© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Segame SA" Fransaya qarşı (Segame SA v. France), ərizə № 4837/06
07.06.2012-ci il tarixli qərar [V Bölmə]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət imkanı
Daxili məhkəmələrin qanunla nəzərdə tutulan inzibati cərimənin dərəcəsini tənzimləyə bilməməsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi şirkət incəsənət qalereyasını işlədən açıq tipli məhdud məsuliyyətli şirkət idi. 1993-cü ildə Paris Kommersiya Məhkəməsi onun yenidən təşkili və daha sonra ləğvi barədə qərar qəbul etdi. Növbəti ildə vergi orqanları ona iki əlavə vergi sənədləri göndərdilər, sənədlər konkret olaraq vergi borclarının ödənilməsi tələbləri barəsində idi. Borcların hesablandığı bu sənədlərə həmçinin ödənilməyən vergi məbləğinin 100%-i miqdarında cərimə barədə qeydlər əlavə olunmuşdu. Məhkəmə prosesi müddətində qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində cərimənin məbləği 100%-dən 25%-ə endirildi və vergi orqanları bu yeni normanı ərizəçi şirkətə tətbiq etdilər. 1998-ci ildə ərizəçi şirkət vergi borclarından azad edilməsi üçün məhkəmələrə müraciət etdi və digər məsələlərlə yanaşı iddia etdi ki, cərimənin tətbiqi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun deyil, ona görə ki, məhkəmə vergi ödəyicisinin yol verdiyi pozuntunun qanunverici orqan tərəfindən müəyyən edilən ağırlıq dərəcəsini nəzərə alaraq cərimənin dərəcəsini ona uyğun surətdə tənzimləyə bilməzdi. Ərizə rədd edildi və Ali İnzibati Məhkəmə konkret olaraq bildirdi ki, vergi işləri üzrə məhkəmələr 6-cı maddənin 1-ci bəndinə uyğun olaraq bu sahədə tam səlahiyyətə malikdirlər və həmin maddə heç də tələb etmir ki, qanunverici orqan sözügedən cərimə ilə bağlı vahid tarif dərəcəsi müəyyən etdiyi hallarda məhkəmələr onu daha aşağı dərəcə ilə əvəz etmək hüququna malik olmalıdırlar.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Ərizəçi şirkət əlavə vergi ödənişindən və cərimələrdən azad edilmək üçün müvafiq qaydada ərizə ilə müraciət edə, daha sonra məhkəmədə iş qaldıra və hüquqi məsələlərə dair apellyasiya şikayəti verə bilərdi. Bütün proses bundan ibarət idi və bu proses çərçivəsində inzibati məhkəmələr işin bütün faktoloji və hüquqi aspektlərini yoxlamaqda tam səlahiyyətə malik idilər, onlar vergi ödəyicisinin hüquqları ilə bağlı qərar çıxararkən inzibati qərarı nəinki ləğv və ya etibarsız elan edə, həm də dəyişdirə, yaxud öz qərarları ilə əvəz edə bilərdilər. Vergi məsələlərinə baxarkən onlar vergi ödəyicisini vergilərdən və tətbiq edilmiş cəzalardan azad edə, tələb olunan vergi məbləğini qanunla icazə verilən hədd çərçivəsində dəyişə, cərimələrin dərəcələrini qanunla icazə verilən hədd çərçivəsində yuxarı və ya aşağı dərəcə ilə əvəzləyə bilərdilər. Ərizəçi şirkət şikayət etdi ki, hər hansı qanunvericilik norması olmadığı təqdirdə inzibati məhkəmələr ödənilməyən vergiyə görə təyin olunmuş cərimənin məbləğini tənzimləmək səlahiyyətinə malik deyildilər. Lakin Məhkəmə qeyd etdi ki, qanunvericiliyin özündə cərimənin məbləği vergi ödəyicisinin yol verdiyi pozuntunun ciddiliyinə mütənasib qaydada nəzərdə tutulmuşdu, belə ki, cərimə ödənilməyən vergi məbləğinin faizi miqdarında tutulurdu və cərimənin hesablanması qaydasına etiraz etmək üçün ərizəçi şirkətin sərəncamında geniş imkanlar vardı. Beləliklə, ərizəçi şirkət məqsədəuyğun saydığı bütün faktoloji və hüquqi arqumentləri irəli sürmək imkanına malik idi. Məhkəmə daha sonra qeyd etdi ki, vergi işləri üzrə məhkəmə prosesləri xüsusi xarakter daşıdığına görə bu proseslər dövlətin maraqlarının qorunması üçün səmərəli olmalıdır və onlar Konvensiyanın məqsədləri üçün cinayət hüququnun tərkib hissəsini təşkil etmir.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy