© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Şvitsgebel İsveçrəyə qarşı (Schwizgebel v. Switzerland), ərizə № 25762/07
10.06.2010-cu il tarixli qərar [I Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Nikaha girməyən müəyyən yaşda qadının ikinci uşağı övladlığa götürməsinə icazə verilməməsi: pozuntu baş verməyib
Faktlar – 2002-ci ildə birinci uşağı övladlığa götürdükdən sonra 47 yaşlı tənha qadın olan ərizəçi ikinci uşağı övladlığa götürməsinə icazə verilməsi üçün müraciət etdi. Amma onun bütün müraciətləri rədd edildi, bu məsələ üzrə yekun qərar 2006-cı ildə Federal Məhkəmə tərəfindən qəbul olundu.
Hüquqi məsələlər – 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi məsələsi: a) 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Bu iş övladlığa götürülməyə icazə verilməsi proseduruna aid idi. Qanunvericilikdə birbaşa göstərilməmişdi ki, tənha şəxsin uşağı övladlığa götürməsinə 35 yaşınadək icazə verilir. Uşağı övladlığa götürmək istəyən hər kəs bu cür icazə almalı olduğuna görə bu işin halları 8-ci maddənin tətbiq dairəsinə düşür. Bundan əlavə, ərizəçi iddia etdi ki, milli qanunvericiliklə tanınan hüququn həyata keçirilməsində yaş əlamətinə görə ayrı-seçkiliyə məruz qalıb. Onun yaşı dövlət orqanları tərəfindən müraciətlərinin rədd edilməsi üçün həlledici amil idi. Müvafiq olaraq, 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddə bu işə tətbiq edilə bilər.
b) Şikayətin mahiyyəti – Ərizəçi əsaslı olaraq iddia edə bilərdi ki, daha aşağı yaşlı tənha qadınla müqayisədə fərqli rəftara məruz qalıb, belə ki, sonuncu eyni vəziyyətdə ikinci uşağın övladlığa götürülməsinə icazə almaq imkanına malik idi. Onun müraciətinin rədd edilməsi həmin uşağın rifahının və hüquqlarının qorunmasından ibarət qanuni məqsəd daşıyırdı. 1998-ci ildə 41 yaşında ikən ərizəçinin birinci uşağı övladlığa götürməsinə icazə verilmişdi. İkinci uşağın övladlığa götürülməsinə gəlincə, 2006-cı ildə Federal Məhkəmə bu nəticəyə gəldi ki, ərizəçi ilə onun övladlığa götürəcəyi uşaq arasında yaş fərqi həddən artıq yüksəkdir (46-48 yaş) və uşağın maraqlarına ziddir.
Avropa Şurasına üzv olan dövlətlərin hüquq sistemlərində tənha valideynin uşağı övladlığa götürmək hüququ ilə əlaqədar olaraq övladlığa götürən şəxslərin yuxarı və aşağı yaş həddi və ya övladlığa götürən şəxslə uşaq arasında yaş fərqi məsələsində konsensus yoxdur. Beləliklə, İsveçrənin dövlət orqanları bu məsələdə geniş qiymətləndirmə sərbəstliyinə malik idilər və belə görünür ki, milli qanunvericilik və bu işlə bağlı qəbul edilmiş qərarlar Avropa Şurasına üzv olan dövlətlərin çoxundakı vəziyyətə uyğundur və üstəlik, qüvvədə olan beynəlxalq hüquqa zidd deyil. Bu işlə bağlı mili hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qərarlar əsasız görünmürdü, onlar çəkişmə xarakterli məhkəmə araşdırması çərçivəsində qəbul edilmiş və əsaslandırılmışdı. Bu qərarlarda təkcə övladlığa götürənin deyil, həm də övladlığa götürülənin maraqları nəzərə alınmışdı. Bundan başqa, övladlığa götürənlə uşaq arasındakı yaş fərqi meyarı qanunverici tərəfindən mücərrəd şəkildə nəzərdə tutulmamışdı və Federal Məhkəmə tərəfindən hər bir işin halları nəzərə alınmaqla tətbiq edilirdi. Milli məhkəmələrin arqumentləri əsassız deyildi və həmin arqumentlərdə bu fakt nəzərə alınmışdı ki, ikinci uşağın övladlığa götürülməsi, hətta onun yaşı birinci uşaqla müqayisəyə gəlsə belə, ərizəçinin üzərinə həddən artıq əlavə yük qoymuş olardı və birdən artıq uşağın övladlığa götürüldüyü ailələr çoxlu sayda problemlərlə qarşılaşırlar. Bu cür işlərdə statistikadan istifadə etmək zəruridir və məsələyə müəyyən dərəcədə məntiqi düşüncə ilə yanaşılmalıdır. Bu sahədə dövlətlərin geniş qiymətləndirmə sərbəstliyinə malik olduqlarını və uşaqların maraqlarını qorumağın zəruriliyini nəzərə alsaq, ikinci uşağın övladlığa götürülməsinə icazə verməkdən imtina edilməsi mütənasiblik prinsipini pozmamışdı. Barəsində şikayət edilən fərqli rəftar Konvensiyanın 14-cü maddəsində nəzərdə tutulan mənada ayrı-seçkilik xarakteri daşımırdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy