© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Şvabe və M.G. Almaniyaya qarşı (Schwabe and M.G. v. Germany), ərizə № 8080/08
01.12.2011-ci il tarixli qərar [V Bölmə]
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Qanuni tutulma və ya həbsə alınma
Nümayişdə iştirak etmələrinin qarşısını almaq məqsədi ilə ərizəçilərin həbsə alınması: pozuntu baş verib
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Nümayişdə iştirak etmələrinin qarşısını almaq məqsədi ilə ərizəçilərin həbsə alınması: pozuntu baş verib
Faktlar – Ərizəçilər 2007-ci il iyun 6-dan 8-dək Hayligendammda keçiriləcək G8 sammitinə qarşı nümayişlərdə iştirak etmək üçün maşınla Rostoka gedirdilər. 3 iyun 2007-ci ildə axşam Uoldek həbsxanası qarşısındakı avtomobil dayanacağında onların şəxsiyyət sənədləri polislər tərəfindən yoxlanıldı. Onların furqonunu axtararkən polislər orada "bütün məhbuslara azadlıq" və "hamı dərhal azad edilsin" yazıları yazılmış plakatlar tapdılar və onları həbs etdilər. Ertəsi gün rayon məhkəməsi cinayət əməli törədilməsinin qarşısını almaq üçün onların iyunun 9-dək həbsdə saxlanılması barədə qərar çıxardı. Apellyasiya şikayəti verildikdən sonra regional məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq qərara aldı ki, ərizəçilər öz plakatları ilə digər şəxsləri Uoldek həbsxanasından məhbusları azad etməyə təhrik etmək məqsədi güdürdülər. Apellyasiya məhkəməsi ərizəçilərin sonrakı şikayətlərini rədd edərək qərara aldı ki, polislərin belə güman etməyə əsasları vardı ki, ərizəçilər maşınla Rostoka gedəcək və qismən zorakı xarakter daşıyan plakatları nümayişçilərə göstərəcəklər. Məhbusları azad etməyə təhrikə görə ərizəçilərə qarşı cinayət işi açılmadı.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndi: 5-ci maddənin 1-ci bəndinin "c" yarımbəndində nəzərdə tutulan alternativ əsas dövlətlərin konkret və müəyyən cinayətin qarşısını almaq məqsədi ilə şəxsi həbsə almağa icazə verir, konkret və müəyyən dedikdə, ehtimal edilən cinayətin yerinin və vaxtının və ondan zərər çəkəcək insanların məlum olması nəzərdə tutulur. Ərizəçilərin işində onların törətməyə hazırlaşdıqları konkret hüquq pozuntusu məsələsində daxili məhkəmələrin rəyləri fərqləndi: rayon məhkəməsi və regional məhkəmə qərara gəldi ki, ərizəçilər digər şəxsləri Uoldek həbsxanasında saxlanılan məhbusları azad etməyə təhrikə çağırmaqniyyətində olublar, apellyasiya məhkəməsi isə hesab etdi ki, onlar Rostokdakı nümayişçiləri plakatlarından istifadə edərək təhrik etmək niyyətində olublar.
Bundan əlavə, plakatlardakı yazıları müxtəlif cür başa düşmək olardı; öz növbəsində ərizəçilər daxili məhkəmələrdəki icraat zamanı belə izahat verdilər ki, şüarlar polislərə ünvanlanmışdı və onları çoxlu sayda nümayişçilərin həbsinə son qoymağa çağırırdı, onlar digər şəxsləri zor tətbiq etməklə məhbusları azad etməyə çağıran şüarlar deyildi. Bundan başqa, ərizəçilər özlərində məhbusları zorla azad etmək məqsədinə xidmət edə biləcək hər hansı alət yox idi. Buna görə də Məhkəmə ərizəçilərin həbsdə saxlanılmasının kifayət qədər konkret və müəyyən cinayət törətmələrinin qarşısını almaq üçün zəruri olduğuna inanmadı. Bu tədbirə həmçinin 5-ci maddənin 1-ci bəndinin "b" yarımbəndi ilə, yəni "qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə" haqq qazandırmaq olmazdı, çünki polis onlara yaşadıqları yerdəki polis bölməsində qeydiyyata alınmaları barədə göstəriş verməmişdi və sammitlə bağlı nümayişlərin keçiriləcəyi əraziyə daxil olmalarını qadağan etməmişdi. Ərizəçilərin preventiv xarakterli həbsinə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin hər hansı digər yarımbəndi ilə də haqq qazandırmaq olmazdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 11: G8 sammitinin keçirildiyi bütün müddət ərzində həbsdə saxlanıldıqlarına görə ərizəçilərin sammit əleyhinə nümayişdə iştirak etmələrinin qarşısı alınmışdı, həmin nümayişin zorakılıq niyyətləri ilə təşkil edildiyini göstərən əlamət isə yox idi. Hökumətin iddia etdiklərinin əksinə olaraq, ərizəçilərin özlərinin də zorakılıq niyyətində olduqları sübuta yetirilməmişdi. Onların üzərində heç bir silah tapılmamışdı, plakatlarındakı ziddiyyətli şüarlar isə onların bilərəkdən digər şəxsləri zorakılığa təhrik etmək niyyətində olduqlarını sübut edən dəlil sayıla bilməzdi. Beləliklə, ərizəçilərin həbsə alınması onların dinc toplaşmaq azadlığı hüququna müdaxilə idi. Bu müdaxilənin mütənasibliyi məsələsinə gəlincə, Məhkəmə razılaşdı ki, sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək və ictimai qaydanı qorumaq məqsədi ilə hərəkət edən dövlət orqanları xeyli çətinliklərlə qarşılaşmışdılar. Lakin nümayişdə iştirak etməklə ərizəçilər ictimai maraq doğuran məsələnin müzakirəsində iştirak etməyə çalışırdılar və onların məqsədi zorakılığa əl atmaq və ya başqalarını buna təhrik etmək deyil, çoxlu sayda nümayişçilərin həbsə alınmasını tənqid etmək idi. Məhkəmə onların altı günə yaxın həbsdə saxlanılmalarını 5-ci maddənin pozuntusu hesab etdi və bu həbs sammit zamanı həbsə alınmış nümayişçiləri azad etməyə təhrik etmənin qarşısını almağa yönələn mütənasib tədbir deyildi. Məqsədlərinə nail olmaq dövlət orqanlarının sərəncamında səmərəli, amma daha az müdaxilə təşkil edən başqa tədbirlər də vardı, məsələn, onlar sadəcə ərizəçilərin maşınında tapdıqları plakatları müsadirə edə bilərdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə hər bir ərizəçiyə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy