© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No 176
İyul 2014
S.A.S. Fransaya q [BP] - 43835/11
Qərar 1.7.2014 [BP]
Maddə 8
Maddə 8-1
Şəxsi həyata hörmət
İctimai məkanda üzü örtən dini geyimə qadağa qoyulması : pozuntu yoxdur
Maddə 9
Maddə 9-1
Dinini və ya inancını nümayiş etdirmək
İctimai məkanda üzü örtən dini geyimə qadağa qoyulması : pozuntu yoxdur
Maddə 14
Aryı-seçkilik
İctimai məkanda üzü örtən dini geyimə qadağa qoyulması : pozuntu yoxdur
Faktlar – Ərizəçi, dindar müsəlmandır və inancı, mədəniyyəti və şəxsi görüşlərinə uyğun olaraq gözlər istisna olmaqla bütün bədəni örtən burqa və niqab geyinir. O həm ictimai məkanda, həm də evdə, öz istəyi ilə, lakin bu geyimi qeyri-müntəzəm qaydada geyindiyini bildirir. Belə ki, ərizəçi bəzi hallarda bu geyimi geyinməməyi qəbul edir, lakin istədiyi zaman geyinmək imkanı olmasını arzulayır. Nəhayət, o elan edir ki, onun məqsədi başqaları üçün narahatlıq yaratmaq deyil, özü ilə sülhdə olmaqdır 11 oktyabr 2010-cu il 2010-1192 saylı qanununun Fransa Respublikası ərazisində qüvvəyə mindiyi 11 aprel 2011-ci ildən, ictimai məkanda üzünü örtmək qadağandır.
Hüquq məsələləri – Maddə 8 və maddə 9 : ictimai məkanda üzü örtən geyimin qadağan olunması, inancları ilə bağlı bütöv örtük geyinmək istəyən qadınların şəxsi həyata hörmət hüququ (Konvensiyanın 8-ci maddəsi) ilə bağlı problemlər yaradır. Qadağa ərizəçi kimi, nəticədə ictimai məkanda dinlərinin onlara geyinmələrini diktə etdiyi geyimləri geyinmələrinə mane olduğundan şikayət edən şəxslər tərəfindən mübahisələndirildiyinə hər kəsin dinini və ya inanclarını nümayiş etdirmək azadlığı ilə bağlı məsələ qalxır (Konvensiyanın 9-cu maddəsi).
11 oktyabr 2010-cu il qanunu ərizəçini dilemma qarşısında qoyur: ya qadağaya tabe olub dininə yanaşmasının ona diktə etdiyi şəkildə geyinməkdən imtina etmək; ya da qadağaya tabe olmayıb cinayət sanksiyalarına məruz qalmaq.* Beləliklə, hazırki işdə Konvensiyanın 8 və 9-cu maddələrində təminat verilən hüquqlara qanunla nəzərdə tutulmuş « müdaxilə » və ya « məhdudiyyət » baş vermişdir.
Hökumət iddia edir ki, müdaxilənin iki legitim məqsədi vardır: ictimai təhlükəsizlik və « demokratik və açıq bir cəmiyyətin minimum dəyərlər bazasına riayət ». 8 və 9-cü maddələrin ikinci bəndləri açıq şəkildə nə bu məqsədlərdən ikincisini, nə də Hökumətin bununla bağlı istinad etdiyi üç dəyəri nəzərdə tutmur.
Məhkəmə qəbul edir ki, mübahisələndirilən qadağanı qəbul edərkən, qanunverici Konvensiyanın 8 və 9-cu maddələrinin 2-ci bəndləri mənasında « ictimai asayiş » və ya « ictimai təhlükəsizlik » məqsədlərinə nail olmağa çalışmışdır.
İrəli sürülən məqsədlərdən ikincisi, yəni « demokratik və açıq bir cəmiyyətin minimum dəyərlər bazasına riayət »**lə bağlı, Hökumətin kişilər və qadınlar arasında bərabərlik prinsipinə hörmətlə bağlı arqumenti inandırıcı deyildir. Hər hansı üzv Dövlət hazırki işdəki ərizəçi kimi qadınların bu müddəalarla təminat verilən hüquqlarından istifadə çərçivəsində tələb etdikləri bir davranışı qadağan etmək üçün cinslərin bərabərliyi prinisipinə istinad edə bilməz. Əks halda, fərdləri, özlərinin funadmental hüquq və azadlıqlarının istifadəsindən qoruduğumuzu iddia etməyi məqbul hesab etmiş olardıq. Digər tərəfdən, Hökumətin bəzi qadınlar tərəfindən bütöv örtüyün taxılmasının fransız əhalisinin əksəriyyətini, Fransada ümumi olaraq cinslərin bərabərliyi prinsipinə uyğun olmadığı üçün şoka salması barədəki fikirlərinə gəlincə, Məhkəmə özünün Hökumətin xatırlatdığı iki digər dəyərlə bağlı əsaslanıdırmasına istinad edir.
İkincisi, Məhkəmə hesab edir ki, insan ləyaqətinə hörmət, ictimai yerlərdə bütöv örtüyün geyilməsinə ümumi qadağanı legitim olaraq əsaslandıra bilməz. Bu tip geyim onu görənlərin çoxuna qəribə gəlir. Bununla belə, bu, müxtəlifliklə, demokratiyanın qidalandığı plüralizmə töhvə verən mədəni kimliyin ifadəsidir.
Üçüncüsü, bəzi hallarda Hökumətin qanun layihəsinin motiv hissəsində « cəmiyyət həyatının minimum tələblərinə riayət » - « birlikdə yaşamaq » adlandırdığı anlayış « başqalarının hüquq və azadlıqlarının müdafiəsi » legitim məqsədinə aid oluna bilər. Cavabdeh Dövlət üzün sosial əlaqələrdə əhəmiyyətli rol oynadığını düşünür. Məhkəmə beləliklə, üz örtüyünün başqalarına qarşı maneə olmasının cavabdeh Dövlət tərəfindən başqasının birlikdə yaşamağı asanlaşdıran sosiallaşma məkanında inkişaf etmək hüququna qəsd kimi dəyərləndirilməsinini qəbul edə bilər. « Birgə yaşamaq » anlayışının elastikliyi və ondan irəli gələn ifrata varma riski Məhkəməni mübahisələndirilən məhdudlaşdırmanın zəruriliyinin diqqətli araşdırmasını həyata keçirməyə vadar edir.
Qanun layihəsini müşayət edən motivlər hissəsindən aydın şəkildə görünür ki, bu qadağanın əsas məqsədi qadınları onlara diktə edilən və ya onlar üçün ziyanlı davranışlardan qorumaq deyildir.
8 və 9-cu maddələr mənasında ictimai asayiş və ya təhlükəsizliklə bağlı, Məhkəmə, Dövlətin şəxslərin və əşyaların təhlükəsizliyinə qəsdlərin qarşısını almaq və şəxsiyyət sənədlərinin saxtalaşdırılması ilə mübarizə üçün fərdləri identifikasiya etməyin vacib olduğunu hesab etməsini anlayır. Bununla belə, din məqsədləri üçün bütöv örtük taxmaq istəyən qadınların hüquqlarına təsirinə görə, ictimai yerlərdə üzü örtən geyimin geyinilməsinə tam qadağa, yalnız ictimai təhlükəsizliyə ümumi hədənin olması kontekstində mütənasib hesab edilə bilər. Hökumət 11 oktyabr 2010-cu il qanununun belə bir kontekstdə qəbul edildiyini sübut etmir. Qadağanın subyekti olan qadınlara gəlincə, onlar öz kimliklərinin əhəmiyyətli hesab etdikləri bir elementindən və seçdikləri din və ya inanclarını nümayiş etdirmək hüquqlarından imtina etməyə məcbur olmuşlar. Halbuki, Hökumətin bildirdiyi məqsədə, şəxslərə və əşyalara təhlükə riski olduğu və ya şəxsiyyət sənədlərinin saxtalaşdırılması ilə əlaqədar şübhələr üçün xüsusi şərait olduğu zaman sadəcə qadınların üzlərini açmaqları ilə identifikasiya edilməklə çatıla bilərdi. 11 oktyabr 2010-cu il qanununun gətirdiyi qadağanın demokratik cəmiyyətdə Konvensiyanın 8 və 9-cu maddələri mənasında ictimai təhlükəsizlik və ya asayiş üçün vacib olduğu hesab edilə bilməz.
Məhkəmənin legitim hesab etdiyi «cəmiyyət həyatının minimum tələblərinə riayət» məqsədini də araşdırmaq lazımdır. Nəticədə Məhkəmə hesab edir ki, mübahisəli qadağa prinsipcə, « birgə yaşamaq » şərtlərini təmin etməklə bağlı əsaslandırılmış ola bilər.
Bu qadağnın aid olduğu qadınların sayı ilə bağlı, Fransanın altmış beş milyonluq əhalisinə və burda yaşayan müsəlmanların sayına nisbətdə bütöv İslam örütüyü taxan 1 900 qadının olması faktı, belə bir vəziyyətə ümumi qadağa barədə qanunla cavab vermək qeyri-mütənasib görünə bilər.
Bundan əlavə, qadağanın ərizəçi kimi, öz dini inancları səbəbilə bütöv örtük taxmağı seçən qadınlar üzərindəki neqativ təsiri şübhəsizdir. fundamental hüquqların müdafiəsi üzrə çox sayda milli və beynəlxalq aktorlar da ümumi bir qadağanın qeyri-mütənasib olduğunu hesab etmişdir.
11 oktyabr 2010-cu il qanunu və onun qəbul edilməsini müşayət edən müəyyən təzadlar, müsəlman icmanın bir hissəsi, bütöv örtük tərəfdarı olan üzvləri tərəfindən acı ilə anılmış ola bilər. Bununla bağlı, Məhkəmə 11 oktyabr 2010-cu il qanununun qəbulundan əvvəl müəyyən islamofob fikirlər səsləndirilmiş olmasından narahatdır. Şübhəsiz ki, məsələ ilə bağlı qanunvericilik fəaliyyəti barədə fikir söyləmək Məhkəməyə düşməz. Lakin o vurğulayır ki, bu tip qanunvericilik təşəbbüsünə əl atan Dövlət müəyyən kateqoriya insanlara mənfi təsir edən stereotiplərin möhkəmlənməsinə yardım etmək və düzümlülüyü təşviq etməli olduğu halda, dözümsüzlüyün ifadəsini cəsarətləndirmək riski alır. Məhkəmə xatırladır ki, dini və ya etnik mənsubiyyətinə görə identifikasiya edilən bir qrupa qarşı ümumi və zoraki fikirlər Konvensiyanın əsasını təşkil edən dözümlülük, sosial sülh və ayri-seçkiliyin qadağanı kimi dəyərlərə ziddir və Konvensiyada nəzərdə tutulan fikri ifadə azadlığının əhatə dairəsinə daxil deyildir.
Bununla belə, 11 oktyabr 2010-cu il qanunu, ictimai yerlərdə, dini və ya qeyri-dini xarakterli üzü örtməyən hər hansı geyim geyinilməsini və ya geyim elementini istifadə etmək azadlığına təsir etmir. Mübahisələndirilən qadağan əsasən bütöv örtük taxmaq istəyən müsəlman qadınlara aiddir. Bununla belə, qadağa açıq şəkildə həmin geyimlərin dini xarakteri ilə əlaqədar deyil, üzü örtməsi faktına əsaslanır.***
Qadağanın cinayət sanksiyaları nəzərdə tutması faktına gəlincə, qanunvericinin seçdiyi sanksiyalar nəzərdə tutula bilən ən yüngül sanksiyalardan olması faktı nəzərə alınmalıdır, çünki, ikinci sinif pozuntular üçün nəzərdə tutulan cərimə tətbiq olunur (yəni hal-hazırda, maksimum 150 Avro). Yerli məhkəmə eyni zamanda və ya onun yerinə vətəndaşlıq stajı da tətbiq edə bilər.
Digər tərəfdən, şübhəsiz ki, ərizəçinin vurğuladığı kimi, ictimai yerlərdə üzü örtən geyimi qadağan edərkən cavabdeh Dövlət müəyyən şəkildə plüralizmin dairəsini məhdudlaşdırır, çünki qadağa müəyyən qadınların, ictimai yerlərdə bütöv örtük taxmaqla öz şəxsiyyətlərini və inanclarını ifadə etmələrinə mane olur. Bununla belə, Dövlət öz növbəsində, onun üçün, fransız cəmiyyətində, sosial kommunikasiya qaydaları, daha geniş götürüldükdə « birlikdə yaşamaq »la ziddiyətli hesab etdiyi bir davranışa cavab verdiyini bildirir. Cavabdeh Dövlətin fikrincə, demokratik cəmiyyətin fundamenti olan plüralizmin, eləcə də dözümlülük və açıq fikirliliyin ifadəsi üçün mühüm olan fərdlər arasında, qarşılıqlı əlaqələri qorumaq niyyəti daşıyır. Beləliklə, belə görünür ki, ictimai yerlərdə bütöv örtük taxılmasının qəbul edib-etməmək, cəmiyyətin seçimidir.
Belə olan halda, Məhkəmə, Konvensiyaya uyğunluq məsələsinin yoxlanmasını məhdud saxlamalıdır, çünki haqqında söhbət gedən cəmiyyətin demokratik formalarına uyğun şəkildə verilmiş bir qərarı dəyərləndirməlidir. Ən azından, Məhkəmə artıq xatırlatmışdır ki, demokratik Dövlətdə ağlabatan şəkildə mövcud olan dərin fikir müxtəliflikləri ilə bağlı ümumi siyasət məsələlərindən söhbət gedərkən, milli qərarvericinin roluna xüsisi əhəmiyyət vermək lazımdır.
Bu fikir, xüsusilə, ictimai yerlərdə bütöv örtük məsələsi ilə bağlı Avropa konsensusu olmadığından, doğrudur. Sırf normativ nöqteyi nəzərdən, Fransa Avropada azlıqda olsa da ictimai yerlərdə bütöv örtük geyinmək məsələsi bir çox Avropa ölkəsində müzakirə edilir və ya edilmişdir. Buna onu da əlavə etmək lazımdır ki, belə görünür ki, üzv Dövlətlərin müəyyən hissəsində ictimai yerlərdə bütöv örtük geyinilməsi məsələsi heç qalxmır, çünki, belə bir təcrübə mövcud deyildir.
Nəticədə, xüsusilə, cavabdeh Dövlətin hazırki işdə mülahizə səlahiyyətinin genişliyi nəzərə alınaraq, Məhkəmə belə nəticəyə gəlir ki, 11 oktyabr 2010-cu il qanununun qoyduğu qadağa çatılmaq istənilən məqsədə, yəni « başqasının hüquq və azadlıqlarının müdafiəsi »nin elementi olan « birgə yaşamaq » məqsədinə mütənasib hesab oluna bilər. mübahisəli məhdudlaşdırma « demokratik cəmiyyətdə» «zəruri » hesab edilə bilər. Bu nəticə, həm Konvensiyanın 8-ci maddəsinə, həm də 9-cu maddəsinə aiddir.
Nəticə : pozuntu yoxdur (on beş səsə qarşı iki səs).
Konvensiyanın 8 və ya 9-cu maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsi: Ərizəçi dolayı ayrı-seçkilikdən şikayət edir. O bununla bağlı bildirir ki, ictimai yerlərdə bütöv örtük taxmaq istəyən müsəlman qadın olaraq, qadağanın və onun sanksiyalarının xüsusilə hədəf aldığı şəxslər kateqoriyasına aiddir
Bir qrup şəxs üzərində qeyri-mütənasib ziyanlı təsirə malik ümumi siyasət və tədbir, hətta spesifik olaraq bir qrupu hədəf almasa və ya ayrı-seçkilik niyyəti olmasa belə, ayrı-seçkilik salan hesab edilə bilər. Bununla belə, bu siyasət və ya tədbir yalnız « obyektiv və ağlabatan » əsaslandırmaya malikdirsə, yəni «legitim məqsəd» daşıyırsa və istifadə olunan vasitələrlə daşınılan məqsəd arasında «ağlabatan və mütənasib əlaqə» varsa belədir. Hazırki işdə, 11 oktyabr 2010-cu il qanununun qoyduğu qadağanın dini əsaslarla ictimai yerlərdə bütöv örtük taxmaq istəyən müsəlman qadınlara mənfi təsirləri olsa da, bu tədbirin obyektiv və ağlabatan əsasları vardır.
Nəticə : pozuntu yoxdur (yekdilliklə).
* Bax : Dudgeon c. Royaume-Uni, 7525/76, 22 oktyabr 1981.
** Bax : Leyla Şahin c. Turquie [BP], 44774/98, 10 noyabr 2005, Məlumat qeydi no. 80, və Ahmet Arslan et autres c. Turquie, 41135/98, 23 fevral 2010, Məlumat qeydi no. 127.
*** A contrario, bax : Ahmet Arslan et autres c. Turquie, yuxarıdakı istinad.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy