© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Seydiç və Finsi Bosniya və Herseqovinaya qarşı [Böyük Palata] (Sejdić and Finci v. Bosnia and Herzegovina [GC]), ərizə № 27996/06
22.12.2009-cu il tarixli qərar [Böyük Palata]
12 saylı Protokolun 1-ci maddəsi
Qaraçıların və yəhudilərin ölkədə ən yüksək siyasi vəzifələrə namizədliklərini vermək imkanına malik olmaması: pozuntu baş verib
Maddə 13
Ayrı-seçkilik
Qaraçıların və yəhudilərin parlament seçkilərində namizədliklərini irəli sürmək imkanına malik olmaması: pozuntu baş verib
Faktlar – Hər ikisi Bosniya və Herseqovina vətəndaşı olan ərizəçilər, müvafiq olaraq, qaraçı və yəhudi mənşəlidirlər və dövlətdə kifayət qədər yüksək vəzifələr tuturdular. Avropa Məhkəməsinin qərarı qəbul edilən zaman cənab Seydiç ATƏT-in Bosniya və Herseqovinadakı missiyasının qaraçıların işlər üzrə müşahidəçisi, cənab Finsi isə Bosniya və Herseqovinanın İsveçrədəki səfiri idi. Bosniya və Herseqovinanın 1995-ci il tarixli Konstitusiyasına (bu Konstitusiya 1995-ci il tarixli Deyton Sülh Sazişinə əlavə olaraq qəbul edilmişdi) əsasən, yalnız "əsas millətlər" hesab edilən bosniyalı müsəlmanlar, xorvatlar və serblər Bosniya və Herseqovinanın ali rəhbərliyinin üç üzvdən ibarət rəyasət heyətinə və parlamentin yuxarı palatası olan Xalqlar Palatasına seçilə bilərdilər. Ərizəçilər şikayət etdilər ki, ölkənin seçkili orqanlarının yüksək vəzifəli şəxslərinin təcrübəsi ilə müqayisə oluna bilən təcrübəyə malik olduqlarına baxmayaraq, Konstitusiyaya əsasən etnik mənşələri ucbatından bu vəzifələrə namizədliklərini irəli sürmək imkanından məhrumdurlar.
Hüquqi məsələlər – 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilməsi məsələsi (Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçkilərlə əlaqədar): Xalqlar Palatası Bosniya və Herseqovinanın iki inzibati ərazi vahidinin qanunvericilik orqanları tərəfindən təyin olunan üzvlərdən ibarət olduğuna və qanunvericiliyin qəbuluna nəzarət sahəsində geniş səlahiyyətlərə malik olduğuna görə Məhkəmə qərara aldı ki, parlamentin yuxarı palatasının seçkisi 1 saylı Protokolun 3-cü maddəsinin tətbiq dairəsinə düşür. O, xatırlatdı ki, şəxsin yalnız milli mənsubiyyətinə əsaslanan ayrı-seçkiliyə obyektiv olaraq müasir demokratik cəmiyyətdə haqq qazandırmaq olmaz. Müvafiq olaraq, "əsas millətlərə" mənsub olmaq istəyini bəyan etməyən (şəxsin "əsas millətlərin" malik olduqları hüquqları əldə etməsi üçün "əsas millətlərə" mənsub olmaq istəyini bəyan etməsi tələb olunurdu), qaraçı və yəhudi mənşəli olduqlarını bildirən ərizəçilər konstitusiya müddəaları ilə əlaqədar olaraq Xalqlar Palatasına seçkilərdə namizədliklərini irəli sürə bilməzdilər. Bu cür istisna ümumən Konvensiyanın məqsədlərinə zidd olmayan məqsəd daşıyırdı, yəni ölkədə sülhün bərpasına yönəlmişdi. Etiraz edilən konstitusiya müddəaları qəbul edildikləri dövrdə soyqırım və "etnik təmizləmə" ilə səciyyələnən amansız münaqişəyə son qoymaq məqsədi ilə hazırlanmışdı. Həmin dövrdə münaqişənin xarakteri sülhün təmin olunması üçün "əsas millətlərin" müəyyən edilməsini zəruri etmişdi. Digər icmaların, məsələn, yerli qaraçı və yəhudi icmalarının sülh danışıqlarında iştirak etməməsi və danışıq iştirakçılarının münaqişədən sonrakı cəmiyyətdə "əsas millətlər" arasında faktiki bərabərliyin qayğısına qalmaları bununla izah olunurdu.
Bununla belə, Məhkəmə Deyton sülh sazişindən sonra Bosniya və Herseqovinadakı mühüm pozitiv inkişafı qeyd etməyə bilməz: 2005-ci ildə keçmiş münaqişə tərəfləri silahlı qüvvələr üzərində nəzarətdən imtina etmiş və islahat apararaq silahlı qüvvələri kiçik peşəkar orduya çevirmişdilər; 2006-cı ildə Bosniya və Herseqovina NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuşdu; 2008-ci ildə o, Avropa İttifaqı ilə stabilləşmə və assosiasiya sazişi imzalamışdı; 2009-cu ilin martında o, ilk dəfə dövlət konstitusiyasına uğurla dəyişikliklər etmişdi; son dövrlərdə isə o, 2010-cu ilin yanvarından başlayaraq iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilmişdi. Bundan əlavə, 2002-ci ildə Konvensiyanı və ona dair Protokolları qeyd-şərtsiz ratifikasiya etməklə cavabdeh dövlət seçki qanunvericiliyini bir il ərzində Venesiya Komissiyasının köməyi ilə yenidən nəzərdən keçirmək və zərurət olduqda onu Avropa Şurasının standartlarına uyğunlaşdırmaq öhdəliyini xüsusi olaraq qəbul etmişdi. Analoji öhdəlik həmçinin stabilləşmə və assosiasiya sazişi ratifikasiya olunarkən götürülmüşdü. Nəhayət, baxmayaraq ki, Konvensiya özlüyündə cavabdeh dövlətin spesifik hakimiyyət bölgüsü sistemini ləğv etməsini tələb etmir, Venesiya Komissiyasının rəyləri digər icmaların avtomatik olaraq hakimiyyətdən kənarlaşmasına gətirib çıxarmayan digər mexanizmlərin mövcudluğunu açıq-aydın nümayiş etdirdi. Beləliklə, ərizəçilərin davamlı olaraq Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçkilərdə namizədliklərini irəli sürə bilməmələri obyektiv və ağlabatan əsasa malik deyildi.
Nəticə: pozuntu baş verib (üç səsə qarşı on dörd səslə).
12 saylı Protokolun 1-ci maddəsi (Bosniya və Herseqovinanın rəyasət heyətinə seçkilərlə əlaqədar): Konvensiyanın 14-cü maddəsi "Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan" istifadə edilərkən ayrı-seçkiliyi qadağan etdiyi halda, 12 saylı Protokolun 1-ci maddəsi bu qadağını "qanunla nəzərdə tutulmuş istənilən hüquqdan" istifadə ilə əlaqədar ayrı-seçkiliyə şamil etdi və bununla da ayrı-seçkiliyə ümumi qadağa qoymuş oldu. Beləliklə, rəyasət heyətinə seçkilərin 1 saylı Protokolun 3-cü maddəsinin tətbiq dairəsinə düşüb-düşməməsindən asılı olmayaraq bu şikayət "qanunla nəzərdə tutulmuş istənilən hüquqa" aiddir və buna görə də 12 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər. Ərizəçilərin "əsas millətlərə" mənsub olmaq istəyini bəyan etməmələri onları rəyasət heyətinə seçkilərlə namizədliklərini irəli sürmək imkanından məhrum etmişdi. Konvensiyanın 14-cü maddəsi və 12 saylı Protokolun 1-ci maddəsi ilə qadağan olunmuş ayrı-seçkiliyin anlayışı eyni cür şərh olunduğuna görə, ərizəçiləri rəyasət heyətinə seçkilərlə namizədliklərini irəli sürmək imkanından məhrum etmiş konstitusiya müddəaları da ayrı-seçkilik xarakterli hesab olunmalıdır.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Pozuntunun müəyyən edilmə faktı özü mənəvi ziyana görə yetərli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda iºin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy