© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Savriddin Curayev Rusiyaya qarşı – ərizə № 71386/10
25.4.2013 tarixli qərar [I Bölmə]
Maddə 34
Şikayət vermə hüququnun həyata keçirilməsinə maneə yaradılması
Şəxsin real qəddar rəftar riskinə məruz qalacağı Tacikistana zorla göndərilməsi və Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti tədbirlərin icrasından yan keçilməsi: pozuntu baş verib
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Ümumi xarakterli tədbirlər
Cavabdeh dövlətdən tələb olunur ki, ekstradisiya və ölkədən çıxarılma hallarında dövlətin hərəkətlərinin qanuniliyini və potensial qurbanların səmərəli müdafiəsini yubanmadan təmin etsin
Məhkəmə qərarının icrası
Fərdi tədbirlər
Cavabdeh dövlətdən tələb olunur ki, xarici ölkə ərazisində olan ərizəçini həyatına və sağlamlığına qarşı mövcud təhlükələrdən müdafiə etmək üçün real qoruyucu tədbirlər görsün
Faktlar – Ərizəçi dini fəaliyyətləri ilə əlaqədar təqiblərdən ehtiyatlandığı üçün vətəni Tacikistanı tərk etmişdi. O, Rusiyaya yollandı, orada ona müvəqqəti sığınacaq verildi. Bu arada Tacikistanın dövlət hakimiyyəti orqanları cinayətkar təşkilatın fəaliyyətlərində iştirak etmə ittihamları ilə onun ekstradisiya olunması üçün sorğu ilə müraciət etdilər. Rusiyanın dövlət hakimiyyəti orqanları sorğu ilə razılaşdılar, amma Məhkəmə Reqlamentinin 39-cu maddəsi əsasında Avropa Məhkəməsinin qəbul etdiyi müvəqqəti tədbirə uyğun olaraq ərizəçinin ekstradisiyası təxirə salındı. Bununla belə, ərizəçi 2011-ci ilin 31 oktyabr axşamında Moskvada naməlum şəxslər tərəfindən oğurlandı, bir və ya iki gün ərzində Moskvada həbsdə saxlanıldı, sonra isə zorla aeroporta aparıldı və Tacikistana uçan təyyarənin göyərtəsinə mindirildi, oraya çatdıqda isə dərhal həbsə alındı.
Hüquqi məsələlər – Maddə 3: Ərizəçinin nümayəndəsi və Rusiyanın İnsan hüquqları üzrə müvəkkili ərizəçinin işgəncə və qəddar rəftarla bağlı real və birbaşa təhlükəyə məruz qala biləcəyi barədə səlahiyyətli orqanları məlumatlandırılmışdılar. Həqiqətən ərizəçinin oğurlanmasının halları və bu oğurlanmanın tarixçəsi real riskin mövcudluğuna şübhə yeri qoymurdu və səlahiyyətli orqanları sövq etməli idi ki, onu kimliklərindən asılı olmayaraq digər şəxslərin qanunsuz hərəkətlərindən qorumaq üçün qabaqlayıcı operativ tədbirlər görsünlər. Bununla belə, Hökumət təhlükənin aradan qaldırılması üçün vaxtında hər hansı tədbirin görüldüyü barədə Məhkəməyə məlumat vermədi.
Ərizəçinin başına gələnlər barəsində iddialarını əsas etibarı ilə İskəndərovun və Abdulxakovun işləri üzrə qərarında Məhkəmənin qəbul etdiyi belə bir təkzibolunmaz ehtimal təsdiqləyirdi ki, həmin işlərdə ərizəçilərin zorla Tacikistana göndərilməsi Rusiyanın dövlət hakimiyyəti orqanlarının məlumatı və passiv və ya aktiv iştirakı olmadan baş verə bilməzdi. Rusiya Hökuməti bu işdə həmin ehtimalı təzib etmək üçün heç nə ortaya qoymadı. Əslində dövlət orqanları ölkədaxili səviyyədə səmərəli araşdırma aparmaqla insidentin hallarına aydınlıq gətirməkdən açıq-aydın yayındılar. Müvafiq olaraq, həmin əməliyyatda dövlət nümayəndələrinin iştirak etməsi səbəbindən cavabdeh dövlət ərizəçinin zorla Tacikistana göndərilməsinə görə Konvensiya üzrə məsuliyyət daşıyır. Dövlət nümayəndələrinin hərəkətləri Rusiyada ərizəçiyə müvəqqəti sığınacaq verilməsi barədə qanuni qərardan və Məhkəmənin qərarı ilə təyin olunmuş müvəqqəti tədbirlərə uyğun olaraq ərizəçinin ekstradisiyasının qarşısını almaq üçün Hökumət tərəfindən rəsmən görülmüş tədbirlərdən yan keçmək məqsədi ilə açıq-aydın qanunsuzluqlarla və səlahiyyətlərdən sui-istifadə ilə xarakterizə olunurdu. Bu işdə əməliyyat "normal hüquq sistemindən kənar" surətdə aparılmış və "bilərəkdən qanuni prosesdən yan keçməklə qanununun aliliyinə və Konvensiya ilə qorunan dəyərlərə qarşı hörmətsizlik edilməklə" həyata keçirilmişdi.
Müvafiq olaraq, dövlət orqanları ərizəçini real və birbaşa işgəncə və qəddar rəftar təhlükəsinə məruz qalacağı Tacikistana zorla göndərilməkdən müdafiə etmədiklərinə, insidentlə bağlı səmərəli araşdırma aparılmadığına və həmin əməliyyatda dövlət nümayəndələri passiv və ya aktiv iştirak etdiklərinə görə Konvensiyanın 3-cü maddəsi pozulub.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 34: Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirin hələ də qüvvədə olmasına baxmayaraq, ərizəçi xüsusi əməliyyat çərçivəsində təyyarə ilə zorla Tacikistana göndərilmiş və bu əməliyyatda dövlət nümayəndələrinin iştirak etdiyi müəyyənləşdirilmişdi. Ərizəçini digər ölkədaxili prosedurdan istifadə etməklə, yaxud bundan daha pisi, onun açıq-aydın qanunsuz şəkildə özbaşınalıqla ölkədən çıxarılmasına imkan yaratmaqla təyinat ölkəsinə göndərmək üçün dövlət orqanlarının hazırkı işdə təyin olunmuş müvəqqəti tədbirdən yan keçmələrinə şərait yaradılmasını heç cür anlamaq olmur. Cavabdeh dövlətin müvəqqəti tədbirə etinasız yanaşması nəticəsində ərizəçi Tacikistanda real qəddar rəftar riski ilə üzləşib və onun Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş hüququndan praktiki və səmərəli şəkildə yararlanmasının Məhkəmə tərəfindən təmin edilməsinə maneçilik törədilib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin ərizəçinin 2010-cu ildə həbsi barədə iki qərara qarşı şikayətlərinə baxılmasının uzun müddət yubadılması ilə əlaqədar olaraq 5-ci maddənin 4-cü bəndinin pozulduğunu müəyyən etdi.
Maddə 41: mənəvi ziyana görə 30.000 avro təyin edildi.
Maddə 46: Cavabdeh dövlətdən tələb olunur ki, müvəqqəti sığınacaq vermiş olduğu ərizəçini xarici ölkə ərazisində həyatına və sağlamlığına qarşı mövcud olan təhlükələrdən qorumaq məqsədi ilə real müdafiə tədbirləri görsün. Həmçinin cavabdeh dövlətdən tələb olunur ki, sözügedən insidentlə bağlı səmərəli araşdırma aparsın.
Bundan əlavə, sonrakı analoji pozuntuların qarşısını almaq üçün ümumi tədbirlərin görülməsi tələb olunur. Məhkəmə İskəndəvorun işi üzrə qərarın qəbulundan bəri bu cür insidentlərin təkrarlanması halları ilə qarşılaşıb. Belə insidentlər qanunun aliliyinə qarşı kobudcasına etinasızlığa bərabərdir və o deməkdir ki, müəyyən dövlət orqanlarının fəaliyyətlərində onların Rusiya qanunvericiliyi və Konvensiya üzrə daşıdıqları öhdəlikləri pozan praktika formalaşıb. Qətiyyətli ümumi tədbirlərin görülməsi hələ də tələb olunur, bu tədbirlər sırasına ekstradisiya və ölkədən çıxarılma hallarında ölkədaxili hüquqi müdafiə vasitələri ilə təmin edilmənin yaxşılaşdırılması, bu sahədə dövlətin hərəkətlərinin qanuniliyinin təmin edilməsi, potensial qurbanların Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti tədbirlərə uyğun olaraq səmərəli müdafiəsi və belə tədbirlərin hər bir pozuntusunun və ya analoji qanunsuz hərəkətlərin səmərəli şəkildə araşdırılması daxildir. Hazırkı məhkəmə qərarından irəli gələn dövlətin öhdəlikləri hazırkı problemin yubadılmadan həll olunmasını tələb edir.
(Bax: İskəndərov Rusiyaya qarşı, ərizə № 17185/05, 23 sentyabr 2010-cu il, 133 saylı Məlumat bülleteni; və Abdulxakov Rusiyaya qarşı, ərizə № 14743/11, 2 oktyabr 2012-ci il, 156 saylı Məlumat bülleteni).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy