© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Sinan İşık Türkiyəyə qarşı (Sinan Işık v. Turkey), ərizə № 21924/05
02.02.2010-cu il tarixli qərar [II Bölmə]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Din azadlığı
Şəxsiyyət vəsiqələrində dini mənsubiyyətin göstərilməsi: pozuntu baş verib
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Ümumi xarakterli tədbirlər
Məhkəmə qərara aldı ki, şəxsiyyət vəsiqəsindən "dini mənsubiyyət" qrafasının çıxarılması aşkar edilmiş pozuntuya son qoyulmasının məqsədəuyğun forması ola bilər.
Faktlar – Ərizəçi ələvi dini icmasına mənsub idi. 2004-cü ildə o, məhkəmələrə müraciət etdi ki, şəxsiyyət vəsiqəsində dini mənsubiyyətini göstərən "ələvi" sözünün əvəzinə "islam" sözü yazılsın, amma müraciəti rədd edildi.
Hüquqi məsələlər – Maddə 9: Şəxsiyyət vəsiqəsində "dini mənsubiyyət" qrafasının boş saxlanılmasını və ya həmin qrafanın ümumiyyətlə çıxarılmasını tələb etməyə imkan yaradan 2006-cı il tarixli qanun ərizəçinin vəziyyətini dəyişmədi. Şəxsiyyət vəsiqəsində dini mənsubiyyətin göstərilməsi nəzərdə tutulubsa, müvafiq qrafasının doldurulmadan saxlanılması istər-istəməz müəyyən mülahizələrə yol açır. Dini mənsubiyyət barədə məlumatın göstərilmədiyi şəxsiyyət vəsiqəsinin sahibi öz iradəsindən asılı olmayaraq dini mənsubiyyəti göstərilən şəxslərdən fərqlənir. Bundan başqa, dövlət orqanlarına həmin qrafanın boş saxlanılması barədə tələbin bildirilməsi şəxsiyyət vəsiqəsinin sahibinin sırf şəxsi əqidələri ilə sıx surətdə bağlıdır. Belə ki, bu halda söhbət şəxsiyyətin ən intim aspektlərindən birinin açıqlanmasından gedir. Bu isə, şübhəsiz ki, öz dinini və ya əqidəsini açıq şəkildə ifadə etməmək azadlığına ziddir. Bu pozuntu ərizəçinin şəxsiyyət vəsiqəsində dini mənsubiyyətini göstərməkdən imtina etməsi faktı ilə deyil, "dini mənsubiyyət" qrafasının şəxsiyyət vəsiqəsinə daxil edilməsi faktı ilə əlaqədardır (bu qrafanı doldurmağın məcburi və ya könüllü olmasından asılı olmayaraq). Müvafiq olaraq, hətta 2006-cı il tarixli qanunun qəbulundan sonra belə, ərizəçi pozuntunun qurbanı olduğunu iddia edə bilər.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə)
Maddə 46: Ərizəçinin Konvensiyanın 9-cu maddəsi ilə qorunan hüququnun pozuntusu bu faktdan irəli gəlir ki, onun şəxsiyyət vəsiqəsinə dini mənsubiyyətini göstərməsi üçün qrafa daxil edilib (bu qrafanı doldurmağın məcburi və ya könüllü olmasından asılı olmayaraq). Bu məsələ ilə bağlı Məhkəmə bu qənaətə gəldi ki, şəxsiyyət vəsiqəsindən "dini mənsubiyyət" qrafasının çıxarılması aşkar edilmiş pozuntuya son qoyulmasının məqsədəuyğun forması ola bilər.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy