© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Saşo Qorgiyev keçmiş Yuqoslaviya respublikası Makedoniyaya qarşı (Sašo Gorgiev v. “the former Yugoslav Republic of Macedonia”), ərizə № 49382/06
19.04.2012-ci il tarixli qərar [V Bölmə]
Maddə 2
Pozitiv öhdəliklər
2-ci maddənin 1-ci bəndi
Yaşamaq hüququ
Ofisiantın xidməti növbə çəkməkdən icazəsiz olaraq yayınmış polis əməkdaşı tərəfindən ölümlə nəticələnməyən atəşə məruz qalması: pozuntu baş verib
Faktlar – Barda ofisiant işləyən ərizəçi ehtiyatda olan polis əməkdaşı R.D. tərəfindən üfuqi istiqamətdə açılmış atəş nəticəsində yaralandı, həmin polis gecə növbəsində xidmətdə olduğu halda xidmətdən icazəsiz olaraq yayınmışdı. Birinci instansiya məhkəməsi onun spirtli içkinin təsiri altında bilməyərəkdən silahın tətiyini çəkdiyi qənaətinə gəldikdən sonra R.D. insanların təhlükəsizliyinə qarşı ağır cinayətlərə görə məhkum edildi. Onun cəzasının icrası təxirə salındı. Ayrıca keçirilən məhkəmə prosesində mülki məhkəmələr ərizəçinin dövlətə (Daxili İşlər Nazirliyinə) qarşı qaldırdığı mülki iddianı rədd edərək belə əsas gətirdilər ki, insident baş verərkən R.D. rəsmən vəzifə başında deyildi.
Hüquqi məsələlər – Maddə 2: Adamöldürmə niyyətinin olub-olmadığından asılı olmayaraq, ərizəçi mahiyyət etibarı ilə onun həyatına qarşı təhlükə yaradan hərəkətin qurbanı idi. Buna görə də 2-ci maddə bu işə tətbiq edilə bilərdi. Baxmayaraq ki, ehtiyatda olan polis əməkdaşı R.D. dövlət nümayəndəsi idi, atəş açarkən xidməti vəzifələrinin icrasını həyata keçirmirdi. Bununla belə, onun qanunsuz hərəkətlərinə görə dövlətin məsuliyyət daşıyıb-daşımadığını müəyyənləşdirərkən Məhkəmə işin hallarını bütövlükdə qiymətləndirməli və onun davranışının xarakterini və baş verdiyi şəraiti nəzərdən keçirməli idi.
İnsident R.D.-nin iş saatlarında baş vermişdi, belə ki, onun polis bölməsində növbədə olduğu güman edilirdi. Onun öz postunu icazəsiz olaraq və sərxoş vəziyyətdə tərk etdiyi şübhə doğurmasa da, o, uniformada idi və ərizəçiyə xidməti silahı ilə atəş açmışdı. Baxmayaraq ki, dövlət orqanları obyektiv olaraq R.D.-nin hərəkətlərini öncədən görə bilməzdilər, dövlət öz nümayəndələrinin, xüsusən ehtiyatda olan və müvəqqəti olaraq xidmət üçün səfərbər edilən əməkdaşların xidməti vəzifələrinin icrası ilə əlaqədar onlara həvalə olunan silahlardan hüquqa zidd olaraq istifadə etməsinin qarşısını almaq üçün adekvat və səmərəli təminatlar sistemini yaratmaq və ciddi şəkildə tətbiq etmək öhdəliyini daşıyırdı. Hökumət bu məsələ ilə bağlı hər hansı normativ aktlara istinad etmədi, Məhkəmə isə qeyd etdi ki, "Daxili işlər haqqında" Qanunun 26-cı maddəsi dövlət nümayəndələrinin "vəzifə başında olub-olmadıqlarından asılı olmayaraq hər zaman" öz vəzifələrini icra etmələrini tələb edir, bu isə praktiki olaraq o demək idi ki, onların daim xidməti silahlarını yanlarında gəzdirməsi tələb olunur. Hökumət R.D.-nin polis orqanlarında qulluq etməyə və silah daşımağa yararlı olub-olmadığının qiymətləndirildiyini göstərən hər hansı sübut təqdim etmədi, halbuki bu məsələ xüsusi diqqətlə yoxlanılmalı idi. Yuxarıdakı halları nəzərə alsaq, R.D.-nin hərəkətlərinə görə cavabdeh dövlətin məsuliyyət daşıdığını hesab etmək olar.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 12.000 avro; maddi ziyana görə 3.390 avro təyin edildi.
(Həmçinin bax: Qorovenki və Buqara Ukraynaya qarşı, ərizələr № 36146/05 və 42418/05, 12 yanvar 2012-ci il, 148 saylı Məlumat bülleteni).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy