həmin qadınların əksəriyyəti bütöv örtüyü taxmağa davam edir, çünki onların dini inanclarının ifadəsindən söhbət gedir. Təşkilat əlavə edir ki, bu hesabat qadağanın onların özəl və ailə həyatı üzərində mühüm təsirini əks etdirir. O bundan əlavə bildirir ki, hesabatda sorğuda iştirak edən qadınların hamısının şəxsi təhlükəsizliyinin qadağadan sonra pisləşdiyini bəyan etdikləri və ictimaiyyəti bütöv örtük taxan qadınlara qarşı hərəkət etməyə təşviq edən klimatın nəticəsi olaraq qısnama və fiziki aqressiyalar göstərilir.
105. Nəticədə, müdaxilə edən təşkilat iddia edir ki, ictimai yerlərdə bütöv örtüyün qadağa edilməsinə qarşı Avropa konsensusu mövcuddur. Təşkilat bundan əlavə təkidlə bildirir ki, tam qadağalar, daha az müdaxilə edən tədbirlərin mümkün olduğu zaman qeyri-mütənasib hesab edilir və ictimai qayda mülahizələri konkret olaraq əsaslandırılmalı, bərabərliyi təşviq edən tədbirlər obyektiv və ağlabatan şəkildə əsaslandırılmalı və dünyəviliyi təmin edən tədbirlər isə ciddi şəkildə zəruri olmalıdır.
3. Məhkəmənin dəyərləndirilməsi
a) Konvensiyanın 8 və 9-cu maddələrinin iddia olunan pozuntusu
106. İctimai yerlərdə üzünü örtən geyim geyinməyə qadağa, inancları səbəbilə bütöv örtük taxmaq istəyən qadınların özəl həyata hörmət hüququ (Konvensiyanın 8-ci maddəsi), eləcə də dini inanclarını nümayiş etdirmək hüququ (Konvensiyanın 9-cu maddəsi) ilə bağlı suallar yaradır.
107. Məhkəmə hesab edir ki, həm ictimai, həm də özəl yerlərdə malik olmaq istədiyi görünüşlə bağlı seçimlər, hər kəsin şəxsiyyətinin ifadəsidir və özəl həyata aiddir. Məhkəmə artıq saç düzümü seçimi ilə bağı bunu elan etmişdir (Popa c. Roumanie (qərardad), no 4233/09, 18 iyun 2013, §§ 32-33 ; bax, həmçinin Avropa İnsan Hüquqları Komissiyasının qərarı : Sutter c. Suisse, no 8209/78 1 mart 1979). O Komissiya kimi (bax: xüsusilə McFeeley et autres c. Royaume-Uni, no 8317/78, 15 may 1980, § 83, Décisions et rapports (DR) 20 və Kara c. Royaume-Uni, no 36528/97, 22 oktyabr 1998) hesab edir ki, geyim seçimi də eynidir. Dövlət orqanının qəbul etdiyi, bu tip seçimləri məhdudlaşdıran bir tədbir, prinsipcə, Konvensiyanın 8-ci maddəsi mənasında özəl həyata hörmət hüququnun realizəsinə müdaxilədir (bax: Kara, yuxarıdakı istinad). Burdan belə nəticə çıxır ki, 11 oktyabr 2010-cu il qanununun gətirdiyi ictimai yerlərdə üzünü örtməyə qadağa Konvensiyanın 8-ci maddəsi ilə bağlıdır.
108. Beləliklə, bu qadağanın ərizəçi kimi nəticədə ictimai yerlərdə dinlərinin onlardan tələb etdiyi kimi geyinmələrinə maneə törədilmiş şəxslər tərəfindən mübahisələndirilməsi zamanı, hər şeydən əvvəl hər kəsin öz dinini və ya inancını nümayiş etdirmək azadlığı ilə bağlı problem çıxarır. (bax : xüsusilə, Ahmet Arslan et autres c. Turquie, no 41135/98, § 35, 23 fevral 2010). Bu təcrübənin azlıqlara aid olması və təzadlı görünməsi faktı (...) əhəmiyyətsizdir.
109. Məhkəmə beləliklə, ərizənin bu hissəsini, maddə 8 və maddə 9 işığında araşdıracaq, lakin vurğu ikinci müddəaya veriləcəkdir.
i. « Məhdudlaşdırma » və ya « bu müdaxilə »nin mövcudluğu barədə
110. Məhkəmənin əvvəl də bildirdiyi kimi (...), 11 oktyabr 2010-cu il qanunu ərizəçini, Dudgeon və Norris işindəki kimi bir dilemma qarşısında qoyur : ya qadağaya tabe olmaq və dininə yanaşmasının ona diktə etdiyi seçimə uyğun geyimdən imtina etmək; qanuna tabe olmamaq və cinayət sanksiyalarına məruz qalmaq. Ərizəçi, beləliklə, Konvensiyanın 8-ci maddəsi kimi 9-cu maddəsi mənasında Dudgeon və Norrisdəki ərizəçilərin vəziyyətinə oxşar vəziyyətdədirlər. İstinad edilən işdə Məhkəmə 8-ci maddədə təminat verilən hüquqların istifadəsinə « davamlı müdaxilə» olduğu müəyyən etmişdir (yuxarıda istinad edilən qərarlar, müvafiq olaraq, §§ 41 və 38; bax: xüsusilə yuxarıda istinad edilən Michaud, § 92). Beləliklə, hazırki işdə Konvensiyanın 8 və 9-cü maddələrində təminat verilən hüquqlardan istifadəyə « müdaxilə » və ya « məhdudlaşdırma » baş vermişdir.
111. Bu müddəaların ikinci bəndinə uyğun olması üçün, bənzər məhdudlaşdırma və ya müdaxilələr «qanunla nəzərdə tutulmuş» olmalı, həmin bənddə sadalanan legitim məqsədlərə çatmaq üçün edilməli və həmin məqsədlərə çatmaq üçün « demokratik cəmiyyətdə» « zəruri » olmalıdır.
ii. « Qanunla nəzərdə tutulmuş »
112. Məhkəmə müəyyən edir ki, mübahisələndirilən məhdudlaşdırma 11 oktyabr 2010-cu il qanununun 1, 2 və 3-cü maddələri (yuxarıdakı paraqraf 28)ilə nəzərdə tutulmuşdur. Bundan əlavə, Məhkəmə müəyyən edir ki, ərizəçi bu müddəaların Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi və 9-cu maddəsinin 2-ci bəndi ilə bağlı yurisprudensiyasada müəyyən edilən kritriyalara uyğun olmasını mübahisələndirmir.
iii. Legitim məqsəd
113. Məhkəmə xatırladır ki, dinini və ya inancını nümayiş etdirmək azadlığına maddə 9-un ikinci bəndində sadalanan istisnalar tam siyahıdır və bu istisnaların şərhi məhdudlaşdırıcıdır (bax : xüsusilə Svyato-Mykhaylivska Parafiya c. Ukraine, no 77703/01, § 132, 14 iyun 2007, et Nolan et K. c. Russie, no 2512/04, § 73, 12 fevral 2009). Konvensiyaya uyğun olması üçün, bu azadlığa məhdudlaşdırma bu müddəada sadalanan məqsədlərdən birinə çatmaq üçün edilməlidir. Eyni yanaşma Konvensiyanın 8-ci maddəsi ilə bağlı da tətbiq edilir.
114. Məhkəmənin təcrübəsi odur ki, Konvensiya 8-11-ci maddələrinin ikinci bəndləri mənasında legitim məqsədin mövcudluğunu araşdırarkən daha çox sərt yanaşma tətbiq edilməlidir (bax : məs. yuxarıda istinad edilən Leyla Şahin, § 99, və Ahmet Arslan və başqaları, § 43). Bununla belə, hazırki işdə, Hökumətin istinad etdiyi və ərizəçinin ciddi şəkildə mübahisələndirdiyi məqsədlər, dərin araşdırma tələb edir. Ərizəçi hesab edir ki, 11 oktyabr 2010-cu il qanununun qoyduğu qadağa səbəbilə dinini nümayiş etdirmək azadlığından istifadəyə və özəl həyata hörmət hüququna müdaxilə 8 və 9-cü maddələrin ikinci bəndlərində sadalanan heç bir məqsədə uyğun gəlmir. Hökumət öz növbəsində iddia edir ki, qadağa iki legitim məqsəd daşıyır : ictimai təhlükəsizlik və « demokratik və açıq cəmiyyətlərin minimum dəyərlər bazasına hörmət ». Məhkəmə müəyyən edir ki, 8 və 9-cü maddələrin ikinci bəndləri, açıq şəkildə nə bu məqsədlərdən ikincisinə, nə də Hökumətin bununla bağlı xatırlatdığı üç dəyərə istinad edir.
115. Hökumətin irəli sürdüyü birinci legitim məqsədlə bağlı, Məhkəmə ilkin olaraq müşahidə edir ki, « ictimai təhlükəsizlik » Konvensiyanın 9-cu maddəsinin ikinci bəndində göstərilən məqsədlər arasındadır (müddəanın ingiliscə mətnində public safety) və maddə 8-in ikinci bəndində oxşar «ictimai asayiş » (müddəanın ingiliscə mətnində public safety) terminindən istifadə olunur. Məhkəmə daha sonra qeyd edir ki, Hökumət bununla bağlı ictimai yerlərdə üzü örtən geyimin mübahisələndirilən qadağasının, şəxslərin və əşyaların təhlükəsizliyinə qəsdlərin qarşısının alınması üçün fərdlərin şəxsiyyətinin müəyyən olunması və şəxsiyyət sənədlərinin saxtalaşdırılması ilə mübarizə üçün zəruri olduğunu iddia edir. İş materiallarına əsasən, şübhəsiz ki, qanunvericinin bu narahatlıqlara xüsusi əhəmiyyət verib-vermədiyini mübahisələndirmək olar. Bununla belə qeyd etmək lazımdır ki, qanun layihəsini müşayət edən motivlər hissəsində həddindən artıq geniş izahatlarla göstərilirdi ki, üzün örtülməsi « bəzi hallarda ictimai təhlükəsizlik üçün təhlükə ola [bilərdi] ». Konstitusiya Şurası hesab etmişdir ki, qanunverci bu üz örtmənin ictimai təhlükəsizlik üçün hədə təşkil etdiyini düşünmüşdür (...). Bənzər şəhərdə, 25 mart 2010-cu il hesabatında, Dövlət Şurası bildirmişdir ki, ictimai təhlükəsizlik üzün örtülməsinin qadağan edilməsi üçün əsas təşkil edə bilər. O bununla belə dəqiqləşdirmişdir ki, bu yalnız xüsusi hallar üçün doğrudur (...). Nəticədə Məhkəmə qəbul edir ki, mübahisələndirilən qadağa barədə qanunu qəbul edərkən, qanunverici Konvensiyanın 8 və 9-cü maddələri mənasında « ictimai asayiş » və ya « ictimai təhlükəsizlik » məqsədlərinə cavab verməyə çalışmışdır.
116. Hökumətin istinad etdiyi ikinci kateqoriya məqsədlərlə– « demokratik və açıq cəmiyyətlərin minimum dəyərlər bazasına hörmət» – bağlı Hökumət üç dəyəri xatırladır: kişi və qadın arasında bərabərlik, insan ləyaqətinə hörmət və cəmiyyət həyatının minimum tələblərinə riayət. Hökumət hesab edir ki, bu məqsəd Konvensiyanın 8 və 9-cü maddələrinin ikinci bəndi məansında «başqalarının hüquq və azadlıqlarının müdafiəsi » məqsədinə uyğundur.
117. Məhkəmənin daha əvvəl bildirdiyi kimi, bu dəyərlərin heç biri dəqiq şəkildə Konvensiyanın 8 və 9-cü maddələrinin ikinci bəndində sadalanan məqsədlərə uyğun gəlmir. Bu məqsədlər arasında hazırki işdəki dəyərlərlə bağlı məqsədlərə uyğun ola biləcək yeganə məqsəd, « ictimai qayda » və « başqalarının hüquq və azadlıqlarının müdafiəsi»dir. Bunlardan birincisi, maddə 8 § 2-də göstərilməmişdir. Hökumət, üstəlik, nə yazılı təqdimatlarında, nə də məhkəmə iclası zamanı ona verilən suallara cavabında bu məqsədə istinad etməmiş, yalnız « başqalarının hüquq və azadlıqlarının müdafiəsi »ndən danışmışdır. Məhkəmə beləliklə, Leyla Şahin, və Ahmet Arslan və başqaları (yuxarıdakı istinadlar, müvafiq olaraq §§ 111 və 43) işində olduğu kimi araşdırmasını yalnız bu « legitim məqsəd » üzərində quracaqdır.
118. İlk olaraq Məhkəmə bildirir ki, Hökumətin kişi və qadınlar arasında bərabərlik prinsipinə hörmətlə bağlı arqumenti inandırıcı deyildir.
119. Məhkəmə kişi və qadınlar arasında bərabərlik prinsipinin Konvensiyada nəzərdə tutulan hüquqlardan hər hansı birinin istifadəsinə müdaxiləni əsaslandıra bilməsinə şübhə etmir (bax: mutatis mutandis, Staatkundig Gereformeerde Partij c. Pays-Bas (qərardad), 10 iyul 2012). Məhkəmə bununla bağlı xatırladır ki, cinslərin bərabərliyinə çatmaq Avropa Şurası üzv Dövlətlərinin məqsədlərindən biridir (ibidem ; bax, həmçinin Schuler-Zgraggen c. Suisse, 24 iyun 1993, § 67, série A no 263, və Konstantin Markin c. Russie [BP], no 30078/06, § 127, CEDH 2012 (çıxarışlar)). Belə ki, üzv Dövlət cinslərin bərabərliyi üçün, qadınların üzlərini örtməyə məcbur etməyi qadağan edərkən, Konvensiyanın 8 və 9-cü maddələrinin ikinci bəndi mənasında « başqalarının hüquq və azadlıqlarının müdafiəsi » məqsədi daşıyır (bax : yuxarıda sitinad edilən Leyla Şahin, § 111). Məhkəmə hesab edir ki, əksinə, hər hansı üzv Dövlət hazırki işdəki ərizəçi kimi qadınların bu müddəalarla təminat verilən hüquqlarından istifadə çərçivəsində tələb etdikləri bir davranışı qadağan etmək üçün cinslərin bərabərliyi prinisipinə istinad edə bilməz. Əks halda, fərdləri, özlərinin funadmental hüquq və azadlıqlarının istifadəsindən qoruduğumuzu iddia etməyi məqbul hesab etmiş olardıq. Məhəkəmə digər tərəfdən müşahidə edir ki, Avropa Şurasının 25 mart 2010-cu il hesabatında, Dövlət Şurasının bənzər nəticəyə gəldiyi bildirilir (...).
Digər tərəfdən, Hökumətin bəzi qadınlar tərəfindən bütöv örtüyün taxılmasının fransız əhalisinin əksəriyyətini, Fransada ümumi olaraq cinslərin bərabərliyi prinsipinə uyğun olmadığı üçün şoka salması barədəki fikirlərinə gəlincə, Məhkəmə özünün, Hökumətin xatırlatdığı iki digər dəyərlə bağlı əsaslanıdırmasına istinad edir (aşağıdakı 120-122-ci paraqraflar).
120. İkincisi, Məhkəmə hesab edir ki, nə qədər əhəmiyyətli olsa da, insan ləyaqətinə hörmət, ictimai yerlərdə bütöv örtüyün geyilməsinə ümumi qadağanı legitim olaraq əsaslandıra bilməz. Məhkəmə analyır ki, bu tip geyim onu görənlərin çoxuna qəribə gəlir. Bununla belə, Məhkəmə hesab edir ki, bu müxtəlifliklə, demokratiyanın qidalandığı plüralizmə töhvə verən mədəni kimliyin ifadəsidir. Bununla bağlı Məhkəmə müşahidə edir ki, bədənin örütülməsinə tətbiq edilən ləyaqət və əxlaq konsepsiyaları müxtəlifdir. Digər tərəfdən, Məhkəmənin sərəncamında bütöv örtük taxan qadınların rast gəldikləri insanlara hər hansı qınaq ifadə etmələri və ya başqasının ləyaqətinə hər hansı bir formada qəsd edilməsinə qərar verəcəyi bir məlumat yoxdur.
121. Üçüncüsü, Məhkəmə hesab edir ki, əksinə, bəzi hallarda Hökumətin qanun layihəsinin motivlər hissəsində (...) « cəmiyyət həyatının minimum tələblərinə riayət » - « birlikdə yaşamaq » adlandırdığı anlayış « başqalarının hüquq və azadlıqlarının müdafiəsi » legitim məqsədinə aid oluna bilər.
122. Məhkəmə cavabdeh Dövlətin üzün sosial əlaqələrdə əhəmiyyətli rol oynadığını düşündüyü faktını nəzərə alır. O, açıq məkanlarda olan insanların, yaranmış konsensus hesabına hər hansı cəmiyyətin daxilində kollektiv həyatın əvəssiz elementi olan insanlar arasındakı açıq münasibətləri ciddi şəkildə təhlükə altına qoyan təcrübə və yanaşmaların inkişaf etməməsini arzulamaqları barədəki nöqteyi-nəzəri anlayır. Məhkəmə beləliklə, üz örtüyünün başqalarına qarşı maneə olmasının cavabdeh Dövlət tərəfindən başqalarının birlikdə yaşamağı asanlaşdıran sosiallaşma məkanında inkişaf etmək hüququna qəsd kimi dəyərləndirilməsinini qəbul edə bilər. « Birgə yaşamaq » anlayışının elastikliyi və ondan irəli gələn ifrata varma riski Məhkəməni mübahisələndirilən məhdudlaşdırmanın zəruriliyinin diqqətli şəkildə araşdırmağa vadar edir.
iv. Demokratik cəmiyyətdə zəruri
α. Konvensiyanın 9-cu maddəsilə bağlı prinsiplər
123. Məhkəmə ərizənin bu hissəsinin araşdırılması zamanı vurğunu Konvensiyanın 9-cu maddəsinə vurmağı qərar verdiyindən, bu müddəaya aid əsas prinsipləri xatırlatmağı vacib hesab edir.
124. Maddə 9-da təminat verildiyi şəkildə düşüncə, vicdan və din azadlığı, Konvensiya mənasında « demokratik cəmiyyət »in əsaslarından biridir. Bu azadlıq dini müstəvidə inananların kimliyi və onların həyat konsepsiyasının ən əhəmiyyətli elementlərindən biridir, lakin o həm də ateistlər, aqnostiklər, skeptiklər və laqeydlər üçün vacib dəyərdir. Əsrlər ərzində qazanılmış plüralizm prinsipinə əsasən, o belə cəmiyyətdən ayrıla bilməz. Bu azadlıq, xüsusilə bir dinə mənsub olmaq və ya olmamaq və ya dini icra etmək və ya etməmək azadlıqlarını ehtiva edir (bax : digər işlərlə yanaşı, Kokkinakis c. Grèce, 25 may 1993, § 31, série A no 260-A, Buscarini et autres c. Saint-Marin [BP], no 24645/94, § 34, CEDH 1999-I, et Leyla Şahin, yuxarıdaki istinad, § 104).
125. Din azadlığı hər şeydən əvvəl daxili məsələ olsa da, ona dinini şəxsi qaydada və ya özəl məkanda və ya kollektiv olaraq və ictimai məkanda, dinini paylaşdıqları şəxslərin əhatəsində nümayiş etdirmək azadlığını da daxildir. Maddə 9, din və ya inancların ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək kimi mümkün nümayiş formalarını sadalayır (bax : mutatis mutandis, Cha’are Shalom Ve Tsedek c. France [BP], no 27417/95, § 73, CEDH 2000-VII və Leyla Şahin yuxarıdaki istinad, § 105).
Bununla belə, maddə 9 hər hansı bir din və ya inancdan irəli gələn bütün aktları qorumur və ictimai məkanda din və ya inanclardan irəli gələn və ya onların diktə etdiyi şəkildə davranmaq hüququnu təmin etmir (bax : məs. Arrowsmith c. Royaume-Uni, no 7050/75, Komissiyanın 12 oktyabr 1978-ci il hesabatı, DR 19, Kalaç c. Turquie, 1 iyul 1997, § 27, Recueil des arrêts et décisions 1997‑IV və Leyla Şahin, yuxarıdaki istinad, §§ 105 et 121).
126. Əhali arasında müxtəlif dinlərin bərabər mövcud olduğu demokratik cəmiyyətdə, müxtəlif qrupların maraqlarını və hər kəsin inancına hörməti təmin etmək üçün dinini və inancını nümayiş etdirmək azadlığına bəzi məhduduiyyətlər nəzərdə tutulması zəruri ola bilər (Kokkinakis, yuxarıdaki istinad, § 33). Bu həm 9-cü maddənin 2-ci bəndindən, həm də Konvensiaynın 1-ci maddəsinə əsasən Dövlətin yurisdiksiyası altındakı bütün şəxslərə Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqlarını təmin etmək öhdəliyindən irəli gəlir (Leyla Şahin, yuxarıdaki istinad, § 106).
127. Məhkəmə hər zaman Dövlətin dinlərin, ayinlərin və inancların realizəsinin neytral və qərəzsiz təşkilatçısı rolununun vurğulamış və bildirmişdir ki, bu rol demokratik cəmiyyətdə ictimai qaydanı, dini sülhü və dözümlülüyü təmin etməkdən ibarətdir. Daha əvvəl də bildirildiyi kimi, Məhkəmə həmçinin hesab edir ki, Dövlətin neytrallıq və qərəzsizlik vəzifəsi onun tərəfindən dini inacların legitimliyi və ya onların ifadə şəkillərinin hər hansı dəyərləndirilməsinin aparılması ilə ziddiyət təşkil edir (bax : xüsusilə, Manoussakis et autres c. Grèce, 26 sentyabr 1996, § 47, Recueil 1996-IV, Hassan et Tchaouch c. Bulgarie [BP], no 30985/96, § 78, CEDH 2000-XI, və Refah Partisi et autres c. Turquie [BP], nos 41340/98, 41342/98, 41343/98 və 41344/98, § 91, CEDH 2003-II). Bu vəzifə Dövlətdən bir-birinə qarşı qrupların bir-birinə dözümlülük göstərməsini təmin etməsini tələb edir (bax : xüsusilə Leyla Şahin, yuxarıdaki istinad, § 107). Məhəkəmə bundan belə nəticəyə gəlir ki, bu halda dövlət orqanlarının rolu plüralizmi ləğv edərək gərginliyin səbəbini aradan qaldırmaq deyil, bir-birinə qarşı qrupların bir-birinə dözümlülük göstərməsini təmin etməkdir (Serif c. Grèce, no 38178/97, § 53, CEDH 1999-IX ; bax, həmçinin Leyla Şahin, yuxarıdaki istinad, § 107).
128. Plüralizm, dözümlük və açıq fikirlilik « demokratik cəmiyyət »in xarakterik özəllikləridir. Bəzən fərdlərin maraqlarını qrupun maraqlarına tabe etmək lazım olsa belə, demokratiya çoxluğun fikrinin davamlı üstünlüyü demək deyildir. O, azlıqda qalan fərdlərə ədalətli davranılmasını və üstün mövqedən sui-istifadədən qaçınılmasını tələb edir (bax : mutatis mutandis, Young, James et Webster c. Royaume-Uni, 13 avqust 1981, § 63, série A no 44, və Chassagnou et autres c. France [BP], n. 25088/94, 28331/95 və 28443/95, § 112, CEDH 1999-III). Plüralizm və demokratiya həmçinin dialoq və kompromis ruhunun olmasını, bu da fərdlərdən, demokratik cəmiyyətin ideya və dəyərlərinin müdafiəsi və təşviqi üçün müxtəlif güzəştlər etmələrini tələb edir (bax : mutatis mutandis, Parti communiste unifié de Turquie et autres, yuxarıdaki istinad, § 45, və Refah Partisi et autres, yuxarıdaki istinad, § 99). «Başqasının hüquq və azadlıqları» Konvensiya və Protokollarla təminat verilən hüquqlar arasında olsa da, onları müdafiə etməyin zəruriliyinin Dövlətləri eyni şəkildə Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqları məhdudlaşdırmağa vadar edə bildiyini də qəbul etmək lazımdır: elə hər kəsin fundamental hüquqları arasında bu daimi tarazlıq axtarışı da « demokratik cəmiyyət »in əsasını təşkil edir (Chassagnou et autres, yuxarıdaki istinad, § 113 ; bax, həmçinin Leyla Şahin, yuxarıdaki istinad, § 108).
129. Konvensiya mexanizminin əsasən subsidiar rolunu da xatırlatmaq lazımdır. Milli orqanların birbaşa demokratik legitimliyə malikdirlər və Məhkəmənin dəfələrlə bildirdiyi kimi, prinsipcə, yerli ehtiyaclar və kontekstlərlə bağlı fikir bildirmək üçün beynəlxalq hakimdən daha əlverişli vəziyyətdədirlər. Demokratik Dövlətdə barəsində ciddi fikir müxtəlifliklərinin olduğu ümumi siyasət məsələlərindən söhbət gedərkən, milli qanunvericinin roluna xüsusi əhəmiyyət verilməldir (bax : məsələn, Maurice c. France [BP], no 11810/03, § 117, CEDH 2005‑IX). Bu, həmin məsələlərin Dövlət və dinlər arasındakı münasibətlərlə əlaqədar olduğu zaman xüsusilə doğrudur (bax: mutatis mutandis, Cha’are Shalom Ve Tsedek, yuxarıdaki istinad, § 84, və Wingrove c. Royaume-Uni, 25 noyabr 1996, § 58, Recueil 1996-V ; həmçinin Leyla Şahin, yuxarıdaki istinad, § 109). Beləliklə, Konvensiyanın 9-cu maddəsindən söhbət gedərkən, prinsipcə, Dövlətə, dinini və inancını nümayiş etdirmək hüququna məhdudlaşdırmanın « zəruruliyi » barədə qərar vermək üçün geniş mülahizə səlahiyyəti tanınmalıdır. Hər hansı işdə mülahizə səlahiyyətinin dairəsini müəyyən etmək üçün Məhkəmə eyni zamanda həmin işin əhəmiyyətini də nəzərə almalıdır (bax: xüsusilə, Manoussakis et autres, yuxarıdaki istinad, § 44, və Leyla Şahin, yuxarıdaki istinad, § 110). Lazım gələrsə, Məhkəmə Konvensiyaya üzv Dövlətlərin təcrübəsindən irəli gələn konsensus və ümumi dəyərləri də nəzərə ala bilər. (bax : məsələn, Bayatyan c. Arménie [BP], no 23459/03, § 122, CEDH 2011).
130. Leyla Şahin işində Məhkəmə vurğulamışdır ki, təhsil müəssisələrində dini simvolların taxılmasının tənzimlənməsi ilə bağlı hal, bu məsələ ilə bağlı milli yanaşmaların müxtəlifliyi səbəbilə, həmin hallardandır. Özünün Otto-Preminger-Institut c. Autriche (20 sentyabr 1994, § 50, série A no 295-A) və Dahlab c. Suisse (no 42393/98, CEDH 2001-V) işlərinə isitnad edərək Məhkəmə dəqiqləşdirmişdi ki, Avropada dinin cəmiyyətdəki əhəmiyyəti ilə bağlı ümumi konsepsiya çıxarmaq mümkün deyildir və dini inancın ifadəsindən irəli gələn hər hansı aktın mənası və təsiri zamana və kontekstə görə dəyişir. Məhkəmə müşahidə etmişdi ki, məsələ ilə bağlı nizmalama, nəticədə, milli ənənələr və başqasının hüquq və azadlıqlarının müdafiəsi və ictimai qayda mülahizələrindən asılı olaraq ölkədən-ölkəyə dəyişə bilər. Məhkəmə bundan belə nəticəyə gəlir ki, belə nizmanlamanın dairəsi və qaydaları ilə bağlı seçim, təbii ki, müəyyən dərəcədə Dövlətə buraxılmalıdır, çünki həmin dövlətin milli kontekstindən asılıdır (Leyla Şahin, yuxarıdaki istinad, § 109).
131. Bununla belə, bu mülahizə səlahiyyəti ilə yanaşı həm qanunlar, həm də onların tətbiqi ilə bağlı qərarlar üzərində Avropa nəzarəti olmalıdır. Məhkəmənin vəzifəsi Dövlət səviyyəsində qəbul edilən qərarların prinsipcə əsaslandırılmış və mütənasib olub-olmadığını müəyyən etməkdir (bax : xüsusilə, Manoussakis et autres, yuxarıdaki istinad, § 44 və Leyla Şahin, yuxarıdaki istinad, § 110).
β.Bu prinsiplərin əvvəlki işlərdə tətbiqi
132. Məhkəmənin bu prinsiplərlə bağlı müxtəlif vəziyyətləri araşdırmaq imkanı olmuşdur.
133. Belə ki, dövlət təhsil müəssisələrində dini simvollar taxmağa müəllimlərə (bax: xüsusilə, Dahlab, yuxarıdaki istinad və Kurtulmuş c. Turquie (qərardad), no 65500/01, CEDH 2006-II) və ya məktəbli və tələbələrə (bax: xüsusilə, Leyla Şahin, arrêt yuxarıdaki istinad, Köse et autres c. Turquie (qərardad), no 26625/02, CEDH 2006-II, Kervanci c. France, no 31645/04, 4 dekabr 2008, Aktas c. France (qərardad), no 43563/08, 30 iyun 2009 və Ranjit Singh c. France (qərardad), no 27561/08, 30 iyun 2009) qadağa, təhlükəsizliyə nəzarət çərçivəsində dini xarakterli bir geyim elementini çıxarmaq öhdəliyi (Phull c. France (qərardad), no 35753/03, CEDH 2005‑I və El Morsli c. France (qərardad), no 15585/06, 4 mart 2008) və rəsmi sənədlər üçün çəkilən kimlik fotosunda açıq başla görünmək öhdəliyi (Mann Singh c. France (qərardad), no 24479/07, 11 iyun 2007) barədə işləri həll etmişdir. O bu işlərin heç birində maddə 9-un pozuntusunu elan etməmişdir.
134. Məhkəmə həmçinin, şəxslərin işəgötürənləri tərəfindən boynuna görünəcək şəkildə xaç taxmasına məhdudlaşdırma qoyulması və milli qanunvericiliyin onların dinlərini nümayiş etdirmək hüququnu adekvat müdafiəsinin olmaması ilə bağlı iddialar barədə iki ərizəyə baxmışdır. Bu şəxslərin biri aviaşirkət işçisi, o biri isə tibb bacısı idi (Eweida et autres, yuxarıdaki istinad). Məhkəmə maddə 9-un pozulduğunu elan etdiyi birinci iş hazırki işə daha uyğundur. Məhkəmə hesab etmişdi ki, daxili məhkəmələr işəgötürənin vermək istədiyi imajla bağlı legitim istəyinə ərizəçinin öz dini inanclarını nümayiş etdirmək hüququndan daha böyük əhəmiyyət vermişdir. Bununla bağlı o vurğulamışdı ki, sağlam demokratik cəmiyyət plüralizm və müxtəlifliyə dözümlülük və dəstək göstərməlidir. Dini öz həyatının vacib ünsürü hesab edən bir şəxsin öz inanclarını başqalarına kommunikasi edə bilməsi çox əhəmiyyətlidir. Məhkəmə daha sonra bildirmişdir ki, haqqında söhbət gedən xaç çox kiçik idi və ərizəçinin peşəkar görünüşünə təsir edə bilməzdi və əvvəllər icazə verilən dini simvolların taxılmasının aviaşirkətin imajına neqativ təsiri ilə bağlı iş materiallarında heç bir məlumat yoxdur. Dövlət orqanlarının, xüsusilə məhkəmələrin özəl şirkətlərin işçilərinə münasibətdə qəbul etdikləri qərarların mütənasibliyi ilə bağlı dəyərləndirmə etdikləri zaman mülahizə səlahiyyətinə malik olduqlarını vurğulasa da Məhkəmə maddə 9-un pozulduğu nəticəsinə gəlmişdi.
135. Məhkəmə yuxarıda istinad edilən Ahmet Arslan və başqaları işində dini ibadətlərdən başqa hallarda, yol və ictimai meydanlar kimi ictimaiyyətə açıq yerlərdə müəyyən dini geyimlərə qadağan məsələsini də araşdırmışdır. Haqqında söhbət gedən Aczimendi tarikati qrupunun xarakteristik geyimi, hamısı qara rəngdə olan türban, cübbə və tünikdən ibarət idi və əllərində dəyənək olurdu. Məhkəmə işin hallarını və yerli məhkəmə qərarlarının əsaslandırmalarını və Türkiyədə demokratik sistem üçün dünyəviliyin əhəmiyyətini nəzərə alaraq qəbul etmişdi ki, dünyəvilik və demokatiya prinsiplərinə riayət məqsədi daşıdığından, bu müdaxilə maddə 9 § 2-də sadalanan bir neçə egitim məqsədə uyğun idi: ictimai təhlükəsizlik, ictimai qaydanın və başqalarının hüquq və azadlıqlarının müdafiəsi. Bununla belə, Məhkəmə hesab etmişdi ki, bu məqsədlərə münasibətdə tədbirin zəruriliyi müəyyən olunmamışdır.
Məhkəmə bildirmişdi ki, qadağa, funksiyaların yerinə yetirilməsində müəyyən təmkinlilik vəzifəsi olan məmurlara deyil, adi vətəndaşlara tətbiq olunmuşdu. Məhkəmənin məmurlarla, xüsusuilə müəllimlərlə bağlı yurisprudensiyası bu işə tətbiq oluna bilməzdi. Məhkəmə daha sonra müəyyən etmişdi ki, qadağa spesifik Dövlət binalarında belə geyimin geyinilməsinə deyil, bütün ictimai məkana aid edilirdi. Onun Dövlət təhsil müəssisələrində dini simvolların geyinilməsinə qadağa ilə bağlı milli qanunvericinin rolunun əhəmiyyəti barədəki yurisprudensiyası da bu işə tətbiq edilə bilməzdi. Məhkəmə bundan əlavə müşahidə etmişdi ki, iş materillarında mübahisəli geyimdə bir məscidin qarşısında dini xarakterli bir ayində iştirak etmək məqsədilə toplaşan ərizəçilərin öz inanclarını spesifik geyimlə nümayiş etdirməsinin ictimai qayda üçün hər hansı hədə olması və ya başqalarına hər hansı təzyiq etməsi barədə heç bir məlumat yoxdur. Nəhayət, Türkiyə Hökumətinin ərizəçilər tərəfindən mümkün proselitizm həyata keçirilməsi barədəki arqumentinə cavab olaraq Məhkəmə müəyyən etmişdi ki, iş materillarında, ərizəçilərin öz dini inanclarını təşviq etmək üçün yoldan keçənlərə və ya ictimai meydanda olanlara qarşı hər hansı təzyiqə cəhd etmələri barədə heç bir məlumat yoxdur. Məhkəmə beləliklə, Konvensiyanın 9-cu maddəsinin pozulduğu nəticəsinə gəlmişdi.
136. Maddə 9-la bağlı bütün bu işlər arasında Ahmet Arslan və başqaları işi hazırki işə ən yaxın olanıdır. Bununla belə, hər iki iş ictimai yerlərdə dini xarakterli geyimlərə qadağa ilə bağlı olsa da, hazırki iş Ahmet Arslan və başqaları işindən ciddi şəkildə fərqlənir, çünki bütöv islam örütüyü, gözlər istisna olmaqla üzü təmamilə örtən spesifik geyimdir.
γ. Bu prinsiplərin hazırki işə tətbiqi
137. Məhkəmə ilk olaraq vurğulayır ki, ərizəçinin və bəzi müdaxilə edən tərəflərin 11 oktyabr 2010-cu il qanununun 1-3 maddələrində nəzərdə tutulan qadağanın qadınların bütöv örtüyü məcburiyyətdən taxmasına əsaslanması barədəki fikri əhəmiyyətsizdir. Belə ki, qanun layihəsini müşayət edən motivlər hissəsindən aydın şəkildə görünür ki, (...) bu qadağanın əsas məqsədi qadınları onlara diktə edilən və ya onlar üçün ziyanlı davranışlardan qorumaq deyildir.
138. Bunu dəqiqləşdirdikdən sonra Məhkəmə araşdırmalıdır ki, mübahisələndirilən müdaxilə « demokratik cəmiyyətdə», ictimai asayiş və ya ictimai təhlükəsizlik (Konvensiyanın 8 və 9-cu maddələri mənasında ; bax, yuxarıdakı paraqraf 115) və ya « başqasının hüquq və azadlıqlarının müdafiəsi » (bax : yuxarıdakı paraqraf 116) üçün « zəruri » idimi ?
139. 8 və 9-cu maddələr mənasında ictimai asayiş və ya təhlükəsizliklə (bax : yuxarıdakı paraqraf 115) bağlı, Məhkəmə, Dövlətin şəxslərin və əşyaların təhlükəsizliyinə qəsdlərin qarşısını almaq və şəxsiyyət sənədlərinin saxtalaşdırılması ilə mübarizə üçün fərdləri identifikasiya etməyin vacib olduğunu hesab etməsini anlayır. O, beləliklə, təhlükəsizliyə nəzarət çərçivəsində dini xarakterli bir geyim elementini çıxarmaq öhdəliyi ilə və rəsmi sənədlər üçün kimlik fotosunda başı açıq görünmək vəzifəsi ilə bağlı işlərdə Konvensiyanın 9-cu maddəsinin pozulmadığını elan etmişdir (uyxarıdakı paraqraf 133). Bununla belə, din məqsədləri üçün bütöv örtük taxmaq istəyən qadınların hüquqlarına təsirinə görə, ictimai yerlərdə üzü örtən geyimin geyinilməsinə tam qadağa, yalnız ictimai təhlükəsizliyə ümumi hədənin olması kontekstində mütənasib hesab edilə bilər. Hökumət 11 oktyabr 2010-cu il qanununun belə bir kontekstdə qəbul edildiyini sübut etmir. Qadağanın subyekti olan qadınlara gəlincə, onlar öz kimliklərinin əhəmiyyətli hesab etdikləri bir elementindən və seçdikləri din və ya inanclarını nümayiş etdirmək hüquqlarından imtina etməyə məcbur olmuşlar. Halbuki, Hökumətin bildirdiyi məqsədə, şəxslərə və əşyalara təhlükə riski olduğu və ya şəxsiyyət sənədlərinin saxtalaşdırılması ilə əlaqədar şübhələr üçün xüsusi şərait olduğu zaman sadəcə qadınların üzlərini açmaqları ilə identifikasiya edilməklə çatıla bilərdi. 11 oktyabr 2010-cu il qanununun gətirdiyi qadağanın demokratik cəmiyyətdə Konvensiyanın 8 və 9-cu maddələri mənasında ictimai təhlükəsizlik və ya asayiş üçün vacib olduğu hesab edilə bilməz.
140. Hələ Məhkəmənin legitim hesab etdiyi digər məqsədlə bağlı da araşdırma aparmaq lazımdır : «başqasının hüquq və azadlıqlarının müdafiəsi»nin bir elementi olan cəmiyyət həyatının minimum tələblərinə riayət (bax : yuxarıdakı 121-122-ci paraqraflar).
141. Məhkəmə müşahisə edir ki, burda söhbət Dövlət orqanlarının böyük əhəmiyyət verdiyi məqsəddən gedir. Bu, xüsusilə qanun layihəsinin motivlər hissəsindən aydın şəkildə görünürbilinir. Orda bildirilir ki, «üzün könüllü və sistematik örtülməsi problem yaratması onun fransız cəmiyyətində « birgə yaşamaq » kimi fundamental tələbə sadəcə olaraq ziddir və « ictimai yerlərdə üzün sistematik örtülməsi qardaşlıq ideyasına əksdir və sosial münasibətlər üçün zəruri olan minimum sivillik tələbinə cavab vermir » (...). Beləliklə, fərdlərə öz müxtəlifliklərində birgə yaşamaq üçün şərait yaratmağı təmin etmək Dövlətin vəzifələri arasındadır. Digər tərəfdən, Məhkəmə Dövlətin bu çərçivədə fərdlər arasında qarşılıqlı münasibətlərə xüsusi əhəmiyyət verməyi vacib saymasını və bəzi fərdlərin ictimai yerlərdə üzünü örtməsinin bu münasibətlərə mənfi təsir etdiyi hesab etməsini qəbul edə bilər (aşağıdakı paraqraf 122).
142. Nəticədə, Məhkəmə hesab edir ki, mübahisəli qadağa prinsipcə, yalnız « birgə yaşamaq » şərtlərini təmin etməklə bağlı əsaslandırılmış ola bilər.
143. Bu qadağanın məqsədə mütənasib olub-olmamasını yoxlamaq qalır.
144. Ərizəçi və müdaxilə edən təşkilatların irəli sürdüyü arqumentlərə xüsusi diqqət verilməlidir.
145. Beləliklə, bu qadağnın aid olduğu qadınların sayı çox azdır. Milli Məclisin Məlumat Missiyasının hazırladığı və 26 yanvar 2010-cu ildə təqdim etdiyi « Dövlət ərazisində bütöv örtük barədə » Hesabata görə, 2009-cu ilin sonunda Fransada təxminən 1 900 qadın bütöv İslam örütüyü taxırdı və bunlardan təxminən 270-i dənizin o tayındakı ərazilərdə yaşayırdı (...). Bu rəqəm Fransanın altmış beş milyonluq əhalisinə və burda yaşayan müsəlmanların sayına münasibətdə kiçikdir. Beləliklə, belə bir vəziyyətə ümumi qadağa barədə qanunla cavab vermək qeyri-mütənasib görünə bilər.
146. Bundan əlavə, qadağanın ərizəçi kimi, öz dini inancları səbəbilə bütöv örtük taxmağı seçən qadınlar üzərindəki neqativ təsiri şübhəsizdir. Bundan əvvəl göstərildiyi kimi, bu qadağa qadınları mürəkkəb bir dilemma qarşısında qoyur və onun nəticəsi onları təcrid etmək və onların müxtariyyətini, eləcə də onların inanclarını nümayiş etdirmək azadlığı və özəl həyatlarına hörmət hüququna təsir edir. Üstəlik, həmin qadınların bu qadağanı kimliklərinə bir qəsd kimi görməklərini anlamaq olar.
147. Digər tərəfdən, fundamental hüquqların müdafiəsi üzrə çox sayda milli və beynəlxalq aktorlar da ümumi bir qadağanın qeyri-mütənasib olduğunu hesab etmişdir. Söhbət xüsusilə İnsan Hüquqları üzrə Milli Konsultativ Komissiyadan (...), müdaxilə edən qeyri-hökumət təşkilatları kimi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası (...) və Avropa Şurası İnsan Hüquqları Komissarından (...) gedir.
148. Məhkəmə, 11 oktyabr 2010-cu il qanunu və onun qəbul edilməsini müşayət edən müəyyən təzadların, müsəlman icmanın bir hissəsi, bütöv örtük tərəfdarı olan üzvləri tərəfindən acı ilə anılmasından xəbərdardır.
149. Bununla bağlı, Məhkəmə bəzi müdaxilə edən tərəflərin bildirdiklərindən ciddi şəkildə narahat olur. Onların fikrincə, 11 oktyabr 2010-cu il qanununun qəbulundan əvvəl müəyyən islamofob fikirlər səsləndirilmişdir (bax : Gand Universiteti İnsan Hüquqları Mərkəzi və Liberty və Open Society Justice Initiative QHT-lərinin təqdimatları; yuxarıdakı paraqraf 98, 100 və 104). Şübhəsiz ki, məsələ ilə bağlı qanunvericilik fəaliyyəti barədə fikir söyləmək Məhkəməyə düşməz. Lakin Məhkəmə vurğulayır ki, bu tip qanunvericilik təşəbbüsünə əl atan Dövlət müəyyən kateqoriya insanlara mənfi təsir edən stereotiplərin möhkəmlənməsinə yardım etmək və düzümlülüyü təşviq etməli olduğu halda, dözümsüzlüyün ifadəsini cəsarətləndirmək riski alır (yuxarıdakı paraqraf 128; bax, həmçinin Avropa Şurası İnsan Hüquqları üzrə Komissarın rəyi, ...). Məhkəmə xatırladır ki, dini və ya etnik mənsubiyyətinə görə identifikasiya edilən bir qrupa qarşı ümumi və zoraki fikirlər Konvensiyanın əsasını təşkil edən dözümlülük, sosial sülh və ayri-seçkiliyin qadağanı kimi dəyərlərə ziddir və Konvensiyada nəzərdə tutulan fikri ifadə azadlığının əhatə dairəsinə daxil deyildir (bax: xüsusilə, Norwood c. Royaume-Uni (qərardad), no 23131/03, CEDH 2004‑XI və Ivanov c. Russie (qərardad), no 35222/04, 20 fevral 2007).
150. Əksinə, ərizəçinin irəli sürdüyü digər arqumentlər nisbiləşdirilməldir.
151. Beləliklə, qadağanın dairəsi, ictimaiyyətə açıq olan bütün yerlərə tətbiq olunduğundan (ibadət yerləri xaric) geniş olsa da, 11 oktyabr 2010-cu il qanunu, ictimai yerlərdə, dini və ya qeyri-dini xarakterli üzü örtməyən hər hansı geyim geyinilməsini və ya geyim elementini istifadə etmək azadlığına təsir etmir. Məhkəmə mübahisələndirilən qadağanın əsasən bütöv örtük taxmaq istəyən müsəlman qadınlara aid olmasının fərqindədir. Bununla belə, o, qadağanın açıq şəkildə həmin geyimlərin dini xarakteri ilə əlaqədar olmaması, üzü örtməsinə əsaslandığı faktına böyük əhəmiyyət verir. Bu, hazırki işin yuxarıda istinad edilən Ahmet Arslan və başqaları işindən fərqləndirən əsas elementdir.
152. Qadağanın cinayət sanksiyaları nəzərdə tutması faktına gəlincə, şübhəsiz ki, bu fakt ərizəçilər üzərində qadağanın təsirini daha da artırır. İctimai yerlərdə üzlərini örtdüklərinə görə cinayə təqibinə məruz qalmalarının öz dini inancları səbəbilə bütöv örtük taxmaq seçimi etmiş qadınlar üçün travma olduğu anlaşılandır. Bununla belə, qanunvericinin seçdiyi sanksiyalar nəzərdə tutula bilən ən yüngül sanksiyalardan olması faktı nəzərə alınmalıdır, çünki, ikinci sinif pozuntular üçün nəzərdə tutulan cərimə tətbiq olunur (yəni hal-hazırda, maksimum 150 Avro). Məhkəmə eyni zamanda və ya onun yerinə vətəndaşlıq stajı da tətbiq edə bilər.
153. Digər tərəfdən, şübhəsiz ki, ərizəçinin vurğuladığı kimi, ictimai yerlərdə üzü örtən geyimi qadağan edərkən cavabdeh Dövlət müəyyən şəkildə plüralizmin dairəsini məhdudlaşdırır, çünki qadağa müəyyən qadınların, ictimai yerlərdə bütöv örtük taxmaqla öz şəxsiyyətlərini və inanclarını ifadə etmələrinə maneədir. Bununla belə, Dövlət öz növbəsində, onun üçün, fransız cəmiyyətində, sosial kommunikasiya qaydaları, daha geniş götürüldükdə « birlikdə yaşamaq »la ziddiyətli hesab etdiyi bir davranışa cavab verdiyini bildirir. Cavabdeh Dövlətin fikrincə demokratik cəmiyyətin fundamenti olan plüralizmin, eləcə də dözümlülük və açıq fikirliliyin ifadəsi üçün mühüm olan fərdlər arasında, qarşılıqlı əlaqələri qorumaq niyyəti daşıyır (yuxarıdakı paraqraf 128). Beləliklə, belə görünür ki, ictimai yerlərdə bütöv örtük taxılmasının qəbul edib-etməmək, cəmiyyətin seçimidir.
154. Belə olan halda, Məhkəmə, Konvensiyaya uyğunluq məsələsinin yoxlanmasını məhdud saxlamalıdır, çünki haqqında söhbət gedən cəmiyyətin demokratik formalarına uyğun şəkildə verilmiş bir qərarı dəyərləndirməlidir. Ən azından, Məhkəmə artıq xatırlatmışdır ki, demokratik Dövlətdə ağlabatan şəkildə mövcud olan dərin fikir müxtəliflikləri ilə bağlı ümumi siyasət məsələlərindən söhbət gedərkən, milli qərarvericinin roluna xüsisi əhəmiyyət vermək lazımdır (yuxarıdakı paraqraf 129).
155. Başqa sözlə, hazırki işdə Fransanın mülahizə səlahiyyəti genişdir.
156. Bu fikir, xüsusilə, Avropa Şurası üzvlərində ictimai yerlərdə bütöv örtük məsələsi ilə bağlı ümumi fikir olmadığından (bax : mutatis mutandis, X, Y et Z c. Royaume-Uni, 22 aprel 1997, § 44, Recueil 1997‑II) doğrudur. Məhkəmə müşahidə edir ki, müdaxilə edən tərəflərdən birinin bildirdiyinin (yuxarıdakı paraqraf 105) əksinə olaraq, qadağaya qarşı Avropa konsensusu yoxdur. Şübhəsiz ki, sırf normativ nöqteyi nəzərdən, Fransa Avropada azlıq vəziyyətindir : Belçika istisna olmaqla, Avropa Şurasının başqa heç bir üzvü bu günə qədər belə bir tədbir görməmişdir. Bununla belə, ictimai yerlərdə bütöv örtük geyinmək məsələsi bir çox Avropa ölkəsində müzakirə edilir və ya edilmişdir. Bəzilərində, üzümi qadağa yolunu seçməmək qərarı verilmişdir. Digərlərində belə bir qadağa nəzərdə tutula bilər (yuxarıdakı paraqraf 40). Buna onu da əlavə etmək lazımdır ki, belə görünür ki, üzv Dövlətlərin müəyyən hissəsində ictimai yerlərdə bütöv örtük geyinilməsi məsələsi heç qalxmır, çünki, bu təcrübə mövcud deyildir. Beləliklə, belə görünür ki, məsələ ilə bağlı, ictimai yerlərdə bütöv örtük geyinilməsinə ümumi qadağa qoyulmasının lehinə və ya əleyhinə heç bir konsensus yoxdur.
157. Nəticədə, xüsusilə, cavabdeh Dövlətin hazırki işdə mülahizə səlahiyyətinin genişliyi nəzərə alınaraq, Məhkəmə belə nəticəyə gəlir ki, 11 oktyabr 2010-cu il qanununun qoyduğu qadağa çatılmaq istənilən məqsədə, yəni « başqasının hüquq və azadlıqlarının müdafiəsi »nin elementi olan « birgə yaşamaq » məqsədinə mütənasib hesab oluna bilər.
158. Beləliklə, mübahisəli məhdudlaşdırma « demokratik cəmiyyətdə» «zəruri » hesab edilə bilər. Bu nəticə, həm Konvensiyanın 8-ci maddəsinə, həm də 9-cu maddəsinə aiddir.
159. Nəticə olaraq, nə Konvensiyanın 8-ci maddəsinin, nə də 9-cu maddəsinin pozuntusu baş verməmişdir.
b) Konvensiyanın 8 və ya 9-cu maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsinin iddia olunan pozuntusu
160. Məhkəmə qeyd edir ki, ərizəçi dolayı ayrı-seçkilikdən şikayət edir. O bununla bağlı bildirir ki, ictimai yerlərdə bütöv örtük taxmaq istəyən müsəlman qadın olaraq, qadağanın və onun sanksiyalarının xüsusilə hədəf aldığı şəxslər kateqoriyasına aiddir.
161. Məhkəmə xatırladır ki, bir qrup şəxs üzərində qeyri-mütənasib ziyanlı təsirə malik ümumi siyasət və tədbir, hətta spesifik olaraq bir qrupu hədəf almasa və ya ayrı-seçkilik niyyəti olmasa belə, ayrı-seçkilik salan hesab edilə bilər (bax : xüsusilə, D.H. et autres c. République tchèque [BP], no 57325/00, §§ 175 və 184-185, CEDH 2007-IV). Bununla belə, bu siyasət və ya tədbir yalnız « obyektiv və ağlabatan » əsaslandırmaya malikdirsə, yəni «legitim məqsəd» daşıyırsa və istifadə olunan vasitələrlə daşınılan məqsəd arasında «ağlabatan və mütənasib əlaqə» varsa belədir (eyni qərar, § 196). Hazırki işdə, 11 oktyabr 2010-cu il qanununun qoyduğu qadağanın dini əsaslarla ictimai yerlərdə bütöv örtük taxmaq istəyən qadınlara mənfi təsirləri olsa da, yuxarıda bildirilən səbəblərlə (yuxarıdakı paraqraf 144-159), bu tədbirin obyektiv və ağlabatan əsasları vardır.
162. Beləliklə, Konvensiyanın 8 və ya 9-cu maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş verməmişdir.
(...)
BU ƏSASLARLA, MƏHKƏMƏ,
(...)
3. Hesab edir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməmişdir (on beş səsə qarşı iki səs) ;
4. Hesab edir ki, Konvensiyanın 9-cu maddəsinin pozuntusu baş verməmişdir (on beş səsə qarşı iki səs) ;
5. Dit, Konvensiyanın 14-cü maddəsi ilə birgə götürülmüş Konvensiyanın 8 və ya 9-cu maddəsinin pozuntusu baş verməmişdir (yekdilliklə);
(...)
Fransız və ingilis dillərində hazırlanmış və 1 iyul 2014-cü ildə Strazburqda, İnsan Hüquqları Sarayındakı iclasda elan edilmişdir.
Erik FriberghDean Spielmann
Katib Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, hakimlər Nußberger və Jäderblomun hissəvi fərqli rəyi əlavə edilmişdir.
D.S.
E.F
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy