© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat qeydi No. 165
İyul 2013
Sindicatul “Păstorulcel Bun” Rumıniyaya qarşı [BP] - 2330/09
Qərar 9.7.2013 [BP]
Maddə 11
Maddə 11-1
Birləşmək azadlığı
Keşişlərin həmkarlar ittifaqını dini icmanın avtonomluğu səbəbilə qeydiyyata almaqdan imtina: pozuntu yoxdur
Faktlar – 2008-ci ilin aprelində Rumın Pravoslav Kilsəsinin otuz beş ruhani və qeyri-ruhani üzvü həmkarlar ittifaqı təsis etmək qərarı verdilər. Seçilmiş prezident ittifaqa hüquqi şəxs statusu verilməsi və həmkarlar ittifaqları reyestrine daxil edilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etdi. Lakin arxiyepiskopun nümayəndəsi müraciətə etiraz etdi. İttfaqın nümayəndəsi müraciəti müdafiə etdi, prokurorluq da onu dəstəklədi. 2008-ci ilin mayında məhkəmə ittifaqın müraciətini qəbul etdi, onun hüquqi şəxs statusunu tanıdı və reyestrə daxil edilməsini əmr etdi. Arxiyepiskop qərardan appelyasiya şikayəti verdi. 2008-ci ilin iyulunda çıxardığı yekun qərarında regional məhkəmə şikayəti qəbul etdi, birinci instansiya məhkəməsinin qərarını ləğv etdi və mahiyyət üzrə, ittifaqın hüquqi şəxs statusu almaq və həmkarlar ittifaqları reyestrinə daxil edilməsi müraciətini rədd etdi.
31 yanvar 2012-ci il tarixli qərarında (bax: Məlumat qeydi 148) Məhkəmə Palatası beş səsə qarşı iki səslə 11-ci maddənin pozulduğunu elan etdi və bildirdi ki, müdaxilə “təxirəsalınmaz sosial ehtiyac”a və ağlabatan əsaslara söykənmirdi, həmkarlar ittifaqını qeydiyyata almaqdan imtina kimi ciddi bir tədbir qarşıya qoyulmuş məqsədə qeyri-proporsional və demokratik cəmiyyətdə qeyri-zəruri idi.
Hüquqi məsələlər – Maddə 11
(a) Tətbiqi – Həmkarlar ittifaqının üzvlərinin yerinə yetirdikləri iş və maaş alma qaydaları iş münasibətlərinin xarakterik xüsusiyyətlərini daşıyır. Bununla belə, ruhanilərin işlərinin, ruhani məqsəd və müəyyən dərəcədə avtonomluğa malik kilsədə yeinə yetirilməsi və Kilsəyə yüksək sədaqət öhdəliyi faktı kimi bir sıra özünəməxsus özəllikləri vardır. Bu səbəbdən, dini fəaliyyətlə daha çox maliyyə xarakterli fəaliyyət arasında dəqiq fərqləndirmə aparmaq çətin ola bilər. Lakin, özünəməxsusluğuna baxmayaraq, ruhanilər işlərini 11-ci maddənin əhatə dairəsinə düşən iş müqaviləsi çərçivəsində həyata keçirirlər və buna görə də 11-ci maddə hazırki işin hallarına tətbiq olunur.
(b) Mahiyyəti üzrə – Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina, müdaxilədir və Rumın Pravoslav Kilsəsi Nizamnaməsinə əsaslanır. Yerli məhkəmələr Nizamnamədən belə nəticə çıxarmışdı ki, Kilsə təşkilatları və fondlarının təsis edilməsi Müqəddəs Sinodun preroqatividir və keşişlərin hər hansı təşkilatda iştirak etməsi üçün arxiyepiskopun icazəsi lazımdır. Müdaxilənin məqsədi başqalarının, xüsusilə, Rumın Pravoslav Kilsəsinin hüquqlarının müdafiəsi idi.
Həmkarlar ittifaqının tanınmasına etdiyi etirazda irəli sürdüyü arqumentləri nəzərə alaraq, regional məhkəmənin ittifaqın qeydiyyata alınmasının dini icmanın avtonomluğuna ciddi təhlükə yaradacağı nəticəsinə gəlməsi əsaslıdır. Rumıniyada, bütün dini məzhəblərin öz daxili qaydalarını qəbul etmək hüquqları vardır və beləliklə, onlar fəaliyyətləri, işəgötürmə və ruhanilərlə münasibətlər ilə bağlı öz qərarlarını verməkdə azaddırlar. Dini icmaların avtonomluğu prinsipi Rumın dövləti ilə Rumın Pravoslav Kilsəsi də daxil olmaqla ərazisində olan və tanıdığı dini icmaların münasibətinin əsas təməl taşıdır. Rumın Pravoslav Kilsəsi hazırki işdə qaldırılan məsələlər barədəki əmək qanunverciliyini Nizamnaməsinə daxil etməməyi seçmişdir və bu seçim dini icmaların avtonomluğu prinsipinə uyğun olaraq, Hökumət tərəfindən təsdiq edilmişdir. Ərizəçi ittifaqın nizamnaməsində göstərilən, xüsusilə təşəbbüs, rəqabət və söz azadlığını üzvləri arasında təşviq etmək, üzvlərindən birinin Müqəddəs Sinodda iştirak etməsini təmin etmək, arxiyepiskopdan illik maliyyə hesabatı tələb etmək, üzvlərinin maraqlarını müdafiə etmək üçün tətil kimi vasitələrdən istifadə etmək kimi məqsədləri nəzərə alınaraq, Məhkəmə dini icmaların avtonomluğu prinsipi işığında və Dövlətin dini icma avtonomluğunu təmin etmək üçün ittifaqı qeydiyyata almamaq qərarının əsaslandırılmamış olduğunu hesab etmir. İttifaqı qeydiyyata almaqdan imtina etməklə, Dövlət sadəcə olaraq, Konvensiyanın 9-cu maddəsinə əsasən neytrallıq vəzifəsinə sadiq olaraq, Rumın Pravoslav Kilsəsinin təşkilatı və fəaliyyətinə müdaxilə etməkdən yayınmışdır.
Regional Məhkəmə Ərizəçi ittifaqı üzvlərin təşkilat yaratmaq üçün nəzərdə tutulan xüsusi prosedura əməl etmədiklərinə görə qeydiyyat ərizəsinin Kilsə Nizamnaməsinə zidd olmasını qeyd edərək təşkilatı qeydiyyata almaqdan imtina etmişdir. Regional Məhkəmə sadəcə olaraq, dini icmaların avtonomluğu prinsipini tətbiq etmişdir Regional Məhkəmə bu nəticəyə gəlmişdi ki, əgər həmkarlar ittifaqının təsisinə icazə versə, Kilsə Nizamnaməsində nəzərdə tutulan məşvərətçi və qərarverici orqanlar Kilsə ənənələrinə və məşvərət və qərar qəbuletmə ilə bağlı kanon hüquq normalarına tabe olmayan yeni bir orqanla– həmkarlar ittifaqı ilə– əvəz olunar və ya onunla birgə işləməyə məcbur olar. Məhkəmənin apardığı analiz göstərmişdi ki, Kilsənin iddia etdiyi təhlükə ağlabatan və əsaslı idi və onların gətirdiyi səbəblər həmin dini icmanın avtonomluğunun həyata keçirilməsi ilə əlaqəli olmayan hər hansı başqa məqsədə xidmət etmir və Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina bu təhlükəni aradan qaldırmaq üçün lazım olan həddən artıq olmamışdır.
Ümumi olaraq, Məhkəmə bildirir ki, Rumın Pravoslav Kilsəsinin Nizamnaməsi ruhani üzvlərinə öz hüquq və legitim maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqları yaratmağı tamamilə qadağan etmir. Beləliklə, Ərizəçi ittifaqın üzvlərinə Konvensiyanın 11-ci maddəsinə əsasən təmin olunan hüquqlarından istifadə edərək, Kilsə Nizamnaməsinə zidd olmayan məqsədlərlə və Kilsənin ənənəvi iyerarxiyasını və qərarvermə prosedurunu mübahisələndirmədən təşkilat yaratmasına heç nə mane olmur. Bundan əlavə, Ərizəçi ittifaqın üzvləri Rumın Pravoslav Kilsəsi nəznində mövcud olan və Kilsə Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli orqanların icazəsini almış hər hansı təşkilata da qoşula bilərlər.
Nəhayət, Məhkəmə Avropada Dövlət və dini məzhəblər arasındakı münasibətləri tənzimləyən çox fərqli konstitusion modellərin olduğunu nəzərə alır. Məsələ ilə bağlı Avropa konsensusunun olmadığını nəzərə alaraq, Məhkəmə hesab edir ki, Dövlət bu sahədə dini icmaların daxilindəki həmkarlar ittifaqlarını tanıyıb-tanımamaq barədə qərar verilməsi və belə icmaların avtonomluğununun həyata keçirilməsi üçün lazım olan tədbirlərin görulməsini də ehtiva edən geniş mülahizə səlahiyyətinə malikdir. Nəticə olaraq, qərarında göstərdiyi əsaslar nəzərə alınaraq, Regional Məhkəmənin Ərizəçi ittifaqı qeydiyyata almaqdan imtina etməsi bu sahədə ölkədaxili orqanlara tanınan mülahizə səlahiyyəti həddini aşmamışdır və bu səbəbdən, qeyri-proporsional deyildir.
Nəticə: pozuntu yoxdur (on bir səsə qarşı altı səs).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy