MƏHKƏMƏ (PLENUMU)
SPORRONQ VƏ LÖNROT İSVEÇƏ qarşı
(Ərizə no7151/75; 7152/75)
QƏRAR
STRASBURQ
23 sentyabr 1982-ci il
Sporronq və Lönrot işində,
Reqlamentin 48-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin plenumu:
Cənab J.VİARDA (G. WIARDA),sədr
CənabM.ZEKİA (M. ZEKIA),
CənabJ. KREMONA (J. CREMONA),
CənabTOR VİLHJALMSON (THÓR VILHJÁLMSSON),
CənabV. QANSHOF VAN DER MERŞ (W. GANSHOF VAN DER MEERSCH),
XanımD.BİNDŞEDLER-ROBERT (D. BINDSCHEDLER-ROBERT),
Cənab G.LAGERQREN (G. LAGERGREN),
CənabL.LİŞ (L. LIESCH),
CənabF.GÖLÇÜKLÜ (F. GÖLCÜKLÜ),
CənabF.MATŞER (F. MATSCHER),
CənabJ.PİNHAYRO FARİNHA (J. PINHEIRO FARINHA),
CənabE. QARSİA DE ENTERRÜA (E. GARCIA DE ENTERRÜA),
CənabL.-E. PETTİTİ (L.-E. PETTITI),
CənabB.UOLŞ (B. WALSH),
SerVincent EVANS (VincentEVANS),
Cənab R.MAKDONALD (R. MACDONALD),
CənabC.RUSSO (C. RUSSO),
CənabR.BERNHART (R. BERNHARDT),
CənabJ.GERSİNQ (J. GERSING),
eləcə də katib M.A.AYSEN (M.-A. EISSEN) və katib müavini H.PETZOLDdan(H. PETZOLD) ibarət tərkibdə 24 və 25 fevral, daha sonra 28 və 29 iyun 1982-ci ildə qapalı məşvərət keçirərək,
Aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1.Sporronq və Lönrot işi İsveç Krallığı hökuməti ("Hökumət") və İnsan Hüquqları üzrə Avropa Komissiyası ("Komissiya") tərəfindən Məhkəməyə təqdim edilmişdir. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın ("Konvensiya") 25-ci maddəsinə (mad.25) uyğun olaraq İsveç vətəndaşları cənab E.Sporronqunvarislərinin və xanım İ.M.Lönrotun 1975-ci ildə Komissiyaya təqdim etdiyiİsveçə qarşı iki ərizə (no 7151/75 və 7152/75) əsasında başlamışdır. Komissiya 12 oktyabr 1977-ci ildə ərizələri birləşdirmişdir.
2.Hökumətin ərizəsi və Komissiyanın vəsatəti müvafiq olaraq 10 və 16 mart 1981-ci ildə 32-ci maddənin 1-ci bəndinə və 47-ci maddəyə (mad. 32-1, mad. 47) uyğun olaraq üç ay müddətində Məhkəmənin katibinə təqdim edilmişdir. Hökumətin ərizəsində 13-cü maddənin (mad. 13) işin faktlarının işığında şərh və tətbiq edilməsi Məhkəmədən tələb edilir. Komissiyanın ərizəsində 44 və 48-ci maddələrə (mad. 44, mad. 48), eləcə də Məhkəmənin məcburedici yurisdiksiyasını qəbul edən İsveç Krallığının bəyannaməsinə (mad. 46) əsaslanılır; Ərizənin məqsədi cavabdeh Dövlətin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, 13, 14, 17 və 18-ci maddələrinə və 1 saylı Protokolunun 1-ci maddəsinə (mad. 6-1, mad. 13, mad. 14, mad. 17, mad. 18, P1-1) müvafiq olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsi barədə Məhkəmənin qərarını əldə etməkdir.
3.Yeddi hakimdən təşkil ediləcək palatanın tərkibinəex officioüzv olan isveçli hakim cənab G.Lagerqren (Konvensiyanın 43-cü maddəsi) (mad.43) və Məhkəmənin sədri cənab J.Viarda (Reqlamentin 21-ci maddəsinin 3b bəndi) daxil idi. 25 aprel 1981-ci ildə cənab J.Viarda katibin iştirakı ilə digər beş üzvü, yəni cənab R. Risdalı, cənab D.Evrigenisi, cənab F.Maçeri, cənab L.E.Pettitini və cənab M.Sörenseni püşkatma yolu ilə müəyyən etmişdir (Konvensiyanın 43-cü maddəsiin finevə Reqlamentin 21-ci maddəsinin 4-cü bəndi) (mad. 43).
4.Cənab Viarda Palatanın sədrliyini öz üzərinə götürmüşdür (Reqlamentin 21-ci maddəsinin 5-ci bəndi). Viarda keçiriləcək məhkəmə prosesi ilə əlaqədar Hökumət nümayəndəsinin, eləcə də Komissiya nümayəndələrinin fikirlərini katib vasitəsilə əldə etmişdir. Mayın 8-də Viarda qərar vermişdir ki, Hökumət nümayəndəsi öz müşahidələrini 1981-ciil avqustun 8-nə qədər təqdim edə bilər və katib bu müşahidələr haqqındaməlumat verdikdən etibarən iki ay ərzində Komissiya nümayəndələrionlara yazılı şəkildə cavab verə bilərlər.
İyulun 31-də Hökumət öz müşahidəsini katibə təqdim etmişdir. 15 sentyabrda Komissiyanın katibi Məhkəmə katibinə məlumat vermişdir ki, nümayəndələr həmin müşahidəyədinləmələr zamanı cavab verəcəklər və onlar xahiş edirlər ki, ərizəçilərin qeydləri barədə katibə məlumat vermək məqsədilə təyin edilmiş tarix oktyabrın 31-nə qədər təxirə salınsın. Məhkəmənin sədri 21 sentyabrda bu məsələ ilə bağlı razılıq vermişdir.
5.Cənab Sörensenin istefası və cənab Viardanın iştirak edə bilməməsi səbəbilə əvvəllər birinci və ikinci köməkçi hakim vəzifəsini tutan cənab Pinhayro Farinha və Qarsiya de Enterria Palatanın üzvükimi iştirak etmək üçün dəvət olunmuş (Reqlamentin 22-ci maddəsinin 1-ci bəndi) və cənab Risdal sədrlik vəzifəsini öz üzərinə götürmüşdür(21-ci maddənin 5-ci bəndi). Sentyabrın 24-də Reqlamentin 48-ci maddəsinə əsasənişin "Konvensiyanın (...), xüsusilə də 6 və 13-cü maddələrinin(mad. 6, mad. 13)"şərhi ilə bağlı ciddi suallar qaldırdığını nəzərə alaraq Palata Məhkəmə plenumunun xeyrinəsəlahiyyətlərindən dərhal imtina etməyə qərar vermişdir.
6.28 oktyabr 1981-ci ildə ərizəçilərin nümayəndəsinin yazılıqeydləri Komissiyanın katib müavini vasitəsilə Məhkəmə katibinə təqdim edilmişdir.
7.15 yanvar 1982-ci ildə Məhkəmə sədri katibin iştirakı ilə Hökumət nümayəndəsi və Komissiya nümayəndələri ilə məsvərət keçirdikdən sonra şifahi dinləmələrinbaşladılması tarixini fevralın 23-nə təyin etmişdir.
Fevralın 18-də Məhkəmə sədri Komissiyanın martın 3-də tərtib etmiş olduğu sənədi əldə etməyi katibə tapşırmışdır.
8.Dinləmələr fevralın 23-də Strazburqda İnsan Hüquqları Sarayında açıq qaydada keçirilmişdir. Məhkəmə ərəfə günü hazırlıq iclası keçirmişdir.
Dinləmələrdə aşağıdakı şəxslər iştirak etmişdir:
- Hökumətin adından
Cənab H.DANELİUS, səfir,
Xarici İşlər Nazirliyinin Hüquq və Konsulluq İdarəsinin direktoru, vəkil,
Cənab L.BEKMAN,Ədliyyə Nazirliyinin şöbə müdiri,
Cənab G.REQNER, Ədliyyə Nazirliyinin
Hüquqi işlər üzrə məsləhətçisi, məsləhətçi;
- Komissiyanın adından
Cənab J.FROVAYN,
Cənab T.OPSAL, nümayəndələr,
Xanım M.HERNMARK,
Cənab H.TULBERQ, Komissiya qarşısında ərizəçilərin məsləhətçisi,
nümayəndələrə kömək edən (Məhkəmə Reqlamentinin
29-cu maddəsinin 1-ci bəndinin ikinci cümləsi).
Məhkəmə Komissiyanı təmsil edən cənab Frovayn və xanım Hernmarkın, eləcə də Hökuməti təmsil edən cənab Daneliusun çıxışlarını və onların Məhkəmənin iki üzvünün suallarına verdikləri cavabları dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
9.Hər iki ərizəuzun müddətli milliləşmə icazəsininvə tikinti ilə bağlı qadağaların mülkiyyətçi qismində cənab Sporronqunvarislərinə və xanım Lönrota göstərdiyi təsirlər ilə bağlıdır.
A. Sporronq əmlakı
10. Hüquqi şəxs olan "Sporronq Əmlak"ın varisləri, cənab E.Sporronqun varisləri olan və Stokholmda və ya ətraf ərazilərdə yaşayan xanım M.Sporronq, cənab C.-O.Sporronq və xanım B.Atmerdən ibarətdir. Onlar Stokholmun mərkəzi ərazisində,Aşağı Normalmda yerləşən "Riddaren no 8" adlı daşınmaz əmlakın mülkiyyətçisidirlər. Orada 1860-cı illərdə tikilmiş bir bina ucalır. 1975-ci vergi ilində həmin daşınmaz əmlakın vergi dəyəri 600.000 İsveç kuronu təşkil edirdi.
1.Milliləşmə icazəsi
11.31 iyul 1956-cı ildə tikinti ilə bağlı 1947-ci il tarixli qanunun 44-cü maddəsinə əsasən (byggnadslagen - "1947-ci il qanunu") Hökumət Stokholm bələdiyyəsinə 164 daşınmaz əmlakdan ibarət bir ərazinin milliləşdirilməsinə (expropriationstillstånd) icazə vermişdir ki, onlardan biri Sporronqlara aid mülkdür. Şəhər bələdiyyəsi paytaxt mərkəzindəki ticari magistrallardan birini əhatə edəcək viyadük - körpü yol tikməyi planlaşdırırdı ki, bu körpü yolun bir sütünu da "Riddaren" adasında yerləşəcəkdı. Yeni memarlıq əsəri eninə doğru geniş bir boş sahə meydana gətirəcək və "Riddaren"in qalan hissəsi isə avtodayanacağa çevriləcəkdi.
Milliləşmə ilə bağlı 1917-ci il tarixli qanuna əsasən (expropriationslagen - "1917-ci il qanunu") Hökumət milliləşmənin həyata keçirilməsi üçün beş il müddət təyin etmişdir. Bu müddət başa çatmazdan əvvəl bələdiyyə kompensasiyaların müəyyənləşdirilməsi üçün mülkiyyətçiləri məhkəməyə çağırmalıdır, əks təqdirdə milliləşmə icazəsiqüvvədən düşür.
12. 1961-ci il iyul ayında şəhər bələdiyyəsinin müraciətinə əsasən Hökumət bu müddəti 1964-cü il iyulun 31-nə qədər uzatmışdır. Hökumətin qərarı "Riddaren no 8" də daxil olmaqla 138 daşınmaz əmlakı əhatə edirdi.Həmin dövrdə haqqında milliləşmə icazəsi verilmiş əmlaklarşəhərsalma layihəsinin (stadsplan) tələblərinə cavab vermirdi.
13. 2 aprel 1964-cü ildə Hökumət bələdiyyənin milliləşmə icazəsinin müddətinin uzadılması ilə bağlı müraciətini qəbul etmişdir. Bu icazə əvvəlcədən nəzərdə tutulmuş 164 əmlakdan aralarında "Riddaren no 8"-in də olduğu 120 əmlaka şamil edilmişdir. Milliləşmə icazəsi 31 iyul 1969-cu ilə qədər etibarli olmuşdur. Şəhər bələdiyyəsi Aşağı Normalmda "Cité 62" adlı ümumi yenidənqurma layihəsi hazırlamışdır. Bu layihəyədə şəxsi nəqliyyat vasitələrinin və piyadaların xeyrinə küçələrin genişləndirilməsinə üstünlük verilmişdir.
Gələcəkdə, Aşağı Normalm və Östermalm (şəhər mərkəzindəki başqa bir ərazi) ərazisi üçün "Cité 67" adlı dəyişiklik edilmiş ümumi yenidənqurma layihəsində daha yaxşı küçə şəbəkəsinin salınması hesabına ictimai nəqliyyatın yaxşılaşdırılmasının vacibliyi vurğulanmışdır. Ərazilərin bir qismi şosse yollarının genişləndirilməsinə xidmət edəcəkdi, lakin qəti qərardan öncə digər ərazi vahidlərinin istifadəsi ilə bağlı qərar qəbul etmək lazım idi. Hesab edilirdi ki, "Cité 62" layihəsi ilə oxşar cəhətlərə malikdəyişdirilmiş layihə 1985-ci ilədək həyata keçirilməlidir.
14. 1969-cu ilin iyul ayında bələdiyyə aralarında "Riddaren no 8" də olmaqla bəzi daşınmaz əmlaklar haqqındamilliləşmə icazəsinin müddətinin üçüncü dəfə uzadılmasını xahiş etmişdir. Bələdiyyə qeyd edirdi ki, "Cité 62" və "Cité 67"layihələrində ifadə edilən milliləşmə motivləri etibarlı olaraq qalır. 14 may 1971-ci ildə Hökumət kompensasiya məbləğinimüəyyən etməklə bağlı məhkəmə prosesinin başladılması üçün son tarixi 1979-cu il iyulun 31-nə, yəni müraciət edilən tarixdən etibarən 10 il sonraya təyin etmişdir.
1975-ci ilin may ayında bələdiyyə dəyişdirilmiş layihələri təqdim etmişdir. Bu layihələrə görə "Riddaren no 8"-in istifadəsi ilə bağlı nə dəyişiklik edilməli, nə də mövcud olan binaya toxunulmalı idi.
31 may 1979-cu ildə Hökumət bələdiyyənin müraciətinə cavab olaraq milliləşmə icazəsini ləğv etmişdir (aşağıda qeyd edilən 29-cu bənd).
15. « Sporronq Əmlak » heç vaxt öz daşınmaz əmlakını satışa çıxarmağa cəhd etməmişdir.
2. Tikintinin qadağan edilməsi
16. 1954-cü il iyunun 11-dən etibarən Stokholm İnzibati Ərazi Şurası "Riddaren no 8"-də tikinti işlərinin aparılmasına qadağa qoymuş və bunu layihələşdirilmiş körpü yolun və eninə olan boş sahənin bu tikintidən istifadəyə təsir göstərəcəyi ilə əsaslandırmışdır.Daha sonra Şuraqadağanın müddətini 1979-cu il iyulun 1-nə qədər uzatmışdır.
17. 1970-ci ildə Sporronq mülkünün varisləri giriş qapısını genişlətmək üçün qoyulan qadağa ilə bağlı istisnalardan istifadə etmişlər. Onlar heç vaxt başqa bir istisna hal üçün müraciət etməmişlər.
18. Nəticədə, "Riddaren no 8" ilə əlaqədar milliləşmə icazəsinin və tikinti ilə bağlı qadağanın müddəti müvafiq olaraq iyirmi üç və iyirmi beş ilə çatmışdır.
B. Xanım Lönrot
19. Xanım Lönrot Stokholmda yaşayır və Aşağı Normalm ərazisindəki "Barnhuset no 6"-da yerləşən 1887-1888-ci illərdə tikilmiş, biri küçəyə, digəri isə arxa tərəfə baxan iki binadan ibarət mülkün dörddə üçünün sahibidir. 1975-ci vergi ilində ərizəçiyə aid mülkün vergi dəyəri 862.500 İsveç kuronu təşkil edirdi.
1. Milliləşmə icazəsi
20. 24 sentyabr 1971-ci ildə Hökumət aralarında "Barnhuset no 6"nın da olduğu 115 daşınmaz əmlakın milliləşdirilməsi üçün bələdiyyəyə icazə vermiş və kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə prosesinin başladılması üçün son tarixi 31 dekabr 1979-cu ilə, yəni bələdiyyənin müraciət etdiyi tarixdən etibarən on il sonraya təyin etmişdir. Hökumət bu qərarını ərizəçinin mülkünün yerləşdiyi ərazi üzərində çoxmərtəbəli avtodayanacağın tikintisini nəzərdə tutan "Cité 67" layihəsi ilə əsaslandırmışdır.
21. Bununla belə, bu ərazidəki işlər təxirə salınmış və yeni layihələr nəzərdən keçirilmişdir. Xanım Lönrot evinin təcili təmirə ehtiyacı olduğunu qeyd edərək Hökumətdən milliləşmə icazəsini ləğv etməyi xahiş etmişdir. Bələdiyyə cavab vermişdir ki, mövcud layihələrdə istisnalara icazə verilmir və Hökumət bələdiyyənin xüsusirazılığı olmadan icazəni ləğv edə bilməyəcəyini əsas gətirərək 20 fevral 1975-ci ildə ərizəyə rədd cavabı vermişdir.
3 may 1979-cu ildə bələdiyyənin müraciətinə əsasən Hökumət sözügedən icazəni ləğv etmişdir (aşağıda qeyd edilən 29-cu bənd)
22. Maliyyə vəziyyəti xanım Lönrotu məcbur etmişdir ki, o, öz mülkünü satmağa çalışsın. O, 1970 və 1975-ci illər arasında yeddi dəfə mülkü satmağa cəhd etmiş, lakin potensial alıcılar bələdiyyə xidmətləri ilə məsləhətləşdikdən sonra almaqdan imtina etmişlər. Kirayəçilərə gəlincə isə xanım Lönrot bəzən kirayənişin tapmaqda çətinlik çəkmişdir.
2. Tikintinin qadağan edilməsi
23. 29 fevral 1968-ci ildə Stokholm İnzibati Ərazi Şurası "Barnhuset no 6"da tikinti işlərinin aparılmasına qadağa qoymuşdur. Həmin ərazi avtodayanacaq üçün nəzərdə tutulmuşdur. Daha sonra Şura həmin qadağanın müddətini 1980-ci il iyulun 1-nə qədər uzatmışdır.
24. 1970-ci ildə xanım Lönrot üçüncü mərtəbədə rekonstruksiya işləri aparmaq üçün istisna haldan istifadə etmişdir; O heç bir zaman başqa istisna hal üçün müraciət etməmişdir.
1970-ci illərin əvvəllərində mülkün ipoteka kreditorlarından biri fasadın təmir edilməsini tələb etdiyindən xanım Lönrot kredit ala bilməmişdir.
25. Nəticədə, Xanım Lönrata məxsus mülk ilə bağlımilliləşmə icazəsi və tikinti işlərinin aparılmasına qoyulan qadağa müvafiq olaraq səkkiz il və on iki il ərzində öz hökmünü saxlamışdır.
C. Stokholm bələdiyyəsinin şəhərsalma siyasəti
26. Bir neçə onillikdir ki, ikinci dünya müharibəsi zamanı dağıdıldıqdan və ya ciddi olaraq zərər çəkdikdən sonra yenidən bərpa edilmiş bir çox şəhərlərdə olduğu kimi Stokholmun mərkəzində də nəzərəçarpan dəyişikliklər baş vermişdir.
27. Aşağı Normalm paytaxtın əsas - inzibati və ticari funksiyalarını təmərküzləşdirən bir ərazidir. Təxminən 1945-ci ildə hesab olunurdu ki, bu funksiyaların daha dəqiq yerinə yetirilməsi məqsədilə ərazi yenidən inşa edilməlidir. Məsələn, ərazidə müvafiq küçə şəbəkəsinin salınması lazımdır.Bundan başqa, binaların əksəriyyəti köhnə və baxımsız vəziyyətdədir. Geniş miqyaslı dəyişikliklər idarə və ticarət mərkəzlərini müvafiq sahələrlə təmin etməklə yanaşı, saglam və gigiyena tələblərinə cavab verən iş mühiti yaratmaq üçün də vacibdir. Xüsusilə 1947-ci il tarixli qanunun 44-cü maddəsində dəyişiklik edən 1953-cü il tarixli qanuna əsasən ərazi vahidlərinin milliləşdirilməsi bələdiyyəyə aid layihələrin həyata keçirilməsində bir vasitəyə çevrilmişdir. Ən az on il ərzində yüzdən artıq bina sökülmüşdür. Bu şəkildə boşaldılmış ərazilərin bəziləri yeni yolların salınmasında istifadə edilmiş, digərləri isə daha böyük və daha funksional komplekslərin tərkibinə daxil edilmişdir.
28. 1970-ci illər ərzində Stokholmda həyata keçirilən şəhərsalma siyasəti əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Şəhər mərkəzinə giriş küçələrinin açılmasını istəməyən hakimiyyət orqanları, bundan belə, paytaxtadakı avtomobil sayının da azaldılmasına çalışır.19 iyun 1978-ci ildə qəbul edilmiş "Cité 77" layihəsi bu yeni siyasəti əks etdirir. Layihədə hər şeydən əvvəl hal-hazırki şəhər strukturunu diqqətə alan mərhələli rekonstruksiyaya əsaslanmış şəhər yenidənqurması və mövcud binaların əksəriyyətinin qorunub saxlanılması və restovrasiyası nəzərdə tutulur.
29. 3 may 1979-cu ildə Hökumət bələdiyyənin 1978-ci ildə təqdim etdiyi müraciətinə cavab vermişdir: Hökumət aralarında iki ərizəçiyə məxsus mülkün də olduğu yetmiş ev barədə 1956-cı və 1971-ci illərdə verilmiş milliləşmə icazəsini ləğv etmişdir. Əslində, həmin vaxt Şəhər bələdiyyəsinin yeni şəhərsalma layihəsini həyata keçirmək üçün bu evləri əldə etməyə ehtiyac duyduğu güman edilmirdi.
30. Ərazi vahidləri üzrəmilliləşmə icazəsinin mövcudluğu səbəbilə yaranan çətinliklərə baxmayaraq Stokholmda milliləşdirilməsinə icazə verilən yetmiş evin satışı mümkün olmuşdur.
II. MÜVAFİQ QANUNVERİCİLİK
A. Şəhərsalma qanunu
31. İsveçdə 1947-ci il tarixli qanun şəhərsalma siyasətinin əsas hüquqi bazasını təşkil edir. Bununla bağlı qanunda şəhərsalmanın baş planları və layihələri nəzərdə tutulur.
32. Daha müfəssəl layihələrə uyğun fəaliyyət istiqamətlərinin müəyyən edilməsinin vacibliyini nəzərə alaraq baş plan (generalplan) bələdiyyə tərəfindən işlənilib hazırlanır.Baş planın qəbul edilməsi ilə bağlı məsələnibələdiyyə şurası həll edir. Sənədin təsdiqi üçünbələdiyyə şurası İnzibati Ərazi Şurasına-1973-cü il yanvarın 1-nədək Hökumətə -müraciət edir (maddə 10).
33. Şəhər planlarına gəlincə bu planlar elə şəhər əraziləri üçün hazırlanır ki, burada ona ehtiyac var (maddə 24). Baş plandan daha müfəssəl olan bu layihə müxtəlif ərazilərin - yaşayış məskənlərinin, küçələrin, meydanların, yaşıllıqların və s. - təyinatını müəyyən edir və həmçinin onların təyinatı ilə bağlı daha dəqiq məlumatları ehtiva edir (maddə 25). Bələdiyyə şurasınınqəbul etdiyi bu plan İnzibati Ərazi Şurası tərəfindən təsdiqlənməlidir. Bu proses ərzində mülkiyyətçilər dəfələrlə bir çox orqana öz arqumentlərini təqdim etmək, son tədbir olaraq da planının qəbul edilməsi ilə bağlı qərardan şikayət vermək hüququna malikdirlər.
34. Bəzi hallardahaqqında qərar verilməsi məqsədilə baş plan və şəhər planarı Hökumətə təqdim edilir.
35. Bu layihələrlə əlaqədar olub-olmamasından asılı olmayaraq İsveç hakimiyyət orqanları milliləşmələri, eləcə də tikinti ilə bağlı qadağaları həyata keçirə bilər. Bu tədbirlər arasında hüquqi əlaqə zəruri deyil.
1. Milliləşmələr
36. Milliləşmələrlə bağlı hazırki işdə tətbiq edilən qanunvericilik əsasən 1917-ci il tarixli qanuna əsaslanır. Həmin qanun 1 yanvar 1973-cü ildən etibarən milliləşmə haqqındakı 1972-ci il tarixli qanunla ("1972-ci tarixli qanun") dəyişdirilmişdir. Buməsələ ilə bağlı bəzi məqamlar1947-ci il tarixli qanunda öz əksini tapır.
37. Milliləşmənin aparılıb-aparılmamasınaicazə verilməsi barədə qərar qəbul etmək Hökumətin səlahiyyətindədir. Milliləşmə icazəsi şəklindəki qərar,qanunun müxtəlif tələblərinə əsaslanır. Milliləşmə icazəsinin verilməsi onun avtomatik olaraq həyata keçirilməsi demək deyil; bu icazə sadəcə ehtiyac olduğu təqdirdəmilliləşməaparılması ilə bağlı dövlət hakimiyyəti orqanlarının (və yaxud da müstəsna hallarda bir fərdin və ya bir cəmiyyətin) səlahiyyətlərinin genişləndirilməsidir.Milliləşmə icazəsi mülkiyyətçinin daşınmaz əmlakını satmaq, kirayə vermək və ya girov qoymaqla bağlı hüququnu qorumaqla müəyyən bir zaman ərzində həyata keçirilir ki, həmin müddətdə milliləşməni aparan hakimiyyət orqanlarıkompensasiya məbləğinimüəyyənləşdirmək məqsədilə məhkəmə prosesini başlatmalıdır, əks təqdirdə bu icazə öz qüvvəsini itirir.Həmin müddətin uzunluğu və ya icazələrin etibarlılıq müddətinin uzadılması 1971-ci il tarixli qanunda nəzərdə tutulmur.
1972-ci il tarixli qanunun yer aldığı qanunvericilik layihəsinin motivlərinin ifadə edilməsi mülkiyyətçilər üçünmilliləşmə icazəsinin səbəb olduğu qeyri-müəyyənlik, öz əmlakından istifadə etmək imkanlarının məhdudlaşdırılması, xərclərin ödənilməsindəki çətinliklər kimi zaman keçdikcə daha da ağırlaşan mənfi nəticələrdənxəbər verir.
Bu səbəblədir ki, 1972-ci il tarixli qanun 3-cü fəslinin 6-cı maddəsinin 1-ci bəndində dəqiqləşdirir (isveç dilindən tərcümə):
"Milliləşmə icazələri məhkəməyə çağırış vərəqəsinin verilməsi üçün son müddəti müəyyən etməlidir.Son tarix xüsusi səbəblərlə əlaqədar olaraq uzadıla bilər. Uzadılma ilə bağlı müraciət son müddət başa çatmazdan öncə edilməlidir. Əgər mülkiyyətçi milliləşmə ilə bağlı məsələnin hələ nəzərdən keçirilməməsi səbəbilə meydana gələn zərəri nümayiş etdirərsəonun tələbi ilə bu müddət qısaldıla bilər.Müddətin qısaldılması barədə qərar milliləşmə icazəsinin verildiyi tarixdən etibarən bir il keçmədən qəbul edilə bilməz."
Milliləşmə yalnız kompensasiya məbləği müəyyən edildikdən və ödənildikdən sonra başa çatır. Torpaq məsələləri üzrə məhkəmə bu sahədə səlahiyyətə malikdir; məhkəmənin qərarlarından Appelyasiya Məhkəməsinə və son instansiya olaraq Ali Məhkəməyə şikayət verilə bilər.
38. 1953-cü il iyulun 1-dən əvvəl milliləşmə yalnız bəzi daşınmaz əmlaklara şamil edilirdi; milliləşmə icazəsi ilə bağlı hər bir müraciətdəmilliləşməni aparan orqanın milliləşdiriləcək mülk barədə nəzərdə tutduğu məqsədləri ətraflı şəkildə təsvir edilir.
Hazırki ərizələr zonalar üzrə milliləşmə olaraq bilinən başqa tip milliləşmədir. Tətbiq edilən qanun mətni 1947-ci il tarixli qanunun 44-cü maddəsində dəyişiklik edərək 1953-cü ildə qəbul edilmiş və 1971-ci ildə ləğv edilmişdir. Qanunun ləğvi 1972-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunda deyilirdi (isveç dilindən tərcümə):
"Əgər hesab edilsə ki, ictimai nəqliyyat və ya şəhərsalma fəaliyyətinin ehtiyacları üçün əhalinin sıx məskunlaşdığı bir ərazinin bütünlüklə rekonstruksiyası zəruridir və bu, yalnız bütün ərazininyenidən inşa edilməsi ilə həyata keçirilə bilər – rekonstruksiya tədbirləri sözügedən ərazi üçün şəhərsalma layihəsinin qəbul edilməsi və dəyişdirilməsi məsələlərini əhatə etdiyindən - Kral bələdiyyəyə rekonstruksiya üçün lazım olan əraziləri, eləcə də həmin ərazidə və bilvasitə yaxınlığında yerləşən hər bir ərazinivə layihənin həyata keçirilməsi ilə dəyəri əhəmiyyətli dərəcədə arta biləcək əraziləri satın almaq hüququnu verə bilər (...)."
1972-ci il yanvarın 1-dən dekabrın 31-nə qədər 44-cü maddənin müvafiq müddəaları 1917-ci il tarixli qanuna daxil edilmişdir; bundan belə həmin müddəalar 1972-ci il tarixli qanunda öz əksini tapır (fəsil 2, maddə 1).
Beləliklə, zonalar üzrəmilliləşdirmə şəhərsalma fəaliyyətinin böyük layihələri üçün bir vasitə olaraq nəzərdən keçirilmişdir. Milliləşmə icazələri yeni şəhərsalma layihəsi müzakirə olunmağa başladığı andan etibarən, yəni layihənin şərtləri ətraflı şəkildə nəzərdən keçirilmədən verilə bilər.
39. 1972-ci il tarixli qanunun 11-ci maddəsinin keçid müddəalarına uyğun olaraq milliləşmə tələbləri yeni qanun qüvvəyə minməzdən əvvəl tərtib edilmiş köhnə qanunla tənzimlənir.
40. 1917-ci il tarixli qanun kimi 1972-ci il tarixli qanun da milliləşmə icazəsinin etibarlılıq müddətindən və ya bu müddətin istifadə edilməməsindən irəli gələn zərərlərin kompensasiya edilmə imkanlarını nəzərdən keçirmir. Bununla belə, həmin qanunun 5-ci fəslinin 16-cı maddəsi istisna təşkil edir; milliləşmə icazəsinin verilməsi nəticəsində meydana gələn zərərlər o zaman kompensasiya edilə bilər ki, milliləşməni aparan orqan kompensasiya məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə prosesini başlatmış sonra isəondan imtina etmiş olsun.
2.Tikintinin qadağan edilməsi
41. 1947-ci il tarixli qanun şəhərsalma layihəsinə uyğun olmayan bütün yeni tikinti işlərinin aparılmasını qadağan edir (maddə 34).Bələdiyyə hakimiyyət orqanları belə bir layihəni qəbul etməzdən əvvəl və qəbul edənə qədər və regional hakimiyyət orqanları bu layihəni təsdiq edənə qədər qanun,ehtiyat tədbiri olaraq,hər cür tikintini qadağan etməyə icazə verir (1947-ci il tarixli qanunun 14 və 15-ci maddəsi ilə birgə götürülmüş 35-ci maddəsi). Qanunun 15-ci maddəsində nəzərdə tutulur (isveç dilindən tərcümə):
"Müəyyən əraziyə aid baş planın qəbul edilməsi və ya təsdiqlənmiş baş planın dəyişdirilməsi ilə bağlı məsələ yarandıqda İnzibati Ərazi Şurası bələdiyyənin müraciətinə əsasən həmin ərazidə bütün yeni tikinti işlərinin (nybyggnad) aparılmasını qadağan edə bilər. Qadağa bələdiyyə şurası bu məsələ ilə bağlı qərar qəbul edənədək, lakin ən çox bir il müddətində qüvvədə qalır. Ehtiyac hasil olduqda İnzibati Ərazi Şurası bələdiyyənin müraciətinə əsasən tikintinin qadağan edilməsinin etibarlılıq müddətini hər dəfə maksimum iki il müddətinə uzada bilər.
Hökumətin müəyyən etdiyi qaydalara əsasən İnzibati Ərazi Şurası və ya Tikinti İşləri üzrə Şura (byggnadsnämnd) birinci bənddə ifadə edilən tikinti ilə bağlı qadağadan istisnalara icazə verə bilər."
Eyni prinsip hakimiyyət orqanları tərəfindən yeni şəhərsalma layihəsinin qəbul edilməsi və ya mövcud layihənin dəyişdirilməsi nəzərdən keçirildikdə də tətbiq edilir (1947-ci il tarixli qanunun 35-ci maddəsi). Bununla belə, 1947-ci il tarixli qanunun 158-ci maddəsi nəzərdə tutur ki, yuxarıda qeyd edilən məsələlərlə bağlı müddəalar həmçinin "Hökumətin müəyyən etdiyi qaydalara əsasən yeni tikinti olaraq səciyyələndirilən mövcud binanın hər cür dəyişdirilməsi"nə də tətbiq edilir.Bu məsələ ilə bağlı norma tikinti haqqında 1959-cu il tarixli dekretin 75-ci maddəsində (byggnadsstadgan) öz əksini tapır. Həmin maddədə deyilir (isveç dilindən tərcümə):
"‘Yeni tikinti’ dedikdə aşağıdakılar nəzərdə tutulur:
a) tamamilə yeni bina tikintisi;
b) mövcud binanın yana və eninə doğru genişləndirilməsi;
c) binanın eksteryerində və ya interyerində yenidən qurma işlərinin və ya başqa dəyişikliklərin edilməsi, ki, bu işlər əhəmiyyətinə görə rekonstruksiya işləri kimi nəzərdən keçirilə bilər;
d) əvəllki istifadəsindən fərqli olaraq istifadə edilməsi məqsədilə binanın tam və ya qismən dəyişdirilməsi;
e) binanın qəbul edilmiş baş plana, qəbul edilmiş şəhərsalma layihəsinə və ya qəbul edilmiş tikinti layihəsinə və ya şəhərsalma layihələrində və ya tikinti layihələrində nəzərdə tutulmayan ərazilərdəki tikinti fəaliyyətləri ilə bağlı tənzimləmələrə uyğun olmayan şəkildə dəyişdirilməsi; və
f) hazırki vəziyyəti ilə yuxarıda qeyd edilən layihələrə və ya tənzimləmələrə uyğun olmayan binada digər hər cür dəyişikliklərin edilməsi, bir şərtlə ki, söhbət maksimum iki mənzildən ibarət yaşayış binasından və ya bu binaya aid əlavə tikililərdən getsin.
Bununla belə, hazırkı maddəyə əsasən binada,hətta quraşdırılmasına icazə verilməsə belə, mərkəzi istilik sisteminin qurulması, tualet və digər sanitar təchizatın yerləşdirilməsivə uzun müddət həmin binada mövcud olması ‘yeni tikinti’ olaraq nəzərdən keçirilməməlidir."
42. 1967-ci il tarixli məruzəsində Parlament Ombudsmanı (Justitieombudsmannen)tikinti işlərinin uzunmüddətli qadağan edilməsininnəticələrini xatırlatmış və məsələnin həll yollarını nəzərdən keçirmişdir (isveç dilindən tərcümə).
"Borås və Östersund işlərinin faktlarından da göründüyü kimi mülkiyyətçilərşəhərin yenidənqurma layihəsindən yararlana biləcəklərinə ümid edə bilmirdilər.Bu o deməkdir ki, həmin layihə uzunmüddətli qadağanın açıq-aydın səbəb olduğu mənfi nəticələrionlar üçün kompensasiya edə bilməmişdir.Əgər bü cür işlərdə mülkiyyətçilərin mənfi nəticələrdən qorunması yolları işlənilib hazırlanmazsa, bu o deməkdir ki, bələdiyyələr üçün daha ucuz başa gələn şəhərin yenidənqurma layihələrinin həyata keçirilməsi məqsədilə bir və ya bir çox mülkiyyətçi əsasən cəmiyyətin maraqları naminə qoyulan və bələdiyyənin şəhərin yenidənqurma məsələlərini ağlabatan müddət ərzində həll edə bilməməsi səbəbilə əhəmiyyətli dərəcədə uzadılan qadağanın zərərlərinə dözməli olacaq. Belə bir sistem hüquqi Dövlətdə üstünlük təşkil etməli olananlayışlara ziddir.
Əsaslı şəkildə təhlil edilmədən tikinti ilə bağlı uzun müddət qüvvədə qalan qadağaların mənfi nəticələrinə qarşı mülkiyyətçinin necə müdafiə ediləcəyi barədə danışmaq olmaz. Bununla belə, müvəqqəti qadağaların etibarlılığı üçün maksimum müddətin müəyyən edilməsi mümkündür. Lakin bu, aktual tələblərə cavab verən həll yolu olaraq nəzərdən keçirilə bilməz, belə ki, şəhər ərazilərinin inkişafının planlaşdırılmasının çətinlikləri ilə əlaqədar olaraq uzun müddətlərdən qaçınmaq mümkün deyil.Bu səbəblə, yaxşı olardı ki, mülkiyyətçiyə bələdiyyədən istər sübut etdiyi zərərin əvəzinin ödənilməsini tələb etmək, istərsə də qoyulan qadağa müəyyən müddətdən artıq qüvvədə qaldıqda ərazinin geriyə alışınıtələb etmək hüququ verilsin.
Lakin bir şərtlə:qadağa kifayət qədər uzun müddət qüvvədə qalmalıdır və nəzərəçarpan və mülkiyyətçinin şəhərin yenidənqurma layihəsindən əldə etməyə ümid bəsləyəcəyi mənfəətlərlə kompensasiya edilə bilməyən mənfi nəticələrə malik olmalıdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, tikintinin müvəqqəti, lakin ağlabatan olmayan müddətə qadağan edilməsinin mənfi nəticələrinə qarşı mülkiyyətçinin müdafiə edilməsini nəzərdən keçirməyin məqsədəuyğun olub-olmadığını araşdırmaq zəruridir. "(Justitieombudsmannens ämbetsberättelse 1967, səh. 478-479)
B. Dövlət hakimiyyəti orqanlarından şikayətlər
1. Bələdiyyə şuralarının qərarlarından şikayətlər
43. Ərizəçilər Komissiyaya müraciət etdiklərində onların bələdiyyələrin qərarlarından şikayət vermək hüququnu 1953-cü il tarixli bələdiyyələr haqqında qanun və paytaxt üçün 1957-ci il tarixli Stokholm şəhəri haqqında qanun (kommunalbesvär) təmin edir və nizamlayırdı. Həmin qanunlar icmanın hər bir vətəndaşına - istisnalar olmaqla - bələdiyyə şurasının qərarlarından İnzibati Ərazi Şurasına şikayət vermək imkanı verirdi.
Bu şikayət yalnız aşağıdakı səbəblərə əsaslana bilərdi: qanunla müəyyən edilmiş prosedur qaydalara əməl edilməməsi, qanun pozuntusu, vəzifə səlahiyyətlərinin aşılması, ərizəçinin hüquqlarının pozulması və ya vəzifə səlahiyyətlərindən sui-istifadə. Şikayətbələdiyyənin elan lövhəsində qərar barədə protokolun qəbul edilməsi elan edildikdən sonra üç həftə ərzində İnzibati Ərazi Şurasına verilməlidir. Sözügedən lövhədə tanışlıq üçün protokolun təqdim ediləcəyi yer göstərilir.
Əks müddəalar istisna olmaqla İnzibati Ərazi Şurasının qərarından ərizəçiyə bildiriş göndərildiyi vaxtdan etibarən üç həftə ərzində Ali İnzibati Məhkəməyə (regeringsrätten) şikayət verilə bilər.
Təqribən oxşar müddəalar bələdiyyələr (kommunallagen) haqqında 1977-ci il tarixli qanunda da öz əksini tapır. Həmin müddəalar 1980-ci ildə bir qədər dəyişdirilmişdir: 1981-ci il yanvarın 1-dən etibarən şikayətlər artıq İnzibati Ərazi Şurasına deyil, İnzibati Appelyasiya Məhkəməsinə (kammarrätten) verilməlidir.
44. Yuxarıda qeyd edilən qaydalar bələdiyyənin Hökumətdən milliləşmə icazəsini verməsi və ya uzatmasını xahiş etmək qərarına tətbiq edilir.
Əksinə, bu qaydalar bələdiyyənin İnzibati Ərazi Şurasından tikinti işlərini qadağan etməsi və ya qadağa müddətini uzatması tələbi ilə bağlı qərarına tətbiq edilmir: əslində belə bir tələbdən inzibati məhkəməyə şikayət verilə bilməz.
2. İnzibati aktlardan şikayətlər
a) İnzibati şikayətlər
45. İsveçdə inzibati funksiyalar böyük ölçüdə inzibati hakimiyyət orqanlarının üzərinə düşür. Bu orqanların qərar vermə mexanizmi Hökumətdən asılı deyil: bu orqanlar nazirliklərdən asılı deyil və nə Hökumət, nə də ayrı-ayrı nazirliklər bu və ya digər halda həmin orqanların qanunu hansı şəkildə tətbiq etməli olduğu barədə əmr və göstərişlər vermək hüququna malik deyil.
46. Bununla belə, inzibati hakimiyyət orqanlarının qərarlarını Hökumət qarşısında mübahisələndirmək çox vaxt mümkündür.
Beləliklə, İnzibati Ərazi Şurasının tikinti ilə bağlı qadağanın qoyulması və ya qadağa müddətinin uzadılması haqqındakı qərarından Hökumətə şikayət verrmək olar(1947-ci il tarixli qanunun 150-ci maddəsinin 2-ci bəndi).
b) Mübahisəli şikayətlər
47. Ümumiyyətlə, İsveç admnistrasiyasına ümumi yurisdiksiyalı məhkəmələr nəzarət etmir.Həmin məhkəmələr Dövlət əleyhinə şikayətləri yalnız müqavilə və delikt hüququ ilə bağlı məsələlərdə, eləcə də bəzi qanunlara əsasən inzibati qərarlarla əlaqədar olaraq qəbul edir.
48. Bu səbəblə inzibati aktlarla bağlı məhkəmə nəzarəti hər şeydən əvvəl inzibati məhkəmələrə aiddir. Mənşəyini admnistrasiyanın özündən alan bu məhkəmələr üç mərhələlidir: İnzibati Ərazi Məhkəmələri (länsrätterna); İnzibati Appelyasiya Məhkəmələri; Fransa Dövlət Şurası İnstutu kimi bəzi xarici institutların modelinə uyğun olaraq 1909-cu ildə təşkil edilmiş, lakin əsas cəhətlərinə görə onlardan fərqlənən Ali İnzibati Məhkəmə. Müstəqil və daimi seçilmiş hakimlərdən ibarət bu məhkəmələr, prinsip etibarilə, təkcə inzibati aktları ləğv etmək deyil, həmçinin onları dəyişdirmək və ya əvəz etmək kimi geniş səlahiyyətlərə malikdir. Təcrübədə sözügedən aktların qanuniliyindən tez-tez şikayət verilir.
Bununla yanaşı, bu prinsipdə əhəmiyyətli bir istisna var: Hökumətin qərarlarından şikayət vermək olmaz.
3. Hökumətin hərəkətlərindən şikayətlər
49. Bəzi inzibati işlər - siyasi və maliyyə cəhətdən daha əhəmiyyətli olanlar - birinci və sonuncu instansiya olan Hökumətdən asılıdır. Bu, milliləşmə icazələrinin verilməsinə də aiddir (yuxarıda qeyd edilən 37-ci bənd).
Dövlət İdarəetməsi haqqında 1971-ci il tarixli qanunun (förvaltningslagen) Hökumətin araşdırdığı işdərəsmi olaraq tətbiq edilməməsinə baxmayaraq həmin araşdırmada bir çox prinsipə riayət edilməlidir: maraqlı tərəfin işlə bağlı bütün sənədləri əldə etmək hüququ; hakimiyyət orqanlarının işə əlavə edilmiş hər bir sənəd barəsində maraqlı tərəfi məlumatlandırmaq və onun işi ilə bağlı fikrini ifadə etmək imkanını təmin etmək öhdəliyi; maraqlı tərəfinarzu etdiyi təqdirdə öz fikirlərini şifahi olaraq ifadə etmək hüququ.
Hökumət milliləşmə icazəsi tələbi ilə bağlı qərar qəbul etməzdən öncə həmin tələb işi hazırlayan İnzibati Ərazi Şurasına təqdim edilir. Xüsusilə Şuranın məqsədi mülkiyyətçiyə tələblə bağlı fikirlərini ifadə etməyə icazə verməkdir. Şura həmçinin işdə marağı ola biləcək hakimiyyət orqanlarını da dinləyir. Lazım olan arqumentlər toplandıqdan sonra Şura onları son qərarı qəbul edəcək Hökumətə təqdim edir.
50. Hökumətin nəzərdən keçirdiyi işlərlə bağlı elə qərarlar qəbul edilir ki, prinsip etibarilə, həmin qərarlardan şikayət verilmir. Bununla belə, xüsusi hallarda fövqaladə və məhdud qaydada (resningsansökan) şikayət vermək olar ki, bu, məhkəmə araşdırmasının yenidən başladılmasıtələbi adlanır. 1975-ci il yanvarın 1-dən əvvəl appelyasiya orqanı olaraq fəaliyyət göstərən Hökumətin qərarını da əhatə edə bilən belə bir tələb Ali Məhkəməyə təqdim edilmişdir. Həmin tarixdən etibarən bu tələb Ali İnzibati Məhkəmə qarşısında qaldırılmışdır(Konstitusiyanın 11-ci fəslinin 11-ci maddəsi). Məhkəmə prosesinin yenidən başladılması səbəbləri Məhkəmə Prossesual Məcəllənin 58-ci fəslinin 1-ci maddəsində sadalanır, (rättegångsbalken) lakin bu müddəa Ali İnzibati Məhkəmə üçünrəsmən məcburi deyildir (İsveç dilindən tərcümə):
"Mülki işlə bağlı qərar qüvvəyə mindikdən sonra bu və ya digər tərəfin marağına uyğun olaraq məhkəmə prosesi yenidən başladıla bilər:
1. əgər məhkəmənin bir üzvü və ya işçisi araşdırma ilə bağlı cinayət işləyərsə və ya səhvə yol verərsə və ya vəkil və ya hüquqi nümayəndə proseslə bağlı pozuntuya yol verərsə və pozuntunun və ya səhvin işin nəticəsinə təsir göstərdiyi güman edilərsə;
2. əgər sübut olaraq göstərilən sənəd saxtalaşdırılmışsa və ya andlılar məhkməsində dinlənilən tərəf, şahid, ekspert və ya tərcüməçi yalan bəyanatlar verərsə və bu sənədin və bəyanatların işin nəticəsinə təsir etiyi güman edilərsə;
3. əvvəlcədən məhkəməyə təqdim edilmiş olsa belə işin nəticəsini cox güman ki, dəyişdirə biləcək faktlar və ya elementlər aşkarlanarsa; və ya
4. qərarın əsaslandığı qanunun tətbiqi qanunun özünə açıq-aydın zidd olarsa.
Məhkəmə prosesi yalnız 3-cü bənddə ifadə edilən səbəbə görə yenidən başladıla bilər. Bir şərtlə ki, maraqlı tərəf bu faktları və ya sübut elementlərini birinci instansiya və ya Appelyasiya Məhkəməsinətəqdim edə bilmədiyini və ya edə bilməməsi üçün əsaslı səbəbinin olduğunu dəqiq şəkildə sübut etmiş olsun. "
Əgər belə bir işdə Ali İnzibati Məhkəmə araşdırmanı yenidən başlatmağı qəbul edərsə, işə iştər özü yenidən baxa, itərsə də geri Hökumətə göndərə bilər.
Hər il Hökumətin qəbul etdiyi çox sayda qərardan çox azının yenidən baxılması tələb edilir.
C. Dövlət hakimiyyət orqanlarının məsuliyyəti
51. Əvvəllər, dövlət hakimiyyətinin icrasında Dövlət orqanlarının və bələdiyyələrin qərarları sözügedən orqanların üzərinə məsuliyyət qoymur və bu səbəblə həmin qərarların mənfi nəticələrinə görə kompensasiya ödənilə bilmirdi, baxmayaraq ki, bu immunitetin ölçüsündn asılı olaraq bəzi şübhələr meydana gəlirdi. İsveç hüququnun mənbəyi məhkəmə təcrübəsi, xüsusi qanunlar və ənənəvi prinsiplərdir.
52. Bu hüquq bir çox məsələlərlə bağlı tətbiq edilir, lakin 1 iyul 1972-ci ildə mülki hüquq məsulliyyəti barədə qanun (skadeståndslagen) qüvvəyə minmişdir. Bu qanun deliktə görə zərərin ödənilməsi hüququnun bir hissəsini kodifikasiya edir və inkişaf etdirir. Qanun nəzərdə tutur ki, Dövlət və bələdiyyələr qəbul etmiş olduqları qərarlardan irəli gələn zərərlərə görə mülki məsuliyyət daşımır. Bununla belə, qanunda əsaslı dəyişiklik edilir: Bundan belə səhvə və ya səhlənkarlığa yol verildiyi zamandövlət hakimiyyəti orqanlarıtərəfindən zərərin əvəzinin ödənilməsi hüququnun yaranmasına səbəb ola bilər (fəsil 3, maddə 2).
Bu yeni prinsipə uyğun olaraq qanunverici əhəmiyyətli bir məhdudiyyət qoymuşdur. Əslində, Parlament, Hökumət, Ali Məhkəmə, Ali İnzibati Məhkəmə və Sosial Təhlükəsizlik üzrə Milli Məhkəmənin qərarları ilə bağlı - onlarləğv edilmədikcə və dəyişdirilmədikcə - heç bir mülki məsuliyyət yarana bilməz (fəsil 3, maddə 7). Nüfuzlu şərhlərə görə, məhkəməöz təşəbbsü ilə,hər belə halda məsuliyyətin qəbuledilməz olduğnuelan etməlidir.
KOMİSSİYAYANIN ARAŞDIRMASI
53. 15 avqust 1975-ci ildə ərizəçilər Komissiyaya müraciət etmişlər. Onlar 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə təmin edilən mülkiyyət hüququnun əsaslandırılmamış pozuntusundan şikayət etmişlər. Bundan başqa, ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad. 6-1) pozulduğunu bildirmişlər, belə ki, İsveç məhkəmələri milliləşmə və kompensasiya məbləğinin ödənilməsi məsələlərini ağlabatan müddətdə həll etməmişdir. Onlar həmçinin 13-cü maddənin (mad. 13) pozuntuğunu bildirmişlər, belə ki, milliləşmə icazələri və tikinti ilə bağlı qadağalar səbəbilə hüquqlarının pozulmasından şikayət etmək üçün heç bir milli instansiyaqarşısında səmərəli hüquqi müdafiə vasitələri olmamışdır.Nəhayət, ərizəçilər Konvensiyanın 14-cü maddəsinin (mad. 14) pozulduğunu iddia edir və 17 və 18-ci maddələrə (mad. 17, mad. 18) əsaslanırdılar.
54. Komissiya bu iki ərizəni 12 oktyabr 1977-ci ildə daxili reqlamentinin 29-cu maddəsinə uyğun olaraq birləşdirdikdən sonra 5 mart 1979-cu ildə qəbuledilən elan etmişdir.
55. 8 oktyabr1980-ci il tarixli Hesabatında (Konvensiyanın 31-ci maddəsi) (mad. 31) Komissiya Konvensiyanın13-cü maddəsinin (mad.13) pozuntusu ilə bağlı rəyini ifadə edir (iki səsə qarşı on səs, 4 səs bitərəf). Əksinə, Komissiya Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (P1-1) (üç səsə qarşı on səs), 6-ci maddəsinin 1-ci bəndinin (mad. 6-1) (beş səsə qarşı on bir səs) və 14, 17 və 18-ci maddələrinin (mad.14, mad. 17, mad. 18) (yekdilliklə) pozulmadığıbarədə nəticəyə gəlmişdir.
Hesabata üç fərqli rəydə əlavə edilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU (P1-1)
56. Ərizəçilər əmlakları barədə verilmiş və tikinti ilə bağlı qadağalarla müşayiət olunan milliləşmə icazələrinin uzun müddətliolduğunu qeyd edirlər.Ərizəçilərin fikrincə, 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə təmin edilən mülkiyyət hüququnun qeyri-qanuni pozuntusu baş vermişdir. Həmin maddədə deyilir:
"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. "
57.13 iyun 1979-cu il tarixli Marks qərarı ilə Məhkəmə bu maddənin məqsədini dəqiqləşdirmişdir (P1-1):
"Hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə hüququnu qəbul edərək 1-ci maddə (P1-1), mahiyyət etibarilə, mülkiyyət hüququnu təmin edir. "Mülkiyyət", "mülkiyyət", "mülkiyyətdən istifadə", ingilis dilindəki "mülkiyyət" və "mülkiyyətdən istifadə" sözləri açıq-aydın bu təəssüratı verir; onlar tərəfindən hazırlıq işləri bunu birmənalı şəkildə təsdiqləyir: redaktorlar hazırki maddənin (P1-1) əsasını təşkil edən ardıcıl layihələrin mahiyyətini təsvir etmək üçün "mülkiyyət hüququ"ndan bəhs etməyə davam edirlər." (seriya A no 31, səh. 27, bənd 63)
Ərizəçilərin bu hüquqa müdaxilədən şikayət edə bilib-bilmədiklərini və əgər bu müdaxilə mövcuddursa, onun əsaslandırılmış olub-olmadığını müəyyənləşdirmək lazımdır.
1. Ərizəçilərin mülkiyyət hüququna müdaxilə
58. Ərizəçilər öz-özlüyündə nə milliləşmə icazələrinin, nə də onlarla əlaqədar tikinti işlərinin qadağan edilməsininqanuniliyini mübahisələndirmirlər. Əksinə, milliləşmə ilə bağlı kompensasiya məbləğinin məhkəmə qaydasında müəyyən edilməsi üçün Stokholm şəhər bələdiyyəsinə verilmiş müddətin uzunluğunu qınayırlar: Sporronq əmlakı işində verilmiş beş il əvvəl üç, daha sonra beş və nəhayət on il müddətinə uzadılmışdır; xanım Lönrot işində isə müddət on il uzadılmışdır (yuxarıda qeyd edilən 11-14 və 20-ci bəndlər).Bundan başqa, ərizəçilər milliləşmə icazələrinin və tikinti ilə bağlı qadağaların uzun müddət qüvvədə saxlanılmasından şikayət edirlər. İcazə üçün iyirmi üç il və səkkiz il; qadağaüçün iyirmi beş il və on iki il (yuxarıda qeyd edilən 18 və 25-ci bəndlər). Onlar bu şəkildə birləşdirilmiş tədbirlərin mülkiyyət hüquqlarına göstərəcəyi mənfi nəticələri qeyd edirlər.Ərizəçilər öz əmlaklarını normal bazar qiymətinə satmaq imkanından məhrum olmuşlar. Ərizəçilər əlavə edirlər ki, onlar əmlaklarına vəsait qoysa və tikintiyə icazə verildikdən sonra tikinti işləri aparsa idilər böyük risk etmiş olar və milliləşdirilmə həyata keçirildikdən sonra çəkilmiş əlavə xərclərin kompensasiya edilməsini tələb etməmək öhdəliyini üzərlərinə götürməli olardılar. Bundan başqa, onlar iddia edirlər ki, kredit üçün müraciət etdikləri zaman onu əldə etməkdə çətinlik çəkərdilər. Nəhayət, ərizəçilər xatırladırlar ki, onlara aid şəxsi ərazilərdə "yeni tikinti"nin aparılması qadağan edilmişdir.
Rəsmi və qəti şəkildə əmlaklarından məhrum edildiklərini iddia etmədən Sporronq əmakı və xanım Lönrot iddia edirlər ki, mübahisəli icazələr və qadağalar onların öz əmlaklarından maneəsiz istifadə etmək və onun üzərində sərancam vermək hüququna həddindən artıq məhdudiyyətlər qoyur və hər hansı kompensasiyanın əldə edilməsinə imkan vermir.Beləliklə, sözügedən tədbirlər etibarlı olduğu müddətcə onların mülkiyyət hüququ öz mahiyyətini itirmiş olacaq.
59. Hökumət qəbul edir ki, sərbəst bazar amilləri milliləşdirilməsinə icazə verilmiş mülkün satışını və kirayəsini çətinləşdirir və bu çətinlik icazənin etibarlılıq müddətinin uzadılmasından asılı olaraq daha da artır.Hökumət həmçinin qəbul edir ki, tikintinin qadağan edilməsi mülkiyyət hüququnun normal qaydada həyata keçirilməsini məhdudlaşdırır. Bununla belə, o, bildirir ki, icazələr və qadağalar şəhərin yenidənqurma planlaşdırmasının ayrılmaz bir hissəsidir və 1 saylı Protokolun 1-ci maddəsinə (P1-1) əsasən mülkiyyətçinin "(öz) mülkiyyətindən maneəsiz istifadə" hüququnu pozmur.
60. Məhkəmə Hökumətin bu arqumenti ilə razılaşa bilməz.
Milliləşmə icazələrinin maraqlı tərəflərin öz mülkiyyəti üzərində sərəncam vermək və ondan istifadə etmək hüququnu qanunən pozmadığına baxmayaraq təcrübədə bunun həyata keçirilmə imkanını geniş olçüdə məhdudlaşdırır. Həmçinin, bu icazələr mülkiyyət anlayışının mahiyyətinə toxunur, belə ki, onlar əvvəlcədən milliləşmənin qanuniliyini qəbul edir və Stokholm bələdiyyəsinə icazə verir ki, o,milliləşməni məqsədəuyğun hesab etdiyi vaxtda həyata keçirsin. Beləliklə, ərizəçilərin mülkiyyət hüququ şərti və ləğv edilə bilən bir hüquqa çevrilir.
Tikintinin qadağan edilməsi də ərizəçilərin öz mülkiyyətindən istifadəsini şübhəsiz ki, məhdudlaşdırır.
Məhkəmə həmçinin hesab edir ki, bəzən icazələr və qadağalar arasındakı fərqin aşkarlanmalı olduğu hallar istisna olmaqla mübahisəli qərarların birgə nəzərdən keçirilməsi prinsip etibarilə məqsədəuyğundur. Əslində, icazələr və qadağalar arasında zəruri hüquqi əlaqənin olmamasına (yuxarıda qeyd edilən 35-ci bənd) və etibarlılıq müddətlərinin fərqlənməsinə baxmayaraq onlar bir-birini tamamlayır və eyni məqsədi daşıyır: şəhər ərazisinin inkişafının həyata keçirilməsini bu məqsədlə hazırlanmış layihələrə uyğun olaraq asanlaşdırmaq.
Bu səbəbdən, ərizəçilərin mülkiyyət hüququna müdaxilə olmuşdur və Komissiyanın da haqlı olaraq qeyd etdiyi kimi milliləşmə icazələrinin və tikinti ilə bağlı qadağalarınuzun müddət birgə istifadəsinin nəticələri şübhəsiz ki, ağırdır.
2. Ərizəçilərin mülkiyyət hüququna müdaxilənin əsaslandırılması
61. İndi, müəyyən edilmiş müdaxilənin 1-ci maddəni (P1-1) pozub-pozmadığını araşdırmaq qalır.
Həmin maddə üç fərqlinormadan ibarətdir. Birinci norma, ümumiyyətlə, mülkiyyətdən maneəsiz istifadə prinsipini ifadə edir; bu prinsip birinci abzasın birinci cümləsində ifadə edilir. İkinci norma mülkiyyətdən məhrumetməni nəzərdə tutur və bunun şərtlərini qeyd edir; bu norma həmin abzasın ikinci cümləsində öz əksini tapır. Üçüncü normaya gəlincə o, Dövlətlərə, digərləri ilə yanaşı, ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək səlahiyyəti verir və onlar bu məqsədlə zəruri hesab etdikləri qanunları qüvvəyə mindirir; bu norma ikinci abzasda göstərilir.
Məhkəmə birinci normanın yerinə yetirilib-yetirilmədiyi məsələsi ilə bağlı qərar qəbul etməzdən əvvəl son iki normanın tətbiqedilən olub-olmadığını müəyyən etməlidir.
a) Birinci abzasın ikinci cümləsinin tətbiqedilənliyi
62. Hər şeydən əvvəl xatırlatmaq lazımdır ki, İsveç hakimiyyət orqanları ərizəçilərin daşınmaz əmlaklarının milliləşdirilməsi barədə qərar qəbul etməmişdir. Bu səbəblə ərizəçilər heç bir zaman rəsmi olaraq "mülkiyyətindən məhrum edilmiş" deyildirlər: onlar öz mülkiyyətindən istifadə etmək, onu satmaq, miras qoymaq, vermək və ya girov qoymaq hüququna malik idilər.
63. Rəsmi milliləşmə icazəsinin verilməməsi, yəni mülkiyyətin ötürülməməsi halında Məhkəmə hesab edir ki, mübahisəli vəziyyətin əsl gerçəkliklərini araşdırmalıdır (bax, mutatis mutandis, 24 iyun 1982-ci il tarixli Van Drugenbroek qərarı, seriya A no 50, səh. 20, bənd 38).Konvensiya "real və səmərəli" hüquqları müdafiə etmək məqsədi daşıdığından (9 oktyabr 1979-cu il tarixli Airey qərarı, seriya A no 32, səh. 12, bənd 24) sözügedən vəziyyətin maraqlı tərəflərin iddia etdiyi kimi de facto milliləşdirmə olub-olmadığını müəyyən etmək vacibdir.
Məhkəmənin fikrincə, haqqında şikayət verilən bütün nəticələr (yuxarıda qeyd edilən 58-ci bənd) sözügedən mülkiyyətlərə sərəncam vermənin məhdudlaşdırılmasından irəli gəlir. Həmin nəticələrin səbəbi qeyri-sabit hüquqa çevrilmiş mülkiyyət hüququnun məhdudlaşdırılması, eləcə də həmin məhdudiyyətlərin daşınmaz əmlakın dəyərinə göstərdiyi təsirlərdir.Lakin sözügedən hüquq mahiyyətini itirməsinə baxmayaraq tamamilə aradan qalxmamışdır. Haqqında danışılan tədbirlərin təsirlərini mülkiyyətdən məhrumetmə ilə eyniləşdirmək olmaz. Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, ərizəçilər öz mülkiyyətlərindən istifadə etməyə davam edə bilərdilər və Stokholmda haqqında milliləşmə icazəsi verilən və tikinti işləri aparılması qadağan edilən mülklərin satışı çətinləşsə belə, satmaq imkanı mövcud olmuşdur. Hökumətin məlumatına əsasən onlarla belə satış həyata keçirilmişdir (yuxarıda qeyd edilən 30-cu bənd).
Bu səbəblə, birinci abzasın ikinci cümləsi hazırki işdə tətbiqedilə bilməz.
b) İkinci abzasın tətbiedilənliyi
64. İkinci abzasa əsasən tikinti işlərinin qadağan edilməsi, şübhəsiz ki, maraqlı tərəflərin "mülkiyyətdən istifadə"sinə nəzarət etmək kimi təhlil edilə bilər.
65. Əksinə, milliləşmə icazələri bu istifadəni məhdudlaşdırmağı və ya ona nəzarət etməyi nəzərdə tutmur.Həmin icazələr mülkiyyətdən məhrumetmə prosesinin ilk mərhələsi olduğundan ikinci abzasda nəzərdə tutulanlar arasına daxil edilməmişdir. Bu icazələr birinci abzasın birinci cümləsinə əsasən nəzərdən keçirilməlidir.
c) Milliləşmə icazələri ilə bağlı birinci abzasın birinci cümləsinə riayət edilməsi
66. Ərizəçilərin şikayət ərizəsi ilk növbədə Stokholm bələdiyyəsinə verilmiş müddətin uzunluğuna aiddir; ərizəçilər bu müddətin İsveç hüququna olduğu kimi Konvensiyaya da zidd olduğunu hesab edirlər.
67. 1917-ci il tarixli qanunda milliləşməni aparan orqanın milliləşmə ilə bağlı kompensasiya məbləğinimüəyyənləşdirməyi nəzərdə tutan məhkəmə prosesini başlatmalı olduğu müddətin uzunluğu haqqında heç bir müddəa yoxdur; üstəlik, bu qanunda icazələrin etibarlılıq müddətinin uzadılması ilə bağlı da müddəa yoxdur.
Sporronq əmlakı və xanım Lönrotun fikrincə, təşəkkül tapmış təcrübəyə əsasən torpaq məsələləri üzrə məhkəməyə çağırış vərəqinin verilməsinin normal müddəti qanunun qüvvəyə mindiyi vaxtdan etibarən bir ildir.Hazırki işdə bu müddət müvafiq olaraq beş və on il olduğundan birinci icazələrin qanuni əsası yoxdur; eləcə də Sporronq mülkü ilə bağlı icazənin müddətinin üç dəfə uzadılması da əsassızdır.
Cavabdeh Dövlət bildirir ki, icazələrin verilməsi və müddətinin uzadılması İsveç hüququna uyğundur: ilkin icazənin müddətini müəyyən etmək səlahiyyəti ilə yanaşı, əksini nəzərdə tutan qanun olmadığı müddətcə Hökumətin bu müddəti uzatmaq səlahiyyəti də var.
68. Məhkəmə İsveç hüququnun şərhi ilə bağlı yaranmış fikir ayrılığını həll etməliolduğunu hesab etmir. Mübahisəli icazələrin İsveç hüququna zidd deyil, uyğun olması belə onların 1-ci maddə (P1-1) ilə təmin edilən hüquqa uyğunluğunu sübut etmir.
69. Bu icazələrin nə birinci abzasın ikinci cümləsində, nə də ikinci abzasda öz əksini tapmaması o demək deyil ki, sözügedən hüquqa müdaxilə birinci abzasın birinci cümləsində ifadə edilmiş normanı pozur.
Bu norma ilə bağlı Məhkəmə ümumi maraqların tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsinin imperativləri arasında ədalətli tarazlığın olub-olmadığını müəyyənləşdirilməlidir (bax, mutatis mutandis, "Belçikadakı dillər" işi üzrə 23 iyul 1968-ci il tarixli qərar, seriya A no 6, səh. 32, bənd5).Bütünlüklə Konvensiyaya aid olan belə bir tarazlığın təmin edilməsi prinsipi, 1-ci maddədə (P1-1) də öz əksini tapır.
Hökumət nümayəndəsi belə bir tarazlığın zərurətini qəbul etmişdir. Hökumət nümayəndəsi 23 fevral 1982-ci ildə keçirilən səhər dinləmələrində qeyd etmişdir ki, milliləşmə ilə bağlı qanuna əsasən,nəzərdə tutulmuş ictimai marağın məqsədinə başqa bir vasitə ilə nail olmaq mümkündürsə milliləşmə icazəsi verilməməlidir; bu dəyərləndirilmə keçirildiyində fərdin maraqları ilə cəmiyyətin maraqları hərtərəfli nəzərə alınmalıdır.
Məhkəmə qanunvericinin bu narahatlığını nəzərdən qaçırmır. Üstəlik, Məhkəmə təbii olaraq hesab edir ki, böyük şəhərlərin yenidən qurulması kimi mürəkkəb və çətin bir sahədə Konvensiyaya üzv Dövlətlər şəhərsalma siyasətini aparmaq üçün geniş mülahizə səlahiyyətinə malikdirlər. Bununla belə, Məhkəmə öz nəzarətetmə səlahiyyətindən imtina edə bilməz. 1-ci maddənin (P1-1) birinci cümləsinə əsasən tələb edilən tarazlığın ərizəçilərin "(öz) mülkiyyətindən maneəsiz istifadə" hüququna uyğun olaraq təmin edilib-edilmədiyinə nəzarət etmək Məhkəmənin səlahiyyətindədir.
70. Hadisələrin baş verdiyi vaxtda qüvvədə olan qanunvericilik öz qeyri-elastikliyi ilə səciyyələnir. Milliləşmə icazələrinin tamamilə ləğv edilməsin -bu, bələdiyyələrin razılığı ilə olmalı idi – istisna olmaqla, qanunvericilik sözügedən mülkiyyətçilərin vəziyyətini dəyişdirmək üçün heç bir çıxış yolu göstərmirdi. Bu məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, Stokholm bələdiyyəsinə verilmiş icazələr Sporronq əmlakı işində beş il üçün nəzərdə tutulmuş, sonra üç il, sonra beş il və nəhayət on il müddətinə uzadılmış, və xanım Lönrot işində isə on il üçün nəzərdə tutulmuşdu.Təcrübədə bu icazələr müvafiq olaraq iyirmi üç il və səkkiz il qüvvədə qalmışdır. Bütün bu vaxt ərzində ərizəçilər öz mülkiyyətlərinin taleyindən qətiyyən əmin olmamış və qarşılaşa biləcəkləri çətinliklərin Hökumət tərəfindən nəzərə alınması hüququna malik olmamışlar. Komissiyanın Hesabatında bu çətinliklərdən nümunə göstərilir. Xanım Lönrot milliləşmə icazəsinin ləğv edilməsini Hökumətdən xahiş etmişdir. Bələdiyyə ona cavab vermşdir ki, mövcud layihələrdə heç bir istisnaya yol verilmir; hökumətə gəlincə o, bələdiyyənin xüsusi razılığı olmadan icazəni ləğv edə bilməyəcəyini əsas gətirərək ərizəni rədd etmişdir (yuxarıda qeyd edilən 21-ci bənd).
Məhkəmə layihələrlə bağlı Stokholm bələdiyyəsinin maraqlarını nəzərə alır. Bununla belə, Məhkəməyə aydın deyil ki, hər bir icazənin verildiyi və qüvvədə qaldığı uzun müddət ərzində İsveç qanunvericiliyi nə üçün bələdiyyənin və mülkiyyətçilərin maraqlarını ağlabatan zaman dilimi keçdikdən sonra yenidən dəyərləndirmək imkanını istisna etmışdır. Hazırki işdə belə bir imkanın olmaması əsassızdır, belə ki, milliləşmə icazələrinin əsasında duran şəhərsalma layihələri və bunlarla yanaşı ərizəçilərin mülkiyyətlərindən istifadə planları dəfələrlə dəyişmişdir.
71. İsveç Hökuməti 1972-ci il tarixli qanunun yer aldığı qanunlayihəsinə əsasən etiraf etmişdir ki, "mövcud sistem müəyyən mənada mülkiyyətçi üçün problemin əsasını təşkil edir[di]":
"Təbii ki, təkcə milliləşmə icazəsinin veilməsi belə, mülkiyyətçini qeyri-müəyyən bir vəziyyətə salır. Təcrübədə mülkiyyətçinin öz mülkü üzərində onu sataraq, istifadə hüququnu başqa birinə verərək və ya orada tikinti işləri apararaq sərəncam vermək imkanları məhdudlaşdırılır. O, həmçinin, mülkiyyətinin istismar və müasirləşdirmə xərclərini üzərinə götürüb-götürməmək məsələsini həll etməkdə çətinlik çəkə bilər. Əlbəttə,məhkəmə prosesinin başladılması uzun müddət gecikdirilərsə icazə ilə bağlı yaranan xoşagəlməz vəziyyət daha da ağırlaşır." (Kungl. Maj:ts təklif no. 109, 1972, səh. 227)
1972-ci il tarixli qanun bu problemləri qismən nəzərə alır. Əlbəttə, qanun icazənin etibarlılıq müddətinin uzunluğu səbəbilə zərər çəkə biləcək mülkiyyətçilərə kompensasiyanın ödənilməsini nəzərdə tutmur, lakinmilliləşmə məsələsinin həllindəki qeyri-müəyyənlik səbəbilə artan zərəri sübut edəcəkləri təqdirdəmülkiyyətçilərətorpaq məsələləri üzrə məhkəməyə müraciət müddətinin qısaldılmasından yaralanmaq imkanı verir (yuxarıda qeyd edilən 37-ci bənd).Hazırki işdə tətbiq edilə bilməyən (yuxarıda qeyd edilən 39-cu bənd) qanun ərizəçilərə sübut edə bildikləri çətinlikləri aradan qaldırmaqda kömək etməmişdir.
72. Məhkəmə həmçinin müəyyən edir ki, bütün bu vaxt ərzində tikinti ilə bağlı qadağalar icazələrin etibarlılıq müddətinin uzunluğunun zərərli nəticələrini daha da gücləndirmişdir. Ərizəçilərin öz mülkiyyətlərindən tam istifadə hüququ Sporronq Əmlakı ilə bağlı tam iyirmi beş il, xanım Lönrot işində isə on iki il məhdudlaşdırılmışdır. Bu məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, 1967-ci ildə Parlament Ombudsmanı hesab etmişdir ki, mülkiyyətçilər üçün müddəti uzadılmış qadağaların mənfi nəticələri hüquqi Dövlətdə üstünlük təşkil etməli olan anlayışlara ziddir (yuxarıda qeyd edilən 42-ci bənd).
73. Bu şəkildə birləşdirilmiş iki tədbir mülkiyyət hüququnun müdafiəsi ilə ümumi maraqların tələbləri arasındakı ədalətli tarazlığı pozan bir vəziyyət meydana gətirmişdir: Sporronq Əmlakı və xanım Lönrotfərdi və həddindən artıq ağır bir yükə məruz qalmışdır və bu yükü qanuniləşdirəcək yeganə yol müddətlərin qısaldılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etmək imkanıdır. Bununla belə, İsveç qanunvericiliyi həmin dövrdə belə imkanları istisna edirdi; o, indi də zərərin əvəzinin ödənilməsini istisna edir.
Məhkəmənin fikrincə, bu mərhələdə ərizəçilərin həqiqətən zərər çəkib-çəkmədiyini araşdırmaq yersizdir (bax,mutatis mutandis, yuxarıda qeyd edilən Marks qərarı, seriya A no 31, səh. 13, bənd 27): hətta onların hüquqi vəziyyətində belə, zəruri olan tarazlıq pozulmuşdur.
74. Beləliklə, tikinti işlərinin qadağan edilməsi ilə nəticələri daha da ağırlaşmış bu icazələr, xüsusilə iki ərizəçi ilə bağlı 1-ci maddəni (P1-1) pozmuşdur.
d) Tikinti işlərinin qadağan edilməsi ilə bağlı 1-ci maddəyə (P1-1) riayət edilməsi
75.Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, ayrılıqda nəzərdən keçirildikdə tikinti ilə bağlı qadağaların da1-ci maddəni(P1-1)pozub-pozmadığını müəyyənləşdirmək zəruri deyil.
II. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ 17 VƏ 18-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU (mad. 17+P1-1, mad. 18+P1-1)
76. Ərizəçilər həmçinin Konvensiyanın 17 və 18-ci maddələrinə (mad.17, mad. 18) isitinad edirlər. Onlar qeyd edirlər ki, mülkiyyətlərindən maneəsiz istifadə hüququna 1 saylı Protokolun 1-ci maddəsində (P1-1) "nəzərdə tutulmuş məhdudiyyətlərdən daha geniş məhdudiyyətlər" qoyulmuşdur və bu məhdudiyyətlər elə bir "məqsəd"daşıyır ki, sözügedən maddədə ondan bəhs edilmir.
Komissiya yekdilliklə belə bir nəticəyə gəlmişdir ki, pozuntu yoxdur.
1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) pozuntusunu müəyyənləşdirən Məhkəmə işin həmçinin Konvensiyanın 17 və 18-ci maddələri kontekstində (mad. 17, mad. 18) araşdırılmasını vacib hesab etmir.
III. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU (mad. 14+P1-1)
77. Ərizəçilər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə birgə götürülmüş 14-cü maddəsinə əsaslanaraq (mad.14+P1-1) iki kateqoriya mülkiyyətçilərlə müqayisədə ayrı-seçkilik qurbanı olduqlarını iddia edirlər: mülkiyyətləri milliləşdirilməmiş olanlar və mülkiyyətləri İsveç hüququna və Konvensiyaya uyğun olaraq milliləşdirilmiş olan mülkiyyət sahibləri.
Məhkəmə işlə bağlı heç bir dəlillə əsaslandırılmayan bu iddia ilə razılaşmamışdır.
IV. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU (mad. 6-1)
78. Ərizəçilərin fikrincə, mülkiyyətləri haqqında verilmiş milliləşmə icazələri ilə bağlı şikayət ərizələrinə İsveç məhkəmələrində baxılmamışdır, baxıla da bilməzdi; onlar bu məsələ ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad.6-1) pozulduğunu iddia edirlər. Həmin bənddə deyilir:
"Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir (...)."
A. 6-cı maddənin 1-ci bəndinin (mad. 6-1) tətbiqedilənliyi
79. Şübhəsiz, ərizəçilərin mülkiyyət hüququ mülki xarakterlidir və hazırki işdə bu məsələ ilə bağlı fikir ayrılığı mövcud deyildir. Ərizəçilər ilə İsveç hakimiyyət orqanları arasında məsələ ilə bağlı "mübahisə"nin yaranıb-yaranmadığını müəyyənləşdirmək qalır.
80. Milliləşmə prosesinin mülki hüquqa aid olduğunu qəbul edən Komissiya hesab edir ki, 1917-ci il tarixli qanuna əsasən verilmiş milliləşmə icazələri mülkiyyətçilərin hüquq və öhdəlikləri ilə bağlı mübahisələri həll etmir. Komissiya belə bir nəticəyə gəlir ki, ərizəçilərin mülkiyyətləri ilə bağlı icazələrin verilməsinin və daha sonra onların uzadılmasının inzibati prosedurları 6-cı maddənin 1-ci bəndinin (mad. 6-1) əhatə dairəsinə düşmür.
Məhkəmə bu fikir ilə razılaşa bilməz. 23 iyun 1981-ci il tarixli Lö Kont, Van Löven və Dö Meyer işi üzrə qərarında Məhkəmə dəqiqləşdirmişdir ki, 6-cı maddənin 1-ci bəndi (mad. 6-1) "təkcə başladılmış məhkəmə prosesində tətbiq edilmir: (mülki) hüquqlarından birinin həyata keçirilməsində hər hansı bir müdaxilənin qeyri-qanuni olduğunu hesab edən və bu barədə 6-cı maddənin 1-ci bəndinin (mad. 6-1) tələblərinə cavab verən məhkəməyə müraciət etmək imkanının olmamasından şikayət edən hər bir şəxs həmin maddəyə istinad edə bilər" (seriya A no 43, səh. 20, bənd 44, 21 fevral 1975-ci il tarixli Qolder qərarına istinadən, seriya A no 18). Mübahisənin dövlət hakimiyyəti preroqativlərinə müvafiq olaraq səlahiyyətli orqanların həyata keçirdiyi inzibati tədbirlər ilə əlaqədar olması əhəmiyyətli deyil (bax, mutatis mutandis, 16 iyul 1971-ci il tarixli Rinqayzen qərarı, seriya A no 13, səh. 39, bənd 94 və 28 iyun 1978-ci il tarixli Köniq qərarı, seriya A no 27, səh. 32, bənd 94).
Hazırki işdə maraqlı tərəflər qeyd edirlər ki, milliləşmə icazələrinin verilməsi və müddətininuzadılması nəticəsində yaranmış vəziyyətlə bağlı qərar qəbul etmək üçünsəlahiyyətliməhkəməyə müraciət etmək imkanları olmamışdır.
81. İcazələrin verilməsinin və müddətinin uzadılmasının qanuniliyinə gəlincə,Sporronq Əmlakı və xanım Lönrot təcrübəyə istinad edərək bildirirlər ki, torpaq məsələləri üzrə məhkəməyə çağırış vərəqinin verilməsi müddəti adətən bir il olmuşdur (yuxarıda qeyd edilən 67-ci bənd); ərizəçilər iddia edirlər ki, onların halında bu uzun müddət İsveç qanunvericiliyinə ziddir. Hökumətə gəlincə, o, bu şərhi qəbul etmir. Məhkəmə xatırladır ki, o, bu fikirayrılığını həll etməli olduğunu hesab etmir. (yuxarıda qeyd edilən 68-ci bənd).Bununla belə, fikir ayrılığının mövcudluğu və ciddiyyəti 6-cı maddənin 1-ci bəndi (mad. 6-1) ilə bağlı problemin meydana çıxdığını göstərir. Ərizəçilər mülkiyyət hüquqlarına zərər vuran və göründüyü kimi hazırki işdə uzun müddət qüvvədə qalan tədbirlərin qəbul edilməsini və uzadılmasını qeyri-qanuni hesab etdikdə daxili hüquqa aid bu məsələnin məhkəmə tərəfindən həll edilməsini tələb etmək hüququna malikdirlər.
82. Həmçinin maraqlı tərəflər qeyd edirlər ki, milliləşmə icazələrinin, eləcə də tikinti işlərinin qadağan edilməsinin səbəb olduğu zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək qeyri-mümkündür. Məhkəmə mübahisənin mövcudluğu barədə nəticəyə gəldiyindən iddianın nəzərdən keçirilməsini vacib hesab etməmişdir.
83. Nəticədə, ərizəçilərin mülkiyyətləri ilə bağlı milliləşmə icazələri "mülki xarakterli" hüquqa aiddir və icazələrin etibarlılıq müddətinin uzunluğuna gəlincə, bu, 6-cı maddənin 1-ci bəndi (mad. 6-1) ilə bağlı "mübahisə"nin yaranmasınasəbəb olur.
B. 6-cı maddənin 1-ci bəndinə (mad. 6-1) riayət edilməsi
84. Məhkəmə əmin olmalıdır ki, İsveç hüququ ərizəçilərə "məhkəməyə hüququ"nu təmin edir. Həmin hüququn xüsusiyyətlərindən biri məhkəməyə çatımlılıqdır, yəni mülki işlər üzrə məhkəməyə müraciət etmək hüququdur. (yuxarıda qeyd edilən Qolder qərarı, seriya A no 18, səh. 18, bənd 36).Bu səbəblə, Məhkəmə bələdiyyə şurasının və Hökumətin milliləşmə icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı qərarlarının qanuniliyini mübahisələndirmək üçün Sporronq Əmlakı və xanım Lönrotun məhkəmə prosesini başlatmaq imkanlarının olub-olmadığını araşdırmalıdır.
1. Bələdiyyə şurası qərarlarının qanuniliyinə nəzarət
85. Hökumətin fikrincə, ərizəçilər Stokholm bələdiyyəsinin qərarlarının qanuniliyini mübahisələndirə bilərdilər ki, bu qərarlar vasitəsilə bələdiyyə Hökumətdən sözügedən icazələrin verilməsi və uzadılmasını tələb etmişdir.
Əlbəttə, ərizəçilərin iddiasına görə fərdi bildirişlərinin olmamasına baxmayaraq, bu qərarlardan xəbərdar olduqları zaman onlar İnzibati Ərazi Şurasına, sonra isə ehtiyac olarsa, Ali İnzibati Məhkəməyə müraciət edə bilərdilər (yuxarıda qeyd edilən 43-cü bənd).Bununla belə, bu müraciətlər yalnız hazırlıq tədbirləridir; özlüyündə bunlar mülki hüququ pozmurdu. Bundan başqa, onların qanuniliyi meyarları heç də bu məsələ ilə bağlı Hökumətin qəbul etdiyi qəti qərarların qanuniliyi meyarlarından asılı deyil.
2. Hökumət qərarlarının qanuniliyinə nəzarət
86. Hökumətin icazələrin verilməsi və müddətinin uzadılması ilə bağlı qərarlarından inzibati məhkəmələrə şikayət verilə bilməz.
Əslində, mülkiyyətçilər Ali İnzibati Məhkəmədən işə yenidən baxılmasını tələb edərək həmin qərarların qanuniliyini mübahisələndirə bilərlər, lakin onlar təcrübədə Məhkəmə Prossesual Məcəllənin 58-ci fəslinin 1-ci maddəsində sadalanan eyni və ya oxşar səbəblərə əsaslanmalıdırlar (yuxarıda qeyd edilən 50-ci bənd). Üstəlik, Hökumət etiraf edir ki, söhbət qeyri-adi və nadir hallarda müraciət edilən hüquq müdafiə vasitəsindən gedir. Ali İnzibati Məhkəmə belə birşikayət ərizəsinin qəbuledilənliyini nəzərdən keçirərkən işə mahiyyəti üzrə baxmır; bu səbəblə, həmin mərhələdə Ali İnzibati Məhkəmə mülki hüquqa aid tədbirləri bütünlüklə nəzərdən keçirmir (bax, mutatis mutandis, qeyd edilən Lö Kont, Van Löven və Dö Meyer qərarı, seriya A no 43, səh. 23, 24 və 26, bəndlər 51, 54 və 60). Ali İnzibati Məhkəmə şikayət ərizəsini qəbuledilən hesab etdiyində belə bir nəzarət yalnız həmin məhkəmə tərəfindən və ya əvvəlcədən bu işə baxan məhkəmə və ya orqana geri göndərdiyi təqdirdə həmin məhkəmə və ya orqan tərəfindən həyata keçirilə bilər. Bir sözlə, bu vasitə 6-cı maddənin 1-ci bəndinin (mad 6-1) tələblərini ödəmir.
87. Beləliklə, Sporronq Əmlakıişi və xanım Löntor işi tam səlahiyyətli məhkəmədə araşdırıla bilməmişdir. Bu səbəblə, iki ərizəçi ilə bağlı 6-cı maddənin 1-ci bəndinin (mad. 6-1) pozuntusu baş vermişdir.
V. KONVENSİANIN 13-CÜ MADDƏSİNİN (mad. 13) İDDİA EDİLƏN POZUNTUSU
88. Ərizəçilər iddia etdikləri pozuntularla bağlı dövlət "orqanı" qarşısında səmərəli hüquq müdafiə vasitələrindən məhrum edildiklərini qeyd edirlər; Onlar 13-cü maddyə (mad.13) istinad edirlər. Həmin maddədə deyilir:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. "
Komissiya öz Hesabatında sözügedən maddənin (mad.13) pozulduğunu ifadə edir. Xüsusilə bu məsələyə həsr edilmiş 31 iyul 1981-ci il tarixli müşahidəsində Hökumət həmin fikrə etiraz edir.
6-cı maddənin 1-ci bəndi (mad. 6-1) ilə bağlı qəbul etdiyi qərarı nəzərə alaraq Məhkəmə hesab edir ki, işin 13-cü maddəyə (mad.13) əsasən nəzərdən keçirilməsi vacib deyil; əslində, 13-cü maddənin tələbləri 6-cı maddənin 1-ci bəndinin (mad.6-1) tələblərindən daha ciddi deyil və hazırki işdə 6-cı maddənin 1-ci bəndinin tələbləri üstünlük təşkil edir (yuxarıda qeyd edilən Erey qərarı, seriya A no 32, səh. 18, bənd 35; həmçinin bax, mutatis mutandis, 18 iyun 1971-ci il tarixli Dö Vilde, Ooms və Versipqərarı, seriya A no 12, səh. 46, bənd 95, vəyuxarıda qeyd edilən Qolder qərarı, seriya A no 18, səh. 15-16, bənd 33).
VI. KONVENSİYANIN 50-Cİ MADDƏSİNİN (mad. 50) TƏTBİQİ
89. 23 fevral 1982-ci il tarixli dinləmələrdə ərizəçilərin vəkili bəyan etmişdir ki, Məhkəmə pozuntunun olduğunu müəyyən edərsə, onun müştəriləri 50-ci maddəyə (mad. 50) uyğun olaraq maddi zərərin əvəzinin ədalətli ödənilməsini, eləcə də məhkəmə xərclərinin və işlə bağlı əlavə xərclərin ödənilməsini tələb edəcəklər. Ərizəçilərin iddialarının böyük ölçüdə Məhkəmənin qərarının məzmunundan asılı olacağını hesab edərək vəkil məsələnin araşdırılmasının təxirə salınmasını təklif etmişdir.
Hökumət 50-ci maddənin (mad.50) tətbiq edilməsi ilə bağlı mövqeyini hələlik bildirmək istəmədiyini dəqiqləşdirməklə kifayətlənmişdir.
Bu səbəblə, Reqlamentin 47 bis maddəsinə müvafiq olaraq qaldırılmış məsələ hələlik haqqında qərar verilməsi üçün hazır deyil. Nəticədə, Məhkəmə məsələninin nəzərdən keçirilməsini təxirə salmalı və cavabdeh Dövlət ilə ərizəçilər arasında razılığın mümkünlüyünü nəzərə alaraq növbəti məhkəmə araşdırmasının müddətinimüəyyənləşdirməlidir.
BU ƏSASLARLA, MƏHKƏMƏ,
1.Doqquz səsə qarşı on səs olmaqla qət edir ki, iki ərizəçi ilə bağlı 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) pozuntusu baş verməmişdir;
2.Yekdilliklə qət edir ki, hazırki işin 1 saylı Protokolun 1-ci maddəsi ilə (P1-1) birgə götürülməklə Konvensiyanın 17 və 18-ci maddələrinə əsasən (mad. 17+P1-1, mad. 18+ P1-1) nəzərdən keçirilməsi vacib deyil;
3.Yekdilliklə qət edir ki, 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin (mad. 14+P1-1) pozuntusu baş verməmişdir;
4.Yeddi səsə qarşı 12 səs olmaqla qət edir ki, iki ərizəçi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) pozulmuşdur;
5.Yekdilliklə qət edir ki, hazırki işin Konvensiyanın 13-cü maddəsinə əsasən (mad. 13) nəzərdən keçirilməsi vacib deyil;
6.Yekdillikllə qət edir ki, 50-ci maddənin (mad. 50) tətbiqi ilə bağlı məsələ haqqında qərar qəbul edilmək üçün hazır deyil;
nəticədə,
a) məsələnin araşdırılmasını tamamilə təxirə salır:
b) hazırki qərarın qəbulundan etibarən iki ay ərzində Komissiyadan bu məsələ ilə bağlı yazılı qeydlərini Məhkəməyə təqdim etməsini, xüsusilə Hökumətin və ərizəçilərin gələ biləcəkləri hər cür razılıq barədə onu məlumatlandırmasını tələb edir;
c) növbəti məhkəmə prosesini təxirə salır və ehtiyac olarsa, yeni tarixi təyin etmək üçün Məhkəmə sədrini səlahiyyətləndirir.
Əsli fransız mətni olmaqla fransız və ingilis dillərində hazırlanmış və iyirmi üç sentyabr min doqquz yüz səksən ikinci ildə Strazburq İnsan Hüquqları Sarayında elan edilmişdir.
Jerar Viarda
Sədr
Mark-AndreAYSEN
Katib
Hazırki qərara Konvensiyanın 51-ci maddəsinin 2-ci bəndinə (51-2) və reqlamentin 50-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq aşağıdakıxüsusi rəylər əlavə edilmişdir:
- 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə bağlı cənab Zekia, cənab Kremona, cənab Tor Vilhjalmson, cənab Lagerqren, Ser Vinsent Evans, cənab Makdonald, cənab Bernhart və cənab Gersingin birgə fərqli rəyi;
- Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) ilə bağlı cənab Kremonanın razılaşma rəyi;
- Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) ilə bağlı cənab Tor Vilhjalmsonun fərqli rəyi;
- Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) ilə bağlı cənab Lagerqrenin fərqli rəyi;
- Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) ilə bağlı cənab Pinhayro Farinha, Ser Vinsent Evans, cənab Makdonald, cənab Bernhart və cənab Gersinqin birgə fərqli rəyi;
- cənab Uolşun qismən fərqli rəyi.
J.V.
M.-A.A..
1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİ (P1-1) İLƏ BAĞLI HAKİMLƏR CƏNAB ZEKİA, CƏNAB KREMONA, CƏNAB TOR VİLHJALMSON, CƏNAB LAGERQREN, SER VİNSENT EVANS, CƏNAB MAKDONALD, CƏNAB BERNHART VƏ CƏNAB GERSİNGİN BİRGƏ FƏRQLİ RƏYİ
(Tərcümə)
1. Nə Konvensiyanın 1 saylı Ptotokolunun 1-ci maddəsinin (P1-1) pozuntusuna dair Məhkəmənin əksəriyyətinin gəldiyi nəticə ilə, nə də bu maddənin (P1-1) qərardakı şərh və tətbiq şəkli ilə razılaşa bilməyəcəyimizə təəssüflənirik.
2. 1 saylı Ptotokolun 1-ci maddəsinin (P1-1) pozuntusu barədə nəticə, fikrimizcə, bu maddənın əsas məqsədinə və əsl mənasına uyğun gəlməyən səbəblərə əsaslanır.
Hər şeydən əvvəl Məhkəmə üzvlərinin əksəriyyəti belə bir nəticəyə gəlmişdir ki, 1 saylı Ptotokolun 1-ci maddəsinin (P1-1) birinci cümləsinə əsasən ərizəçilərin mülkiyyət hüququnun həyata keçirilməsinə müdaxilə edilmişdir. Biz qəbuledirik ki, milliləşmə icazələri və tikinti ilə bağlı qadağalar mülkiyyətçilərin "mülkiyyətdən maneəsiz istifadə" hüququnun pozuntusuna gətirib çıxarmışdır (right "to thepeacefulenjoyment of their possessions").
Daha sonra qərarda qeyd edilirdi ki, birinci abzasın ikinci cümləsi hazırki işdə tətbiqedilən deyildir və biz də bu qərarla razıyıq.
Bununla belə, Məhkəmə üzvlərinin əksəriyyəti ikinci abzasın tətbiqedilənliyini də istisna edir (qərarın 65-ci bəndi). Əsaslandırmaq üçün göstərilən səbəb qətiyyən inandırıcı görünmür. Qeyd etməliyik ki, milliləşmə icazələri ərizəçilərin mülkiyyətlərindən istifadəsini məhdudlaşdırmaq və ya ona nəzarət etmək məqsədi daşımır, əksinə mülkiyyətdən məhrumetmə prosesinin ilkin mərhələsini təşkil edir. Lakin,həmin icazələrin tikinti qadağaları ilə birgə nəzərdən keçirilməli olması ilə bağlıqərarın digər hissəsində qəbuledilmiş olaraq görünən fakt nəzərə alınmır. Qərarın 60-cı bəndində haqlı olaraq qeyd edildiyi kimi "icazələr və qadağalar arasında zəruri hüquqi əlaqənin olmamasına (...) və onların etibarlılıq müddətlərinin fərqlənməsinə baxmayaraq, əslində onlar bir-birini tamamlayır və eyni məqsədi daşıyırlar: şəhərin inkişafının həyata keçirilməsini bu məqsədlə hazırlanmış bir sıra layihələrə uyğun olaraq asanlaşdırmaq".
Birinci abzasın ikinci cümləsini, eləcə də ikinci abzası istisna etməklə Məhkəmə üzvlərinin əksəriyyəti 1-ci maddənin (P1-1) yalnız birinci cümləsini tətbiq edərək "cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi imperativləri arasında ədalətli tarazlığın olub-olmamasını araşdırmaqda" (qərarın 69-cu bəndi) sərbəst olduğunu hesab edir.1-ci maddənin (P1-1) birinci cümləsinin şərhi ilə bağlı fikir bəyan etmirik, belə ki, bizim gəldiyimiz nəticələr ikinci abzasın tətbiqedilənliyinə əsaslanır.
3. Hazırki işdə 1-ci maddəni (P1-1) hansı şəkildə şərh və tətbiq etməli olduğu barədə fikirlərimiz fəqrlidir.
1-ci maddənin (P1-1) birinci cümləsi şəxsi mülkiyyət hüququnu təmin edir. Söhbət mülkiyyətdən maneəsiz istifadə hüququnun pozuntusuna qarşı fərdləri, eləcə də hüquqi şəxsləri müdafiə edən ümumi müddəadan gedir. Lakin müasir Dövlətlər cəmiyyətin maraqları naminə şəxsi mülkiyyətin istifadəsinə bir çox cəhətdən nəzarət etmək məcburiyyətindədir. Mülkiyyətə və ondan istifadəyə gəlincə nəzərə alınan sosial öhdəliklər və ehtiyaclar həmişə vardır. 1-ci maddənin (P1-1) aşağıdakı müddəaları bu ehtiyac və öhdəlikləri, eləcə də Dövlətlərin müvafiq hüquqlarını qəbul edir. Şəhərsalmanın əsl mahiyyəti ümumi maraqlar naminə mülkiyyətdən, o cümlədən şəxsi mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirməkdir.
Tamamilə aydındır ki, ikinci abzasın tətbiq edilməsi üçün şəxsi mülkiyyətdən istifadəyə qoyulan məhdudiyyətlər ən azından mülkiyyətçiyə müəyyən dərəcə sərbəstlik verməlidir, əks təqdirdə, bu məhdudiyyətlər mülkiyyətdən məhrumetmə ilə bərabər tutulacaq; hazırki işdə heç bir "istifadə" mövcud olmayacaq. Lakin görülən tədbirlərin, nəticə etibarilə,sözügedən əmlakları milliləşdirməsi imkanıikinci abzasın tətbiqedilənliyinə qarşı qəti bir arqument təşkil edə bilməz. Məhdudlaşdırılmasına baxmayaraq mülkiyyətdən istifadənin hələ də mümkün olduğu hallarda,hətta tədbirlər mülkiyyətçini öz mülkiyyətindən məhrum etmə məqsədi daşısa belə,şəraitdən asılı olaraq bu müddəa tətbiqedilən olaraq qalır. Hazırki işdə belə bir məhrumetmənin əslində mövcud olmadığı faktı sübut edilir. Dövlət heç bir zaman mülkiyyətçinin öz mülkiyyətindən istifadəsinə son qoymamışdır. Bu istifadə müvəqqəti olaraq gələcəkdə mümkün milliləşmələr nöqteyi-nəzərindən məhdudlaşdırılmışdır.
Bu səbəblə, düşünürük ki, ikinci abzas hazırki işdə haqqında şikayət verilən tədbirlərlə bağlı tətbiq edilmir.
Daha sonra söhbət həmin tədbirlərin ikinci abzasa uyğun olaraq əsaslandırılıb-əsaslandırılmadığından gedir. Həmin abzas qəti şəkildə bəyan edir ki, 1-ci maddənin (P1-1) yuxarıdakı müddəaları "dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır". Məhkəmə 13 iyun 1979-cu il tarixli Marks qərarının 64-cü bəndində (seriya A no 31, səh. 28)hesab etmişdir ki "Beləliklə, bu abzas üzv Dövlətləri belə bir qanunun yeganə ‘zəruri’ hakimlərinə çevirir". Hazırki işdə müzakirə edilən müvafiq İsveç qanunlarının əsasını təşkil edən "ümumi maraq" açıq-aydın görünür.Xüsusilə Stokholm kimi böyük şəhərlərdə şəhərsalma planlaşdırmasını asanlaşdırmaq üçün nəzərdə tutulan qanunvericilik Konvensiyaya üzv Dövlətlər üçün təbiidir. Bu qanunvericilik mülkiyyətdən istifadəyə və istismara nəzarəti həyata keçirmək üçün dövlət hakimiyyəti orqanlarına icazə verən və ümumi maraqlar naminə şəhər yenidənqurması və digər məqsədlər üçün milliləşməni nəzərdə tutan müddəaları da ehtiva edir.
Lakin məhz İsveç hakimiyyət orqanlarının müvafiq qanunlara uyğun olaraq gördüyü həmin tədbirlər hazırki işdə mübahisələndirilir. "Dövlətin hüququnu məhdudlaşdırmır" sözləri açıq-aydın həmin Dövlətlərə geniş mülahizə səlahiyyəti vermək məqsədi daşıyır. Bununla belə, Məhkəmə təkcə İsveç hüququna əsasən sözügedən tədbirlərin qanuniliyindən deyil, həmçinin bu tədbirlərlə ümumi maraqlar naminə mülkiyyətdən maneəsiz istifadəyə nəzarətin qanuni məqsədi arasında uyğunsuzluğun olmamasından da əmin olmalıdır.
Biz hazırki işdə görülən tədbirlərin qanuniliyindən şübhələnmək üçün əsasın olmaması barədə Komissiyanın fikri ilə razıyıq (Komissiyanın rəyinin 106-dan 109-cu bəndlərinə qədər).
Ərizəçilər iddia edirlər ki, heç bir ümumi maraq tədbirlərin həyata keçirilməsi müddətinin uzunluğunu əsaslandırmır. Biz hesab etmirik ki, həmin müddət Dövlət hakimiyyət orqanlarının ağlabatan şəkildə ümumi maraqlara cavab verən müddət olaraqnəzərdən keçirəcəyi müddəti aşmış olsun.
Müasir şəhərsalma planlaşdırması, xüsusilə geniş şəhər ərazilərində olduqca çətin araşdırma və dəyərləndirmə işlərinin aparılmasını tələb edir vəbu işlərin həyata keçirilməsi üçün çox vaxt əhəmiyyətli bir zaman dilimi tələb olunur.Üstəlik, inkar etmək olmaz ki, şəhər yenidənqurmasının planlaşdırılması və onunla bağlı hazırlıq işləri cəmiyyətin inanclarının və əhval-ruhiyyəsinin dəyişməsindən asılı olaraq dəyişə bilər. Hazirki işdə bu, Stokholm şəhərinin yenidənqurma layihələrində edilən dəyişikliklərdə özünü göstərir.İllər keçdikcə şəhər mərkəzindən keçən geniş nəqliyyat magistrallarının salınması fikri piyada yollarının salınması, ictimai nəqliyyat vasitələrinin artırılması və mövcud binaların mühafizəsi və restavrasiyası kimi yeni fikirlərlə əvəz edilmişdir. Bir çox digər şəhər və Dövlətlərdə analoji dəyişikliklər edilmişdir.
Əslində, milliləşmə icazələri və tikinti ilə bağlı qadağalar uzun illər ərzində,Sporronq Əmlakı işində il iyirmi il ərzində qüvvədə qalmışdır ki, bu da olduqca uzun bir müddətdir. Digər tərəfdən, İsveç Hökuməti bunu başa düşülən səbəblərlə izah etmişdir. Həmçinin məhdudiyyətlərin davam etdiyi müddət ərzində mülkiyyətçilərin hüquqi və faktiki vəziyyətini də nəzərə almaq lazımdır. Onlar mülkiyyətçi olaraq qalır və mülklərinin mövcud vəziyyətində ondan istifadəni qoruyub saxlayırlar.Mülkiyyətçilər öz mülkləri üzərində sərancam vermək hüququna malikdirlər və analoji vəziyyətdə olan digər mülkiyyətçilər də belə etmişlər. Mülkiyyətçilər ən azından ümumi şəhərsalma layihəsinə məxsus çərçivədə öz mülklərində rekonstruksiya işləri aparmaq və əmlaklarının vəziyyətini yaxşılaşdırmaq icazəsi üçün müraciət etmək imkanına malikdirlər; əslində, 1970-ci ildə Sporronq Əmlakı və xanım Lönrot əmlaklarında dəyişikliklər etmək icazəsi üçün müraciət etmiş və icazəni əldə etmişlər. Bundan başqa unutmaq olmaz ki, müasir cəmiyyətdə daşınmaz əmlak sahibləri burada müzakirə edilən rəsmi qərarlardan başqa, bir çox digər amillərin təsiri altındadırlar. Torpaq ərazilərinin və həmin ərazilərdə yerləşən daşınmaz əmlakların gələcəkdə istifadəsi ilə bağlı hakimiyyət orqanlarıöz niyyətini açıqladıqdan sonra mülkiyyətçilər mənfi nəticələrdən zərər çəkə bilərlər ki, hazırki işdə ərizəçilər həmin nəticələrdən şikayət verirlər.
Bütün bu cəhətləri nəzərdən keçirərkən hətta bu tədbirlərin mənfi nəticələrini qətiyyən inkar etmək mümkün olmasa belə,İsveç hakimiyyət orqanları tərəfindən görülən tədbirlərin, xüsusilə onların həyata keçirilmə müddətlərinin uzunluğunun, 1-ci maddənin (P1-1) ikinci abzasının legitim məqsədinı aşmış olması barədə nəticəyə gələ bilmərik.
4. Bu əsaslarla, hesab edirik ki, hazırki işdə 1 saylı Ptotokolun 1-ci maddəsi (P1-1) pozulmamışdır.
HAKİM CƏNAB KREMONANIN KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİ (mad. 6-1) İLƏ BAĞLI RAZILAŞMARƏYİ
(Tərcümə)
Həmkarlarımın əksəriyyəti ilə birgə hazırki işdə 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) pozulması barədə əksəriyyətin gəldiyi nəticə ilə razı olmadığımı artıq ifadə etmişdim. Həmçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad.6-1) pozuntusu barədə əksəriyyətlə birgə gəldiyimiz nəticənin əsaslarını mümkün qədər qısaca ifadə edəcəm.
Məhkəmə artıq müəyyən etmişdir ki, 6-cı maddənin 1-ci bəndi (mad. 6-1) mülki hüquq və vəzifələrlə bağlı mübahisələrdə məhkəməyə çatımlılığı təmin edir (21 fevral 1975-ci il tarixli Qolder qərarı, seriya A no 18, səh. 18, § 36). Məhkəmə həmçinin hesab etmişdir ki, "(mülki) hüquqlarından hər hansı birinə edilən müdaxiləni qeyri-qanuni hesab edən hər bir şəxs həmçinin bu müddəaya əsaslana bilər və 6-cı maddənin 1-ci bəndinin (mad.6-1) tələblərinə cavab verən məhkəməyə müraciət etmək imkanının olmamasından şikayət verə bilər" (23 iyun 1981-ci il tarixli Lö Kont, Van Löven və Dö Meyer qərarı, seriya A no 43, səh. 20, § 44).
Fikrimcə, hazırki işdə vəziyyət məhz belədir. Nəzərə alaraq a) ki, ərizəçilər İsveç hakimiyyət orqanlarının qəbul etdiyi və onların daşınmaz əmlaklarına təsir edən müəyyən tədbirlərin (milliləşmə icazələri) qəbul edilməsinin və müddətlərinin uzadılmasının qanuniliyini mübahisələndirir b) ki, İsveç hüququna əsasən milliləşmə icazələri,nəticə etibarilə, aparılacaq milliləşmə tədbirinin qanuniliyini artıq müəyyənləşdirir və bu icazələr məhkəmə qaydasında mübahisələndirilə bilməz (Komissiyanın rəyinə əlavə edilmiş fərqli rəyində Cənab Frovaynın əhəmiyyətli qeydi, səh. 76[*]) və c) beləliklə,pozulan hüquqlar mülki xarakterli mülkiyyət hüquqlarıdır, mən belə bir nəticəyə gəlirəm ki, ərizəçilər mülki hüquqları ilə bağlı mübahisələri həll etməyə çalışırlar və ya başqa sözlə, ərizəçilərin mülki hüquqları ilə bağlı "mübahisə" var.Beləliklə, 6-cı maddənin 1-ci bəndinə (mad. 6-1) uyğun olaraq ərizəçilər bu maddənin tələblərinə cavab verən məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək imkanına malik olmalı idilər, lakin onların müraciət etmək imkanı olmamışdır.
Yuxarıda qeyd edilən iddianın açıq-aydın cəfəngvə ya zəhlətökən olmaması şərtiləmümkün və ya güman edilən nəticəsi baxımındanedilən hər cür möhtəkirlik (əgər həmin iddianın məhkəmə qarşısında qaldırılma imkanı olsaydı) yuxarıda ifadə edilən vəziyyəti heç bir şəkildə dəyişdirməyəcək əbəs bir iş olar. Üstəlik, bu tədbirlərin qanuniliyi və ya qeyri-qanuniliyi ilə bağlıhər hansırəyimiz,əslində,hazırki məsələyə müvafiq deyil (6-cı maddənin 1-ci bəndi (mad. 6-1) ilə əlaqədar yaranan məsələ).
Qeyd etmək lazımdır ki,bu tədbirlərə birbaşa məzruz qalan və onların qanuniliyini mübahisələndirən ərizəçilər 6-cı maddənin 1-ci bəndinə əsasən (mad 6-1) həmin tədbirlərin qanuniliyini və ya qeyri-qanuniliyini məhkəmə qaydasında araşdırmaq və sübut etmək hüququna malikdir (və nəticə etibarilə, belə bir imkana da malik olmalı idilər ki, hazırki işdə isə belə bir imkan olmamışdır).
KONVENSİANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİ (mad.6-1) İLƏ BAĞLI CƏNAB HAKİM TOR VİLHJALMSONUN FƏRQLİ RƏYİ
(Tərcümə)
Hesab etmirəm ki, hazırki işdə 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) pozuntusu baş vermişdir. Həmçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad. 6-1) də pozulduğunu hesab etmirəm. 1saylı Protokolun 1-ci maddəsinin pozuntusuna gəlincə, bəzi həmkarlarımın, özümün də qoşulduğumfərqlirəyinə istinad edirəm. 6-cı maddənin 1-ci bəndinə (mad.6-1) gəlincə isə təəssüf ki, digər hakimlərlə həmfikir deyiləm; mülahizələrimi qısaca belə ifadə edə bilərəm:
Qərarın 79-cu bəndində Məhkəmə üzvlərinin əksəriyyəti bəyan edir ki, ərizəçilərin mübahisəli hüquqları, şübhəsiz, "mülki xarakterli" hüquqlardır. Bununla razıyam. Lakin, "mülki hüquqlar barədə mübahisə"nın olduğunu hesab etmirəm.
Aydındır ki, İsveç hüququna əsasən,təcrübədəərizəçilər daşınmaz əmlakları haqqında verilənmilliləşmə icazələrini məhkəmə qarşısında mübahisələndirə bilməmişlər. Bu məsələ ilə bağlı qərarın 48-50-ci bəndlərinə istinad edirəm. 6-cı maddənin 1-ci bəndinin (mad. 6-1) pozuntusu baş versə idi, bu o demək olardı ki, cavabdeh Dövlət İsveç konstitusiyanın Hökumət aktları üzərində məhkəmə nəzarəti ilə bağlı normalarına müvafiq olaraq ərizəçilərə hüquqi nöqteyi-nəzərdən əsaslandırılmamış arqumentlərini məhkəməyə təqdim etmək imkanını təmin etməlidir. Həmçinin bu o demək olardı ki, məhkəmə araşdırması hüququnu təmin edən 6-cı maddənin 1-ci bəndi (mad. 6-1) əsas konstitusion normaları bilavasitə müəyyən edir. Belə bir şərhi qeyri-mümkün hesab edirəm. Nəticədə, İsveç məhkəməsinin həll edə biləcəyi mübahisə və ya fikir ayrılığı yoxdur. 6-cı maddənin 1-ci bəndi (mad.6-1) cavabdeh Dövlətin üzərinə mövcud vəziyyəti dəyişdirmək öhdəliyi qoymur.
Bu səbəblə, hesab edirəm ki, 6-cı maddənin 1-ci bəndi (mad.6-1) tətbiqedilən deyil.
KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİ (mad.6-1) İLƏ BAĞLI CƏNAB HAKİM LAGERQRENİN FƏRQLİ RƏYİ
(Tərcümə)
Hazırki işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad. 6-1) tətbiqedilənliyinə gəlincə hesab edirəm ki, mülki xarakterli heç bir hüquq təhlükə altında deyil və milli məhkəmə yolu ilə həll edilməli olan real mübahisəli məsələ yoxdur.
Komissiya üzvlərinin əksəriyyətinin fikrincə (rəyin 147-ci bəndi), milliləşmə icazələri ərizəçilərin mülkiyyət hüququ üzərində heç bir hüquqi təsirə malik deyil. Ərizəçilər öz əraziləri üzərində mülkiyyət hüququnu və nəticə etibarilə də daşınmaz əmlaklarını satmaq, başqa birinin yaşaması üçün vermək və ya kirayə verməkimkanını qoruyub saxlamışdır. Bununla belə, mülki xarakter daşıyan mülkiyyət hüququna malik ərizəçilər milliləşmənin guya davamlı olan təhlükəsi ilə qarşılaşırlar.Komissiyanın fikrincə, milliləşmə icazələrinin verdiyi zərər ərizəçilərin mülki hüquq və vəzifələri üzərində hüquqi təsiri olmayan dolayı və faktiki zərərdir.
Əksinə, cənab Frovayn cənab Treşelin, cənab Melşiorun və cənab Sampayonun da həmrəy olduğu fərdi rəyində belə bir nəticəyə gəlmişdir ki, 6-cı maddənin 1-ci bəndi (mad.6-1) pozulmuşdur, çünki ərizəçilərin milliləşmə icazələrinin verilməsinin və həyata keçirilmə müddətinin uzadılmasının qanuniliyi ilə bağlı məhkəməyə müraciət etmək imkanı olmamışdır. Cənab Frovaynın fikrincə, icazənin verilməsi birinci mərhələni təşkil edir, lakin İsveç hüququna əsasən milliləşmə tədbirinin qanuniliyini müəyyən edir və daha sonra bu qanunilikdən məhkəməyə şikayət verilə bilməzdi. Bu, həmin qanuniliyi müəyyən etmək üçün həlledici bir məqamdır.
Hətta icazələrin özü belə sual altına qoyulmuş olsa idi, mən indicə istinad edilən azlığın fikri ilə razılaşardım, yəni icazələrin verilməsi ərizəçilərin mülkiyyət hüququ baxımından həlledici rol oynayır və İsveç qanunvericiliyi 6-cı maddənin 1-ci bəndinin (mad 6-1) tələblərinə cavab verən hüquq müdafiə vasitələrini təmin etmir.
Bununla belə, Məhkəmənin qeyd etdiyi kimi (qərarın 58-ci bəndi) ərizəçilər milliləşmə icazələrinin qanuniliyini mübahisələndirmirlər. Onlar icazələrin həyata keçirilmə müddətinin uzunluğundan və bu müddətin uzadılmasından şikayətlənməklə kifayətlənir və iddia edirlər ki, onların işində uzun müddətlər 1917-ci il tarixli qanuna uyğun deyildir. Beləliklə, ərizəçilərin hazırki işdə görülən tədbirlərin qanuniliyi ilə bağlı mübahisələndirdiyi yeganə cəhət milliləşmə icazələrinin müddətinin uzunluğudur. Lakin fikrimcə, müddətlə bağlıprosedur və ya faktiki məsələnin həlli mülki hüquqlarla bağlı mübahisələrin həllinə bərabər deyil; milliləşmə icazələrinin həyata keçirilmə müddətlərinin sadə təyini bü cür hüquqlar üçün qətiyyən həlledici rol oynamır. "Mübahisə"nin mövcudluğu məsələsinin araşdırılmasının zəruri olmasına baxmayaraq, bu, 6-cı maddənin 1-ci bəndinin (mad.6-1) tətbiqedilənliyini istisna etmək üçün kifayətdir.
Bununla belə, sonuncu məsələni nəzərdən keçirmək istərdim. 1917-ci il tarixli qanun nə milliləşmə müddətinin uzunluğu ilə bağlı müddəanı ki, həmin müddətdə milliləşməni aparan orqan milliləşmə kompensasiyalarının müəyyənləşdiriliməsi məqsədilə məhkəmə prosesini başlatmalıdır, nə də milliləşmə icazələrinin etibarlılıq müddətlərinin uzadılması ilə bağlı müddəaları ehtiva etmir. Komissiya bəyan edir ki, (rəyin 107-ci bəndi)bu müddətlərin ilkin təyinatı Hökumətin diskresion səlahiyyətləri çərçivəsindədir və təbii ki, sözügedən qanunun şərhinə əsasən Hökumətin icazələrlə bağlı ilkin qərarlarınının tətbiqini uzatmaq səlahiyyəti də var. Bu səbəblə Komissiya hesab edir ki, 31 iyul 1956-ci il və 24 sentyabr 1971-ci il tarixli qərarlarında Hökumətin təyin etdiyi beş və on il kimiSporronq Əmlakı işindəki milliləşmə icazələrinin müddətlərinin də üç dəfə uzadılması qanunidir (həmçinin, bax, 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) ilə bağlı bəzi həmkarlarımın birgə xüsusi rəyinə və mənim xüsusi rəyimə).
Məhkəmə ərizəçilərin və Hökumətin bu məsələ ilə bağlı fikirlərini qısaca belə ifadə edir (qərarın 67-ci bəndi):
"Sporronq Əmlakı və xanım Lönrotun fikrincə, təşəkkül tapmış təcrübəyə əsasən torpaq məsələləri üzrə məhkəməyə çağırış vərəqinin verilməsinin normal müddəti qanun qüvvəyə mindiyi vaxtdan etibarən bir il olmuşdur. Hazırki işdə bu müddət müvafiq olaraq beş və on il olduğundan birinci icazələrin qanuni əsası yoxdur; eləcə də Sporronq mülkü ilə bağlı icazənin müddətinin üç dəfə uzadılması da əsassızdır.
Cavabdeh Dövlət ifadə edir ki, icazələrin verilməsi və müddətinin uzadılması İsveç hüququna uyğundur: ilkin icazənin müddətini müəyyən etmək səlahiyyəti ilə yanaşı, əksini nəzərdə tutan qanun olmadığı müddətcə Hökumətin bu müddəti uzatmaq səlahiyyəti də var."
"6-cı maddənin 1-ci bəndinin (mad.6-1) tətbiqedilənliyi" başlığı altında Məhkəmə ifadə edir (qərarın 81-ci bəndi) " ki, o, bu fikir ayrılığını həll etməli olduğunu hesab etmir (...). Bununla belə, fikir ayrılığının mövcudluğu və ciddiyyəti 6-cı maddənin 1-ci bəndi (mad. 6-1) ilə bağlı problemin meydana çıxdığını göstərir". Məhkəmə belə bir bir nəticəyə gəlir ki, ərizəçilər daxili hüquqa aid bu məsələnin məhkəmə tərəfindən həll edilməsini tələb etmək hüququna malikdirlər.
Təəssüf ki, bu nəticə ilə razılaşa bilmərəm. Əlbəttə, mübahisənin ciddi və ya "real" olub-olmaması barədə qərar vermək incə bir məsələdir (23 iyun 1981-ci il tarixli Lö Kont, Van Löven, və De Meyer qərarı, seriya A no 43, səh. 20, § 45), lakin bu cür mübahisələrdə məsələni həll etmək lazımdır. 1917-ci il tarixli qanunun şərhi ilə bağlı Hökumətin istinad etdiyi arqumentlər, fikrimcə, İsveç hüququnun ümumi şərhetmə normalarına uyğundur. Üstəlik, ərizəçilərin hörmətli nümayəndəsi nə icazələrin ilkin müddətinin, nə də bu müddətlərin üç dəfə uzadılmasının qanuni əsasının olmaması barədəki arqumentini təsdiqləyəcək heç bir doktrinal mənbə təqdim etməmişdir. Şübhəsiz, uzun müddətli icazələr - xüsusilə Stokholm şəhərində - qızğın tənqidlərə səbəb olmuşdur, lakin bu icazələri qeyri-qanuni və ya qüvvədə olan İsveç qanunvericiliyinə zidd olaraq dəyərləndirən heç bir ifadə ilə qarşılaşmamışam.
İlkin icazələr üçün maksimum müddətin olmaması və 1917-ci və 1972-ci il tarixli qanunlara əsasən Hökumətin bu müddətləri uzatmaq səlahiyyətinin olması ilə əlaqədar ən inandırıcı izahat çox güman ki, 1972-ci il tarixli qanunla bağlı hazırlıq işlərində öz əksini tapır. Həmin qanunun yer aldığı qanun layihəsinin əsasını təşkil edən rəyi hazırlayan Komissiya ("expropriationsutredningen") bəyan etmişdir (SOU 1969: 50 səh. 141[*]) ki, 1917-ci il tarixli qanunun 5-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq məsələləri üzrə məhkəməyə çağırış vərəqinin verilməli olduğu müddəti müəyyən etmək səlahiyyəti Hökumətə məxsusdur. Komissiyanın rəyində deyilir:
"Ümumiyyəttlə, bir illik müddət təyin edilir, bununla belə, hazırllıq işlərində həmin müddətlərin son həddi dəqiqləşdirilmir. Milliləşmə ilə bağlı1908-ci il tarixli komissiya (1908 års expropriationskommitté) elan etməklə kifayətlənmişdir ki, müəyyən bir daşınmaz əmlakın milliləşdirilməsi hüququnun verilməsi faktı belə mülkiyyətçini həmişə narazılıqlara səbəb olan qeyri-müəyyən bir vəziyyətə salır və çox vaxt iqtisadi cəhətdən mənfi nəticələrə gətib çıxarır. Bu səbəblə, Komissiya hesab etmişdir ki, daşınmaz əmlak üzərindəki milliləşmə hüququ qeyri-məhdud müddətə saxlanılmamalıdır (bunu qeyd edən mənəm).
Təcrübədə hesab edilmişdir ki, Hökumət müəyyən edilmiş müddətləri uzatmaqda sərbəstdir. Nəticədə, milliləşmə icazəsinin verilməsi və məhkəmə prosesinin başladılması tarixi arasındakı zaman dilimi bir çox hallarda olduqca uzun olmuşdur və 1908-ci il tarixli Komissiyanın qeyd etdiyi mənfi nəticələrdən hələ də qaçınmaq mümkün olmamışdır."
Komissiya həmçinin 142-ci səhifədə-də elan edir:
"Əvvəlki araşdırmamızda (SOU 1964: 32), xüsusilə1917-ci il tarixli qanunun 5-ci maddəsinin 4-cü bəndinin dəyişdirilməsini təklif etmişdik. Bu dəyişikliyin məqsədi (qeyd edən mənəm), xüsusilə Hökumətin milliləmə müddətinin uzadılması ilə bağlı səalhiyyətini kodifikasiya etməkdir ki, həmin müddətdə milliləşmə məsələsi məhkəmə qarşısında qaldırılmalıdır."
Daha sonra 143-cü səhifədə deyilir:
"Hətta milliləşmə üçün maksimum müddət qanunla müəyyən edilmiş olsa belə, uzadılmanı əsaslandıran xüsusi imperativ səbəblərin olduğu hallar istisna olmaqla həmin müddəti uzatmaqvə müəyyən edilmiş vaxt başa çatdıqdan sonra milliləşmə ilə bağlı yenidən müraciət etmək üçünmümkün qadağa ilə birgə milliləşməni tələb edən maraqlı tərəfə qətiyyən mane olmaq mümkün deyil. (...) Nəticədə, bu məsələ ilə bağlı daşınmaz əmlakın mülkiyyətçisinin maraqları hazırki qanunvericilik çərçivəsində mövcud olan müdafiədən daha yaxşı müdafiə edilə bilməz."
Bu əsaslarla, hesab edirəm ki, "mülki hüquq və vəzifələr"lə bağlı ciddi və həqiqi "mübahisə" yoxdur və bu səbəblə hesab edirəm ki,6-cı maddənin 1-ci bəndi (mad.6-1) pozulmamaışdır.
KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-Cİ BƏNDİ (mad.6-1) İLƏ BAĞLI HAKİMLƏR CƏNAB PİNHAYRO FARİNHA, SER VİNSENT EVANS, CƏNAB MAKDONALD, CƏNAB BERNHART VƏ CƏNAB GERSİNQİN BİRGƏ FƏRQLİ RƏYİ
(Tərcümə)
Hazırki işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (mad.6-1) pozuntusu ilə bağlı Məhkəmə üzvlərinin əksəriyyətinin fikri ilə razı olmadığımızı təəssüflə bildiririk.
Xüsusilə 6-cı maddənin 1-ci bəndi nəzərdə tutur ki,hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Söhbət ərizəçilərin daşınmaz əmlakları ilə bağlı İsveç hakimiyyət orqanlarının, xüsusilə milliləşmə icazəsinin müddəti ilə bağlı qərarlarının qanuniliyindən bu maddənin tələblərinə cavab verən məhkəməyə şikayət verə bilib-bilmədiklərini aydınlaşdırmaqdan gedir.
İsveç hakimiyyət orqanlarının qərarlarının ərizəçilərin mülkiyyət hüququnu pozduğunu inkar etmək olmaz. 6-cı maddənin 1-ci bəndinə (mad.6-1) uyğun olaraq bu qərarlardan şikayət verilməli olub-olmadığını aydınlaşdırmaq qalır.
Məhkəmə hesab etmişdir ki, 6-cı maddənin 1-ci bəndində (mad.6-1) öz əksini tapan "mülki hüquq" ("civil rights") anlayışı müstəqil məna daşımalıdır, belə ki, bu anlayış təkcə cavabdeh Dövlətin daxili hüququna istinad edilərək şərh edilə bilməz; Məhkəmə hesab etmişdir ki, 6-cı maddənin 1-ci bəndi (mad.6-1) "mübahisə" olduğu zaman tətbiq edilir ki, bu mübahisənin həlli xüsusi hüquqla bağlı "mülki hüquqlar"ın müəyyən edilməsində birbaşa həlledici rol oynayır, mübahsənin mülki hüquqla bağlılığının zəifliyi və nəzərə çarpan təsirlərə malik olmaması halında isə bu maddə tətbiq edilmir(məsələn, bax, 23 iyun 1981-ci il tarixli Lö Kont, Van Löven və De Meyer qərarı, seriya A no 43, səh. 20 və 21, §§ 44-47).
Hesab edirik ki, bu məsələlərlə bağlı Məhkəmə təcrübəsinin dəqiqləşdirilməsinə ehtiyac var.Ümumi maqraqlar naminə qəbul edilmiş qərarlar xüsusi hüququ hər dəfə pozduğunda Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) tətbiq edilərsə Hökumətin aktlarına və inzibati aktlara məhkəmənin məhdudiyyətsiz nəzarəti praktik olaraq təmin ediləcək. Fikrimizcə, belə bir şərh 6-cı maddənin 1-ci bəndinin mənasına və müddəalarına uyğun deyil və Konvensiyaya üzv Dövlətlərin əksəriyyətinin hüquqi vəziyyətinə ziddir.
6-cı maddənin 1-ci bəndinə (mad.6-1) müvafiq olaraq mülki hüquqların müəyyən edilməsində həlledici rol oynayan mübahisələrlə bu maddənin tətbiq edilmədiyi aktlarla bağlı mübahisələri fərqləndirməkbəzən çətindir.Fikrimizcə, 6-cı maddənin 1-ci bəndi (mad.6-1) ən azından ümumi maraq mülahizələrinin ustünlük təşkil etdiyi və əsasən də siyasi mülahizələrlə müəyyən edilən ümumi və inzibati hüquqla bağlı aktlara tətbiq edilmir. Beləliklə, həmin elementlər nəzərdən keçirilən işdə toplanmışdır.
Milliləşmə icazələri tamamilə ümumi hüquqa və ümumi maraq mülahizələrinə tabedir. Bu icazələr ərizəçilərifərd olaraq deyil, Stokholm şəhərinin müəyyən ərazisində yerləşmiş daşınmazların sahibləri olaraq nəzərdə tutur. Bu icazələr birbaşa xüsus hüquq sahəsində deyil, əksinə, ümumi hüququn Stokholm şəhərinə verdiyi hüquqlar nöqteyi-nəzərindən həlledici əhəmiyyətə malikdir. Ən azından görülmüş tədbirlərin qanuniliyi ilə bağlı məhkəmə nəzarəti bu cür hallarda arzuedilən ola bilərdi, lakin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq (mad.6-1) belə bir nəzarət tələb olunmur.
Analoji mülahizələr tikinti ilə bağlı qadağalar üçün də keçərlidir. Bu məhdudiyyətləri şəhərsalma prosesi kontekstində və bu prosesin və ona məxsus imperativlərin bir hissəsi kimi nəzərdən keçirmək lazımdır.
Bu əsaslarla, biz belə bir nəticəyə gəlirik ki, 6-cı maddənin 1-ci bəndinin (mad. 6-1) pozuntusu baş verməmişdir.
CƏNAB HAKİM UOLŞUN QİSMƏN FƏRQLİ RƏYİ
(Tərcümə)
Məhkəmənin qərarında həmkarlarımın gətirdiyi əsaslar və gəldikləri nəticələr ilə tamamilə razı olmadığımı təəssüflə bildirirəm.
1. 1 saylı Protokolun 1-ci maddəsi (P1-1) əmlakın bazar dəyərinə təsir edə bilən Dövlətin bütün fəaliyyətlərinə qarşı təminat təşkil etmir. Bu maddə mülkiyyətə sahiblik və ondan məhrum edilməmə hüququnu qəbul edir, lakin həmin maddənin müddəalarından açıq-aydın görünür ki, bu maddə mütləq mülkiyyət hüququnu təmin etmir.
Sözügedən maddənin müddəalarında aşağıdakılar nəzərdə tutulur a) "ümumi maraqlar naminə" məhrumetmə ("in the public interest") və b) "ümumi maraqlara müvafiq olaraq" mülkiyyətdən istifadəyə nəzarət ("in accordance withthegeneralinterest"). Beləlıklə, aydındir ki, (P1-1) maddəsi mülkiyyət hüququnu mütləq hüquq olaraq nəzərdən keçirmir. Əksinə, bu maddə zərurət yarandığı ölçüdə fərdi marağın ümumi marağa tabeolduğunu nəzərdən keçirir.
2. Hazırki işdə ərizəçilər mülkiyyətləri barədə verilən milliləşmə icazələrindən, eləcə də ondan istifadə ilə bağlı qadağalardan şikayət edirlər.
Milliləşmə icazələrinə gəlincə, şikayət ərizəsində güman edilən şəhərsalma layihələrinin daşınmaz əmlakların bazar qiyməti üzərindəki mənfi təsiri nəzərdə tutulur. Heç kimsə ümumi maraq naminə bu layihələri mübahisələndirmir, lakin onların məqsədi ərizəçiləri mülkiyyət hüququndan məhrum etmək deyil. Stokholm şəhərinin yenidənqurması kimi legitim məqsəd şəhərin bu layihələrə daxil edilmiş bəzi daşınmaz əmlaklarının bazar dəyərinə qaçınılmaz şəkildə təsir göstərsə də bu, şəhərləşdiriləcək ərazilərin yaxınlığında yerləşən daşınmazların üzərindəki təbii təsirlərdir. Bunun müsadirə ilə heç birəlaqəsi yoxdur. Milliləşdirmə halında götürülmüş əmlaka görə kompensasiya ödəniləcək. Sözügedən ərazi şəhərsalma layihəsinə daxil edilməzsə buradan əldə edilə biləcək mənfəət üçün kompensasiyanın ödənilməməsi ədalətlidir. "Ümumi maraq" sözün həqiqi mənasında əsaslandırılmış ümumi marağı nəzərdə tutur. Sözügedən ümumi maraq ədalətli və legitim bir maraqdır və özündə ədalətsiz ola bilməyəcək bu marağın dəstəklənməsi üçün fərdi marağın zəruri olaraq məhdudlaşdırılması lazımdır.
3. Fikrimcə, milliləşmə icazələrinə verilmiş əhəmiyyət disproporsionaldır. Əslində, Stokholm şəhərində gələcək yenidənqurma işlərinin hansı şəkildə olacağı müəyyən edilər-edilməz daşınmaz əmlakla bağlı şəhərsalma plan və təkliflərin irəli sürülməsi onun satış dəyərinə təsir göstərəcək. Nəticədə, icazənin verilməsi milliləşmə aktı və ya milliləşməyə ekvivalent akt olaraq nəzərdən keçirilə bilməz. Daha çox söhbət gələcəkdəki mümkün və ya hətta güman edilən hərəkətlərlərin elan edilməsindən gedir.Bazara təsir edən amil bu hərəkətlərin elan edilməsi deyil,məhz beləhərəkətlərin mümkünlüyü və ehtimal edilməsidir. Hökumət icazələri özündə heç bir layihəni işləyib hazırlamır. Hətta təklif edilən layihənin həyata keçirilməsi üçün bir və ya bir neçə əmlakın bütövlükdə və ya qismən əldə edilməsinin zəruriliyi sözügedən layihələrdən açıq-aydın görünsə belə, əksər ölkələrdə yerli özünüidarəetmə orqanları çox vaxt əmlakların əldə edilməsi ilə bağlı atılan hər cür addımdan illər öncə öz şəhərsalma layihələrini nəşr etdirir.
4. Hazırki işdə şikayət ərizəsi adi və legitim şəhərsalma layihəsinə məxsus təsirlərdən uzaq vəziyyətdə həyata keçirilə biləcək mümkün mənfəətlərin iddia edilən itkisinə əsaslanır. Milliləşmə baş vermədikcə ərizəçilər daşınmaz əmlakları üzərində sərəncam verməkdə sərbəstdirlər. Baxmayaraq ki, ərizəçilər bazarda ehtimal edilən milliləşmənin perspektivlərinin maneələri ilə üzləşirlər. Bununla belə, bu, yenidən qurulması planlaşdırılan ərazilərin əlksəriyyəti üçün normaldır. Kompensasiya məbləğinin son həddinin Hökumət icazəsindən dərhal sonra aparılan milliləşmə zamanı ödənilmiş kompensasiyadan daha aşağı və dəyərsiz olacağı barədə göstəriş yoxdur Şəhərsalma layihəsi ilə bağlı dəyərlərdəki hər cür düşüş bu və ya digər halda eyni olmalıdır. Burada söhbət bir qayda olaraq zaman keçdikcə dəyişməyən amildən gedir. Ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) birinci abzasının pozuntusunun qurbanına çevrildiklərini iddia edə bilməzlər, bir şərtlə ki, şəhərsalma layihəsinin mövcudluğu özündə ərizəçilərə kompensasiya ödənilməsi hüququnu təmin etmiş olsun. Lakin fikrimcə, (P1-1) maddəsi belə bir hüququ təmin etmir.
5. Şübhəsiz, güman edilən layihə ilə əlaqədar olmasına baxmayaraq mülkiyyətdən istifadəyə qoyulmuş məhdudiyyət ayrı bir sual doğurur. Şəhərsalma prosesindəki məsul orqanlar şəhərsalma layihəsinin tələbləri işığında müəyyən edilmiş daşınmaz əmlaklardan maneəsiz istifadəni məhdudlaşdırmışdır. Heç nə mülkiyyətçiyə öz əmlakından istədiyi şəkildə istifadə etmək hüququnu təmin etmir. Ümumi maraqlar naminə bu istifadəyə legitim məhdudiyyətlər gətirilə bilər. Hazırki işdə mübahisəli məhdudiyyətlər şəhərsalma prosesinin tələbləri çərçivəsindədir və bu məhdudiyyətlərin özbaşına gətirilməsi barədə heçbir sübut yoxdur. Təklif edilən şəhərsalma layihəsinin legitimliyi mübahisələndirilməmişdir.
1 saylı Protokolun 1-ci maddəsinin hər bir milliləşmə halında və ya "cəmiyyətin maraqları naminə" və ya "ümumi maraqlar" naminə mülkiyyət hüququnun məhdudlaşdırılması halında kompensasiyanın ödənilməsi zəruriliyini nəzərdə tutmamasına baxmayaraq hazırki işdə milliləşmə aparıldığı təqdirdə zərərin əvəzinin ədalətli ödənilməyəcəyibarədə eyham vurulmamışdır..
6. Fikrimcə, 1 saylı Protokolun 1-ci maddəsinin (P1-1) hər iki abzası hazırki işdə tətbiqediləndir, lakin bu maddənin müddəalarının pozuntusu müəyyən edilməmişdir.
7. Hesab edirəm ki, Konvensiyanın 17 və 18-ci maddələrinin (mad.17, mad.18) pozuntusu baş verməmişdir.
8. Həmçinin hesab edirəm ki, 14-cü maddə pozulmamışdır. Həmin maddədə nəzərdə tutulan ayrı-seçkilik orada sadalanan nümunələrlə məhdudlaşmır: həmçinin ejusdem generis ayrı-seçkiliyinin bütün formaları qadağan edilmişdir.
Ərizəçilər iddia edirlər ki, onlar əmlakları şəhərsalma layihələrinə daxil edilməmiş mülkiyyətçilərdən daha acınacaqlı vəziyyətdə olduqlarından ayrı-seçkiliyə məruz qalmışlar. Bununla belə, ərizəçilərə məxsus daşınmaz əmlakların seçilməsi şəhərsalama layihəsinin tələbləri ilə izah edilir və 14-cü maddədə (mad.14) nəzərdə tutulduğu kimi bu seçimin ərizəçilərin şəxsiyyəti və xüsusiyyətləri ilə heç bir əlaqəsi yoxdur.
9. Məhkəmənin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (mad. 6-1) ilə əlaqədar Məhkəmə qərarının78-87-ci bəndlərində ifadə edilən qərarı ilə razıyam.
10. Həmçinin Məhkəmənin gətirdiyi əsaslarla, hesab edirəm ki, işin 13-cü maddənin (mad.13) işığında araşdırılması vacib deyil.
11. Həmçinin Məhkəmənin 50-ci maddə ilə bağlı (mad.50) Məhkəmə qərarının 89-cu bəndində ifadə edilən qərarı ilə də razıyam.
[*] Note du greffe: Pagination de la version ronéotypée.
[*]Katibliyin qeydi: Statens offentliga utredningar.