© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Şalk və Kopf Avstriyaya qarşı (Schalk and Kopf v. Austria), ərizə № 30141/04
24.06.2010-cu il tarixli qərar [I Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Eyni cinsdən olan cütlüyün nikaha girə bilməməsi: pozuntu baş verməyib
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Eyni cinsdən olan cütlüyün stabil münasibətlər əsasında birgə yaşaması "ailə həyatı" təşkil edir: 8-ci maddə bu işə tətbiq edilə bilər
Maddə 12
Eyni cinsdən olan cütlüyün nikaha girə bilməməsi: pozuntu baş verməyib
Faktlar – Eyni cinsə mənsub cütlük olaraq ərizəçilər 2002-ci ildə səlahiyyətli orqanlardan nikah bağlamalarına icazə istədilər. Milli qanunvericiliyə əsasən, nikah yalnız müxtəlif cinslərə mənsub olan şəxslər arasında bağlana bilərdi və nəticədə ərizəçilərin müraciəti rədd edildi. Onlar konstitusiya şikayəti verdikdən sonra Konstitusiya Məhkəməsi qərara aldı ki, istər Avstriya Konstitusiyası, istərsə də Avropa Konvensiyası valideyn olmağa imkan yaradan nikah anlayışının başqa növ münasibətlərə də şamil olunmasını tələb etmir və eyni cinsli şəxslərin münasibətlərinin Konvensiya ilə qorunması nikah qanunvericiliyini dəyişdirmək öhdəliyini doğurmur. 1 yanvar 2010-cu ildə Avstriyada Qeydiyyata alınmış cütlük münasibətləri haqqında Qanun qüvvəyə mindi, onun məqsədi eyni cinsdən olan cütlüklərin münasibətlərinin tanınmasının formal mexanizmini təmin etmək və onların münasibətlərinin hüquqi nəticələr doğurmasını qəbul etmək idi. Bu Qanun qeydiyyata alınmış cütlüklərə ərlə arvadın bir çox hüquq və vəzifələrini versə də, bəzi fərqlər saxlanıldı, məsələn, qeydiyyata alınmış cütlüklər övladlığa götürməni və ya süni mayalanma prosedurunu həyata keçirə bilməzdilər.
Hüquqi məsələlər – Maddə 12: Məhkəmə əvvəlcə bu məsələni araşdırdı ki, Konvensiyaya uyğun olaraq "kişi və qadınların" malik olduğu nikaha girmək hüququ ərizəçilərin situasiyasına şamil oluna bilərmi? Hətta eyni cinsli nikahlara Avropa Şurasının üzvü olan altı dövlət icazə versə də, Avropa İttifaqının Əsas hüquqlar haqında Xartiyasının nikaha girmək hüququnu nəzərdə tutan müddəalarında kişi və qadın barəsində heç nə deyilmir, bu isə belə nəticə çıxarmağa imkan verir ki, nikaha girmək hüququ bütün halalda fərqli cinsə mənsub olan iki şəxslə məhdudlaşdırılmır. Müvafiq olaraq, belə nəticəyə gəlmək olmaz ki, Konvensiyanın 12-ci maddəsi ərizəçilərə şamil olunmur. Eyni zamanda, Xartiya eyni cinsli nikahlara icazə verilməsi və ya onların qadağan olunması məsələsini iştirakçı dövlətlərin milli qanunvericiliyi ilə tənzimlənməli olan məsələ kimi səciyyələndirir. Məhkəmə vurğuladı ki, milli hakimiyyət orqanları bu sahədə cəmiyyətin tələbatlarının qiymətləndirilməsində və onlara reaksiya verilməsində daha əlverişli vəziyyətdədirlər, belə ki, nikah dərin köklərə malik olan və ayrı-ayrı cəmiyyətlərdə xeyli fərqli olan sosial və mədəni mahiyyət daşıyır. Beləliklə, Konvensiyanın 12-ci maddəsi iştirakçı dövlətlərin üzərinə eyni cinsli şəxslərin nikaha girməsinə icazə vermək öhdəliyi qoymur.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
8-ci maddə ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi məsələsi: Avropa ictimaiyyətinin eyni cinsli nikahlara münasibətinin son onillikdə sürətlə təkamül etdiyini nəzərə alsaq, belə cütlüklərin "ailə həyatı" hüququna malik olmadıqları barədə Məhkəmənin mövqeyi süni mövqe olardı. Buna görə də Məhkəmə bu qənaətə gəldi ki, müxtəlif cinslərdən olan cütlük kimi eyni cinsdən olan cütlüyün də stabil münasibətlər əsasında birgə yaşaması "ailə həyatı" təşkil edir. Məhkəmə dəfələrlə qeyd edib ki, seksual oriyentasiyaya əsaslanan fərqli rəftara haqq qazandırmaq üçün xüsusilə ciddi əsaslar tələb olunur. İndiki halda bu ehtimaldan çıxış etmək lazımdır ki, müxtəlif cinsli cütlüklər kimi eyni cinsli cütlüklər də stabil münasibətlərə girə bilərlər və müvafiq olaraq, münasibətlərinin hüquqi cəhətdən tanınmasının zəruriliyi baxımından birincilərlə nisbətən oxşar vəziyyətdədirlər. Lakin Konvensiyanın vahid bir tam kimi nəzərdən keçirilməli olduğunu nəzərə alaraq, habelə 12-ci maddənin iştirakçı dövlətlərin üzərinə eyni cinsli şəxslərin nikaha girməsinə icazə vermək öhdəliyi qoymadığı barədə yuxarıda çıxarılmış nəticəni nəzərə alaraq, Məhkəmə ərizəçilərin bu fikrini bölüşə bilməz ki, 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddə dövlətlərin üzərinə bu öhdəliyi qoyur. İndi yalnız bu məsələni araşdırmaq qalır ki, dövlət ərizəçilərin cütlük kimi yaşamasının hüquqi cəhətdən tanınması üçün onları 2010-cu ilədək alternativ vasitələrlə təmin etməli idimi? Eyni cinsli cütlüklərin münasibətlərinin hüquqi cəhətdən tanınması tendensiyasına baxmayaraq, bu sahə əvvəlkitək hüquqların konsensus olmadığı bir şəraitdə inkişaf etdiyi sahə hesab edilməlidir və belə vəziyyətdə dövlətlər qanunvericiliyə bu məsələ ilə bağlı nə zaman dəyişiklik edəcəklərini müəyyənləşdirməkdə müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. Avstriya qanunvericiliyi bu sahədə öndə olmasa da hər halda bu sahədəki təkamülü əks etdirir, amma cütlüklərin qeydiyyata alınması barədə qanunun daha əvvəl qəbul edilməməsini milli qanunvericilik orqanına irad tutmaq doğru olmazdı. Nəhayət, Qeydiyyata alınmış cütlük münasibətləri haqqında Qanunda valideynlik hüquqları məsələsində bu nikahlarla adi nikahlar arasında əhəmiyyətli fərqlər saxlanılıb ki, bu da analoji qanunvericiliyi qəbul etmiş digər iştirakçı dövlətlərdə müşahidə olunan tendensiyalara uyğundur. Bundan başqa, ərizəçilər valideynlik hüquqları məsələsində birbaşa hər hansı məhdudiyyətlərə məruz qaldıqlarını iddia etmədiklərinə görə Məhkəmə bu məsələdə fərqli rəftarı təfsilatlı şəkildə araşdırmağa ehtiyac görmür, çünki bu məsələ hazırkı işin hüdudlarından kənara çıxır.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı dörd səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy