© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
SINDICATUL “PĂSTORUL CEL BUN” RUMINİYAya qarşı
(Ərizə no. 2330/09)
QƏRAR
STRAZBURQ
9 iyul 2013
Bu qərar qətidir, lakin ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Sindicatul “Păstorul cel Bun” Rumıniyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasi:
Dean Spielmann, Sədr,
Guido Raimondi,
Mark Villiger,
Isabelle Berro-Lefèvre,
Boštjan M. Zupančič,
Elisabeth Steiner,
Danutė Jočienė,
Dragoljub Popović,
George Nicolaou,
Luis López Guerra,
Ledi Bianku,
Vincent A. de Gaetano,
Angelika Nußberger,
Linos-Alexandre Sicilianos,
Erik Møse,
Helena Jäderblom,
Krzysztof Wojtyczek, hakimlər,
və Katib müavini Michael O’Boyledən ibarət tərkibdə,
7 noyabr 2012-ci il və 5 iyun 2013-cü ildə qapalı məşvərət edərək,
Sonuncu tarixdə aşağıdakı qərarı qəbul etmişdir:
PROSEDUR
1. İş bir Həmkarlar İttifaqı olan Păstorul cel Bun (“Yaxşı Çoban” – “Ərizəçi ittifaq”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Rumıniyaya qarşı 30 dekabr 2008-ci il tarixdə göndərilən ərizə (no. 2330/09) ilə başlamışdır. Böyük Palatanın sədri Ərizəçi ittifaqın üzvlərinin şəxsiyyətlərinin açıqlanmaması barədəki müraciətini qəbul etmişdir (Məhkəmə Reqlamenti, Qayda 47 § 3).
2. Hüquqi yardım təmin edilmiş Ərizəçi ittifaq Cluj Napocada fəaliyyət göstərən vəkil Cənab R. Chiriţă tərəfindən təmsil olunmuşdur. Rumıniya Hökuməti (“Hökumət”) Agenti, Xarici İşlər Nazirliyindən Xanım C. Brumar tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi ittifaq iddia edir ki, onu həmkarlar ittifaqı kimi qeydiyyatdan keçirməkdən imtina olunması onun üzvlərinin Konvensiyanın 11-ci maddəsilə təmin olunan həmkarlar ittifaqı yaratmaq hüququnu pozur.
4. Ərizə baxılması üçün Məhkəmənin Üçüncü Seksiyasına verilmişdir (Qayda 52 § 1). 31 yanvar 2012-ci ildə bu Seksiyanın hakimlər Josep Casadevall, Egbert Myjer, Ján Šikuta, Ineta Ziemele, Nona Tsotsoria, Mihai Poalelungi və Kristina Pardalos, və Seksiya Katibi Santiago Quesadadan ibarət Palatası ərizəni yekdilliklə qəbul edilən hesab edən və beş səsə qarşı iki səslə Konvensiyanın 11-ci maddəsinin pozulduğunu elan edən qərar qəbul etmişdir.
5. Hökumətin 27 aprel 2012-ci il tarixli müraciətinin ardından 9 iyul 2012-ci ildə, Böyük Palatanın paneli işi, Konvensiyanın 43-cü maddəsinə əsasən Böyük Palataya göndərmək barədə qərar qəbul etmişdir.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2 və 3-cü bəndləri və 24-cü Qaydaya uyğun olaraq müəyyənləşdirilmişdir. Rumıniya üçün seçilmiş hakim Corneliu Bîrsan, işə baxılmasında iştirakdan imtina etmişdir (Qayda 28). Böyük Palatanın Sədri hakim Angelika Nußbergeri onun yerinə ad hoc hakim kimi təyin etmişdir (Konvensiyanın 26-cı maddəsinin 4-cü bəndi və 29-cu Qaydanın 1-ci bəndi).
7. Ərizəçi ittifaq və Hökumət yazılı təqdimatlarını göndərmişlər (Qayda 59 § 1).
8. Üçüncü tərəf qismində işə Palatada baxılması zamanı iştirak etmiş Hüquq və Ədalət üçün Avropa Mərkəzi (European Centre for Law and Justice) və Craiova Pravoslav Arxiyepiskopluğuna (Pravoslav Archdiocese of Craiova), bundan əlavə, Moskva Patriarxına, QHT olan Becket Fondu və Hüquq və Dini Araşdırmalar Mərkəzinə (International Center for Law and Religion Studies), Moldova, Polşa, Gürcüstan və Yunanıstan Hökumətlərinə yazılı prosedurda iştirak etməyə icazə vermişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Qayda 44 §2).
9. 7 noyabr 2012-ci ildə Strazburqda, İnsan Hüquqları Sarayında dinləmə keçirilmişdir (Qayda 59 § 3).
Məhkəmədə iştirak etmişlər:
(a) Hökumət
XanımC. Brumar,Nüməyəndə,
XanımI. Cambrea,Həmnüməyəndə,
CənabD. Dumitrache,
XanımA. Neagu, Məsləhətçilər;
(b) Ərizəçi ittifaq
CənabR. Chiriţă,
CənabI. Gruia, Hüquqşünaslar,
XanımO. Chiriţă, Məsləhətçi.
Məhkəmə Cənab Chiriţă, Xanım Brumar və Xanım Neagunun çıxışlarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
10. 4 aprel 2008-ci ildə Olteniya Metropolisinin əsasən Craiova (Rumıniyanın cənub-qərbində bir əyalət) Arxiyepiskopluğunun yurisdiksiyası altında olan kilsələrindən otuz iki keşiş və eyni arxiyepiskopluğun üç qeyri-professional işçisi ümumi iclas keçirərək Păstorul cel Bun Həmkarlar İttifaqını yaratmaq barədə qərar qəbul etdilər. İttifaqın iclasda qəbul edilmış nizamnaməsinn müvafiq hissəsində deyilir:
“Olteniya Metropolisinin inzibati və ərazi yurisdiksiyası altında olan kilsə və digər ruhani qurumlarının keşiş və qeyri-ruhani işçilərinin ittifaqının məqsədi sərbəst şəkildə müəyyən olundu. Bu məqsəd üzvlərinin, həm ruhani, həm də qeyri-ruhani işçilərin Kilsə iyerarxiyası və Mədəniyyət və Dini işlər Nazirliyi ilə münasibətlərində peşəkar, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiə olunmasıdır.
Yuxarıdakı məqsədə çatmaq üçün İttifaq aşağıdakıları edir:
(a) üzvlərinin qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan işləmək, ləyaqət, sosial müdafiə, işdə təhlükəsizlik, istirahət, sosial sığorta, işsizlik müavinətləri, pensiya almaq və başqa fundamental hüquqlarına hörməti təmin etmək;
(b) hər bir üzvünün öz professional təlim və bacarıqlarına uyğun şəkildə işini yerinə yetirə bilməsini təmin etmək;
(c) məzuniyyət və istirahət müddətləri barədə qanunvericiliyin tələblərinə riayət edilməsini təmin etmək;
(d) üzvləri arasında təşəbbüs, rəqabət və söz azadlığını təbliğ etmək;
(e) işin müdafiəsi və əlaqəli hüquqlar ilə bağlı qanunvericiliyin tətbiqini təmin etmək və ciddi şəkildə riayət olunmasına nəzarət etmək;
(f) Din azadlığı və din məzhəblərinin statusu barədə 489/2006 qanununun müddəalarının, Rumın Pravoslav Kilsəsi Nizamnaməsinin və Rumın Pravoslav Kilsəsi Müqəddəs Kanonlarının tamamilə tətbiq olunmasını təmin etmək;
(g) Arxiyepiskopluq və Metropolis ilə ruhani və qeyri-ruhanilərin hüquq və vəzifələrini dəqiq şəkildə müəyyən edəcək kollektiv sazişlər və iş müqavilələri üzrə danışıqlar aparmaq;
(h) sədr və nümayəndələrin həm mandatı dövründə, həm də sonra müdafiəsini təmin etmək;
(i) qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bütün səviyyələrdə və bütün qərarverici orqanlar qarşısında təmsil olunmasını təmin etmək;
(j) üzvlərinin maraqlarını, ləyaqətlərini və fundamental hüquqlarını müdafiə etmək üçün petisiya, nümayiş və tətil kimi vasitələrdən istifadə etmək;
(k) əmək, həmkarlar ittifaqı barədə qanunvericilik, Metropolislə imzalanmış kollektiv sazişlər və ya iş müqavilələrinin müddəalarının pozulması halında, əgər mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmazsa, məhkəməyə müraciət etmək;
(l) əmək haqqı və ləyaqətli yaşam şəraitininin təminatları ilə bağlı qanunvericiliyin tətbiq olunmasına nəzarət;
(m) ruhanilərin və qeyri-ruhani işçilərin cəmiyyətin digər sahələrində olan hüquqlardan yararlanmasına çalışmaq;
(n) qarşılıqlı yardımlaşma fondu yaratmaq;
(o) üzvlərinə onların maraqları barədə məlumat təminatı üçün vasitələr hazırlamaq və nəşr etmək;
(p) qanunverciliyə və üzvlərinin maraqlarına uyğun olaraq, həmkarlar ittifaqı sahəsində mədəni, təhsil və araşdırma qurumları, eləcə də sosial-iqtisadi institutlar yaratmaq və idarə etmək;
(r) üzvlərinə dəstək vermək üçün fondlar yaratmaq;
(s) dini məşğuliyyətlər hazırlamaq və maliyyələşdirmək;
(ş) yerli Kilsə orqanlarına seçkilərdə təkliflər vermək və üzvləri arasından Rumın Pravoslav Kilsəsində Müqəddəs Sinodda iştirak etmək üçün keşiş təyin etmək;
(t) Arxiyepiskopdan Keşiş Assambleyasına gəlir və xərcləri barədə hesabat təqdim etməsi üçün müraciət etmək; və
(ţ) Arxiyepiskopluq Şurasına onu təyinatlar, köçürmələr və büdcə ehtiyatları ilə bağlı qərarları barədə rüblük və ya illik qaydada məlumatlandırmağı xahiş etmək.”
11. Həmkarlar İttifaqları barədə Qanuna (54/2003 saylı Qanun) uyğun olaraq, ittifaqın seçilmiş sədri Craiova Birinci İnstansiya Məhkəməsinə ittifaqa hüquqi şəxs statusu verilməsi və həmkarlar ittifaqları reyestrinə daxil edilməsi üçün müraciət etdi və bildirdi ki, qeydiyyata alınma bərədə ərizə Həmkarlar İttifaqları haqqında Qanuna (54/2003 saylı) uyğundur və Həmkarlar İttifaqı yaradılması və Din Azadlığı haqqında Qanunla (489/2006 saylı) qadağan edilməmişdir.
12. Məhkəmə prosesində Dövləti təmsil edən Prokurorluq qeydiyyat ərizəsini dəstəklədi və bildirdi ki, ruhani və qeyri-ruhani personalın həmkarlar ittifaqı yaratması qanuna zidd deyildir. Prokurorluq əlavə etdi ki, ittifaqın üzləri iş müqaviləsi bağlamış şəxslər olduğundan, digər başqa işçilər kimi, onların da hüquqlarının müdafiəsi üçün həmkarlar ittifaqında birləşmək hüquqları vardır.
13. Prosesdə üçüncü şəxs kimi iştirak edən Craiova Arxiyepiskopluğu, ittifaqın üzvlərinin Arxiyepiskopluğun işçiləri olduğunu təsdiq etdi, lakin bildirdi ki, Arxiyepiskopun razılığı və xeyir-duası (“icazəsi”) olmadan ittifaq yaradılması, 53/2008 saylı Hökumət Fərmanı ilə təsdiqlənmiş Rumın Pravoslav Kilsəsi Nizamnaməsi ilə qadağandır. O əlavə etdi ki, Nizamnaməyə görə, keşişlər Arxiyepiskopun yazılı icazəsi olmadan, hətta öz şəxsi mübahisələri ilə bağlı belə mülki məhkəmə proseslərində iştirak edə bilməz. Keşişlərin kilsə yığıncaqları və idarəedici qurumlarına rəhbərlik etdiklərini vurğulayaraq, Arxiyepiskop bildirdi ki, bu səbəbdən həmkarlar ittifaqı yarada bilməzlər: 54/2003 Saylı Qanun menecer funksiyası daşıyan şəxslərin ittifaq yaratmasını qadağan edir. Nəhayət, o, məhkəməyə ittifaqın səkkiz üzvünün artıq ittifaqa üzv olmaq istəməməsi barədə yazılı müraciətini təqdim etdi.
14. Qeydiyyat ərizəsinin 54/2003 saylı Qanunun formal tələblərinə uyğun olduğunu qeyd edən məhkəmə əlavə etdi ki, ərizə Qanunun 2 və 3 seksiyaları, Əmək Məcəlləsinin 39-cu maddəsi, Konstitusiyanın 40-cı maddəsi, Mülki və Siyasi Hüquqlar üzrə Paktın 22-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi işığında araşdırılmalıdır.
15. 22 may 2008-ci ildə çıxardığı qərarında məhkəmə qeydiyyat ərizəsini qəbul etdi, ərizəçiyə hüquqi şəxs status tanıdı və onun həmkarlar ittifaqları reyestrinə daxil edilməsini əmr etdi.
16. Qətnamənin müvafiq hissəsində deyilirdi:
“Üçüncü tərəf bildirdi ki, həmkarlar ittifaqının yaradılması barədə ərizə həm din azadlığı və din məzhəblərinin hüquqi statusu barədə xüsusi qanunu, həm də, Arxiyepiskopun xeyir-duası və ya məhkəmə prosesində iştirak etməyə əvvəlcədən verlmiş yazılı icazəsi (hətta şəxsi mübahisələrə də tətbiq olunan tələb) olmadığından, Rumın Pravoslav Kilsəsinin Nizamnaməsini pozur.
Kilsə Nizamnaməsinin və Din Azadlığı haqqında Qanunun (489/2006 saylı Qanun) müddəalarını nəzərdən keçirərək, məhkəmə üçüncü tərəfin arqumentlərini aşağıdakı səbəblərdən rədd edir.
Məhkəmə qeyd edir ki, 489/2006 saylı Qanunun 5(4) seksiyasına əsasən, dini icmalar, assosiasiyalar və qruplar Konstitusiyaya riayət etməlidir və onların fəaliyyəti milli təhlükəsizliyə, ictimai qaydaya, əhalinin sağlamlığına və mənəviyyatına, fundamental hüquq və azadlıqlara təhlükə yaratmamalıdır.
Məhkəmə daha sonra müşahidə edir ki, 53/2008 saylı Hökumət Fərmanı ilə təsdiq edilmiş Kilsə Nizamnaməsi, qanunvericiliyə uyğun olaraq ruhani və ya qeyri-ruhani kilsə işçilərinin həmkarlar ittifaqı yaratmasını açıq şəkildə qadağan etmir. Həmkarlar İttifaqı yaratmaq üçün arxiyepiskopun xeyir-duasının alınmasının lazım olduğunu iddia edən üçüncü tərəf, ittifaqın təsisçi üzvlərinin müqavilə əsasında işləyən işçilər olduğunu mübahisələndirmir.
Üçüncü tərəfin arqumentləri həm Rumın Pravoslav Kilsəsinin əhəmiyyətli rolunu və onun təşklati və fəaliyyət avtonomiyasını tanıyan Din Azadlığı haqqında Qanunun 7-10 seksiyaları, həm də eyni Qanunun 1(2) seksiyası əsasında analiz edilmişdir. 1(2) seksiyasına əsasən, “heç kimə hər hansı dini və ya inanc fikrinə qoşulmağa mane oluna, və ya inancına uyğun olmayan fikirlərə qoşulmağa məcbur edilə bilməz bilməz”, və “heç kim öz inancına, dini məzhəbə, qrup və ya assosiasiyaya üzvlüyünə və ya üzv olmamasıına, və ya qanuna uyğun olaraq din azadlığını həyata keçirdiyinə görə ayrı-seçkiliyə məruz qoyula, təqib edilə və ya aşağı mövqeyə qoyula bilməz”.
Kilsənin ruhani və qeyri-ruhani üzvləri işçi hesab edildiyindən, onların qanunla həmkarlar ittifaqı yaratmaq hüquqları vardır. Bu hüquqa dini mənsubiyyətlə və ya iyerarxiyanın razılığı ilə bağlı hər hansı məhdudiyyət qoyula bilməz.
Məhkəmənin fikrincə, Nizamnamədə göstərilən iyerarxiya subordinasiyası və itaət prinsipləri həmkarlar ittifaqı yaratmaq hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz; bu sahədə yeganə qəbul edilə bilən məhdudiyyət, qanunla nəzərdə tutulan və demokratik cəmyyətdə milli təhlükəsizlik, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün zəruri məhdudiyyətlərdir.
Üçüncü tərəfin ərizəçilərin məhkəmə prosesində iştirak üçün arxiyepskopun icazəsini almaması arqument də eyni qayada rədd olunmalıdır, çünki Konstitusiyanın 21-ci maddəsinə görə: ‘hər kəsin öz hüquq və azadlıqlarını və qanuni maraqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bu hüququn həyata keçirilməsinə heç bir qanunla məhdudiyyət qoyula bilməz”.
Həmkarlar ittifaqının yaradılması heç də Rumın Pravoslav Kilsəsinə dissident, iyerarxiyaya və Kilsənin qoyduğu qaydalara hörmət etməyən bir cərəyanın mövcud olması demək deyildir; əksinə, bu, Kiləsnin xarakteri və onun dini, ruhani, mədəni, təhsil, sosial və xeyriyyə məqsədləri nəzərə alınaraq, iş müqavilələri ilə bağlı danışıqlar aparmaq, iş və qeyri-iş saatlarına riayət olunması, məvacib, işdə sağlamlıq və təhlükəsizlik, peşə təlimləri, tibbi sığorta və qərarverici orqanlara nümayəndə seçmək və ya seçkilərdə namizədliyini vermək kimi məsələlərdə işverən-işçi dialoquna yardım edə bilər.
Yuxarıdakıları nəzərə alaraq, 54/2003 saylı Qanunun 15 seksiyasına əsasən, məhkəmə ərizəni qəbul edir, üçüncü tərəfin etirazını rədd edir, ittifaqa hüquq şəxs statusu verir və onun həmkarlar ittifaqları reyestrinə daxil edilməsini əmr edir.”
17. Arxiyepiskopluq appelyasiya şikayəti verərək bildirdi ki, məhkəmənin əsaslandığı yerli və beynəlxalq hüquq bu işdə tətbiq olunmalı deyildi. Konstitusiyanın din azadlığı və dini icmaların avtonomiyasını təsbit edən 29-cu maddəsinə əsaslanaraq, o iddia etdi ki, assosiasiya yaratmaq hüququnu da ehtiva edən yığıncaq azadlığı din azadlığı prinsipindən üstün tutula bilməzdi.
18. O bildirdi ki, Kilsə strukturunda ruhanilərin həmkarlar ittifaqının olması, dini məzhəblərin öz daxilində ənənələrinə uyğun olaraq təşkilatlanmaq azadlığına ciddi zərər vurur. Birinci instansiya məhkəməsinin qərarı mövcud Kilsə institutlarına yenisini, yəni, keşişlərin həmkarlar ittifaqını da əlavə etmiş və beləliklə, Konstitusiyada nəzərdə tutulan dini icmaların avtonomluğu prinsipini təhlükə altına atmışdır.
19. Arxiyepiskopluq Ərizəçi ittifaqın məqsədlərini də tənqid etdi və bildirdi ki, onlar keşişərin “işlərinin təsviri” və onlar tərəfindın inanc andıyla təsdiq etdikləri vəzifələri ilə uyğun deyildir. O vurğuladı ki, təyinatlarından sonra bütün keşişlər Kilsə Nizamnaməsinin bütün müddəalarına, Kilsənin inzibati və məhkəmə orqanlarının bütün prosedur qaydalarına, Rumın Pravoslav Kilsəsi Müqəddəs Sinodunun, kilsə yığıncaqlarının və kilsə şurasının bütün qərarlarına riayət etməlidir.
20. 2008-ci ilin iyununda Müqəddəs Sinod elan etdi ki, ölkənin müxtəlif regionalarından olan keşişlərin həmkarlar ittifaqı yaratmaq təşəbbüsləri qanunvericiliyə, kanonlara və Kilsə Nizamnaməsinə ziddir.
21. Dolj Regional Məhkəməsi, 11 iyul 2008-ci il tarixli yekun qərarında Arxiyepiskopluğun appelyasiya şikayətini qəbul etdi və həmkarlar ittifaqının qeydiyyatını ləğv etdi.
22. Qərarın müvafiq hissələrində deyilir:
“Rumın Pravoslav Kilsəsi 53/2008 saylı Hökumət Fərmanıyla təsdiqlənmiş Nizamnaməsinə uyğun yaradılıb fəaliyyət göstərir. Nizamnamə keşişlərə assosiasiyalar, fondlar, və ya hər hansı tip təşkilta, o cümlədən həmkarlar ittifaqı yaratmağı qadağan edir. Bu qadağanın məqsədi Rumın Pravoslav Kilsəsinə parvoslav ənənələrini və əsas doktrinalarını qorumaq imkanı verməklə onun hüquq və azadlıqlarını müdafiə etməkdir.
54/2003 saylı Qanunun 6(2) seksiyasına əsasən, daxili qaydalar Konstitusiya və ya qanunlara zidd müddəalar nəzərdə tuta bilməz.
Həmkarlar ittifaqı yaradılması Nizamnamədə nəzərdə tutulan məsləhətçi və qərarverici orqanları Kilsənin ənənələrində və məşvərət və qərarvermə qaydalarında nəzərdə tutulmayan yeni bir orqanla (həmkarlar ittifaqı) əvəz olunmasına və ya bu orqanla işləməyə məcbur olmasına səbəb olur.
Dini icmanın təşkilatlanmaq hüququ Konstitusiya və 489/2006 saylı Din azadlığı və dini məzhəblərin hüquqi status haqqında Qanunla tanınmışdır. Hər məzhəb onun daxili təşkilatlanmasını, üzvlərinin hüquq və vəzifələrini, qərarvermə prosesini və intizam orqanlarının fəaliyyətini tənzimləyən nizamnaməsini hazırlayır.
[Pravoslav Kilsəsi Nizamnaməsinin] 14 (w) maddəsinə əsasən, Müqəddəs Sinod Rumın Pravoslav Kilsəsi tərəfindən yaradılan və idarə edilən dini assosiasiya və ya fondların yaradılması, fəaliyyəti və ləğvi barədə qərarları qəbu ledir; [o] öz idarəedici orqanları olan və Rumın Pravoslav Patriarxının ərazı birlikləri çərçivəsində fəaliyyət göstərən ölkə səviyyəsində dini assosiasiiya və fondların yaradıılması, fəaliyyəti və ya ləğvi üçün icazə verir və ya icazə verməkdən imtina edir.
Həmkarlar ittifaqlarına istinad olunmayan yuxarıdakı müddəalardan belə nəticə çıxır ki, assosiasiya və fondlar dini və ölkə səviyyəsində olmalıdır.
Pravoslav Kilsəsi Nizamnaməsinin 50 (e) maddəsinə əsasən, keşişlər yepiskopun yazılı icazəsi olmadan məhkəmə proseslərində öz kilsə prixodunu təmsil edə bilməzlər. Eyni qaydada, təyinatları zamanı yepiskopa itaət andı içdiklərinə görə, kilsənin ruhani üzvləri yepiskopun yazılı icazəsi olmadan şəxsi xarakterli mübahisələrdə belə məhkəmə prosesində iştirak edə bilməzlər.
54/2003 saylı Qanun nəzərdə tutur ki, menecer funksiyası və ya dövlət və məhkəmə hakimiyyəti funksiyası yerinə yetirən şəxslər, hərbçilər, polis və özəl güc üzvləri həmkarlar ittifaqı yarada bilməz.
Hazırki işdə Nizamnamə kilsə prixoduna müəyyən coğrafi ərazidə, yepiskopluğun ruhani, hüquqi, inzibati və iqtidasi rəhbərliyi altında yaradılmış və bir keşiş tərəfindən idarə olunan Pravoslav Kilsəsinin bir birliyi olan, həm ruhani, həm də qeyri-ruhani Pravoslav xristianlarının icması kimi anlayış verir.
Hazırki işdəki keşişlərin siyahısından məlum olur ki, onlar kilsə prixodu və şurasına rəhbərlik edirlər. Onlar menecer funksiyası və yuxarıda göstərilən müddəalara əsasən buna görə məvacib aldığına görə, həmkarlar itifaqı təsis edə bilməzlər.
Yuxarıdakıları nəzərə alaraq, məhkəmə appelyasiya şikayətini qəbul edir, qətnaməni ləğv edir və həmkarlar ittifaqının qeydiyyatı barədə ərizəni rədd edir.”
23. 29 sentyabr 2008-ci ildə Ərizəçi ittifaqın təsis edilməsi cəhdi Oltenia Metropolisi Sinodunda müzakirə edildi. Sinod qərar qəbul etdi ki, ittifaqın üzvləri Məhkəməyə şikayət ərizəsi ilə müraciət etsələr, cəzalansınlar və intizam orqanları qarşısına çıxarılsınlar. Bunun nəticəsi olaraq, həmin üzvlər Arxiyepiskopluğun qərargahına çağırıldılar və onlardan bəziləri ərizələrini davam etdirmək niyyətlərinin olmaması barədə bəyanat imzaladılar.
24. 21 iyun 2010-cu il tarixli məktubu ilə Rumın Pravoslav Patriarxlığı katibliyi Arxiyepiskopa xatırlatdı ki, keşişlərə iyerarxiyanın razılığı olmadan daxili və ya beynəlxalq məhkəmələrə müraciət etmək qadağandır və ondan tələb etdi ki, həmin keşişlərdən şikayət ərizələrini davam etdirmək niyyətlərinin olamaması barədə yazılı bəyanatlar alsın və əgər bundan imtina edərlərsə, onları müvafiq intizam orqanları qarşısına göndərsin. Belə bəyanat imzaladıqlarına baxmayaraq, keşişlərdən bəziləri Məhkəməyə bildirdilər ki, ittifaq adından göndərdikləri şikayəti davam etdirmək niyyətindədirlər.
25. 19 aprel 2010-cu ildə Ərizəçi ittifaqın üzvü olan üç keşiş beş başqa şəxslə birgə Apostolia adlı bir təşkilat təsis etdilər. Təşkilat Craiova Arxiyepiskopunun razılığını aldı və sonuncu, təşkilata qərargah kimi istifadə etmək üçün yer verdi. Təşkilat Craiova Birinci İnstansiya Məhkəməsi tərəfindən 8 iyun 2010-cu ildə qeydiyyata alındı.
26. Təşkilatın nizamnaməsində nəzərədə tutulan məqsədləri: əhalini Pravoslav çoxluğun ruhunda maarifləndirmək; ruhanilər və inananlar arsında həmrəylik hissini təbliğ etmək; inanc və ənənələrin müdafiəsi barədə məlumatların nəşri üçün maliyyə dəstəyi tapmaq; mədəni, dini və sosial məşğuliyyətlər təşkil etmək və onları dəstəkləmək; Xristian mənəviyyatını, Pravoslav inancını, milli identiklik və ənənələri hörmətdən salan hadisələrə, təşəbbüslərə və nümayişlərə qarşı etiraz etmək; və özünün keşişlərlə bağlı, sosial və professional maraqlarının müdafiəsi ilə bağlı qərarlarını ictimailəşdirmək üçün bütün vasitələrdən istifadə etmək.
II. MÜVAFİQ DAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Daxili hüquq və təcrübə
1. Konstitusiya
27. Konstitusiyanın müvafiq maddələrində nəzərdə tutulur:
Maddə 29
“Düşüncə və fikir azadlığına və din azadlığına heç bir formada məhdudiyyət qoyula bilməz. Heç kim öz inanclarına əks olan fikrə və ya dinə qoşulmağa məcbur edilə bilməz.
Vicdan azadlığına təminat verilir; o, tolerans və qarşılıqlı hörmət ruhunda nümayiş etdirilməlidir.
Dini məzhəblər azaddır və dini icmalar özlərinin qanunla nəzərdə tutulmuş qaydada qəbul edilmiş qaydalarına uyğun şəkildə təşkilatlanırlar.
Dini məzhəblər arasındakı münasibətlərdə dini düşmənçiliyin bütün formaları, vasitələri, bütün belə hərəkətlər qadağandır.
Dini icmalar Dövlətə münasibətdə avtonomdurlar və orduda, xəstəxanalarda, həbsxanalarda, sığınacaqlarda və yetimxanalarda dini yardım təklif edilməsi məsələləri də də daxil olmaqla, Dövlətdən dəstək alırlar.”
Maddə 40
“Vətəndaşlar siyasi partiyalar, həmkarlar ittifaqları, işçi təşkilatları və bütün assosiasiya formalarını yaratmaq üçün sərbəst şəkildə birləşə bilərlər.”
Maddə 41
“İşləmək hüququ məhdudlaşdırıla bilməz. Hər kəs öz peşəsini, sənətin və ya məşğuliyyətini və iş yerini seçməkdə azaddır.
İşçilərin sosial müdafiə vasitələrinə hüquqları vardır. Bu, işçinin sağlamlığı və təhlükəsizliyi, qadın və gənclərin iş şəraiti, milli minimum maaşın müəyyənləşdirilməsi, həftəlik istirahət, illik ödənişli məzuniyyət, xüsusi və özəl şəraitdə həyata keçirilən iş, peşəkar təlimlər və qanunla nəzərdə tutulan digər xüsusi hallarla əlaqədar ola bilər.
Normal orta iş günü maksimum səkkiz saatdır.
Eyni işə görə, qadınlar kişilərlə eyni məvacib alır.
Kollektiv danışıqlar hüququna və kollektiv sazişlərin məcburi qüvvəsinə təminat verilir.”
2. Həmkarlar İttifaqları haqqında Qanun
28. Həmin zaman qüvvədə olan Həmkarlar İttifaqları haqqında Qanun (54/2003 saylı Qanun), həmkarlar ittifaqı azadlığı barədə aşağıdakı müddəaların da daxil edildiyi Sosial Dialoq haqqında Qanunla (62/2011 saylı Qanun) əvəz olunmuşdur. Bu müddəalarda deyilir:
Seksiya 2
“Vəzifələrini iş müqaviləsi əsasında yerinə yetirən hər bir şəxs, dövlət məmurları da daxil olmaqla, həmkarlar ittifaqları təsis edə və ya ona qoşula bilər.
Həmkarlar ittifaqının yaradılması üçün eyni peşə yerinə yetirən və ya eyni fəaliyyət sektorunda çalışan ən azı on beş üzv tələb olunur.
Heç kim həmkarlar ittifaqına üzv olmağa, ona qoşulmamağa və ya üzvlükdən çıxmağa məcbur edilə bilməz.”
Seksiya 3
“Menecer funksiyası və ya dövlət və ya məhkəmə hakimiyyəti ilə bağlı funksiyalar daşıyan, hərbçi, polis və ya özəl güc üzvü olan şəxslər həmkarlar ittifaqları təsis edə bilməz.”
Seksiya 6 (2)
“Daxili qaydalar Konstitusiya və qanunlara zidd müddəalar nəzərdə tuta bilməz.”
Seksiya 14
“Həmkarlar ittifaqının hüquqi şəxs olması üçün onun təsisçi üzvlərinin nümayəndəsi qeydiyatda olan ofisinin yerləşdiyi ərazi yurisdiksiyasına görə birinci instansiya məhkəməsinə qeydiyyat ərizəsi ilə müraciət edir.
Həmkarlar ittifaqı nümayəndəsinin təsdiq etdiyi aşağıdakı sənədlərin iki nüsxəsi qeydiyyat ərizəsinə əlavə edilir:
(a) Həmkarlar ittifaqının təsis iclasının ən azı on beş təsisçi üzv tərəfindən imzalanmış protokolu;
(b) həmkarlar ittifaqının nizamnaməsi;
(c) həmkarlar ittifaqının idaərəedici orqanının üzvlərinin sihayısı...;
(d) nümayəndənin etibarnaməsi...”
Seksiya 15
“Səlahiyyətli birinci instansiya məhkəməsi qeydiyyat ərizəsini beş gün ərzində araşdıraraq aşağıdakıları yoxlayır:
(a) 14-cü seksiyada göstərilən sənədlər ərizəyə əlavə olunubmu;
(b) həmkarlar ittifaqı təsis iclasının protokolu və nizamnaməsi tətbiq olunan qanunlara müvafiqdirmi.
Birinci instansiya məhkəməsi qeydiyyatla bağlı qanunun tələblərinə əməl olunmadığı qərarına gələrsə, məhkəmə sədri həmkarlar ittifaqının nümayəndəsini xüsusi iclasa dəvət edir və yazılı şəkildə nümayəndəyə yeddi gün ərzində çatışmazlığı aradan qaldırmağı tapşırır.
Məhkəmə qeydiyyat ərizəsinin bu seksiyanın birinci subseksiyasında nəzərdə tutulan tələblərə cavab verdiyi qərarına gələrsə, on gün ərzində, həmkarlar ititfaqının nümayəndəsinin iştirakı ilə qeydiyyat ərizəsini araşdırır.
Birinci instansiya məhkəməsi qeydiyyat ərizəsini əsaslandırılmış qətnamə ilə qəbul və ya rədd edir.
Qətnamə qəbul edildikdən beş gün ərzində ittifaqın nümayəndəsinə göndərilir.”
Seksiya 16
“Birinci instansiya məhəkəməsi qərarından hüquqi məsələlər üzrə appelyasiya şikayəti verilə bilər.”
Seksiya 27
“Məqsədlərinə çatmaq üçün, həmkarlar ittifaqlarının nizamnamələrinə və qanunun tələblərinə uyğun olaraq danışıqlar, vasitəçilik, arbitraj, barışıq, petisiya, nümayiş və tətil kimi xüsusi aksiya vasitələrindən istifadə hüquqları vardır.”
Seksiya 28
“Həmkarlar ittifaqları məhkəmələr qarşısında və dövlət hakimiyyəti ilə danışıqlarda üzvlərinin əmək qanunvericiliyindən..., kollektiv sazişlərdən və iş müqavilələrindən irəli gələn hüquqlarını müdafiə edir ...
Bu səlahiyyətini yerinə yetirərkən, [onlar] qanunla nəzərdə tutulan, üzvlərindən birbaşa göstəriş almadan, onların adından məhkəməyə müraciət etmək də daxil olmaqla, hər hansı vasitədən istifadə edə bilər. ...”
Seksiya 29
“Həmkarlar ittifaqları özlərinin təşkilatlanmaq hüquqları ilə bağlı tənzimlənmə məsələləri ilə əlaqədar səlahiyyətli dövlət orqanlarına təkliflərlə müraciət edə bilərlər.”
Seksiya 30
“İşverənlər professional, iqtisadi, sosial, mədəni və ya idman maraqları ilə bağlı məsələlər müzakirə olunduğunda həmkarlar ittifaqları nümayəndələrini idarə heyəti iclaslarına dəvət edirlər.
Üzvlərinin professional, iqtisadi, sosial, mədəni və ya idman haqqlarını müdafiə etmək məqsədilə, həmkarlar ittifaqları işverəndən kollektiv sazişlər və ya müvanfiq hallarda nümayəndəlik müqavilələri üzrə danışıqlar aparılması üçün lazım olan, eləcə də iş şəraitinin yaxşılaşdırılması, iş yerinin təhlükəsizliyi və sosial müdafiə barədə məlumatı alır.
İdarə heyətinin və digər bənzər orqanların professional, iqtisadi, sosial, mədəni və idman maraqları ilə bağlı qərarları qəbul edildikləri gündən qırx-səkkiz saat ərzində həmkarlar ittifaqlarına yazılı şəkildə göndərilir.”
3. Din Azadlığı haqqında Qanun
29. Din Azadlığı haqqında Qanunun (489/2006 saylı Qanun) müvafiq müddəalarında nəzərdə tutulur:
Seksiya 1
“Dövlət Konstitusiya və Rumıniyanın tərəf olduğu beynəlxal sazişlərə uyğun olaraq, ərazisi daxilində hər kəsin düşüncə, vicdan və din azadlığına hörmət edir və təminat verir.”
Seksiya 5
“Dini icma üzvləri bu qanunda nəzərdə tutulan şərtlərdə inanclarını həyata keçirmək istədikləri assosiaya formasını – dini icma, assosiasiya və ya qrup - seçməkdə sərbəstdirlər.
Dini icma, assosiasiya və qruplar Konstitusiya və qanunlara riayət etməlidir və ictimai təhlükəsizlik, ictimai qayda, sağlamlıq, mənəviyyat və fundamental hüquq və azadlıqlar üçün təhlükə təşkil etməməlidir.”
Seksiya 8
“Tanınmış dini icmalar xeyriyyə korporasyaları status alır. Onlar Konstitusiya və bu Qanunun müddəaların uyğun olaraq, öz nizamnamələrinə və kanonlarına müvafiq olaraq müstəqil şəkildə fəaliyyət göstərir.”
Seksiya 10
“Dövlət hər icmanın üzvlərinin sayına və faktiki ehtiyaclarına görə, onların müraciəti əsasında dini icmaların ruhani və qeyri-proseffional işçilərinin məvaciblərinin ödənilməsində iştirak edir.”
Seksiya 17
“Mədəni yyət və Dini işlər Nazirliyinin təklifi ilə Hökumət, üzvlərinin sayı etibarılə ictimi maraq kəsb edən, davamlı və stabil dini assosiasiyalara Dövlət tərəfindən tanınmış dini icma status verilməsi barədə fərman verir.
Dövlət nizamnamələri və kanonları, ictimai təhlükəsizliyə, ictimai qaydaya, sağlamlığa, mənəviyyat və ya fundamental hüquq və azadlıqlara təəhlükə yartmırsa, tanıyır.”
Seksiya 23
“Dini icmalar işçilərini öz nizamnamələri, kanon hüququ məcəllələrinə və qaydalarına uyğun olaraq seçir, təyin edir, işə götürür və işdən azad edir.
Dini icmalar, doktrina və mənəvi prinsiplərinin pozulmasına görə işçilərinə öz nizamnamələri, kanon hüququ məcəllələrinə və qaydalarına uyğun olaraq intizam cəzaları tətbiq edə bilər.”
Seksiya 24
“Dini icmaların Dövlət sığortası almaq hüququ olan işçilərinə Dövlət sosial müdafiə qanunvericliyi tətbiq edilir.”
Seksiya 26
“Daxili intizam məsələləri eksklüziv olaraq daxili qaydalarla və kanon hüququ ilə tənzimlənir.
Dini icmanın özünün məhkəmə orqanının olması faktı onun üzvlərinə qarşı cinayət qanunun tətbiqini istisna etmir.”
4. Məvacibi büdcədən ödənən işçilər üçün vahid maaş bölgüsü haqqında Qanun
30. Sonradan 284/2010 saylı qanunla əvəz olunan 330/2009 saylı Qanun, ruhani və qeyri-ruhani işçilərin maaşları ilə bağlı müddəalar da nəzərdə tutur. Qanuna görə, Dövlət və yerli hakimiyyət orqanları ictimai qurumlarda işləyən ruhanilərin maaşlarını hamısını, tanınmış dini icma liderlərinin və belə icmaların ruhani və qeyri-ruhani işçilərinin maaşının yarısını ödəməlidir.
31. Beləliklə, Dövlət tanınmış dini icmaların ruhanilərinə Dövlət məktəblərindəki müəllimlərin maaşlarının 65% və 80% həcmində məvacib ödəyir. Yüksək mövqe tutan ruhanilər daha yüksək məvacib alırlar.
32. Bu üsulla cəmi 16,602 iş yeri üçün məvacib ödənir və bu, son əhali sayımı qeydlərinə görə, üzvlərinin sayına əsasən dini icmalar arasında bölünür. Son əhali sayımında (2011), Rumıniya əhalisinin 86%-i özlərini Pravoslav Xristian hesab edir. Dövlət büdcəsi həmçinin işə götürdüyü ruhani işçilərə münasibətdə işverən tərəfindən ödənilməli olan bütün sosial-müdafiə ödəmələrini də ödəyir.
33. Qeyri-ruhani işçilər minimum maaşa bərabər aylıq müavinət alır. Bu müavinət və işçilərə münasibətdə işverən tərəfindən ödənilməli olan bütün sosial-müdafiə ödəmələri yerli hakimiyyət orqanları tərəfindən ödənir. Qanun son əhali sayımı qeydlərinə görə, ruhani işçilər üçün tətbiq olunan kreteriyaya əsasən dini icmalar arasında bölünən 19,291 iş yeri üçün müavinət nəzərdə tutur. (bax: yuxarıdakı 32-ci paraqraf).
34. Dini icmaların keşiş və qeyri-keşiş işçiləri öz maaşları əsasında hesablanmış sosial-müdafiə ödəmələrini ödəyirlər və bundan yaranan bütün hüquqlara malikdir: tibbi sığorta, işsizliyə görə sığorta və pensiya hüquqları. 2010-cu ildə onların maaşları dövlət sektoru işçilərinin maaşlarının azaldığı faizdə azaldılmışdır (Dövlət büdcəsini tarazlaşdırmaq üçün 25% azalma).
5. Rumın Pravoslav Kilsəsinin daxili təşkili və qaydaları
35. Rumın Pravoslav Kilsəsi 1885-ci ildə müstəqil olumuşdur və digər ölkələrin pravoslav kilsələri ilə sıx əlaqələri vardır.
36. Kommunist rejimi zamanı 177/1949 saylı Qanun din azadlığına təminat verirdi və Rumın Pravoslav Kilsəsi, 1949-cu ildə onun nizamnaməsini təsdiq edən Dini İşlər Nazirliyinin başçılığı altında fəaliyyətinə davam edirdi. Kilsənin işçiləri dövlət məmurlarının maaşlarını tənzimləyən qanunvericiliyə uyğun olaraq, Dövlət büdcəsindən məvacib alırdı.
37. Rumın Pravoslav Kilsəsinin hazırki təşkili Din Azadlığı haqqında Qanuna (489/2006 saylı Qanun) əsasən, Kilsə Nizamnaməsi ilə tənzimlənir. Kilsəyə Patriarx rəhbərlik edir. Onun Rumıniyada arxiyepiskoplar, yepiskoplar, 14,500 keşiş və aşağı rütbəli keşiş tərəfindən xidmət edilən 13,500 kilsə prixodunu əhatə edən altı metropolisi vardır.
38. Ən ali qurum Müqəddəs Sinoddur. O, Patriarx və xidmətdə olan bütün yepiskoplardan ibarətdir. Mərkəzi idarə orqanlarına hər bir yepiskopluq və arxiyepiskopluqdan üç nümayəndədən ibarət olan Kilsə Milli Assambleyası aiddir və o, mərkəsi qərarverici orqandır, Kilsə Milli Şurası isə mərkəzi icra orqanıdır.
39. Yerli səviyyədə Pravoslav ruhanilər və ibadətə gələnləri əhatə edən prixodlar inzibati və vergi orqanları yanında qeyri-kommersiya və kommersiya fəaliyyətləri məqsədləri üçün qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Keşiş prixodun administrasiyası üçün cavabdehdir. O, prixod yığıncağına (bütün prixod üzvlərini əhatə edən qərarqəbuledici orqandır) və prixod şurasına (icra orqanı) sədrlik edir.
40. Rumın Pravoslav Kilsəsinin hazırki Nizamnaməsi Müqəddəs Sinod tərəfindən 28 noyabr 2007-ci ildə qəbul edilmiş və 16 yanvar 2008-ci il Hökumət Fərmanı ilə təsdiq edilmişdir.
41. Nizamnamənin müvafiq müddəalarında nəzərdə tutulur:
Maddə 14 w
“Müqəddəs Sinod milli ruhani assosiasiya və fondların təsis edilməsi, təşkili və ya ləğv edilməsi barədə qərarlar qəbul edir. O, yepiskolpluqlarda fəaliyyət göstərən və öz idarəedici orqanı olan Pravoslav assosiasiya və fondlarının təsis edilməsi, təşkili və ya ləğv edilməsi ilə bağlı icazə verir (təsdiq edir) və ya bu icazəni verməkdən imtina edir.”
Maddə 43
“Kilsə prixodu, müəyyən coğrafi ərazi daxilində inananların, keşişlərin və kilsənin qeyri-ruhani işçilərinin, yepiskopluq və ya arxiyepiskopluğun kanonik, hüquqi, inzibati və iqtisadi hakimiyyəti altında olan icmasıdır. Onun rəhbəri yepiskop tərəfindən təyin edilən keşişdir.”
Maddə 50
“...Missiyalarını həyata keçirərkən keşişlərin aşağıdakı vəzifələri vardır:
(a) Bazar və bayram günləri və həftənin başqa günləri Messanı qeyd etmək ...; yepiskoluğun təlimləri əsasında dini öyrətmək; və kilsəyə gündəlik girmək imkanını təmin etmək...;
(b) Nizamnamənin və Kilsə və onun mərkəzi orqanlarının qaydalarının prixod səviyyəsində tətbiq etmək;
(c) prixodun fəaliyyəti ilə bağlı iyerarxiya və yeppiskopluq qərarlarını icra etmək;
(d) dini, sosial, xeyriyyə və administrativ fəaliyyətlərin illik proqramını hazırlamaq və həyata keçirmək və bu barədə yepiskopluğu və prixod üzvlərini məlumatlandırmaq;
(e) yepiskopun əvvəlcədən verdiyi yazılı razılığı ilə, məhkəmə proseslərində və hakimiyyətlə və üçüncü şəxslərlə danışıqlarda prixodu təmsil etmək; təyinatları zamanı içdikləri itaət andına əsasən, ruhanilər və rahiblər yepiskopun əvvəlcədən verdiyi yazılı razılığı olmadan şəxsi işləri ilə bağlı məhkəmə proseslərində iştirak edə bilməzlər;
(f) prixodun iclasını, prixod şurasını və prixod komitəsini çağırmaq və ona sədrlik etmək;
(g) prixodun iclasını və prixod şurasının qərarlarını icra etmək;
(h) prixod üzvlərinin qeydiyyatını aparmaq;
(i) baptiz, nikah və ölüm hallarının qeydiyyatını aparmaq...;
(j) prixod iclası və şuarısının qərarlarına uyğun olaraq prixodun mülkiyyətini idarə etmək və prixod çərçivəsində yaradılan mədəni və sosial institutların və kilsə fondlarının əmlakının idarə olunmasına nəzarət etmək;
(k) prixodun bütün əmlakının inventarını aparmaq...”
Maddə 52
“Keşişlər və digər kilsə işçiləri Müqəddəs Kanon, bu Nizamnamə, kilsə qaydaları və arxiyepiskopun qərarlarında nəzərədə tutulan hüquq və vəzifələrə malikdir.”
Maddə 88
“Yepiskop ... müxtəlif prixodlarda ruhani və qeyri-ruhani işçilərin təyinatı, yerdəyişməsi, işdən çıxarılması barədə qərar verir... O, öz yepiskopluğunun ruhani və qeyri-ruhani üzvlərinin intizam qaydalarına riayət etməsini birbaşa və ya ruhani idarələri vasitəsilə nəzarət edir.”
Maddə 123 §§ 7, 8 və 9
“Ruhanilər təyinatlarından əvvəl sərbəst şəkildə üzərlərinə götürdükləri missiyaya, içdikləri anda və ictimaiyyət qarşısında təntənəli surətdə qəbul etdikləri öhdəliklərə əsasən yepiskopa xidmət etməlidirlər. Öz keşiş missiyalarına başlamazdan əvvəl,onlar yepiskopdan hüquq və vəzifələrini müəyyən edən qərar alırlar.
Yepiskopun icazəsi olmadan, heç bir keşiş, aşağı rütbəli keşiş və ya rahib heç bir assosiasiya, fond və ya digər təçkilat təsis edə, ona üzv ola, və ya onun fəliayyətində iştirak edə bilməz.
Keşiş, aşağı rütbəli keşiş və ya rahibin statusu Pravoslav Xristian mənəviyyatı və Kilsə maraqlarına zidd iqtisadi, maliyyə və kommersiya xarakterli heç bir fəaliyyətlə bir yerə sığmır.”
Maddə 148
“Aşağıdakı ruhani idarələri doktrina, mənəviyyat, kanonik hüquq və fəaliyyətdə olan və pensiyaya çıxmış ruhanilər, keşiş və aşağı rütbəli keşişlərlə bağlı intizam qaydaları kimi məsələlərdə yurisdiksiyaya malikdirlər:
(A) [Ümumi məsələlər]:
(a) prixodun dini intizam məhkəməsi;
(b) yepiskopluq və ya arxiyepiskopluq dini məhkəməsi;
(B) [işdən çıxarılma halında işçi tərəfindən] şikayət üzərinə: Metropolis Dini Məhkəməsi, bir şərtlə ki, şikayət Metropolis Sinod və ya Müqəddəs Sinod tərəfindən qəbuledilən elan edilmiş olsun. ”
Maddə 150
“Prixodun dini məhkəməsi intizam məhkəməsi...və kilsə işçiləri və ya keşiş və konqreqasiya arasında mübahisələr zamanı vasitəçi kimi fəaliyyət göstərir.
Tərəflər onun qərarəndan narazı qalarsa, iş yepiskopluq dini məhkəməsinə göndərilir və sonuncunun qərarı yekun qərardır.”
Maddə 156
“Qanunvericiliyə görə dini icmalar avtonom olduğundan, daxili intizam məsələləri Kilsənin məhkəmə orqanları tərəfindən həll olunur. Bu qərarlardan mülki qaydada məhkəmələrə şikayət verilə bilməz.”
42. 2004-cü ərzində Craiova Arxiyepiskopluğu keşişləri Arxiyepiskopluqla qeyri-müəyyən müddətə iş müqaviləsi imzaladılar. Müqavilədə tərəflərin hüquq və vəzifələri, keşişlərin iş yeri, postu, iş vaxtı, illik məzuniyyətləri və aylıq maaşları nəzərdə tutulurdu. Müqaviləyə əlavə olunan keşişin işinin təsvirində, onun vəzifələri aşağıdakı kimi göstərilirdi:
“Kilsə qaydalarına uyğun olaraq, prixod üzvlərinə ruhani istiqamət vermək;
Hər Bazar və bayram günləri messanı həyata keçirmək, prixod üzvlərinə baş çəkmək və prixodda ev təşkil etmək;
Prixodun və Kilsənin mədəni institut və fondlarının əmlakını idarə etmək;
Prixod əmlakının inventarını aparmaq; prixod maliyyəsini və hesablarını idarə etmək; prixodun gəlir və xərclərinin qeydiyyatını aparmaq və maliyyə baxışları və auditləri zamanı onları arxiyepiskopluğun müfəttişinə təqdim etmək;
Satışa qoymaq üçün dini əşyaları arxiyepiskopluqdan əldə etmək;
Arxiyepiskopluğa ödənilməli olan bütün məbləğlərin tez bir zamanda ödənilməsini təmin etmək;
Arxiyepiskopun yazılı icazəsi olmadan, prixodla və ya şəxsi mübahisələrlə bağlı məhkəmə proseslərində iştirak etməmək;
Mübahisə hallarında üçüncü tərəflə danışıqlar zamanı prixodu təmsil etmək;
Keşiş statusuna uyğun gəlməyən hər hansı hərəkətdən çəkinmək;
Kilsə Nizamnaməsi, ruhani göstərişləri və təyinat zamanı içilən andda nəzərdə tutulan bütün müddəalara əməl etmək.
Yuxarıda göstərilən vəzifələrin yerinə yetirilməməsi Kilsənin intizam orqanlarında prosesin açılmasına səbəb olur və sonuncu, işdən çıxarma da daxil olmaqla bir sıra sanksiyalar tətbiq edə bilər.”
43. 17 may 2011-ci ildə, Kilsənin sorğusuna əsasən, Əmək Nazirliyi Patriarxı məlumatlandırdı ki, müvafiq qanunvericiliyin analizi əsasında nazirliyin ekspertləri belə nəticəyə gəlmişlər ki, Əmək Məcəlləsi Rumın Pravoslav Kilsəsi və ruhanilər arasındakı iş münasibətlərinə tətbiq olunmur və bu səbəbdən, Kilsə onlarla fərdi iş müqavilələri imzalamağa məcbur deyildir.
44. Beləliklə, 2011-ci ilin noyabrından yepiskopun qərarıyla, həmin iş müqavilələri onun verdiyi təyinat barədə qərarlarla əvəz olundu. Bu qərarlarda keşişiş iş yeri və postu göstərilirdi. Qərarda həmçinin aşağıdakılar nəzərdə tutulurdu:
“Öz vəzifələrini həyata keçirərkən, keşiş birbaşa olaraq yepiskopa tabedir. O, prixodun digər keşişləri və yepiskopluq nümayəndələri ilə birgə işləməlidir.
Keşiş öz vəzifələrini ... Kilsə Nizamnaməsinin 50 (a)-(k) maddələrinə uyğun olaraq həyata keçirir.
Vəzifəsini həyata keçirərkən, keşiş Müqəddəs Kanonlara, Kilsə Nizamnaməsi, qaydalar, Müqəddəs Sinodun və yepiskopun qərarları ilə tanış olmalı və təyinat zamanı içdiyi anda uyğun olaraq, onlara ciddi şəkildə riayət etməlidir. O iyerarxiya hakimiyyətinə tabe olmamlı və Rumın Pravoslav Kilsəsi və öz kilsə məclisinin legitim maraqlarını müdafiə etməlidir.
Təyinat tarixindən etibarən keşiş iş və maaş reyestrinə daxil edilir. Onun maaşı ruhanilərin məvaciblərini tənzimləyən qanun müddəalarına uyğun olaraq müəyyənləşdirilir. O, iş müddətinə uyğun olaraq hesablanan illik məzuniyyət haqqına malikdir.
Keşişdən satış üçün əşyalarn (şam, təqvim, ayin əşyaları, kitablar və s. ) yalnız yepiskopluqdan əldə etməsi tələb olunur. O, bu əşyaların satıldığı kioskun (pangarul) fəaliyyətinə daimi qaydada nəzarət edir.
Düzgün olmayan davranış, intizam qaydaları və ya bu qərarda nəzərdə tutulan vəzifələrə riayət olunaması halında keşiş yepiskop tərəfindən işdən çıxarılır... O, Kilsənin intizam orqanlarının qaydalarına əsasən cəzalandırılır.”
6. Ruhanilər arasında həmkarlar ittifaqları təsis edilməsi ilə bağlı daxili təcrübə və Rumın Pravoslav Kilsəsində assosiasiyaların digər formalarının mövcud olması
45. Qanunvericilik və 1949-cü il Nizamnaməsi Pravoslav imanlılarını və Kilsə işçilərinin birləşmək azadlığına heç bir məhdudiyyət nəzərdə tutmur. Kommunist rejimi zamanı Kilsə işçilərinin həmkarlar ittifaqları var idi.
46. 4 oktyabr 1990-cu il tarixli yekun qərarı ilə Medgidia Birinci İnstansiya Məhkəməsi, Siyasi partiya və digər assosiasiya formaları haqqında Qanuna (8 saylı 31 dekabr 1989-cu il tarixli Qanun) əsaslanaraq, Tomis (Constanţa) Arxiyepiskopluğundan olan keşiş və qeyri-ruhani işçilərin Solidaritatea adlı həmkarlar ittifaqını tanıyaraq ona hüquqi şəxs statusu verdi.
47. Öz Nizamnaməsində Solidaritatea həmkarlar ittifaqı elan edirdi ki, onun məqsədi “yeni demokratik həyatın tələblərinə və tam vicdan və hərəkət azadlığına, Rumın Pravoslav Kilsəsinin doktrinasında və qaydalarında nəzərdə tutulan prinsiplərə uyğun olaraq ruhani həyatın yenilənməsi və inzibati fəaliyyətin yenidən qurulması” üçün mübarizə aparmaqdır. Nizamnamədə nəzərdə tutulurdu ki, ittifaq, üzvlərinin maraqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edir, mülki və kilsə qaydalarının, üzvlərinin hüquq və maraqlarının müdafiəsi nəzərə alınaraq, hazırlanmasında iştirak edir və üzvlər Kilsənin bütün qərarverici orqanlarında ittifaqın Prezidenti tərəfindən təmsil olunur.
48. 2012-ci ilin mayında Tomis Arxiyepiskopu məhkəməyə müraciət edərək, Solidaritatea həmkarlar ittifaqının, öz Nizamnaməsinə riayət etmədiyinə, yəni iclaslar çağırmadığına, icra orqanı təyin etmədiyinə və nəzərdə tutulan fəaliyyətləri həyata keçirmədiyinə görə ləğv edilməsini xahiş etdi. Məhkəmə prosesi dava etməkdədir.
49. 5 iyun 2007-ci il tarixli yekun qərarı ilə, Hârlău Birinci İnstansiya Məhkəməsi, Həmkarlar ittifaqları haqqında qanuna (54/2003 saylı Qanun) əsaslanaraq, Sfântul Mare Mucenic Gheorghe adlı Rumın Pravoslav Kilsəsinin ruhani, rahib və qeyri-ruhani işçilərinin həmkarlar ittifaqına hüququ şəxs status verdi.
50. Sfântul Mare Mucenic Gheorghe ittifaqının nizamnaməsində nəzərdə tutulurdu ki, onun məqsədləri aşağıdakılardır:
‑ üzvlərinin işləmək, ləyaqət, sosial müdafiə, işsizlik müavinəti, pensiya və qüvvədə olan qanunvericikdə nəzərdə tutulan digər müavinətlər almaq hüququ kimi fundamental hüquqlarını təmin etmək;
‑ üzvlərinin hər birini öz təlim və bacarıqlarına uyğun işlə təmin etmək;
‑ məzuniyyət və istirahət günləri ilə bağlı qanunlara riayət olunmasını təmin etmək;
‑ üzvlərinin təşəbbüsünü, rəqabətini, və fikri ifadə etmək azadlığını təbliğ etmək;
‑ əməyin müdafiəsi və ondan irəli gələn hüquqlarla bağlı qanun müddəalarının icra olunmasını və ona ciddi şəkildə riayət olunmasını təmin edir;
‑ sədrini və nümayəndələrini, həm mandatları dövründə, həm də mandatı bitdikdən sonra müdafiə etmək;
‑ intizam orqanlarında iştirak etmək və təmsil olunmaq;
‑ dini komitələr yaratmaq;
‑ Kilsənin daxili qaydalarının, xüsusilə yeni Nizamnamə yazılmasında və ya dəyişdirilməsində iştirak etmək;
‑ üzvləri ilə bağlı qərarlarda icbarı qaydada məsləhəti alınmaq;
‑ iş müqavilələri ilə bağlı danışıqlar aparmaq;
‑ Kilsə nümayəndəliyinə namizədlikə bağlı demokratik seçkilər keçirmək;
‑ üzvlərinin hüquq və maraqlarına təsir edən inzibati və ya normativ tədbirlər səbəbilə fərdlərə və kilsə administrasiyası da daxil olmaqla hüquqi şəxslərə qarşı məhkəməyə müraciət etmək; və
‑ üzvlərinin maraqlarını və ləyaqətini və fundamental hüquqlarını müdafiə etmək üçün petisiya, mitinq və tətil kimi vasitələrdən istifadə edir.
51. 2011-ci ilin yanvarında ittifaqın sədri onun ləğvi üçün müraciət etdi və bildirdi ki, ittifaq üzvləri və kilsə hakimiyyəti arasındakı münasibətlərdə xeyli irəliləyiş olmuşdur. Məhkəmə prosesi davam etməkdədir.
52. Bu günə qədər daxili məhkəmələr tərəfindən tanınmış 200 kilsə assosiasiyası və fondu mövcuddur və onlar Kilsə Nizamnaməsinə uyğun olaraq, yepiskopların icazəsini almışlar.
7. Daxili məhkəmələrin təcrübəsi
53. 19 sentyabr 2005-ci ildə verdiyi qərarında Ali Kassasiya və Ədalət Məhkəməsi bildirdi ki, mülki məhkəmələr keşişin işdən çıxarılması qərarını ləğv etmək və onun işinə bərpa edilməsi qərarının icrasına və ona məvacibinin ödənilməsinə nəzarət etmək üçün yurisdiksiyaya malikdir.
54. 4 fevral 2010-cu ildə başqa bir işdə Ali Məhkəmə, Buxarest Appelyasiya Məhkəsinin bir Pravoslav keşişinin Əmək Müfəttişliyinin əmək qanunvericiliyinin işverəni (yepiskop) tərəfindən tətbiqini yoxlamaq müraciətini qəbul etməməsindən etdiyi şikayəti rədd etmək barədə qərarını qüvvədə saxladı. O hesab etdi ki, bu işdə yalnız daxili qaydalar tətbiq olunur və onlar bu konteksdə Əmək Məcəlləsinin ümumi normalarından üstündür və Əmək Müfəttişliyinin yepiskopun bu qaydalara riayət etməsini yoxlamaq səlahiyyəti yoxdur.
55. 10 iyun 2008, 3 iyul 2008 və 7 aprel 2011-ci il tarixlərində qəbul edilmiş üç qərarında Konstitusiya Məhkəməsi hesab etdi ki, dini icmaların daxili intizam orqanlarının olması və onların qərarlarından mülki məhkəmələrə şikayət etməyin qeyri-mümkün olması faktı məhkəməyə çatımlılıq hüququna məhdudiyyətdir, lakin bu məhdudiyyət dini icmaların avtonom xarakterinə əsaslanır. Məhkəmə bununla bağlı bildirdi ki, 489/2006 saylı Qanuna əsasən, adi məhkəmələrin ruhanilərlə bağlı yalnız cinayət işlərinə baxmaq səlahiyyəti vardır.
B. Beynəlxalq hüquq
1. Universal standartlar
56. Ümumdünya Əmək Təşkilatının (ÜƏT) (1948-ci ildə qəbul edilmiş və Rumıniya tərəfindən 28 may 1957-ci ildə ratifikasiya edilmiş) 87 saylı Birləşmək Azadlığı və Təşkilatmaq Hüququnun Müdafiəsi haqqında Konvensiyasının müvafiq müddəalarında deyilir:
Maddə 2
“İşçilər və işverənlər, heç bir fərq olmadan və hər hansı icazə tətbiq olunmadan öz seçdikləri təşkilatları təsis edə və bu təşkilatların qaydalarına uyğun olaraq, ona qoşula bilərlər.”
Maddə 3
“1. İşçi və işverənlərin təşkilatları öz nizamnamələrini və qaydalarını hazırlamaq, tam sərbət şəkildə nümayəndələrini seçmək, öz administrasiyasını və fəaliyyətini və proqramlarını təşkil etmək hüququna malikdir.
2. Dövlət orqanları bu hüququn məhdudlaşdırılması və ya onun icarısına mane olacaq müdaxilələrdən çəkinməlidir.”
Maddə 4
“İşçi” və “işverənlər”in təşkilatlarının inzibati orqanlar tərəfindən ləğv edilməsi və ya dayandırılması mümkün olmamalıdır.”
Maddə 7
“İşçi” və “işverənlər”in təşkilatlarının, federasiyalar və konfederesiyalarının hüquq şəxsiyyət status alması 2, 3, 4-cü maddələrindəki müddəaları məhdudlaşdıracaq xarakterli şərtlərə tabe edilməməlidir.”
57. ÜƏT tərəfindən 2006-cı ildə qəbul edilmiş 198 saylı Rekomendasiyanın müvafiq müddəalarında deyilir:
“9. İş münasibətlərində işçilərin müdafiəsi barədə milli siyasət məqsədləri üçün, belə bir münasibətin mövcudluğunun müəyyənləşdirilməsi, münasibətin tərəflər arasında razılaşdırılmış hər hansı müqavilə və ya digər müddəada fərqli cür müəyyən olunmasına baxmayaraq, ilkin olaraq, işin yerinə yetirilməsi və işçinin maaş alması faktlarına əsaslanmalıdır.
...
11. İş münasibətlərinin mövcudluğunu müəyyənləşdirilməsini asanlaşdırmaq üçün Üzvlər, bu Rekomendaiyada istinad edilən milli siyasətdə aşağıdakıların mümkünlüyünü nəzərdən keçirir:
(a) iş münasibətinin mövcudluğunun müəyyənləşdirilməsi üçün çox sayda vasitəyə icazə vermək;
(b) bir və ya daha çox müvafiq göstəricinin mövcudluğu halında iş münasibətinin mövcudluğu barədə hüquqi prezumpsiya nəzərdə tutmaq; və
(c) işverən və işçilərin ən çox təmsil olunduğu təşkilatlarla məsləhətləşmələrdən sonra, ümumi və ya özəl sektorda müəyyən özəllikləri olan işçilər, ya işçi, ya özü üçün işləyən hesab edilməlidir.
...
13. Üzvlər öz hüquq və qaydaları vasitəsilə və ya başqa üsulla iş münaibətinin mövcudluğunun spesifik göstəricilərinin müəyyənləşdirilməsi mümkünlüyünü nəzərdən keçirməlidir. Bu göstəricilərə aşağıdakılar daxil olmalıdır;
(a) işin: digər tərəfin göstərişləri ilə və onun nəzarəti altında həyata keçirilməsi; işçinin şirkətin təşkilati quruluşuna daxil edilməsi ilə həyata keçirilməsi; yalnız və ya əsasən başqa şəxsin yararına həyata keçirilməsi; işçi tərəfindən şəxsən həyata keçirilməsi; işi tələb edən tərəfindən müəyyənləşdirilmiş və ya razılaşdırılmış spesifik iş vaxtları və iş yerində həyata keçirilməsi; müəyyən müddətdə və davamlılıqla həyata keçirilməsi; və ya işi tələb edən tərəfindən alət, material və ya maşınlarla təmin olunmaqla həyata keçirilməsi faktı;
(b) işçiyə periodik olaraq məvacibin ödənilməsi; bu məvacibin işçinin tək və ya əsas gəlir mənbəyi olması; ödəmənin naturada, yəni yemək, yaşayış yeri və ya nəqliyyat şəklində ödənilməsi; həftəlik istirahət və illik məzuniyyət hüququnun tanınması; işi tələb edən tərəfindən işçinin işi yerinə yetirmək üçün həyata keçirdiyi səyahət xərclərin ödənilməsi; və ya işçi üçün maliyyə riskinin olmaması.”
2. Avropa standartları
58. Rumıniya Avropa Sosial Xartiyasını 7 may 1999-cu ildə ratifikasiya etmişdir. Xartiyanın təşkilatlanmaq hüququna təminat verən 5-ci maddəsində aşağıdakılar deyilir:
“İşçilərin və işverənlərin iqtisadi və sosial maraqlarının müdafiəsi məqsədilə yerli, milli və ya beynəlaxlq təşkilatlar formalaşdırmalarına və onlara üzv olmalarına dair azadlıqların təmin edilməsi və ya təşviq edilməsi baxımından, Tərəflər milli qanunların və ya onların tətbiqinin həmin prinsipə zidd olmamasına dair öhdəlik götürürlər. Bu maddədə nəzərdə tutulmuş prinsiplərin polisə şamil edilməsi dərəcəsi milli qanunvericilik və müvafiq qaydalarla müəyyən olunmalıdır. Həmin təminatların hərbçilərə şamil edilməsini müəyyən edən prinsiplər və onların həmin kateqoriyaya aid olan şəxslərə şamil edilməsi dərəcəsi eyni şəkildə milli qanunlar və müvafiq qaydalar tərəfindən müəyyən edilməlidir.”
59. Avropa Birliyi Sosial Hüquqlar Xartiyasının 12-ci maddəsinin 1-ci bəndində deyilir:
“Hər kəsin dinc yığıncaq və hərkəsin öz hüquqlarının müdafiəsi məqsədilə həmkarlar ittifaqları təsis etmək və ya ona qoşulmaq hüququ da daxil olmaqla, bütün səviyyələrdə, xüsusilə, siyasi, həmkarlar ittifaqı və mülki hüquqlar sahəsində birləşmək azadlığı vardır.”
60. Avropa Birliyi Şurasının 27 noyabr 2000-ci il tarxili 2000/78/EC saylı, işdə və məşğulluqda bərabər davranış barədə Direktivində deyilir:
“Avropa Birliyi Şurası,
...
Nəzərə alaraq ki: ...
(4) Bütün insanların qanun qarşısında bərabərlik hüququ və ayrı-seçkilikdən müdafiə bütün üzv Dövlətlərin qoşulduğu Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması barədə BMT Konvensiyası, Mülki və Siyası hüquqlar haqqında Pakt, İqtisadi, sosial, mədəni hüquqlar haqqında Pak və Avropa İnsan hüquqları və əsas azadlıqları haqqında Konvensiyada tanınmış universal hüquqdur. Ümumdünya Əmək Təşkilatının (ÜƏT) 111 saylı Konvensiyasi işdə və məşğulluqda ayrı-seçkiliyi qadağan edir.
(5) Belə fundamental hüquq və azadlıqlara hörmət etmək vacibdir. Bu Direktiv öz maraqlarının müdafiəsi məqsədilə başqaları ilə birgə ittifaqlar yaratmaq və ya belə ittifaqlara qoşulmaq hüququ da daxil olmaqla, birləşmək azadlığına zərər vermir.
...
(24) Avropa İttifaqı Amsterdam Sazişinin Yekun Aktına əlavə edilmiş kilsələrin və qeyri-dini təşkilatların satutusu haqqında 11 saylı Bəyannaməsində açıq şəkildə bildirmişdir ki, İttifaq Üzv Dövlətlərdə milli hüquqa əsasən yaradılmış kilsə, dini təşkilatlar və icmalara hörmət edir və onlara qarşı qərəzli deyildir və eyni şəkildə fəlsəfi və qeyri-dini təşkilatlara da hörmət edir. Bu əsaslarla, Üzv Dövlətlər məşğulluqla bağlı tələb olunan şərtləri müəyyən etmək üçün ağlabatan, legitim və əsaslı olan xüsusi müddəlar yarada və ya nəzərdə tuta bilər.
...
Bu Direktivi qəbul edir:
...
Maddə 4
Məşğulluqla bağlı tələblər
1. ... Üzv Dövlətlər təmin etməlidir ki, [din və ya inanca] əsaslanan fərqli davranış bu xüsusi məşğulluq fəaliyyətinin xaraketiri və ya onun yerinə yetirilmə konteksti səbəbilə, bu xarakteristik xüsusiyyətin ağlabatan və həmin fəaliyyət üçün əsas olması, onun məqsədinin legitim və tələbin özünün isə proporsional olması halında, ayrı-seçkilik hesab olunmasın.
2. Üzv Dövlətlər kilsə və ya etnik qrupun din və ya inancının əsaslandığı digər ictimai və ya özəl təşkilatlardakı məşğulluq fəaliyyəti hallarında, şəxsin dininə və ya inancına əsaslanan fərqli davranışın, bu fəaliyyətin xarakteri və yerinə yetirildiyi kontekst səbəbilə, təşkilatın etnik xarakteri nəzərə alınarsa, şəxsin din və ya inancı fəaliyyətin ağlabatan, legitim və əsaslı tələbi olarsa, ayrı-seçkilik hesab edilməməsini nəzərdə tutan qüvvədə olan qanunvericiklərini olduğu kimi saxlaya... və ya bu Direktivin qəbul olunmasınadək mövcud olan belə milli təcrübələrin inkorporasiya edildiyi yeni qanunvericilik hazırlaya bilərlər...
Bu Direktivin müddəalarına riayət olunduğu hallarda, Direktiv konstitusiya və ya qanunlara uyğun olaraq fəaliyyət göstərən kilsələrin və üzvlərinin din və ya inancın əsaslanan ictimai və ya özəl təşkilatların onlar üçün işləyən şəxslərdən xoş məramla və təşkilatın üzvlərinə sədaqətlə hərəkət etmələrini tələb etmək hüququna xələl gətirmir.”
61. Avropa Dövlətlərinin təcrübəsində, Dövlət və kilsə arasındakı münasibətlər müxtəlif konstitusiya modelləri ilə tənzimlənir. Avropa Şurası Üzv Dövlətlərin[1] əksəriyyətində, qanunda dini icma və onun ruhaniləri arasındakı münasibətlər tənzimlənmir. Dini icma öz ruhaniləri ilə iş müqaviləsi imzalaya bilər, lakin belə bir öhdəliyi yoxdur və bir çox halda bunu etmir. Bununla, iş müqaviləsi olmadığı hallarda belə, ruhanilər sosial müdafiə sistemindən yararlanan digər şəxlərlə eyni müavinətlərdən yararlanırlar. Bir qrup Dövlətdə[2] bu münasibətlər qüvvədə olan əmək qanunvericiliyi ilə tənzimlənir, lakin ruhanilər onların işverəni olan dini icmalara qarşı sədaqətli olmaq vəzifəsi daşıyırlar. Nəhayət, bəzi Dövlətlərdə[3]yerli məhkəmələr hərişin hallarına uyğun olaraq, iş münasibətinin müqavilə münasibəti kimi xarakterizə edilib-edilməməsini müəyyənləşdirir.
Ruhanilərin həmkarlar ittifaqı təsis etmək hüququ ilə bağlı, heç bir Dövlətdə qanunla onlara həmkarlar ittifaqları təsis etmək qadağan edilmir, bəzi Dövlətləridə isə onlara xüsusi olaraq bu hüquq tanınmışdır. Qeyd edilməlidir ki, məsələn, Avstriya, Bolqarıstan, Finlandiya, Türkiyə, Fransa Böyük Britaniya, İrlandiya və Hollandiyada keşişlərin həmkarlar ittifaqları və ya işçilərin həmkarlar ittifaqlarının müdafiə etdiyi hüquqlara bənzəyən hüquqları müdafiə edən assosiasiyalar mövcuddur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏNİN ANONİMLİYİ VƏ FƏRDİ ŞİAKAYƏT HÜQUQUNA İDDİA OLUNAN MANEƏLƏR
A. Tərəflərin təqdimatları
62. Ərizəçi ittifaq bildirir ki, həmkarlar ittifaqı yaratmaq üçün addımlar attan kimi, üzvləri Kilsə tərəfindən ciddi təzyiqlərə məruz qalmağa başlamışlar. Bu, Məhkəməyə şikayət ərizəsi göndərilən sonra da davam etmiş və nəticədə, bir çox üzv prosesdən çəkilməyə məcbur olmuşlar, bəziləri isə, ərizəni davam etdirə bilmək üçün anonimlik müraciəti etmişlər.
63. Ərizəçi bildirir ki, Palata qərarından sonra bu təzyiqlər daha da intensivləşmiş və bu iddianı dəstəkləmək üçün Kilsə rəhbərlərinin mediyada göstərilən bəyanatlarını və 2012-ci ilin fevralında Rumın Pravoslav Patriarxının Palata qərarını tənqit edən pres relizini təqdim etmişdir.
64. Yuxarıdakıları nəzərə alaraq, ərizəçi bildirir ki, Dövlət Məhkəməyə şikayət edənləri həm Dövlət orqanlarının, həm də başqalarının təzyiqlərindən qorumaq barədəki pozitiv öhdəliyini yerinə yetirməmişdir.
65. Beləliklə, ərizəçi Böyük Palatadan Konvensiyanın 34-cü maddəsinin pozulduğunu elan etməyi xahiş edir.
66. Hökumət bildirir ki, Ərizəçi ittifaqın üzvlərinin ciddi anlamda Məhkəməyə müraciət etmək fikirlərinin olmasına şübhə edir. O, ittifaqın adından Məhkəməyə müraciət edən fərdlərin şəxsiyyətləri və adları işə Palatada baxıldığı müddətdə dəyişdiyini iddia edir və Böyük Palatadan ərizəni Məhkəməyə göndərənlərin və ərizəni davam etdirmək istəyənlərin şəxiyyətlərini müəyyənləşdirməsini xahiş edir. Hökumət ilkin etiraz qaldırmasa da bildirir ki, bu məsələ işin mahiyyəti və əvəzin ədalətli ödənilməsi üçün vacibdir.
67. Hökumət davam edir ki, Dövlətin yalnız bilərəkdən etdiyi hərəkətlər fərdi şikayətə maneə hesab edilə bilər. Hökumətin fikrincə, hazırki işdə dövlət orqanları bilərəkdən etdikləri hər hansı hərəkət və ya hərəkətsizlikdə və ya Kilsənin iddia olunan düzgün olmayan davranışlarına dözməkdə ittiham edilə bilməz və Dövlətin fərdi şikayət hüququnu pozduğu iddia edilə bilməz.
B. Böyük Palatanın dəyərləndirməsi
68. Böyük Palata müşahidə edir ki, Hökumət və Ərizəçi ittifaqın mövqeləri fərqlənsə də, hər ikisi tək götürülmüş və ya Kovensiyanın 35-ci maddəsinin 2 (a) bəndi ilə birgə götürülmüş 34-cü maddəsi ilə bağlıdır. Bu müddəalarda deyilir:
Maddə 34
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin, onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”.
Maddə 35 § 2
“Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:
(a) anonim olan; ...
1. Ərizənin iddia olunan anonimliyi
69. Böyük Palata ilkin olaraq müşahidə edir ki, Hökumət bu məsələni Palata qarşısında qaldırmadığına görə, Böyük Palata qarşısında da qaldıra bilməz. Ərizəçi ittifaqın bəzi üzvlərinin anonim qalmaq istəməsi səbəbilə ərizənin qəbuledilməz elan olunması məsələsilə ilə bağlı Məhkəmə təkrar edir ki, ərizənin autentikliyi ilə əlaqədar şübhəsi olan Hökumət bu barədə Məhkəməni tez bir vaxtda məlumatlandırmalıdır və ərizənin Konvensiyanın 34 və 35-ci maddələrinə uyğun olub-olmadığını müəyyən etmək yalnız Məhkəmənin səlahiyyətidir (bax: Shamayev and Others v. Georgia and Russia, no. 36378/02, § 293, ECHR 2005‑III).
70. Məhkəmə həmçinin vurğulayır ki, 47-ci Qaydanın 3-cü bəndinə əsasən, Məhkəməyə ərizə göndərmiş şəxslərə anonimlik verilməsinin məqsədi şəxiyyətlərinin açıqlanmasının onlara zərər vura biləcəyini hesab edən ərizəçiləri qorumaqdır. Belə müdafiə olmazsa, bu ərizəçilər Məhkəmə ilə sərbəst əlaqə saxlaya bilməzlər. Bundan başqa, ləğv edilmiş və ya qeydiyyata alınmayan təşkilatın ərizəsini öz nümayəndələri vasitəsilə göndərə və ləğvetmə və ya qeydiyyatdan imtinadan şikayət edə bilər (bax: Stankov and the United Macedonian Organisation Ilinden v. Bulgaria, no. 29221/95 və 29225/95, § 57, ECHR 2001‑IX).
71. Hazırki işdə Məhkəmə qeyd edir ki, Ərizəçi ittifaq ərizəsini nümayəndələri vasitəsilə göndərmiş və Cənab I. Gruianı onun adından hərəkət etməsi üçün tapşırmışdır. Onlar sonradan Craiova Arxiyepiskopluğunun Məhkəməyə göndərdiyi ərizənin geri götürülməsi barədəki bəyanatlarından imtina etmişlər. Onlar izah edirlər ki, Arxiyepiskop onları bu bəyanatı imzalamağa məcbur etmişdir. Onlar Məhkəməyə onların şəxsiyyətini və işin halları və qaldırılan şikayətlərlə əlaqələrini müəyyən etmək imkanı verən faktiki və hüquqi məlumatları təqdim ediyindən, həm Palata Sədri, həm də sonradan Böyük Palata onların şəxsiyyətini açıqlamamaq barədəki müraciətini qəbul etmişdir.
72. Beləliklə, Məhkəmə hesab edir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndi mənasında anonim deyildir və Ərizəçi ittifaqın üzvlərinin onun adından Məhkəmə prosesindəki iştirakı şübhə doğurmur. Nəticədə, Hökumətin ərizənin anonimliyi barədə ilkin etiraz qaldırmaq hüququndan məhrum olmadığını fərz edərək, Məhkəmə bu etirazı rədd edir.
2. Şikayət hüququna iddia olunan maneə
73. Məhkəmə təkrar edir ki, fərdi şikayət hüququnun səmərəli həyata keçirilməsinə mane olmamaq öhdəliyi hər hansı fərdin Məhkəməyə səmərəli şəkildə ərizə təqdim etmək və onu davam etdirmək hüququna hər hansı müdaxilə etməməkdir. 34-cü maddəyə əsasən yaradılmış fərdi şikayət sisteminin səmərəli fəaliyyəti üçün ən əhəmiyyətlisi odur ki, ərizəçilər və ya potensial ərizəçilər dövlət orqanlarının ərizənin geri götürülməsi və ya şikayətlərin dəyişilməsi üçün hər hansı təzyiqi olmadan Məhkəmə ilə sərbəst şəkildə əlaqə saxlaya bilsinlər. Məhkəmənin əvvəlki qərarlarında qeyd etdiyi kimi, “təzyiq”ə yalnız hazırki və potensial ərizəçilərə, onların ailələri və ya nümayəndələrinə qarşı birbaşa və ya açıq narahatlıqlar deyil, həm də ərizəçiləri Konvensiyanın müdafiə vasitəsindən istifadə etməkdən çəkindərmək üçün düzgün olmayan, dolayısı hərəkətlər də daxildir (bax: digər işlərlə yanaşı Mamatkulov and Askarov v. Turkey [BP], no. 46827/99 və 46951/99, § 102, ECHR 2005-I).
74. Hazırki işdə Məhkəmə müşahidə edir ki, Ərizəçi ittifaq Konveniyanın 34-cü maddəsinin pozuntusunu ilk dəfə olaraq Böyük Palata qarşısında iddia edir. Məhəkəmə daha sonra qeyd edir ki, şikayət olunan hadisələr, o cümlədən Məhkəməyə göndərilən ərizənin geri götürülməsi üçün müraciət, Palata qərarının elan edilməsindən əvvəl baş vermişdir (bax: yuxarıdakı 23 və 24-cü paraqraflar).
75. Ərizəçi ittifaqın ərizənin ilk olaraq göndərildiyi vaxtdan hüquqşünala təmsil olunduğunu və Konvensiyanın 34-cü maddəsinin pozuntusunu iddia etməsinə mane olacaq hər hansı xüsusi bir səbəb göstərmədiyini nəzərə alaraq, Böyük Palata hesab edir ki, ittifaq bu şikayəti qaldırmaq hüququndan məhrumdur.
76. Ərizəçi ittifaqın işin Böyük Palataya göndərilməsindən sonra baş verən hadisələrlə bağlı şikayətinə gəlincə, ittifaq 34-cü maddəin pozuntusundan şikayət etmək hüququnu itirməmişdir və Məhkəmə təkrar edir ki, Üzv Dövlətin orqanlarının öz yurisdiksiyası altında olan şəxslərin Konvensiyada təsbit olunan hüquqlarını pozan özəl fərdlərin hərəkətləri ilə könülsüz razılığı və ya bunlara göz yumması Üzv Dövlətin Konvensiya üzrə məsuliyyətinin yaranmasına səbəb ola bilər (bax: mutatis mutandis, Cyprus v. Turkey [BP], no. 25781/94, § 81, ECHR 2001‑IV).
77. Bununla belə, hazırki işdə Məhkəmə müşahidə edir ki, Ərizəçi ittifaqın üzvlərinə göstərilən təzyiqin Palata qərarının elan edilməsindən sonra Dövlətin bu təzyiqi dayandırmaq üçün tədbir görmədiyinə görə cavabdeh hesab edilməsinə səbəb olacaq dərəcədə intensivləşdiyini əsaslandırmamışdır.
78. Bununla bağlı, Məhkəmə qeyd edir ki, iddialarının sübutu kimi ittifaq yalnız Pravoslav Patriarxının və Kilsə iyerarxiyasının bir sıra üzvlərinin mediyada yayılan və Palata qərarını tənqid edən bəyanatlarına istinad edir. Bununla belə, bu fikirlərdən sonra ittifaqın üzvlərinin Böyük Palataya göndərdiyi ərizəni geri götürülməsi və ya dəyişdirilməsi məqsədi daşıyan və ya fərdi şikayət hüququnun həyata keçirilməsinə mane olacaq hərəkətlər edilməmişdir.
79. Məhkəmənin fikrincə, işin halları dövlət orqanlarının Ərizəçi ittifaqın üzvlərinə təzyiq göstərdiyini və ya onlara təzyiqin göstərilməsinə imkan verdiyini və ya fərdi şikayət hüququnun səmərəli həyata keçirilməsini təmin etmək öhdəliyinə hər hansı şəkildə riayət etmədiyini sübut etmir. Dövlət orqanları kütləvi informaiya vasitələrinin və ya fikri ifadə azadlığını həyata keçirən və dövlət vəzifəsi daşımayan fərdlərin hərəkətlərinə görə cavabdeh hesab edilə bilməz.
80. Belə olan şəraitdə, Məhkəmə hesab edir ki, birincisi, Ərizəçi ittifaqın Palata qərarının qəbul edilməsindən əvvəl baş vermiş hadisələrlə bağlı Konveniyanın 34-cü maddəsinin pozuntusunu iddia etmək hüququ yoxdur və ikincisi, bu tarixdən sonrakı hadisələrlı bağlı Dövlət Konvensiyanın 34-cü maddəsinə əsasən daşıdığı öhdəlikləri pozmamışdır.
II. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
81. Ərizəçi ittifaq iddia edir ki, onun qeydiyyata almaqdan imtina etməklə Dolj Region Məhkəməsi onun Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən hüquqlarını pozmuşdur:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur”.
A. Palata qərarı
82. 31 yanvar 2012-ci il tarixli qərarında Palata Konvensiyanın 11-ci maddəsinin pozulduğunu elan etmişdir. Keşiş və qeyri-ruhani işçilərin Rumın Pravoslav Kilsəsindəki vəzifələrini iş müqaviləsi əsasında yerinə yetirdiklərini, əsasən Dövlət büdcəsindən maliyyələşən məvacib aldıqlarını və ümumi sosial müdafiə sistemindən yararlandıqlarını qeyd edərək, Palata hesab etmişdir ki, iş müqaviləsi üzrə münasibətlər mülki hüququn bütün qaydalarından kənar hesab edilə bilməzlər. Palata bu nəticəyə gəlmişdir ki, rühailər və, a fortiori Kilsənin qeyri-ruhani işçiləri 11-ci maddənin əhatə dairəsindən kənarlaşdırıla bilməzlər.
83. Daha sonra, Ərizəçi ittifaqın qeydiyyatdan keçirilməsindən imtina edilməsini həmkarlar ittifaqı hüququnun ümumi prinsipləri baxımından araşdıraraq Palata bu tədbirin daxili qanunvericilikdə (yəni Regional Məhkəmənin Pravoslav Kilsəsinin Nizamnaməsi işığında şərh etdiyi Həmkarlar İttifaqı haqqında Qanun (54/2003 saylı Qanun) və Din Azadlığı haqqında Qanun (489/2006 saylı Qanun) nəzərdə tutulduğunu və Kilsə işçiləri üçün həmkarlar ittifaqlarının yaradılması ilə bağlı qanunvericilik və təcrübə arasında uyğunsuzluğu aradan qaldırılması səbəbilə legitim məqsəd daşıdığını (yəni ictimai qaydanın mühafizə edilməsi, dini icmaların avtonomluğu və azadlığının təmin edilməsi) qəbul etmişdir.
84. Daha sonra Palata qeyd etmişdir ki, Regional Məhkəmənin Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina etməsi əsasən Pravoslav Xristian ənənəsini, onun əsas dəyərlərini və qərar qəbuletmə ilə bağlı kanon hüququ normalarını müdafiə etmək olmuşdur. Bununa bağlı Palata hesab etmişdir ki, “təcili sosial ehtiyac” tələbinə hazırki işdə riayət olunmamışdır, çünki Regional Məhkəmə Ərizəçi ittifaqın nizamnaməsində nəzərdə tutulan proqramının və ya üzvlərinin mövqələrinin “demokratik cəmiyyət”ə uyğun olub-olmadığını və onların demokratiyaya təhlükə törədib-törətmədiyini araşdırmamışdır.
85. Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina qərarı üçün Regional Məhkəmənin gətirdiyi əsasların sırf dini xarakter daşıdığını qeyd edən Palata hesab etmişdir ki, məhkəmə həm də Rumın Pravoslav Kilsəsinin işçilərinin maraqlarını - xüsusilə, onlarla Kilsə arasında iş müqaviləsinin olmasını - və ya Kilsənin ruhani və qeyri-ruhani işçiləri arasında fərqi və ya ittifaqa üzv olmağı qadağan edən dini qaydaların işçilərin həmkarlar ittifaqı hüquqlarını təsbit edən yerli və beynəlxalq qaydalara uyğun olub-olmadığını nəzərdən keçirməmişdir.
86. Nəhayət, Pravoslav Kilsəsi işçilərinin həmkarlar ittifaqında birləşmək hüququnun artıq başqa həmkarlar ittifaqları ilə bağlı işlərdə yerli məhkəmələr tərəfindən tanındığını qeyd edərək, Palata bu nəticəyə gəlmişdir ki, Ərizəçi ittifaqının qeydiyyata almamaq kimi ciddi tədbir, məqsədinə proporsional deyildi və demokratik cəmiyyətdə zəruri hesab edilə bilməzdi.
B. Tərəflərin təqdimatları
1. Ərizəçi ittifaq
87. Ərizəçi ittifaq bildirir ki, Rumın Pravoslav Kilsəsinin keşişləri və ruhani işçiləri dövlət məmurlarının statusuna bənzər statusa malikdir. Onlar dövlət məmurları kimi, müsabiqə və imtahan yolu ilə işə götürülür, sonra yepiskopun onların hüquq və vəzifələrini nəzərdə tutan qərarı ilə təyin olunurlar. Təyinatları zamanı onlar and içirlər və maaşları dövlət məmurlarının məvaciblərini tənzimləyən qanunla müəyyən olunur və iqtisadi böhran halında məmurların maaşının azaldığı həddə azalır. Onlar da ümumi sosial müdafiə sisteminə ödəmələr edirlər və bütün sosial sosial müavinətlərdən yararlanırlar. Bundan əlavə, Rumın Pravoslav Kilsəsi universitetlər kimi işçilərinin maaşını ödəmək üçün Dövlət büdcəsindən vəsait alır. Beləliklə, Ərizəçi ittifaq bildirir ki, Rumın Pravoslav Kilsəsinin öz işçiləri ilə iş müqaviləsi bağlamamaq təcrübəsi və maaşlarının bir hissəsini öz büdcəsindən ödəməsi faktı Kilsə ilə işçiləri arasındakı münasibətlərin xarakterinə təsir edə bilməz, çünki bu münasibətlər iş müqaviləsinin bütün aspektlərin malikdir və məmurlar və onların işlədikləri qurumlar arasındakı münasibətlərə oxşardır.
88. Ərizəçi ittifaq iddia edir ki, bəzi spesifik sədaqət vəzifələri olan, lakin maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqları olan məşğuliyyət qruplarından fərqli olaraq, sayı 1500-ə yaxın olan Rumın Pravoslav Kilsəsinin işçiləri, maaş və yerdəyişmə kimi məsələlərlə bağlı sui-istifadə hallarından müdafiə olunmaq hüququndan məhrumdurlar.
89. O əlavə edir ki, üzvlərinin birləşmək azadlığına müdaxilə qanunla nəzərdə tutulmamışdır. Bununla bağlı ərizəçi ittifaq vətəndaşların birləşərək siyasi partiya, həmkarlar ittifaqları, işverənlərin təşkilatları və başqa təçkilatlar təsis etmək hüququnun təsbit olunduğu və yalnız orqanik aktla məhdudlaşdırıla bilən Konsitutusiyanın 40, 53 və 73-cü maddələrinə istinad edir. Ərizəçinin fikrincə, bu müddəalardan belə çıxır ki, keşişlərin həmkarlar ittifaqı yaratmasının qadağan edən heç bir qanunvericlik aktı yoxdur və onun qeydiyyatından imtina yalnız Kilsə Nizamnaməsinin 123-cü maddəsinin 8-ci bəndinə əsaslanmışdır. Nizamnamənin Hökumət tərəfindən təsdiqlənmiş olması faktı ona Konstitusiyada nəzərdə tutulan azadlığı məhdudlaşdırmaq qabiliyyəti olan orqanik akt statusu bir yana, heç yerli qanunvericilik aktı statusu da vermir. Kilsə Nizamnaməsinin 123-cü maddəsinin 8-ci bəndinin Konstitusiyaya zidd olduğunu bildirirək, Ərizəçi ittifaq belə nəticəyə gəlir ki, mübahisələndirilən imtina qərarı yerli hüquqa ziddir. Beləliklə, bu qərarın hüquqi əsası yoxdur və Konvensiyanın 11-ci maddəsi pozulmuşdur.
90. Ərizəçi ittifaq tədbirin legitim məqsəd, yəni Kilsənin maraqlarının müdafiəsi məqsədi daşıdığını qəbul edir, lakin bildirir ki, bu tədbir Kilsənin avtonomluğunu təmin etmək üçün demokratik cəmiyyətdə zəruri deyildi.
91. Ərizəçinin fikrincə, Dövlət və dini icmalar arasındakı münasibətlərlə bağlı məsələdə, dini icmanın dini fəaliyyəti ilə mülki və kommersiya fəaliyyəti arasında fərq qoyulmalıdır. Belə ki, Dövlətin dini fəaliyyətə müdaxiləsi tam olaraq qadağan olunmalı olsa da, Kilsənin mülki və ya kommersiya fəaliyyəti dinlə və ya Kilsənin ruhani müssiyası ilə bağlı deyildir və mülki hüquqla tənzimlənməlidir. Bununla bağlı, Ərizəçi ittifaq vurğulayır ki, o nə Xristina doqmalarına, nə də dini inancın təşkilatı qaydalarına qarşı deyildir, onun yeganə məqsədi üzvlərinin, maaş səviyyəsi və qanunsuz olaraq işdən çıxarılmama da daxil olmaqla qanunla müəyyən olunan hüquqlarını müdafiə etmək üçün mübarizə aparmaqdır. O əlavə edir ki, onun üzvləri həmkarlar ittifaqı yaratmaq üçün şifahi icazə istəmiş və əldə etmişlər, lakin Müqəddəs Sinodun etirazından sonra arxiyepiskop şifahi razılığını geri götürmüşdür.
92. Ərizəçi ittifaq nizamnamasində göstərilən bəzi məqsədlərin keşiş vəzifəsinə uyğun gəlməyən məqsədlər kimi görünməsi ehtimalını qəbul edir, lakin iddia edir ki, bu məqsədlər “tamamilə Həmkarlar İttifaqı haqqında Qanundan köçürülmüşdür” və onların məqsdələri həm də Kilsənin keşiş öhdəliklərinə malik olmayan qeyri-ruhani işçilərini də qorumaqdır. O, bundan əlavə bildirir ki, bütün hallarda, tətil və ya digər hər hansı vasitədən istifadə etsələr, ittifaqın bu qərarına məhkəmələr tərəfindən baxıla bilər və souncular, təşkilatın ləğvi də daxil olmaqla, ciddi cəzalar tətbiq edə bilərlər. Ərizəçi əlavə edir ki, əgər keşişlər tətil etsələr və ya öz iş yerlərindən kənarda hər hansı fəaliyyət təşkil etsələr belə, yenə də Kilsənin cəzalar nəzərdə tutan intizam qaydalarına və Nizamnaməsinə tabedirlər.
93. Nəhayət, Ərizəçi ittifaq qeyd edir ki, Kilsə daxilində artıq iki başqa həmkarlar ittifaqı təsis edilmişdir və onların dövlət tərəfindən tanınması Kilsənin daxili təşkilinə ziyan vurmamış və ya parallel idarəetmə sisteminin yaranmasına səbəb olmamışdır. O həmçininin bildirir ki, Kilsə işçilərinin həmkarlar ittifaqları bir çox Avropa Şurası Üzv Dövlətlərdə sərbəst şəkildə fəaliyyət göstərir.
94. Nəticədə, Ərizəçi ittifaq iddia edir ki, bu qadağa, bir ehtiyat tədbiri olaraq, sırf ittifaqın nizamnaməsi ilə bağlı ehtimallara əsaslanmışdır, qarşıya qoyulan məqsədə proporsional deyildir və Konvensiyanın 11-ci maddəsinin pozuntusuna səbəb olmuşur.
2. Hökumət
95. Hökumət qəbuledilənliklə bağlı heç bir arqument irəli sürmür və qəbul edir ki, Ərizəçi ittifaqın qeydiyyatından imtina edilməsi, onun birləşmək azadlığına müdaxilədir. O, vurgulayır ki, Rumın Pravoslav Kilsəsinin qeyri-ruhani işçilərinin həmkarlar ittifaqı təsis etməsinə heç bir hüquqi maneə yoxdur.
96. Ruhanilərlə bağlı Hökumət iddia edir ki, Rumın Pravoslav Kilsəsinin Nizamnaməsi və Din azadlığı haqqında Qanuna əsasən, onların Kilsə ilə münasibətləri “sərbəst şəkildə qəbul edilmiş xidmət və missiya münasibəti”dir və əmək qanunvericiliyinin, deməli Əmək Məcəlləsinin təsir dairəsindən kənardadır. Hökumət qeyd edir ki, keşişlər öz vəzifələrini yepiskopun onların hüquq və vəzifələrini müəyyən edən qərarı və təyinatları zamanı içdikləri and əsasında yerinə yetirirlər. O əlavə edir ki, 2004-cü ildə Craiova Arxiyepiskopu tərəfindən imzalanan iş müqaviləsi qanunun səhv təfsirinin nəticəsi idi və Əmək qanunvericiliyinin Pravoslav Kilsəsi və onun ruhani işçiləri arasındakı münasibətlərə tətbiq olunmadığını bildirən Əmək Müfəttişliyi tərəfindən heç vaxt qeydiyyata alınmamışdır. Bu məvqe Ali Kassasiya və Ədalət Məhkəməsi və Konstitusiya Məhkəməsi tərəfindən də sərgilənmişdir və bu məhkəmələr din məzhəblərinin avtonomluğu ilə bağlı hesab etmişlər ki, ümumi yurisdiksiyalı məhkəmələrin din məhkəmələrinin qərarlarına Mülki Məcəllənin müddəaları ilə bağlı məhkəmə nəzarəti etmək səlayihətləri yoxdur.
97. Hökumət daha sonra iddia edir ki, Dövlət keşişlərə məvacib vermir, bu məsələdə onun rolu Kilsə inananlarının saylarına və icbari ehtiyaclarına əsasən hesablanmış maliyyə yardımı göstərməkdir. Dövlətin verdiyi vəsaiti öz işçiləri arasında bölüşdürmək tamamilə Kilsənin məsuliyyətidir. Belə ki, Dövlət Pravoslav Kilsəsinə 163 Avro və 364 Avro arasında məbləğlər olmaqla, 12,765 yardım ödənişi etmişdir, Kilsə isə öz vəsaitləri hesabına 1,005 keşişə və 1,408 qeyri-ruhani işçiyə məvaciblərini ödəmişdir. Keşişlərin və digər Kilsə işçilərinin Dövlətin sosial müdafiə sistemindən yararlanmalarına gəlincə, Hökumət bildirir ki, bu, belə məsələrədə geniş mülahizə səlahiyyətinə malik olan Parlamentin seçimidir, lakin bu fakt onların statusuna təsir etmir və onların Dövlət məmuru statusuna malik olması demək deyildir.
98. Alternativ olaraq, Hökumət vuğulayır ki, keşişlər öz prixodlarının idarə edilməsi üçün məsuldurlar və bu mənada menecer funksiyası yerinə yetirirlər və 54/2003 saylı Qanuna əsasən, onların həmkarlar ittifaqı fəaliyyəti qadağandır.
99. Bunları nəzərə alaraq, Hökumət bildirir ki, əmək qanunvericiliyi Ərizəçi ittifaqın üzvlərinə tətbiq olunmadığına görə, Konvensiyanın 11-ci maddəsi bu işə tətbiq olunmur.
100. Hökumət bildirir ki, bütün hallarda, müdaxilə qanunda nəzərdə tutulmuşdur, legitim məqsəd daşıyır və demokratik cəmiyyətdə zəruri idi.
101. Onun fikrincə, bu tədbirin hüquqi bazası Kilsə Nizamnaməsinin 123-cü maddəsinin 8-ci bəndidir. Bu müddəaya əsasən, ruhanilərin hər hansı təşkilatda iştirakı yepiskopun icazəsi ilə şərtləndirilir. Bu müddəa, Nizamnamənin Hökumət Fərmanı ilə təsdiq olunması səbəbilə yerli qanunvericiliyin tərkib hissəsidir və həmkarlar ittifaqı da daxil olmaqla, birləşmək azadlığını tanımaqla bərabər onu qanunla nəzərdə tutulan şərtlərə -bu halda tətbiq olunmalı olan Kilsə Nizamnaməsinə- tabe edən Konstitusiyaya zidd deyildir. Bundan əlavə, Həmkarlar İttifaqları haqqında qanunun keşişlərə həmkarlar ittifaqı yaratmağı qadağan etməməsi faktı bu hüququn tanınması mənasının vermir; Kilsə öz avtonomluğundan istifadə edərək, işçilərinin bu sahədəki fəaliyyətinin əmək qanunvericiliyi ilə deyil, başqa qaydalarla tənzimlənməli olduğu barədə qərar vermişdir.
102. Müdaxilənin legitim məqsədinə gəlincə, Hökumət Böyük Palatanı müdaxilənin məqsədinin dini icmaların azadlığı və avtonomluğunu qorumaqla ictimai qaydanın müdafiəsi olduğunu hesab edən Palata ilə razılaşmamağa çağırır. O iddia edir ki, müdaxilənin yeganə məqsədi, başqalarının, yəni Rumın Pravoslav Kilsəsinin hüquq və azadlıqlarının müdafiəsidir. Bu səbəbdən ictimai qaydaya xüsusi istinad bu işdə yersizdir.
103. Müdaxilə tədbirinin vacib və proporsional olub-olmaması ilə bağlı, Hökumət vurğulayır ki, arxiyepiskopun icazəsi olmadan həmkarlar ittifaqı yaratmağa qadağa yalnız Kilsənin ruhani işçilərinə aiddir və qeyri-ruhani işçilər Həmkarlar İttifaqları haqqında Qanunda nəzərdə tutulan şərtlərdə və qaydada birləşmək hüququna malikdirlər.
104. Ruhani işçilərin birləşmək azadlığına Rumın Pravoslav Kilsəsi tərəfindən tam hörmət olunur və onun nəznində bir neçə yüz təşkilat və fond fəaliyyət göstərir ki, bunlardan biri də Craiova Arxiyepiskopluğundan Apostolia təşkilatıdır.
105. Hökumətin fikrincə, ruhani işçilərin iştirakı ilə təsis edilən hər hansı təşkilat üçün arxiyepiskopun icazəsi tələbi, legitimdir və Kilsənin avtonomluğu prinsipinin təzahürüdür. Hökumət hazırki işdəki Ərizəçi ittifaqın bu icazəni istəməməsinə təəccüblənir və əlavə edir ki, müvafiq şəraitdə ümumi yurisdiksiyalı məhkəmələr bu icazəni verməkdən imtina edilməsinin qanuniliyini yoxlaya bilərdilər.
106. Hökumət keşişlərin statusu ilə bağlı qeyd edir ki, Ərizəçi ittifaqa üzv olan keşişlərin Pravoslav Kilsəsinə yüksək sədaqət öhdəlikləri vardır. Fikir ayrılığı hüquqları yoxdur: narazı keşiş istədiyi vaxt Kilsəni tərk edə bilər, lakin əgər Kilsədə qalmağı seçirsə, onun qaydalarına tabe olmağı sərbəst şəkildə seçmiş və bəzi hüquqlarından imtina etmiş hesab olunur.
107. Həmkarlar ittifaqının yaradılmasının Kilsənin fəaliyyət metodlarına təsiri ilə bağlı Hökumət iddia edir ki, Ərizəçi ittifaqın nizamnaməsində deyilir ki, təsis ediləcəyi təqdirdə, ittifaq Kilsənin qaydalarına parallel qaydalar məcmusu yaratmağa çalışacaqdır. Bu, işçilərin işə götürülməsi, təşəbbüs, rəqabət və fikir azadlığının təşviqi, kollektiv sazişlər və iş müqavilələrinin imzalanması, iş saatları ilə bağlı mülki hüquq normalarına əməl olunması, qərarverici orqanlarda təmsil olunmaq və tətil etməklə bağlı hissələrdə açıq-aydın görünür. Hökumət bu səbəbdən bildirir ki, Ərizəçi ittifaqın tanınması Rumın Pravoslav Kilsəsi daxilində birgə menecmentin yaranmasına gətirib çıxaracaqdı; bu, ittifaqla Kilsə iyerarxiyası arasında münaqişəyə və yerli məhkəmələrin işə baxmasına və beləliklə, Dövlətin neytrallıq vəzifəsinin və din məzhəblərinin avtonomluğu prinsipinin pozulmasına səbəb olacaqdı.
108. Hökumıt izah edir ki, hazırki işdə Dövlət Ərizəçi ittifaq fəaliyyətə başlamazdan əvvəl, belə bir təşkilatlanmanın qarşını almağa çalışmışdır və bu mövqe, Həmkarlar İttifaqları haqqında Qanuna əsasən, təşkilatın qeydiyyatdan keçdiyi andan hər hansı məhkəmə nəzarəti olmadan öz hüquqlarını həyata keçirməsi hüququnun olması faktı ilə əsaslanmışdır.
109. Nəhayət, Hökumət diqqəti Avropa Şurası Üzv Dövlətlərində keşişlərin statusunu və onların birləşmək azadlığını tənzimləyən çox müxtəlif qaydaların olmasına çəkir və bildirir ki, bu sahədə Avropa konsensusunun olmamasına görə yerli dövlət orqanlarının mülahizə səlahiyəti geniş olmalıdır.
C. Üçüncü tərəflər
110. Prosesdə üçüncü tərəf kimi iştirak edən hökumətlər və qeyri-hökumət təşkilatlarının hamısı Hökumətin mövqeyini dəstəkləyir.
1. Yunanıstam Hökuməti
111. Yunanıstam Hökuməti bildirir ki, Konvensiyanın 9-cu və 11-ci maddələri arasında konflikt halında, Məhkəmə işə, dini icma nəznində birləşmək hüuququn tanınmasının həmin dini icmanın avtonomluğu hüqununun pozub-pozmadığını müəyyənləşdirməklə başlamalıdır. Onun fikrincə, dini icmaların avtonomluğu hüququ üstün olmalıdır və bu icmalar öz işçiləri ilə münasibətlərini, öz daxili qaydaları ilə - hətta bu qaydalar bəzi hüquqların məhdudlaşdırılmasına səbəb olsa belə - tənzimləmək hüququna malik olamalıdır.
112. Yunanıstan Hökuməti bildirir ki, keşişlər əsasən ruhani funksiya yerinə yetirdiyindən, onların dini və ya qeyri-dini işləri arasında fərq qoyulması yersizdir. Bundan əlavə, yerli məhkəmələr bu sahədə qalxan hər hansı mübahisəni həll etmək üçün beynəlxalq məhkəmələrdən daha əlverişli mövqədədirlər.
2. Moldova Respublikası Hökuməti
113. Moldova Respublikası Hökuməti bildirir ki, Palata Ərizəçi ittifaqın istinad etdiyi birləşmək azadlığı ilə Pravoslav Kilsəsinin avtonomluq hüququ arasında ədalətli tarazlaşdırma aparmamışdır. O iddia edir ki, Konvensiyanın 11-ci maddəsi, əgər belə bir tanıma Dövlətin dini neytrallığı vəzifəsinə ziddirsə, Dövlətin üzərinə dini icma nəznində yaradılmış dünyəvi təşkilatı tanımaq öhdəliyi qoyan bir müddəa kimi təfsir oluna bilməz. .
114. Moldova Respublikası Hökuməti daha sonra bildirir ki, Konvensiyanın 9-cü maddəsinə əsasən, dini icmanın üzvləri, bu dini icmaya qoşularkən, 11-ci maddəyə əsasən iddia edə biləcəkləri bəzi mülki xarakterli hüquqlardan könüllü olaraq imtina etmiş hesab olunmalıdır.
3. Polşa Hökuməti
115. Polşa Hökuməti bildirir ki, Palata daha çox Kilsə və onun ruhani işçiləri arasındakı münasibətlərin xüsusi xarakteri üzərində dayanmalı idi. Bir qrup keşiş tərəfindən istinad olunan hüquqların iqtisadi, sosial və ya mədəni xarakterli olması faktı həmkarlar ittifaqının tanınmasının həmin dini icmanın avtonom fəaliyyətinə təsir göstərməyəcəyi barədəki nəticəyə gəlməyə əsas vermir.
116. Polşa Hökuməti iddia edir ki, hansı fəaliyyətin onların dini fəaliyyətinin bir hissəsi olması və ya onların daxili təşkilatlanmasına və ya missiyalarına təsir edəcəyi ilk növbədə dini icmaların özləri tərəfindən müəyyən edilməlidir və bu rolu yerli məhkəmə orqanlarına vermək mübahisələrə və nəticədə, din məzhəblərinin avtonomluğu və Dövlətin neytrallığı prinsipinə zidd olaraq, Məhkəməni dini məsələrlə bağlı qərarlar verməsinə gətirib çıxaracaqdır.
117. Nəhayət, Polşa Hökuməti bildirir ki, aldıqları təhsil və ruhani olmaq qərarlarına əsasən, keşişlərin Kilsəyə yüksək sədaqət öhdəlikləri vardır və onlar, missiyalarının bəzi hüquqlarının məhdudlaşmasına səbəb olan tələblərindən xəbərdar olmalı idilər.
4. Gürcüstan Hökuməti
118. Gürcüstan Hökuməti vurğulayır ki, Kilsə-Dövlət münasibətləri hər dövlətdə fəqrli şəkildə tənzimlənir və bu sahədə Avropa Konsensusu yoxdur.
119. Beləliklə, Gürcüstan Hökuməti bildirir ki, Üzv Dövlətlər və onların məhkəmələri dini icmaların avtonomluğunun hər hansı təhlükədən müdafiə etmək sahəsində geniş mülahizə səlahiyyətinə malik olmalıdır. Dövlət belə icmalar daxilində hər hansı fikir ayrılığını təşviq etməkdən çəkinməlidir.
5. Craiova Arxiyepiskopu
120. Craiova Arxiyepiskopu bildirir ki, Rumın Pravoslav Kilsəsində kanonik keşiş fiquru birbaşa olaraq yepiskop fiquru ilə əlaqəlidir. Yepiskop və keşişlər arasındakı münasibətlər qarşılıqlı inam və Kilsə missiyasının birliyi üzərində qurulmuşdur və Müqəddəs Sinod və yepiskoplar və keşişlər kimi Kilsə orqanları arasında antaqonizmin olması qəbuledilməzdir. Keşişlər dini hakimiyyətin demokratik şəkildə həyata keçirilməsinin bir hissəsidir və bu orqanların sui-istifadəsindən müdafiə olunmaq üçün Kilsənin daxili qaydalarına əsaslana bilərlər. Bundan əlavə, yepiskopun təşkilat yaratmaq müraciətinə imtinasından Müqəddəs Sinoda şikayət vermək imkanı var.
121. Nəticədə Arxiyepiskop bildirir ki, keşiş və qeyri-ruhani işçilərin həmkarlar ittifaqının təsis edilməsi Kilsə və keşişlər və arasında mövcud münasibətləri pozar və ictimai qayda və sosial harmoniya üçün təhlükə yaradardı.
6. Moskva Patriarxı
122. Moskva Patriarxı dini icmalarda iyerarxiya münasibətlərinin xüsusi xarakterini və sədaqətin yüksək dərəcəsini vurğulayır. Dövlət dini icmaların avtonomluğu prinsipinə əsasən, onların öz strukturlarını və daxili qaydalarını müəyyən etməkdə eksluziv rolunu təmin etməlidir.
123. Keşişlərin xidmət münasibətlərinin ən əsasə elementi onların dini xidmət yerinə yetirməsidir və bu münasibət abstract və süni şəkildə mülki hüquqla tənzimlənən adi iş münasibətləri səviyyəsinə salına bilməz. Moskva Patriarxı iddia edir ki, təcrübədə adi qanunvericiliyi dini icmalara tətbiq etmək mümkün deyildir və belə bir yanaşma Rusiya Pravoslav Kilsəsi də daxil olmaqla, dini icmalara həll olunmayacaq problemlər yarada bilər.
7. Avropa Hüquq və Ədalət Mərkəzi Qeyri-Hökumət təşkilatı (European Centre for Law and Justice -ECLJ)
124. ECLJ bildirir ki, keşişlərin Kilsəyə yüksək sədaqət öhdəliyi vardır. Bu öhdəlik, həm Şuranın 27 noyabr 2000-ci il tarixli 2000/78/EC saylı Direktivində, həm də Məhkəmənin yurisprudensiyasında tanınmışdır.
125. ECLJ əlavə edir ki, keşişlər təşkilatlanmaq azadlığının əhatə dairəsindən kənarda qalırlar, çünki “işçi” deyillər və yalnız dini funksiya daşıyırlar və onların Kilsə ilə münasibətləri iş müqaviləsinə əsaslamır.
126. Nəhayət o bildirir ki, hazırki işdə olduğu kimi mübahisənin faktlarının dini xarakterli olduğu hallarda, müdaxilə dini icmaların maraqları ilə fərdin Konvensiyanın 8-12-ci maddələrinə əsasən istinad etdiyi maraqlarını müqayisə edən proporsionallıq testinə əsasən yoxlanıla bilməz, çünki həmin maddələr fərdlərin könüllü olaraq həyata keçirməkdən imtina etdiyi hüquqları təsbit edir.
8. Becket Fondu və Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxaq Mərkəz Qeyri-Hökumət təşkilatları
127. Bu təşkilatlar ABŞ Ali Məhkəməsinin dini qurumların avtonomluğu ilə bağlı yurisprudensiyasına istinad edirlər. National Labor Relations Board v. Catholic Bishop of Chicago (440 U.S. 490 (1979)) işində, Ali Məhkəmə hesab etmişdi ki, yerli orqanlar Katolik məktəblərindəki müəllimlərin həmkarlar ittifaqını tanıyaraq, yepiskopun fikrini diqqətə almaya bilməzdi, çünki belə bir tanıma dini qurumların avtonom fəaliyətinə müdaxilə olar. Hosanna‑Tabor Evangelical Lutheran Church and School v. Equal Employment Opportunity Commission (no. 10-553 (2012)) işində Ali Məhkəmə “keşiş istisnası” doktrinasının tətbiq etmiş və hesab etmişdi ki, əmək qanunvericiliyinin müddəaları dini qurumların istər ruhani, istərsə də qeyri-ruhani işçilərinə tətbiq olunmur.
128. Hər iki təşkilat bildirir ki, ABŞ Ali Məhkəməsinin mövqeyi Avropa Məhkəməsinin dini icmaların ruhanilərlə münasibətlərində avtonomluğu prinsipinin müdafiəsi ilə bağlı mövqeyi ilə üst-üstə düşür. Beləliklə, Palata bu mövqedən uzaqlaşmaqda səhv etmişdir və bu səhv dini avtonomluğa mənfi təsir edə bilər. Belə ki, Palata qərarı qüvvədə qalarsa, Dövlət dini icmalar və onların üzvləri arasındakı mübahisələrlə bağlı qərar verməli olar.
D. Böyük Palatanın dəyərləndirməsi
129. Hökumət soruşur ki, Konvensiyann 11-ci maddəsi ruhanilərə tətbiq olunurmu? Böyük Palata hesab edir ki, bu sualın cavabı işin mahiyyəti ilə bağlı araşdırmanın bir hissəsidir və bu səbəbdən, sualı aşağıda araşdırcaqdır.
1. Ümumi prinsiplər
(a) Həmkarlar ittifaqları təsis etmək hüququ
130. Məhkəmə müşahidə edir ki, beynəlxlaq əmək qanunvericiliyinin inkişafı nəzərə alınarsa, həmkarlar ittifaqı azadlığı işçi və işverən arasındakı sosial dialoqun əsas elementi və bu səbəbdən, sosial harmoniya və ədalət əldə etməyin əsas vasitəsidir.
131. Məhkəmə daha sonra təkrar edir ki, Konvensiyanın 11-ci maddəsi həmkarlar ittifaqı azadlığını birləşmək azadlığının xüsusi bir aspekti kimi təqdim edir və bu maddənin əsas məqsədinin fərdi, təsbit olunan hüququn həyata keçirilməsinə dövlət orqanlarının özbaşına müdaxiləsindən qorumaq olsa da, bu hüquqlardan səmərəli şəkildə istifadə etməyi təmin etmək üçün Dövlətin üzərinə pozitiv öhdəliklər də qoya bilər (bax: Demir and Baykara v. Turkey [GC], no. 34503/97, §§ 109 və 110, ECHR 2008).
132. Konvensiyanın 11-ci maddəsinə əsasən, Dövlətin neqativ və pozitiv öhdəlikləri arasındakı sərhəd dəqiq deyildir. Bununla belə, tətbiq olun bilən prinsiplər oxşardır. İş istər Dövlətin pozitiv vəzifəsi, istərsə də dövlət orqanlarının müdaxiləsi baxımından araşdırılsın, tətbiq olunmalı meyar mahiyyətcə fərqli deyildir. Hər iki kontekstdə fərdin və bütövlükdə cəmiyyətin maraqları arasında ədalətli tarazlığına qorunmasına diqqət edilməlidir.
133. Əmək qüvvəsi və menecmentin maraqları arasında tarazlığın əldə olunmasındakı sosial və siyası məsələlərin həssas xarakteri nəzərə alınaraq, və bu sahədə yerli sistemlər arasındakı böyük fərqlər səbəbindən, Üzv Dövlətlər həmkarlar ittifaqı azadlığı və ittifaq üzvlərinin məşğuliyyətlə bağlı maraqlarının necə təmin olunması məsələsində geniş mülahizə səlahiyyətinə malikdir. (bax: Sørensen and Rasmussen v. Denmark [BP], no. 52562/99 və 52620/99, § 58, ECHR 2006‑I).
134. Konvensiyanın 11-ci maddəsi həmkarlar ittifaqının üzvlərinə onların hüquqları ilə bağlı məsələlərdə ittifaqın fikirlərin dinlənilməsi hüququnu təmin edir, lakin Dövlət tərəfindən hər hansı özəl davranışa təminat vermir. Konvensiyanın tələbi, daxili qanunvericiliyə əsasən, həmkarlar ittifaqlarının Maddə 11-də göstərilən şərtlərdən fərqlənməyən şərtlərdə üzvlərinin maraqlarının müdafiəsi üçün mübarizə apara bilməsidir (bax: National Union of Belgian Police v. Belgium, 27 oktyabr 1975, §§ 38 və 39, Series A no. 19, və Swedish Engine Drivers’ Union v. Sweden, 6 fevral 1976, §§ 39-40, Series A no. 20).
135. Öz yurisprudensiyası vasitəsilə Məhkəmə təşkilatlanmaq, o cümlədən, həmkarlar ittifaqı təsis etmək və ya ona qoşulmaq hüququ, həmkarlar ittifaqı inhisarı sazişlərinin qadağan olunması və həmkarlar ittifaqının üzvləri adından demək istədiklərini işverənin dinləməsinə nail olmaq üçün çalışması hüququnun qeyri-tam siyahısını yaratmışdır. Məhkəmə bu yaxınlarda əmək münasibətlərindəki yenilikləri nəzərə alaraq, hesab etmişdir ki, çox spesifik hallar istsna olmaqla, işverənlə kollektiv şəkildə danışıqlar aparmaq, prinsipcə, maraqların müdafiəsi üçün həmkarlar ittifaqları yaratmaq və ya ona qoşulmaq hüququnun əsas elementlərindən biridir (bax: yuxarıda istinad edilən Demir and Baykara, §§ 145 və 154).
(b) Dini qurumların avtonomluğu
136. Məhkəmə təkrar edir ki, bütün dünyada dini icmalar ənənəvi olaraq təşkilatlnmış formada fəaliyyət göstərir. Dini icmanın təşkili məsələsindən söhbət gedəndə, Konvensiyanın 9-cu maddəsi təşkilatların Dövlətin müdaxiləsindən müdafiəsinə təminat verən Maddə 11-in işığında təfsir olunmalıdır. Bu perspektivdən baxıldığında inanların din azadlığı bu icmanın Dövlətin müdaxiləsindən azad bir şəkildə fəaliyyət göstərməsinə imkan verilməsi gözləntisini də əhatə edir. Dini icmaların avtonomluğu demokratik cəmiyyətdə pluralism üçün vacibdir və Maddə 9-un verdiyi təminatın mərkəzindədir. Bu, yalnız dini icmaların təşkilatlanması deyil, həm də onların bütün aktiv üzvləri tərəfindən din azadlığının səmərəli şəkildə həyata keçirilməsi ilə birbaşa olaraq bağlıdır. Maddə 9 icmanın təşkilati həyatına təminat verməsə idi, fərdin din azadlığının bütün digər aspektləri təhlükə altında olardı (bax: Hasan and Chaush v. Bulgaria [BP], no. 30985/96, § 62, ECHR 2000-XI; Metropolitan Church of Bessarabia and Others v. Moldova, no. 45701/99, § 118, ECHR 2001-XII; və Holy Synod of the Bulgarian Pravoslav Kilsəsi (Metropolitan Inokentiy) and Others v. Bulgaria, no. 412/03 və 35677/04, § 103, 22 yanvar 2009).
137. Avtonomluq prinsipinə əsasən, Dövlət dini icmanı yeni üzvlər qəbul etməyə və ya hər hansı üzvü üzvlükdən çıxarmağa məcbur edə bilməz. Bənzər şəkildə, Konvensiyanın 9-cu maddəsi bir dini qurumun nəznində müxalifət hüququna təminat vermir; doktrina və ya dini icmanın təşkilati məsələləri ilə bağlı icma ilə onun üzvləri arasında narazılıq halında, fərdlərin din azalığı hüququ, həmin dini icmanı tərk etmək vasitəsilə həyata keçirilir (bax: Miroļubovs and Others v. Latvia, no. 798/05, § 80, 15 sentyabr 2009).
138. Nəhayət, demokratik cəmiyyətdə fikirlərin çox müxtəlif olduğu Dövlət və dinlər arasındakı münasibətlərlə bağlı məsələlərdə milli qərarverici orqanların roluna xüsusi əhəmiyyət verilməlidir (bax: Leyla Şahin v. Turkey [BP], no. 44774/98, § 109, ECHR 2005-XI). Bu, xüsusilə Avropa Dövlətlərindəki təcrübənin Dövlət və dini məzhəblər arasındakı münasibətləri tənzimləyən konstitusiya modelləri arasında çox böyük fərqliliklərin olması ilə xarakterizə olunması səbəbilə, əhəmiyyətlidir.
2. Yuxarıdakı prinsiplərin hazırki işə tətbiqi
139. Məhkəmə, ruhani statusları səbəbi ilə Ərizəçi ittifaqın üzvlərinin Konvensiyanın 11-ci maddəsinə istinad etmək hüquqlarının olub-olmamasını və belə hüquqları varsa, ittifaqı qeydiyyata almaqdan imtina qərarının onların birləşmək azadlığının mahiyyətinə zərər vurub-vurmadığını araşdırcaqdır.
(a) 11-ci maddənin işin hallarına tətbiqi
140. Ərizəçi ittifaqın üzvlərinin həmkarlar ittifaqı təsis etmək hüququnun olub-olmaması məsələsi onlara Maddə 11-in tətbiq olunub-olunmaması sualını qaldırır. Bu məsələ ilə bağlı, Böyük Palata ruhanilərin vəzifələrini yepiskopun başçılığı altında yerinə yetriməsi və bu səbəbdən əmək qanunvericiliyinin əhatə dairəsinə düşmədiklərinə görə, Konvensiyanın 11-ci maddəsinin də əhatə dairəsindən kənarda qalmalı olduğunu iddia edən Hökumətin fikri ilə razılaşmır.
141. İttifaq üzvləri ilə Kilsə iyerarxiyası arasında keşişlərin vəzifələrinin xarakteri ilə bağlı mübahisəni həll etmək Məhkəmənin vəzifəsi deyildir. Burada qalxan yeganə sual bu vəzifələrin, spesifik xüsusiyyətlərinə baxmayaraq, 11-ci maddə baxımından həmkarlar ittifaqı təsis etmək hüququnun tətbiq olunmasına səbəb olan iş münasibətləri olub-olmamasıdır.
142. Bu sualı cavablamaq üçün, Böyük Palata müvafiq beynəlxalq sənədlərdə nəzərdə tutulan meyarları tətbiq edəcəkdir (bax: mutatis mutandis, yuxarıda istinad edilən Demir and Baykara, § 85). Bununla bağlı, Məhkəmə qeyd edir ki, iş münasibətləri ilə bağlı 198 saylı Rekomendasiyada (bax: yuxarıdakı paraqraf 57), Ümumdünya Əmək Təşkilatı hesab edir ki, belə münasibətin mövcudluğunun müəyyən edilməsi ilkin olaraq, tərəflər arasında razılaşdırlmış müqavilədə və ya hər hansı başqa formada fərqli şəkildə xarakterizə edilməsindən asılı olmayaraq, işin yerinə yetirilməsi və işçinin məvacib alması faktına əsaslanmalıdır. Bundan əlavə, ÜƏT-in təşkilatlanmaq hüququ ilə bağlı əsas sənədi olan 87 saylı Konvensiyası (bax: yuxarıdakı paraqraf 56), 2-ci maddəsində nəzərdə tutur ki, “işçilər və işverənlər heç bir fərq qoyulmadan” öz seçimləri ilə hər hansı təşkilatı təsis etmək hüquqları vardır. Nəhayət, Şuranın 78/2000/EC saylı Direktivi (bax: yuxarıdakı paraqraf 60) işverənlərə yüksək dərəcədə sədaqətin olmasını qəbul edir və vurğulayır ki, bu birləşmək azadlığını, xüsusilə həmkarlar ittifaqı təsis etmək hüququna zərər vurmamalıdır.
143. Yuxarıdakılar nəzərə alınaraq, Məhkəmə müşahidə edir ki, həmkarlar ittifaqı üzvlərinin yerinə yetirdikləri vəzifələr iş münasibətlərinin xüsusiyyətlərinin bir çoxunu daşıyır. Məsələn, onlar fəaliyyətlərini hüquq və vəzifələrini müəyyən edən təyinat qərarı əsasında həyata keçirirlər. Yepiskopun liderliyi və nəzarəti altında, onlar tapşırılan vəzifələri yerinə yetirirlər; dini ritualları yerinə yetirməkdən və prixod üzvləri ilə əlaqə saxlamaqdan əlavə, dini təhsil vermək və prixod əmlakının menecment ilə məşğul olurlar; ruhanilər həmçinin dini əşyaların satışından da məsuldurlar (bax: yuxarıdakı paraqraf 44). Bundan əlavə, yerli qanunvericilik Dövlət və yerli orqanların büdcələri tərəfindən maliyyələşdirilən müəyyən sayda ruhani və qeyri-ruhani postunu nəzərdə tutur, postu tutanların məvacibləri Təhsil Nazirliyi işçilərin maaşlarına nəzərən müəyyən olunur (bax: yuxarıdakı 30 və sonrakı paraqraflar). Rumın Pravoslav Kilsəsi işçilərin maaşlarına əsasən işverən ödəmələrini ödəyir və keşişlər gəlir vergisi ödəyir, milli sosial-müdafiə sisteminə ödəmələr edirlər və adi işçilərin yararlandığı sağlamlıq sığortası və qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda pensiya və ya işsizlik müavinəti kimi müavinətlərdən yararlanır.
144. Qəbul etmək olar ki, Hökumətin vurğuladığı kimi, ruhani işçilərin işinin özəlliyi onun həm də dini məqsəd daşıdığı və müəyyən dərəcədə avtonom olan kilsələrdə yerinə yetirilməsidir. Nəticədə, ruhanilər hər keşişin şəxsən öhdəsinə götürdüyü, geri götürülə bilməyən yüksək dərəcədə sədaqətlilik öhdəliyi kimi xüsusi xarakterli öhdəliklər daşıyırlar. Bu səbəbdən, tam dini faliyyətlə daha çox maliyyə xarakterli fəaliyyətin dəqiq şəkildə fərqləndirilməsi çətin ola bilər.
145. Bununla belə, müəyyənləşdirilməli olan məsələ belə özəlliklərin keşişlər və Kilsə arasında münasibətləri 11-ci maddənin müdafiə dairəsindən kənarda qoymaq üçün yetərli olub-olmamasıdır. Bununla bağlı Məhkəmə təkrar edir ki, 11-ci maddənin 1-ci bəndi həmkarlar ittifaqı azadlığını birləşmək azadlığının bir forması, xüsusi bir aspektini təqdim edir və 2-ci bəndi heç bir məşğuliyyət qrupunu bu maddənin müdafiəsindən kənarlaşdırmır. Bundan başqa, milli orqanlar 11-ci maddənin 2-ci bəndinə uyğun olaraq, işçilərin bəzilərinə “qanuni məhdudiyyətlər” qoymaq səlahiyyətinə malikdir (bax: Tüm Haber Sen and Çınar v. Turkey, no. 28602/95, §§ 28 və 29, ECHR 2006‑II). Bundan əlavə, polis və ya dövlət qulluğu kimi məşğuliyyət qrupları da eyni şəkildə xüsusi məhdudiyyətlərə tabedir və sədaqət öhdəliyi daşıyır, lakin bu sahədəki işçilərin təşkilatlanmaq hüququ mübahisələndirilmir (bax:, məsələn, yuxarıda istinad edilən National Union of Belgian Police, § 40, və Demir and Baykara, § 107).
146. Bundan əlavə, Rumın Provaslav keşişlərinin Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan hüquqlarından imtina etdiyi fərz edilsə belə, Məhkəmə müşahidə edir ki, hazırki işdə heç bir şey Ərizəçi ittifaqın vəzifələrini müəyyən edərkən hər hansı hüquqdan imtina etdiyini göstərmir.
147. Məhkəmə daha sonra qeyd edir ki, yerli məhkəmələr Rumın Pravoslav Kilsəsinin keşiş və qeyri-ruhani işçilərinin həmkarlar ittifaqı yaratmaq hüququnu açıq şəkildə tanımışdır (bax: yuxarıdakı paraqraf 46 və 49).
148. Bütün bu amilləri nəzərər alaraq, Məhkəmə hesab edir ki, müəyyən özəllikləri olsa belə, keşişlər vəzifələrini iş münasibətləri çərçivəsində həyata keçirirlər və Konvensiyanın 11-ci maddəsinin əhatə dairəsinə düşürlər. Maddə 11 bu səbəbdən hazırki işin hallarına tətbiq edilir.
149. Böyük Palata tərəflərin fikri ilə razıdır ki, Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina edilməsi cavabdeh Dövlətin Konvensiyanın 11-ci maddəsinin təsbit etdiyi hüquqların həyata keçirilməsinə müdaxiləsidir.
150. Bu müdaxilə “qanunla nəzərdə tutulmuş” deyilsə, bir və ya daha çox legitim məqsəd daşımırsa, və ya qarşıya qoyulan məqsədə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri” deyilsə, 11-ci maddənin 2-ci bəndinə uyğun olmayacaqdır.
(b) Müdaxilənin “qanunla nəzərdə tutulmuş” olması və bir və ya daha çox legitim məqsəd daşıması barədə
151. Tərəflər müdaxilənin Rumın Pravoslav Kilsəsinin Nizamnaməsinin müddəalarına əsasən həyata keçirilməsi məsələsində bir-biri ilə razıdırlar. Bununla belə, tərəflərin fikirləri müdaxilənin “qanunla nəzərdə tutulmuş” olması ilə bağlı üst-üstə düşmür.
152. Ərizəçi ittifaq bildirir ki, müdaxilənin daxili qanunvericilikdə hüquqi bazası yoxdur çünki, Kilsə Nizamnaməsi institusional akt olmadığına görə, həmkarlar ittifaqı hüququna təminat verən Konstitusiya müddəalarından üstün ola bilməz. Hökumət bu arqumenti qəbul etmir və bildirir ki, Nizamnamə Hökumət Fərmanı ilə təsdiq olunduğundan, o daxili qanunvericiliyin tərkib hissəsidir.
153. Məhkəmə təkrar edir ki, yurisprudensiyaya əsasən, “qanunla nəzərdə tutulmuş” ifadəsi yalnız müdaxilənin yerli qanunvercilikdə göstərilməsini tələb etmir, həm də həmin qanunun keyfiyyətinə, yəni qanunun şəxs üçün çatımlılığı və nəticəsinin öngörülə bilənliliyinə istinad edir (bax: Rotaru v. Romania [BP], no. 28341/95, § 52, ECHR 2000‑V). Məhkəmə daha sonra xatırladır ki, “qanunla nəzərdə tutulmuş” ifadəsi ilk öncə ölkədaxili qanunvericiliyə istinad edir və prinsipcə, “ikinci dərəcəli qanunvericiliyin” qanuniliyini yoxlamaq Məhkəmənin vəzifəsi deyildir və bu, ilkin olaraq ölkədaxili məhkəmələrin vəzifəsdir (bax: Campbell v. the United Kingdom, 25 mart 1992, § 37, Series A no. 233).
154. Hazırki işdə Məhkəmə müşahidə edir ki, nə Konstitusiya, nə Həmkarlar ittifaqları haqqında, nə Din azadlığı haqqında Qanun, nə Kilsənin Nizamnaməsi açıq şəkildə keşişlərə və ya Kilsənin qeyri-ruhani üzvlərinə həmkarlar ittifaqları təsis etməyi qadağan etmir. Yerli məhkəmələr bu müdaxiləni Kilsə assosiasiya və fondlarının yaradılmasının Müqəddəs Sinodun preroqativi olduğunu və keşişlərin hər hansı assosiayada iştirakı üçün arxiyepiskopun icazəsinin tələb olunduğunu nəzərdə tutan Kilsə Nizamnaməsinə istinad etmişlər.
155. Məhkəmə qeyd edir ki, yuxarıdakı müddəaların çatımlılığı və öngörülə bilənliyi burda mübahisələndirilmir. Ərizəçi ittifaqın üzvləri Nizamnamənin həmin müddəalarından xəbərdar olmalarını və ya arxiyepiskopun icazəsinin olmamasına görə Kilsənin ittifaqın qeydiyyatına etiraz etməsini mübahisələndirmirlər. Onlar bildirirlər ki, arxiyepiskopun icazəsini almaq üçün müraciət etmişlər, lakin Müqəddəs Sinodun müdaxiləsinin ardında icazə verilməkdən imtina edilmişdir.
156. Ərizəçi ittifaqın əsas arqumenti, yəni Kilsə Nizamnaməsinin Hökumət tərəfindən təsdiq edilməsinə baxmayaraq, onun müddəalarının Konstitusiyadan üstün olmaması fikri ilə bağlı Böyük Palata hesab edir ki, bu yerli qanunvericliyin Konstitusiyaya və normaların iyerarxiyası qaydasına zidd olması səbəbilə qanunsuz olmasını iddia etmək deməkdir. Bununla belə, “ikinci dərəcəli qanunvericiliyin” qanuniliyi ilə bağlı bu arqumenti araşdırmaq Məhkəmənin vəzifəsi deyildir. Üzv Dövlətlərin ölkədaxili qanunvericliyin təfsiri vəzifəsi yerli məhkəmələrə aiddir (bax: digər işlərlə yanaşı, Rekvényi v. Hungary [BP], no. 25390/94, § 35, ECHR 1999‑III). Bununla bağlı vurğulanmalıdır ki, son məhkəmə instansiyası olan Regional Məhkəmə 54/2003 saylı Qanuna əsasən, daxili qaydaların Konstitusiya və ya digər qanunlara zidd olan hər hansı müddəa nəzərdə tuta bilməməsini elan etmişdir. Birinci İnstansiya Məhkəməsindən fərqli olaraq, Regional Məhkəmə arxiyepiskopun icazəsi olmadan həmkarlar ittifaqı təsis etməyə qoyulan qadağanın Konstitusiyaya uyğun olması məsələsini araşdırmamışdır. Bununla belə, Məhkəmə hesab edir ki, Regional Məhkəmə qərarında Kilsə Nizamnaməsinə əsaslandığından, Nizamnamənin qeyri-konstitusional olmadığını hesab etmişdir.
157. Beləliklə, Məhkəmə yerli məhkəmələr kimi, müdaxilənin qanunla, yəni Rumın Pravoslav Kilsəsi Nizamnaməsinin müvafiq müddəalarında nəzərdə tutulmuş olduğunu və bu müddəaların yurisprudensiyadakı “qanunilik” tələbinə cavab verdiyini qəbul etməyə hazırdır (bax:, mutatis mutandis, yuxarıda istinad edilmiş Miroļubovs and Others, § 78).
158. Nəhayət, Böyük Palata tərəflərlə müdaxilənin 11-ci maddənin 2-ci bəndinə əsasən legitim məqsəd, yəni başqalarının, xüsusilə Rumın Pravoslav Kilsəsinin hüquqlarının müdafiəsi məqsədi daşıması fikri ilə razılaşır. Palatadan fərqli olaraq, Böyük Palata ictimai qaydanın qorunması kimi əlavə məqsədin nəzərə alınmasına ehtiyac görmür.
(c) Müdaxilənin “demokratik cəmiyyətdə zəruri”liyi barədə
159. Məhkəmənin fikrincə, dini icmaların içərisində Konvensiya da daxil olmaqla, tətbiq olunan qanuna uyğun olaraq, birləşmək azadlığı və dini icmaların avtonomluğu qaydalarının hər ikisinə riayət olunmasını təmin etmək, yerli məhkəmələrin vəzifəsidir. Birləşmək azadlığı hüququna müdaxilələrlə bağlı, Konvensiyanın 9-cu maddəsindən belə çıxır ki, dini icmaların üzvlərinin avtonomluq prinsipinə zidd olacaq hər hansı kollektiv fəaliyyətləri ilə bağlı öz fikrinə malik olmaq hüquqları vardır və yerli məhkəmələr bu fikrə hörmət etməlidir. Bununla belə, dini icmaların avtonomluğuna actual və ya potensial təhlükə olması barədə sadə bir iddia üzvlərin həmkarlar ittifaqı hüququna müdaxilənin Konvensiyanın 11-ci maddəsinin tələblərinə uyğun olduğu demək deyildir. Dini icma, baxılan işin konkret hallarında iddia olunan təhlükə riskinin real və əsaslı olduğunu və birləşmək azadlığına müdaxilənin həmin riski aradan qaldırmaq üçün lazım olan həddən artıq olmadığını və dini icmaların avtonomluğunun həyata keçirilməsi ilə əlaqədar olmayan hər hansı məqsəd daşımadığını sübut etməlidir. Ölkə məhkəmələri işin hallarının ciddi şəkildə araşdıraraq və qarşı-qarşıya olan maraqların tarazlaşdırılması vasitəsilə bu tələblərə əməl olunmasına əmin olmalıdır (bax:, mutatis mutandis, Schüth v. Germany, no. 1620/03, § 67, ECHR 2010, və Siebenhaar v. Germany, no. 18136/02, § 45, 3 fevral 2011).
160. Dövlət bir qayda olaraq, hazırki işlərə bənzər işlərdə geniş mülahizə səlahiyyətinə malik olsa da, aralarında konflik olan maraqlar arasında tarazlaşdırmanın lazım olduğu hallarda (bax:, mutatis mutandis, Evans v. the United Kingdom [BP], no. 6339/05, § 77, ECHR 2007‑I), şikayət ərizəsinin nəticəsi, prinsipcə, Məhkəməyə edilən şikayətin birləşmək azadlığı məhdudlaşdırılmış şəxs tərəfindən Konvensiyanın 11-ci maddəsinə əsasən, yoxsa dini icma tərəfindən 9-cu maddəyə əsasən avtonomluq hüququnun pozulması ilə bağlı olmasından asılı olaraq dəyişə bilər.
161. Hazırki işdə əsas məsələ Ərizəçi ittifaqın qeydiyyatı ilə bağlıdır. İttifaqın qeydiyyatı məsələsini araşdırmaq səlahiyyəti olan məhkəmlər qarşısında qeydiyyata etiraz edən arxiyepiskop bildirmişdir ki, ittifaqın nizamnaməsində nəzərdə tutulan məqsədlər keşişlərin missiyaları və arxiyepiskop qarşısında üzərlərinə götürdükləri vəzifələrlə uyğun deyil. Arxiyepiskop bildirmişdir ki, Kilsə strukturunda bu tipli yeni qurumun yaranması dini məzhəblərin öz ənənələrinə uyğun olaraq təşkilatlanmaq hüququna ciddi zərər vuracaqdır və həmkarlar ittifaqının yaranması Kilsənin ənənəvi iyerarxiya strukturunu sarsıdacaqdır və bu səbəbdən, Ərizəçi ittifaqın iddia etdiyi həmkarlar ittifaqı azadlığını məhdudlaşdrımaq lazım idi.
162. Yerli məhkəmələr qarşısında Craiova Arxiyepiskopunun nümayəndələri tərəfindən irəli sürülən müxtəlif arqumentləri nəzərə alaraq Məhkəmə hesab edir ki, Regional Məhkəmənin Ərizəçi ittifaqın qeydiyyatına icazə verməyin həmin dini icmanın avtonomluğuna real təhlükə yaradacağı qənaətinə gəlməsi əsaslı idi.
163. Bununla bağlı Məhkəmə müşahidə edir ki, Rumıniyada bütün dini məzhəblərin öz daxili qaydalarını qəbul etmək hüquqları vardır və beləliklə, fəaliyyətləri, işəgötürmə və ruhanilərlə münasibətlər ilə bağlı öz qərarlarını verməkdə azaddırlar (bax: yuxarıdakı paraqraf 29). Dini icmaların avtonomluğu prinsipi Rumın dövləti ilə Rumın Pravoslav Kilsəsi də daxil olmaqla ərazisində olan və tanıdığı dini icmaların münasibətinin əsas təməl taşıdır. Hökumətin bildirdiyi kimi Rumın Pravoslav ruhaniləri və beləliklə, Ərizəçi ittifaqın üzvləri olan keşişlər, vəzifələrini dini xidmət prinsipinə, yepiskopa və onun qərarlarına münasibətdə öhdəliklərinə əsasən həyata keçirirlər; Rumın Pravoslav Kilsəsi hazırki işdə qaldırılan məsələlər barədəki əmək qanunverciliyini Nizamnaməsinə daxil etməməyi seçmişdir, və bu seçim dini icmaların avtonomluğu prinsipinə uyğun olaraq, Hökumət tərəfindən təsdiq edilmişdir.
164. Ərizəçi ittifaqın nizamnaməsində göstərdiyi məqsədləri, xüsusilə təşəbbüs, rəqabət və söz azadlığını üzvləri arasında təşviq etmək, üzvlərindən birinin Müqəddəs Sinodda iştirak etməsini təmin etmək, arxiyepiskopdan illik maliyyə hesabatı tələb etmək, üzvlərinin maraqlarını müdafiə etmək üçün tətil kimi vasitələrdən istifadə etmək kimi məqsədləri nəzərə alınaraq, Məhkəmə dini icmaların avtonomluğu prinsipi işığında və Dövlətin dini icma avtonomluğunu təmin etmək üçün ittifaqı qeydiyyata almamaq qərarının əsaslandırılmamış olduğunu hesab etmir.
165. Bununla bağlı, Məhkəmə qeyd edir ki, o özü Dövlətin inanc və dini praktikalarının neytral və qərəzsiz təşkilatçısı rolunu tez-tez vurğulamışdır və bu rolun ictimai qaydaya, dini harmoniyaya və demokratik cəmiyyətdə, xüsusilə, müxalif qruplar arasında toleransa xidmət etdiyini bildirmişdir (bax:, digər qərarlarlayanaşı, yuxarıda istinad edilən Hasan and Chaush, cited above, § 78, və Leyla Şahin, § 107). Məhkəmə hazırki işdə yalnız bu mövqeyini təsdiqləyə bilər. Dövlətin dini icmaların avtonomluğuna hörmət prinsipini tanıması xüsusilə, Dövlətin bu icmaların öz qayda və maraqlarına uyğun olaraq, daxilində yaranan və onların həmrəyliyi, imajı və birliyinə təhlükə yaradacaq hər hansı müxalif hərəkata reaksiya vermək hüquqlarını qəbul etməsini də əhatə edir. Bu səbəbdən, dini icmalar və onların içərisində yarana biləcək müxtəlif müxalif fikirli hərəkatlar arasında arbitrlik etmək dövlət orqanlarının vəzifəsi deyildir.
166. Sərəncamında olan məlumatları nəzərə alaraq, Məhkəmə Ərizəçi ittifaqın qeydiyyatından imtina etməsində Hökumətin fikri ilə razıdır. Dövlət sadəcə olaraq, Konvensiyanın 9-cu maddəsinə əsasən neytrallıq vəzifəsinə sadiq olaraq, Rumın Pravoslav Kilsəsinin təşkilatı və fəaliyyətinə müdaxilə etməkdən yayınmışdır. Bundan sonra ittifaqın qeydiyyyata alınma xahişini rədd edən Regional Məhkəmənin araşdırması zamanı qeydiyyatdan imtinanın demokratik cəmiyyətdə zəruriliyi tələbinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək qalır (bax: yuxarıdakı paraqraf 159 above).
167. Palata üzvlərinin böyük əksəriyyəti bu suala mənfi cavab vermişdir. Onlar hesab etmişlər ki, Regional Məhkəmə müvafiq amillərin hamısını nəzərə almamış və həmkarlar ittifaqının qeydiyyata alınmasından imtinanı Kilsənin Nizamnaməsinin müddəalarına, yəni sırf dini səbəblərə əsaslandırmışdır (bax: Palata qərarının 77 və sonrakı paraqrafları).
168. Böyük Palata bu nəticə ilə razılaşmır. O hesab edir ki, Regional Məhkəmə Ərizəçi ittifaqı üzvlərin təşkilat yaratmaq üçün nəzərdə tutulan xüsusi prosedura əməl etmədiklərinə görə qeydiyyat ərizəsinin Kilsə Nizamnaməsinə zidd olmasını qeyd edərək təşkilatı qeydiyyata almaqdan imtina etmişdir. Böyük Palata bildirir ki, belə bir mövqedən çıxış edərkən Regional Məhkəmə sadəcə olaraq, dini icmaların avtonomluğu prinsipini tətbiq etmişdir; onun Ərizəçi ittifaqı arxiyepiskopun icazəsini almaq tələbinə riayət olunmadığı üçün qeydiyyata almaqdan imtinası həmin dini icmanın öz təşkilati məsələləri ilə bağlı qərarlar qəbul etmək və Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərmək hüququnun birbaşa nəticəsidir.
169. Bundan əlavə, Ərizəçi ittifaq arxiyepiskopdan rəsmi icazə istəməməsini əsaslandıra bilməmişdir. Bununla belə, ölkədaxili məhkəmələr bu səhlənkarlıqla bağlı ölçü götürmüş, Craiova Arxiyepiskopunun rəyini almış və işə onun gətirdiyi əsasları araşdıraraq baxmışdır. Regional Məhkəmə Craiova Arxiyepiskopunun əsaslarını təsdiq etmiş və bu nəticəyə gəlmişdir ki, əgər həmkarlar ittifaqının təsisinə icazə versə, Kilsə Nizamnaməsində nəzərdə tutulan məşvərətçi və qərarverici orqanlar Kilsə ənənələrinə və məşvərət və qərar qəbuletmə ilə bağlı kanon hüquq normalarına tabe olmayan yeni bir orqanla– həmkarlar ittifaqı ilə– əvəz olunar və ya onunla birgə işləməyə məcbur olar. Məhkəmənin apardığı analiz göstərir ki, Kilsənin iddia etdiyi təhlükə ağlabatan və əsaslı idi və onların gətirdiyi səbəblər həmin dini icmanın avtonomluğunun həyata keçirilməsi ilə əlaqəli olmayan hər hansı başqa məqsədə xidmət etmir və Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina bu təhlükəni aradan qaldırmaq üçün lazım olan həddən artıq olmamışdır.
170. Ümumi olaraq, Məhkəmə bildirir ki, Rumın Pravoslav Kilsəsinin Nizamnaməsi ruhani üzvlərinə öz hüquq və legitim maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqları yaratmağı tamamilə qadağan etmir. Beləliklə, Ərizəçi ittifaqın üzvlərinə Konvensiyanın 11-ci maddəsinə əsasən təmin olunan hüquqlarından istifadə edərək, Kilsə Nizamnaməsinə zidd olmayan məqsədlərlə və Kilsənin ənənəvi iyerarxiyasını və qərarvermə prosedurunu mübahisələndirmədən təşkilat yaratmasına heç nə mane olmur. Məhkəmə qeyd edir ki, Ərizəçi ittifaqın üzvləri Rumın Pravoslav Kilsəsi nəznində mövcud olan və Kilsə Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli orqanların icazəsini almış hər hansı təşkilata da qoşula bilərlər. (bax: yuxarıdakı paraqraf 52).
171. Nəhayət, Məhkəmə Avropada Dövlət və dini məzhəblər arasındakı münasibətləri tənzimləyən çox fərqli konstitusion modellərin olduğunu nəzərə alır. Məsələ ilə bağlı Avropa konsensusunun olmadığını nəzərə alaraq, (bax: yuxarısakı paraqraf 61), Məhkəmə hesab edir ki, Dövlət bu sahədə dini icmaların daxilindəki həmkarlar ittifaqlarını tanıyıb-tanımamaq barədə qərar verilməsi və belə icmaların avtonomluğununun həyata keçirilməsi üçün lazım olan tədbirlərin görulməsini də ehtiva edən geniş mülahizə səlahiyyətinə malikdir.
172. Nəticə olaraq, qərarında göstərdiyi əsaslar nəzərə alınaraq, Regional Məhkəmənin Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina etməsi bu sahədə ölkədaxili orqanlara tanınan mülahizə səlahiyyəti həddini aşmamışdır və bu səbəbdən, qeyri-proporsional deyildir.
173. Beləliklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verməmişdir.
BU ƏSASLARLA, MƏHKƏMƏ
1. Hesab edir ki, Hökumət ərizənin anonimliyi ilə bağlı məsələ qaldırmaq hüququnu itirmişdir (yekdilliklə);
2. Hesab edir ki, Ərizəçi ittifaq Palata qərarının çıxarılmasından əvvəl baş verən hadisələrlə bağlı Konvensiyanın 34-cü maddəsinin pozuntusunu iddia etmək hüququnu itirmişdir və həmin tarixdən sonrakı hadisələrlə bağlı, cavabdeh Dövlət Konvensiyanın 34-cü maddəsinə əsasən öhdəliklərini pozmamışdır (yekdilliklə);
3. Hesab edir ki, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verməmişdir (on bir səsə qarşı altı səs).
İngilis və fransız dillərində hazırlanmış və 9 iyul 2013-cü ildə Strazburqda İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında elan edilmişdir.
Michael O’BoyleDean Spielmann
Katib Müavini Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, bu qərara aşağıdakı xüsusi rəylər əlavə olunmuşdur:
(a) Hakim Wojtyczekin razılaşma rəyi;
(b) Hakimlər Spielmann, Villiger, López Guerra, Bianku, Møse və Jäderblomun birgə fərqli rəyi.
D.S.
M.O’B.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Bosniya və Heseqovina, Estoniya, Gürcüstan, Macarıstan, Moldova Respublikası, Çernoqoriya, Irlandiya, “Makedoniya keçmiş Yuqoslaviya Respublikası”, Latviya, Litva, Almaniya, Yunanıstan, İspaniya, Portuqaliya, Italiya, Polşa, Sloveniya, Fransa və bəzi İsveçrə kantonları.
[2] Finlandiya, Bolqarıstan, Slovakiya, Ukrayna, Belçika, Avstriya, Rusiya, Türkiyə, Luksemburq, İsveç və bəzi İsveçrə kantonları.
[3] Belçika, Hollandiya və Böyük Britaniya.
Full & Egal Universal Law Academy