© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Şatşaşvili Almaniyaya qarşı [BP] – ərizə № 9154/10
15.12.2015 tarixli qərar [BP]
Maddə 6
6-cı maddənin 3"d" bəndi
Şahidlərin dindirilməsi
Məhkəmədə iştirak etməyən, ifadələri ərizəçinin məhkum edilməsində əhəmiyyətli çəkiyə malik olan şahidləri dindirmək imkanının olmaması: pozuntu baş verib
Faktlar – Ərizəçi ağırlaşdırıcı hallarla pulqoparma ilə birlikdə ağırlaşdırıcı hallarla soyğunçuluqda təqsirli bilindi və doqquz il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Cinayətlərdən biri ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi konkret olaraq cinayətdən zərər çəkmiş iki şəxsin məhkəməyəqədər araşdırma mərhələsində polisə verdikləri şahid ifadələrinə əsaslandı. Həmin ifadələr məhkəmə araşdırmasında oxundu, çünki bu iki şahid Latviyaya qayıtmış və cinayətin onlara yetirdiyi mənəvi əzab davam etdiyinə görə məhkəmədə ifadə verməkdən imtina etmişdilər.
17 aprel 2014-cü il tarixli qərarla Məhkəmənin Palatası iki səsə qarşı beş səslə bu qənaətə gəldi ki, Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndi ilə birlikdə götürülməklə, ərizəçinin 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş hüquqları pozulmayıb. 8 sentyabr 2014-cü ildə iş ərizəçinin vəsatəti əsasında Böyük Palataya göndərildi (bax: Məlumat bülleteni № 177).
Hüquqi məsələlər – 6-cı maddənin 3"d" bəndi ilə birlikdə götürülməklə 6-cı maddənin 1-ci bəndi: Məhkəmədə iştirak etməyən şahidlərin öncə vermiş olduqları ifadələrin istifadəsinin ərizəçinin işi üzrə məhkəmə araşdırmasının bütövlükdə ədalətliliyinə zərər yetirib-yetirmədiyini qiymətləndirmək üçün Məhkəmə Əl-Havayya və Tahiri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın qərarında ([BP], ərizələr № 26766/05 və 22228/06, 15 dekabr 2011-ci il, Məlumat bülleteni № 147) müəyyən edilmiş yoxlamanı (testi) tətbiq etdi və əlavə olaraq ona aydınlıq gətirdi. Konkret olaraq, aydın məsələ idi ki, yoxlamanın üç pilləsinin hamısı o halda araşdırılmalı idi ki, birinci pillə ilə ("şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb var idimi") ikinci pillədəki sualların ("məhkəmədə iştirak etməyən şahidin ifadəsi müttəhimin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas idimi") cavabı müsbət olsun, amma bu məsələ qeyri-müəyyən qalırdı ki, birinci və ya ikinci sualdan hər hansı birinin cavabı mənfi olduğu halda da yoxlamanın hər üç pilləsi araşdırılmalıdırmı və bu pillələr hansı ardıcıllıqla araşdırılmalıdır?
Məhkəmə hesab etdi ki:
- Şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olmaması özlüyündə məhkəmə araşdırmasının ədalətsiz olduğu qənaətinə gəlmək üçün əsas ola bilməz, amma bununla belə, ittiham tərəfinin şahidinin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olmaması bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyi qiymətləndirilərkən digər amillərlə balanslaşdırılmalı olan və balansı 6-cı maddənin 1 və 3"d" bəndlərinin pozuntusuna doğru dəyişə bilən mühüm amildir.
- Məhkəmə yetərincə balanslaşdırıcı amillərin mövcudluğunu təkcə o işlərdə yoxlamalı deyil ki, həmin işlərdə məhkəmədə iştirak etməyən şahidin verdiyi ifadə ərizəçinin məhkum edilməsinin yeganə və ya həlledici əsasını təşkil edir, həm də o işlərdə yoxlamalıdır ki, həmin işlərdə bu cür ifadə əhəmiyyətli çəkiyə malik olub və onun qəbulu müdafiə tərəfinə çətinliklər yaradıb. Məhkəmə araşdırmasının ədalətli hesab edilməsi üçün zəruri olan balanslaşdırıcı amillərin səviyyəsi məhkəmədə iştirak etməyən şahidin verdiyi ifadənin çəkisindən asılıdır.
- Bir qayda olaraq, Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın üç pilləsini həmin qərarda müəyyən edilmiş ardıcıllıqla araşdırmaq məqsədəuyğundur. Lakin yoxlamanın hər üç pilləsi bir-biri ilə qarşılıqlı əlaqəlidir və onlar birlikdə götürülmüş halda sözügedən cinayət prosesinin bütövlükdə ədalətli olub-olmadığını müəyyənləşdirməyə xidmət edir. Buna görə hər hansı konkret işdə bu pillələri fərqli ardıcıllıqla yoxlamaq məqsədəuyğun ola bilər, bu xüsusən o hallara aiddir ki, pillələrdən biri prosesin ədalətliliyinin və ya ədalətsizliyinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Məhkəmə Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanı ərizəçinin işinin faktlarına tətbiq etdi:
a) Şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb var idimi – Məhkəmə öncə qeyd etdi ki, birinci instansiya məhkəməsi şahidlərin ifadə verməkdən imtina etmələrini yetərincə əsaslandırmadıqlarını hesab edib və onların sağlamlıq durumunu və ya qorxmalarını məhkəmədə iştirak etməmələri üçün üzrlü səbəb kim kimi qəbul etməyib. Şahidlərlə şəxsən əlaqə yaratdıqdan və onlara müxtəlif variantlar təklif etdikdən sonra birinci instansiya məhkəməsi həmçinin Latviya məhkəmələrindən təkrar-təkrar xahiş etdi ki, ya şahidlərin sağlamlıq durumu və ifadə vermək iqtidarında olub-olmamaları dövlət səhiyyə sisteminin həkimi tərəfindən yoxlanılsın, ya da onlar Latviyadakı dinləmədə iştirak etməyə məcbur edilsinlər. Bu cəhdləri boşa çıxdığına görə birinci instansiya məhkəməsi istintaq mərhələsində şahidlərin verdikləri ifadələrin protokollarındakı qeydləri məhkəmə prosesində sübut qismində qəbul etdi. Beləliklə, şahidlərin məhkəmədə iştirak etməməsində birinci instansiya məhkəməsi təqsirkar deyildi. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin nöqteyi-nəzərinə görə, şahidlərin məhkəmə araşdırmasında iştirak etməmələri üçün və məhkəməyəqədər araşdırma mərhələsində onların verdikləri ifadəni sübut qismində qəbul etmək üçün əsaslı səbəb var idi.
b) Məhkəmədə iştirak etməyən şahidlərin verdiyi ifadə ərizəçinin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas idimi – Daxili məhkəmələr aydın şəkildə göstərməmişdilər ki, sözügedən şahid ifadələrini "həlledici", yəni işin nəticəsini həll edə biləcək əhəmiyyətə malik sübut hesab edirlərmi? Daxili məhkəmələrin sərəncamında olan bütün sübutları qiymətləndirdikdən sonra Məhkəmə qeyd etdi ki, cinayətin iki qurbanı sözügedən cinayətin yeganə birbaşa şahidləri idi. Əldə olan sübutlar ya başqalarının sözlərinə əsaslanan ifadələrdən, ya da sadəcə dolayı sübutlardan və digər sübutlardan ibarət idi ki, onlar da həlledici əhəmiyyət daşımırdı. Belə olan halda Məhkəmə hesab etdi ki, məhkəmədə iştirak etməyən şahidlərin ifadəsi ərizəçinin məhkum edilməsində "həlledici", yəni aparıcı sübut idi.
c) Müdafiə tərəfinin öz işində üzləşdiyi çətinliklərin kompensasiya edilməsi üçün yetərincə balanslaşdırıcı amillər var idimi?
- Əsaslandırılmış qərarında regional məhkəmə aydınlıq gətirdi ki, yoxlanıla bilməyən şahid ifadələrinin sübutedici dəyərinin azalması faktından xəbərdardır. O, istintaq mərhələsində zərərçəkənlərin verdikləri ifadələrin məzmununu müqayisə etdi və bu qənaətə gəldi ki, şahidlər cinayətin hallarını ətraflı və ziddiyyətsiz şəkildə təsvir ediblər. O daha sonra qeyd etdi ki, şahidlərin ərizəçini tanıya bilməmələri göstərirdi ki, onlar ifadələrini verərkən ərizəçini qəsdən ittiham etmək niyyətində deyildilər. Bundan başqa, şahidlərin ifadələrinin etibarlılığını qiymətləndirərkən regional məhkəmə həmçinin onların ifadələri ilə əlaqədar davranışlarının müxtəlif aspektlərini nəzərdən keçirdi. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmədə iştirak etməyən şahidlərə güvənməyin mümkünlüyünü və onların ifadələrinin etibarlılığını diqqətlə araşdırmışdı.
Bundan başqa, onun əlində başqasının məlumatına əsaslanan ittihamedici ifadələr və dolayı sübutlar vardı ki, onlar da şahidlərin ifadələrini təsdiqləyirdi. Bundan əlavə, məhkəmə araşdırması zamanı ərizəçiyə hadisələrə dair öz versiyasını təqdim etmək və başqasının məlumatı əsasında ifadə vermiş şahidləri çarpaz dindirməklə onların ifadələrinin etibarlılığını şübhə altına almaq imkanı verilmişdi. Bununla belə, onun iki şahidi dolayı yolla dindirməsinə və ya istintaq mərhələsində onlara suallar verməsinə imkan yaradılmamışdı.
Baxmayaraq ki, işin istintaqını aparan hakimin keçirdiyi dinləmədə vəkilin iştirak etməsi üçün cinayət təqibi orqanları ərizəçiyə vəkil təyin edə bilərdilər, əslində ərizəçinin işində bu prosessual təminatlardan istifadə edilməmişdi. Bununla əlaqədar olaraq Məhkəmə ərizəçi ilə razılaşdı ki, şahidlər işin istintaqını aparan hakim tərəfindən ona görə dindirilmişdilər ki, onların dərhal Latviyaya qayıdacaqları ilə əlaqədar olaraq cinayət təqibi orqanları onların ifadələrinin alına bilməyəcəyi təhlükəsini nəzərə almışdılar. Bu kontekstdə daxili qanunvericiliyə əsasən öncə işin istintaqını aparan hakim tərəfindən dindirilmiş şahidin dindirilməsinə dair protokoldakı qeydlərin polis tərəfindən aparılmış dindirmələrə nisbətən daha yumşaq şərtlər altında məhkəmə araşdırmasında oxuna biləcəyini nəzərə alaraq, hakimiyyət orqanları öncədən görülməsi mümkün olan riski öz üzərlərinə götürmüşdülər və sonradan bu risk gerçəkləşmişdi, belə ki, nə təqsirləndirilən şəxs, nə də onun vəkili prosesin hər hansı mərhələsində həmin şahidləri dindirmək imkanına malik olmamışdılar.
Bununla belə, ərizəçinin məhkum edildiyi cinayətin yeganə birbaşa şahidləri olmuş şəxslərin ifadələrinin mühümlüyünü nəzərə alsaq, daxili məhkəmə tərəfindən görülmüş balanslaşdırıcı tədbirlər yoxlanıla bilməyən ifadələrin etibarlılığının ədalətli və düzgün şəkildə qiymətləndirilməsinə imkan yaratmaq üçün yetərli deyildi. Beləliklə, ərizəçinin prosesin hər hansı mərhələsində iki şahidi dindirmək və ya dindirilmələrinə nail olmaq imkanına malik olmaması bütövlükdə məhkəmə araşdırmasının ədalətsiz olmasına gətirib çıxarmışdı.
Nəticə: pozuntu baş verib (səkkiz səsə qarşı doqquz səslə).
Maddə 41: heç bir kompensasiya təyin edilmədi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy