© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İran İslam Respublikasının dəniz gəmiçiliyi şirkəti Türkiyəyə qarşı (Islamic Republic of Iran Shipping Lines v. Turkey), ərizə № 40998/98
13.12.2007-ci il tarixli qərar [III Bölmə]
34-cü maddə
Qurban statusu
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Silah qaçaqmalçılığı şübhəsi ilə gəminin və onun yükünün bir ildən artıq müddət ərzində qanunsuz olaraq müsadirə edilməsi: pozuntu baş verib
Faktlar – 1991-ci ilin oktyabrında Türkiyənin hakimiyyət orqanları ərizəçinin kirayəyə götürdüyü Kipr gəmisini orada daşınan silahların qaçaqmalçılıq məqsədi ilə daşınmasından şübhələnərək ələ keçirdi. Gəmi ekipajının bir neçə üzvünə qarşı cinayət işi başlandı. Bu məsələyə dair araşdırma aparıldıqdan sonra 1991-ci ilin dekabrında Türkiyə Xarici İşlər Nazirliyi təsdiq etdi ki, ərizəçinin daşıdığı yük İrana məxsus idi və onun ələ keçirilməsini Türkiyə ilə Kipr arasındakı "müharibə vəziyyəti" ilə əsaslandırmaq olmazdı. Yekunda Türkiyə məhkəmələri ekipaj üzvlərinə bəraət verdilər və 1992-ci ilin dekabrında gəmi sərbəst buraxıldı. Sonradan aparılmış mülki məhkəmə araşdırmasında ərizəçi gəminin ələ keçirilməsi nəticəsində məruz qaldığı ziyana görə kompensasiyaya nail ola bilmədi.
Hüquqi məsələlər – Maddə 34: Öncə Hökumət iddia etdi ki, ərizəçi Avropa Məhkəməsinə müraciət etmək hüququna malik deyil, çünki İran İslam Respublikasından ayrılıqda götürülməsi mümkün olmayan dövlət şirkətidir. Lakin Məhkəmə qərara aldı ki, ərizəçi şirkətin fəaliyyəti nizamnamə ilə tənzimləndiyinə və o, hüquqi və maliyyə cəhətdən dövlətdən asılı olmadığına görə şikayətin faktiki olaraq İran İslam Respublikası tərəfindən verildiyini düşünmək üçün əsas yoxdur.
1 saylı Protokolun 1-ci maddəsi: Gəminin ələ keçirilməsi 1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan mənada mülkiyyətdən istifadəyə nəzarət etməyə yönələn tədbir idi. Tərəflər razılaşdılar ki, müdaxilə qanuni əsasa malik idi, amma tətbiq edilməli olan qanunvericilik normalarının əhatə dairəsi və məzmunu məsələsində bir-biri ilə razılaşmadılar. Baxmayaraq ki, hakimiyyət orqanları yükün qaçaqmal olmadığını və Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratmadığını gəmini ələ keçirdikdən iki ay sonra bilmişdilər, gəmi daha bir il ərzində saxlanılmış vəziyyətdə qalmışdı. Məhkəmə hesab etdi ki, gəmi ən geci 1992-ci ilin martında, yəni birinci instansiya məhkəməsinin qərarının çıxarıldığı tarixdə sərbəst buraxılmalı idi. Gəminin həmin tarixdən sonra da saxlanılması qanunsuz idi, çünki silah qaçaqmalçılığından şübhələnmək üçün əsas yox idi, yaxud Türkiyə ilə Kipr arasındakı müharibə vəziyyəti ilə əlaqədar olaraq gəmini ələ keçirmək üçün hər hansı ümumi səlahiyyət mövcud deyildi. Bundan başqa, məhkəmələrin ərizəçinin kompensasiya tələbini rədd etdiklərini nəzərə alsaq, ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə qeyri-mütənasib idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy