MƏHKƏMƏ (PALATA)
SKOLLO İTALİYAYA qarşı
(Ərizə no19133/91)
QƏRAR
STRASBURQ
28 sentyabr 1995-ci il
Skollo İtaliyaya qarşı işində[1],
İnsan Hüquqları və Əsas Azadlıqlarıüzrə Konvensiyasının ("Konvensiya") 43-cü maddəsinə (mad. 43) və A[2] Reqlamentinin müvafiq müddəalarına uyğun olaraq təşkil edilmiş Avropa İnsan Hüquqları Məhkəməsi palatası hakimlər:
CənablarR. RISDAL (R. Ryssdal), sədr,
F. MAÇER (F. Matscher),
L.-E. PETTİTİ (L.-E. Pettiti),
B. UOLŞ (B. Walsh),
C. RUSSO (C. Russo),
S.K. MARTENS (S.K. Martens),
A.N.LUAZU (A.N. Loizou),
L.VİLDHABER (L. Wildhaber),
G.Mifsud BONNİCİ (G. Mifsud Bonnici),
Eləcə də katib M.H.PETZOLDdan(M. H. Petzold) ibarət tərkibdə 23 mart və 1 sentyabr 1995-ci ildə qapalı məşvərət keçirərək,
Aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş Konvensiyanın 32-ci maddəsinin 1-ci bəndinə və 47-ci maddəsinə uyğun olaraq (mad. 32-1, mad. 47) Avropa İnsan Hüquqları Komissiyası ("Komissiya") tərəfindən 7 iyul 1994-cü ildə üç ay ərzindəbaxılmaq üçün Məhkəməyə göndərilmişdir. İş İtaliya Respublikasının vətəndaşı cənab Françesko Salvatore Skollonun 19 noyabr 1991-ci ildə 25-ci maddəyə əsasən (mad. 25) Komissiyaya təqdim etdiyi İtaliya Respublikasına qarşı ərizə(no 19133/91) əsasında başlamışdır.
Komissiya 44 və 48-ci maddələrə (mad.44, mad. 48), eləcə də İtaliya Respublikasının Məhkəmənin məcburedici yurisdiksiyasını qəbul edən bəyannaməsinə (maddə 46) (mad. 46) əsasən müraciət etmişdir. Müraciətinməqsədi işin faktlarının Cavabdeh Dövlətin 1 saylı Protokolun 1-ci maddəsində (P1-1) vəKonvensiyanın 6-cı maddəsinin 1-ci bəndində(mad. 6-1) nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyiniaşkarlayıb-aşkarlamadığı barədəMəhkəmənin qərarını əldə etməkdir.
2. A Reqlamentinin 33-cü maddəsinin 3 d) bəndində nəzərdə tutulmuş təklifə cavab olaraq ərizəçi məhkəmə araşdırması zamanı iştirak etmək istədiyini nümayiş etdirmiş və öz məsləhətçisini müəyyən etmişdir (maddə 30).
3. 22 avqust 1994-cü ildə Məhkəmənin sədri hesab etmişdir ki, hazırkı işi baxılmaqüçün18 iyul 1994-cü ildə Spadea və Skalabrino İtaliyaya qarşı[3] (A Reqlamentinin 21-ci maddəsinin 6-cı bəndi)işini araşdırmaq məqsədilə təşkil edilmiş Palataya göndərmək ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi naminə vacibdir. Bu Palata tam hüquqlu üzv, italiyalı hakim cənab C.Russo (Konvensiyanın 43-cü maddəsi) (mad. 43) və Məhkəmənin sədri cənab R.Risdaldan (A Reqlamentinin 21-ci maddəsinin 3 b) bəndi) vəkatibin iştirakı ilə püşkatma yolu ilə müəyyən edilmiş digər yeddi üzvdən -cənab F. Maçer, cənab L.-E. Pettiti, cənab B. Uolş, cənab S.K. Martens, cənab A.N. Luazu, cənab L. Vildhaber və cənab G. Mifsud Bonnicidənibarət idi (Konvensiyanın 43-cü in fine maddəsi və A Reqlamentinin 21-ci maddəsinin 4-cü bəndi) (mad. 43).
4. Palatanın sədri qismində cənab Risdal məhkəmə araşdırmasının təşkili ilə əlaqədar olaraq katibvasitəsilə İtaliya Hökumətinin ("Hökumət")nümayəndəsi, ərizəçinin vəkili və Komissiyanın nümayəndəsi ilə məsləhətləşmişdir (maddə 37 bənd 1 və maddə 38). Çıxarılan qərara uyğun olaraq, katib 1995-ci il yanvarın 18-də Hökumətin, yanvarın 31-də isə ərizəçinin müşahidələrini qəbul etmişdir. Komissiya nümayəndəsi yazılı qeydlərini təqdim etməmişdir.
5. 20 mart 1995-ci ildə Komissiya Məhkəmə sədrinin göstərişlərinə əsasən katibin müraciətinə uyğun olaraqKomissiya qarşısındakı araşdırma ilə bağlı materialları təqdim etmişdir.
6. Beləliklə, ərizəçiyə və onun vəkilinə italyan dilindən istifadə etməyə icazə verən (A Reqlamentinin 27-ci maddəsinin 3-cü bəndi) Məhkəmə sədrinin qərarına əsasən, 21 mart 1995-ci ildə Strazburqda İnsan Hüquqları Sarayında açıq məhkəmə iclası keçirilmişdir.Açıq məhkəmə iclasından əvvəl Məhkəməhazırlıq iclası keçirmişdir.
Dinləmələrdə aşağıdakı şəxslər iştirak etmişlər:
- Hökumətin adından
Cənablar G. Reymondi, Xarici İşlər Nazirliyinin
diplomatik mübahisələrin həlli idarəsinə
ezam edilmiş hakim,nümayəndə,
V. Espozito,
G. Kolla, Ədliyyə Nazirliyininqanunvericilik idarəsinə
ezam olunmuş hakimlər,məsləhətçilər;
- Komissiyanın adından
Cənab B. Konforti,nümayəndə;
- ərizəçinin adından
CənabE. Siniqaqlia, vəkil,məsləhətçi,
Cənab M. deStefano, vəkil,məsləhətçi.
Məhkəmə cənab Konforti, cənab Siniqaqlia, cənab de Stefano, cənab Reymondi və cənab Kollanın çıxışlarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
7. Cənab Françesko Salvatore Skollo Romada yaşayır.
8. 14 iyun 1982-ci ildə Cənab Skollo 1962-ci ildən etibarən cənab V. tərəfindən kirayə tutulan mənzili satın almışdır. Mənzilinkirayə haqqına nəzarəti dövlət hakimiyyət orqanları həyata keçirmişdir.Hazırki kirayə müqaviləsi müqavilə müddətini 1983-cü il dekabrın 31-nə qədər uzadan 27 iyul 1978-ci il tarixli qanun qüvvəyə minənədəkavtomatik qaydada yenilənmişdir.
9. 20 yanvar 1983-cü ildə kirayəçinın aldığı sifarişli məktubda ərizəçi kirayə müqaviləsinin bağlandığı müddətin31 dekabr 1983-cü ildə bitməsi ilə əlaqədar müqaviləyə xitam vermək istədiyi barədəona məlumat vermişdir
10. 4 mart 1983-cü ildə verilən 24 fevral 1983-cü il tarixli bildirişdəcənab Skollo Cənab V.-dən mənzili tərk etməsini tələb etmiş və onu22 mart 1983-cü ildəRoma Məhkəməsinə (pretore) çağırmışdır.
22 aprel 1983-cü ildə Roma Məhkəməsi sözügedən xəbərdarlığırəsmi olaraq təsdiq etmiş və evdən çıxarılma tarixini 1984-cü il iyunun 30-na təyin etmişdir.
11. Daha sonra cənab V.-nin də müraciət edtdiyi həmin məhkəmə hazırki kirayə müqavilələrininmüddətini25 mart 1982-ci il tarixli 94 saylı qanuna uyğun olaraq iki il uzatmış vəevdən çıxarılma tarixini 1984-cü il oktyabrın 31-dək təxirə salmışdır. Bununla belə, kirayəçi hətta bu tarixdən sonra da mənzili tərk etməmişdir.
12. Bu səbəblə, ərizəçi 5 dekabr 1984-cü ildə cənab V.-yə verilən 24 noyabr 1984-cü il tarixli bildirişlə məhkəmə qərarının məcburi qaydada icrası prosesini başlatmışdır. Ərizəçi cənab V.-dənkönüllü olaraq evdən çıxmadığı təqdirdə məcburi qayada evdən çıxarılacağını bildirərəkbildirişi aldığı tarixdən on gün müddətində mənzili azad etməsini tələb etmişdir.
13. 19 dekabr 1984-cü ildə verilən bildirişdə məhkəmə icraçısı cənab V-yə məlumat vermişdir ki,o 23 yanvar 1985-ci ildə evdən çıxarılacaq.Bununla belə, həmin tarixdə məhkəmə icraçısı mənzilə getdiyində kirayəçi evi tərk etməkdən imtina etmişdir.
Məhkəmə icraçısı növbəti gəlişini 1985-ci il martın 13-nə təyin etdiyi bir vaxtdaRoma şəhəri də daxil olmaqla bəzi şəhərlərdə yaşayış evlərininhəddsiz dərəcədə çatışmazlığı məsələsini həll etmək məqsədilə istisna hallar qanunu - 5 aprel 1985-ci il tarixli 118 saylı qanunla dəyişdirilmiş 7 fevral 1985-ci il tarixli dekret qüvvəyə minmişdir. Evdən çıxarılma tədbirlərinin icrası 1985-ci il iyunun 30-na təxirə salınmışdır. Hazırki işdəərizəçiicra orderini 1983-cü il 30 iyun tarixindən əvvəl aldığından 118 saylı qanun icraya 1985-ci il iyulun 1-dən etibarən icazə verirdi.
14. Həmin tarix ilə məcburi evdən çıxarılma tədbirlərini 1987-ci il martın 31-dək təxirə salan 708 saylı dekret-qanunun qüvvəyə mindiyi 1986-cı il 29 oktyabrtarixi arasında məhkəmə icraçısı cənab V-ni doqquz dəfə evdənçıxarmağa çalışdığında o, evi tərk etməkdən imtina etmişdir.(23 dekabr 1986-cı il tarixli 899 saylı qanunla dəyişdirlimiş) sonuncu dekret-qanuna əsasənnəzərdə tutulmuş hallardaprefektin (prefetto) məcburi çıxarılma tədbirlərinin icrası üçünhüquq-mühafizə orqanlarının yardımından istifadəetmək səlahiyyəti var.
15. 1987-ci il aprelin 1-i ilə 1988-ci il fevralın 8-i arasında məhkəmə icraçısı səkkiz dəfə öz vəzifəsini icra etməyəcəhd etmiş, lakin buna nail olmamışdır.3 noyabr 1987-ci il tarixli notarius təsdiqli bildirişləcənab Skollo 23 dekabr 1986-cı il tarixli 899 saylı qanunun 2-ci və 3-cü maddələrinə əsasən öz ailəsi ilə birgə mənzilində yaşamaqüçünonu geri qaytarmaq ehtiyacını rəsmi qaydada elan etmişdir.
16. 8 fevral 1988-ci ildə məcburi evdən çıxarılma tədbirlərini 1989-cu il aprelin 30-na qədər təxirə salanbir sıra yeni qanunlar seriyası qüvvəyə minmişdir.
17. 1989-cu il mayın 1-dən 1991-ci oktyabrın 15-nə qədər məhkəmə icraçısı kirayəçini on səkkiz dəfə evdən çıxarmağa çalışmış, lakin kirayəçinin imtina etməsi səbəbilə buna müvəffəq olmamışdır.Bununla yanaşı, ərizəçinin vəkiliöz müştərisinin işinin əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə 21 fevral 1989-cu il tarixli 61 saylı qanuna əsasən təşkil edilmiş və hüquq-mühafizə orqanlarının yardımını təmin etməkdə səlahiyyətli olan prefektura komissiyasına iki dəfə (1989-cu il sentyabrın 1-də və 24-də) yazılı şəkildə müraciət etmişdir. Vəkil iddia etmişdir ki, kirayəçi kirayə haqqının hamısını ödəməmişdir və qeyd etmişdir ki, müştərisinin bu mənzilə ehtiyacı var. O, cənab Skollonun diabet xəstəsi, 71 % əlil və işsiz olduğunu qeyd etmişdir.
Prefektorura komissiyasıaldığı birinci məktuba yeni bir zərurət bəyanatının əlavə edilməsinə baxmayaraq müraciətə cavab verməmişdir.Bu ikinci bəyanatdacənab Skolloqeyd etmişdir ki, zəruri restrukturasiya işlərinin çoxluğu səbəbilə,1989-cu ildə almalı olduğu digər mənzilə dərhal köçməsiqeyri-mümkündür.
18. 1 dekabr 1989-cu ildə ərizəçi kirayəçinin 1987-ci ildən etibarən kirayə haqqının bir hissəsinin ödəmədiyi əsasıyla onun işində məcburi evdən çıxarılma tədbirinintəxirə salınmasının tətbiqedilənliyini mübahisələndirərəkRoma Məhkəməsinəmüraciət etmişdir. Dekabrın 12-də hakim məhkəmə iclasının tarixini 1990-cı il fevralın 7-nə təyin etmişdir. Həmin tarixdə cənab V. borclu olduğu məbləği ödəmiş və iş üzrə araşdırma dayandırılmışdır.
19. 31 yanvar 1995-ci ildə cənab Skollo Məhkəməyə bildirmişdir ki, məhkəmə icraçısının 1995-ci il yanvarın 5-də etdiyi yeni bir müdaxilədən sonra o, öz mənzilini yanvarın 15-də geri almışdır.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ
20. Komissiyanın rəyinə əsasən,kirayə müqavilələri ilə bağlı İtaliya qanunvericiliyində deyilir:
1947-ci ildən etibarənİtaliya dövlət orqanları sözügedən kirayə qanunvericiliyə kirayələrin nəzarəti məqsədilə vaxtaşırı müdaxilələr etmişdir. Bu məqsədə (Hökumətin zaman-zaman qanunla kirayələrin artımı nəzərdə tutulan vaxtlarda ləğv etdiyi)kirayə haqqlarının dondurulması tədbiri, eləcə də hazırki cari müqavilələrinin müddətinin uzadılması və evdən çıxarılma üzrə icraatın uzadılması, təxirə salınması və ya həmin tədbirin mərhələli icrasıilə çatılmışdır.
1. Kirayə müqavilələrinin müddətinin qanunla uzadılamasına dair
Qanunla nəzərdə tutlmuş bəzi məhdudlaşdırıcı hallar istisna olmaqla, bütün cari kirayə müqavilələrinin son uzadılması 27 iyul 1978-ci il tarixli 392 saylı qanuna əsasən qüvvəyə minmiş və kirayə müqavilələrinin bağlanılması tarixlərindən asılı olaraq, 30 iyun 1983-cü il və ya 31 dekabr 1983-cü ilə qədər qüvvədə qalmışdır.
Lakin qeyd etmək lazımdır ki, yaşayışdan başqa istifadə üçün nəzərdə tutulmuş binalara gəlincə,cari müqavilələrin 5 aprel 1985-ci il tarixli 118 saylı qanunun 1-ci maddəsinin 9 bis bəndində nəzərdə tutulmuş qanunla uzadılma, Konstitusiya Məhkəməsinin 23 aprel 1986-cı il tarixli (no108) qərarı ilə Konstitusiyaya zidd elan edilmişdir: Konstitusiyanın sosial məqsədlərini təmin etmək məqsədilə Konstitusiyanın 42-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyət hüququna qoyulanqanuni məhdudiyyətlərin hədləriməhdudiyyətlər gətirən tənzimləmələri legitim hesab etməyə imkan verir, bir şərtlə ki, tənzimləmə istisna və müvəqqəti xarakter daşısın, lakin belə məhdudiyyətlərin daimiləşdirilməsi faktı Konstitusiyanın 42-ci maddəsi ilə müəyyən edilmiş mülkiyyət hüququnun müdafiəsi ilə uyğunsuzluq təşkil edir.
Konstitusiya Məhkəməsi öz qərarında onu da xatırlatmışdır ki,118 saylı qanunla müəyyən edilmiş kirayə müqavilələrininaltı ay müddətinə uzadılması ayrılıqda deyil, bütünlükdə kirayə müqavilələrinə nəzarətkontekstində nəzərdən keçirilməlidir. Konstitusiya Məhkəməsi xüsusilə,həmin uzadılmanın digər qanunla nəzərdə tutulan uzadılmaları əvəz etməsi və bu sahədə müqavilə azadlığı prinsipinə yeni məhdudiyyətlər gətirilməsinin başlanğıcını təşkil edəbiləcəyi faktına istinad etmişdir.Üstəlik,bu tədbir kirayə müqavilələrinin müddətinin uzadılmasına gətirib çıxarırdi ki, həmin müqavilələrdəki kirayə haqqı,istehlak qiyməti artımlarınınindeksinə müvafiq olaraq artrılısa da yeni sosial-iqtisadi reallıqlara praktik olaraq uyğun deyildi. Bundan başqa, bu qanunvericilik mütləq zərurət olduqda beləkirayə verənə daşınmaz əmlakın geri almaq imkanı vermirdi.
Həmçinin,Konstitusiya Məhkəməsi hesab etmişdir ki,sosial ədalətin təmin edilməsi baxımından zəruri olan kirayəverənlə kirayəçilərin iqtisadi vəziyyətininəzərə almadan cari müqavilələrin avtomatik uzadılmasına görə 118 saylı qanun Konstitusiyanın 3-cü maddəsi ilə təmin edilən vətəndaşların qanun qarşısında bərabərliyi prinsipinə ziddir.
2. İcraya dair
Bir çox hüquq norması kirayəçilərə tutduqları yaşayış yerlərini azad etməyi əmr edən məhkəmə qərarlarının məcburi icrasının dayandırılmasını, təxirə salınmasını və ya mərhələli icrasını tənzimləyir (ordinanze di sfratto).
Birinci dayandırılma 1 dekabr 1984-cü il tarixli 795 saylı dekret-qanunla həyata keçirilmişdir.Həmin müddəalar 5 aprel 1985-ci il tarixli 118 saylı qanunla dəyişdirilmiş 7 fevral 1985-ci il tarixli 12 saylı dekret-qanunda da öz əksini tapmışdır.Həmin qanun 1984-cü il dekabrın 1-dən 1985-ci il iyunun 30-na qədər olan bir dövrü əhatə edir. Bununla yanaşı, həmin qanunvericilikləməcburi evdən çıxarılma tədbirlərinin mərhələli icrası məhkəmə qərarının kirayə müqaviləsinin müddətinin bitdiyini müəyyənləşdirdiyi tarixlərdən asılı olaraq1 iyul 1985-ci il, 30 sentyabr 1985-ci il, 30 noyabr 1985-ci il və ya 31 yanvar 1986-cı il üçün nəzərdə tutulur.
118 saylı qanunun 1-ci maddəsinin 3-cü bəndi belə bir dayandırılmanı yaşayış yerinin azad edilməsi əmrinin kirayə haqqının ödənilməsinin gecikdirilməsi səbəbilə verilməsi zamanı tətbiq edilmir.Həmçinin,aşağıdakı hallarda dayandırılma tədbiri tətbiq edilə bilməz:
a) kirayə müqaviləsi bağlandıqdan sonra kirayə verənin daşınmaz əmlaka özü, əri/arvadı, birinci və ikinci dərəcədən qohumuüçün istər yaşayış, istər ticari və ya peşə nöqteyi-nəzərdən ehtiyacı olduqda və yayuxarıda nəzərdə tutulduğu şəkildə məkandan istifadə etmək niyyətində olan kirayə verən, bir tərəfdən öz kirayəçisinə əvvəlki mənzilin kirayə haqqının 20 %-ni keçməməklə və maddi imkanlarına uyğun olanoxşar mənzil təklif etdikdə və digər tərəfdənkirayə verən kirayəçisinin daşınma xərclərini ödəməyi öz üzərinə götürdükdə(27 iyul 1978-ci il tarixli 392 saylı qanunun 59-cu maddəsinin birinci abzasının1, 2, 7, 8-ci paraqrafları("qanun no 392"));
b) xüsusilə, kirayə verənin özünün və ya uşaqlarının və ya yaşlı qohumlarının yaşaması üçün mənzilini təcili geri almaq ehtiyacının olması ehtimalı olduqda (15 fevral 1980-ci il tarixli 25 saylı qanunla dəyişdirilmiş 15 dekabr 1979-cu il tarixli 629 saylı dekret-qanunun 3-cü maddəsinin birinci abzası,1, 2, 4, 5-ci paraqrafları("qanun no 25")).
İkinci dayandırılma 23 dekabr 1986-cı il tarixli 899 saylı qanunla dəyişdirilmiş 29 oktyabr 1986-cı il tarixli 708 saylı dekret-qanunla həyata keçirilmişdir.
Həmin qanun 29 oktyabr 1986-cı ildən 31 mart 1987-ci ilə qədərki dövrü əhatə edir və qanunun 2-ci və 3-cü maddələrində yuxarıdakı müddəalarda nəzərdə tutulan eyni istisnalar nəzərdə tutulur.
Həmçinin, bu qanunda müəyyən edilmişdir ki, kirayəçi və mülkiyyətçilərin nümayəndələrindən ibarət komissiyanın fikrincə, inad edən kirayəçilərin halında məcburi icraatın başladılması məqsədilə hüquq-mühafizə orqanlarının yardımını təmin etmək üçün görülməli tədbirlərin müəyyənləşdirilməsi prefektin səlahiyyətindədir.
23 dekabr 1986-cı il tarixli 899 saylı qanunun 3-cü maddəsinin 5 bis bəndində həmçinin nəzərdə tutulur ki, bütün hallarda sosial yaşayış yeri ilə təmin edilmək hüququna malik kirayəçilərinevdən məcburi çıxarılması 31 dekabr 1987-ci ilədək dayandırılmışdır.
Üçüncü dayandırılma 8 aprel 1988-ci il tarixli 108 saylı qanunla dəyişdirilmiş 8 fevral 1988-ci il tarixli 26 saylı dekret-qanunla həyata keçirilmişdir. Həmin qanun hər şeydən əvvəl 8 fevral 1988-ci ildən 30 sentyabr 1988-ci ilə qədər, daha sonra isə bu tarixdən 31 dekabr 1988-ci ilə qədərki dövrü əhatə edir.
Dördüncüdayandırılma 21 fevral 1989-cu il tarixli 61 saylı qanunla dəyişdirilmiş 30 dekabr 1988-ci il tarixli 551 saylı dekret-qanunla həyata keçirilmiş və 30 aprel 1989-cu ilə qədərki dövrü əhatə etmişdir. Təbii fəlakətlərin baş verdiyi regionlarda dayandırılma 31 dekabr 1989-cu ilədək uzadılmışdır.
Zəruri hallar istisna olmaqla bu qanun həmçinin evdən çıxarılma tədbirlərinin icrası zamanıhüquq-mühafizə orqanlarının yardımından qırx səkkiz ay müddətinə mərhələli şəkildəistifadəyə yalnız 1 yanvar 1990-cı ildən etibarən icazə verildiyini vəhüquq-mühafizə orqanlarının yardımını tələb edən işlərin müəyyən edilməsi üçün cavabdeh olan prefektura komissiyasının yaradılmasını nəzərdə tutur.
Bundan əlavə, bu qanunların və dekretlərin məcmusu sosial yaşayış yerlərinin maliyyələşdirilməsi və mənzil güzəştləri ilə bağlı müddəalardan ibarətdir.
KOMİSSİYANIN ARAŞDIRMASI
21. Cənab Skollo 19 noyabr 1991-ci ildə Komissiyaya müraciət etmişdir. O, 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə təmin edilən mülkiyyətdən maneəsiz istifadə hüququnun pozuntusundan şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsnin 1-ci bəndinə (mad. 6-1)istinad edərək cənab Skollo həmçinin iddia etmişdir ki, çıxarılmaların icrasını dayandıran, o cümlədən məcburi çıxarılmanın praktik olaraq mümkün olduğu bir zamanda onun həyata keçirilməsinə imkan verməyən qanunvericilik tədbirlərinin tətbiq edilməsi səbəbilə onunişi ağlabatan müddətdə araşdırılmamışdır.
22. Komissiya 5 aprel 1993-cü ildə ərizənin (no 19133/91) qəbuledilənliyini elan etmişdir. 9 may 1994-cü il tarixli rəyində (maddə 31) (mad.31)Komissiya iki səsə qarşı iyirmi bir səs olmaqla belə bir nəticəyə gəlmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) pozulmuşdur və bir səsə qarşı iyirmi iki səs olmaqla qeyd etmişdir ki, şikayət ərizəsinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad. 6-1) pozuntusu ilə bağlı hissəsinin araşdırılması zəruri deyil. Komissiyanın rəyinin bütün mətni və onu tamamlayan iki xüsusi rəy hazırki qərara edilmiş əlavədə öz əksini tapır[4].
HÖKUMƏTİN MƏHKƏMƏYƏ YEKUN TƏQDİMATLARI
23. Hökumət təqdim etdiyi müşahidələrində Məhkəmədən xahiş edir ki, nə 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı (P1-1), nə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) ilə bağlı pozuntunun baş vermədiyini elan etsin.
HÜQUQ MƏSƏLƏLƏRİ
I. MÜBAHİSƏNİN PREDMETİNƏ DAİR
24. Ərizəçi Məhkəmə qarşısında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi (P1-1) və işinin ağlabatan müddətdəaraşdırılması hüququ ilə bağlı6-cı maddəsinin 1-ci bəndi(mad. 6-1) ilə yanaşı 1 saylı Protokolun 1-ci maddəsiilə birgə götürülmüş Konvensiyanın14-cü maddəsinə (mad. 14) (mad. 14+P1-1), eləcə də məhkəməyə çatımlılıq hüququnu təmin edən6-cı maddənin 1-ci bəndinə istinad etmişdir.
Məhkəmənin fikrincə, bu son iki şikayət, işinqəbuledilənlik barədə Komissiyanın qərarının müəyyən etdiyi çərçivəsindən kənara çıxır.(xüsusilə bax,mutatis mutandis, Brincat İtaliyaya qarşı, 26 noyabr 1992-ci il,seriya A no 249-A, səh. 10, bənd 16).
II. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN (P1-1) İDDİA EDİLƏN POZUNTUSU
25. Ərizəçinin fikrincəistisna hallarqanunvericiliyində nəzərdə tutulmuş müddəaların tətbiqindən irəli gələn kirayə müqavilələrinin uzadılması səbəbiləmənzilini uzun müddət geri ala bilməməsi onun 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə təmin edilən mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur. Həmin maddədə deyilir:
"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar (P1-1) dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır."
A. Tətbiq edilən qayda
26. 1-ci maddə (P1-1) mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edir. Bu maddə üç fərqli qaydadan ibarətdir: birinci qayda birinci abzasın (P1-1) birinci cümləsində ifadə edilir və ümumi xarakter daşıyaraq mülkiyyət hüququna hörmət prinsipini bəyan edir; həmin abzasın (P1-1) ikinci cümləsində öz əksini tapan ikinci qayda mülkiyyətdən məhrumetməni nəzərdə tutur və bu məhrumetmə üçünbəzi şərtlər müəyyən edir; ikinci abzasda (P1-1) ifadə edilmiş üçüncü qaydaya gəlincə, həmin qayda xüsusilə üzv Dövlətlərin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək və bu məqsədlə zəruri hesab etdiyi qanunları qəbul etmək hüququnu tanıyır.Lakin söhbət bir-birilə əlaqəsi olmayan qaydalardan getmir: ikinci və ücüncü qayda mülkiyyət hüququnun pozulması ilə bağlı konkret nümunələri ehtiva edir; bu səbəblə həmin qaydalar birinci qaydanın işığında şərh edilməlidir (xüsusilə bax,Mellacher və başqaları Avstriyaya qarşı,19 dekabr 1989-cu il, seriya A no 169, səh. 24-25, bənd 42).
27. Məhkəmə Komissiya kimi qeyd edir ki, hazırki işdə nə mülkiyyətin ötürülməsi, nə də cənab Skollonun fikrinin əksinə olaraq de fakto ekspropriasiya baş verməmişdir. Cənab Skollo həmişə öz mülkü üzərində sərancam vermək imkanına malik olmuş və kirayə haqqını almışdır– o 1987-ci ilə qədər bu məbləğibütövlüklə, 1987-ci ilin noyabrından 1990-cı ilin fevralına qədər isə bir hissəsini almışdır (yuxarıdakı istinad, 17 və 18-ci bəndlər).
Kirayəçinin mənzildən istifadəsinin davam etməsinə gətirib çıxaran mübahisəli tədbirlərin tətbiqi, şübhəsiz, mülkiyyətdən istifadəyə nəzarət olaraq təhlil edilir. Bu səbəblə, bu halda 1-ci maddənin (P1-1) ikinci abzası tətbiq ediləndir.
B. 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) ikinci abzasının şərtlərinə riayət edilməsi
28. 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) ikinci abzası Dövlətlərə ictimai maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün zəruri hesab etdiyi qanunları qəbul etmək hüququnu verir.
Belə qanunlar müasir cəmiyyətlərimizin sosial və iqtisadi siyasətində mərkəzi yer tutan mənzil məsələləri ilə bağlı tez-tez qəbul edilir.
Belə siyasətlərin həyata keçirilməsində qanunverici həm nəzarəti zəruri edən ictimai maraq probleminin mövcudluğu, həm də bu nəzarətin həyata keçirilmə usullarının seçimi barədə qərar qəbul etməkdə geniş mülahizə səlahiyyətinə malik olmalıdır. Qanunvericinin qərarının açıq-aydın ağlabatan əsasdan məhrum olması halı istisna olmaqla,Məhkəmə ictimai maraqların imperativləri ilə bağlı qanunvericinin qərarına hörmət edəcəkdir(yuxarıdakı istinad,Mellacher və başqaları qərarı, səh. 25-26, bənd 45).
1. Müdaxilənin məqsədi
29. Ərizəçi sözügedən qanunların məqsədinin legitimliyini mübahisələndirir; mahiyyət etibarilə, yaşayış yeri ilə əlaqədar cavabdeh Dövlətin səmərəli siyasətinin olmaması faktı, yəni, yalnız kirayəçinin marağına üstünlük verilməsi onu mənzili barədə sərəncam vermək hüququndan məhrum etmişdir.Hökumətistisna qanunvericilik tədbirlərini ictimai maraqlara əsaslandıra bilməz.
30. Komissiya kimi Məhkəmə də qeyd edir ki, 1984-1988-ci illər arasında evdən çıxarılma tədbirlərini dayandırmış qanunvericilik tədbirlərinin qəbul edilməsinin səbəbi bir çox kirayə müqaviləsinin bağlandığı müddətin 1982 və 1983-cü ildə bitməsiilə yaranmış problemin həll etmək, o cümlədənbu tədbirlərin sözügedən kirayəçilərə adekvat şərtlərdə yaşamağa və ya sosial yaşayış yerlərini əldə etməyə imkan vermək olmuşdur. Bütün belə evdən çıxarılmaların eyni zamanda həyata keçirilməsi şübhəsiz, nəzərəçarpan sosial gərginliklərə səbəb ola və ictimai qaydanı təhlükəyə ata bilərdi.
31. Nəticədə, mübahisələndirilən qanunvericilik 1-ci maddənin (P1-1) ikinci abzasında nəzərdə tutulduğu kimi ictimai maraqlara müvafiq olan legitim məqsəd daşıyır.
2. Müdaxilənin mütənasibliyi
32. Məhkəmənin yuxarıda istinad edilən Mellacher və başqaları qərarında (səh. 27, bənd 48) qeyd etdiyi kimi 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) ikinci abzası həmin maddənin birinci abzasında təmin edilən prinsipin işığında nəzərdən keçirilməlidir. Nəticədə, hər hansı müdaxilə tədbiri ictimai maraq ilə fərdin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığı təmin etməlidir (bax, xüsusiləSporrong və Lönnroth İsveçə qarşı, 23 sentyabr 1982-ci il, seriya A no 52, səh. 26, bənd 69). Belə bir balanslaşdırmanın araşdırılması bütünlüklə 1-ci maddənin (P1-1) strukturunda (bax, orada), nəticə etibarilə, həmçinin ikinci abzasda öz əksini tapır. İstifadə edilən vasitə və nəzərdə tutulan məqsəd arasında ağlabatan mütənasiblik mövcud olmalıdır (James və başqaları Birləşmiş Krallığa qarşı,21 fevral 1986-cı il, seriya A no 98, səh. 34, bənd 50).
33. Cənab Skollo sözügedən müdaxiləni qeyri-mütənasib hesab edir. O, ailəsini yerləşdirmək üçün mənzilini geri almaq arzusu olan "kiçik mülkiyyətçi" statusunu vurğulayır və hər iki "zərurət bəyanatı"na məhəl qoymayaraq onu başqa bir ev almaq üçün borclanmağa məcbur edən İtaliya Dövlətini hərəkətsizlikdə günahlandırır.
34. Hökumətin fikrincə, cənab Skollonun 1983-cü ilin fevralında məsələ ilə bağlı məhkəmə prosesini başlatdığı zaman kirayəçinin evdən çıxarılmasını əsaslandırmaq üçün gətirdiyi yeganə səbəb kirayə müqaviləsinin bağlandığı müddətin başa çatması idi.Cənab Skollo ailəsini ona məxsus əmlakda yerləşdirmək məqsədilə mənzilini geri almaqdakı mütləq zərurəti yalnız 3 noyabr 1987-ci ildən etibarən açıqlamışdır. Bundan başqa, həmin vəziyyət cənab V.-nin artıq mənzili tərk etmiş olduğu 15 yanvar 1995-ci ilədək davam etməmiş, əksinə,6 iyun 1994-cü ildə, maraqlı tərəfin 1989-cu ildə başqa bir mənzil aldığından öz mənzilinə ehtiyacı olmadığını yazılı şəkildə Roma prefektinə bildirdiyi tarixdə başa çatmışdır.
Beləliklə, həll etməli olduğu mənzil böhranını nəzərə alaraq İtaliya Dövləti 1 saylı Protokolun 1-ci maddəsi ilə (P1-1) təmin edilən geniş mülahizə səlahiyyətini aşmamışdır.
35. Məhkəmə qeyd edir ki, mənzil böhranı müasir cəmiyyətlərdə demək olar ki, ümumi xarakter daşıyan bir hadisədir.
Bu problemi həll etmək üçün İtaliya Hökuməti bir tərəfdən təsadüfiartımlarla yumşaldırlan kirayə haqqlarının dondurulması, digər tərəfdən cari müqavilələrin müddətini uzatmaq məqsədi daşıyan bir sıra istisna tədbirlər görmüşdür.İtaliyadakı bu vəziyyət əlverişsiz olan ərazilərdə və ümumiyyətlə, kəndlərdə yaşayan əhali üzərində ölkənin şimalında yerləşən böyük şəhərlərin sənayeləşməsinintəsirinin artması ilə daha da mürəkkəbləşmişdir.
36. 1982-ci və 1983-cü ildə 118 saylı qanuna əsasən son uzadılma müddəti başa çatdıqdan sonra İtaliya Dövləti kirayəçilərin evləri boşaltması barədə məhkəmə qərarlarının məcburi icrasının dayandırılması, təxirə salınmasını və mərhələli icrasını nəzərdə tutan müstəsna tədbirləri tətbiq etməyi zəruri hesab etmişdir. Lakin bu tədbirlərlə bağlı istisnalar mövcuddur, xüsusilə öz əmlaklarını təcili olaraq geri qaytarmaq ehtiyacı olan və ya ödənilməmiş kirayə haqqlarını almayan mülkiyyətçilər evdən çıxarılmanın həyata keçirilməsi üçün hüquq-mühafizə orqanlarından yardım ala bilərlər.
37. Sözügedən tədbirlərin - az gəlirli kirayəçilərin maraqlarını müdafiə etmək və ictimai qaydanın hər cür pozulmasının qarşısını almaq kimi məqsədlərləmütənasib olub-olmadığını müəyyənləşdirmək üçün Komissiya kimi Məhkəmə də hesab edir ki, hazırki işdə Cənab Skollonun kirayəçisinə bu maraqlar arasında balanslaşdırmanı qorumağa imkan verən şəkildə davranılıb-davranılmadığını araşdırmaq lazımdır.
38. Məhkəmə Hökumətin cənab Skollonunsözügedən zaman ərzində mənzilini təcili olaraq geri almaq ehtiyacının olmaması ilə bağlı iddiasınıqəbul etsə də buradan çıxarılan nəticəni qəbul etmir.
Evdən çıxarılmanın icrası məqsədilə hüquq-mühafizə orqanlarının yardımının təmin edilməsini əsaslandırmalı olan cənab Skollonun 3 noyabr 1987-ci il tarixli "rəsmi" bəyanatına baxmayaraq,prefekt bu məsələ ilə bağlı heç bir müdaxilə etməmiş və maraqlı tərəfin tələbi ilə hərəkət edən məhkəmə icraçısı işində qətiyyən müvəffəq olmamışdır.Üstəlik, cənab Skollonun vəkili iki dəfə (1990-cı il senytabrın 1-də və 24-də)prefektura komissiyasına yazılı şəkildə müraciət etmiş və qeyd etmişdir ki, müştərisinin işi gecikdirilmədənaraşdırılmalıdır, belə ki, onun mənzilə ehtiyacı var, o işsizdir və 71 % əlildir və üstəlik 30 noyabr 1987-ci ildən etibarən cənab V. ona kirayə haqqının hamısını ödəməmişdir.
Səlahiyyətli hakimiyyət orqanları bu iki ərizəyə müsbət cavab verməmişdir, halbuki birinci ərizəyə qoşma olaraq yeni bir "zərurət bəyanatı" əlavə edilmişdir (yuxarıdakı istinad, 17-ci bənd).
39. Hazırki işdə evdən çıxarılma prosesininicrasının dayandırıldığı müddətdəonun icrasına imkan verən qanuni şərtlər mövcud olmasına baxmayaraq, cənab Skollo öz mənzilini yalnız 15 yanvar 1995-ci ildə kirayəçinin könüllü olaraq evdən çıxması sayəsində geri almışdır. Həmin müddətdə cənab Skollo başqa bir mənzil almağa məcbur edilməklə yanaşı qismən ödənilməmiş kirayə haqları ilə bağlı məsələni həll etmək məqsədilə məhkəmə prosesini də başlatmalı olmuşdur (yuxarıdakı istinad, 17 və 18-ci bəndlər).
3. Nəticə
40. Məhkəmə bu nəticəyə gəlir ki, müstəsna tədbirlər görərək və bu tədbirlərin tətbiqində bəzi istisnalar nəzərdə tutmaqla (yuxarıdakı istinad, 20-ci bənd) İtaliyan qanunvericisinin ictimai maraqlar ilə mülkiyyətçilərin, xüsusilə də ərizəçinin maraqları arasında ədalətli tarazlığı təmin etmək zərurətini nəzərə aldığı hesab edilə bilə və seçilmiş həll yolları legitim məqsədi həyata keçirməküçün uyğundur. Bununla belə, sözügedən müddəaların səlahiyyətli hakimiyyət orqanları tərəfindən tətbiq edilməməsi səbəbilə,cənab Skollonun mənzilindən istifadəsinə qoyulan məhdudiyyət 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) ikinci abzasının tələblərinə ziddir. Beləliklə, həmin maddənin (P1-1) pozuntusu baş vermişdir.
III. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN (mad. 6-1) İDDİA EDİLƏN POZUNTUSU
41. Ərizəçi həmçinin icra prosesinin hədsiz uzunluğundan şikayət etmişdir. O, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə (mad.6-1) istinad etmişdir. Həmin maddədə deyilir:
"Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən (...)(...) məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin (...) araşdırılması hüququna malikdir."
42. Hökumət bu maddənin (mad. 6-1) müddəalarını Komissiya qarşısında mübahisələndirmişdir. Hökumətin fikrincə, məhkəmə qərarının real icrasınınolmadığı nəzərə alınarsa, söhbət daha çox məhkəmə qərarı ilə qəbul edilmiş hüquqların, hazırki işdə 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə nəzərdə tutulan hüquqların həyata keçirilməsinin təminatı məsələsindən gedir.
Məhkəmə iclası zamanı Hökumət həmin məsələyə qayıtmamış və yeni bir iddia irəli sürmüşdür ki, bu iddiaya əsasən həmin vəziyyət məhkəməyə çatımlılıq kontekstində nəzərdən keçirilə bilərdi.
43. Komissiyanın nümayəndəsinin fikrincə,Məhkəmə və Komissiyanın ən son Silva Pontes Potuqaliyaya qarşı işində araşdırdığı icraat prosesi ilə müqayisə edilə bilən bir prosesinhazırki işdə də mövcud olub-olmaması şübhəli məsələdir (23 mart 1994-cü il tarixli qərar, seriya A no 286-A).
44. Hətta hazırki işdə stricto sensu icraat prosesindən söhbət getməsə belə, Məhkəmə hesab edir ki,məhkəmə qərarının icrasının məqsədinin ərizəçi ilə kirayəçisi arasındamübahisəni həll etmək olduğu nəzərə alınarsa, 6-cı maddənin 1-ci bəndi (mad. 6-1) tətbiqediləndir. Mübahisəli müddətin başlanğıcı cənab V.-nin 4 mart 1983-cü ildə Roma Məhkəməsinəçağırılması ilə başlayır (yuxarıdakı istinad, 10-cu bənd). Həmin müddət kirayəçi mənzili könüllü olaraq tərk etdiyi vaxtda - 15 yanvar 1995-ci ildə başa çatır (yuxarıdakı istinad, 19-cu bənd). Nəticədə, bu müddət on bir il iki ay davam etmişdir.
Evdən çıxarılma həyata keçirildiyi zaman maraqlı tərəf təşəbbüsü öz üzərinə götürməlidir. Cənab Skollo daçıxarılma ilə bağlı tələbinin yerinə yetirillməsi üçün məhkəmə icraçısına dəfələrlə müraciət etməklə səy göstərmişdir. Məhkəmə icraçısı daöz növbəsində cənab V.-nin mənzilinə etdiyi gəlişlərlə bağlı tutulan bütün protokolların da təsdiq etdiyi kimi hüquq-mühafizə orqanlarının yardımını sistemli olaraq tələb etmişdir.Bununla belə, prefektura komissiyası və prefekt bu tələblərə heç vaxt müsbət cavab verməmişdir.
Saysız-hesabsız çıxarılmaların icrası ilə bağlı meydana gəlmiş praktik çətinlikləri nəzərdən qaçırmasa da Məhkəmə hesab edir ki, səlahiyyətli orqanların hərəkətsizliyi 6-cı maddənin 1-ci bəndinə əsasən (mad. 6-1) İtaliya Dövlətinin üzərinə məsuliyyət qoyur.
45. Nəticədə, həmin maddənin (mad. 6-10) pozuntusu baş vermişdir.
IV. KONVENSİYANIN 50-Cİ MADDƏSİNİN (mad. 50) TƏTBİQEDİLƏNLİYİ
46. Konvensiyanın 50-ci maddəsində deyilir:
"Əgər Məhkəmə müəyyən etsə ki, Razılığa gələn Yüksək Tərəfin məhkəmə və ya digər hakimiyyət orqanlarının qəbul etdiyi qərar və ya tədbir bu Konvensiyadan irəli gələn öhdəliklərə tam və ya qismən ziddir, habelə həmin Tərəfin daxili hüququ bu cür qərarın və ya tədbirin nəticələrinin əvəzinin qismən ödənilməsinə yol verir, onda Məhkəmənin qərarı ilə, zərurət olduqda, zərərçəkən tərəfə ədalətli əvəz verilməlidir."
A. Ziyan
47. Cənab Skollo hər şeydən əvvəl maddi zərər üçün məhkəmə qərarının icrası prosesi ilə bağlıməhkəmə icraçısı xərclərinə və vəkilin qanorarına uyğun olan 13 634 280 min italyan liri həcmində məbləğ tələb edir. O həmçinin öz mənzilini uzun müddət geri ala bilməməkdən əziyyət çəkdiyini və ailəsi ilə birgə anasının evində yaşamağa məcbur edildiyi müddətdə olduqca ağır həyat şəraiti keçirdiyini iddia edərək mənəvi ziyana görə də 30 000 000 milyon lir həcmində məbləğ tələb edir.
48. Hökumət qeyd edir ki, iddia edilən maddi ziyana gəlincə, tələb edilən məbləğin iddia edilən pozuntularla heç bir əlaqəsi yoxdur, belə ki, evdən çıxarılmanın icrası prosesimüəyyən zəruri xərclərə gətirib çıxarmışdır. Bundan başqa, Hökumət Kassasiya Məhkəməsinin sonuncu təcrübəsinə istinad edir. Həmin təcrübəyə əsasən, bundan belə məhkəmə icraçısının xərclərini və vəkilin qanorarını kirayəçidən almaq mümkün olmayacaq. Mənəvi ziyan ilə bağlı Hökumət hesab edir ki, mümkün pozuntunun elanedilməsi öz-özlüyündə əvəzin ədalətli ödənilməsi üçün kifayətdir və alternativ olaraq, tələb edilən məbləğ olduqca böyükdür.
49. Komissiyanın nümayəndəsi hesab edir ki, ərizəçinin zərərin əvəzinin ədalətli ödənilməsinə hüququ var, lakin bu məsələni dəyərləndirməyi Məhkəməyə həvalə edir.
50. Məhkəmə Hökumətin iddiası ilə razılaşmır. İşin hallarında ərizəçinin kirayə haqqının ödəməyən kirayəçidən şikayət verməsini gözləmək olmaz. Bundan başqa, Məhkəmə qəbul edir ki, maraqlı tərəf mənəvi ziyana məruz qalmışdır. Məhkəmə maddi və mənəvi ziyan üçün ərizəçiyə tələb edilən məbləğin hamısının ödənilməsi barədə qərar qəbul edir.
B.Xərclər və digər məsrəflər
51. Ərizəçi Konvensiya orqanları qarşısındakı xərc və məsrəflərə görə 14 28 000 lir həcmində məbləğ tələb edir.
52. Hökumət məsələnin həlliniMəhkəmənin mülahizəsinə buraxır. Məhkəmə əldə etdiyi elementlərə və bununla bağlı presedent hüququnaəsaslanaraq həmin məbləği ağlabatan hesab edir və məbləğin bütünlüklə ödənilməsi barədə qərar qəbul edir.
BU ƏSASLARLA, MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Qət edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) pozuntusu baş vermişdir;
2. Qət edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad. 6-1) pozuntusu baş vermişdir;
3. Qət edir ki, cavabdeh Dövlət üç ay müddətində ərizəçiyə maddi ziyana görə 13 634 280 (on üç milyon altı yüz otuz dörd min iki yüz səksən) mənəvi ziyana görə 30 000 000 (otuz milyon) və xərc və məsrəflərə görə14 280 000 (on dörd milyon iki yüz səksən min) italiyan liri həcmində məbləğ ödəməlidir.
Fransız və ingilis dilində hazırlanmış və28 sentyabr 1995-ci ildə Strazburqda, İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Herbert PETZOLDRolv RİSSDAL
KatibSədr
[1]İşin nömrəsi 24/1994/471/552-dir. İlk iki rəqəm işin göndərildiyi ildə sıra nömrəsini göstərir, son iki rəqəm isə əvvəldən Məhkəmə araşdırmaları siyahısındakı və (Komissiyaya təqdim edilmiş) ilkin müvafiq ərizələr siyahısındakı yeridir.
[2]A Reqlamenti 9 saylı Protokol (P9) qüvvəyə minməzdən əvvəl baxılmaq üçün Məhkəməyə göndərilmiş bütün işlərdə, qüvvəyə mindikdən sonra isə bu Protokolu (P9) qəbul etməmiş Dövlətlərlə əlaqədar işlərdə tətbiq edilir. Bu Reqlament 1 yanvar 1983-cü ildə qüvvəyə minmiş və həmin vaxtdan etibarən dəfələrlə dəyişiklik edilmiş Reqlamentə uyğundur.
[3]İş n° 23/1994/470/551.
[4]Katibliyin qeydi: praktik səbəblərdən dolayı həmin əlavə yalnız qərarın çap versiyası ilə nəşr olacaq (Məhkəmə nəşrlərinin A seriyasının 315-ci cildi), lakin Komissiyanın rəyinin surəti katiblikdən əldə edilə bilər.
Full & Egal Universal Law Academy